Qanunvericilik
Xaricdə vəfat etmiş Gürcüstan vətəndaşlarının Gürcüstana gətirilməsi xərclərinin ödənilməsi qaydasının təsdiq edilməsi haqqında
Bu sənəd Xaricdə vəfat etmiş Gürcüstan vətəndaşlarının Gürcüstana gətirilməsi xərclərinin ödənilməsi qaydasının təsdiq edilməsi haqqında…
GÜRCÜSTAN HÖKUMƏTİNİN
158 saylı QƏRARI
26 mart 2019-cu il
Tbilisi şəhəri
“Xaricdə vəfat etmiş Gürcüstan vətəndaşlarının Gürcüstana gətirilməsi
xərclərinin ödənilməsi qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan
Hökumətinin 2016-cı il 18 iyul tarixli №330 saylı qərarına dəyişiklik
edilməsi haqqında
Maddə 1
“Normativ aktlar haqqında” Gürcüstan Orqanik Qanununun 20-ci maddəsinin 4-cü
bəndinə uyğun olaraq, “Xaricdə vəfat etmiş Gürcüstan vətəndaşlarının Gürcüstana
gətirilməsi xərclərinin ödənilməsi qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan
Hökumətinin 2016-cı il 18 iyul tarixli №330 saylı qərarına (www.matsne.gov.ge,
21/07/2016, 010240030.10.003.019395) dəyişiklik edilsin və qərarla təsdiq edilmiş
qaydanın:
1. Birinci maddəsinə aşağıdakı məzmunda 3-cü və 4-cü bəndlər əlavə edilsin:
“3. Ölüm tarixindən asılı olmayaraq, xaricdə vəfat etmiş və Gürcüstanın ərazi bütövlüyü,
azadlığı və müstəqilliyi uğrunda hərbi əməliyyatlarda iştirak etmiş Gürcüstan
vətəndaşının Gürcüstana gətirilməsi xərcləri ödənilməlidir.
4. Hər iki valideyni Gürcüstan vətəndaşı və ya Gürcüstanda daimi yaşayış hüququna
malik vətəndaşlığı olmayan şəxs olduğu halda, xaricdə ölü doğulmuş uşağın Gürcüstana
gətirilməsi xərcləri ödənilməlidir.”
2. 3-cü maddənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“2. Ərizəçi ailə üzvü Gürcüstan Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxsin əmlak vergisi
bəyannaməsinin bəyannaməçisi olduqda, Gürcüstan vətəndaşının Gürcüstana gətirilməsi
xərcləri ödənilmir. Ərizəçi tərəfindən təqdim edilmiş cari hesabat dövrü üzrə fiziki şəxsin
əmlak vergisinin illik bəyannaməsinə, belə bəyannamə olmadıqda isə əvvəlki hesabat
dövrü üzrə fiziki şəxsin əmlak vergisinin illik bəyannaməsinə əsasən fiziki şəxs və onun
ailəsi tərəfindən əldə edilmiş gəlir 100 000 laridən çox olduqda, həmin xərclər
ödənilmir.”
3. 4-cü maddənin 2-ci bəndindən sonra aşağıdakı məzmunda 2¹ bəndi əlavə edilsin:
“2¹. Xaricdə vəfat etmiş Gürcüstan vətəndaşının Gürcüstana gətirilməsi ilə bağlı ərizə ilə
müraciət edilərkən, əgər ailənin müvafiq üzvü haqqında məlumat ərizənin təqdim
edilməsindən sonra 5 iş günü müddətində əldə edilməzsə, müraciət etmək hüququ
növbə üzrə növbəti kateqoriyaya aid ailə üzvünə keçir.”
Maddə 2
Qərar dərc edildiyi andan qüvvəyə minir.
Baş nazir
Mamuka Baxtadze
