✓Edda Gojaeva
Bioqrafiya
Edda Gojaeva — Tbilisidə təsdiqlənmiş vəkil, ixtisaslar: Mülki hüquq, Biznes hüququ. 7 il təcrübə. LIDA.ge-də onlayn hüquqi konsultasiya rezerv edin.
Edda Gojaeva Vəkil (ümumi ixtisaslaşma üzrə, 2022-ci ildən) Mediator (2026-cı ildən) Edda Gojaeva hüquqşünas, vəkil və mediator kimi fəaliyyət göstərir. Gojaev’s Law Office hüquq bürosunun həmtəsisçilərindən və direktorlarından biridir. Eyni zamanda GLB Training Center-in həmtəsisçisi, direktoru və təlimçisi, Marneuli İctimai Kollecində lektor kimi fəaliyyət göstərir. Hüquq üzrə magistr dərəcəsinə malikdir və hazırda Sulkhan-Saba Orbeliani Universitetinin Hüquq fakültəsində doktorantdır.
Elmi-tədqiqat fəaliyyətini miqrasiya hüququ sahəsində davam etdirir və bu istiqamətdə dissertasiya işi üzərində çalışır. Peşəkar fəaliyyəti ərzində ailə, miras, mülki, korporativ, müqavilə, əmək, miqrasiya, inzibati və digər hüquq sahələri üzrə çoxsaylı yerli və xarici müvəkkillərə hüquqi yardım göstərmişdir. Hər bir işə fərdi yanaşma, düzgün hüquqi strategiyanın hazırlanması və müvəkkilin hüquqlarının effektiv müdafiəsi onun əsas fəaliyyət prinsiplərindəndir.
Edda Gojaeva müxtəlif elmi məqalələrin, hüquqi təlimlərin və maarifləndirici proqramların müəllifidir. Onun beynəlxalq elmi nəşrlərindən biri: "Assessment of the Principle of Credibility with Regard to Granting Refugee Status" https://www.researchgate.net/publication/394834965_Kizeitar_Gojaeva_ASSESSMENT_OF_THE_PRINCIPLE_OF_CREDIBILITY_WITH_REGARD_TO_GRANTING_REFUGEE_STATUS Gojaev’s Law Office müxtəlif hüquq sahələri üzrə ixtisaslaşmış peşəkar vəkillərdən ibarət hüquq bürosudur.
Büromuzda ailə, mülki, cinayət, korporativ, əmək, miqrasiya, inzibati və digər hüquq sahələri üzrə təcrübəli mütəxəssislər fəaliyyət göstərir. Hər bir hüquqi məsələ müvafiq sahə üzrə ixtisaslaşmış vəkillər tərəfindən araşdırılır və müvəkkillərə peşəkar, operativ və nəticəyönümlü hüquqi xidmət göstərilir. Hüquqi məsələnizin hansı sahəyə aid olmasından asılı olmayaraq, Gojaev’s Law Office komandası sizə etibarlı və peşəkar hüquqi dəstək göstərməyə hazırdır.
İş dilləri: • Azərbaycan dili • Gürcü dili • İngilis dili • Türk dili
İxtisaslar
Dillər
Onlayn konsultasiya
Əvvəlcə tarix seçin
