Qanunvericilik
Turizm haqqında Gürcüstan Qanunu
Turizm haqqında Gürcüstan Qanunu turizm siyasəti, turizm fəaliyyəti subyektləri, turist paketləri və əlaqəli turizm xidmətləri barədə müddəaları əhatə edir. Mündəricatda maddə başlığını seçərək sənədin müvafiq hissəsinə keçə bilərsiniz. Hüquqi tətbiqdən əvvəl səhifədəki məlumatı və mətni Matsne-dəki rəsmi redaksiya ilə yoxlayın.
Turizm haqqında Gürcüstan Qanunu: turizm fəaliyyəti və turizm xidmətləri haqqında Azərbaycan dilində mətn və rəsmi mənbə.
Rəsmi mənbə və mətnin redaksiyası
Rəsmi gürcücə adı: ტურიზმის შესახებ
Yurisdiksiya: Gürcüstan
Qəbul tarixi:
LIDA.ge-dəki mətn qeyri-rəsmi tərcümədir. Rəsmi sənəd üçün Matsne mənbəsinə baxın.
Bu mətnin hansı rəsmi redaksiyaya uyğun olduğu ayrıca təsdiqlənməyib. Tətbiqdən əvvəl Matsne-də müvafiq redaksiyanı yoxlayın.
Turizm haqqında Gürcüstan Qanunu üzrə axtardığınız mövzunu tapmaq üçün bu səhifədəki mətnə və maddə başlıqlarına baxın.
Qanunun mətni
Gürcüstan Qanunu
Turizm haqqında
(2024-cü il 1 mart vəziyyətilə)
Fəsil I
Ümumi müddəalar
Maddə 1. Qanunun fəaliyyət sahəsi
1. Bu Qanun: turizm sahəsində dövlət siyasətini və turizm fəaliyyətinin subyektlərini və istiqamətlərini müəyyənləşdirir, turizm fəaliyyətini tənzimləyir, habelə turistin istifadəçi kimi hüquq və zəmanətlərini, turizm xidmətinin müqavilə münasibətlərini, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının funksiyalarını və öhdəliklərini, turizm sahəsində özəl və ictimai əməkdaşlıq mexanizmlərini, turistin təhlükəsizliyi ilə və turizmlə bağlı digər məsələləri müəyyənləşdirir.
2. Turizm haqqında Gürcüstan Qanunvericiliyi: Gürcüstan Konstitusiyasından, beynəlxalq müqavilələrdən, bu Qanundan və Gürcüstanın digər qanunvericilik aktlarından və qanunun tabeliyindəki normativ aktlardan ibarətdir.
Maddə 2. Terminlərin izahı
Bu Qanunun məqsədləri üçün, orada istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir:
a) aqroturizm – turizmin istiqaməti, hansı ki fermerlik təsərrüfatında həyata keçirilir və bunları əhatə edir: turistləri qəbul etmək, yemək vermək (qidalandırmaq), onları kənd həyat tərzi, mədəniyyəti, yerli adət-ənənələri və görməli yerləri ilə tanış etmək, turistləri kənd-təsərrüfatı fəaliyyətlərinə cəlb etmək, onlara yerli istehsal olan kənd-təsərrüfatı məhsullarını çatdırmaq, turizmlə və kənd-təsərrüfatı ilə bağlı digər fəaliyyətləri həyata keçirmək;
b) Alp bələdçisi − sertifikatlı fiziki şəxs, hansı ki turistə/turistlər qrupuna hər hansı növ, hər hansı çətinliyə malik olan dağ relyefində, o cümlədən: Alpinizm və Beynəlxalq Alpinistlər Assosiasiyasının (UIAA) təsnifatı ilə müəyyən edilmiş hər hansı kateqoriya üzrə qayalı yolda (marşrutda), onunla əlaqəli alpinizm marşrutlarında rəhbərlik (bələdçilik) edir və öz peşə fəaliyyətini, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş peşəkar standarta uyğun olaraq, ilin yalnız o vaxtında həyata keçirir – nə vaxt ki: xizək avadanlıqlarından və dağ xizəklərində sürüşmək texnikasından istifadə etmək lazım deyil;
q) yenidən satış müqaviləsi − müqavilə, hansına ki əsasən: tacir (alverçi) ödəniş əvəzində müştəriyə (istifadəçiyə) vaxt bölgüsü və ya uzunmüddətli istirahət məhsulunun alqı-satqısında kömək edir;
d) bələdçi turizm – vətəndaşın/rezidentin xarici ölkəyə səyahəti (öz ölkəsinin hüdudlarından kənarda);
e) yerləşdirmə vasitəsi – turizm xidmətinin obyekti, hansı ki turistin ən azı 1 gecə keçirməsi (qalması) üçün nəzərdə tutulmuşdur;
v) qaçılmaz və xüsusi hallar − hallar, hansıları ki bu hallara səbəb olan şəxs kontrol (idarə) edə bilmir və hansıların ki nəticələrinin qarşısını almaq, bütün məqsədəuyğun tədbirlər həyata keçirilsə belə, mümkün deyil;
z) mübadilə müqaviləsi − müqavilə, hansına ki əsasən: müştəri ödəniş əvəzində mübadilə sisteminə qoşulur, bu isə ona yerləşdirmə vasitəsinə və ya digər xidmətlərə əlçatanlıq hüququ verir, bunun əvəzində (müqabilində) isə, o, müştərinin vaxt bölgüsü müqaviləsindən yaranan hüquqlarla əldə edilən güzəştlərə müvəqqəti əlçatanlıq hüququnu başqa şəxslərə ötürür;
t) uzunmüddətli istirahət müqaviləsi − müqavilə, hansının ki müddəti 1 ildən artıqdır və hansına ki əsasən: müştəri ödəniş əvəzində yerləşdirmə vasitəsi ilə bağlı endirimdən və ya digər güzəştlərdən yararlanmaq hüququnu ayrıca və yaxud turizm xidmətləri ilə və ya digər xidmətlərlə birlikdə əldə edir;
i) əlaqəli turizm xidməti − ən azı iki müxtəlif növ turizm xidməti, hansılar ki eyni səyahət çərçivəsində alınıb, paketi təşkil etmir və hansıları ki almaq üçün turizm xidmətlərinin fərdi təchizatçıları ilə ayrı-ayrı müqavilələr bağlanılır - əgər aşağıdakı şərtlərdən biri yerinə yetirilirsə:
i.a) turistin bir səfərini və ya turizm xidmətlərinin satış məntəqəsi ilə onun əlaqəsini, turistin hər bir xidməti ayrı-ayrı seçməsini və müvafiq qiymətlərin ayrı-ayrı ödənilməsini tacir təmin edir;
i.b) tacir digər (başqa) bir tacirdən ən azı bir əlavə turizm xidmətinin alınmasını məqsədyönlü şəkildə təmin edir - əgər bu digər (başqa) tacirlə müqavilə ilk turizm xidmətinin rezervasiyası təsdiqləndikdən sonra maksimum 24 saat ərzində bağlanılıbsa;
i.q) bu maddənin „h.a“, „h.b“ və ya „h.q“ alt bəndində müəyyən edilmiş bir turist xidməti eyni maddənin „h.d“ alt bəndində müəyyən edilmiş bir və ya birdən çox turizm xidmətində birləşmişdir, hansı ki turizm xidmətinin ümumi dəyərinin ən azı 25 faizini təşkil edir və səyahətin və ya istirahətin vacib (mühüm) elementi kimi reklam olunur, və səyahətin və ya istirahətin vacib (mühüm) elementini başqa cür təmsil etmir;
k) yardımçı (köməkçi) müqavilə − müqavilə, hansına ki əsasən: müştəri o xidmətlərdən istifadə edir (faydalanır), hansılar ki vaxt bölgüsü və ya uzunmüddətli istirahət müqaviləsi ilə əlaqəlidir və hansıların ki həyata keçirilməsini tacir və ya üçüncü tərəf bu üçüncü tərəflə tacir arasında mövcud olan razılaşma əsasında təmin edir;
l) vaxt bölgüsü – bir neçə sahib və ya istifadəçi tərəfindən daşınmaz əmlakın birgə istifadəsi, hansılar ki vaxt bölgüsünün əvvəlcədən müəyyən edilmiş sxemi ilə daşınmaz əmlakdan yerləşdirmə vasitəsi kimi istifadə etmək hüququna malikdirlər;
m) vaxt bölgüsü müqaviləsi − müqavilə, hansının ki müddətinin uzunluğu 1 ildən çox müddətə müəyyən edilir və hansına ki əsasən istifadəçi (müştəri): qiymətin ödənişi müqabilində yerləşdirmə vasitəsindən 1 gecə və ya 1 gecədən artıq - birdən çox istifadə dövrü ilə istifadə etmək hüququnu əldə edir;
n) ekoturizm – təbiəti və təbii ərazidə ənənəvi mədəniyyətləri və fəaliyyətləri tanımaq, qiymətləndirmək və yaxud bu məqsədlə turizm fəaliyyətini həyata keçirmək;
o) ekskursiya − əvvəlcədən müəyyən edilmiş marşrutla, bələdçinin və ya turist bələdçisinin rəhbərliyi ilə səyahət etmək. Onun müddəti 24 saatdan çox deyil;
p) vizitor – turizm statistikasının məqsədləri üçün səyyah (səyahətçi), hansı ki əsas təyinat yerinə doğru (tərəf) adi mühitdən kənarda 1 ildən az vaxtda və hər hansı əsas məqsədlə səyahət edir (biznes, istirahət və ya digər, şəxsi məqsəd), - təyinat ölkəsində və ya təyinat yerindəki müəssisədə işləmək istisna olmaqla. Vizitor - səyahət müddətinin uzunluğundan asılı olaraq turistdir və ya bir günlük ziyarətçidir (ekskursiyaçıdır), yəni:
p.a) turist − vizitor, hansı ki biznes, istirahət və ya digər şəxsi məqsədlərlə, ən azı gecə qalmaqla və 1 ildən çox olmayaraq səyahət edir, - təyinat ölkəsində və ya təyinat yerindəki müəssisədə işləmək istisna olmaqla. Bu Qanunun IV fəslinin məqsədləri üçün turist - müqavilə bağlamaq istəyən və ya bağlanmış müqavilə əsasında səyahət etmək hüququ olan şəxsdir;
p.b) bir günlük ziyarətçi (ekskursiyaçı) − səyahətinə gecələmə (gecə qalmaq) daxil olmayan vizitor;
j) inklüziv turizm – turizmin istiqaməti, hansı ki maraqlanan tərəflər arasında universal dizayndan istifadə etməklə mahiyyətcə bərabərliyə əsaslanan əməkdaşlıq prosesidir. O, funksional cəhətdən müstəqil və bərabər şəkildə əlçatan turizm məhsullarını, xidmətləri və fiziki mühiti təmin etməklə hərəkət, eşitmə, görmə və əlçatanlığın koqnitiv komponentlərini ehtiva edir;
r) kurort – kurort fəaliyyəti üçün lazımi infrastrukturun yerləşdiyi kurort yeri;
s) risk ehtiva edən turizm xidməti – səyahət zamanı risk ehtiva edən fəaliyyət, hansı ki quruda, suda, havada, müxtəlif relyef və iqlim zonası olan qeyri-adi, ekzotik, uzaq, məskunlaşmamış (əlçatmaz) yerdə və ya xüsusi təşkil edilmiş və təchiz olunmuş ərazidə həyata keçirilir və istifadəçilərin zədələnməsinə dair və turizm fəaliyyətindən irəli gələn digər təhlükələri ehtiva edir;
t) tacir – sahibkarlıq fəaliyyətini həyata keçirən və bu Qanunla tənzimlənən münasibətlərdə turoperator, Turizm Agentliyi (Turagent), əlaqəli turizm xidmətlərini göstərən şəxs kimi iştirak edən şəxs;
u) turist paketinin işə salınması − turist paketində nəzərdə tutulmuş xidmətlərin həyata keçirilməsinə başlanılması;
f) repatriasiya – turistin getdiyi (səyahət etdiyi) yerə və ya hər hansı bir yerə qaytarılması, hansının ki barəsində turist paketinin və/və ya əlaqəli turizm xidmətlərinin müqavilə tərəfləri razılaşacaqlar;
k) dini turizm – dini məqsədlə səyahət etmək, müqəddəs yerləri görmək, zəvvarlıq;
ğ) xizək bələdçisi – sertifikatlı fiziki şəxs, hansı ki turistə/turistlər qrupuna xizəklərlə və ya snoubordla hər hansı bir çətinliyi olan izsiz (keçidsiz) qarda yoxuş (dırmaşmaq) və eniş (enmək) yollarında, habelə helikopterdən istifadə etməklə xizəklərlə sürüşmə turunda, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş peşəkar standarta uyğun olaraq, rəhbərlik edir;
y) kurort yeri – ərazi, hansı ki təbii müalicəvi-sağlamlaşdırıcı resursları ehtiva edir, təyinatı (məqsədi) üzrə istifadəyə yararlıdır və kurort fəaliyyəti üçün lazımi infrastruktura malik deyil;
ş) kurort fəaliyyəti – profilaktika, müalicə, reabilitasiya və sağlamlaşdırmaq məqsədilə təbii müalicəvi-sağlamlaşdırıcı resurslardan və müvafiq infrastrukturdan istifadənin təşkili;
ç) kurort fəaliyyətinin subyekti – kurort fəaliyyətini həyata keçirən hər hansı fiziki şəxs, hüquqi şəxs və ya ictimai hüququn hüquqi şəxsi;
ts) dağ bələdçisi − Gürcüstan qanunvericiliyi əsasında sertifikatlaşdırılmış fiziki şəxs, hansı ki dağlarda piyada gəzən turistlərə yolu göstərəndir, Gürcüstanın dağlıq yerlərinin miqyasında xidmət göstərir və dağ turunun həyata keçirilməsini, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş peşəkar standarta uyğun olaraq, təmin edir;
dz) sənaye (bazar) – hər hansı daşınmaz obyekt və ya daşınan obyekt, harada ki tacir, adətən, kommersiya fəaliyyətini həyata keçirir;
tz) piyada bələdçisi (müşayiəti) – fiziki şəxs, hansı ki Gürcüstan miqyasında turistlərə xidməti, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş piyada bələdçisinin peşəkar standartına uyğun olaraq, həyata keçirir. Bu xidmətə bu maddənin „ğ“ və „ts“ alt bəndlərində nəzərdə tutulmuş xidmətlər daxil deyil;
c) ərazi səlahiyyətləri – coğrafi yerin relyefinin mürəkkəbliyi, dəniz səviyyəsindən hündürlüyü, əyilməsi-səmti, relyefdə hərəkət etmək üçün texniki bacarıqlar, istifadə olunan texniki avadanlıq, izləmə texnikası, təhlükələrin və risklərin dərəcəsi;
x) turizm xidmətlərinin satış punktu – turist paketinin və əlaqəli turizm xidmətlərinin satışı üçün nəzərdə tutulmuş hər hansı daşınan və ya daşınmaz əmlak, veb-səhifə və ya oxşar onlayn-satış vasitəsi, habelə telefon xidməti. Əgər veb-səhifə və ya onlayn-satış vasitəsi vahid platform kimi təqdim edilirsə - o, vahid satış punktudur (nöqtəsidir);
c) turist bələdçisi – turistlərə bilavasitə xidmət göstərməklə məşğul olan fiziki şəxs, yəni: turun ilkin planına və ya proqramına, marşruta və zamanda yazılmış plana əsasən - turun məzmun baxımından, texniki və logistik cəhətdən idarə olunmasını təmin edir;
h) turizm xidməti – turizm fəaliyyətinin subyektləri tərəfindən səyahət zamanı turistlərin tələblərinin təmin edilməsi (ödənilməsi) ilə bağlı xidmətlər. Turizm xidməti – turistin qrup halında və ya fərdi səyahəti zamanı həyata keçirilir. Turist paketinin və əlaqəli turizm xidmətlərinin məqsədləri üçün turizm xidmətləri aşağıdakılardır:
h.a) turistin nəqliyyatla daşınması;
h.b) yerləşdirmə xidməti, hansı ki turistin nəqliyyatla daşınmasının tərkib hissəsi deyil və yaşayış məqsədləri üçün nəzərdə tutulmayıb;
h.q) avtomobilin, digər motorlu nəqliyyat vasitəsinin (ən azı 25 km/saat sürətlə hərəkət edən, və ya idarə edilməsi üçün A kateqoriyalı sürücülük vəsiqəsi tələb olunan motosikletin) kirayəyə verilməsi;
h.d) hər hansı digər turizm xidməti, hansı ki bu maddənin „h.a“, „h.b“ və „h.q“ alt bəndlərində müəyyən edilmiş turizm xidmətlərinin bir hissəsi deyil;
h1) Turizm Agentliyi (Turagent) – həm turoperator tərəfindən yaradılmış turist paketini, həm də ayrı-ayrı turizm xidmətlərini satan və ya satışa təklif edən şəxs;
h2) turizm – insanların yaşayış yerinin hüdudlarından kənarda sərbəst, könüllü, müvəqqəti yerdəyişməsi: istirahət, sağlamlıq, mədəni və koqnitiv (idraki) marağın ödənilməsi, şəxsi, işgüzar və yaxud peşəkar məqsədlə, hansı ki təyinat ölkəsində və ya təyinat yerində ödənişli fəaliyyətlə bağlı deyil;
h3) turist paketi (sonradan – paket) – bir səyahət üçün nəzərdə tutulmuş iki və ya ikidən çox müxtəlif turizm xidmətlərinin birləşməsi (toplusu), əgər bu bənddə nəzərdə tutulmuş şərtlərdən biri yerinə yetirilirsə. İstisna haldır – nə vaxt ki: bu maddənin „h.a“, „h.b“ və ya „h.q“ alt bəndində müəyyən edilmiş xidmət eyni maddənin „h.d“ alt bəndində nəzərdə tutulmuş bir və ya birdən çox turizm xidmətində birləşdirilmişdir, əgər bu turizm xidməti (xidmətləri) turizm xidmətlərinin ümumi dəyərinin ən azı 25 faizini təşkil etmirsə, reklam olunmayıbsa və nə də başqa cür turizm xidmətlərinin birləşməsinin (toplusunun) vacib hissəsi deyilsə və ya bu maddənin „h.a“, „h.b“ və ya „h.q“ alt bəndində nəzərdə tutulmuş turizm xidmətinin həyata keçirilməsinə başlandıqdan sonra seçilmiş və alınmışsa. Bu alt bənddə aşağıdakı şərtlər nəzərdə tutulmuşdur:
h3.a) turizm xidmətlərini bir tacir, o cümlədən: turistin xahişi (tələbi) və ya onun seçimi ilə - bütün xidmətlər üzrə bir (vahid) müqavilə bağlanmazdan əvvəl birləşdirib;
h3.b) turizm xidmətinin təminatçıları ilə ayrı-ayrı müqavilələr bağlanmışdır və ya bağlanmamışdır və turizm xidmətləri aşağıdakı şərtlərdən birinə cavab verir:
h3.b.a) bir satış punktunda (nöqtəsində) alınıb və turizm xidmətləri turist məbləği ödəməyə razılıq verməzdən əvvəl seçilir;
h3.b.b) ümumi dəyərin müqabilində təklif olunur, satılır və ya ödəniş (hesablaşma) edilir;
h3.b.q) „paket“ və ya oxşar termindən istifadə etməklə reklam edilir və ya satılır;
h3.b.d) həmin müqavilə bağlandıqdan sonra birləşdirilib, hansının ki əsasında tacir turistə müxtəlif turizm xidmətləri arasında seçim etmək hüququ verir;
h3.b.e) bir-birinə bağlı onlayn-rezervasiya (onlayn-sifariş) proseduru ilə müxtəlif tacirdən alınıb - əgər ilk müqavilənin bağlandığı tacir turistin adını, ödənişin təfərrüatlarını və elektron-poçt ünvanını digər tacirə/tacirlərə bildirirsə və bu sonuncu tacirlə/tacirlərlə müqavilə, ilk turizm xidmətinin rezervasiyası təsdiqləndikdən sonra 24 saatdan gec olmayaraq, bağlanılır;
h4) turist paketi müqaviləsi – paket haqqında vahid müqavilə və yaxud əgər paket ayrı-ayrı turizm xidmətlərinin müqavilələri ilə təmsil olunursa: bu müqavilələrin birləşməsi (toplusu);
h5) turoperator – şəxs, hansı ki paketi özü və ya Turizm Agentliyi (Turagent) vasitəsilə və ya onunla birlikdə yaradır və satır (və ya satış üçün təklif edir) və yaxud turist haqqında məlumatları bu şəxsin razılığı ilə digər turizm xidmətinin təminatçısına (provayderinə) verir – bu maddənin „h3.b.e“ alt bəndinə uyğun olaraq;
h6) universal dizayn – məhsulun, ətraf mühitin, tədrisin, proqramın və xidmətin elə dizaynı, hansı ki xüsusi uyğunlaşmalardan (adaptasiyadan) və xüsusi dizayndan istifadə etmədən: hər kəsə (bütün insanlara) onlara əlçatanlıq imkanını verir. Universal dizayn, zəruri hallarda, məhdud imkanlı (əlilliyi olan) konkret qrup tərəfindən yardımçı vasitələrdən və/və ya başqa cür imkandan (təşviqatdan) istifadəni istisna etmir;
h7) davranış məcəlləsi (kodeksi) – saziş və ya qayda, hansının ki qanunla yerinə yetirilməsi məcburi deyil və həmin tacirin davranışını müəyyən edir, hansı ki bir və ya birdən çox kommersiya fəaliyyəti sahəsində davranış məcəlləsi ilə öz üzərinə öhdəlik götürür;
h8) daxili turizm – Gürcüstan vətəndaşlarının və rezident şəxslərin Gürcüstan hüdudlarında (daxilində) səyahəti;
h9) gətirici (idxalçı) turizm – qeyri-rezident şəxslərin Gürcüstan hüdudlarında (daxilində) səyahəti;
h10) uyğunsuzluq – paketdə nəzərdə tutulmuş turizm xidmətlərinin yerinə yetirilməsinin mümkünsüzlüyü və ya düzgün (lazımınca) yerinə yetirilməməsi;
h11) şərab turizmi – turizmin istiqaməti, hansının ki həyata keçirilməsi zamanı səyahətin əsas məqsədi üzüm bağları və üzümçülük ənənələri ilə, şərab zavodları, şərab kitabxanaları və zirzəmiləri ilə, şərab istehsalı ilə bağlı digər vasitə və obyektlərlə tanışlıqdır, habelə müxtəlif sortlardan (cinslərdən) hazırlanmış şərabları istehsal yerində almaq və şərabçılıqla bağlı ənənəvi şənliklərdə (bayramlarda) və fəaliyyətdə iştirak etməkdir;
h12) uzun ömürlü qatar – hər hansı bir alət (o cümlədən: elektron alət), hansı ki turistə/istifadəçiyə və tacirə şəxsən onlara verilən məlumatın istifadə üçün lazım olan vaxt ərzində elə saxlanmasına imkan verir ki, məlumatın əlçatanlığı və dəyişdirilmədən çoxalmaq imkanı təmin edilsin.
Fəsil II
Turizm sahəsində dövlət siyasəti, turizm fəaliyyətinin hüquqi tənzimlənməsi
Maddə 3. Turizm sahəsində dövlət siyasəti
1. Turizm sahəsində dövlət siyasətinin məqsədi: turizmin iqtisadi sektorunun davamlı inkişafını dəstəkləmək, turizm sahəsində məşğulluğu təşviq etmək, regionun turizm potensialını artırmaq və müvafiq infrastrukturu inkişaf etdirməkdir.
2. Turizm sahəsində dövlət siyasətinin əsas prinsipləridir:
a) turizm fəaliyyətinin dəstəklənməsi, onun inkişafı üçün əlverişli hüquqi və iqtisadi şəraitin və müvafiq infrastrukturun yaradılması;
b) turizmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və inkişafının təşviqi;
q) Gürcüstanın, turizm məkanı kimi, populyarlaşmasının təşviqi;
d) turizmin davamlı inkişafı üçün turizm resurslarının qorunması;
e) müvafiq hüquqi mühitin yaradılması, turistlərin və turizm xidmətlərini göstərənlərin qanuni maraqlarının və hüquqlarının müdafiəsi;
v) turizm sahəsində beynəlxalq əməkdaşlığın inkişafının təmin edilməsi.
Maddə 4. Turizm sahəsində dövlət hakimiyyətinin və yerli özünüidarəetmənin səlahiyyətli orqanları
1. Turizm sahəsində dövlət hakimiyyətinin səlahiyyətli orqanlarıdır: Gürcüstan Hökuməti, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin kontroluna tabe olan ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası və dövlət hakimiyyətinin və yerli özünüidarəetmənin orqanları, hansılar ki öz səlahiyyətləri daxilində bu Qanunla nəzərdə tutulmuş funksiyaları və vəzifələri yerinə yetirirlər.
2. Gürcüstan Hökuməti: qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində turizmin hər bir növü üzrə güzəştlər müəyyən etmək, turizm fəaliyyəti subyektlərinin status alması qaydasını və yaxud bu subyektlər üçün statusun ləğv edilməsi qaydasını, prinsiplərini və şərtlərini müəyyən etmək səlahiyyətinə malikdir.
3. Turizm sahəsində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin səlahiyyətləridir:
a) turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsinin koordinasiyası;
b) turizm sahəsinin qanunvericiliyini təmin etmək məqsədilə qanunvericilik aktlarının layihələrini işləyib-hazırlamaq və Gürcüstan Hökumətinə təqdim etmək;
q) Gürcüstanın Nazirlikləri arasında qurumlararası əməkdaşlığın koordinasiyası.
4. Turizm sahəsində ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının səlahiyyətləridir:
a) Gürcüstana xarici (əcnəbi) turistlərin cəlb edilməsi;
b) daxili turizmin stimullaşdırılması;
q) insan resurslarının və xidmət keyfiyyətinin inkişafına kömək etmək;
d) Gürcüstanın təbii və mədəni irsinin aktivlərindən (sərvətlərindən) istifadə etməklə rəqabət qabiliyyəti olan və davamlı (dayanıqlı) yeni turizm məhsullarının yaradılması və mövcud olanların diversifikasiyasının (şaxələndirilməsinin) təşviqi – unikal turizm xidmətlərini təklif etməklə;
e) Gürcüstanın turizm potensialının və turizm məhsulunun, habelə Gürcüstanın təbii və mədəni irsinin beynəlxalq bazarda təqdimatı (göstərilməsi);
v) turizm sektorunun inkişaf imkanlarını qiymətləndirmək üçün məlumatların əldə edilməsi və təhlili;
z) turizmin inkişafı üzrə milli strategiyanın və fəaliyyət planının işlənib-hazırlanması;
t) Gürcüstan turizminin marketinq strategiyasının işlənib-hazırlanması.
5. İctimai hüququn hüquqi şəxsinin – Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri normativ aktlar vermək səlahiyyətinə malikdir.
6. İctimai hüququn hüquqi şəxsinin – Gürcüstan Milli Turizm Administrasiyasının funksiyaları və vəzifələri bu Qanunla, Gürcüstanın digər qanunvericilik aktları ilə və ictimai hüququn hüquqi şəxsinin – Gürcüstan Milli Turizm Administrasiyasının əsasnaməsi ilə müəyyən edilir. İctimai hüququn hüquqi şəxsinin – Gürcüstan Milli Turizm Administrasiyasının əsasnaməsini Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri təsdiq edir.
7. Yerli özünüidarəetmə orqanları turizm sahəsində öz səlahiyyətlərini - bu Qanunla və Gürcüstanın digər qanunvericilik normativ aktları ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirirlər.
Maddə 5. Turizmin davamlı inkişafı
1. Gürcüstan Hökuməti turizmin davamlı inkişafına kömək edir, bu isə resursları elə idarə etmək deməkdir ki: mədəni identikliyi, mühüm ekoloji prosesləri və biomüxtəlifliyi qoruyub-saxlamaqla iqtisadi və sosial məqsədlərə nail olmaq mümkün olsun.
2. Turizmin davamlı inkişafı üçün Gürcüstan Hökuməti aşağıdakıları təmin edir:
a) turizmin inkişafı üzrə milli strategiyanın və fəaliyyət planının təsdiq edilməsini və həyata keçirilməsinə monitorinqi;
b) ölkənin təbii resurslarından müxtəlif məqsədlər üçün istifadə şərtləri müəyyən edilərkən turist maraqlarının və potensialının nəzərə alınmasını;
q) turizm sektorunun inkişafının planlaşdırılması və idarə edilməsi prosesində ətraf mühitin və təbii resursların mühafizəsini;
d) turizm resurslarından rasional istifadəni;
e) turizmin inkişafı prosesində, o cümlədən: turizmin inkişafı proqramlarında yerli əhalinin məlumatlandırılmasını, maarifləndirilməsini və iştirakını.
Fəsil III
Turizm məkanının idarə olunması
Maddə 6. Turizm məkanını idarə edən təşkilat
1. Turizm məkanını idarə edən təşkilat (sonradan – təşkilat) - yerli səviyyədə turizmin inkişafına və konkret turizm məkanının təbliğinə kömək etmək məqsədilə özəl və dövlət sektorları arasında əməkdaşlıq əsasında yaradılmış qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsdir, hansına ki turizm məkanlarını idarə edən təşkilat statusu verilmişdir.
2. Təşkilatın təsisçiləri: birgə Bələdiyyə (Bələdiyyələr) və turizm sahəsində özəl hüququn kommersial hüquqi şəxsləridir və yaxud qeyri-sahibkar (qeyri-kommersial) hüquqi şəxslərdir. Bələdiyyənin (Bələdiyyələrin) daxilində yalnız bir təşkilatın fəaliyyət göstərməsinə icazə verilir.
Maddə 7. Təşkilatın idarə və təmsil olunması
1. Təşkilatın nizamnaməsi: təşkilatın idarəetmə və nümayəndəlik orqanlarının fəaliyyətində təsisçilərin və ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının nümayəndələrinin iştirakını nəzərdə tutur.
2. Təşkilatın idarəetmə və nümayəndəlik orqanlarında ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının və Bələdiyyənin bir üzvü olmalıdır. İctimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası, Bələdiyyə və özəl sektor bir səsə malikdirlər. Qərar konsensusla qəbul edilir. Əgər özəl sektoru bir neçə subyekt təmsil edirsə - özəl sektorun qərar qəbul etməsi üçün nümayəndələrin səs çoxluğu lazımdır.
Maddə 8. Təşkilatın funksiyaları
Təşkilatın funksiyalarıdır:
a) turizm məkanının marketinq strategiyasını işləyib-hazırlamaq və onu turizmin inkişafının milli strategiyasına uyğun olaraq həyata keçirmək;
b) turizm məhsullarını yaratmaq-təbliğ etmək və inkişaf etdirmək;
q) turizm sahəsində peşə yenidən hazırlığı ilə və turizm xidmətlərinin keyfiyyətinin inkişafı ilə bağlı fəaliyyəti həyata keçirmək və ən yaxşı praktikanın (təcrübənin) tətbiqini təşviq etmək;
d) turizm məkanında turizmin davamlı inkişafını dəstəkləmək;
e) turizm sahəsində əməkdaşlıq, birgə turizm məhsulunun inkişafı və marketinqi haqqında yerli əhalinin şüurluluğunu yüksəltmək;
v) turistlərin informasiya təminatı (turizm informasiya mərkəzi).
Maddə 9. Təşkilat statusunun verilməsi
1. Bu Qanunun 6-cı maddəsinə uyğun olaraq yaradılmış hüquqi şəxsə turizm məkanlarını idarə edən təşkilat statusunu ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası verir. Təşkilata statusun verilməsi və ləğvi qaydası ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının rəhbərinin əmri ilə müəyyən edilir.
2. Təşkilata statusun verilməsi haqqında ərizə ictimai hüququn hüquqi şəxsinə − Gürcüstan Milli Turizm Administrasiyasına təqdim edilir. Bu ərizəyə əlavə edilməlidir:
a) sahibkarların və qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin reyestrindən çıxarış;
b) təşkilatın nizamnaməsi;
q) təşkilatın və turizm məkanının idarə edilməsinin inkişaf konsepsiyaları;
d) ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının rəhbərinin əmri ilə nəzərdə tutulmuş digər, əlavə məlumat/sənədlər.
3. Statusun verilməsi və ya verilməsindən imtina barədə qərar 1 ay müddətində qəbul edilir. Ərizəçinin bu maddə ilə müəyyən edilmiş tələblərə cavab verməməsi - statusun verilməsindən imtina qərarı üçün əsasdır. Statusun verilməsi halında ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası: təşkilatı şöbə reyestrində uçota alır. Reyestrin məlumatları ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının veb-səhifəsində dərc olunur.
4. „Turizm məkanını idarə edən təşkilat“ adından istifadə etmək hüququna malikdir yalnız o şəxs, hansına ki ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası Turizm məkanını idarə edən təşkilat statusunu verib. Əgər şəxs bu addan qeyri-qanuni istifadə edirsə, ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası ondan bu addan istifadəni dayandırmağı (xitam verməsini) tələb etmək hüququna malikdir.
5. İctimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası turizm məkanını idarə edən təşkilat statusunu vermədən: turizm məkanını idarə edən təşkilatın adından istifadə etməklə fəaliyyətin həyata keçirilməsi – bu Qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
6. İctimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası təşkilatın fəaliyyəti üçün qaydalar/standartlar, prinsiplər və tövsiyələr işləyib-hazırlayır, hansılara ki riayət etmək məcburidir. Onların pozulması - təşkilatın statusunu dayandırmaq/ləğv etmək üçün əsas ola bilər.
Maddə 10. Təşkilatın maliyyələşdirilməsi
Təşkilatın maliyyələşdirilməsinin mənbələridir:
a) turizm fəaliyyəti subyektlərinin könüllü ianələri və üzvlük haqqı;
b) müvafiq proqramlar çərçivəsində Gürcüstanın dövlət büdcəsindən və ya Bələdiyyənin büdcəsindən ayrılan vəsaitlər;
q) qrantlar və digər ianələr;
d) Gürcüstan qanunvericiliyi ilə icazə verilən digər gəlirlər.
Fəsil IV
Turizm fəaliyyəti subyektlərinin qeydiyyatı, turist paketi və əlaqəli turizm xidmətləri üzrə müqavilələr
Maddə 11. Turizm fəaliyyəti subyektlərinin qeydiyyatı
1. Turizm fəaliyyətinin subyektləridir: turoperator, Turizm Agentliyi (Turagent), əlaqəli turizm xidmətlərinin təminatçısı, uzunmüddətli istirahət və vaxt bölgüsü müqavilələrinin təminatçısı, turist bələdçisi, piyada bələdçisi, risk ehtiva edən turizm xidmətlərinin təminatçıları, yəni: dağ bələdçisi, xizək bələdçisi və Alp bələdçisi.
2. Turizm fəaliyyətinin subyektləri haqqında məlumatların uçota alınmasını və açıqlığını (ictimailiyini) təmin etmək üçün turizm fəaliyyətinin subyekti: müvafiq fəaliyyəti iqtisadi fəaliyyətlər reyestrində Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qeydiyyata almağa borcludur, hansını ki ictimai hüququn hüquqi şəxsi – Dövlət Reyestrinin Milli Agentliyi aparır.
3. Turizm fəaliyyətinin subyekti: müvafiq fəaliyyətin başlanması, xitam verilməsi və yaxud bu fəaliyyətlə bağlı hər hansı qeydiyyata alınmış məlumatın dəyişdirilməsi halında iqtisadi fəaliyyətlər reyestrinə müvafiq dəyişikliyi daxil etmək üçün müvafiq məlumatları ictimai hüququn hüquqi şəxsinə – Dövlət Reyestrinin Milli Agentliyinə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, bildirməyə borcludur.
4. İctimai hüququn hüquqi şəxsi – Dövlət Reyestrinin Milli Agentliyi: iqtisadi fəaliyyətlər reyestrində qeydiyyata alınmış turizm fəaliyyətinin subyektləri haqqında məlumatı ictimai hüququn hüquqi şəxsinə – Gürcüstan Milli Turizm Administrasiyasına avtomatlaşdırılmış idarəetmə vasitələri ilə elektron qaydada çatdırmağa borcludur.
Maddə 12. Gürcüstana gələn turistin icbari sığortası
Gürcüstana gələn turistin sağlamlıq və qəza (bədbəxt hadisə) üzrə icbari sığortası olmalıdır.
Maddə 13. Turist paketi və əlaqəli turizm xidmətləri üzrə müqavilələr və istisnalar
1. Bu Qanunun 14−26-cı maddələri toxunur: tacirlərin turistlərə satdıqları və ya endirimlə təklif etdikləri paketlərə və tacirlər tərəfindən turistlər üçün təmin edilən əlaqəli turizm xidmətlərinə.
2. Bu Qanunun 14−26-cı maddələrinin qüvvəsi şamil edilmir paketlərə və əlaqəli turizm xidmətlərinə, hansılar ki:
a) 24 saatdan az vaxt ərzində davam edir – o hal istisna olmaqla: əgər onlara gecələmə ilə (gecə qalmaqla) yerləşdirmək daxildirsə;
b) qeyri-müntəzəm, qeyri-kommersial məqsədlə və yalnız kiçik bir turist qrupu üçün təklif olunur;
q) tacirlə digər fiziki və ya hüquqi şəxs arasında bağlanmış işgüzar səyahət haqqında əsas müqavilə əsasında satın alınıb və şəxsin fəaliyyəti, peşəsi, ticarəti ilə bağlıdır.
3. Turoperatorun və ya əlaqəli turizm xidmətlərinin satıcısı olan tacirin ərizəsi o barədə ki: o, eksklüziv olaraq turizm xidmətinin təminatçısı kimi, vasitəçi (makler) kimi hərəkət edir və ya hər hansı başqa statusla hərəkət edir; və yaxud paket və ya əlaqəli turizm xidməti paket və ya əlaqəli turizm xidməti deyil - turoperatoru və ya taciri bu fəsillə onun üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməkdən azad etmir.
4. Turistin heç bir müqavilə razılaşması və ya ərizəsi, hansı ki bu Qanunun 14−26-cı maddələri ilə turistə verilən hüquqları birbaşa və ya dolayısı ilə rədd edir və ya məhdudlaşdırır və yaxud hansının ki məqsədi eyni maddələrlə nəzərdə tutulmuş tələblərə məhəl qoymamaqdır – turist üçün məcburi olmamalıdır.
5. Bu Qanunun 14−26-cı maddələrində nəzərdə tutulmuş müqavilə tələbləri Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş ümumi müqavilə hüququna təsir etmir, hansı ki Gürcüstanın Mülki Məcəlləsi ilə tənzimlənir.
Maddə 14. Müqavilədən əvvəlki məlumat (informasiya)
1. Turist paketi müqaviləsi və ya digər müvafiq təkliflə bağlı müqavilə bağlanmazdan əvvəl turoperator, Turizm Agentliyi (Turagent) və ya digər tacir: Gürcüstan Hökuməti tərəfindən təsdiq edilmiş standart formalar haqqında qərarda nəzərdə tutulmuş məlumatı turistə çatdırmalıdır.
2. Bu maddənin birinci bəndində nəzərdə tutulmuş məlumatla yanaşı, konkret paket halında, müqavilədən əvvəlki aşağıdakı məlumatlar əlavə olaraq turistə çatdırılmalıdır:
a) turizm xidmətinin əsas xüsusiyyətləri haqqında, yəni:
a.a) marşrutu və dövrü (tarixləri) göstərilməklə təyinat yeri (məkan), əgər paketə yerləşdirmə xidməti daxildirsə, − qalınacaq gecələrin sayı;
a.b) istifadə ediləcək nəqliyyat vasitələrinin xüsusiyyətləri və onların kateqoriyası, təyinat yeri, gediş və geri qayıtma yerləri, tarixləri və vaxtı, aralıq dayanacaqların vaxtı və yerləri. Əgər gediş və geri qayıtma tarixləri dəqiq müəyyən edilməyibsə, turistə təxmini tarixlər bildirilməlidir;
a.q) yerləşdirmə vasitəsinin yerləşdiyi yer, əsas xüsusiyyətləri və təyinat ölkəsinin tənzimləmələrinə uyğun olaraq kateqoriyası;
a.d) qidalanma cədvəli;
a.e) paketin razılaşdırılmış ümumi dəyərinə daxil olan səfərlər, ekskursiyalar və ya digər xidmətlər;
a.v) qrup üzvlərinin təxmini sayı - əgər turizm xidməti turistə, qrupun üzvü kimi, göstərilirsə;
a.z) turizm xidmətlərinin göstəriləcəyi ünsiyyət dili;
a.t) turistin tələbi halında, onun ehtiyaclarını nəzərə alaraq, səyahətin məhdud imkanlı (əlilliyi olan) şəxslər üçün uyğunlaşdırılmış olub-olmaması barədə dəqiq məlumat;
b) turoperatorun və/və ya Turizm Agentliyinin (Turagentin) adı, hüquqi ünvanı, telefon nömrəsi və elektron-poçt ünvanı;
q) vergilər və bütün digər əlavə xərclər də daxil olmaqla paketin ümumi dəyəri haqqında; müqavilə bağlayarkən qeyd olunan xərcləri ağlabatan şəkildə əvvəlcədən hesablamaq mümkün olmadıqda isə - turistə bildirilməlidir ki: onun əlavə xərcləri ödəmək öhdəliyi yarana bilər;
d) ödəniş üsulları, o cümlədən: turistin əvvəlcədən ödədiyi hər hansı məbləğin və ya dəyərin bir hissəsi haqqında; və qalan məbləğin ödənilməsinin və ya turist tərəfindən maliyyə zəmanətlərinin təqdim edilməsinin qrafiki haqqında;
e) paketi işə salmaq üçün tələb olunan şəxslərin minimum sayı haqqında, habelə paketin işə salınmasına (başlamasına) neçə gün qalmış müqaviləyə bu Qanunun 21-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq xitam verilə biləcəyi barədə məlumat – müvafiq sayda insan yığılmadıqda;
v) pasportla və/və ya viza ilə bağlı (o cümlədən: viza almaq üçün lazım olan vaxt haqqında informasiya) və təyinat ölkəsində sağlamlıqla bağlı tələblərə dair;
z) turistin: müvafiq qiymətin ödənilməsi müqabilində, paket başlamazdan əvvəl istənilən vaxt, müqaviləyə xitam vermək hüququ haqqında;
t) könüllü və ya icbari sığorta haqqında, hansı ki turistin müqaviləyə xitam verməsi nəticəsində yaranan xərcləri və ya zərərin ödənilməsi xərclərini əhatə edir, o cümlədən: repatriasiya, qəza (bədbəxt hadisə), xəstəlik və ya ölüm halında;
i) Gürcüstan ərazisində turistin sağlamlığının və qəza (bədbəxt hadisə) halının icbari sığorta şərtləri və qaydası haqqında, habelə Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş hər hansı digər icbari sığortaya dair, hansı ki Gürcüstanda olduğu müddətdə ona şamil olunacaq.
3. Əgər müqavilə telefonla bağlanırsa, turistə bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş məlumat Gürcüstan Hökuməti tərəfindən təsdiq edilmiş formada verilir.
4. Bu Qanunun 2-ci maddəsinin „h3.b.e“ alt bəndində müəyyən edilmiş halda paketi satan tacir turistə bildirməyə borcludur ki: birinci tacirdən xidmətin satın alındığı təsdiqləndikdən sonra 24 saat ərzində ikinci tacirdən xidmətin satın alınması - birlikdə paket kimi sayılacaq. Bu halda onların hər biri turistə bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş məlumatları Gürcüstan Hökuməti tərəfindən təsdiq edilmiş formada verməlidir.
5. Bu maddədə nəzərdə tutulmuş məlumatlar turistə aydın, hərtərəfli (tam) və görünən şəkildə verilməlidir. Əgər qeyd olunan məlumat turistə yazılı şəkildə verilirsə, onu asanlıqla oxuyub başa düşmək mümkün olmalıdır.
Maddə 15. Müqavilədən əvvəlki məlumatların məcburi xarakteri və müqavilənin bağlanması
1. Bu Qanunun 14-cü maddəsinin 2-ci bəndinin „a“, „q“−„e“ və „z“ alt bəndlərində nəzərdə tutulmuş məlumatlar turist paketi müqaviləsinin ayrılmaz hissəsidir və yalnız tərəflərin razılaşması ilə dəyişdirilə bilər. Turoperator və/və ya Turizm Agentliyi (Turagent) müqavilə bağlanmazdan əvvəl: müqavilədən əvvəlki məlumatda edilən hər hansı dəyişiklik barədə turisti ona aydın olan və onun başa düşdüyü formada məlumatlandırmağa borcludur.
2. Turoperator və/və ya Turizm Agentliyi (Turagent) bu Qanunun 14-cü maddəsinin 2-ci bəndinin „q“ alt bəndində nəzərdə tutulmuş əlavə xərc haqqında məlumatı turistə təqdim etmədikdə, onun əlavə xərcləri ödəmək öhdəliyi yaranmır.
Maddə 16. Turist paketi müqaviləsinin məzmunu və paket başlamazdan əvvəl təqdim ediləcək sənədlər
1. Turist paketi müqaviləsi aydın və başa düşülən formada tərtib edilməlidir. Bu müqavilə bağlandıqdan sonra turoperator və/və ya Turizm Agentliyi (Turagent): müqavilənin surətini və ya onun imzalanmasını təsdiqləyən məlumatı turistə uzunömürlü qatarda təqdim etməyə borcludur. Əgər müqavilə tərəflərin fiziki iştirakı ilə bağlanıbsa, turist müqavilənin surətini maddi formada tələb edə bilər.
2. Turist paketi müqaviləsində, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, öz əksini tapmalıdır:
a) turistin xüsusi tələbləri haqqında məlumatlar, hansılarla ki turoperator razılaşdı;
b) o barədə məlumatlar ki, turoperator:
b.a) müqavilədə nəzərdə tutulmuş bütün turizm xidmətlərinin lazımi qaydada yerinə yetirilməsinə görə, bu Qanunun 22-ci maddəsinə uyğun olaraq, məsuliyyət daşıyır (cavabdehdir);
b.b) çətinliklər yarandıqda, bu Qanunun 25-ci maddəsinə uyğun olaraq, turistə yardımı təmin etməyə borcludur;
q) təminatı verənin firma (brend) adı və əlaqə məlumatları, habelə ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının əlaqə məlumatları (ünvan, telefon nömrəsi, elektron-poçt ünvanı);
d) turoperatorun yerli nümayəndəsinin, əlaqə saxlanılacaq şəxsin və ya başqa bir Xidmətin (iş yerinin) adı, ünvanı, telefon nömrəsi, elektron-poçt ünvanı və müvafiq halda – faks nömrəsi, hansılar ki turistə turoperatorla tez əlaqə qurmaq və onunla səmərəli ünsiyyət imkanı verəcək ki: çətinliklər mövcud olduqda turist kömək istəyə bilsin və ya şikayət edə bilsin, əgər paketin şərtləri lazımınca yerinə yetirilmirsə;
e) turistin turoperatora paketin şərtlərinin hər hansı pozuntusu barədə ağlabatan müddətdə məlumat verməyə borclu olduğuna dair informasiya;
v) yetkinlik yaşına çatmayan şəxsin səyahəti halında − yetkinlik yaşına çatmayan şəxsin və ya yerləşdirmə yerində olan yetkinlik yaşına çatmayan şəxsə cavabdeh olan (məsuliyyət daşıyan) şəxsin əlaqə məlumatları, əgər yetkinlik yaşına çatmayan şəxsi valideyn və ya qanuni nümayəndə müşayiət etmirsə və yerləşdirmə də paketə daxildirsə;
z) şikayət ərizəsinə baxılmasının daxili prosedurları və istifadəçilərin mübahisələrinin həllinin alternativ mexanizmi haqqında məlumat;
t) turistin: paketi, bu Qanunun 18-ci maddəsinə uyğun olaraq, üçüncü şəxsə ötürmək hüququna malik olması barədə məlumat.
3. Bu Qanunun 2-ci maddəsinin „h3.b.e“ alt bəndində nəzərdə tutulmuş halda turist haqqında məlumatların ötürüldüyü tacir: turistlə müqavilə bağladığını, bununla da paket yaratdığını turoperatora bildirməyə borcludur. Tacir: turoperatorun öz öhdəliklərini yerinə yetirməsi üçün zəruri olan bütün məlumatları turoperatora təqdim etməyə borcludur. Turoperator: paketin yaradılması haqqında məlumatı aldıqdan dərhal sonra turistə bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş məlumatları yazılı şəkildə təqdim edir.
4. Bu maddənin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş məlumatlar turistə aydın və başa düşülən formada təqdim edilməlidir.
5. Turoperator: paket başlamazdan əvvəl ağlabatan müddət ərzində turisti: biletlərlə, rezervasiyanı təsdiq edən sənədlə və digər müvafiq sənədlərlə, habelə gediş cədvəli, uçuşa qeydiyyatın son müddəti, səyahət zamanı aralıq dayanacaqların cədvəli, birləşdirici nəqliyyat və təxmini gəliş (çatış) vaxtı haqqında məlumatlarla təmin etməlidir.
6. Turoperator: turistə sığorta polisi və ya bank təminatı verməyə borcludur, hansına ki əsasən: sığorta təşkilatı/sığortaçı və ya maliyyə qurumu paketin tam və ya qismən yerinə yetirilməməsi halında turistə məbləği ödəmək öhdəliyini öz üzərinə götürür - əgər yerinə yetirməməyə turoperatorun müflisləşməsi (ödəmə qabiliyyətinin olmaması) səbəb olubsa. Təminatda göstərilməlidir: təminatı verən subyekt haqqında məlumatlar, o cümlədən: identifikasiya nömrəsi, elektron-poçt ünvanı, telefon nömrəsi, ictimai hüququn hüquqi şəxsinin – Gürcüstan Milli Turizm Administrasiyasının əlaqə məlumatları, habelə digər zəruri məlumat, hansı ki təminatdan istifadə etmək üçün lazımdır.
7. Turist paketi müqaviləsi yazılı şəkildə, gürcü dilində tərtib edilməlidir və turistin danışdığı (bildiyi) başqa dildə də tərtib edilə bilər.
Maddə 17. Sübutetmə yükü
Bu fəsildə nəzərdə tutulmuş məlumatların turistə təqdim edilməsi öhdəliyinin yerinə yetirildiyini sübut etmək yükü - tacirin üzərinə düşür.
Maddə 18. Turist paketi müqaviləsinin üçüncü şəxsə ötürülməsi
1. Turist: paket başlamazdan əvvəl turoperatora yazılı şəkildə bildiriş etmək əsasında paketi ötürə bilər o şəxsə, hansı ki turist paketi müqaviləsinin şərtlərinə cavab verir. Turist ən azı 7 təqvim günü əvvəl: paketin üçüncü şəxsə ötürülməsi barədə turoperatora yazılı şəkildə məlumat verməyə borcludur.
2. Turoperator səyahətdə (səfərdə) üçüncü şəxsin iştirakı nəticəsində yaranan əlavə xərclərin ödənilməsini tələb edə bilər. Turoperator turisti onun əvəzinə üçüncü şəxsin səyahətdə (səfərdə) iştirak (turist paketi müqaviləsinin üçüncü şəxsə ötürülməsi) haqqı (qiyməti) barədə məlumatlandırmağa borcludur, hansının ki ödənilməsinə görə paketi ötürən və qəbul edən şəxslər birgə və ayrı-ayrılıqda məsuliyyət daşıyırlar (cavabdehdirlər). Bu xərclər qeyri-mütənasib olmamalıdır və turist paketi müqaviləsinin ötürülməsi üçün turoperator tərəfindən müəyyən edilmiş real dəyəri aşmamalıdır.
3. Turoperator: əlavə qiyməti, xərcləmələri və ötürmə nəticəsində yaranan digər xərcləri təsdiqedici sənədi paket ötürücüsünə təqdim etməyə borcludur.
Maddə 19. Paketin dəyərində dəyişiklik
1. Turist paketi müqaviləsi bağlandıqdan sonra turoperator paketin dəyərini yalnız o halda artıra bilər - əgər bu müqavilədə birbaşa göstərilibsə:
a) turoperatorun paketin dəyərini (qiymətini) artırmaq hüququ haqqında və dəyərin dəyişdirilməsi və hesablanması qaydası müəyyən edilib;
b) bu maddənin 5-ci bəndində nəzərdə tutulmuş hallar baş verdikdə - turistin paket dəyərinin azaldılmasını tələb etmək hüququ haqqında.
2. Paketin dəyəri yalnız aşağıdakı şərtlərdən biri mövcud olduqda artırıla bilər:
a) yanacağın və ya digər enerji mənbələrinin bahalaşması səbəbindən turistin daşınmasının (köçürülməsinin) dəyəri artıb;
b) konkret nəqliyyat və göndərmə (daşıma) xidmətlərinin, habelə təyyarənin enişi, turistlərin mindirilməsi-endirilməsi, limanlarda və hava limanlarında yükün köçürülmə-daşınma vergiləri artıb;
q) paketdə nəzərdə tutulmuş valyuta mübadiləsinin məzənnəsi (kursu) artıb.
3. Bu maddənin birinci bəndində nəzərdə tutulmuş hallara görə paketin dəyərinin artması 8 faizdən çox olduqda, bu Qanunun 20-ci maddəsinin 2−6-cı bəndlərinin tələbləri tətbiq edilir.
4. Paket dəyərinin artırılmasına yalnız o halda icazə verilir - əgər turoperator qiymət artımı barədə turistə, paketin başlamasına ən azı 20 gün qalmış, yazılı şəkildə bildiriş edəcəkdirsə. Həmin bildirişdə müvafiq əsaslandırma və yeni dəyərin hesablanması olmalıdır.
5. Əgər turist paketi müqaviləsi dəyərin artırılması imkanını nəzərdə tutursa, bu müqavilə bağlandıqdan sonra turist bu maddənin 4-cü bəndində nəzərdə tutulmuş müddətdə dəyərin azaldılmasını tələb etmək hüququna da malikdir - əgər dəyər (qiymət) elə bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş hallarda azalıbsa.
6. Paketin dəyərinin azalması halında turoperator: faktiki çəkilmiş inzibati xərcləri turistə qaytarılacaq məbləğdən tutmaq hüququna malikdir. Turistin tələbi ilə turoperator həmin inzibati xərclərin ödənilməsini təsdiq edən sənədlərin təqdim edilməsini təmin etməlidir.
Maddə 20. Turist paketi müqaviləsinin şərtlərinə edilən digər dəyişikliklər
1. Paket başlamazdan əvvəl turoperator turist paketi müqaviləsinin şərtlərini tək tərəfli dəyişdirə bilər yalnız o halda, əgər:
a) ona bu müqavilə ilə tək tərəfli dəyişiklik hüququ verilibsə;
b) müvafiq dəyişiklik əhəmiyyətsizdirsə;
q) o, turistə müvafiq dəyişiklik barədə yazılı şəkildə, aydın və başa düşülən formada bildiriş edəcəksə.
2. Əgər paket başlamazdan əvvəl turoperator: turist paketi müqaviləsinin əsas xüsusiyyətlərini, xüsusən də bu Qanunun 14-cü maddəsinin 2-ci bəndinin „a“ alt bəndində nəzərdə tutulmuş şərtləri əhəmiyyətli dərəcədə dəyişdirməyə məcbur olarsa, və ya bu Qanunun 16-cı maddəsinin 2-ci bəndinin „a“ alt bəndində nəzərdə tutulmuş xüsusi tələbləri yerinə yetirə bilmirsə, və ya eyni Qanunun 19-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq paketin dəyərini 8 faizdən çox artırırsa – turist turoperatorun müəyyən etdiyi ağlabatan müddət ərzində bu hüquqlara malikdir:
a) təklif olunan dəyişikliklərlə razılaşmaq;
b) turist paketi müqaviləsinə xitam vermək – müqaviləyə xitam verilməsi haqqını ödəmədən.
3. Turist, bu maddənin 2-ci bəndinə uyğun olaraq, turist paketi müqaviləsinə xitam verdikdə: turoperator ona eyni və ya daha keyfiyyətli paketi təklif edə bilər, turist isə təklifi qəbul etmək və ya ondan imtina etmək hüququna malikdir.
4. Turoperator turistə dərhal yazılı şəkildə, aydın və başa düşülən formada bildirməyə borcludur:
a) bu maddənin 2-ci bəndində və müvafiq halda eyni maddənin 5-ci bəndində nəzərdə tutulmuş dəyər dəyişikliyini və bu dəyişikliyin dəyərə təsiri barədə məlumatı;
b) turistin bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş qərar barədə turoperatora məlumat verməli olduğu ağlabatan müddəti;
q) turist bu bəndin „b“ alt bəndində nəzərdə tutulmuş müddətdə cavab vermədikdə - turistin müvafiq dəyişikliklərlə razılaşdığı hesab ediləcəyi barədə;
d) dəyişdirilmiş paketin dəyəri haqqında məlumatı – müvafiq hallar mövcud olduqda.
5. Əgər paket başlamazdan əvvəl turoperator turist paketi müqaviləsinin əsas xüsusiyyətlərini əhəmiyyətli dərəcədə dəyişdirməyə məcbur olarsa və turist paketi müqaviləsinə turist xitam verərsə: turoperator ona eyni və ya daha keyfiyyətli paketi təklif edə bilər, turist isə təklifi qəbul etmək və ya ondan imtina etmək hüququna malikdir. Bu halda turist müvafiq dəyərin azaldılmasını tələb etmək hüququna malikdir - əgər təklif olunan paketin yeni şərtləri əvvəlki paketdən aşağı keyfiyyətə və ya aşağı dəyərə malikdirsə.
6. Turist, bu maddənin 2-ci bəndinin „b“ alt bəndinə uyğun olaraq, turist paketi müqaviləsinə xitam verdikdə və dəyişdirilmiş paketlə razılaşmadıqda: turoperator ağlabatan müddətdə, lakin 14 təqvim günündən gec olmayaraq, bu Qanunun 23-cü maddəsinin 2−6-cı bəndlərinə uyğun olaraq, bu müqaviləyə əsasən ödənilmiş paket dəyərini turistə qaytarmağa borcludur.
Maddə 21.Turist paketi müqaviləsinə xitam verilməsi və paket başlamazdan əvvəl imtina hüququ
1. Turist paketi müqaviləsinə, paket başlamazdan əvvəl istənilən vaxt, turist xitam verə bilər. Turist, bu bəndə uyğun olaraq, turist paketi müqaviləsinə xitam verdikdə - müqaviləyə xitam verilməsi üzrə müvafiq və əsaslandırılmış haqqı turoperatora ödəməyə borcludur. Turist paketi müqaviləsi: müqaviləyə xitam verilməsindən paketin başlanmasına qədər olan vaxta uyğun olaraq ona xitam verilməsi üçün ağlabatan və standart qiyməti (haqqı) nəzərdə tuta bilər. Standart xitam qiyməti mövcud olmadıqda: xitam qiymətinin məbləği paketin dəyərinə uyğun olmalıdır – xərclərə qənaəti və alternativ turizm xidmətlərinin təmin edilməsi gəlirini çıxmaqla. Turistin tələbi ilə turoperator: xitam qiymətinin məbləğinə dair əsaslandırma təqdim etməlidir.
2. Bu maddənin birinci bəndinə baxmayaraq, turist: qaçılmaz və xüsusi hallar mövcud olduqda turist paketi müqaviləsinə - paket başlamazdan əvvəl, qiyməti ödəmədən, xitam vermək hüququna malikdir, hansı hallar ki təyinat yerində və ya onun bilavasitə yaxınlığında yaranır, bu isə paketin yerinə yetirilməsinə və ya sərnişinlərin daşınmasına əhəmiyyətli təsir göstərir. Bu bəndə uyğun olaraq, turist paketi müqaviləsinə xitam verildikdə: turist - paket çərçivəsində ödədiyi istənilən məbləği tamamilə ödətmək (geri tələb etmək) hüququna malikdir, lakin onun əlavə təzminat almaq hüququ yoxdur.
3. Turoperator turist paketi müqaviləsinə xitam vermək, paketin dəyərini turistə tam şəkildə qaytarmaq hüququna malikdir, lakin o, aşağıdakı şərtlərdən biri mövcud olduqda əlavə təzminat ödəməyə borclu olmayacaq:
a) turizm xidmətini göstərmək üçün turistlərin sayı müqavilədə nəzərdə tutulmuş minimum adam sayından azdır və turoperator müqavilədə nəzərdə tutulmuş müddətdə turistə müqaviləyə xitam verilməsi barədə məlumat verir, lakin:
a.a) paket başlamazdan əvvəl 20 gündən gec olmayaraq - əgər səyahət müddəti 6 gündən çoxdursa;
a.b) paket başlamazdan əvvəl 7 gündən gec olmayaraq - əgər səyahət müddəti 2 gündən 6 günə qədərdirsə;
a.q) paket başlamazdan əvvəl 48 saatdan gec olmayaraq - əgər səyahət müddəti 2 gündən azdırsa;
b) turoperator müqavilədə nəzərdə tutulmuş öhdəliyi ondan asılı olmayan səbəbdən, qaçılmaz və xüsusi hallara görə yerinə yetirə bilmir və turisti paket başlamazdan əvvəl müqaviləyə xitam verilməsi barədə məlumatlandıracaq.
4. Turoperator: bu maddənin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş məbləği turistə qaytarmağa və yaxud turist tərəfindən və ya onun adından hərəkət edən şəxs tərəfindən turist paketi müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı xərci, bu maddənin birinci bəndinə uyğun olaraq, ödəməyə borcludur - müqaviləyə xitam vermək haqqı çıxılmaqla. Həmin məbləğlər turistə ağlabatan müddətdə, lakin turist paketi müqaviləsinə xitam verildikdən sonra 14 gündən gec olmayaraq, qaytarılmalıdır.
5. Turist: bazardan kənarda bağlanmış turist paketi müqaviləsindən – bağlandıqdan sonra 14 iş günü ərzində, heç bir əsas göstərmədən, imtina etmək hüququna malikdir.
Maddə 22. Turist paketi müqaviləsinin yerinə yetirilməməsinə görə məsuliyyət
1. Turoperator, bu xidmətin bilavasitə onun və ya turizm xidmətləri göstərən başqa şəxs tərəfindən göstərilməsindən asılı olmayaraq, turist paketi müqaviləsində nəzərdə tutulmuş xidmətin göstərilməsi üçün məsuliyyət daşıyır.
2. İşin hallarını nəzərə alaraq, turist: turist paketi müqaviləsində nəzərdə tutulmuş xidmətin göstərilməsi zamanı aşkar edilmiş uyğunsuzluq barədə turoperatoru ağlabatan müddətdə məlumatlandırmağa borcludur.
3. Hər hansı turizm xidməti turist paketi müqaviləsinə uyğun olaraq yerinə yetirilmədikdə, turoperator uyğunsuzluğu düzəltməyə borcludur, o hallar istisna olmaqla – nə vaxt ki: aşağıdakı şərtlərdən biri mövcuddur:
a) onu aradan qaldırmaq mümkün deyil;
b) uyğunsuzluğun əhatə dairəsini və turizm xidmətinin dəyərini nəzərə alaraq, onu aradan qaldırmaq qeyri-mütənasib böyük xərclər tələb edir.
4. Turoperator bu maddənin 3-cü bəndində nəzərdə tutulmuş səbəblərə görə uyğunsuzluğu aradan qaldırmadıqda, bu Qanunun 23-cü maddəsi tətbiq edilir.
5. Əgər turoperator turistin müəyyən etdiyi ağlabatan müddətdə uyğunsuzluğu aradan qaldırmazsa, uyğunsuzluğu turistin özü aradan qaldıra bilər və bu məqsədlə çəkdiyi zəruri xərclərin ödənilməsini tələb edə bilər. Turoperator uyğunsuzluğu aradan qaldırmaqdan imtina etdikdə və ya turist uyğunsuzluğun dərhal aradan qaldırılmasında marağı olandırsa - ağlabatan müddəti müəyyən etmək zəruri deyil.
6. Turizm xidmətlərinin əhəmiyyətli hissəsi, o cümlədən: gediş yerinə qayıtma xidməti turist paketi müqaviləsinə uyğun olaraq yerinə yetirilə bilmədikdə, turoperator: paketin uzadılması üçün turistə, əlavə qiymət ödənilmədən, bu müqavilədə nəzərdə tutulmuş turizm xidmətinə oxşar (bənzər) və ya daha yüksək keyfiyyətli alternativ turizm xidmətlərini təklif etməlidir.
7. Turoperator, alternativ turizm xidmətləri şəklində, turistə daha aşağı keyfiyyətli paketi təklif etdikdə: turoperator turistə müvafiq olaraq paketin dəyərini azaltmağa borcludur. Turist təklif olunan alternativ turizm xidmətlərindən yalnız o halda imtina edə bilər - əgər onlar turist paketi müqaviləsi ilə razılaşdırılmış turizm xidmətindən əhəmiyyətli dərəcədə (mahiyyətcə) fərqlənirsə və ya turizm xidməti üçün azaldılmış dəyər (qiymət) qeyri-adekvatdırsa.
8. Əgər uyğunsuzluq paketin yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə təsir edirsə və turistin müəyyən etdiyi ağlabatan müddətdə turoperator onu aradan qaldıra bilmirsə, turist: müqaviləyə xitam verilməsi qiymətini ödəmədən, turist paketi müqaviləsinə xitam verə bilər və müvafiq halda dəyərin azaldılmasını və/və ya zərərin ödənilməsini, bu Qanunun 23-cü maddəsinə uyğun olaraq, tələb edə bilər.
9. Əgər alternativ turizm xidmətlərini həyata keçirmək mümkün deyilsə və ya turist təklif olunan alternativ turizm xidmətlərindən bu maddənin 7-ci bəndinə uyğun olaraq imtina edirsə, turist: turist paketi müqaviləsinə xitam verilmədən, bu Qanunun 23-cü maddəsinə uyğun olaraq, dəyərin azalmasını qəbul etmək və yaxud zərərin təzminatını almaq hüququna malikdir.
10. Əgər paket sərnişinlərin daşınmasını nəzərdə tutursa, turoperator: bu maddənin 8-ci və 9-cu bəndlərində nəzərdə tutulmuş hallarda - dərhal və turistə əlavə xərc ödətmədən, müvafiq nəqliyyatla onun repatriasiyasını həyata keçirməlidir.
11. Əgər paketlə nəzərdə tutulmuş razılaşmaya uyğun olaraq turistin qaytarılmasını təmin etmək qaçılmaz və xüsusi hallara görə mümkün deyilsə, ekvivalent kateqoriyalı (əgər bu mümkündürsə) yerləşdirmə vasitəsinin xərclərini – hər bir turistə maksimum 3 gecə - turoperator ödəməlidir.
12. Bu maddənin 11-ci bəndində nəzərdə tutulmuş xərclərin məhdudlaşdırılması: hərəkət (yerdəyişmə) üzrə məhdud imkanlı şəxsə və onu müşayiət edən hər hansı şəxsə, hamilə qadına və müşayiət edəni olmayan azyaşlıya, habelə spesifik tibbi yardıma ehtiyacı olan şəxslərə şamil edilmir - əgər turoperatora onların xüsusi ehtiyacları haqqında məlumat, paket başlamazdan əvvəl 48 saatdan gec olmayaraq, bildirilibsə.
Maddə 23. Dəyərin azaldılması və zərərin ödənilməsi
Turist: dəyərin azaldılmasını o dövrə mütənasib olaraq tələb etmək hüququna malikdir, hansının ki ərzində uyğunsuzluq mövcud idi - əgər o, turistin təqsiri ilə yaranmayıbsa.
Turist: müvafiq təzminatı turoperatordan almaq hüququna malikdir hər hansı ziyana görə, hansı ki ona – göstəriləcək xidmətin uyğunsuzluğuna görə dəyib (vurulub). Təzminat - ağlabatan müddətdə ödənilməlidir.
3. Turistin ziyana görə təzminat almaq hüququ yoxdur - əgər turoperator uyğunsuzluğun aşağıdakı səbəblərdən biri nəticəsində yarandığını təsdiq edərsə:
a) turistin təqsiri ilə;
b) üçüncü tərəfin təqsiri ilə, hansı ki paketlə nəzərdə tutulmuş turizm xidmətinin göstərilməsi ilə bağlı (əlaqədar) deyil və bu turoperator onu nəzərə ala bilməzdi və/və ya onun qarşısını ala bilməzdi;
q) qaçılmaz və xüsusi hallarla.
4. Turist paketi müqaviləsi ilə turistə dəymiş ziyana görə turoperatorun məsuliyyəti - paketin dəyərinin üçqat məbləği ilə məhdudlaşdırıla bilər. Məsuliyyətin məhdudlaşdırılmasını tətbiq etmək yolverilməzdir - əgər ziyan fiziki xəsarətə səbəb olubsa, hansı ki turoperatorun qəsdən və ya kobud ehtiyatsızlıqla törətdiyi hərəkətlə baş verib.
5. Zərərin ödənilməsini və ya paket dəyərinin azaldılmasını tələb etməyə dair turistin bu Qanunla nəzərdə tutulmuş hüququ – turistin xüsusi normativ aktlarla və ya beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş hüquqlarına təsir etmir. Müvafiq olaraq, turist bu fəsillə və xüsusi normativ aktlarla və ya beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş tələblərini irəli sürə bilər. Əgər turist bu fəsillə və xüsusi normativ aktlarla və ya beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş tələblərinin irəli sürülməsi əsasında təzminat alıbsa və ya ona paketin dəyəri azaldılıbsa, həddindən artıq (şişirdilmiş) təzminatın qarşısını almaq üçün ödənişlər əvəzləşdirilməlidir (ödənişlərin qarşılıqlı çıxılması baş verməlidir).
6. Bu maddədə nəzərdə tutulmuş tələblərin iddia müddəti 2 ildir.
Maddə 24. Turizm Agentliyi (Turagent) vasitəsilə turoperatorla əlaqə qurmaq
Turist: paketin yerinə yetirilməsi ilə bağlı bildirişləri, tələbləri və şikayətləri - onu (paketi) satın aldığı Turizm Agentliyinə (Turagentə) birbaşa göndərmək hüququna malikdir. Turizm Agentliyi (Turagent): həmin bildirişləri, tələbləri və şikayətləri turoperatora, yubanmadan (gecikdirmədən), göndərməlidir. Turizm Agentliyinə (Turagentə) göndərilən bildiriş (mesaj) - turoperatora göndərilmiş hesab edilir.
Maddə 25. Yardım etmək öhdəliyi
Səyahət zamanı yaranan çətinliklərdə, o cümlədən: bu Qanunun 22-ci maddəsinin 11-ci bəndində nəzərdə tutulmuş hallar mövcud olduqda turoperator, heç cür yubanma olmadan, turistə yardım etməyə borcludur, yəni:
a) yerli səhiyyə xidməti, yerli hakimiyyətin müvafiq orqanlarının yardımı və konsulluq yardımı barədə turisti məlumatlandırsın;
b) ünsiyyət qurmaqda və alternativ turizm xidmətini axtarıb-tapmaqda turistə yardım etsin;
q) əgər turist məhdud imkanlı şəxsdirsə və ya hərəkət etməkdə (yerdəyişmədə) məhdud imkanlı şəxsdirsə - inklüziv turizm xidmətləri və onlara əlçatanlıq barədə onu məlumatlandırsın, habelə onun ehtiyaclarına görə ağlabatan uyğunlaşdırma və alternativ turizm xidmətləri barədə təkrar yoxlanılmış məlumatı – arzu etdiyi (istədiyi) halda ona təqdim etsin.
2. Əgər təhlükə və/və ya əhəmiyyətli maneə (əngəl) turistin səhlənkarlığı və ya onun qəsdən hərəkəti (əməli) nəticəsində yaranıbsa, turoperator yardım göstərdiyinə görə turistdən müvafiq qiyməti ödəməsini tələb etmək hüququna malikdir. Həmin qiymət turoperatorun faktiki olaraq çəkdiyi xərcləri aşmamalıdır.
Maddə 26. Rezervasiya (sifariş) zamanı buraxılmış səhvə görə məsuliyyət
Tacir öz sistemində səbəb olduğu mövcud texniki nasazlığa (qüsura) görə məsuliyyət daşıyır. Tacir məsuliyyət daşımır o səhvə görə, hansına ki rezervasiya (sifariş) zamanı turist səbəb olub və ya hansı ki qaçılmaz və xüsusi hallara görə buraxılıb.
Fəsil V
Müflisləşməkdən qorunma
Maddə 27. Turoperatorun müflisləşməsi nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsini təmin etmək
1. Paketlə nəzərdə tutulmuş xidmətlər turoperatorun müflisləşməsinə görə tam və ya qismən həyata keçirilmirsə, turistin əvvəlcədən ödədiyi məbləği qaytarmaq üçün turoperator müvafiq maliyyə zəmanətinə (təminata) malik olmalıdır. Əgər paketə turistin daşınması daxildirsə, bu maliyyə zəmanəti (təminat) mümkün repatriasiya xərclərini də örtməlidir. Əgər turoperator Gürcüstanda və ya Avropa İqtisadi Birliyinin üzvü olan ölkənin ərazisində qeydiyyatdan keçməyibsə, o: bu Qanuna uyğun olaraq, həm də maliyyə zəmanəti (təminat) təqdim etməlidir.
2. Turistlər turoperatorun təminatından faydalana (yararlana) bilərlər – onların yaşayış yerindən və getdikləri (səyahət etdikləri) yerdən və ya paketin harada satılmasından, habelə təminatı verən təşkilatın yerləşdiyi yerdən asılı olmayaraq.
3. Əgər paketin yerinə yetirilməsi turoperatorun müflisləşməsinə görə mümkün olmursa, repatriasiya və, lazım olduqda, repatriasiyaya qədər turistin yerləşdirilməsi - maliyyə zəmanəti (təminat) vasitəsilə və təmənnasız həyata keçirilir. Turizm xidmətləri həyata keçirilmədikdə, ödəniş - turistin tələbi ilə, ağlabatan müddətdə, həyata keçirilir.
4. Bu Qanunun məqsədləri üçün turoperator müflisləşmiş hesab edilir - əgər o, vaxtı gəlib çatmış öhdəliklərin yerinə yetirilməsini/ödənilməsini təmin edə bilmirsə, bu isə turizm xidmətinin göstərilməsini qeyri-mümkün edir. Təminat - sığorta və ya bank zəmanəti ilə həyata keçirilir.
5. Təqdim olunan maliyyə zəmanəti (təminat) turistə: ictimai hüququn hüquqi şəxsinə − Gürcüstan Milli Turizm Administrasiyasına müraciət əsasında, bu fəsillə nəzərdə tutulmuş təzminatı almaq hüququ verir.
Maddə 28. Müflisləşməkdən qorunma və əlaqəli turizm xidmətləri ilə bağlı məlumatı tələb etmək
1. Əlaqəli turizm xidmətlərinin təchizatçıları: turistdən aldıqları bütün ödənişlərlə bağlı maliyyə zəmanətinə (təminata) malik olmalıdırlar - əgər əlaqəli turizm xidmətinin bir hissəsi olan turizm xidməti onların müflis olmalarına görə həyata keçirilə bilmirsə.
2. Əgər əlaqəli turizm xidmətlərinin təchizatçıları turistlərin daşınmasına cavabdeh olan şəxslərdirsə, maliyyə zəmanəti (təminat) turistin repatriasiyasını da əhatə etməlidir.
3. Bu maddədə nəzərdə tutulmuş hallara – bu Qanunun 27-ci maddəsinin birinci və 3-cü bəndlərinin təsiri şamil edilir.
4. Əlaqəli turizm xidmətlərinin satın alınmasını asanlaşdıran tacir və Avropa İqtisadi Birliyinin hüdudlarından kənarda qeydiyyatdan keçmiş tacir - müqavilə qüvvəyə minməzdən əvvəl, turistə aydın və başa düşülən şəkildə izah etməyə borcludurlar ki:
a) o, turist paketi müqaviləsi ilə müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməyəcək, hansılar ki bu Qanunla nəzərdə tutulmuşdur və müqavilədə nəzərdə tutulmuş xidmətin düzgün (lazımınca) yerinə yetirilməsinə görə yalnız xidmətin bir təchizatçısı məsuliyyət daşıyacaq;
b) müflisləşmə halında o: bu maddənin birinci bəndində nəzərdə tutulmuş müflisləşmənin təminatından faydalanacaq.
5. Turistə standart məlumat - Gürcüstan Hökuməti tərəfindən təsdiq edilmiş formada verilir.
6. Əlaqəli turizm xidmətinin təchizatçısı bu maddənin birinci−5-ci bəndlərinin tələblərini yerinə yetirmədikdə: əlaqəli turizm xidmətinə bu Qanunun 18-ci və 21−25-ci maddələrində nəzərdə tutulmuş hüquqlar və vəzifələr şamil olunacaq.
7. Əgər turist əlaqəli turizm xidmətinin təchizatçısı olmayan tacirlə əlavə müqavilə bağlayırsa (imzalayırsa), lakin bu müqavilənin bağlanması ilə əlaqədar olaraq turizm xidməti müqaviləsi yaradılırsa - tacir belə bir müqavilənin bağlanması barədə əlaqəli turizm xidmətinin təchizatçısına bildiriş etməyə borcludur.
Maddə 29. Öhdəliklərin təmin edilməsinin hüdudları
1. Turoperatorun təqdim etdiyi pul təminatına daxildir:
a) paketin satın alınması üçün ödənilmiş məbləğin geri qaytarılması – paket ləğv edildikdə;
b) paketin ləğv edilmiş hissəsi üçün təzminat məbləği;
q) turistin repatriasiya xərcləri - əgər paket turistin daşınmasını nəzərdə tutursa;
d) repatriasiyaya qədər turistin yerləşdirilməsinin xərcləri.
2. Əlaqəli turizm xidmətinin iştirakçısı tərəfindən təqdim edilən müvafiq pul təminatına daxildir:
a) turistin ödədiyi məbləğin geri qaytarılması - əgər əlaqəli turizm xidməti müqaviləsində nəzərdə tutulmuş turizm xidməti tacirin müflis olması səbəbindən həyata keçirilmədisə;
b) turistin repatriasiya xərcləri - əgər əlaqəli turizm xidməti təchizatçısının məsuliyyətinə daşıma daxildirsə;
q) repatriasiyadan əvvəl turistin yerləşdirilməsi xərcləri - əgər əlaqəli turizm xidmətlərinə turistlərin daşınması daxildirsə və daşıma məsuliyyəti tacirin üzərinə düşürsə.
3. Turoperator ictimai hüququn hüquqi şəxsinə − Gürcüstan Milli Turizm Administrasiyasına müvafiq təminatı təsdiq edən sənədin (sertifikatın) 1 nüsxəsini təqdim edir. Təminat və onun məbləği haqqında məlumat ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının xüsusi reyestrində öz əksini tapır.
4. Turoperatorun müflisləşmə təminatı ilə bağlı məlumat mübadiləsi üçün mərkəzi əlaqə (kontakt) orqanıdır: ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası.
5. Turoperatorun müflisləşmə təminatına dair mərkəzi əlaqə (kontakt) orqanının şübhəsi varsa, o: Avropa İqtisadi Zonası haqqında Sazişin digər üzv dövlətindən izahat tələb etməlidir, hansı ki turoperatorun qeydiyyat dövlətidir.
6. Mərkəzi əlaqə (kontakt) orqanı Avropa İqtisadi Zonası haqqında Sazişin digər üzv dövlətinin mərkəzi əlaqə (kontakt) orqanından: Gürcüstanda qeydiyyatdan keçmiş turoperator tərəfindən verilən müflisləşmə təminatına dair tələbi aldıqda, o: belə bir tələbə (müraciətə) – məsələnin aktuallığı (təxirəsalınmazlığı) və mürəkkəbliyi nəzərə alınmaqla, tələbin (müraciətin) alınmasından sonra 15 iş günündən gec olmayaraq, mümkün qədər tez cavab verməlidir.
Maddə 30. Öhdəliyin yerinə yetirilməsinin təminat məbləğinin hesablanması
1. Öhdəliyin yerinə yetirilməsinin təminat məbləğinin hesablanma qaydası və proseduru - Gürcüstan Hökumətinin qərarı ilə müəyyən edilir.
2. Bu Qanunla müəyyən edilmiş öhdəliyin yerinə yetirilməsi üçün təqdim olunan təminatın məbləği effektiv olmalı və ağlabatan şəkildə gözlənilən xərcləri əhatə etməlidir. O: turistlər tərəfindən və ya onların adından paketlər üçün ödənilən məbləğləri – ilk töhfələri və yekun (son) ödənişləri örtməlidir, paketlərin tamamlanması arasındakı dövrün uzunluğu nəzərə alınmaqla habelə turoperatorun müflisləşməsi halında repatriasiyanın təxmini xərclərini də. Həmin təminat məbləğinin uyğunluğunu (kafi miqdarda olduğunu) sübutetmə yükü - turoperatorun üzərinə düşür.
3. Tacir: paketlərin və əlaqəli turizm xidmətlərinin satışından əldə edilən ümumi gəlirlər haqqında hesabatı rübdə bir dəfə, hər hesabat dövründən sonrakı ayın 20-sinədək, ictimai hüququn hüquqi şəxsinə − Gürcüstan Milli Turizm Administrasiyasına təqdim etməyə borcludur. Tacir: növbəti rüb üçün yenilənmiş paketlərin və əlaqəli turizm xidmətlərinin planlaşdırılmış satışları haqqında məlumatları təqdim etməlidir, habelə təminat məbləğini hesablamaq üçün istifadə olunacaq gələn ilin planını (rüblərə görə pozulmuşu) 4-cü rübün hesabatı ilə birlikdə təqdim etməlidir.
4. Təminatın qüvvədə olma müddəti 6 aydan az olmamalıdır.
5. Yeni təminat - əvvəlki təminatın qüvvədə olma müddətinin bitməsinə 1 ay qalmış təqdim edilməlidir. Yeni təminatın fəaliyyəti - əvvəlki təminatın qüvvədə olma müddətinin keçməsindən sonrakı gündən gec olmayaraq başlamalıdır.
6. Əgər tacir bir neçə xidmətin təşkilini həyata keçirirsə - o, ən yüksək məbləğdə müvafiq təminatı təqdim etməyə borcludur.
7. Tacir öz təminatının uyğunluğunu (adekvatlığını) qiymətləndirməyə və lazım gələrsə, onun miqdarını artırmağa borcludur.
8. Turoperator hər bir paketi sığortalaya bilər. Bu sığorta hər bir paketi fərdi şəkildə, müvafiq risklərin miqdarında əhatə edəcək. Hər bir paketin sığortalanması halında öhdəliyi təmin etmək üçün lazım olan məbləğ ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının rəhbərinin əmri ilə müəyyən edilir.
Maddə 31. Öhdəlik təminatının istifadəsi
1. Tacirin müflis olması səbəbindən turist paketi müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək mümkün olmadıqda, tacir: ictimai hüququn hüquqi şəxsinə − Gürcüstan Milli Turizm Administrasiyasına və paketi və ya əlaqəli turizm xidməti müqaviləsində nəzərdə tutulmuş xidməti satın alan turistə bu barədə dərhal bildiriş etməyə borcludur.
2. Gürcüstanın „Reabilitasiya və kreditorların kollektiv şəkildə qane edilməsi haqqında“ Qanunu ilə tacirə qarşı davam edən iş ictimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının bu fəsildə nəzərdə tutulmuş təminatdan istifadə etmək hüququnu məhdudlaşdırmır.
3. Təminatdan istifadəyə dair qərarı ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası qəbul edir. Təminatdan istifadə üçün ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası:
a) turistlərin bu fəsildə nəzərdə tutulmuş tələbləri təqdim etməsi üçün müddəti müəyyənləşdirir, hansı ki 14 gündən az olmamalıdır;
b) təminatdan istifadəyə dair turistlərin tələblərini (müraciətlərini) toplayır, vaxtında təqdim edilmiş tələblərin (müraciətlərin) əsaslılığını yoxlayır və mümkün olduğu halda turistə paketin uzadılmasını təklif edir;
q) bu Qanunun 29-cu maddəsinin birinci bəndinin „a“ və „b“ alt bəndlərində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini və təminatı verən tərəfindən təminat məbləğinin (məbləğlərinin) ağlabatan müddətdə ödənilməsini təmin edir.
4. Müflisləşmə təminatından istifadənin qaydası və prosedurları - Gürcüstan Hökumətinin qərarı ilə müəyyən edilir.
Maddə 32. Gürcüstanın və Avropa İttifaqının İqtisadi Birliyinin hüdudlarından kənarda təsis edilmiş Turizm Agentliyinin (Turagentin) spesifik öhdəlikləri
Bu Qanunun 22−31-ci maddələri, həmçinin, o Turizm Agentliyinə (Turagentə) şamil edilir, hansı ki Gürcüstanın və Avropa İttifaqının İqtisadi Birliyinin hüdudlarından kənarda təsis edilmiş turoperatorun yaratdığı paketi satır, o hal istisna olmaqla – nə vaxt ki: Turizm Agentliyi (Turagent) müvafiq turoperatorun eyni maddələrlə nəzərdə tutulmuş tələbləri yerinə yetirməsinə dair sübutu (dəlili) təmin edir.
Fəsil VI
Riskli turizm xidmətinin həyata keçirilməsi
Maddə 33. Riskli turizm xidməti
1.Riskli turizm xidmətlərinin nüsxəsi - Gürcüstan Hökumətinin qərarı ilə müəyyən edilir.
2. Riskli turizm xidmətinin həyata keçirilməsinin qaydası – bu Qanunla və Gürcüstan Hökuməti tərəfindən təsdiq edilmiş texniki reqlamentlə müəyyən edilir.
3. Riskli turizm xidmətinin təchizatçısının fəaliyyətin həyata keçirilməsinin bütün mərhələlərində icbari peşə məsuliyyəti sığortası olmalıdır, hansının ki şərtləri (o cümlədən: limitləri) və həyata keçirilmə qaydası Gürcüstan Hökumətinin qərarı ilə müəyyən edilir.
Maddə 34. Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin fəaliyyətinin həyata keçirilməsi
1. Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin fəaliyyəti – bu Qanunun və Gürcüstanın digər qanunvericilik aktlarının və qanunun tabeliyindəki normativ aktlarının əsasında həyata keçirilir.
2. Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin fəaliyyət sahəsi və kompetensiyaları - Gürcüstan Hökuməti tərəfindən təsdiq edilmiş texniki reqlamentlə müəyyən edilir.
3. Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin fəaliyyətini yalnız akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı tərəfindən sertifikatlaşdırılmış fiziki şəxs həyata keçirir.
4. Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin sertifikatlaşdırılmasını ictimai hüququn hüquqi şəxsi – Vahid Milli Akkreditasiya Orqanı - Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı həyata keçirir.
5. Akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı: sertifikatlaşdırılmış şəxslərin reyestrini aparır və dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin rəsmi identifikasiya (tanınma) nişanını verir, hansının ki formasını ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası təsdiq edir.
6. Bu maddənin tələblərini nəzərə alaraq: dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin rəsmi identifikasiya (tanınma) nişanının verilməsinin və ləğv edilməsinin qaydasını və şərtlərini, habelə bu nişanın formasını ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası müəyyən edir.
7. Akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı: şəxsin sertifikatlaşdırılması, sertifikatın ləğvi və/və ya dayandırılması barədə ictimai hüququn hüquqi şəxsinə − Gürcüstan Milli Turizm Administrasiyasına dərhal məlumat verməyə borcludur.
8. Akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı: sertifikatlaşdırılmış şəxslərin reyestrinin açıqlığını (ictimailiyini) və onun daim yenilənməsini təmin etməyə borcludur.
9. Sertifikatlaşdırılmış şəxslər sertifikatlaşdırılmanın tələblərini pozduğu halda: akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı onlara qarşı müvafiq tədbirlərin görülməsini (ölçü götürülməsini), Gürcüstan qanunvericiliyinə uyğun olaraq, təmin edir.
10. Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin fəaliyyətin həyata keçirilməsinin bütün mərhələlərində icbari mülki məsuliyyət sığortası olmalıdır, hansının ki şərtləri (o cümlədən: limitləri) və həyata keçirilmə qaydası Gürcüstan Hökumətinin qərarı ilə müəyyən edilir.
11. Akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanının təşkilati-hüquqi forması qeyri-sahibkar (qeyri-kommersial) hüquqi şəxsdir.
Maddə 35. Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin öhdəlikləri
1. Dağ bələdçisi, xizək bələdçisi və Alp bələdçisi aşağıdakıları etməyə borcludurlar:
a) dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin peşəkar standartlarına riayət etmək;
b) fəaliyyəti həyata keçirərkən üzərlərində rəsmi identifikasiya (tanınma) nişanı gəzdirmək, hansını ki akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı verir.
2. Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin ərazi səlahiyyətləri (o cümlədən: yol və relyef, dəniz səviyyəsindən hündürlüyü, əyriliyi-səmti, ekspozisiya və s.), harada ki onların hər biri fəaliyyətini həyata keçirə bilər - Gürcüstan Hökuməti tərəfindən təsdiq edilmiş texniki reqlamentlə müəyyən edilir.
Fəsil VII
Turist bələdçisinin fəaliyyətinin tənzimlənməsi
Maddə 36. Turist bələdçisi
1. Gürcüstan ərazisində turist bələdçisinin xidməti, bu fəslin tələblərinə uyğun olaraq, həyata keçirilir.
2. Turist bələdçisi İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçməlidir.
3. Turist bələdçisinin sertifikatlaşdırılması könüllüdür və onu ictimai hüququn hüquqi şəxsi − Vahid Milli Akkreditasiya Orqanı − Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı həyata keçirir.
4. Akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı: sertifikatlaşdırılmış turist bələdçilərinin reyestrinin açıqlığını (ictimailiyini), onun daim yenilənməsini və ictimai hüququn hüquqi şəxsi ilə − Gürcüstan Milli Turizm Administrasiyası ilə paylaşılmasını təmin etməyə borcludur.
5. Xarici ölkənin vətəndaşı olan turist bələdçisi, Gürcüstan Hökuməti tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq, qeydiyyatdan keçməyə borcludur.
6. Akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanının təşkilati-hüquqi forması qeyri-sahibkar (qeyri-kommersial) hüquqi şəxsdir.
Maddə 37. Turist bələdçisinin rəsmi identifikasiya (tanınma) nişanı
1. Turist bələdçisinin rəsmi identifikasiya nişanını - Akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı verir.
2. Bu maddənin tələblərini nəzərə alaraq: turist bələdçisinin rəsmi identifikasiya nişanının verilməsinin və ləğv edilməsinin qaydasını və şərtlərini, habelə bu nişanın formasını ictimai hüququn hüquqi şəxsi – Gürcüstan Milli Turizm Administrasiyası müəyyənləşdirir.
3. Turist bələdçisinin rəsmi identifikasiya nişanının sahibi olan şəxs - dövlət muzeylərinə və mühafizə olunan ərazilərə daxil olmaq (giriş) üçün qoyulan rüsumu ödəməkdən azad edilir.
4. Gürcüstan Hökuməti: turist bələdçisinin rəsmi identifikasiya nişanının sahibi olan şəxslər üçün həvəsləndirici güzəştlərin digər növlərini təyin etmək səlahiyyətinə malikdir.
Fəsil VIII
Vaxt bölgüsü, uzunmüddətli istirahət, yenidən satış və mübadilə müqavilələri
Maddə 38. Bu fəslin məqsədi və fəaliyyət sahəsi
1. Bu fəslin məqsədi: daxili bazarın rəvan (ləngimədən) işləməsini asanlaşdırmaq və vaxt bölgüsü, uzunmüddətli istirahət və mübadilə müqavilələrinin bazara çıxarılmasının, satışının və yenidən satışının bəzi aspektinə münasibətdə müştərilərin (istifadəçilərin) yüksək səviyyədə qorunmasına nail olmaqdır.
2. Bu fəsil – tacir və müştəri (istifadəçi) arasında bu Qanunla nəzərdə tutulmuş əqdlərə toxunur.
3. Bu fəsildə nəzərdə tutulmuş qaydalar turistin zərərinə dəyişdirilə bilməz.
Maddə 39. Vaxt bölgüsü, uzunmüddətli istirahət, yenidən satış və mübadilə müqavilələri ilə bağlı müqavilə öncəsi (müqavilədən əvvəlki) məlumat
1. Müqaviləni bağlamazdan əvvəl tacir, Gürcüstan Hökumətinin qərarı ilə müəyyən edilən standart formalara uyğun olaraq, müqavilə öncəsi dəqiq məlumatı, o cümlədən: davranış məcəlləsi (kodeksi) haqqında məlumatı müştəriyə aydın və mükəmməl (tam) şəkildə çatdırmalıdır.
2. Bu maddənin birinci bəndində nəzərdə tutulmuş məlumatı tacir istifadəçiyə pulsuz, maddi formada və ya istifadəçi üçün asanlıqla əlçatan olan digər uzunömürlü qatarda verməlidir.
3. Tacir: bu maddənin birinci bəndində nəzərdə tutulmuş məlumatların istifadəçinin yaşadığı və ya vətəndaşı olduğu (istifadəçinin seçiminə uyğun olaraq) Avropa İttifaqına üzv olan ölkənin bir və ya birdən çox milli (dövlət) dilində tərtib edilməsini təmin etməlidir - əgər bu dil Avropa İttifaqına üzv olan ölkələrdən birinin dövlət dilidirsə.
Maddə 40. Reklam qaydaları
1. Vaxt bölgüsü, uzunmüddətli istirahət, yenidən satış və mübadilə müqavilələrinin reklamı - müqavilə öncəsi məlumatları almaq imkanını verməlidir və onun alına biləcəyi yeri göstərməlidir.
2. Əgər tacir müştəriyə (istifadəçiyə) vaxt bölgüsü, uzunmüddətli istirahət, yenidən satış və ya mübadilə müqaviləsini reklam tədbiri və ya endirim kampaniyası çərçivəsində şəxsən təklif edirsə, tacir: kampaniyanın kommersiya məqsədini və xarakterini aydın şəkildə göstərməlidir.
3. Vaxt bölgüsü və ya uzunmüddətli istirahət məhsulu investisiya kimi reklam edilə bilməz.
4. Bu maddənin birinci bəndində nəzərdə tutulmuş məlumatlar kampaniya ərzində istənilən vaxt istifadəçi üçün əlçatan olmalıdır.
Maddə 41. Vaxt bölgüsü, uzunmüddətli istirahət, yenidən satış və ya mübadilə müqaviləsinin şərtləri
1. Müqavilə - yazılı şəkildə, kağız üzərində və ya digər uzunömürlü qatarda tərtib edilməlidir Avropa İttifaqına üzv olan ölkənin bir və ya birdən çox dövlət dilində, harada ki istifadəçi yaşayır və ya hansının ki vətəndaşıdır (istifadəçinin seçiminə uyğun olaraq) - əgər bu dil Avropa İttifaqına üzv olan ölkələrdən birinin dövlət dilidirsə.
2. Bu Qanunun 39-cu maddəsinin birinci bəndində nəzərdə tutulmuş məlumat müqavilənin ayrılmaz hissəsidir və tərəflərin razılaşması ilə və ya qaçılmaz, xüsusi hallara görə dəyişə bilər, hansılar ki tacirin kontroluna tabe deyil və hansıların ki nəticələrinin qarşısını almaq mümkün deyil. Müqavilədə bu cür dəyişikliklər aydın şəkildə göstərilməlidir.
3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş dəyişikliklər barədə müştəriyə (istifadəçiyə), müqavilə bağlanmazdan əvvəl, yazılı məlumat verilməlidir.
4. Müqavilə, bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş məlumatla birlikdə, aşağıdakıları ehtiva etməlidir:
a) tərəflərin kimliyi və yaşayış yerinin ünvanı haqqında məlumat, imza;
b) müqavilənin bağlandığı tarix və yer haqqında məlumat.
5. Tacir müştəriyə, müqavilə bağlanmazdan əvvəl, bildirməlidir: müqavilədən çıxmaq hüququnu, bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş müqavilədən çıxma müddətinin uzunluğunu və eyni Qanunun 44-cü maddəsi ilə müəyyən edilmiş müqavilədən çıxma müddəti bitənə qədər ilkin ödənişin qadağan edilməsini.
6. Müştəri müqavilənin müvafiq müddəalarını ayrı-ayrılıqda imzalamalıdır.
7. Müqavilədə: müqavilədən çıxmanın ayrıca standart forması olmalıdır, hansı ki bu Qanunun 39-cu maddəsinin birinci bəndinə uyğun olaraq müəyyən edilir və eyni Qanunun 42-ci maddəsinə uyğun olaraq müqavilədən çıxmaq hüququndan istifadənin asanlaşdırılmasına (sadələşdirilməsinə) xidmət edir. Müqavilədən çıxmanın ayrıca standart forması Gürcüstan Hökumətinin qərarı ilə müəyyən edilir.
8. Müqavilə imzalanarkən: müvafiq qaydada təsdiq edilmiş (imzalanmış) müqavilənin 1 nüsxəsi müştəriyə verilir.
9. Vaxt bölgüsü və ya uzunmüddətli istirahət müqaviləsinin müddətini hesablayarkən: bu müqavilənin hər hansı müddəası, avtomatik yenilənməsinin və ya uzadılmasının şərti nəzərə alınmalıdır.
Maddə 42. Müqavilədən çıxmaq hüququ
1. Müştərinin: 14 təqvim günü ərzində, heç bir izahat vermədən – vaxt bölgüsü, uzunmüddətli istirahət, yenidən satış və ya mübadilə müqaviləsindən çıxmaq hüququ var.
2. Müqavilədən çıxma müddəti hesablanır:
a) müqavilənin bağlandığı gündən;
b) müştərinin müqaviləni qəbul etdiyi gündən - əgər həmin gün bu bəndin „a“ alt bəndində nəzərdə tutulmuş tarixdən gec gəlirsə.
3. Müqavilənin müddəti başa çatır (bitir):
a) bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş gündən 1 il və 14 təqvim günündən sonra - əgər tacir müqavilədən çıxmanın standart formasını bu Qanunun 41-ci maddəsinin 5−7-ci bəndlərinin tələblərinə uyğun olaraq doldurmadısa və müştəriyə yazılı şəkildə, maddi formada və ya digər uzunömürlü qatar (davamlı mühit) vasitəsilə ötürmədisə;
b) bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş gündən 3 ay və 14 təqvim günündən sonra - əgər bu Qanunun 39-cu maddəsinin birinci bəndində nəzərdə tutulmuş məlumat yazılı şəkildə və ya digər uzunömürlü qatar vasitəsilə, standart məlumatlandırıcı formaya uyğun olaraq, müştəriyə çatdırılmadısa.
4. Bu Qanunun 39-cu maddəsi ilə müəyyən edilmiş müqavilədən çıxmanın standart formasını tacir yazılı şəkildə və ya digər uzunömürlü qatar vasitəsilə doldurub, bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş gündən 1 il ərzində müştəriyə ötürdükdə: müqavilədən çıxma müddətinin hesablanması (sayılması) - həmin formanın müştəri tərəfindən qəbul edildiyi gündən başlayacaq.
5. Əgər bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş məlumat müştəriyə yazılı şəkildə və ya digər uzunömürlü qatar vasitəsilə, standart məlumatlandırıcı formaya uyğun olaraq, bu maddənin 2-ci bəndi ilə müəyyən edilmiş gündən 3 ay ərzində çatdırılıbsa – müqavilədən çıxma müddətinin hesablanması müştərinin bu məlumatı aldığı gündən başlayacaq.
6. Mübadilə və vaxt bölgüsü müqavilələrini müştəriyə eyni vaxtda təklif edirlərsə, hər iki müqaviləyə münasibətdə - bu maddənin birinci bəndinə uyğun olaraq müqavilədən çıxmaq üçün yalnız bir müddət tətbiq edilir. Hər iki müqavilə üçün müqavilədən çıxma müddəti - eyni maddənin 2-ci bəndinin müddəalarına əsasən hesablanmalıdır.
7. Müştəri müqavilədən çıxmaq hüququndan istifadə etmək niyyətindədirsə, o: müqavilədən çıxma müddəti bitməzdən əvvəl tacirə öz qərarı barədə yazılı şəkildə məlumat verməlidir. Müştəri müqavilədən çıxmanın standart formasından istifadə edə bilər, hansını ki tacir, bu Qanunun 39-cu maddəsinə uyğun olaraq, təmin edir. Son müddətə riayət olunur o halda - əgər bildiriş müqavilədən çıxmanın müddəti bitməzdən əvvəl göndəriləcəksə.
Maddə 43. Müqavilədən çıxmanın nəticələri
1. Müştəri tərəfindən müqavilədən çıxmaq hüququndan istifadə etmək - tərəflərin müqavilənin yerinə yetirilməsi ilə bağlı öhdəliyinə xitam verir.
2. Müştəri müqavilədən çıxmaq hüququndan istifadə etdikdə: müqavilədən çıxmazdan əvvəl göstərilmiş ola biləcək xidmətə görə müştəridən heç bir xərc, vergi tutulmamalıdır.
Maddə 44. İlkin ödənişin qadağan edilməsi
1. Müqavilədən çıxma müddəti bitməzdən əvvəl tacirin və ya hər hansı üçüncü tərəfin xeyrinə müştəri tərəfindən: vaxt bölgüsü, uzunmüddətli istirahət və mübadilə müqavilələri ilə bağlı hər hansı ilkin ödəniş, zəmanətlərin təmin edilməsi, məbləğin hesaba yerləşdirilməsi, borcun tanınması (etirafı) və ya hər hansı digər şərtin təklifi qadağandır.
2. Real satış başlamazdan əvvəl və ya yenidən satış müqaviləsinə başqa cür xitam verilənə qədər tacirin və ya hər hansı üçüncü tərəfin xeyrinə müştəri tərəfindən: yenidən satış müqaviləsi ilə bağlı hər hansı ilkin ödəniş, zəmanətlərin təmin edilməsi, məbləğin hesaba yerləşdirilməsi, borcun tanınması (etirafı) və ya hər hansı digər şərtin təklifi qadağandır.
Maddə 45. Uzunmüddətli istirahət müqaviləsi ilə bağlı xüsusi müddəalar
1. Uzunmüddətli istirahət müqaviləsi halında ödəniş – ödəniş cədvəlinə əsasən həyata keçirilir. Bu müqavilə ilə müəyyən edilmiş qiymətin hər hansı bir şəkildə ödənilməsi, hansı ki ödəniş cədvəlindən fərqlənir - qadağandır. Ödənişlər, o cümlədən: üzvlük haqqı hər illik, bərabər töhfələrə bölünməlidir. Tacir ödənişlə bağlı yazılı tələbi hər ödəniş tarixindən ən azı 14 təqvim günü əvvəl göndərməlidir. Tələb – yazılı şəkildə və ya digər uzunömürlü qatar vasitəsilə yerinə yetirilməlidir.
2. Müştəri: ikinci cari töhfədən sonra cərimələnmədən müqaviləyə xitam verə bilər, bunun üçün isə o: hər dəfə töhfənin ödənilməsi tələbini aldıqdan sonra 14 təqvim günü ərzində tacirə bildiriş göndərməlidir. Bu hüquq - Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş müqaviləyə xitam vermək hüquqlarına təsir etmir.
Maddə 46. Köməkçi müqaviləyə xitam verilməsi
1. Müştəri vaxt bölgüsü müqaviləsindən və ya uzunmüddətli istirahət müqaviləsindən çıxmaq hüququndan istifadə etdikdə: hər hansı digər köməkçi müqaviləyə avtomatik olaraq xitam verilməlidir elə ki, müştəridən heç bir xərc tutulmasın.
2. Əgər qiyməti (haqqı) tacir və ya üçüncü tərəf, müştəriyə verilmiş kredit vasitəsilə tam və ya qismən ödəyibsə, üçüncü tərəf və tacir arasında razılaşma əsasında: kredit müqaviləsinə, müştəridən hər hansı növ xərc tutulmadan, xitam verilməlidir - əgər müştəri vaxt bölgüsü, uzunmüddətli istirahət, yenidən satış və ya mübadilə müqaviləsindən çıxmaq hüququndan istifadə edərsə.
Maddə 47. Vaxt bölgüsü müqaviləsinin dövlət reyestrində qeydiyyata alınması
1. Vaxt bölgüsü müqaviləsini dövlət reyestrində qeydiyyata almaq məcburidir.
2. Yerləşdirmə vasitəsinin mülkiyyətçisinin (sahibinin) dəyişməsi – qeydiyyata alınmış vaxt bölgüsü müqaviləsinə xitam verilməsinə səbəb olmur.
Fəsil IX
Turizm haqqında Gürcüstan qanunvericiliyinin icrası
Maddə 48. Qanunun icrasına nəzarət və kontrol
Bu Qanunun icrasına inzibati nəzarəti ictimai hüququn hüquqi şəxsi – Gürcüstan Milli Turizm Administrasiyası həyata keçirir.
Maddə 49. Turizm haqqında Gürcüstan qanunvericiliyinin pozulmasına görə məsuliyyət
1. Bu Qanunun tələbləri pozulduqda: xətalar (hüquq pozuntuları) protokolunu ictimai hüququn hüquqi şəxsinin – Gürcüstan Milli Turizm Administrasiyasının səlahiyyətli əməkdaşı tərtib edir. Xətalar (hüquq pozuntuları) protokolunun formasını ictimai hüququn hüquqi şəxsinin – Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri təsdiq edir.
2. Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin fəaliyyəti – personal sertifikatına və/və ya mülki məsuliyyətin icbari sığorta polisinə sahib olmadan −
500 laridən 1 000 lariyə qədər məbləğdə cərimələnməyə səbəb olacaq.
Bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş əməl, təkrar törədilmiş, −
1 000 laridən 2 000 lariyə qədər məbləğdə cərimələnməyə səbəb olacaq.
4. Yanlarında identifikasiya vəsiqəsi olmayan dağ bələdçisi, xizək bələdçisi və Alp bələdçisi tərəfindən fəaliyyətin həyata keçirilməsi, −
200 lariyə qədər məbləğdə cərimələnməyə səbəb olacaq.
5. Riskli turizm xidmətinin həyata keçirilməsi – texniki reqlamentin tələblərini pozmaqla və/və ya peşə məsuliyyətinin icbari sığorta polisinə sahib olmadan −
800 laridən 1 500 lariyə qədər məbləğdə cərimələnməyə səbəb olacaq.
6. Bu maddənin 5-ci bəndində nəzərdə tutulmuş əməl, təkrar törədilmiş, −
1 600 laridən 3 000 lariyə qədər məbləğdə cərimələnməyə səbəb olacaq.
7. Turoperator və əlaqəli turizm xidmətinin iştirakçısı tərəfindən müvafiq fəaliyyətin, təminat olmadan, həyata keçirilməsi −
1 500 lari məbləğində cərimələnməyə səbəb olacaq.
8. Turizm fəaliyyətinin subyekti tərəfindən fəaliyyətin, qeydiyyat olmadan, həyata keçirilməsi −
500 lari məbləğində cərimələnməyə səbəb olacaq.
9. Turizm sahəsində qanunun icrasına nəzarət etmək səlahiyyətinə malik olan nümayəndənin fəaliyyətini həyata keçirməsinə mane olmaq −
300 lari məbləğində cərimələnməyə səbəb olacaq.
10. İctimai hüququn hüquqi şəxsinə − Gürcüstan Milli Turizm Administrasiyasına bu Qanunla nəzərdə tutulmuş təminatın təqdim edilməsi öhdəliyinin yerinə yetirilməməsi −
1 000 lari məbləğində cərimələnməyə səbəb olacaq.
11. Turizm məkanının idarə edilməsinin təşkili fəaliyyətinin həyata keçirilməsi – ictimai hüququn hüquqi şəxsi − Gürcüstan Milli Turizm Administrasiyası turizm məkanını idarə edən təşkilat statusunu vermədən −
1 000 lari məbləğində cərimələnməyə səbəb olacaq.
12. Bu maddənin 2−11-ci bəndlərində nəzərdə tutulmuş cərimələr Gürcüstanın dövlət büdcəsinə ödənilir.
13. Cərimə ödənilmədikdə - o, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dərhal icra ediləcək.
Fəsil X
Keçid və yekun müddəalar
Maddə 50. Keçid müddəaları
1. Gürcüstan Hökuməti:
a) 2024-cü il dekabrın 31-dək: Gürcüstanın „Kurort fəaliyyəti haqqında“ qanun layihəsinin Gürcüstan Parlamentinə təqdim edilməsini təmin etsin;
b) 2025-ci il yanvarın 1-dək: aqroturizm və şərabçılıq turizmi fəaliyyətlərinin prinsiplərini, fəaliyyət subyektlərinin statusunun əldə edilməsi və yaxud ləğvi qaydasını və şərtlərini təsdiq etsin;
q) 2025-ci il iyunun 1-dək: xarici ölkənin vətəndaşları olan turist bələdçilərinin qeydiyyata alınması qaydasını işləyib-hazırlasın;
d) 2026-cı il iyunun 1-dək: riskli turizm xidmətlərinin nüsxəsini, riskli turizm xidmətinin həyata keçirilməsinin texniki reqlamentini və dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin fəaliyyət sahəsini və kompetensiyalarını, ərazi kompetensiyalarının (o cümlədən: yol və relyef, dəniz səviyyəsindən hündürlük, əyrilik-səmt, ekspozisiya və s.) texniki reqlamentini təsdiq etsin;
e) 2026-cı il iyunun 1-dək: „Dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin mülki məsuliyyətinin icbari sığorta şərtlərinin və həyata keçirilmə qaydasının təsdiqlənməsi haqqında“ qərar və „Riskli turizm xidməti təchizatçısının peşə məsuliyyətinin icbari sığorta qaydasının və şərtlərinin təsdiqlənməsi haqqında“ qərar qəbul etsin;
v) 2024-cü il iyunun 1-dək: „Gürcüstana gələn turistlərin sağlamlığının və qəzanın (bədbəxt hadisənin) icbari sığorta qaydasının və şərtlərinin təsdiqlənməsi haqqında“ qərar qəbul etsin;
z) 2027-ci il iyunun 1-dək: bu Qanunun IV fəslində müəyyən edilmiş standart formaları təsdiq etsin;
t) 2027-ci il iyunun 1-dək: bu Qanunun VIII fəslində müəyyən edilmiş standart formaları təsdiq etsin;
i) 2027-ci il iyunun 1-dək: müflisləşmə təminatının məbləğinin hesablanması qaydasını və prosedurunu təsdiq etsin;
k) bu Qanunun qüvvəyə minməsindən sonra 2 ay ərzində: „Kurortlar haqqında“ qərarı təsdiq etsin;
l) müvafiq qanunun tabeliyindəki normativ aktların bu Qanuna uyğunluğunu təmin etsin.
2. İctimai hüququn hüquqi şəxsinin − Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri:
a) 2024-cü il dekabrın 31-dək: xətalar (hüquq pozuntuları) protokolunun formasını (formalarını) işləyib-hazırlasın;
b) 2024-cü il dekabrın 31-dək: turizm məkanını idarə edən təşkilat statusunun verilməsi və ləğvi qaydasını, fəaliyyət qaydasını və standartını təsdiq etsin;
q) 2025-ci il iyunun 1-dək: turist bələdçisinin rəsmi identifikasiya vəsiqəsi nişanının verilməsi və ləğvi qaydasını və şərtlərini, vəsiqə nişanının formasını, akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı tərəfindən turist bələdçisinin sertifikatlaşdırılması reyestrinin aparılması qaydasını və qeydiyyat formasını təsdiq etsin;
d) 2026-cı il iyunun 1-dək: akkreditə olunmuş personalın sertifikatlaşdırılması orqanı tərəfindən dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin sertifikatlaşdırılması reyestrinin aparılması qaydasını və reyestr formasını təsdiq etsin;
e) 2026-cı il iyunun 1-dək: dağ bələdçisinin, xizək bələdçisinin və Alp bələdçisinin rəsmi identifikasiya vəsiqəsi nişanının verilməsi və ləğvi qaydasını və şərtlərini, vəsiqə nişanının formasını təsdiq etsin;
v) 2027-ci il iyunun 1-dək: turist paketlərinin və əlaqəli turizm xidmətlərinin satışından əldə edilən ümumi gəlirlər haqqında hesabat formasını işləyib-hazırlasın;
z) 2027-ci il iyunun 1-dək: turoperatorun və əlaqəli turizm xidmətinin iştirakçısının müflisləşməkdən qorunma sertifikatının formasını işləyib-hazırlasın;
t) öz səlahiyyəti çərçivəsində: müvafiq qanunun tabeliyindəki normativ aktların bu Qanuna uyğunluğunu təmin etsin.
Maddə 51. Yekun müddəaları
1. Gürcüstanın „Turizm və kurortlar haqqında“ 1997-ci il 6 mart tarixli Qanunu qüvvədən düşmüş elan edilsin (Parlament xəbərləri, №13-14 (45-46/13), 12 aprel, 1997, səh.3).
2. Bu Qanunun 6−9-cu və 11−47-ci maddələri və 49-cu maddəsinin 2−11-ci bəndləri istisna olmaqla, bu Qanun - dərc edildikdən dərhal sonra qüvvəyə minsin.
3. Bu Qanunun 12-ci maddəsi 2024-cü il iyunun 1-dən qüvvəyə minsin.
4. Bu Qanunun 6−9-cu maddələri və 49-cu maddəsinin 11-ci bəndi 2024-cü il dekabrın 31-dən qüvvəyə minsin.
5. Bu Qanunun 11-ci maddəsi və 49-cu maddəsinin 8-ci bəndi 2025-ci il yanvarın 1-dən qüvvəyə minsin.
6. Bu Qanunun 36-cı və 37-ci maddələri 2025-ci il iyunun 1-dən qüvvəyə minsin.
7. Bu Qanunun 33−35-ci maddələri və 49-cu maddəsinin 2−6 bəndləri 2026-cı il iyunun 1-dən qüvvəyə minsin.
8. Bu Qanunun 13−32-ci və 38−47-ci maddələri və 49-cu maddəsinin 7-ci, 9-cu və 10-cu bəndləri 2027-ci il iyunun 1-dən qüvvəyə minsin.
Gürcüstan prezidenti Salome Zurabişvili
Tbilisi,
15 dekabr 2023-cü il.
N3969-XIIIms-Xmp
Qanun üzrə suallar
Turist paketləri və əlaqəli xidmətlərə aid müddəalar haradadır?
13-cü maddə turist paketi və əlaqəli turizm xidmətləri üzrə müqavilələrə və istisnalara həsr olunub; sonrakı müqavilə müddəalarını da oxuyun. Maddəni oxuyun: Maddə 13. Turist paketi və əlaqəli turizm xidmətləri üzrə müqavilələr və istisnalar
