Qanunvericilik

Qanunvericilik

Gürcüstan Cinayət Məcəlləsi

Qısa xülasə

Gürcüstan Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını, cinayət sayılan əməlləri və cəzalar haqqında müddəaları müəyyən edir. Mündəricatda maddə başlığını seçərək sənədin müvafiq hissəsinə keçə bilərsiniz. Hüquqi tətbiqdən əvvəl səhifədəki məlumatı və mətni Matsne-dəki rəsmi redaksiya ilə yoxlayın.

Gürcüstan Cinayət Məcəlləsi: cinayətlər, məsuliyyət və cəzalar haqqında Azərbaycan dilində mətn və rəsmi mənbə.

Rəsmi mənbə və mətnin redaksiyası

Rəsmi gürcücə adı: საქართველოს სისხლის სამართლის კოდექსი

Yurisdiksiya: Gürcüstan

Matsne-də rəsmi sənəd

Qəbul tarixi:

LIDA.ge-dəki mətn qeyri-rəsmi tərcümədir. Rəsmi sənəd üçün Matsne mənbəsinə baxın.

Bu mətnin hansı rəsmi redaksiyaya uyğun olduğu ayrıca təsdiqlənməyib. Tətbiqdən əvvəl Matsne-də müvafiq redaksiyanı yoxlayın.

Rəsmi və qüvvədə olan mətni matsne.gov.ge saytında yoxlayın.

Gürcüstan Cinayət Məcəlləsi üzrə axtardığınız mövzunu tapmaq üçün bu səhifədəki mətnə və maddə başlıqlarına baxın.

Qanunun mətni

2023-cü il 7 mart vəziyyəti ilə

Gürcüstan qanunu

Gürcüstanın Cinayət Məcəlləsi

Ümumi hissə

Birinci qapı

Cinayət qanunu

Fəsil I

Gürcüstanın cinayət qanunvericiliyi

Maddə 1. Gürcüstanın cinayət qanunvericiliyi və onun məqsədi

1. Gürcüstanın Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını müəyyən edir, hansı əməlin cinayət olduğunu müəyyənləşdirir, müvafiq cəza və ya digər cinayət tədbiri təyin edir.

2. Bu məcəllə Gürcüstan Konstitusiyasına, beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normalarına uyğundur.

3. Bu məcəllənin məqsədi cinayət əməllərinin qarşısını almaq və asayişi qorumaqdır.

Fəsil II

Cinayət qanununun əhatə dairəsi

Maddə 2. Cinayət qanununun zamanda fəaliyyəti

1. Əməlin cinayət tərkibi və cəzası onun törədildiyi vaxt qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir.

2. Cinayətin törədildiyi vaxt cinayəti törədənin və ya cinayət ortağının hərəkət etdiyi və ya etməli olduğu vaxtdır. Nəticənin nə vaxt baş verməsinin əhəmiyyəti yoxdur.

Maddə 3. Cinayət qanununun geriyə qüvvəsi

1. Əməlin cinayət tərkibini ləğv edən və ya cəzanı yüngülləşdirən cinayət qanunu geriyə qüvvəyə malikdir. Əməli cinayət hesab edən və ya cəzanı sərtləşdirən cinayət qanununun geriyə qüvvəsi yoxdur.

2. Əgər yeni cinayət qanunu cinayətkarın ödədiyi əmələ görə cəzanı yüngülləşdirirsə, həmin cəza bu cinayət qanununun sanksiyası çərçivəsində azaldılmalıdır.

3. Cinayət qanunu cinayət törədildikdən hökm çıxarılanadək bir neçə dəfə dəyişibsə, ən yüngül qanun tətbiq edilir.

4. (çıxarılıb - 12.06.2015, №3714).

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 - SSM I, №18, 15.05.2000, maddə 45

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 - SSM I, №20, 31.05.2000, maddə 51

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007, maddə 278

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 – veb səhifə, 24.06.2015-ci il.

Maddə 4. Gürcüstan ərazisində törədilən cinayətə qarşı cinayət qanununun tətbiqi

1. Gürcüstan ərazisində cinayət törətmiş hər kəs bu məcəllə ilə cinayət məsuliyyətinə cəlb olunacaq.

2. Gürcüstan ərazisində başlayan, davam edən, dayandırılan və ya bitən cinayət Gürcüstan ərazisində törədilmiş sayılır. Bu məcəllə həmçinin Gürcüstanın kontinental şelfinə və xüsusi iqtisadi zonada törədilən cinayətlərə də şamil edilir.

3. Gürcüstanın dövlət bayrağından və ya tanınma nişanından istifadə etməyə icazə verilmiş gəmidə və ya belə gəmiyə qarşı cinayət törətmiş şəxs, əgər Gürcüstanın beynəlxalq müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, bu məcəllə ilə cinayət məsuliyyəti daşıyır.

4. Xarici ölkənin diplomatik nümayəndəsi, habelə diplomatik toxunulmazlığa malik digər şəxs Gürcüstan ərazisində cinayət törətmişsə, onların cinayət məsuliyyəti məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.

Maddə 5. Xaricdə törədilmiş cinayətə görə cinayət məsuliyyəti

1. Gürcüstan vətəndaşı və Gürcüstanda statusu olan vətəndaşlığı olmayan şəxs, hansılar ki xaricdə bu məcəllə ilə nəzərdə tutulmuş və törədildiyi dövlətin qanunvericiliyinə görə cinayət sayılan əməli törədiblər, bu məcəllə ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

2. Gürcüstan vətəndaşı və Gürcüstanda statusu olan vətəndaşlığı olmayan şəxs, hansılar ki xaricdə bu məcəllə ilə nəzərdə tutulmuş və törədildiyi dövlətin qanunvericiliyinə görə cinayət sayılan əməli törədiblər, bu məcəllə ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar, əgər bu, Gürcüstanın maraqlarının əleyhinə yönəldilmiş ağır və ya xüsusilə ağır cinayətdirsə və/və ya əgər bu cinayətə görə cinayət məsuliyyəti Gürcüstanın beynəlxalq müqaviləsi ilə nəzərdə tutulubsa.

3. Xaricdə cinayət törətmiş əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs bu məcəllə ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar, əgər bu, Gürcüstanın maraqlarının əleyhinə yönəldilmiş ağır və ya xüsusilə ağır cinayətdirsə və/və ya əgər bu cinayətə görə cinayət məsuliyyəti Gürcüstanın beynəlxalq müqaviləsi ilə nəzərdə tutulubsa.

4. Gürcüstan vətəndaşı və Gürcüstanda statusu olan vətəndaşlığı olmayan şəxs, hansılar ki xaricdə bu məcəllənin 221-ე, 2231, 2232, 2233, 2234, 338-ci, 339-cu və ya 339​1 maddəsi ilə nəzərdə tutulmuş və törədildiyi dövlətin qanunvericiliyinə görə cinayət sayılmayan əməli törədiblər, bu məcəllə ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

5. Xaricdə bu məcəllə ilə nəzərdə tutulmuş cinayəti törətmiş xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs, hansılar ki Gürcüstan üçün ictimai-hüquqi səlahiyyətləri həyata keçirirlər, bu məcəllənin 221, 338, 339 və ya 3391 maddələrində nəzərdə tutulmuş cinayəti törətməyə görə, bu məcəllə ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

6. Gürcüstanın diplomatik nümayəndəliyinin və ya konsulluğunun ərazisində xaricdə cinayət törətmiş şəxs, bu məcəllə ilə cinayət məsuliyyətinə cəlb olunacaq, əgər Gürcüstanın beynəlxalq müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa.

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 - SSM I, №20, 31.05.2000, maddə 51

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 25 may 2012-ci il tarixli qanunu №6301 – veb səhifə, 12.06.2012-ci il.

Gürcüstanın 18 aprel 2018-ci il tarixli qanunu №2152 – veb səhifə, 01.05.2018-ci il.

Gürcüstanın 20 iyul 2018-ci il tarixli qanunu №3158 – veb səhifə, 06.08.2018-ci il.

Maddə 6. Cinayətkarın təhvil verilməsi və ekstradisiyası

1. Gürcüstan vətəndaşı və Gürcüstanda statusu olan vətəndaşlığı olmayan şəxs, cinayət məsuliyyətinə cəlb edilmək və ya cəza çəkmək üçün başqa dövlətə ekstradisiya edilə bilməz, əgər Gürcüstanın beynəlxalq müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa. Gürcüstan vətəndaşının və Gürcüstanda statusu olan vətəndaşlığı olmayan şəxsin Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməsi Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsi (Roma Statutu) ilə və ,,Gürcüstanın Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığı haqqında’’ Gürcüstan qanunu ilə nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada həyata keçirilir.

2. Cinayəti törədən xarici ölkə vətəndaşı, habelə vətəndaşlığı olmayan şəxs, hansılar ki Gürcüstan ərazisindədirlər, Gürcüstanın beynəlxalq müqaviləsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilmək və ya cəza çəkmək üçün başqa dövlətə ekstradisiya edilə və ya Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilə bilərlər.

3. Başqa dövlətə təhvil verilə bilməz sığınacaqda olan cinayət törətmiş şəxs, hansı ki siyasi əqidəsinə görə təqib olunur, eləcə də Gürcüstan qanunvericiliyinə görə cinayət sayılmayan əməli törədən şəxs və ya əgər ekstradisiyanı tələb edən dövlətdə törədilən cinayətə görə ölüm cəzası verilirsə. Belə şəxslərin cinayət məsuliyyəti məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 - SSM I, №20, 31.05.2000, maddə 51

Gürcüstanın 14 avqust 2003-cü il tarixli qanunu №2980 – SSM I, №26, 05.09.2003, maddə 191

Gürcüstanın 25 may 2012-ci il tarixli qanunu №6301 – veb səhifə, 12.06.2012-ci il.

İkinci qapı

Cinayət

Fəsil III

Cinayət məsuliyyətinin əsasları, cinayət kateqoriyaları

Maddə 7. Cinayət məsuliyyətinin əsasları

1. Cinayət məsuliyyətinin əsasını cinayət təşkil edir, yəni bu məcəllə ilə nəzərdə tutulmuş qanunsuz və təqsirli əməl. Hüquqi şəxsin cinayət məsuliyyətinin əsasları bu məcəllənin müvafiq normaları ilə müəyyən edilir.

2. Bu məcəllədə nəzərdə tutulmuş əməllərdən hər hansı birinin əlamətlərini formal olaraq özündə cəmləşdirsə də, amma kiçik əhəmiyyət kəsb etdiyi üçün onu törədənin cinayət məsuliyyətini zəruri edəcək zərərə səbəb olmamış və ya belə bir zərər təhlükəsi yaratmamış əməl cinayət deyil.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006, maddə 271

Maddə 8. Səbəb-nəticə əlaqəsi

1. Bu məcəllənin müvafiq maddəsi ilə cinayət yalnız əməl qanunsuz nəticəyə səbəb olduqda və ya belə nəticənin həyata keçirilməsi üçün konkret təhlükə yaratdıqda başa çatmış sayılırsa, bu əməl və nəticə və ya təhlükə arasında səbəb-nəticə əlaqəsi qurmaq lazımdır.

2. Səbəb-nəticə əlaqəsi o zaman mövcuddur, nə vaxt ki əməl bu məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş qanunsuz nəticə və ya konkret təhlükə üçün zəruri şərt olmuşdur, onsuz bu dəfə bu nəticə reallaşmazdı və ya belə bir təhlükə yaranmazdı.

3. Hərəkətsizlik o halda bu məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş qanunsuz nəticənin həyata keçirilməsi və ya konkret təhlükənin yaradılması üçün zəruri şərt hesab ediləcək, nə vaxt ki şəxsin hərəkət etmək üçün xüsusi qanuni vəzifəsi var idi, belə bir hərəkət etmək imkanı var idi və məcburi və mümkün hərəkətlə nəticənin qarşısını almaq olardı.

Maddə 9. Qəsdən cinayət

1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl qəsdən törədilmiş cinayət sayılır.

2. Əməl birbaşa qəsdlə törədilmişdir, əgər şəxs öz əməlinin qanunsuzluğunu bilirdisə, qeyri-qanuni nəticənin mümkünlüyü ehtimalını nəzərdə tutmuşdusa və bu nəticəni istəyirdisə, və/və ya belə bir nəticənin həyata keçirilməsinin qaçılmazlığını nəzərə alırdısa.

3. Əməl dolayı qəsdlə törədilmişdir, əgər şəxs öz əməlinin qanunsuzluğunu bilirdisə, qeyri-qanuni nəticənin mümkünlüyü ehtimalını nəzərdə tutmuşdusa və bu nəticəni istəmirdisə, lakin onun baş verməsinə şüurlu surətdə yol vermişdirsə və ya biganə (laqeyd) qalmışdırsa.

Maddə 10. Ehtiyatsızlıqdan cinayət

1. Ehtiyatsızlıqdan cinayət özünəgüvənmə və ya etinasızlıq nəticəsində törədilmiş əməl sayılır.

2. Əməl özünəgüvənmə nəticəsində törədilmişdir, əgər şəxs ehtiyatlılıq (irəliyi görənlik) norması ilə qadağan olunmuş əməldən xəbərdar idisə, qeyri-qanuni nəticənin mümkünlüyü ehtimalını nəzərdə tutmuşdusa, amma bu nəticənin qarşısını alacağına əsas olmadan güman etmişdirsə.

3. Əməl etinasızlıq nəticəsində törədilmişdir, əgər şəxs ehtiyatlılıq (irəliyi görənlik) norması ilə qadağan olunmuş əməldən xəbərdar deyildisə, qeyri-qanuni nəticənin mümkünlüyü ehtimalını nəzərdə tutmamışdısa, halbuki o, bunu nəzərə almalı idisə və edə bilərdisə.

4. Ehtiyatsızlıqdan törədilmiş əməl bu barədə yalnız bu məcəllənin müvafiq maddəsində qeyd edildikdə cinayət sayılır.

Maddə 11. Müşayiət olunan nəticə etibarı ilə kvalifikasiya edilən qəsdən cinayətə görə məsuliyyət

1. Cinayət qanununda cinayətkarın niyyəti ilə bağlı olmayan nəticənin yarandığına görə cəzanın artırılması nəzərdə tutulursa, o zaman belə bir artım yalnız şəxsin bu nəticəni ehtiyatsızlıqla həyata keçirdiyi halda mümkündür. Belə bir cinayət qəsdən törədilmiş cinayət sayılacaq.

2. Qəsdən törədilmiş cinayətin digər təsnifat əlaməti ilə, şəxs, yalnız bu əlamət onun niyyətinə daxil olduğu zaman ittiham olunacaq.

Maddə 11​1. Ailə cinayətinə görə məsuliyyət

Ailə cinayəti dedikdə, ailənin bir üzvü tərəfindən ailənin digər üzvünə qarşı bu məcəllənin 109, 115, 117, 118, 120, 126, 1331, 133​2, 137−141, 143, 144−144​3, 149−151​1, 160, 171, 187, 253−2551, 3811 və 381​2 maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi başa düşülür. Ailə cinayətinə görə cinayət məsuliyyəti Gürcüstan Cinayət Məcəlləsinin bu maddədə qeyd olunan müvafiq maddəsi ilə, bu maddəyə istinadla müəyyən edilir.

Qeyd:

1. Bu məcəllənin məqsədləri üçün ailə üzvü sayılır: ana, ata, baba, nənə, həyat yoldaşı, qeydiyyatsız nigahda olan şəxs, övlad (övladlıq), qəyyumluqla böyüdülən, qəyyumluqla böyüdən (ana əvəzi, ata əvəzi), analıq, atalıq, nəvə, bacı, qardaş, həyat yoldaşının valideyni, qeydiyyatsız nigahda olan şəxsin valideyni, övladın həyat yoldaşı, (o cümlədən, qeydiyyatsız nigahda olan), keçmiş həyat yoldaşı, keçmişdə qeydiyyatsız nigahda olmuş şəxs, qəyyum, himayədar, dəstəkləyici, qəyyumluq və himayədarlıq altında olan şəxs, dəstək alan, həmçinin şəxslər, hansılar ki daim birgə ailə təsərrüfatı ilə məşğul olurlar və ya məşğul olurdular.

2. Bu məcəllənin 109, 115, 117, 118, 120, 126, 1261, 137−139, 141, 143 və 144−1443 maddələri ilə nəzərdə tutulmuş ailə cinayəti təkrar (dəfələrlə) törədilmiş sayılır, əgər ondan əvvəl bu məcəllənin 1261 maddəsində və ya yuxarıda göstərilən digər maddələrdən hər hansı birində nəzərdə tutulmuş ailə cinayəti törədilmişsə.

Gürcüstanın 12 iyun 2012-ci il tarixli qanunu №6434 – veb səhifə, 25.06.2012-ci il.

Gürcüstanın 17 oktyabr 2014 –cü il tarixli qanunu №2704 - veb səhifə, 31.10.2014-cü il.

Gürcüstanın 18 fevral 2015-ci il tarixli qanunu №3052 - veb səhifə, 26.02.2015-ci il.

Gürcüstanın 1 dekabr 2016-cı il tarixli qanunu №59 - veb səhifə, 13.12.2016-cı il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №754 - veb səhifə, 24.05.2017-ci il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 17 may 2018-ci il tarixli qanunu №2354 – veb səhifə, 29.05.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb səhifə, 14.12.2018-ci il.

Gürcüstanın 17 mart 2020-ci il tarixli qanunu №5750 – veb səhifə, 23.03.2020-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6760 – veb səhifə, 20.07.2020-ci il.

Maddə 12. Cinayət kateqoriyaları

Bu məcəllənin maddəsində və ya maddəsinin hissəsində cəza olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin maksimum müddətinə görə cinayətin üç kateqoriyası var:

a) Az ağır cinayət;

b) Ağır cinayət;

q) Xüsusilə ağır cinayət.

2. Bu məcəllədə nəzərdə tutulmuş maksimum cəzası beş ildən çox azadlıqdan məhrum etməni aşmayan, qəsdən və ya ehtiyatsızlıqdan törədilmiş cinayət az ağır cinayətdir.

3. Bu məcəllədə nəzərdə tutulmuş maksimum cəzası on ildən çox azadlıqdan məhrum etməni aşmayan qəsdən törədilmiş, habelə bu məcəllə ilə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan ehtiyatsızlıqdan törədilmiş cinayət ağır cinayətdir.

4. Bu məcəllədə on ildən artıq müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan qəsdən törədilmiş cinayət xüsusilə ağır cinayətdir.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000 –ci il, maddə 45

Fəsil IV

Vahid cinayət növləri

Maddə 13. Axıcı cinayət

1. Bu məcəllənin bir maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş, törədilməsi hərəkət və ya hərəkətsizliklə başlayan və sonradan davamlı olaraq törədilən cinayət axıcı cinayətdir.

2. Axıcı cinayət əmələ (hərəkətə və ya hərəkətsizliyə) xitam verildiyi andan başa çatır.

Maddə 14. Davam edən cinayət

1. Bu məcəllənin bir maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş, vahid məqsəd və ümumi niyyətlə törədilmiş iki və ya daha çox əməli içərisinə daxil edən cinayət davam edən cinayətdir.

2. Davam edən cinayət son hərəkətin törədildiyi andan başa çatır.

Fəsil V

Cinayət çoxluğu

Maddə 15. Təkrarlanan cinayət

1. Təkrarlanan cinayət dedikdə, əvvəllər məhkum olunmuş şəxs tərəfindən bu məcəllənin eyni maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi başa düşülür. Bu məcəllənin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və ya daha çox cinayət yalnız bu məcəllənin müvafiq maddəsində göstərildikdə təkrar törədilmiş cinayət sayılır.

2. Əgər şəxs qanunla müəyyən edilmiş qaydada əvvəllər törətdiyi cinayətə görə cinayət məsuliyyətindən azad edilmişsə və ya əvvəllər törətdiyi cinayətə görə məhkumluğu ləğv edilmişsə və ya ödənilmişsə, cinayət təkrar (dəfələrlə) törədilmiş sayılmır.

3. (çıxarılıb).

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Maddə 16. Cinayətlərin birləşməsi

1. Cinayətlərin birləşməsi dedikdə, bu məcəllənin maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş, şəxsin heç birinə görə məhkum edilmədiyi iki və ya daha çox əməlin törədilməsi başa düşülür. Bu məcəllənin iki və ya daha çox maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş cinayət əlamətlərini özündə əks etdirən əməlin törədilməsi də cinayətlərin birləşməsi sayılır.

2. Əgər əməl ümumi və xüsusi normalarla nəzərdə tutulmuşdursa, cinayətlərin birləşməsi yoxdur və şəxs xüsusi norma ilə cinayət məsuliyyətinə cəlb olunur.

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 – SSM I, №20, 31.05.2000-ci il, maddə51

Maddə 17. Cinayətin residivi

1. Cinayətin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilmiş şəxsin qəsdən cinayət törətməsi deməkdir.

2. (çıxarılıb).

3. (çıxarılıb).

4. Cinayətin residivi müəyyən edilərkən on səkkiz yaşınadək törədilmiş cinayətə görə məhkumluq, habelə bu məcəllənin 79-cu maddəsinə uyğun olaraq ləğv edilmiş və ya ödənilmiş məhkumluq nəzərə alınmır.

5. Cinayətin residivi törədildiyi halda, bu məcəllə ilə müəyyən edilmiş əsaslar və hədlər daxilində daha ağır (daha sərt) cəza təyin edilə bilər.

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə 242

Maddə 171. Reketlik, reket dəstəsi, reketçi

1. Reketlik sistemli şəkildə gəlir və ya digər əmlak mənfəəti əldə etmək məqsədi ilə qəsdən cinayət törətməklə bağlı həyata keçirilən təkrarlanan və mütəşəkkil fəaliyyətdir (məhkumluq ödənilməyibsə və ya ləğv edilməyibsə), əgər o beş təqvim ili ərzində iki dəfədən az olmayaraq həyata keçirilmişdirsə, bura reketçinin həbs (dustaqlıq) və cəza çəkmə müddəti daxil edilmir.

2. Reket dəstəsi öz fəaliyyəti ilə reketliklə əlaqəli hüquqi şəxs, habelə fiziki və/və ya hüquqi şəxslərin hər hansı birliyidir.

3. Reketçi - müstəqil surətdə və ya başqa şəxslə (şəxslərlə) birlikdə reket dəstəsinin fəaliyyətini həyata keçirən və ya reket dəstəsinin fəaliyyətində başqa şəkildə iştirak edən şəxsdir və o bilir ki, bu dəstə reket dəstəsidir, həmçinin reket dəstələri və ya reket dəstəsi və digər şəxslər arasında yaranmış mübahisələri qanunsuz olaraq həll edir və ya onların həllində iştirak edir.

Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №212 – SSM I, №18, 09.07.2004-cü il, maddə 61

Fəsil VI

Başa çatmayan cinayət

Maddə 18. Cinayətin hazırlanması

Cinayətin törədilməsi üçün qəsdən şərait yaradılması cinayətə hazırlıq sayılır.

2. Cinayət məsuliyyəti yalnız ağır və xüsusilə ağır cinayətlərin, həmçinin bu məcəllənin 182-ci maddəsinin birinci hissəsi, 186-cı maddəsinin birinci və 2-ci hissələri, 1941 maddəsinin birinci və 2-ci hissələri, 202-ci maddəsinin birinci hissəsi, 221-ci maddəsinin birinci-3-cü hissələri, 332-ci maddəsinin birinci və 2-ci hissələri, 339-cu maddəsinin birinci hissəsi, 3391 maddəsinin birinci və 2-ci hissələri, 365-ci maddəsinin birinci-3-cü hissələri və 372-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulmuş cinayətlərin hazırlanmasına görə təyin edilir.

3. Cinayətin hazırlanmasına görə cinayət məsuliyyəti bu məcəllənin başa çatmış cinayətə görə məsuliyyəti nəzərdə tutan müvafiq maddəsi ilə bu maddəyə istinadla müəyyən edilir.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə 45

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 23 oktyabr 2008-ci il tarixli qanunu №403 - SSM I, №29, 04.11.2008-ci il, maddə176

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb səhifə, 11.11.2011-ci il.

Maddə 19. Cinayət etməyə cəhd

1. Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl, şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd sayılır.

2. Cəhdə görə cinayət məsuliyyəti bu məcəllənin başa çatmış cinayətə görə məsuliyyəti nəzərdə tutan müvafiq maddəsi ilə, bu maddəyə istinadla müəyyən edilir.

Maddə 20. Başa çatmamış cinayətə görə məsuliyyətdən azad olunma

Şəxs cinayəti hazırlamağa və ya ona cəhdə görə cinayət məsuliyyətinə cəlb edilmir, əgər onun cahilliyi və ya digər şəxsi qüsuru ucbatından cinayətin törədilməsində istifadə olunan vasitə ilə müvafiq qanunsuz nəticə əldə edilə bilməzdisə.

Maddə 21. Cinayət törətməkdən könüllü imtina etmə

1. Əgər şəxs könüllü surətdə və nəhayət cinayəti başa çatdırmaqdan imtina edərsə, cinayət məsuliyyətinə cəlb edilmir.

2. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.

3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi cinayət məsuliyyətinə cəlb edilməyəcəklər, əgər onlar icraçını fikrindən daşındıra biliblərsə, hakimiyyət orqanına vaxtında məlumat veriblərsə və ya digər tədbirlər görməklə icraçıya və ya başqa iştirakçıya mane olublarsa və bununla, ona cinayəti başa çatdırmağa imkan verməyiblərsə. Köməkçi də cinayət məsuliyyətinə cəlb edilməyəcək, əgər o, icraçı cinayəti törətməyə başlayanadək vəd etdiyi köməkdən imtina etmişdirsə və ya icraçı tərəfindən cinayətin başa çatmasından əvvəl cinayəti törətmək üçün təhvil verilmiş silah və ya vasitəni geri qaytarıbsa.

4. Təşkilatçı, təhrikçi və psixi köməkçi öz hərəkətləri ilə icraçı tərəfindən cinayətin başa çatdırılmasının qarşısını ala bilmədikdə, onların gördüyü tədbirləri məhkəmə cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən hal kimi hesab edə bilər.

5. Cinayətin tərkibinin müvafiq nəticəsini həyata keçirmək üçün ondan asılı olan hər şeyi edən, lakin sonradan öz könüllü hərəkəti ilə bu nəticənin qarşısını alan şəxs də cinayət məsuliyyətinə cəlb edilməyəcək.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə 45

Fəsil VII

Cinayətdə icraçılıq və cinayətə ortaqlıq

Maddə 22. Cinayətdə icraçılıq

Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu məcəllə ilə nəzərdə tutulmuş yaşına, psixi vəziyyətinə və ya başqa hallara görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

Maddə 23. Cinayətə ortaqlıq

Cinayətə ortaqlıq dedikdə, iki və ya daha çox şəxsin qəsdən cinayətin törədilməsində qəsdən birgə iştirakı başa düşülür.

Maddə 24. Ortaqların (iştirakçıların) növləri

1. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə yaratmış və ya buna rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.

2. Təhrikçi, başqa bir şəxsi qəsdən cinayət törətməyə sövq edən şəxsdir.

3. Köməkçi, cinayətin törədilməsinə kömək etmiş (imkan yaratmış) şəxsdir.

Maddə 25. İcraçının və ortağın (iştirakçının) məsuliyyəti

İcraçı və ortaq (iştirakçı), hər birinin cinayətin törədilməsində iştirakının xarakteri və dərəcəsi nəzərə alınmaqla, yalnız öz təqsiri üzündən vahid qanunsuz əməl əsasında cinayət məsuliyyətinə cəlb olunacaqlar.

2. Birgə icraçının cinayət məsuliyyəti bu məcəllənin müvafiq maddəsi ilə, bu maddəyə istinad edilmədən müəyyən edilir.

3. Təşkilatçının, təhrikçinin və köməkçinin cinayət məsuliyyəti, əgər onlar eyni zamanda cinayətdə birgə icraçı olmamışlarsa, bu məcəllənin müvafiq maddəsi ilə, bu maddəyə istinadla müəyyən edilir.

4. İcraçının və ya ortağın (iştirakçının) tərəfində qanunsuz əməli xarakterizə edən əlamət olduqda, bu əlamət, tərəfində mövcud olmayan başqa icraçıya və ya ortağa (iştirakçıya) da şamil olunacaq, əgər o, bu əlamətdən xəbərdar idisə.

5. Təqsirə (ittihama) və ya icraçılardan və ya ortaqlardan (iştirakçılardan) birinin şəxsiyyətinə xas olan şəxsi (fərdi) əlamət şamil olunacaq o icraçıya və ya ortağa (iştirakçıya), hansını ki o xarakterizə edir.

6. İcraçısı bu məcəllədə nəzərdə tutulmuş müvafiq cinayətin xüsusi subyekti ola bilən cinayətdə ortaq iştiraka görə şəxs təşkilatçı, təhrikçi və ya köməkçi kimi cinayət məsuliyyətinə cəlb olunacaq.

7. Əgər icraçı cinayəti başa çatdırmayıbsa, iştirakçı cinayətin hazırlanmasında və ya cinayətə cəhddə iştiraka görə cinayət məsuliyyəti daşıyacaq. Cinayətin hazırlanmasına görə cinayət məsuliyyətinə özündən asılı olmayan hallara görə başqa şəxsi cinayəti törətməyə sövq edə bilməmiş şəxs də cəlb olunacaq.

Maddə 26. İcraçının ekstsessi

1. İcraçı tərəfindən, ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa qanunsuz əməlin törədilməsi, icraçının ekstsessi deməkdir.

2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.

Maddə 27. Qrup cinayəti

1. Cinayət qrup tərəfindən törədilmişdir, əgər onun həyata keçirilməsində iki və ya daha çox icraçı qabaqcadan razılaşmadan iştirak edirdisə.

2. Cinayət qrup tərəfindən qabaqcadan razılaşma əsasında törədilmişdir, əgər onun həyata keçirilməsində iştirak edənlər birgə cinayət törətmək üçün qabaqcadan əlaqə saxlayıblarsa.

3. Cinayət mütəşəkkil dəstə tərəfindən törədilmişdir, əgər o, müəyyən bir müddət ərzində mövcud olan, razılaşdırılmış hərəkət edən, strukturlaşdırılmış formaya malik olan qrup tərəfindən həyata keçirilibsə, hansının ki üzvləri bir və ya bir neçə cinayət törətmək üçün qabaqcadan əlaqə saxlayıblar və hansının ki məqsədi birbaşa və ya dolayı yolla maliyyə və ya digər maddi nemətləri qanunsuz əldə etməkdir.

4. Bu məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş halda, mütəşəkkil qrupu yaratmağa və ya ona rəhbərlik etməyə görə cinayət məsuliyyətinə belə bir qrupu yaradan və ya ona rəhbərlik edən şəxs cəlb ediləcək. O, həmçinin bu qrup tərəfindən törədilən bütün cinayətlərə görə məsuliyyət daşıyacaq, əgər onlar onun niyyətinə daxil idilərsə. Mütəşəkkil dəstənin digər iştirakçısı bu məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş halda qrupda iştirakına görə, eləcə də hazırlanmasında və ya törədilməsində iştirak etdiyi cinayətə görə məsuliyyət daşıyır.

Qeyd: Bu maddənin 3-cü hissəsinin məqsədləri üçün, strukturlaşdırılmış formaya malik olan qrup sayılır elə bir qrup, hansı ki cinayəti dərhal törətmək üçün təsadüfən yaranmayıb və hansında ki rolların onun üzvləri arasında formal olaraq bölüşdürülməsi, üzvlüyün davamlı xarakter daşıması və ya inkişaf etmiş bir strukturun formalaşdırılması vacib deyil.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Fəsil VIII

Əməlin cinayət olmasını aradan qaldıran hallar

Maddə 28. Zəruri müdafiə

1. Bu məcəllədə nəzərdə tutulmuş əməli zəruri müdafiə vəziyyətində törədən, yəni qanunsuz təcavüz halında özünün və ya başqasının hüquqi mənafeyini qorumaq üçün təcavüzkara zərər vuran şəxs qanunsuz hərəkət etmir.

2. Təcavüzün qarşısını ala bilib-bilməməsindən və ya başqasını köməyə çağırıb-çağırmaya bilməsindən asılı olmayaraq, insanın zəruri müdafiə hüququ vardır.

3. Qanunsuz təcavüz yolu ilə ələ keçirilmiş əmlakın və ya digər hüquqi mənafeyin (dəyərin) qaytarılması üçün təcavüzkara zərər vurmaq o halda da qanunidir, əgər bu, həmin mənafey (dəyər) bilavasitə təcavüzkarın əlinə keçən kimi baş vermişdisə və onu dərhal geri qaytarmaq hələ də mümkün idisə.

4. Zəruri müdafiənin həddini aşmaq, dəf edənin (qoruyanın) özünü müdafiəsinin ona edilən hücumun xarakterinə və təhlükəsinə açıq-aşkar uyğunsuzluğu deməkdir.

Maddə 29. Cinayət törətmiş şəxsin tutulması

1. Cinayət törətmiş şəxsi, lazımi tədbiri aşmadan, hakimiyyət orqanına təqdim etmək üçün tutan (həbs edən) şəxs qanunsuz hərəkət etmir.

2. Cinayət törətmiş şəxsi tutmaq (həbs etmək) üçün lazımi tədbiri aşmaq, bu tədbirin tutulmalı (həbs edilməli) şəxsin törətdiyi cinayətin ağırlığına və tutmağın (həbsin) şəraitinə açıq-aşkar uyğunsuzluğu deməkdir.

Maddə 30. Son zərurət

Bu məcəllədə nəzərdə tutulmuş əməli son zərurət vəziyyətində törədən, yəni zərər vuranın özünün və ya başqasının hüquqi mənafeyini təhdid edən təhlükənin qarşısını almaq üçün başqasına xəsarət yetirən şəxs qanunsuz hərəkət etmir, əgər bu təhlükənin qarşısını başqa vasitələrlə almaq mümkün deyildisə və əgər zədələnmiş mənafey (dəyər) xilas edilmiş mənafeydən (dəyərdən) daha az əhəmiyyət kəsb edirdisə.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə 45

Maddə 31. Əsaslı risk

1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslandırılmış risk şəraitində hüquqi mənafeyə (dəyərə) xəsarət yetirən şəxs qanunsuz hərəkət etmir.

2. Risk əsaslıdır, əgər riskli hərəkət olmadan bu məqsədə nail olmaq mümkün deyildisə və əgər şəxs hüquqi mənafeyə (dəyərə) zərər vurulmasının qarşısını almaq üçün bütün tədbirləri görmüşdürsə.

Maddə 32. Digər əsaslı əməl zamanı cinayət məsuliyyətindən azad edilmə

Qanunsuz hərəkət etmir o şəxs, hansı ki bu məcəllədə nəzərdə tutulmuş əməli, bu məcəllədə adı qeyd olunmasa da, bu əməlin əsaslılığının şərtlərinə tam cavab verən digər hallar olduqda törədib.

Fəsil IX

Təqsiri istisna edən və yüngülləşdirici hallar

Maddə 33. Yaşa görə anlaqsızlıq

Bu məcəllədə nəzərdə tutulmuş qanunsuz əməl, bu əməli törədənədək on dörd yaşı tamamlanmamış şəxsə təqsir olaraq şamil olunmur.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə 45

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 – SSM I, №20, 31.05.2000-ci il, maddə 51

Gürcüstanın 23 may 2007-ci il tarixli qanunu №4785 - SSM I, №19, 01.06.2007-ci il, maddə166

Gürcüstanın 23 fevral 2010-cu il tarixli qanunu №2641 - SSM I, №9, 15.03.2010-cu il, maddə 31

Maddə 34. Psixi (ruhi) xəstəliyə görə anlaqsızlıq

1. Bu məcəllədə nəzərdə tutulmuş qanunsuz əməl təqsir olaraq o şəxsə şamil olunmur, hansı ki bu əməli törədən zaman xroniki ruhi xəstəliyə, müvəqqəti psixi pozğunluğa, kəmağıllıq və ya digər ruhi xəstəliyə görə öz əməlinin faktiki mahiyyətini və ya qanunsuzluğunu dərk edə bilmirdi və ya onu kontrol edə bilmirdi.

2. (çıxarılıb).

3. Əgər cinayəti anlaqlı şəxs törədibsə, lakin o hökm çıxarılanadək psixi xəstəliyə tutulmuşsa, bunun nəticəsində özünə hesab verə bilmirsə və ya əməlini kontrol edə bilmirsə, o, məhkəmənin təyin etdiyi cəzanı sağalana qədər müvafiq tibb (müalicə) müəssisəsində çəkəcək.

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2264 - SSM I, №55, 27.12.2005-ci il, maddə367

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Maddə 35. Məhdud anlaqlılıq

1. Cinayəti törətdiyi vaxt məhdud anlaqlılıq vəziyyətində olan yetkinlik yaşına çatmış şəxs cinayət məsuliyyətindən azad edilmir, yəni hansı ki ruhi xəstəliyə görə öz əməlinin faktiki mahiyyətini və ya qanunsuzluğunu tam dərk edə bilmirdi və ya onu tam kontrol edə bilmirdi.

2. Məhdud anlaqlılığı məhkəmə cəza təyin edərkən nəzərə alır.

3. (çıxarılıb - 12.06.2015, №3714).

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 – veb-səhifə, 24.06.2015-ci il.

Maddə 36. Səhv (Xəta)

1. Törətdiyi əməlin qadağan olduğunu bilməyən şəxs yalnız səhvi bağışlana biləndə cəzalandırılmayacaq.

2. Yaranmış vəziyyətdə şəxs qadağan olunmuş bir əməli törətdiyini bilmirdisə və bilə bilməzdisə, səhv (xəta) bağışlana bilər.

3. Səhvin bağışlanması mümkün olmadıqda, şəxs yalnız ehtiyatsızlığa görə məsuliyyətə cəlb edilə bilər, əgər bu əməli ehtiyatsızlıqdan törətmək bu məcəllə ilə cəzalandırılırsa.

Maddə 37. Əmrin və ya sərəncamın yerinə yetirilməsi

1. Məcburi olan əmri və ya sərəncamı yerinə yetirərkən hüquqi mənafeyə (dəyərə) zərər vuran şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Belə zərərə görə qanunsuz əmri və ya sərəncamı vermiş şəxs cinayət məsuliyyəti daşıyır.

2. Qabaqcadan bilə-bilə cinayətkar əmri və ya sərəncamı yerinə yetirdiyinə görə şəxs ümumi qayda ilə cinayət məsuliyyətinə cəlb edilir, əgər təqsiri istisna edən başqa hal yoxdursa.

Maddə 38. Digər təqsir (günah) olmayan əməl zamanı cinayət məsuliyyətindən azad olunma

Təqsirli (günahkar) hərəkət etmir o şəxs, hansı ki bu məcəllədə nəzərdə tutulmuş əməli, bu məcəllədə adı qeyd olunmasa da, bu əməlin təqsirsizliyinin (günahsızlığının) şərtlərinə tam cavab verən digər hallar olduqda törədib.

Üçüncü Qapı

Cəza

Fəsil X

Cəzanın məqsədləri və növləri

Maddə 39. Cəzanın məqsədi

1. Cəzanın məqsədi ədaləti bərpa etmək, yeni cinayətin qarşısını almaq və cinayətkarı yenidən ictimailəşdirməkdir.

2. Cəzanın məqsədi məhkuma və başqa şəxsə təsir göstərməklə həyata keçirilir ki, onlarda asayişi qorumaq və qanun qarşısında məsuliyyət hissi aşılansın. Məhkuma bu cür təsirin formaları və vasitələri azadlıqdan məhrumetmə cəzasının icrası haqqında Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulub.

3. Cəzanın məqsədi insanın fiziki iztirab çəkməsi və ya onun ləyaqətinin alçaldılması deyil.

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Maddə 40. Cəzanın növləri

1. Cəza növləri bunlardır:

a) Cərimə;

b) Vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;

q) Cəmiyyət üçün faydalı iş;

d) İslahedici iş;

e) Hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılması;

v) (çıxarılıb - 01.06.2017, №944);

v1) Ev dustaqlığı;

z) Müəyyən müddətə azadlıqdan məhrum etmə;

t) Ömürlük azadlıqdan məhrum etmə.

i) Əmlak müsadirəsi

k) Silahla bağlı hüquqların məhdudlaşdırılması

2. Hüquqi şəxsin cəza növləri bu məcəllənin müvafiq normaları ilə müəyyən edilir.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Maddə 41. Əsas və əlavə cəzalar

1. İslahedici iş, hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə yalnız əsas cəza kimi təyin edilə bilər.

2. Cəmiyyət üçün faydalı iş, ev dustaqlığı, cərimə və vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə həm əsas, həm də əlavə cəza kimi təyin edilə bilər. Əmlak müsadirəsi və silahla bağlı hüquqların məhdudlaşdırılması yalnız əlavə cəza kimi təyin edilə bilər.

21. Eyni anda bir neçə əlavə cəza təyin etmək mümkündür.

3. (çıxarılıb).

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 4 iyul 2002-ci il tarixli qanunu №1627 – SSM I, №23, 24.07.2002-ci il, maddə113

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 23 may 2007-ci il tarixli qanunu №4785 - SSM I, №19, 01.06.2007-ci il, maddə166

Gürcüstanın 26 dekabr 2008-ci il tarixli qanunu №893 - SSM I, №41, 30.12.2008-ci il, maddə317

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Maddə 42. Cərimə

1. Cərimə pullu ödənişdir.

2. Cərimənin minimum məbləği 2000 laridir. Bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, cərimənin minimum məbləği 500 laridən az olmamalıdır.

3. Cərimənin məbləğini törədilmiş cinayətin ağırlığı və məhkumun maddi vəziyyəti nəzərə alınmaqla məhkəmə müəyyən edir, hansı ki onun əmlakına, gəlirinə və digər hallara görə müəyyən edilir.

4. Məhkəmə hökmdə ödəniləcək cərimənin məbləğini lari ilə göstərməlidir.

5. Cərimə bu məcəllənin müvafiq maddəsi ilə əlavə cəza kimi nəzərdə tutulmadıqda belə, əlavə cəza kimi təyin edilə bilər, bu məcəllənin 1261 maddəsində nəzərdə tutulmuş cinayət istisna olmaqla.

51. (çıxarılıb - 12.06.2015, №3714).

6. Məhkum cəriməni ödəməkdən yayındıqda və ya ödəmək mümkün olmadıqda, bu cəza cəmiyyət üçün faydalı iş, islahedici iş, ev dustaqlığı və ya azadlıqdan məhrum etmə ilə əvəz olunacaq. Bundan başqa, məhkumun bu cəzanı çəkdiyi vaxt, aşağıdakı hesablamalarla cəmiyyət üçün faydalı işin, islahedici işin və ya ev dustaqlığının müddətinə sayılacaq: təyin edilmiş cərimə 50 lari – cəmiyyət üçün faydalı işin dörd saatı, islahedici işin bir günü, ev dustaqlığının bir günü. Bundan başqa, cərimə əvəzinə təyin edilmiş cəmiyyət üçün faydalı işdən, islahedici işdən və ya ev dustaqlığından pis niyyətlə yayınma halında o azadlıqdan məhrum etmə ilə əvəz olunacaq, bu məcəllə ilə bu cəza növü üçün nəzərdə tutulmuş hədlərdə və qaydada.

7. Bu məcəllənin 1261 maddəsində nəzərdə tutulmuş ailə zorakılığını törətməyə və ya həmin məcəllənin 111 maddəsində nəzərdə tutulmuş ailə zorakılığını törətməyə görə cərimə əsas cəza növü kimi təyin edilə bilməz.

Gürcüstanın 19 iyun 2001-ci il tarixli qanunu №945 – SSM I, №20, 03.07.2001-ci il maddə75

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1822 - SSM I, №38, 15.07.2005-ci il, maddə255

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 18 fevral 2015-ci il tarixli qanunu №3052 – veb-səhifə, 26.02.2015-ci il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5027 – veb-səhifə, 01.10.2019-cu il.

Maddə 43. Vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə

1. Vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə o deməkdir ki, məhkuma dövlət qulluğunda və ya bələdiyyə orqanlarında təyin edilən vəzifə tutmaq və/və ya peşə və ya digər fəaliyyətlə məşğul olmaq qadağan olunur.

2. Vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə – altı aydan üç ilədək müddətə təyin edilir.

3. Vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməni əlavə cəza kimi təyin etmək o halda da mümkündür, nə vaxt ki o törədilmiş cinayətə görə bu məcəllənin müvafiq maddəsində cəza kimi nəzərdə tutulmayıb, əgər cinayətin təhlükəsinin xarakterini, dərəcəsini və cinayətkarın şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edirsə.

4. Əsas cəza kimi cəmiyyət üçün faydalı iş və ya islahedici iş təyin edilərkən, həmçinin şərti cəza zamanı əlavə cəza kimi təyin edilmiş vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin müddəti məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi andan hesablanır. Əsas cəza kimi ev dustaqlığı və ya azadlıqdan məhrum etmə təyin edilərkən, əlavə cəza kimi təyin edilmiş vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin müddəti əsas cəzanın çəkildiyi andan hesablanacaq və əsas cəzanın çəkilməsinin bütün müddətinə şamil edilir.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 10 noyabr 2006-cı il tarixli qanunu №3649 - SSM I, №44, 27.11.2006-cı il, maddə297

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 15 iyul 2020-ci il tarixli qanunu №6950 – veb-səhifə, 28.07.2020-ci il.

Maddə 44. Cəmiyyət üçün faydalı iş

1. Cəmiyyət üçün faydalı iş məhkumun təmənnasız (pulsuz) əməyi deməkdir, hansının ki növünü Gürcüstan Ədliyyə Nazirliyinin idarəetmə sahəsində fəaliyyət göstərən İctimai Hüququn Hüquqi Şəxsinin − Cinayətlərin qarşısının alınması, Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və Milli Probasiya Agentliyinin (bundan sonra - Agentlik) ərazi orqanı − Cinayətlərin qarşısının alınması, Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və Probasiya Bürosu (bundan sonra − Cinayətlərin qarşısının alınması, Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və Probasiya Bürosu) müəyyən edir.

2. Cəmiyyət üçün faydalı iş qırx saatdan səkkiz yüz saata qədər müddətə təyin edilir. Cərimə cəmiyyət üçün faydalı iş ilə əvəz olunduqda, və ya bu məcəllənin 73-cü maddəsinin 3-cü və 7-ci hissələri ilə nəzərdə tutulmuş hallarda, və/və ya əgər tərəflər arasında prosessual razılaşma bağlanıbsa, o, daha uzun müddətə də təyin edilə bilər. Gündəlik cəmiyyət üçün faydalı işin uzunluğu səkkiz saatdan artıq olmamalıdır.

3. Məhkum cəmiyyət üçün faydalı işdən imtina etdikdə və ya ondan bilərəkdən yayındıqda, bu cəza cərimə, ev dustaqlığı və ya azadlıqdan məhrum etmə ilə əvəz olunacaq. Bundan başqa, məhkumun bu cəzanı çəkdiyi vaxt, aşağıdakı hesablamalarla ev dustaqlığının və ya azadlıqdan məhrum etmənin müddətinə sayılacaq: cəmiyyət üçün faydalı işin beş saatı – ev dustaqlığının bir günü, azadlıqdan məhrum etmənin bir günü.

4. I və II qrup əlillərə, hamilə qadına, 7 yaşınadək uşağı olan qadına, pensiya yaşına çatmış şəxsə, habelə hərbi xidmətə çağırılmış hərbi qulluqçuya cəmiyyət üçün faydalı iş təyin edilməyəcək.

5. Cəmiyyət üçün faydalı işi əlavə cəza kimi təyin etmək o halda da mümkündür, nə vaxt ki o, bu məcəllənin müvafiq maddəsində cəza kimi nəzərdə tutulmayıb.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 26 dekabr 2008-ci il tarixli qanunu №893 - SSM I, №41, 30.12.2008-ci il, maddə317

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 11 mart 2011-ci il tarixli qanunu №4430 –veb-səhifə, 22.03.2011-ci il.

Gürcüstanın 22 may 2012-ci il tarixli qanunu №6252 – veb-səhifə, 29.05.2012-ci il.

Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6504 – veb-səhifə, 02.07.2012-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Maddə 45. İslahedici iş

1. İslahedici iş bir aydan iki ilədək müddətə təyin edilir və məhkumun iş yerində çəkilməlidir.

2. İslahedici iş təyin edilərkən məhkumun maaşından hökmlə müəyyən edilmiş miqdarda dövlət gəlirinə məbləğ tutulacaq, beşdən az və iyirmi faizdən çox olmamalıdır.

3. Məhkum islahedici işdən bilərəkdən yayındıqda, bu cəza ev dustaqlığı və ya azadlıqdan məhrum etmə ilə əvəz olunacaq. Bundan başqa, məhkumun bu cəzanı çəkdiyi vaxt, aşağıdakı hesablamalarla ev dustaqlığının və ya azadlıqdan məhrum etmənin müddətinə sayılacaq: islahedici işin bir günü – ev dustaqlığının bir günü; islahedici işin üç günü – azadlıqdan məhrum etmənin bir günü.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 46. Hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılması

1. Hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılması hərbi qulluqçuya bu məcəllənin xüsusi hissəsi ilə nəzərdə tutulmuş hərbi xidmət əleyhinə cinayət törətdiyinə görə, həmçinin başqa cinayətə görə məhkum olunmuş hərbi qulluqçuya bu məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş islahedici işin əvəzinə təyin edilir.

2. Hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılması üç aydan iki ilədək müddətə təyin edilir.

3. Hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılması təyin edilərkən, məhkumun maaşından hökmlə müəyyən edilmiş miqdarda dövlət gəlirinə məbləğ tutulacaq, iyirmi faizdən çox olmamalıdır.

Bu cəzanı çəkdiyi müddətdə məhkumu vəzifədə yüksəltmək (irəli çəkmək), onun hərbi rütbəsini artırmaq olmaz. Cəza müddəti növbəti hərbi rütbə vermək üçün onun xidmət etdiyi müddətə sayılmayacaq.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Maddə 47. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 27 dekabr 2011-ci il tarixli qanunu №5626 - veb-səhifə, 12.01.2012-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 471. Ev dustaqlığı

1. Ev dustaqlığı məhkumun üzərinə gecə-gündüz müəyyən müddət ərzində öz yaşayış yerində qalmaq öhdəliyinin qoyulması deməkdir.

2. Ev dustaqlığı məhkumluğu olmayan şəxsə altı aydan iki ilədək müddətə təyin edilir.

3. Azadlıqdan məhrum etmə, cəmiyyət üçün faydalı iş, islahedici iş və ya cərimə ev dustaqlığına dəyişdirildikdə, o, altı aydan az və iki ildən artıq müddətə təyin edilə bilər.

4. Məhkum ev dustaqlığından bilərəkdən yayındıqda, bu cəza azadlıqdan məhrum etmə ilə əvəz olunacaq – hökmlə təyin edilmiş ev dustaqlığı müddəti ilə. Bundan başqa, məhkumun bu cəzanı çəkdiyi vaxt, aşağıdakı hesablamalarla azadlıqdan məhrum etmənin müddətinə sayılacaq: ev dustaqlığının bir günü – azadlıqdan məhrum etmənin bir günü.

5. Ev dustaqlığı, adətən, elektron nəzarət vasitəsindən istifadə etməklə icra olunur. Elektron nəzarət vasitəsindən istifadə edilməməsi barədə qərarı agentlik qəbul edir.

6. Hərbi xidmətə çağırılmış hərbi qulluqçuya və ailə cinayəti törətmiş şəxsə ev dustaqlığı təyin edilməyəcək.

7. Ev dustaqlığının çəkildiyi müddətdə məhkumun Gürcüstan sərhədini keçməsi qadağandır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 5 iyul 2018-ci il tarixli qanunu №3125 – veb-səhifə, 11.07.2018-ci il.

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Maddə 48. (çıxarılıb)

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə 90

Maddə 49. (çıxarılıb)

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Maddə 50. Müəyyən müddətə azadlıqdan məhrum etmə

1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun cəmiyyətdən təcrid edilməsi və qanunla müəyyən edilmiş azadlıqdan məhrum etmə müəssisəsinə yerləşdirilməsi deməkdir.

2. Müəyyən müddətə azadlıqdan məhrum etmə altı aydan iyirmi ilədək müddətə təyin edilir, bu məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa.

21. Məhkəmə, tərəflər arasında prosessual razılaşma bağlanıbsa, bu maddənin 2-ci hissəsində təyin edilmiş cəzanın ən aşağı həddindən az cəza təyin etmək səlahiyyətinə malikdir.

22. Uşaq Hüquqları Məcəlləsinin 26-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayan şəxsə müddətli azadlıqdan məhrum etmə cəzası tətbiq edilmir, Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş hallardan başqa.

3. Cəmiyyət üçün faydalı iş, islahedici iş, ev dustaqlığı və ya cərimə müəyyən müddətə azadlıqdan məhrum etməyə dəyişdirildikdə, o, altı aydan az müddətə təyin edilə bilər.

4. (çıxarılıb – 17.04.2013, №546).

5. Müəyyən müddətə azadlıqdan məhrum etmə təyin edilərkən, məhkəmə hökmlə cəzanın bir hissəsinin çəkilməsini, qalan hissəsinin isə şərti cəza hesab edilməsini müəyyən etmək səlahiyyətinə malikdir, əgər təqsirləndirilən (məhkum) cinayəti etiraf edirsə (əgər şəxs cinayət törədildikdə və ya dərhal sonra orada yaxalanmayıbsa), cinayətin törədilməsində ortaqların adlarını çəkirsə və istintaqla əməkdaşlıq edirsə. Prosessual razılaşma bağlamaqdan əlavə, xüsusilə ağır cinayət törədilmişsə, təyin edilmiş cəzanın dörddə biri şərti cəza sayıla bilər, ağır cinayət törədildikdə – cəzanın üçdə biri, az ağır cinayət törədildikdə isə – cəzanın yarısı.

6. (çıxarılıb).

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2264 - SSM I, №55, 27.12.2005-ci il, maddə367

Gürcüstanın 28 aprel 2006 –cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 17 aprel 2013-cü il tarixli qanunu №546 – veb-səhifə, 08.05.2013-cü il.

Gürcüstanın 16 aprel 2014-cü il tarixli qanunu №2243 - veb-səhifə, 02.05.2014-cü il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5009 – veb-səhifə, 27.09.2019-cu il.

Gürcüstanın 21 may 2020-ci il tarixli qanunu №5909 – veb-səhifə, 25.05.2020-ci il.

Maddə 51. Ömürlük azadlıqdan məhrum etmə

1. Ömürlük azadlıqdan məhrum etmə yalnız xüsusilə ağır cinayətə görə təyin edilə bilər.

2. Hökm çıxarılarkən altmış yaşına çatmış şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmir.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 52. Əmlak müsadirəsi

1. Əmlak müsadirəsi cinayət obyektinin və/və ya silahının, cinayət törətmək məqsədi daşıyan əşyanın və/və ya cinayət yolu ilə əldə edilmiş əmlakın dövlətin xeyrinə təmənnasız (pulsuz) tutulması deməkdir.

2. Cinayət obyektinin və/və ya silahının və ya cinayət törətmək məqsədi daşıyan əşyanın müsadirəsi təqsirləndiriləndən, məhkumdan onun sahibliyində və ya qanuni mülkiyyətində mövcud olan, qəsdən cinayət törətmək üçün istifadə edilmiş və ya bunun üçün hər hansı bir şəkildə hədəflənmiş əmlakın dövlətin xeyrinə təmənnasız (pulsuz) tutulması deməkdir.

Cinayət obyektinin və/və ya silahının və ya cinayət törətmək məqsədi daşıyan əşyanın müsadirəsi məhkəmə tərəfindən həyata keçirilir, bu məcəllə ilə nəzərdə tutulmuş bütün qəsdən cinayətlərə görə, o halda, nə vaxt ki cinayət obyekti və/və ya silahı və ya cinayət törətmək məqsədi daşıyan əşya ortadadır (üzdədir) və onların müsadirəsi dövlət zərurətindən və ictimai zərurətdən və ya ayrı-ayrı şəxslərin hüquq və azadlıqlarının müdafiəsi maraqlarından qaynaqlanır və/və ya yeni cinayətin qarşısını almaq üçün lazımdır.

3. Cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsi məhkumdan cinayət yolu ilə əldə edilmiş əmlakın (bütün əşyalar və qeyri-maddi əmlak obyekti-dəyəri, eləcə də əmlak üzərində hüquq verən hüquqi sənədlər), eləcə də bu əmlakdan əldə edilən hər hansı formalı gəlirlərin və ya onların dəyərinə bərabər tutulan əmlakın dövlətin xeyrinə təmənnasız (pulsuz) tutulması deməkdir.

Cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsi bu məcəllədə nəzərdə tutulmuş bütün qəsdən törədilmiş cinayətlərə görə, bu əmlakın cinayət yolu ilə əldə edilməsi sübuta yetirildikdə, məhkəmə tərəfindən təyin edilir.

Gürcüstanın 8 sentyabr 1999-cu il tarixli qanunu №2361 – SSM I, №43(50), 21.09.1999-cu il, maddə212

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Maddə 521. Silahla bağlı hüquqların məhdudlaşdırılması

1. Silahla bağlı hüquqların məhdudlaşdırılması silahın (o cümlədən, xidmət-ştat silahının) istehsalına, alınmasına və/və ya saxlanmasına, daşınmasına və/və ya istifadəsinə məhdudiyyət və/və ya qadağa qoymaq deməkdir.

2. Silahla bağlı hüquqların məhdudlaşdırılması yalnız bu məcəllənin müvafiq maddəsi ilə törədilmiş cinayətə görə cəza kimi nəzərdə tutulduqda əlavə cəza kimi təyin edilə bilər.

3. Silahla bağlı hüquqların məhdudlaşdırılması əlavə cəza kimi təyin edilərkən silahın cinayət silahı olması və ya cinayət törətmək məqsədi daşıması mütləq deyil.

4. Silahla bağlı hüquqların məhdudlaşdırılması cəza kimi bir ildən beş ilədək müddətə təyin edilir.

5. Cəmiyyət üçün faydalı iş, islahedici iş və ya ev dustaqlığı əsas cəza kimi təyin edilərkən, həmçinin şərti cəza zamanı əlavə cəza kimi təyin edilmiş silahla bağlı hüquqların məhdudlaşdırılmasının müddəti məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi andan hesablanır. Azadlıqdan məhrum etmə əsas cəza kimi təyin edilərkən, əlavə cəza kimi təyin edilmiş silahla bağlı hüquqların məhdudlaşdırılmasının müddəti əsas cəzanın çəkildiyi andan hesablanır.

6. Silahla bağlı hüquqların məhdudlaşdırılması halında silah müsadirə edilir və müsadirə edilmiş silah Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada saxlanılır.

Qeyd: Bu cəzanın məqsədləri üçün “silah” termini “Silahlar haqqında” Gürcüstan Qanununun 2-ci maddəsinin “a” alt bəndində nəzərdə tutulmuş məna daşıyır.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Fəsil XI

Cəzanın təyin edilməsi

Maddə 53. Cəza təyin edilməsinin ümumi təməlləri

1. Məhkəmə, bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlərdə və həmin məcəllənin ümumi hissəsinin müddəalarını nəzərə alaraq, cinayətkar şəxsə ədalətli cəza təyin edir. Daha ağır cəza növü yalnız o zaman təyin edilə bilər, əgər az ağır cəza növü cəzanın məqsədinin həyata keçirilməsini təmin edə bilmirsə.

2. Bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuşdan daha ağır cəza cinayətlərin birləşməsi və hökmlərin birləşməsi ilə təyin edilə bilər, həmin məcəllənin 59 və 60-cı maddələrinə əsasən. Xüsusi hissənin müvafiq maddəsi ilə nəzərdə tutulmuşdan daha yüngül cəza təyin edilməsinin əsası bu məcəllənin 55-ci maddəsində müəyyən edilmişdir.

3. Məhkəmə cəza təyin edərkən cinayətkarın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır, yəni, cinayətin motivini və məqsədini, əməldə aşkar edilmiş qanunsuz iradəni, öhdəliklərin pozulmasının xarakteri və dərəcəsini, əməlin həyata keçirilməsinin növünü, üsulunu və qanunsuz nəticəni, cinayətkarın keçmiş həyatını, şəxsi və iqtisadi şərtlərini, əməldən sonrakı davranışını, xüsusən də – onun zərəri ödəmək, zərərçəkmişlə barışmaq istəyini.

31. (çıxarılıb - 04.05.2017, №763).

4. Bu məcəllənin xüsusi hissəsinin maddəsində və ya maddəsinin bir hissəsində cinayət tərkibinin əlaməti kimi yüngülləşdirən və ya ağırlaşdıran hal nəzərdə tutulursa, cəza təyin edilərkən eyni hal nəzərə alınmayacaq.

Gürcüstanın 27 mart 2012-ci il tarixli qanunu №5925 – veb-səhifə, 19.04.2012-ci il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Maddə 531. Cəzanı ağırlaşdıran hallar

1. İrq, dəri rəngi, dil, cins, cinsi oriyentasiya, gender, gender kimliyi, yaş, din, siyasi və ya digər baxış, əlillik, vətəndaşlıq, milli, etnik və ya sosial mənsubiyyət, mənşə, əmlak və ya rütbə vəziyyəti, yaşayış yeri və ya ayrı-seçkiliyin digər əlamətinə görə dözümsüzlük motivi ilə cinayət törətmək bu məcəllə ilə nəzərdə tutulmuş bütün müvafiq cinayətlərə görə məsuliyyəti ağırlaşdıran haldır.

2. Ailə üzvlərindən birinin digər ailə üzvünə qarşı cinayət törətməsi, aciz (köməksiz) vəziyyətdə olana qarşı, yetkinlik yaşına çatmayana qarşı və ya onun yanında, xüsusi amansızlıqla, silahdan istifadə edərək və ya silahdan istifadə etməklə təhdid edərək, iş statusundan istifadə edərək cinayət törətmək bu məcəllə ilə nəzərdə tutulmuş bütün müvafiq cinayətlərə görə məsuliyyəti ağırlaşdıran haldır.

3. Cinayət törədərkən bu maddənin 1-ci və ya 2-ci hissəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar olduqda, müəyyən müddətə azadlıqdan məhrum etmə təyin edildikdə çəkilməli cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin müvafiq maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş cəzanın minimum müddətindən azı 1 il artıq olmalıdır.

4. Bu məcəllənin xüsusi hissəsinin maddəsində və ya maddəsinin hissəsində bu maddənin 1-ci və ya 2-ci hissəsində nəzərdə tutulmuş hallar cinayətin təsnifat əlaməti kimi göstərildikdə, o cümlədən bu məcəllənin 55-ci maddəsində və ya 63-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsaslar olduqda cəza təyin edilərkən bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş qayda nəzərə alınmır.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Maddə 54. Yüngülləşdirici hallar olduqda cəzanın təyin edilməsi

Əgər cinayət törədən şəxs cinayəti törətdikdən sonra günahını etiraf etməyə gəlmişsə, cinayətin açılmasına fəal şəkildə imkan yaradıbsa və ağırlaşdırıcı hallar yoxdursa, cəzanın müddəti və ya ölçüsü bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş ən ağır cəza növünün maksimum müddət və ya ölçüsünün dörddə üçündən çox olmamalıdır.

Maddə 55. Qanunla nəzərdə tutulandan daha yüngül cəza təyin etmək

Əgər tərəflər arasında prosessual razılaşma bağlanıbsa, məhkəmə, bu məcəllənin müvafiq maddəsi ilə təyin edilmiş cəzanın ən aşağı həddindən az cəza və ya başqa, daha yüngül cəza təyin edə bilər.

Gürcüstanın 13 fevral 2004-cü il tarixli qanunu №3295 – SSM I, №6, 09.03.2004-cü il, maddə22

Gürcüstanın 20 dekabr 2005-ci il tarixli qanunu №2352 - SSM I, №55, 27.12.2005-ci il, maddə374

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 56. Başa çatmamış cinayətə görə cəza təyin etmək

1. Başa çatmamış cinayətə görə cəza təyin edərkən nəzərə alınır o hallar, hansılara görə ki cinayət başa çatdırılmayıb.

2. (çıxarılıb).

3. (çıxarılıb).

4. Ömürlük azadlıqdan məhrum etmə cinayətə hazırlaşmağa və ya törətməyə cəhdə görə təyin edilə bilməz.

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Maddə 57. Cinayətdə birgə iştiraka və cinayətin icraçılığına görə cəza təyin etmək

1. Cinayətdə birgə iştiraka və cinayətin icraçılığına görə cəza təyin edilərkən şəxsin faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətin məqsədinə çatmaqda bu iştirakın əhəmiyyəti, onun vurulmuş və ya mümkün zərərin xarakterinə və dərəcəsinə təsiri nəzərə alınır.

2. İştirakçılardan birinin və ya icraçının şəxsiyyətinə təsir edən yüngülləşdirici və ya ağırlaşdırıcı hal, yalnız bu iştirakçıya və ya icraçıya cəza təyin edilərkən nəzərə alınacaq.

Maddə 58. Cinayətin residivi zamanı cəza təyin etmək

1. Cinayətin residivi zamanı müəyyən müddətə azadlıqdan məhrum etmə təyin edilərkən çəkilməli cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin müvafiq maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş cəzanın minimum müddətindən azı 1 il artıq olmalıdır.

2. Bu məcəllənin xüsusi hissəsinin maddəsində və ya maddəsinin hissəsində məhkumluq cinayətin təsnifat əlaməti kimi göstərildikdə, o cümlədən bu məcəllənin 55-ci maddəsində və ya 63-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsaslar olduqda, cinayətin residivi zamanı cəza təyin edilərkən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qayda nəzərə alınmır.

Gürcüstanın 23 may 2007-ci il tarixli qanunu №4785 - SSM I, №19, 01.06.2007-ci il, maddə166

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Maddə 59. Cinayətlərin və hökmlərin birləşməsi zamanı cəza təyin etmək

1. Cinayətlərin birləşməsi zamanı hər bir cinayətə görə cəza təyin edilir.

2. Cinayətlərin birləşməsi zamanı yekun cəza təyin edilərkən daha ağır cəza daha az ağır cəzanı özündə cəmləşdirir, bərabər cəzalar təyin edilərkən isə bir cəza digərini özündə cəmləşdirir.

3. Cinayətin residivi halında, cinayətlərin birləşməsi zamanı yekun cəza təyin edilərkən daha ağır cəza daha az ağır cəzanı özündə cəmləşdirir, və/və ya bu cinayətlərə görə müəyyən edilmiş cəzalar qismən və ya tam toplanacaq. Bundan başqa, cinayətin residivi halında müəyyən müddətə azadlıqdan məhrum etmə kimi təyin edilmiş yekun cəza müddəti 30 ildən çox olmamalıdır.

4. Cəza bu maddənin 2-ci və ya 3-cü hissəsində müəyyən edilmiş qaydada təyin edilir, əgər hökm çıxarıldıqdan sonra məhkumun başqa cinayətdə də təqsirli olduğu müəyyən edilibsə, hansını ki o birinci iş üzrə hökm çıxarılana qədər törədib. Bu halda yekun cəzaya sayılacaq cəza, hansı ki birinci hökmlə tam və ya qismən çəkilib (icra olunub).

5. Hökmlərin birləşməsi zamanı yekun cəza təyin edilərkən, məhkəmə, sonuncu hökmlə təyin edilmiş cəzaya əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tam və ya qismən əlavə edir, və ya yekun hökmlə təyin edilmiş cəza əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini özündə cəmləşdirir.

6. Hökmlərin birləşməsi zamanı təyin edilmiş yekun cəza son hökmün alındığı gündən hesablanır, məhkuma qarşı əvvəlki hökmlə müəyyən edilmiş şərti cəzanın sınaq müddətinin sonuncu cinayəti törətdiyi vaxt keçmədiyi hal istisna olmaqla. Belə halda cəza şəxsin sonuncu hökmdə nəzərdə tutulmuş cinayətə görə tutulduğu (həbs olunduğu) gündən hesablanır. Hökmlərin birləşməsi zamanı yekun cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə müddəti 35 ildən çox olmamalıdır.

7. Cinayətlərin və ya hökmlərin birləşməsi zamanı təyin edilmiş yekun cəzanın ölçüsü, əgər o azadlıqdan məhrum etmədən daha yüngüldürsə, verilən cəza növü üçün bu məcəllənin ümumi hissəsində nəzərdə tutulmuş maksimum ölçüdən artıq olmamalıdır.

8. Cinayətlərin və ya hökmlərin birləşməsi zamanı əsas cəza ilə birlikdə əlavə cəza da təyin edilə bilər. Cəmləşdirilərkən təyin edilmiş yekun əlavə cəzanın ölçüsü bu cəzanın verilən növü üçün bu məcəllənin ümumi hissəsində nəzərdə tutulmuş maksimum ölçüdən artıq olmamalıdır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 23 fevral 2010-cu il tarixli qanunu №2644 - SSM I, №9, 15.03.2010-cu il, maddə34

Gürcüstanın 17 aprel 2013-cü il tarixli qanunu №546 – veb-səhifə, 08.05.2013-cü il.

Maddə 60. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Maddə 61. Cəzaların cəmləşdirilməsi

1. Cinayətlərin və hökmlərin birləşməsi zamanı cəzalar cəmləşdirilərkən azadlıqdan məhrum etmənin bir gününə uyğundur:

a) Ev dustaqlığının iki günü;

b) İslahedici işin və ya hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılmasının üç günü;

q) Cəmiyyət üçün faydalı işin beş saatı.

2. Cərimə və/və ya vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ev dustaqlığına və ya azadlıqdan məhrum etməyə əlavə edildikdə müstəqil olaraq istifadə olunur.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 11 mart 2011-ci il tarixli qanunu №4430 - veb-səhifə, 22.03.2011-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 62. Cəza müddətinin hesablanması və cəzanın sayılması

1. Vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, islahedici işin, hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılmasının, ev dustaqlığının və azadlıqdan məhrum etmənin müddəti aylarla və illərlə hesablanır, cəmiyyət üçün faydalı işin müddəti isə – saatlarla, bir haldan başqa - əgər tərəflər arasında prosessual razılaşma bağlanıbsa.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş cəzaları dəyişdirərkən və cəmləşdirərkən, həmçinin cəzanın sayıldığı zaman cəza müddəti günlərlə hesablana bilər.

3. Məhkəmə müzakirəsinə qədər həbsdə qalma vaxtı aşağıdakı hesablamalarla cəza müddətinə sayılacaq: həbsin bir günü – azadlıqdan məhrum etmənin bir günü, ev dustaqlığının iki günü, islahedici işin və ya hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılmasının üç günü, cəmiyyət üçün faydalı işin beş saatı.

4. Xaricdə törədilən cinayətə görə hökm qanuni qüvvəyə minənədək həbsdə olma müddəti, həmçinin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmənin çəkilmiş (icra olunmuş) vaxtı bu məcəllənin 6-cı maddəsinin əsasında hökmün icrası üçün şəxs ekstradisiya edildikdə bir günə bir gün sayılacaq.

5. Məhkəmə müzakirəsinə qədər həbsdə olan şəxsə əsas cəza kimi cərimə və/və ya vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə təyin edilibsə, məhkəmə onun həbsdə qaldığı müddəti nəzərə alaraq ona təyin edilmiş cəzanı yüngülləşdirəcək və ya onu çəkməkdən tamamilə azad edəcək.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 26 dekabr 2008-ci il tarixli qanunu №893 - SSM I, №41, 30.12.2008-ci il, maddə317

Gürcüstanın 11 mart 2011-ci il tarixli qanunu №4430 - veb-səhifə, 22.03.2011-ci il.

Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6504 – veb-səhifə, 02.07.2012-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Fəsil XII

Şərti cəza

Maddə 63. Şərti cəzanın təyin edilməsi üçün əsaslar

1. Əgər tərəflər arasında prosessual razılaşma bağlanıbsa, məhkəmə təyin edilmiş cəzanın şərti hesab edilməli olduğunu müəyyən etmək səlahiyyətinə malikdir. Bu maddənin 11 hissəsində nəzərdə tutulmuş halda bu qayda tətbiq edilmir.

11. Əgər məhkum yetkinlik yaşına çatmayana qarşı bu məcəllənin 137-ci−139-cu, 141-ci və 253-cü−2552 maddələrində nəzərdə tutulmuş cinayətləri törədibsə, təyin edilmiş cəzanın tam şərti hesab edilməsi yolverilməzdir.

2. Əgər məhkum xüsusilə ağır və ya qəsdən ağır cinayət törədibsə, təyin edilmiş cəzanın tam şərti hesab edilməsi yolverilməzdir.

3. Əgər məhkum qəsdən az ağır və ya ehtiyatsızlıqdan cinayət törətmişsə və o, cinayəti etiraf edirsə və/və ya istintaqla əməkdaşlıq edirsə, məhkəmə təyin edilmiş cəzanın şərti hesab edilməli olduğunu müəyyən etmək səlahiyyətinə malikdir, əgər məhkum keçmişdə xüsusilə ağır və ya qəsdən törətdiyi ağır cinayətə görə məhkum olunmayıbsa.

4. Əgər məhkum iki və ya daha çox qəsdən törətdiyi cinayətə görə keçmişdə məhkum olunubsa, təyin edilmiş cəzanın şərti hesab edilməsi yolverilməzdir.

5. (çıxarılıb - 12.06.2015, №3714).

6. Şərti cəza zamanı əlavə cəza təyin edilə bilər.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 64. Sınaq müddəti

1. Bu məcəllənin 50-ci maddəsinin 5-ci hissəsi və 63-cü maddəsi ilə nəzərdə tutulmuş əsaslar olduqda, məhkəmə sınaq müddəti təyin edir, hansının ki ərzində məhkum yeni cinayət törətməməli və üzərinə qoyulmuş vəzifəni yerinə yetirməlidir. Sınaq müddəti, azadlıqdan məhrum etmədən daha yüngül cəza növü təyin edilərkən ən azı bir il olmalı və üç ili aşmamalıdır, azadlıqdan məhrum etmə təyin edilərkən – ən azı bir il olmalı və altı ili aşmamalıdır, cinayətlərin birləşməsi və ya hökmlərin birləşməsi zamanı cəzaların toplanması nəticəsində yekun cəza təyin edilərkən − ən azı iki il olmalı və altı ili aşmamalıdır.

2. Bu məcəllənin 721 maddəsinin birinci hissəsi ilə nəzərdə tutulmuş əsas olduqda, məhkəmə iki ildən az olmayan və yeddi ildən çox olmayan sınaq müddəti təyin edir.

Gürcüstanın 23 fevral 2010-cu il tarixli qanunu №2644 - SSM I, №9, 15.03.2010-cu il, maddə34

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 4 oktyabr 2013-cü il tarixli qanunu №1471 - veb-səhifə, 16.10.2013-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 65. Vəzifə (öhdəlik) qoyulması

Şərti cəza zamanı, bunun üçün əsas olduqda, məhkəmə məhkuma müəyyən edilmiş vəzifəni yerinə yetirməyi tapşıra bilər: Cinayətin qarşısının alınması, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və probasiya bürosunun icazəsi olmadan daimi yaşayış yerini dəyişdirməsin, onu cəmiyyətə zidd fəaliyyətlərə cəlb edə bilən şəxslə ünsiyyət qurmasın, müəyyən edilmiş yerə baş çəkməsin, ailəyə maddi yardım etsin, alkoqolizm, narkomaniya, toksikomaniya və ya zöhrəvi xəstəlik üçün müalicə kursu keçsin, məhkum ailə cinayəti törətmiş şəxsdirsə − həmçinin zorakı münasibət və davranışların dəyişdirilməsinə yönəldilmiş məcburi tədris kursu keçsin. Məhkəmə məhkumun üzərinə onun islah edilməsinə kömək edəcək başqa vəzifə də qoya bilər.

Gürcüstanın 19 iyun 2001-ci il tarixli qanunu №945 – SSM I, №20, 03.07.2001-ci il, maddə75

Gürcüstanın 7 may 2003-cü il tarixli qanunu №2160 – SSM I, №13, 02.06.2003-cü il, maddə72

Gürcüstanın 17 oktyabr 2014-cü il tarixli qanunu №2704 - veb-səhifə, 31.10.2014-cü il.

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Maddə 66. Nəzarət və yardım

1. Şərti məhkumun davranışına nəzarəti və ona yardımı Cinayətin qarşısının alınması, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və probasiya bürosu həyata keçirir. Bu orqan şəxs tərəfindən ona tapşırılmış vəzifənin yerinə yetirilməsinə nəzarət edir, yerinə yetirilmədikdə isə bu barədə dərhal məhkəməyə məlumat verir.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş funksiyanı şərti məhkum olan hərbi qulluqçuya qarşı hərbi hissənin rəhbərliyi həyata keçirir.

3. Sınaq müddəti ərzində məhkəmə şərti məhkum edilmiş şəxs üzərində nəzarəti və yardımı həyata keçirən orqanın təqdimatı ilə şərti məhkumun üzərinə qoyulmuş vəzifəni tamamilə və ya qismən ləğv edə bilər və ya onun üzərinə yeni vəzifə qoya bilər.

Gürcüstanın 19 iyun 2001-ci il tarixli qanunu №945 – SSM I, №20, 03.07.2001-ci il, maddə75

Gürcüstanın 7 may 2003-cü il tarixli qanunu №2160 – SSM I, №13, 02.06.2003-cü il, maddə72

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Maddə 67. Şərti cəzanın ləğvi və ya sınaq müddətinin uzadılması/azaldılması

1. Sınaq müddətinin ən azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz düzəlişini sübut edərsə, Agentliyin şərti cəzanı ləğv etmə məsələlərini müzakirə edən daimi komissiyası şərti məhkumun davranışına nəzarəti və ona yardımı həyata keçirən orqanın vəsatəti əsasında şərti məhkum edilmiş şəxs üçün sınaq müddətinin ləğv edilməsi və məhkumluğun götürülməsi haqqında qərar qəbul edir.

11. (çıxarılıb - 01.06.2017, №944).

2. Məhkəmə şərti məhkumun davranışını nəzərə alaraq, bu maddənin birinci hissəsində qeyd olunan orqanın təqdimatı ilə sınaq müddətini uzada (bir ildən çox olmayaraq) və ya azalda bilər.

3. Əgər şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində ona tapşırılan vəzifəni mütəmadi olaraq və ya inadkarlıqla yerinə yetirmirdisə, məhkəmə bu maddənin birinci hissəsində qeyd olunan orqanın təqdimatı ilə şərti cəzanın ləğv edilməsini və hökmlə təyin edilmiş cəzanın icra olunmasını müəyyən edə bilər.

4. Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində ehtiyatsızlıqdan cinayət törətmişdirsə, şərti cəzanın ləğvi və ya qüvvədə saxlanılması məsələsini məhkəmə həll edir.

5. Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində qəsdən cinayət törətmişdirsə, məhkəmə şərti cəzanı ləğv edəcək və bu məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada məhkuma cəza təyin edəcək. Bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş halda da eyni qaydada cəza təyin edilir. İstisna hallarda şərti cəzadan yalnız tərəflər arasında Gürcüstanın Cinayət-Prosessual Məcəlləsinin XXI fəslinə uyğun olaraq prosessual razılaşma bağlanarkən istifadə edilə bilər, hansı ki Gürcüstanın Baş Prokuroru və ya onun müavini ilə razılaşdırılmalıdır.

Gürcüstanın 29 dekabr 2006-ci il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 1 noyabr 2008-ci il tarixli qanunu №466 - SSM I, №30, 07.11.2008-ci il, maddə186

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 11 noyabr 2011-ci il tarixli qanunu №5266 - veb-səhifə, 24.11.2011-ci il.

Gürcüstanın 27 mart 2012-ci il tarixli qanunu №5924 – veb-səhifə, 19.04.2012-ci il.

Gürcüstanın 13 dekabr 2013-cü il tarixli qanunu №1796 - veb-səhifə, 28.12.2013-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 5 iyul 2018-ci il tarixli qanunu №3125 – veb-səhifə, 11.07.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3813 – veb-səhifə, 13.12.2018-ci il.

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Maddə 671. Mülki saziş (razılaşma)

1. Şərti məhkum edilmiş şəxs üçün bu məcəllənin 67-ci maddəsinin birinci hissəsində göstərilən orqan tərəfindən şərti cəzanı ləğv etmək və məhkumluğu götürmək sınaq müddətinin yarısı keçənə qədər də mümkündür, əgər prokuror şərti məhkum edilmiş şəxslə mülki saziş bağlamışdırsa və əgər şərti məhkum edilmiş şəxs mülki sazişlə müəyyən edilmiş vəzifələri (öhdəlikləri) lazımi qaydada yerinə yetiribsə, həmçinin bu məcəllənin 67-ci maddəsinin 3-5-ci hissələrində nəzərdə tutulmuş əsaslar yoxdursa və həmin maddənin 2-ci hissəsinə uyğun olaraq məhkəmə sınaq müddətinin uzadılması barədə qərar qəbul etməyibsə.

2. Prokuror, şərti məhkumun davranışını nəzərə alaraq, onunla mülki saziş bağlaya bilər, əgər onun müəyyən bir sahədə öz bilik və təcrübəsini başqaları ilə bölüşmək arzusu və bacarığı varsa. Mülki sazişlə şərti məhkumun vəzifələri (öhdəlikləri), eləcə də bu vəzifələrin (öhdəliklərin) icra edilməli olduğu vaxt müəyyən edilir və bu vaxt keçdikdən sonra şərti məhkumun şərti cəzası ləğv oluna bilər və məhkumluğu götürülə bilər.

3. Mülki sazişlə şərti məhkumun üzərinə qoyulmuş vəzifələrin (öhdəliklərin) yerinə yetirilməsinə nəzarəti Cinayətin qarşısının alınması, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və probasiya bürosu həyata keçirir, hansı ki prokurora bu sazişin şərtlərinin yerinə yetirilməsi ilə bağlı vaxtaşırı məlumat təqdim edir.

Gürcüstanın 22 may 2012-ci il tarixli qanunu №6252 – veb-səhifə, 29.05.2012-ci il.

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Dördüncü Qapı

Cinayət məsuliyyəti və cəzadan azad olunma

Fəsil XIII

Cinayət məsuliyyətindən azad olunma

Maddə 68. Səmimi peşmanlığa görə cinayət məsuliyyətindən azad olunma

1. İlk dəfə cinayət törətmiş şəxs, hansına görə ki bu məcəllənin xüsusi hissəsinin maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş maksimum cəza üç il azadlıqdan məhrum etməni aşmır, cinayət məsuliyyətindən azad edilə bilər, əgər cinayəti törətdikdən sonra könüllü olaraq təqsirini etiraf etməyə gəlibsə, cinayətin açılmasına şərait yaradıbsa və zərəri ödəyibsə.

2. Başqa kateqoriyadan olan cinayəti törətmiş şəxs, cinayət məsuliyyətindən azad edilə bilər, əgər bu barədə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuşdursa.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Maddə 69. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Maddə 70. Şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad olunma

Şəraitin dəyişməsi ilə əlaqədar, əmələ görə cinayət məsuliyyətinə cəlb etmənin məqsədəuyğun olmadığı müəyyən edildikdə, cinayəti törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Maddə 701. Təqsirləndirilən şəxsin istintaq orqanları ilə əməkdaşlığa görə cinayət məsuliyyətindən azad edilməsi

Xüsusi hallarda, təqsirləndirilən şəxsin istintaq orqanları ilə əməkdaşlığı nəticəsində vəzifəli şəxsin və/və ya xüsusilə ağır cinayət törətmiş şəxsin (şəxslərin) kimliyi aşkar edildikdə və onun bilavasitə dəstəyi ilə bu cinayətin açılması üçün əsaslı şərait yaratmaq mümkün olduqda, məhkəmə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən tam azad etmək səlahiyyətinə malikdir.

Gürcüstanın 13 fevral 2004-cü il tarixli qanunu №3295 – SSM I, №6, 09.03.2004-cü il, maddə22

Maddə 71. İcra müddətinin keçməsinə görə cinayət məsuliyyətindən azad edilmə

1. Şəxs cinayət məsuliyyətindən azad edilir, əgər keçibsə:

a) Bu məcəllənin xüsusi hissəsinin maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş maksimum cəzası iki il azadlıqdan məhrum etməni aşmayan cinayətin törədildiyi vaxtdan iki il;

b) Başqa, az ağır cinayətin törədildiyi vaxtdan altı il;

q) Ağır cinayətin törədildiyi vaxtdan on il;

q1) Bu məcəllənin 332-ci–3421 maddələrində nəzərdə tutulmuş cinayətlərə görə on beş il, əgər onlar xüsusilə ağır cinayətə aid deyillərsə;

q2) Bu məcəllənin 137-ci−141-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə iyirmi il, əgər onlar xüsusilə ağır cinayətə aid deyillərsə;

d) Xüsusilə ağır cinayətin törədildiyi vaxtdan otuz il.

2. İcra müddəti cinayətin törədildiyi gündən şəxsin təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə qədər hesablanır. Yeni cinayət törədildikdə, hər bir cinayət üzrə icra müddəti hesablanır.

3. Cinayəti törədən şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, icra müddətinin axını dayandırılacaqdır. Bu halda icra müddətinin axını cinayəti törədən şəxsin tutulduğu və ya təqsirini etiraf etməyə gəldiyi andan yenilənəcəkdir.

4. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsə qarşı icra müddətinin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə icra müddətindən istifadəni qeyri-mümkün hesab edərsə, ömürlük azadlıqdan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz olunacaq.

5. Gürcüstanın beynəlxalq müqaviləsində nəzərdə tutulmuş hallarda icra müddəti tətbiq edilmir.

51. Bu məcəllənin 1441−1443 maddələrində nəzərdə tutulmuş əməllərə qarşı, həmçinin yetkinlik yaşına çatmayana qarşı həmin məcəllənin 137-ci−141-ci və 253-cü−2552 maddələrində nəzərdə tutulmuş əməllər törədildiyi halda icra müddəti tətbiq edilmir.

6. İcra müddətinin axını şəxsin toxunulmazlıqla qorunduğu müddət ərzində dayandırılacaqdır.

7. Bu maddənin 3-cü və 6-cı hissələrində nəzərdə tutulmuş hallardan başqa, icra müddətinin axını həmçinin o vaxt ərzində də dayanır, nə vaxt ki ,,Cinayət hüququ sahəsində beynəlxalq əməkdaşlıq haqqında’’ Gürcüstan Qanununun 16-cı maddəsinin 2-ci hissəsinə əsasən, Gürcüstana ekstradisiya edilmiş şəxsə qarşı müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyil.

8. „Cinayət hüququ sahəsində beynəlxalq əməkdaşlıq haqqında’’ Gürcüstan Qanununun 42-ci maddəsinə əsasən, cinayət işinin materialları və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri sonrakı hüquq icraatı məqsədi ilə Gürcüstana göndərilən zaman Gürcüstanda prosesi aparan orqan xarici dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş icra müddətinin dayandırılması üçün əsasları yalnız o halda nəzərə alacaq, əgər onlar bu maddədə nəzərdə tutulmuş icra müddətinin axınının dayandırılmasının əsasları ilə oxşardırsa.

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 – SSM I, №20, 31.05.2000-ci il, maddə51

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 1 dekabr 2016-cı il tarixli qanunu №59 - veb-səhifə, 13.12.2016-cı il.

Gürcüstanın 27 dekabr 2018-ci il tarixli qanunu №4224 – veb-səhifə, 27.12.2018-ci il.

Gürcüstanın 17 mart 2020-ci il tarixli qanunu №5750 – veb-səhifə, 23.03.2020-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Fəsil XIV

Cəzadan azad olunma

Maddə 72. Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunma

1. Şəxs, hansına ki cəza növü olaraq cəmiyyət üçün faydalı iş, islahedici iş, hərbi şəxsin xidmət üzrə məhdudlaşdırılması və ya ev dustaqlığı təyin edilib, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilər, əgər məhkəmə hesab edirsə ki, onu düzəltmək (islah etmək) üçün təyin edilmiş cəzanın tamamilə çəkilməsi artıq lazım deyil, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş şəxs isə, xüsusi riskli azadlıqdan məhrum etmə müəssisəsinə yerləşdirilən məhkumdan başqa, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilər, əgər Gürcüstanın Ədliyyə Nazirliyinin sisteminə daxil olan dövlət alt qurumunun − Xüsusi Penitensiar Xidmətin Yerli Şurası hesab edirsə ki, onu düzəltmək (islah etmək) üçün təyin edilmiş cəzanın tamamilə çəkilməsi artıq lazım deyil, bununla belə, o, əlavə cəza çəkməkdən tam və ya qismən azad edilə bilər.

2. Şərti olaraq vaxtından əvvəl azad edilərkən məhkumun üzərinə bu məcəllənin 65-ci maddəsində nəzərdə tutulmuş vəzifə (öhdəlik) qoyula bilər, hansını ki o, cəzasının çəkilməmiş hissəsi müddətində yerinə yetirməlidir.

3. Şərti olaraq vaxtından əvvəl azad etmək yalnız o zaman mümkündür, əgər məhkum faktiki olaraq çəkibsə (icra edibsə):

a) Az ağır cinayətə görə çəkilməli cəza müddətinin ən azı yarısını;

b) Ağır cinayətə görə çəkilməli cəza müddətinin ən azı üçdə ikisini;

q) Xüsusilə ağır cinayətə görə çəkilməli cəza müddətinin ən azı dörddə üçünü;

d) Cəzanın dörddə üçü, hansı ki əvvəllər şərti olaraq vaxtından əvvəl azad etdikləri şəxsə təyin edilmişdi, bu maddənin 6-cı hissəsinin əsasında isə şərti olaraq vaxtından əvvəl azad etmək ləğv edildi;

e) Cəzanın dörddə üçü, hansı ki əvvəllər cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsə təyin edilmişdi və dəyişdirilmiş cəza bu məcəllənin 73-cü maddəsinin 10-cu hissəsinin əsasında ləğv edildi.

4. Məhkumun faktiki olaraq çəkdiyi azadlıqdan məhrum etmə müddəti altı aydan az olmamalıdır.

5. Şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkumun davranışına nəzarəti bunu etməyə səlahiyyəti olan Cinayətin qarşısının alınması, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və probasiya bürosu həyata keçirir, hərbi qulluqçunun davranışına nəzarəti isə – hərbi hissənin rəhbərliyi həyata keçirir.

6. Əgər məhkum cəzasının çəkilməmiş müddəti ərzində:

a) Şərti olaraq vaxtından əvvəl azad edilərkən üzərinə qoyulmuş vəzifəni (öhdəliyi) yerinə yetirməkdən inadkarlıqla boyun qaçırmışsa, məhkəmə bu maddənin 5-ci hissəsində göstərilən orqanların təqdimatı ilə şərti olaraq vaxtından əvvəl azadlığın ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması barədə qərar qəbul edə bilər;

b) Ehtiyatsızlıqdan cinayət törətmişsə, şərti azadlığın ləğv edilməsi və ya qüvvədə saxlanılması məsələsini məhkəmə həll edir;

q) Qəsdən cinayət törətmişsə, məhkəmə ona bu məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edir. Ehtiyatsızlıqdan törədilən cinayətə görə eyni qaydada cəza təyin ediləcək, əgər məhkəmə şərti azadlığı ləğv etsə.

7 (çıxarılıb - 01.06.2017, №944).

8. Bu məcəllənin 73-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cəmiyyət üçün faydalı iş növündə təyin edilmiş cəzanı çəkməkdən şərti olaraq azad edilmiş məhkuma, faktiki olaraq çəkilmiş cəzanın müddəti aşağıdakı hesablamalarla bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş müddətə sayılacaq: cəmiyyət üçün faydalı işin beş saatı – azadlıqdan məhrum etmənin bir günü.

9. Bu məcəllənin 73-cü maddəsinin 31 hissəsində nəzərdə tutulmuş ev dustaqlığı növündə təyin edilmiş cəzanı çəkməkdən şərti olaraq azad edilmiş məhkuma, faktiki olaraq çəkilmiş ev dustaqlığı cəzasının müddəti aşağıdakı hesablamalarla bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş müddətə sayılacaq: ev dustaqlığının bir günü − azadlıqdan məhrum etmənin bir günü.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 19 iyun 2001-ci il tarixli qanunu №945 – SSM I, №20, 03.07.2001-ci il, maddə75

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 26 dekabr 2008-ci il tarixli qanunu №893 - SSM I, №41, 30.12.2008-ci il, maddə317

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 5 may 2011-ci il tarixli qanunu №4630 – veb-səhifə, 19.05.2011-ci il.

Gürcüstanın 27 dekabr 2011-ci il tarixli qanunu №5626 - veb-səhifə, 12.01.2012-ci il.

Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6504 – veb-səhifə, 02.07.2012-ci il.

Gürcüstanın 13 dekabr 2013-cü il tarixli qanunu №1796 - veb-səhifə, 28.12.2013-cü il.

Gürcüstanın 31 oktyabr 2014-cü il tarixli qanunu №2757 - veb-səhifə, 11.11.2014-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 5 iyul 2018-ci il tarixli qanunu №3125 – veb-səhifə, 11.07.2018-ci il.

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Maddə 721. Cəza kimi təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasına yenidən baxılması

1. Əgər ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmiş məhkum faktiki olaraq azadlıqdan məhrum etmə cəzasının iyirmi ilini çəkibsə və Gürcüstanın Ədliyyə Naziri tərəfindən təsdiq edilmiş ömürlük həbs cəzasına məhkum edilmiş şəxsin azadlığa buraxılması üzrə hazırlıq proqramını uğurla keçibsə, məhkəmə onu bu məcəllənin 64-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş sınaq müddəti ilə cəzanın qalan hissəsini çəkməkdən şərti olaraq azad etmək səlahiyyətinə malikdir. Məhkəmə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin azadlığa buraxılması üçün hazırlıq proqramının icmal hesabatı əsasında qərar qəbul edir, cinayətin xarakterini, məhkumun cəza çəkdiyi zaman göstərdiyi davranışları, onun keçmişdə cinayət törətməsi faktını, məhkumluğunu, cinayəti təkrar törətmək riskini, ailə şəraitini və məhkumun şəxsiyyətini nəzərə alaraq.

2. Əgər məhkum sınaq müddəti ərzində:

a) Onun üzərinə qoyulmuş vəzifəni (öhdəliyi) yerinə yetirməkdən qəsdən boyun qaçırmışsa, məhkəmə bu məcəllənin 72-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş orqanların təqdimatı ilə sınaq müddətinin ləğv edilməsi və ömürlük azadlıqdan məhrum etmə cəzasının icra olunması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir;

b) Ehtiyatsızlıqdan cinayət törətmişsə, sınaq müddətinin ləğv edilməsi və ya qüvvədə saxlanılması məsələsini məhkəmə həll edir;

q) Qəsdən cinayət törətmişsə, məhkəmə ona bu məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edir. Ehtiyatsızlıqdan törədilən cinayətə görə məhkuma eyni qaydada cəza təyin ediləcək, əgər məhkəmə sınaq müddətini ləğv etsə.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 11 yanvar 2021-ci il tarixli qanunu №90 – veb-səhifə, 11.01.2021-ci il.

Maddə 73. Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi

1. Gürcüstanın Ədliyyə Nazirliyinin sisteminə daxil olan dövlət alt qurumunun − Xüsusi Penitensiar Xidmətin Yerli Şurası az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin, cəzasını çəkdiyi müddətdə davranışını nəzərə alaraq, cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bundan başqa, o, əlavə cəza çəkməkdən (əmlak müsadirəsindən başqa) tam və ya qismən azad edilə bilər.

2. Cəzanın çəkilməmiş hissəsi yalnız o halda daha yüngül cəza növü ilə əvəz edilə bilər, əgər məhkum təyin edilmiş cəza müddətinin faktiki olaraq ən azı üçdə birini çəkibsə.

3. Gürcüstanın Ədliyyə Nazirliyinin sisteminə daxil olan dövlət alt qurumunun − Xüsusi Penitensiar Xidmətin Yerli Şurası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin, xüsusi riskli cəzaçəkmə müəssisəsinə yerləşdirilən məhkumdan başqa, cəzasını çəkdiyi müddətdə elə onun razılığı ilə cəzanın çəkilməmiş hissəsini cəmiyyət üçün faydalı iş ilə dəyişdirə bilər. Bu halda bu məcəllənin 44-cü maddəsinin tələbləri (1-ci və 2-ci hissələr istisna olmaqla) tətbiq edilmir. Bundan başqa, həmin məhkum əlavə cəza çəkməkdən (əmlak müsadirəsindən başqa) tam və ya qismən azad edilə bilər.

3​1. Gürcüstanın Ədliyyə Nazirliyinin sisteminə daxil olan dövlət alt qurumunun − Xüsusi Penitensiar Xidmətin Yerli Şurası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin, xüsusi riskli cəzaçəkmə müəssisəsinə yerləşdirilən məhkumdan başqa, elə onun razılığı ilə cəzasının çəkilməmiş hissəsini ev dustaqlığı ilə dəyişdirə bilər. Bu halda bu məcəllənin 471 maddəsinin 2-ci, 4-cü və 6-cı hissələrinin tələbləri tətbiq edilmir. Bundan başqa, həmin məhkum əlavə cəza çəkməkdən (əmlak müsadirəsindən başqa) tam və ya qismən azad edilə bilər.

4. Bu maddənin 3-cü və ya 31 hissəsində nəzərdə tutulmuş məhkumun cəzasının çəkilməmiş hissəsi cəmiyyət üçün faydalı iş ilə və ya ev dustaqlığı ilə əvəz edilə bilər yalnız o zaman, əgər o faktiki olaraq çəkibsə:

a) Az ağır cinayətə görə çəkilməli cəza müddətinin ən azı üçdə birini;

b) Ağır cinayətə görə çəkilməli cəza müddətinin ən azı yarısını;

q) Xüsusilə ağır cinayətə görə çəkilməli cəza müddətinin ən azı üçdə ikisini;

d) Cəzanın üçdə ikisi, hansı ki əvvəllər şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsə təyin edilmişdi, bu maddənin 72-ci maddəsinin 6-cı hissəsinin əsasında isə şərti olaraq vaxtından əvvəl azad etmək ləğv edildi;

e) Cəzanın üçdə ikisi, hansı ki əvvəllər cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsə təyin edilmişdi və dəyişdirilmiş cəza bu maddənin 10-cu hissəsinin əsasında ləğv edildi.

5. (çıxarılıb - 12.06.2015, №3714).

6. Bu maddənin 3-cü və ya 31 hissəsində nəzərdə tutulmuş məhkumun faktiki olaraq çəkdiyi azadlıqdan məhrum etmə müddəti üç aydan az olmamalıdır.

7. Məhkum üçün ömürlük azadlıqdan məhrum etmə cəzası cəmiyyət üçün faydalı iş və ya ev dustaqlığı ilə əvəz edilə bilər, əgər o azadlıqdan məhrum etmə cəzasının faktiki olaraq on beş ilini çəkibsə və Gürcüstanın Ədliyyə Naziri tərəfindən təsdiq edilmiş ömürlük həbs cəzasına məhkum edilmiş şəxsin azadlığa buraxılması üzrə hazırlıq proqramını uğurla keçibsə və əgər məhkəmə hesab edirsə ki məhkumun bu cəzanı çəkməyə davam etməsinə artıq ehtiyac yoxdur. Məhkəmə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin azadlığa buraxılması üçün hazırlıq proqramının icmal hesabatı əsasında qərar qəbul edir, cinayətin xarakterini, məhkumun cəza çəkdiyi zaman göstərdiyi davranışları, onun keçmişdə cinayət törətməsi faktını, məhkumluğunu, cinayəti təkrar törətmək riskini, ailə şəraitini və məhkumun şəxsiyyətini nəzərə alaraq.

Məhkumun ömürlük azadlıqdan məhrum etmə cəzası ev dustaqlığı ilə beş ildən az olmayan və on ildən çox olmayan müddətə, cəmiyyət üçün faydalı iş ilə – eyni müddətə dəyişdirilə bilər, bu məcəllənin 62-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hesablamaya uyğun olaraq.

8. Bu maddənin 3-cü və ya 31 hissəsində nəzərdə tutulmuş məhkumun cəza növü olaraq təyin edilmiş azadlıqdan məhrum etmə müddətinin bir hissəsi şərti sayılıbsa, sınaq müddətinin axını cəza kimi təyin edilmiş cəmiyyət üçün faydalı işin və ya ev dustaqlığının çəkildiyi andan başlayır.

9. Bu maddənin 3-cü və ya 31 hissəsində nəzərdə tutulmuş məhkumun davranışına nəzarəti bunun üçün səlahiyyəti olan Cinayətin qarşısının alınması, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və probasiya bürosu həyata keçirir.

10. Bu maddənin 3-cü və ya 7-ci hissəsində nəzərdə tutulmuş məhkum cəmiyyət üçün faydalı iş cəzasını çəkdiyi zaman:

a) Cəmiyyət üçün faydalı işdən qəsdən boyun qaçırmışsa, və ya əgər başqa səbəbdən cəzanın qalan hissəsini çəkmək məqsədəuyğun deyilsə, məhkəmə Cinayətin qarşısının alınması, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və probasiya bürosunun təqdimatı ilə cəmiyyət üçün faydalı işin ləğv edilməsini və cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmənin çəkilməmiş hissəsinin icra olunmasını müəyyən edə bilər.

b) Ehtiyatsızlıqdan cinayət törətmişsə, cəmiyyət üçün faydalı işin ləğv edilməsi və ya qüvvədə saxlanılması məsələsini məhkəmə həll edir.

q) Qəsdən cinayət törətmişsə, məhkəmə cəmiyyət üçün faydalı işi ləğv edir və məhkuma bu məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edir. Ehtiyatsızlıqdan törədilən cinayətə görə ona eyni qaydada cəza təyin ediləcək, əgər məhkəmə cəmiyyət üçün faydalı işi ləğv etsə. İstisna hallarda cəmiyyət üçün faydalı işdən yalnız tərəflər arasında Gürcüstanın Cinayət-Prosessual Məcəlləsinin XXI fəslinə uyğun olaraq prosessual razılaşma bağlanarkən istifadə edilə bilər, hansı ki Gürcüstanın Baş Prokuroru və ya onun müavini ilə razılaşdırılmalıdır.

11. Bu maddənin 10-cu hissəsində nəzərdə tutulmuş hallarda, məhkumun cəmiyyət üçün faydalı iş cəzasını çəkdiyi vaxt aşağıdakı hesablamalarla azadlıqdan məhrum etmə müddətinə sayılacaq: cəmiyyət üçün faydalı işin beş saatı – azadlıqdan məhrum etmənin bir günü.

12. Bu maddənin 31 və ya 7-ci hissəsində nəzərdə tutulmuş məhkum ev dustaqlığı cəzasını çəkdiyi zaman:

a) Onun üzərinə qoyulmuş vəzifəni (öhdəliyi) yerinə yetirməkdən qəsdən boyun qaçırmışsa və ya başqa səbəbdən cəzanın qalan hissəsini çəkmək məqsədəuyğun deyilsə, məhkəmə Cinayətin qarşısının alınması, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və probasiya bürosunun təqdimatı ilə ev dustaqlığının ləğv edilməsi və cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmənin çəkilməmiş hissəsinin icra olunması barədə qərar qəbul edə bilər.

b) Ehtiyatsızlıqdan cinayət törətmişsə, ev dustaqlığının ləğv edilməsi və ya qüvvədə saxlanılması məsələsini məhkəmə həll edir.

q) Qəsdən cinayət törətmişsə, məhkəmə ev dustaqlığını ləğv edir və məhkuma bu məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edir. Ehtiyatsızlıqdan törədilən cinayətə görə ona eyni qaydada cəza təyin ediləcək, əgər məhkəmə ev dustaqlığını ləğv etsə.

İstisna hallarda ev dustaqlığından yalnız tərəflər arasında Gürcüstanın Cinayət-Prosessual Məcəlləsinin XXI fəslinə uyğun olaraq prosessual razılaşma bağlanarkən istifadə edilə bilər, hansı ki Gürcüstanın Baş Prokuroru və ya onun müavini ilə razılaşdırılmalıdır.

13. Bu maddənin 12-ci hissəsində nəzərdə tutulmuş hallarda, məhkumun ev dustaqlığı cəzasını çəkdiyi vaxt aşağıdakı hesablamalarla azadlıqdan məhrum etmə müddətinə sayılacaq: ev dustaqlığının bir günü – azadlıqdan məhrum etmənin bir günü.

14. Bu maddənin 12-ci hissəsində nəzərdə tutulmuş hallarda, məhkəmənin qərarı Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət edilə bilər.

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 26 dekabr 2008-ci il tarixli qanunu №893 - SSM I, №41, 30.12.2008-ci il, maddə317

Gürcüstanın 11 iyul 2009-cu il tarixli qanunu №1398 - SSM I, №20, 28.07.2009-cu il, maddə94

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 27 dekabr 2011-ci il tarixli qanunu №5626 – veb-səhifə, 12.01.2012-ci il.

Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6504 – veb-səhifə, 02.07.2012-ci il.

Gürcüstanın 13 dekabr 2013-cü il tarixli qanunu №1796 - veb-səhifə, 28.12.2013-cü il.

Gürcüstanın 31 oktyabr 2014-cü il tarixli qanunu №2757 - veb-səhifə, 11.11.2014-cü il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 5 iyul 2018-ci il tarixli qanunu №3125 – veb-səhifə, 11.07.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3813 – veb-səhifə, 13.12.2018-ci il.

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Gürcüstanın 11 yanvar 2021-ci il tarixli qanunu №90 – veb-səhifə, 11.01.2021-ci il.

Maddə 731. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin istintaqla əməkdaşlığı nəticəsində cəzanın nəzərdən keçirilməsi

1. Xüsusi halda, nə vaxt ki azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin istintaq orqanları ilə əməkdaşlığı nəticəsində vəzifəli şəxsin və\və ya xüsusilə ağır cinayət törətmiş şəxsin kimliyi aydınlaşdırılır (üzə çıxır) və onun bilavasitə dəstəyi ilə bu cinayətin açılması üçün zəruri şərait yaradılır, Gürcüstanın Baş Prokurorunun məhkumun cəzasına yenidən baxılması barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququ var.

2. Vəsatətin təmin edilməsi halında məhkəmə müvafiq qərar qəbul edir - məhkumun cəza müddətinin azaldılması və ya cəzanın növünün dəyişdirilməsi və ya məhkumun cəzadan tam azad edilməsi barədə.

3. Bu məcəllənin 1441−1443 maddələrində nəzərdə tutulmuş cinayət işləri üzrə, həmçinin yetkinlik yaşına çatmayana qarşı elə bu məcəllənin 137-ci−139-cu, 141-ci və 253-cü−2552 maddələrində nəzərdə tutulmuş cinayətləri törətdikdə, məhkumun cəzadan tam azad edilməsi yolverilməzdir.

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3813 – veb-səhifə, 13.12.2018-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 74. Xəstəliyə və ya qocalığa görə cəza çəkməkdən azad olunma

1. Məhkəmə məhkumu cəzanın qalan hissəsini çəkməkdən azad etmək səlahiyyətinə malikdir, əgər onun səhhətinin vəziyyəti cəza çəkməsinə uyğun gəlmirsə və ekspertizanın rəyinə əsasən, məhkumun sağalması və/və ya səhhətinin əhəmiyyətli dərəcədə yaxşılaşması gözlənilmirsə.

2. Gürcüstanın Ədliyyə Nazirliyinin və Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin birgə daimi komissiyası cəzaçəkmə müəssisəsinə yerləşdirilən məhkumu cəzanın qalan hissəsini çəkməkdən azad etmək səlahiyyətinə malikdir, əgər onun xəstəliyi və ya xəstəliklərinin birləşməsi varsa və müalicə fonunda onun əsas həyati əlamətlərini saxlamaq mürəkkəbdirsə (çətinləşibsə), bundan başqa, həkimlər heyəti tərəfindən konsensus əsasında müəyyən edilmiş ölümcüllük proqnozu yüksəkdirsə.

3. Bu maddənin əsasında cəzanın qalan hissəsini çəkməkdən azad edilmiş məhkum, sağalma halında, hələ də cinayət məsuliyyətinə cəlb edilə bilər və ona cəza təyin edilə bilər, bu məcəllənin 71 və 76-cı maddələrində nəzərdə tutulmuş icra müddətləri bitməmişsə.

4. Məhkəmə cəza çəkdiyi dövrdə qocalıq yaşına çatmış şəxsi (qadın - 65 yaşdan, kişi - 70 yaşdan) cəzanın qalan hissəsini çəkməkdən azad etmək səlahiyyətinə malikdir, əgər ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməyibsə və cəzasının ən azı yarısını çəkibsə.

5. Bu maddənin 1-ci və 4-cü hissələrində müəyyən edilmiş məsələlərin müzakirəsi zamanı məhkəmə cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmənin icrasının məqsədəuyğunluğunu, məhkumun şəxsiyyətini, onun keçmişdə cinayət törətməsi faktını, cinayətin xarakterini, motivini, məqsədini, yaranmış nəticəni, cinayətin təkrar törədilməsi riskini, məhkumun cəzasını çəkdiyi zaman aşkar edilən (üzə çıxan) davranışını və məhkəmənin qərarına təsir edə biləcək digər halları nəzərə almalıdır.

6. Cəzanın qalan hissəsini çəkməkdən azad edilmənin bu maddədə nəzərdə tutulmuş əsasları bu məcəllənin 40-cı maddəsinin birinci hissəsinin „i“ alt bəndində nəzərdə tutulmuş cəzaya şamil edilmir.

7. Bu maddənin əsasında məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edildikdə o, əlavə cəza çəkməkdən də azad edilə bilər.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 4 iyul 2002-ci il tarixli qanunu №1629 – SSM I, №23, 24.07.2002-ci il, maddə114

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 13 dekabr 2013-cü il tarixli qanunu №1796 – veb-səhifə, 28.12.2013-cü il.

Gürcüstanın 16 aprel 2014-cü il tarixli qanunu №2243 - veb-səhifə, 02.05.2014-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 5 iyul 2018-ci il tarixli qanunu №3125 – veb-səhifə, 11.07.2018-ci il.

Maddə 75. Hamilə qadın üçün cəzanın çəkilməsinin təxirə salınması

1. Məhkəmə hamilə qadının cəza çəkməsini doğuşdan sonra 1 ilə qədər təxirə sala bilər.

2. Məhkum uşaqdan (övladından) imtina etdikdə və ya Cinayətlərin qarşısının alınması, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası və probasiya bürosu tərəfindən ona xəbərdarlıq edildikdən sonra uşağı böyütməkdən yayındıqda, məhkəmə bu orqanın təqdimatı ilə cəza çəkmənin təxirə salınmasını ləğv edə bilər və məhkumu cəzasını çəkmək üçün hökmlə təyin edilmiş yerə göndərə bilər.

3. Uşaq 1 yaşına çatdıqda, məhkəmə məhkumu cəzanın çəkilməmiş hissəsini çəkməkdən azad edəcək və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edəcək və/və ya məhkumun cəzasının çəkilməmiş hissəsinin çəkilməsi üçün müvafiq quruma qaytarılması barədə qərar qəbul edəcək.

4. Məhkum cəzanın çəkilməsinin təxirə salınması dövründə yeni cinayət törətdikdə, məhkəmə ona bu məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edir.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 19 iyun 2001-ci il tarixli qanunu №945 – SSM I, №20, 03.07.2001-ci il, maddə75

Gürcüstanın 7 may 2003-cü il tarixli qanunu №2160 – SSM I, №13, 02.06.2003-cü il, maddə72

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Maddə 76. İttiham hökmünün icrası müddətinə görə cəza çəkməkdən azad olunma

1. Qanuni qüvvəyə minmiş ittiham hökmü aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum cəza çəkməkdən azad edilir:

a) İki ildə - o cinayətin törədilməsindən, hansına görə ki bu məcəllənin xüsusi hissəsinin maddəsində və ya maddəsinin hissəsində nəzərdə tutulmuş maksimum cəza iki il azadlıqdan məhrum etməni aşmır;

b) Altı ildə - digər, az ağır cinayətə görə məhkum edildikdə;

q) On ildə - ağır cinayətə görə məhkum edildikdə;

d) On beş ildə - xüsusilə ağır cinayətə görə məhkum edildikdə.

2. Məhkum cəzanı çəkməkdən yayınarsa (boyun qaçırarsa), icra müddətinin axını dayandırılacaq. Bu halda icra müddətinin axını məhkumun həbs edildiyi və ya təqsirini etiraf etməyə gəldiyi andan yenilənəcəkdir. Cəza çəkməkdən yayınmağa (boyun qaçırmağa) qədər keçmiş vaxt icra müddətinə sayılacaq.

3. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsə icra müddətinin tətbiq edilib-edilməməsi məsələsini məhkəmə həll edir. Məhkəmə icra müddətindən istifadə etməyi qeyri-mümkün hesab edərsə, ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunacaq.

4. Gürcüstanın beynəlxalq müqaviləsində nəzərdə tutulmuş halda icra müddəti tətbiq edilmir.

5. Şəxsin toxunulmazlıqla qorunduğu müddət ərzində icra müddətinin axını dayandırılacaq.

6. Bu maddənin 2-ci, 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş hallardan başqa, icra müddətinin axını həmçinin o vaxt ərzində də dayanır, nə vaxt ki ,,Cinayət hüququ sahəsində beynəlxalq əməkdaşlıq haqqında’’ Gürcüstan Qanununun 16-cı maddəsinin 2-ci bəndinə əsasən, Gürcüstana ekstradisiya edilmiş şəxsə qarşı müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyil.

7. „Cinayət hüququ sahəsində beynəlxalq əməkdaşlıq haqqında’’ Gürcüstan Qanununun VI fəslinə əsasən, xarici ölkənin səlahiyyətli məhkəməsi tərəfindən çıxarılan hökm icra üçün Gürcüstana göndərildiyi halda Gürcüstanın müvafiq orqanı xarici ölkənin qanunvericiliyi ilə nəzərdə tutulmuş icra müddətinin axınının dayandırılması üçün əsasları yalnız o halda nəzərə alacaq, əgər onlar bu maddədə nəzərdə tutulmuş icra müddətinin axınının dayandırılmasının əsasları ilə oxşardırsa.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Fəsil XV

Amnistiya, Əfvetmə, Məhkumluq

Maddə 77. Amnistiya

1. Gürcüstan Parlamenti fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində amnistiya elan edir.

2. Cinayət törətmiş şəxs amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilər, məhkum isə cəzadan azad edilə bilər və/və ya ona təyin edilmiş cəza azaldıla bilər və ya daha yüngül cəza ilə əvəz edilə bilər.

3. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Maddə 78. Əfvetmə

1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Gürcüstan Prezidenti tərəfindən, Gürcüstan Prezidentinin fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

2. Məhkum edilmiş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər və/və ya ona təyin edilmiş cəza azaldıla bilər və ya daha yüngül cəza ilə əvəz edilə bilər.

3. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Gürcüstanın 1 oktyabr 2019-cu il tarixli qanunu №5041 – veb-səhifə, 04.10.2019-cu il.

Maddə 79. Məhkumluq

1. Məhkum ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət məsuliyyəti, cinayətin kvalifikasiyası və cinayət təsir tədbiri məsələsi həll edilərkən məhkumluq nəzərə alınacaq.

2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir.

3. Məhkumluq ödənilmiş olacaq:

a) Şərti məhkumun – sınaq müddəti keçdikdən sonra;

b) Azadlıqdan məhrum etmədən daha yüngül cəzaya məhkum edilmiş şəxsin – cəzanın çəkilməsindən bir il sonra;

q) Az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin – cəzanın çəkilməsindən üç il sonra;

d) Ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin – cəzanın çəkilməsindən altı il sonra;

e) Xüsusilə ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin – cəzanın çəkilməsindən səkkiz il sonra.

4. Məhkum qanunla müəyyən edilmiş qaydada cəza çəkməkdən vaxtından əvvəl azad edilibsə və ya cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilibsə, məhkumluğun ödənilməsi müddəti müvafiq olaraq cəzanın faktiki çəkildiyi müddətdən və ya daha yüngül cəza növünün (əsas və əlavə) çəkildiyi andan hesablanır.

5. Məhkum cəzanı çəkib qurtardıqdan sonra qüsursuz (nümunəvi) davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə onun xahişi ilə onun məhkumluğunu məhkumluğun ödənilməsi müddəti keçənə qədər götürə bilər.

6. Cinayət məsuliyyəti, cinayətin kvalifikasiyası və cinayət təsir tədbiri məsələsi həll edilərkən ödənilmiş və ya götürülmüş məhkumluq nəzərə alınmayacaq.

Beşinci Qapı

(çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Fəsil XVI. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 80. (çıxarılıb)

Gürcüstanın 23 may 2007-ci il tarixli qanunu №4785 - SSM I, №19, 01.06.2007-ci il, maddə166

Gürcüstanın 23 fevral 2010-cu il tarixli qanunu №2641 - SSM I, №9, 15.03.2010-cu il, maddə31

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 81. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 82. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 83. (çıxarılıb)

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 84. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 85. (çıxarılıb)

Gürcüstanın 26 dekabr 2008-ci il tarixli qanunu №893 - SSM I, №41, 30.12.2008-ci il, maddə317

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 86. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 861. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 87. (çıxarılıb)

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Maddə 88. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Gürcüstanın 23 fevral 2010-cu il tarixli qanunu №2641 - SSM I, №9, 15.03.2010-cu il, maddə31

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 89. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Fəsil XVII. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 891. (çıxarılıb)

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 24 sentyabr 2010 წ №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Maddə 90. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 91. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 92. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 93. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 94. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 95. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 96. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 97. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 98. (çıxarılıb)

Gürcüstanın 26 dekabr 2008-ci il tarixli qanunu №893 - SSM I, №41, 30.12.2008-ci il, maddə317

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 27 dekabr 2011-ci il tarixli qanunu №5626 - veb-səhifə, 12.01.2012-ci il.

Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6504 – veb-səhifə, 02.07.2012-ci il.

Gürcüstanın 13 dekabr 2013-cü il tarixli qanunu №1796 - veb-səhifə, 28.12.2013-cü il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 99. (çıxarılıb)

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Maddə 100.(çıxarılıb)

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3714 - veb-səhifə, 24.06.2015-ci il.

Altıncı Qapı

(çıxarılıb)

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Fəsil XVIII. (çıxarılıb)

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Maddə 101. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Maddə 102. (çıxarılıb)

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Maddə 103. (çıxarılıb)

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Maddə 104. (çıxarılıb)

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2264 - SSM I, №55, 27.12.2005-ci il, maddə367

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Maddə 105. (çıxarılıb)

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2264 - SSM I, №55, 27.12.2005-ci il, maddə367

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Maddə 106. (çıxarılıb)

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Maddə 107. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2264 - SSM I, №55, 27.12.2005-ci il, maddə367

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5181 - SSM I. №28, 18.07.2007-ci il, maddə278

Altıncı Qapı1

Hüquqi şəxsin cinayət məsuliyyəti

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Fəsil XVIII1

Hüquqi şəxsin cinayət məsuliyyəti, cəzanın növləri, onlardan istifadə qaydası və şərtləri

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 1071. Hüquqi şəxsin cinayət məsuliyyətinin əsasları

1. Hüquqi şəxsə bu məcəllə ilə müəyyən edilmiş normalar şamil edilir. Bu məcəllənin məqsədləri üçün, hüquqi şəxs dedikdə, sahibkar (kommersiya) və ya qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxsi (onun hüquqi varisi) başa düşülür.

2. Hüquqi şəxs bu məcəllədə nəzərdə tutulmuş o cinayətə görə cinayət məsuliyyəti daşıyır, hansı ki məsul (cavabdeh) şəxs tərəfindən hüquqi şəxsin adından və ya onun vasitəsi ilə (istifadə etməklə) və/və ya xeyrinə törədilmişdir.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş məsul (cavabdeh) şəxs hüquqi şəxsi idarə etmək, təmsil etmək, onun adından qərar qəbul etmək səlahiyyəti olan şəxsdir və/və ya hüquqi şəxsin nəzarət, kontrol, audit orqanının üzvüdür.

4. Hüquqi şəxs o halda da cinayət məsuliyyətinə cəlb olunacaq, nə vaxt ki cinayət hüquqi şəxsin adından və ya onun vasitəsi ilə (istifadə etməklə) və/və ya xeyrinə törədilib, cinayəti törətmiş fiziki şəxsin müəyyən edilib-edilməməsindən asılı olmayaraq.

41. Hüquqi şəxs o halda da cinayət məsuliyyətinə cəlb olunacaq, əgər bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş məsul (cavabdeh) şəxs tərəfindən nəzarətin və kontrolun düzgün həyata keçirilməməsinə görə hüquqi şəxsin tabeliyində olan fiziki şəxsin hüquqi şəxsin xeyrinə cinayət törətməsi mümkün olmuşdursa.

5. Məsul (cavabdeh) şəxsin cinayət məsuliyyətindən azad edilməsi hüquqi şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas deyil.

6. Hüquqi şəxsin cinayət məsuliyyəti fiziki şəxsin eyni cinayətə görə cinayət məsuliyyətini istisna etmir.

7. Cinayət məsuliyyəti hüquqi şəxsi cinayət nəticəsində onun tərəfindən vurulmuş zərərin əvəzini ödəmək öhdəliyindən, habelə qanunla ona qarşı müəyyən edilmiş digər məsuliyyət tədbirlərinin tətbiqindən azad etmir.

8. Fiziki şəxsin əməlində təqsiri və ya qanunsuzluğu istisna edən hallar müəyyən edildikdə hüquqi şəxs cinayət məsuliyyətindən azad edilir.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 26 sentyabr 2008-ci il tarixli qanunu №296 - SSM I, №22, 09.10.2008-ci il, maddə153

Maddə 1072. Hüquqi şəxsin cinayət məsuliyyəti

Hüquqi şəxs yalnız bu məcəllənin müvafiq maddəsi ilə müəyyən edildikdə cinayət məsuliyyətinə cəlb edilir.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Gürcüstanın 19 mart 2008-ci il tarixli qanunu №5953 – SSM I, №8, 28.03.2008-ci il, maddə56

Gürcüstanın 23 oktyabr 2008-ci il tarixli qanunu №403 - SSM I, №29, 04.11.2008-ci il, maddə176

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №795 - SSM I, №40, 29.12.2008-ci il, maddə282

Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2477 - SSM I, №50, 31.12.2009-cu il, maddə395

Gürcüstanın 23 fevral 2010-cu il tarixli qanunu №2641 - SSM I, №9, 15.03.2010-cu il, maddə31

Gürcüstanın 16 iyul 2010-cu il tarixli qanunu №3446 - SSM I, №44, 28.07.2010-cu il, maddə274

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 – veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6117 – veb-səhifə, 29.05.2012-ci il.

Maddə 1073. Cəzanın növləri

1. Hüquqi şəxsin cəza növləridir:

a) Ləğvetmə;

b) Fəaliyyət hüququndan məhrum etmə;

q) Cərimə;

d) Əmlak müsadirəsi.

2. Ləğvetmə və fəaliyyət hüququndan məhrum etmə yalnız əsas cəza kimi təyin edilə bilər.

3. Cərimə həm əsas, həm də əlavə cəza kimi təyin edilə bilər.

4. Əmlak müsadirəsi yalnız əlavə cəza kimi təyin edilə bilər.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 1074. Ləğvetmə

1. Cəza kimi ləğvetmə təyin edildikdə məhkəmə („Gürcüstanın Milli Bankı haqqında“ Gürcüstanın Üzvi Qanununda nəzərdə tutulmuş hallardan başqa) ləğvedici (ləğvedicilər) təyin edir, hansı ki hüquqi şəxsin ləğvi üçün qanunla müəyyən edilmiş qaydaya uyğun olaraq, hüquqi şəxsin ləğv edilməsini təmin edir. Ləğvetmə xərcləri məhkum edilmiş hüquqi şəxsə ödəniləcəkdir.

2. Bu məcəllə ilə nəzərdə tutulmuş hallarda kommersiya banklarının, bank olmayan depozit qurumlarının və ödəniş xidmətləri təchizatçısının (provayderinin) ləğvini məhkəmənin qanuni qüvvəyə minmiş ittihamlandırıcı hökmü əsasında Gürcüstan Milli Bankı tərəfindən təyin edilmiş ləğvedici (ləğvedicilər) həyata keçirir (həyata keçirirlər).

3. Hüquqi şəxsin yaradılmasında əsas məqsəd və ya onun fəaliyyətinin əsas hissəsinin cinayət fəaliyyəti olduğu müəyyən edildikdə, ləğvetmədən istifadə edilə bilər.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 3 sentyabr 2015-ci il tarixli qanunu №4191 – veb-səhifə, 10.09.2015-ci il.

Gürcüstanın 10 mart 2017-ci il tarixli qanunu №451 - veb-səhifə, 22.03.2017-ci il.

Gürcüstanın 9 sentyabr 2022-ci il tarixli qanunu №1806 – veb-səhifə, 23.09.2022-ci il.

Maddə 1075. Fəaliyyət hüququndan məhrum etmə

1. Fəaliyyət hüququndan məhrum etmə hüquqi şəxsə ömürlük və ya bir ildən 10 ilədək bir və ya bir neçə fəaliyyət növünə qadağa qoyulması deməkdir.

2. Fəaliyyət hüququndan məhrum etmə həyata keçirilərkən və ya həyata keçirilməsi ilə əlaqədar cinayət törədilmiş fəaliyyətə də şamil edilə bilər.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 1076. Cərimə

1. Hüquqi şəxs üçün cərimənin minimum məbləği bu məcəllənin 42-ci maddəsində fiziki şəxs üçün nəzərdə tutulmuş cərimənin əlli mislinə bərabərdir.

2. Cərimənin məbləğini törədilmiş cinayətin ağırlığını, cinayətdən əldə edilən faydanı və hüquqi şəxsin maddi vəziyyətini nəzərə alaraq məhkəmə müəyyən edir, hansı ki onun əmlakı, gəliri və digər hallarla müəyyən edilir.

3. Hüquqi şəxs tərəfindən əsas cəza kimi cərimənin ödənilməsi mümkün olmadıqda, bu cəza fəaliyyət hüququndan məhrum etmə və ya ləğvetmə ilə əvəz olunacaq.

4. Cərimə bu məcəllənin xüsusi hissəsinin maddəsinin qeydində həm əsas, həm də əlavə cəza kimi göstərildikdə, cərimə əsas cəza kimi istifadə edildikdə əlavə cəza kimi cərimə tətbiq edilmir.

5. (çıxarılıb).

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2477 - SSM I, №50, 31.12.2009-cu il, maddə395

Maddə 1077. Əmlak müsadirəsi

Hüquqi şəxsin əmlakının müsadirə edilməsinə bu məcəllənin 52-ci maddəsinin tələbləri şamil edilir.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Xüsusi hissə

Yeddinci Qapı

İnsan əleyhinə olan cinayət

Fəsil XIX

Həyat əleyhinə olan cinayət

Maddə 108. Qəsdən adam öldürmə

Qəsdən adam öldürmə, –

Yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

[Maddə 108. Qəsdən adam öldürmə

Qəsdən adam öldürmə –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz. (20 iyun 2022 il tarixindən qüvvəyə minsin)]

Gürcüstanın 24 may 2022-ci il tarixli qanunu №1580 – veb-səhifə, 06.06.2022-ci il.

Maddə 109. Ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə

1. Qəsdən adam öldürmə:

a) Girov götürülməsi ilə bağlı;

b) Başqalarının həyatına və ya sağlamlığına qəsdən təhlükə törədən vasitələrlə;

q) Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, –

On bir ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Qəsdən adam öldürmə:

a) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadını;

b) Cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayanı və ya aciz (köməksiz) vəziyyətdə olanı;

q) Xuliqanlıq niyyəti ilə;

d) İrqi, dini, milli və ya etnik ədavətə (düşmənçiliyə) görə;

d1) Gender əlaməti ilə;

e) Qrup halında;

v) Ailə üzvünə qarşı, −

On üç ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Qəsdən adam öldürmə:

a) İki və ya daha çox şəxsi;

b) Xüsusi amansızlıqla;

q) Tamah məqsədi ilə və ya sifarişlə;

d) Qurbanın bədən orqanının, orqanının bir hissəsinin və ya toxumasının transplantasiya və/və ya başqa şəkildə istifadə edilməsi məqsədi ilə;

e) Təkrar (dəfələrlə) (bu məcəllənin 110-114-cü maddələrində nəzərdə tutulmuş adam öldürmələr istisna olmaqla);

v) Qurbanın və ya onun yaxın qohumunun xidmət vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, –

On altı ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Qeyd: Bu məcəllədə yaxın qohum sayılır: valideyn, övladlığa götürən, övlad, etibarnamə ilə böyüdülən, baba, nənə, nəvə, bacı, qardaş, həyat yoldaşı.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 – SSM I, №20, 31.05.2000-ci il, maddə51

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 16 iyul 2010-cu il tarixli qanunu №3446 - SSM I, №44, 28.07.2010-cu il, maddə274

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №754 - veb-səhifə, 24.05.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

[Maddə 109. Ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə

Qəsdən adam öldürmə:

a) Girov götürülməsi ilə bağlı;

b) Başqalarının həyatına və ya sağlamlığına qəsdən təhlükə törədən vasitələrlə;

q) Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə;

d) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadını;

e) Cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayanı, aciz (köməksiz) insanı və ya əlilliyi olan şəxsi;

v) Xuliqanlıq niyyəti ilə;

z) İrqi, dini, milli və ya etnik ədavətə (düşmənçiliyə) görə;

t) Gender əlaməti ilə;

i) Qrup halında;

k) Ailə üzvünə qarşı;

l) İki və ya ikidən çox şəxsi;

m) Xüsusi amansızlıqla;

n) Tamah məqsədi ilə və ya sifarişlə;

o) Qurbanın bədən orqanının, orqanının bir hissəsinin və ya toxumasının transplantasiya və/və ya başqa şəkildə istifadə edilməsi məqsədi ilə;

p) Təkrar (dəfələrlə) (Bu məcəllənin 110–114-cü maddələrində nəzərdə tutulmuş adam öldürmələr istisna olmaqla);

j) Qurbanın və ya onun yaxın qohumunun xidmət vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, –

On altı ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Qeyd: Bu məcəllədə yaxın qohum sayılır: valideyn, övladlığa götürən, övlad, etibarnamə ilə böyüdülən, baba, nənə, nəvə, bacı, qardaş, həyat yoldaşı. (20 iyun 2022 il tarixindən qüvvəyə minsin)]

Gürcüstanın 24 may 2022-ci il tarixli qanunu №1580 – veb-səhifə, 06.06.2022-ci il.

Maddə 110. Qurbanın xahişi ilə qətl (Evtanaziya)

Qurbanın təkidli xahişi ilə və onun həqiqi iradəsinə uyğun olaraq qətl etmək, ölümcülü (xəstəni) şiddətli fiziki ağrıdan azad etmək məqsədi ilə törədilmiş, –

Altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 111. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə

1. Cinayəti törədən şəxsə və ya onun yaxın qohumuna qarşı qurbanın qanunsuz zorakılığı, ağır təhqiri və ya digər ağır əxlaqsız hərəkəti, habelə qurbanın mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış psixi travma nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə –

Altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, iki və ya daha çox şəxsə qarşı törədildikdə, –

Bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 – SSM I, №20, 31.05.2000-ci il, maddə51

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 112. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi

Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi, –

Altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 113. Zəruri müdafiə həddini aşmaqla adam öldürmə

Zəruri müdafiə həddini aşmaqla adam öldürmə, –

İki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 114. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə

Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə, –

İki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 115. Özünü öldürmə həddinə çatdırma

1. Qurbanı ona hədə-qorxu gəlmə və ya onunla amansız rəftar etmə və/və ya onun şərəfini və ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma, −

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Gender əlaməti ilə;

b) Təkrar (dəfələrlə), –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Maddə 116. Ehtiyatsızlıqdan adam öldürmə

1. Ehtiyatsızlıqdan adam öldürmə, –

Altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, iki və ya daha çox şəxsə qarşı törədildikdə, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Fəsil XX

Sağlamlıq əleyhinə olan cinayət

Maddə 117. Qəsdən sağlamlığa ağır zərər vurma

1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və/və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın və ya onun funksiyasının itirilməsinə, psixi xəstəliyə, hamiləliyin pozulmasına, sifətin silinməz dərəcədə eybəcərləşdirilməsinə və ya sağlamlığın başqa cür pozulmasına səbəb olmuş bədən xəsarəti, hansı ki həyat üçün təhlükəlidir və ümumi iş qabiliyyətinin uzun müddətə, üçdə bir hissəsindən az olmamaqla itirilməsi ilə və ya əvvəlcədən bildiyi halda peşəkar əmək qabiliyyətinin tamamilə itirilməsi ilə əlaqələndirilir, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, şəxsin ölümünə səbəb olduqda, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Qəsdən sağlamlığa ağır zərər vurma, törədilmiş:

a) Qurbanın və ya onun yaxın qohumunun xidmət vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar;

b) Girov götürülməsi ilə bağlı;

q) Başqalarının həyatına və ya sağlamlığına qəsdən təhlükə törədən vasitələrlə;

d) Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə;

e) Ailə üzvünə qarşı, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, şəxsin ölümünə səbəb olduqda, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

5. Qəsdən sağlamlığa ağır zərər vurma, törədilmiş:

a) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına qarşı;

b) Cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana və ya aciz (köməksiz) insana qarşı;

q) Xuliqanlıq niyyəti ilə;

d) İrqi, dini, milli və ya etnik ədavətə (düşmənçiliyə) görə;

d1) Gender əlaməti ilə;

e) Qrup halında, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

6. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş əməl, şəxsin ölümünə səbəb olduqda, –

Səkkiz ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

7. Qəsdən sağlamlığa ağır zərər vurma, törədilmiş:

a) İki və ya daha çox şəxsə qarşı;

b) Xüsusi amansızlıqla;

q) Tamah məqsədi ilə və ya sifarişlə ;

d) Qurbanın bədən orqanının, orqanının bir hissəsinin və ya toxumasının transplantasiya və/və ya başqa şəkildə istifadə edilməsi məqsədi ilə;

e) Təkrar (dəfələrlə) (bu məcəllənin 110-114-cü maddələrində nəzərdə tutulmuş adam öldürmələr istisna olmaqla);

v) Bu məcəllənin 108-ci və ya 109-cu maddəsində nəzərdə tutulmuş qətli əvvəllər törətmiş şəxs tərəfindən, –

Doqquz ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

8. Bu maddənin 7-ci hissəsində nəzərdə tutulmuş əməl, şəxsin ölümünə səbəb olduqda, –

On ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3705 – veb-səhifə, 30.06.2015-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5027 – veb-səhifə, 01.10.2019-cu il.

[Maddə 117. Qəsdən sağlamlığa ağır zərər vurma

1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və/və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın və ya onun funksiyasının itirilməsinə, psixi xəstəliyə, hamiləliyin pozulmasına, sifətin silinməz dərəcədə eybəcərləşdirilməsinə və ya sağlamlığın başqa cür pozulmasına səbəb olmuş bədən xəsarəti, hansı ki həyat üçün təhlükəlidir və ümumi iş qabiliyyətinin uzun müddətə, üçdə bir hissəsindən az olmamaqla itirilməsi ilə və ya əvvəlcədən bildiyi halda peşəkar əmək qabiliyyətinin tamamilə itirilməsi ilə əlaqələndirilir, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, şəxsin ölümünə səbəb olduqda, −

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qurbanın və ya onun yaxın qohumunun xidmət vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar;

b) Girov götürülməsi ilə bağlı;

q) Başqalarının həyatına və ya sağlamlığına qəsdən təhlükə törədən vasitələrlə;

d) Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə;

e) Ailə üzvünə qarşı;

v) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına qarşı;

z) Cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana və ya əlilliyi olan şəxsə qarşı;

t) Xuliqanlıq niyyəti ilə;

i) İrqi, dini, milli və ya etnik ədavətə (düşmənçiliyə) görə;

k) Gender əlaməti ilə;

l) Qrup halında;

m) İki və ya ikidən çox şəxsə qarşı;

n) Xüsusi amansızlıqla;

o) Tamah məqsədi ilə və ya sifarişlə;

p) Qurbanın bədəninin orqanının, orqanının bir hissəsinin və ya toxumasının transplantasiya və/və ya başqa şəkildə istifadə edilməsi məqsədi ilə;

j) Təkrar (dəfələrlə) (bu məcəllənin 110–114-cü maddələrində nəzərdə tutulmuş adam öldürmələr istisna olmaqla);

r) Bu məcəllənin 108-ci və ya 109-cu maddəsində nəzərdə tutulmuş qətli əvvəllər törətmiş şəxs tərəfindən, −

Doqquz ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, şəxsin ölümünə səbəb olduqda, –

On ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz. (20 iyun 2022 il tarixindən qüvvəyə minsin)]

Gürcüstanın 24 may 2022-ci il tarixli qanunu №1580 – veb-səhifə, 06.06.2022-ci il.

Maddə 118. Qəsdən sağlamlığa az ağır zərər vurma

Həyat üçün təhlükəli olmayan və bu məcəllənin 117-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, –

18 ayadək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, şəxsin ölümünə səbəb olduqda, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Qəsdən sağlamlığa az ağır zərər vurma, bu məcəllənin 117-ci maddəsinin 3-cü, 5-ci və ya 7-ci hissəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar olduqda törədilmiş və/və ya əvvəllər qəsdən sağlamlığa az ağır zərər vurmuş və ya bu məcəllənin 108-ci və ya 109-cu maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törədildikdə, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, şəxsin ölümünə səbəb olduqda, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

[Maddə 118. Qəsdən sağlamlığa az ağır zərər vurma

1. Həyat üçün təhlükəli olmayan və bu məcəllənin 117-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, –

On səkkiz ayadək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Qəsdən sağlamlığa az ağır zərər vurma, bu məcəllənin 117-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar olduqda törədilmiş və/və ya əvvəllər qəsdən sağlamlığa az ağır zərər vurmuş və ya bu məcəllənin 108-ci və ya 109-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs tərəfindən törədildikdə, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, şəxsin ölümünə səbəb olduqda, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz. (20 iyun 2022 il tarixindən qüvvəyə minsin)]

Gürcüstanın 24 may 2022-ci il tarixli qanunu №1580 – veb-səhifə, 06.06.2022-ci il.

Maddə 119. (çıxarılıb)

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 120. Qəsdən sağlamlığa yüngül zərər vurma

1. Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi və ya əhəmiyyətsiz dərəcədə itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, –

Cərimə ilə və ya altı ayadək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana, əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

b) Ailə üzvünə qarşı;

q) İki və ya daha çox şəxsə qarşı;

d) Qrup halında;

e) Təkrar (dəfələrlə), –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 24 iyun 2016-cı il tarixli qanunu №5592- veb-səhifə, 12.07.2016-cı il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5027 – veb-səhifə, 01.10.2019-cu il.

[Maddə 120. Qəsdən sağlamlığa yüngül zərər vurma

1. Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi və ya əhəmiyyətsiz dərəcədə itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, –

Cərimə ilə və ya altı ayadək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Qəsdən sağlamlığa yüngül zərər vurma, bu məcəllənin 117-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar olduqda törədilmiş və/və ya əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmuş, qəsdən sağlamlığa az ağır zərər vurmuş və ya bu məcəllənin 108-ci və ya 109-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs tərəfindən törədildikdə, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz. (20 iyun 2022 il tarixindən qüvvəyə minsin)]

Gürcüstanın 24 may 2022-ci il tarixli qanunu №1580 – veb-səhifə, 06.06.2022-ci il.

Maddə 121. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma

Cinayəti törədən şəxsə və ya onun yaxın qohumuna qarşı qurbanın qanunsuz zorakılığı, ağır təhqiri və ya digər ağır əxlaqsız hərəkəti, habelə qurbanın mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış psixi travma nəticəsində qəflətən güclü ruhi həyəcan (affekt) vəziyyətində baş vermiş qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma, –

Cərimə ilə və ya qırxdan səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 122. Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma

Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma, –

Cərimə ilə və ya altı ayadək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 123. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma

Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma, –

Cərimə ilə və ya altı ayadək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 124. Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2477 - SSM I, №50, 31.12.2009-cu il, maddə395

Maddə 125. (çıxarılıb)

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 dekabr 2016-cı il tarixli qanunu №59 – veb-səhifə, 13.12.2016-cı il.

Maddə 126. Zorakılıq

Döymə və ya başqa cür zorakılıq, hansı ki zərərçəkmişin fiziki ağrısına səbəb olub, lakin bu məcəllənin 120-ci maddəsində nəzərdə tutulmuş nəticə yaranmayıb, –

Cərimə ilə və ya yüz iyirmidən yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

11. Eyni əməl, törədilmiş:

a) Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana, əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

b) Qrup halında;

q) İki və ya daha çox şəxsə qarşı;

d) Təkrar (dəfələrlə), –

Cərimə ilə və ya yüz səksəndən iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

12. Mütəmadi olaraq döymək və ya başqa cür zorakılıq, hansı ki zərərçəkmişin fiziki və ya psixi əzab çəkməsinə səbəb olub, lakin bu məcəllənin 117-ci və ya 118-ci maddəsində nəzərdə tutulmuş nəticə yaranmayıb, –

Bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Bu maddənin 12 hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) İki və ya daha çox şəxsə qarşı;

b) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına qarşı;

q) Zərərçəkmişin və ya onun yaxın qohumunun iş fəaliyyəti ilə əlaqədar;

d) Cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana və/və ya cinayətkardan maddi və ya başqa cəhətdən asılı olan şəxsə qarşı;

e) Girov götürülməsi ilə bağlı;

v) Sifarişlə;

z) İrqi, dini, milli və ya etnik ədavətə (düçmənçiliyə) görə;

t) İş vəziyyətindən (statusundan) istifadə edərək;

i) Təkrar (dəfələrlə);

k) Yetkinlik yaşına çatmayanın yanında elə onun ailə üzvünə qarşı;

l) Qrup halında;

m) Silahdan istifadə edərək, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək müddətə vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 23 iyun 2005-ci il tarixli qanunu №1751 - SSM I, №38, 15.07.2005 –ci il, maddə250

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 17 oktyabr 2014-cü il tarixli qanunu №2704 – veb-səhifə, 31.10.2014-cü il.

Gürcüstanın 1 dekabr 2016-cı il tarixli qanunu №59 - veb-səhifə, 13.12.2016-cı il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Maddə 1261. Ailədə zorakılıq (Məişət zorakılığı)

1. Bir ailə üzvü tərəfindən digər ailə üzvünə qarşı zorakılıq, mütəmadi olaraq təhqir etmək, şantaj və ya alçaltmaq, hansı ki fiziki ağrıya və ya əzaba səbəb olub, lakin bu məcəllənin 117-ci, 118-ci və ya 120-ci maddəsində nəzərdə tutulmuş nəticə yaranmayıb, −

Səksəndən yüz əlli saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana, əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

b) Yetkinlik yaşına çatmayanın yanında elə onun ailə üzvünə qarşı;

q) İki və ya daha çox şəxsə qarşı;

d) Qrup halında;

e) Təkrar (dəfələrlə), –

İki yüzdən dörd yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 12 iyun 2012-ci il tarixli qanunu №6434 – veb-səhifə, 25.06.2012-ci il.

Gürcüstanın 18 fevral 2015-ci il tarixli qanunu №3052 - veb-səhifə, 26.02.2015-ci il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №754 - veb-səhifə, 24.05.2017-ci il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Fəsil XXI

İnsan həyatı və sağlamlığı üçün təhlükə yaratmaq

Maddə 127. Həyat üçün təhlükəli vəziyyətə salmaq

Özünü qorumaq üçün tədbirlər görmək imkanı olmayan şəxsi həyati təhlükəsi olan vəziyyətə salmaq, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 128. Təhlükədə qoyma

Həyat üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya yüz iyirmidən iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 129. Kömək göstərməmə

Həyat üçün təhlükəli vəziyyətdə olan şəxsə zəruri və açıq-aydın təcili yardım etməmək, əgər cinayətkar özünə və ya başqasına ciddi təhlükə yaratmadan ona kömək edə bilərdisə, habelə yardıma ehtiyac olması barədə müvafiq quruma və ya şəxsə bildirməmək (xəbər verməmək), –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 130. Xəstəni təhlükədə qoyma

1. Həyat üçün təhlükəli vəziyyətdə olan xəstəyə tibb işçisi tərəfindən təcili tibbi yardımın üzürlü səbəblər olmadan göstərilməməsi, –

Cərimə ilə və ya on beş ayadək müddətə islahedici iş ilə, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz, və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

2. Eyni əməl, xəstənin sağlamlığına ağır zərər vurduqda və ya ölümünə səbəb olduqda, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə, və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 131. Zöhrəvi xəstəlikləri yayma

1. Zöhrəvi xəstəliyə (QİÇS-ə) başqasını qəsdən yoluxdurma təhlükəsini yaratmaq, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Zöhrəvi xəstəliyə (QİÇS-ə) başqasını qəsdən yoluxdurmaq, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Peşəkar vəzifənin yerinə yetirilməsi zamanı zöhrəvi xəstəliyə (QİÇS-ə) başqasını ehtiyatsızlıqdan yoluxdurmaq, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) İki və ya daha çox şəxsə qarşı;

b) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına və ya yetkinlik yaşına çatmayana qarşı, –

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 132. Xüsusilə təhlükəli yoluxucu xəstəlikləri yayma

1. Xüsusilə təhlükəli yoluxucu xəstəliyə başqasını yoluxdurma təhlükəsini yaratmaq, –

Cərimə ilə və ya altı ayadək müddətə islahedici iş ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Xüsusilə təhlükəli yoluxucu xəstəliyə başqasını yoluxdurmaq, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) İki və ya daha çox şəxsə qarşı;

b) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına və ya yetkinlik yaşına çatmayana qarşı, –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 133. Qanunsuz abort etmə

1. Qanunsuz abort etmə, −

Yüz iyirmidən üç yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, qanunsuz aborta görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə və ya uşaq doğuşunun daimi pozulmasına və ya digər ağır nəticəyə səbəb olduqda, −

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və/və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Qanunsuz abort etmə, şəxsin ölümünə səbəb olduqda, −

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və/və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 21 oktyabr 2014-cü il tarixli qanunu №2671 – veb-səhifə, 06.10.2014-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

Maddə 1331. Razılıq olmadan sterilizasiya

1. Əvvəlcədən razılıq almadan bir şəxs üçün elə bir əməliyyat və ya manipulyasiya həyata keçirmək, hansı ki bu şəxsin reproduktivlik qabiliyyətini pozmaq məqsədi daşıyır, –

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana, əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

q) Təkrar (dəfələrlə), –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, şəxsin ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 – veb-səhifə, 25.05.2017-ci il.

Maddə 1332. Qadının cinsiyyət orqanlarının zədələnməsi (şikəst edilməsi)

1. Dini, ritual, etnik və ya digər adət-ənənələrin təsiri altında və ya belə bir təsir olmadan qadının cinsiyyət orqanlarını bütün və ya qismən kəsmək, infibulyasiya və ya başqa cür zədələmək, və ya qadını belə bir əməliyyat keçirməyə məcbur etmək və ya təhrik etmək, –

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana, əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

q) Təkrar (dəfələrlə), –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, şəxsin ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 – veb-səhifə, 25.05.2017-ci il.

Maddə 134. İnsan orqanını, orqanının bir hissəsini və ya toxumasını çıxarmağa məcbur etmək

1. Müalicə, transplantasiya, eksperiment üçün və ya müalicəvi preparat hazırlamaq üçün insanın orqanını, orqanının bir hissəsini və ya toxumasını çıxarmağa məcbur etmək, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına, yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana və/və ya cinayətkardan maddi və ya başqa cəhətdən asılı olana qarşı, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 135. Qan və ya qan komponentlərinin qanunsuz ticarəti

Qan və ya qan komponentlərinin qanunsuz ticarəti, tamah məqsədi ilə törədilmiş, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 – veb-səhifə, 20.06.2017-ci il.

[Maddə 135. İnsanın qanı və ya onun komponentləri ilə qanunsuz ticarət, insan qanının və ya onun komponentlərinin qanunsuz ixracı və ya idxalı

1. Verilmiş qan və ya onun komponenti müqabilində donor və ya digər şəxs tərəfindən pul kompensasiyası və/və ya pul kompensasiyasına ekvivalent faydanın alınması "İnsan qanının və onun komponentlərinin keyfiyyəti və təhlükəsizliyi haqqında" Gürcüstan qanununun 38-ci maddəsinin birinci bəndi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə inzibati tənbeh (cəza) almış şəxs tərəfindən −

Cərimə ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Donora qan və ya onun komponentini vermək müqabilində pul kompensasiyası və/və ya pul kompensasiyasına ekvivalent faydanın təklif edilməsi/verilməsi "İnsan qanının və onun komponentlərinin keyfiyyəti və təhlükəsizliyi haqqında" Gürcüstan qanununun 38-ci maddəsinin 2-ci bəndi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə inzibati tənbeh (cəza) almış şəxs tərəfindən −

Cərimə ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Gürcüstan qanunvericiliyinin tələblərini pozmaqla insan qanının və ya onun komponentlərinin ticarəti (bu maddənin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), "İnsan qanının və onun komponentlərinin keyfiyyəti və təhlükəsizliyi haqqında" Gürcüstan qanununun 38-ci maddəsinin 3-cü bəndi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə inzibati tənbeh (cəza) almış şəxs tərəfindən −

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. İnsan qanının və ya onun komponentlərinin qanunsuz ixracı və ya idxalı "İnsan qanının və onun komponentlərinin keyfiyyəti və təhlükəsizliyi haqqında" Gürcüstan qanununun 38-ci maddəsinin 4-cü bəndi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə inzibati tənbeh (cəza) almış şəxs tərəfindən –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddə ilə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə, fəaliyyət hüququndan məhrum etmə və ya ləğvetmə və cərimə ilə cəzalandırılır. ( 2025-ci il yanvarın 1-dən qüvvəyə minir ) ]

Gürcüstanın 15 dekabr 2022-ci il tarixli qanunu №2397 – veb-səhifə, 27.12.2022-ci il.

Maddə 1351. İnsan orqanlarının ticarəti

1. İnsan orqanlarının ticarəti, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədilmiş, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, mütəşəkkil qrup tərəfindən törədilmiş, –

On bir ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 6 noyabr 2002-ci il tarixli qanunu №1710 – SSM I, №30, 27.11.2002-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 136. Genetik manipulyasiya

Genetik manipulyasiya, yəni insana bənzəyən məxluq yaratmaq, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Fəsil XXII

Cinsi azadlıq və toxunulmazlıq əleyhinə olan cinayətlər

Maddə 137. Zorlama

1. Zorlama, yəni bədənin hər hansı bir hissəsindən və ya hər hansı bir əşyadan istifadə etməklə, zorakılıqla, zor tətbiq etmək hədə-qorxusu ilə və ya zərərçəkmişin aciz (köməksiz) vəziyyətindən istifadə etməklə şəxsin bədəninə hər hansı formada cinsi xarakterli daxil olma, −

Altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl:

a) İş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş;

b) Zərərçəkmişin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticəyə səbəb olduqda, −

Səkkiz ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Əvvəllər bu məcəllənin 138-ci–141-ci maddələrində nəzərdə tutulmuş hər hansı bir cinayəti törətmiş şəxs tərəfindən törədildikdə;

q) Qrup halında;

d) Cinayətkar əvvəlcədən bildiyi halda əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

e) Cinayətkarın himayəsində, qəyyumluğunda və ya nəzarəti altında olan şəxsə və ya ailə üzvünə qarşı, – on ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

4. Eyni əməl:

a) Zərərçəkmişə və ya başqa şəxsə qarşı xüsusi amansızlıqla törədilmiş;

b) Zərərçəkmişin ölümünə səbəb olduqda;

q) Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana qarşı törədilmiş, –

d) Yetkinlik yaşına çatmayana qarşı güvən (etibar), nüfuzluluq və ya təsir mövqeyindən istifadə etməklə törədilmiş,

On beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə 83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1642 – veb-səhifə, 16.12.2013-cü il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 17 mart 2020-ci il tarixli qanunu №5750 – veb-səhifə, 23.03.2020-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 138. Cinsi xarakterli başqa cür hərəkət

1. Tərkibində bu məcəllənin 137-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmayan cinsi xarakterli başqa cür hərəkət zorakılıqla, zor tətbiq etmək hədə-qorxusu ilə və ya zərərçəkmişin aciz (köməksiz) vəziyyətindən istifadə etməklə törədilmiş, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl:

a) Təkrar (dəfələrlə) törədilmiş;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş;

q) Qrup halında törədilmiş;

d) Cinayətkar əvvəlcədən bildiyi halda əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

e) Əvvəllər bu məcəllənin 137-ci, 139-cu, 140-cı və 141-ci maddələrində nəzərdə tutulmuş hər hansı bir cinayəti törətmiş şəxs tərəfindən törədildikdə;

v) Cinayətkarın himayəsində, qəyyumluğunda və ya nəzarəti altında olan şəxsə və ya ailə üzvünə qarşı törədilmiş;

z) Zərərçəkmişin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticəyə səbəb olduqda, −

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Eyni əməl:

a) Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana qarşı törədilmiş;

b) Yetkinlik yaşına çatmayana qarşı güvən (etibar), nüfuzluluq və ya təsir mövqeyindən istifadə etməklə törədilmiş;

q) Zərərçəkmişin ölümünə səbəb olduqda, –

On bir ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

4. Eyni əməl:

a) Cinayətkar əvvəlcədən bildiyi halda on dörd yaşına çatmamış şəxsə qarşı törədilmiş;

b) Xüsusi amansızlıqla törədilmiş, −

On beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə 83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1642 – veb-səhifə, 16.12.2013-cü il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 17 mart 2020-ci il tarixli qanunu №5750 – veb-səhifə, 23.03.2020-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 139. Şəxsin bədəninə cinsi xarakterli daxil olmağa və ya cinsi xarakterli başqa cür hərəkətə məcbur etmək

1. Şəxsin bədəninə cinsi xarakterli daxil olmağa və ya cinsi xarakterli başqa cür hərəkətə məcbur etmək, əmlaka zərər vurmaq, adı ləkələyən məlumatı, şəxsi həyatı əks etdirən məlumatı və ya elə bir xəbəri açıqlamaq hədə-qorxusu ilə törədilmiş, hansı ki həmin şəxsin hüququnu əhəmiyyətli dərəcədə zədələyə bilər və/və ya zərərçəkmişin acizliyindən (köməksizliyindən) və ya maddi, iş və ya başqa cür asılılığından istifadə etməklə, −

Cərimə ilə və/və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, zərərçəkmişin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticəyə səbəb olduqda, −

Beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Əvvəllər bu məcəllənin 137-ci, 138-ci, 140-cı və 141-ci maddələrində nəzərdə tutulmuş hər hansı bir cinayəti törətmiş şəxs tərəfindən törədildikdə;

q) Qrup halında;

d) Cinayətkar əvvəlcədən bildiyi halda əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

e) Cinayətkarın himayəsində, qəyyumluğunda və ya nəzarəti altında olan şəxsə və ya ailə üzvünə qarşı, –

Yeddi ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

4. Eyni əməl:

a) Zərərçəkmişin ölümünə səbəb olduqda;

b) Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana qarşı törədilmiş, –

Doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1642 – veb-səhifə, 16.12.2013-cü il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 17 mart 2020-ci il tarixli qanunu №5750 – veb-səhifə, 23.03.2020-ci il.

Maddə 140. On altı yaşına çatmamış şəxsin bədəninə cinsi xarakterli daxil olma

1. Cinayətkar əvvəlcədən bildiyi halda on altı yaşına çatmamış şəxsin bədəninə yetkinlik yaşına çatmış şəxsin cinsi xarakterli daxil olması, −

Yeddi ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Cinayətkar əvvəlcədən bildiyi halda əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

b) Qrup halında;

q) İki və ya daha çox şəxsə qarşı;

d) Təkrar (dəfələrlə);

e) Əvvəllər bu məcəllənin 137-ci−139-cu və 141-ci maddələrində nəzərdə tutulmuş hər hansı bir cinayəti törətmiş şəxs tərəfindən, −

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1642 – veb-səhifə, 16.12.2013-cü il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 17 mart 2020-ci il tarixli qanunu №5750 – veb-səhifə, 23.03.2020-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 141. Əxlaqsız (azğın) hərəkət

1. Cinayətkar əvvəlcədən bildiyi halda on altı yaşına çatmamış şəxsə qarşı yetkinlik yaşına çatmış şəxsin zorakılıq tətbiq edilmədən əxlaqsız (azğın) hərəkəti, −

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Cinayətkar əvvəlcədən bildiyi halda əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

b) Qrup halında;

q) Təkrar (dəfələrlə);

d) İki və ya daha çox şəxsə qarşı;

e) Əvvəllər bu məcəllənin 137-ci−140-cı maddələrində nəzərdə tutulmuş hər hansı bir cinayəti törətmiş şəxs tərəfindən;

v) Cinayətkar əvvəlcədən bildiyi halda on dörd yaşına çatmamış şəxsə qarşı;

z) Güvən (etibar), nüfuzluluq və ya təsir mövqeyindən istifadə etməklə, −

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1642 – veb-səhifə, 16.12.2013-cü il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 17 mart 2020-ci il tarixli qanunu №5750 – veb-səhifə, 23.03.2020-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Fəsil XXIII

İnsan hüquq və azadlıqlarının əleyhinə olan cinayətlər

Maddə 142. İnsanların bərabərlik hüququnu pozma

1. Onların dilindən, cinsindən, yaşından, vətəndaşlığından, mənşəyindən, doğulduğu yerdən, yaşayış yerindən, əmlak və ya rütbə (qulluq) vəziyyətindən, dinindən və ya əqidəsindən, sosial mənsubiyyətindən, peşəsindən, ailə vəziyyətindən, sağlamlıq vəziyyətindən, seksual oriyentasiyasından, gender kimliyindən və ifadə, siyasi və ya digər fikirlərindən və ya başqa əlamətdən asılı olaraq insanların bərabərlik hüququnu pozmaq, hansı ki insan hüququnu əhəmiyyətli dərəcədə pozub, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) İş vəziyyətindən (statusundan) istifadə edərək;

b) Ağır nəticəyə səbəb olduqda, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək müddətə vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya cərimə ilə cəzalandırılır.

Gürcüstanın 2 may 2014-cü il tarixli qanunu №2393 - veb-səhifə, 07.05.2014-cü il.

Maddə 1421. İrqi ayrı-seçkilik

1. İrqi ayrı-seçkilik, yəni milli və ya irqi düşmənçilik və ya təfriq (parçalama) salmaq, milli şərəf və ləyaqəti alçaltmaq məqsədi ilə törədilmiş əməl, habelə irqi, dərisinin rəngi, milli və ya etnik mənsubiyyət əlaməti ilə insan hüquqlarının birbaşa və ya dolayı məhdudlaşdırılması və/və ya eyni əlamətə görə insana üstünlük verilməsi, hansı ki onun hüququnu əhəmiyyətli dərəcədə pozub, −

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və/və ya belə zorakılıq tətbiq etmək hədə-qorxusu ilə;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl:

a) Bir qrup şəxs tərəfindən törədilmiş;

b) İnsan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya cərimə ilə cəzalandırılır.

Gürcüstanın 6 iyun 2003-cü il tarixli qanunu №2355 – SSM I, №18, 24.06.2003-cü il, maddə117

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 2 may 2014-cü il tarixli qanunu №2393 – veb-səhifə, 07.05.2014-cü il.

Maddə 1422. Əlilliyi olan şəxsin hüquqlarının məhdudlaşdırılması

1.Əlilliyə görə əlilliyi olan şəxsə qanunla və/və ya Gürcüstanın beynəlxalq müqaviləsi ilə verilmiş hüququ həyata keçirməkdən imtina etmək, hansı ki onun hüququnu əhəmiyyətli dərəcədə pozub, −

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Təkrar (dəfələrlə) törədilmiş;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək ) törədilmiş;

q) Zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə törədilmiş;

d) Ağır nəticəyə səbəb olduqda, –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya cərimə ilə cəzalandırılır.

Gürcüstanın 6 iyun 2003-cü il tarixli qanunu №2355 – SSM I, №18, 24.06.2003-cü il, maddə117

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 2 may 2014-cü il tarixli qanunu №2393 – veb-səhifə, 07.05.2014-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 143. Qanunsuz azadlıqdan məhrum etmə

1. Qanunsuz azadlıqdan məhrum etmə, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Eyni əməl, törədilmiş:

a) Zərərçəkmişi xaricə aparmaqla;

b) Xarici ölkənin rəsmi nümayəndəsinin və ya beynəlxalq hüquqi müdafiənin tabeliyində olan şəxsə qarşı;

q) Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Eyni əməl, törədilmiş:

a) Qrup tərəfindən əvvəlcədən razılaşdırılmaqla;

b) Təkrar (dəfələrlə);

q) İki və ya daha çox şəxsə qarşı;

d) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına, yetkinlik yaşına çatmayana və ya aciz (köməksiz) vəziyyətdə olana qarşı;

e) Həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və/və ya belə zorakılıq tətbiq etmək hədə-qorxusu ilə, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl:

a) Mütəşəkkil dəstə tərəfindən törədilmiş;

b) Zərərçəkmişin ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Maddə 1431. İnsan alveri (Trefikinq)

1. İnsanı almaq və ya satmaq, və ya ona qarşı başqa qanunsuz əməliyyatı (müqaviləni) həyata keçirmək, habelə hədə-qorxu, zorakılıq və ya məcbur etmənin digər forması ilə, qaçırmaqla, şantajla, dələduzluqla, aldatma ilə, aciz (köməksiz) vəziyyətdən və ya gücdən (səlahiyyətdən) sui-istifadə etməklə, mükafat və/və ya fayda vermək və ya almaq yolu ilə o şəxsin razılığını almaq üçün, hansı ki başqa bir şəxsə təsir göstərə bilər, insanı öz tərəfinə çəkmək (yoldan çıxartmaq), köçürmək, gizlətmək, kirayələmək, daşımaq, ötürmək, ört-basdır etmək və/və ya istismar məqsədi ilə qəbul etmək, –

Yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Eyni əməl, törədilmiş:

a) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına qarşı;

b) Cinayətkar əvvəlcədən bildiyi halda aciz (köməksiz) vəziyyətdə olana və ya cinayətkardan maddi və/və ya başqa cəhətdən asılılığı olana qarşı;

q) İş vəziyyətindən (statusundan) istifadə edərək, –

Doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) İki və ya daha çox şəxsə qarşı;

q) Zərərçəkmişi xaricə aparmaqla;

d) Həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və/və ya belə zorakılıq tətbiq etmək hədə-qorxusu ilə;

e) Qrup tərəfindən əvvəlcədən razılaşdırılmaqla, −

On iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl:

a) Mütəşəkkil dəstə tərəfindən törədilmiş;

b) Zərərçəkmişin ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

On beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd:

1. Məcəllənin bu və 1432 maddələrinin məqsədləri üçün istismar sayılır cinayətkar tərəfindən maddi və ya digər nemətlər əldə etmək üçün:

a) Əmək və ya xidmət göstərməyə məcbur etmək;

b) Seksual xidmətlər göstərməyə məcbur etmək;

q) Şəxsin cinayət fəaliyyətinə, fahişəliyə, pornoqrafiyaya və ya digər anti-ictimai əmələ cəlb edilməsi;

d) İnsan bədəninin orqanını, orqanının bir hissəsini və ya toxumasını məcbur edərək və ya aldatma yolu ilə çıxarmaq, transplantasiya (nəql) etmək və ya başqa cür istifadə etmək;

e) İnsanı köləliyə bənzər vəziyyətə və ya köləliyin müasir şəraitlərinə salmaq. İnsanı köləliyin müasir şəraitlərinə salmaq ona elə bir vəziyyət yaratmaq deməkdir, nə vaxt ki o, ödənişlə, qeyri-adekvat əmək haqqı ilə və ya ödənişsiz, başqa şəxsin xeyrinə iş görür və ya xidmət göstərir və o, bu şəxsdən asılı olduğuna görə bu halı dəyişdirə bilmir. Şəxsdən asılılığa, o cümlədən, səbəb ola bilər:

e.a) İnsanın şəxsiyyətini (kimliyini) təsdiq edən sənədi əlindən almaq, kontrol etmək və ya qəsdən pozmaq;

e.b) Sərbəst hərəkət etmək (yer dəyişdirmək) hüququnu məhdudlaşdırmaq və ya sərbəst hərəkət etməyə (yer dəyişdirməyə) nəzarət etmək;

e.q) Ailə üzvü ilə və ya digər şəxslə yazışma və telefon əlaqəsi də daxil olmaqla ünsiyyəti məhdudlaşdırmaq və ya ona nəzarət etmək;

e.d) Məcburedici və ya qorxuducu mühit yaratmaq.

2. Məcəllənin bu və 1432 maddələrinin məqsədləri üçün şəxsin əvvəlcədən nəzərdə tutulmuş istismarına onun razılığının əhəmiyyəti yoxdur.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 6 iyun 2003-cü il tarixli qanunu №2355 – SSM I, №18, 24.06.2003-cü il, maddə117

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 20 iyun 2006-cı il tarixli qanunu №3309 - SSM I, №25, 13.07.2006-cı il, maddə196

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 29 may 2014-cü il tarixli qanunu №2473 – veb-səhifə, 04.06.2014-cü il.

Gürcüstanın 17 may 2018-ci il tarixli qanunu №2354 – veb-səhifə, 29.05.2018-ci il.

Maddə 1432. Yetkinlik yaşına çatmayan (azyaşlı) alveri (Trefikinq)

1. Yetkinlik yaşına çatmayanı (azyaşlını) almaq və ya satmaq, və ya ona qarşı başqa qanunsuz əməliyyatı (müqaviləni) həyata keçirmək, habelə onu öz tərəfinə çəkmək (yoldan çıxartmaq), köçürmək, gizlətmək, kirayələmək, daşımaq, ötürmək, ört-basdır etmək və/və ya istismar məqsədi ilə qəbul etmək, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Eyni əməl, törədilmiş:

a) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına qarşı;

b) Cinayətkar əvvəlcədən bildiyi halda aciz (köməksiz) vəziyyətdə olana və ya cinayətkardan maddi və/və ya başqa cəhətdən asılılığı olana qarşı;

q) İş vəziyyətindən (statusundan) istifadə edərək, –

On bir ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Məcbur etməklə, şantajla və ya aldatma yolu ilə;

q) İki və ya daha çox yetkinlik yaşına çatmayana (azyaşlıya) qarşı;

d) Zərərçəkmişi xaricə aparmaqla;

e) Həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və/və ya belə zorakılıq tətbiq etmək hədə-qorxusu ilə;

v) Qrup tərəfindən əvvəlcədən razılaşdırılmaqla, −

On dörd ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl:

a) Mütəşəkkil dəstə tərəfindən törədilmiş;

b) Yetkinlik yaşına çatmayanın (azyaşlının) ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

On yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 6 iyun 2003-cü il tarixli qanunu №2355 – SSM I, №18, 24.06.2003-cü il, maddə117

Gürcüstanın 14 avqust 2003-cü il tarixli qanunu №2980 – SSM I, №26, 05.09.2003-cü il, maddə191

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 20 iyun 2006-cı il tarixli qanunu №3309 - SSM I, №25, 13.07.2006-cı il, maddə196

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 29 may 2014-cü il tarixli qanunu №2473 – veb-səhifə, 04.06.2014-cü il.

Gürcüstanın 17 may 2018-ci il tarixli qanunu №2354 – veb-səhifə, 29.05.2018-ci il.

Maddə 1433. İnsan alveri (Trefikinq) qurbanının xidmətindən istifadə

1. Əvvəlcədən bildiyi halda bu məcəllənin 1431 və 1432 maddələrində nəzərdə tutulmuş cinayətin qurbanının və ya zərərçəkmişin elə xidmətindən istifadə etmək, hansı ki elə bu məcəllənin 1431 maddəsinə əsasən, istismardır, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına qarşı;

q) Cinayətkar əvvəlcədən bildiyi halda aciz (köməksiz) vəziyyətdə olana və ya cinayətkardan maddi və/və ya başqa cəhətdən asılılığı olana qarşı;

d) İş vəziyyətindən (statusundan) istifadə edərək, –

Beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Eyni əməl, törədilmiş:

a) İki və ya daha çox şəxsə qarşı;

b) Həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və/və ya belə zorakılıq tətbiq etmək hədə-qorxusu ilə;

q) Qrup tərəfindən əvvəlcədən razılaşdırılmaqla, −

Yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, mütəşəkkil dəstə tərəfindən törədilmiş, –

On iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad ediləcək, əgər o, istintaq başlamazdan əvvəl bu barədə könüllü olaraq istintaq orqanlarına yazılı şəkildə və ya hər hansı texniki ünsiyyət vasitələrindən istifadə etməklə məlumat veribsə, istintaqın aparılmasına imkan yaradıbsa və onun əməlində başqa cinayətin əlamətləri yoxdursa.

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4706 - SSM I, №18, 22.05.2007–ci il, maddə136

Gürcüstanın 29 may 2014-cü il tarixli qanunu №2473 – veb-səhifə, 04.06.2014-cü il.

Gürcüstanın 24 iyul 2015-ci il tarixli qanunu №4106 - veb-səhifə, 04.08.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 17 may 2018-ci il tarixli qanunu №2354 – veb-səhifə, 29.05.2018-ci il.

Maddə 144. Girov götürmək

1. Girovun azad edilməsi müqabilində təşkilatı və ya şəxsi bu və ya digər hərəkəti yerinə yetirməyə və ya etməməyə məcbur etmək məqsədi ilə girov götürmək, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Qrup tərəfindən əvvəlcədən razılaşdırılmaqla;

b) Təkrar (dəfələrlə);

q) İki və ya daha çox şəxsə qarşı;

d) Zərərçəkmişi xaricə aparmaqla;

e) Yeddi gündən artıq müddətə;

v) Tamah məqsədi ilə;

z) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına, yetkinlik yaşına çatmayana və ya aciz (köməksiz) vəziyyətdə olana qarşı;

t) Xarici ölkənin rəsmi nümayəndəsinin və ya beynəlxalq hüquqi müdafiənin tabeliyində olan şəxsə qarşı;

i) Həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və/və ya belə zorakılıq tətbiq etmək hədə-qorxusu ilə, –

Doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl:

a) Mütəşəkkil dəstə tərəfindən törədilmiş;

b) Zərərçəkmişin ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

On üç ildən on səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Maddə 1441. İşgəncə

1. İşgəncə, yəni şəxs üçün və ya üçüncü şəxs üçün elə şərait yaratmaq və ya elə rəftar etmək, hansı ki öz təbiəti, intensivliyi və ya müddəti ilə güclü fiziki ağrı və ya psixi və ya mənəvi iztirablara (əzablara) səbəb olur və hansının ki məqsədi məlumat, sübut və ya etiraf əldə etmək, şəxsi qorxutmaq və ya məcbur etmək və/və ya şəxsi onun və ya üçüncü şəxsin törətdiyi və ya törətməsi ehtimal olunan əmələ görə cəzalandırmaq, −

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə, cərimə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Vəzifəli şəxs (məmur) və ya ona bərabər tutulan şəxs tərəfindən;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək;

q) Təkrar (dəfələrlə);

d) İki və ya daha çox şəxsə qarşı;

e) Qrup halında;

v) İnsanların bərabərlik hüququnu pozmaqla, onların irqinə, dərisinin rənginə, dilinə, cinsinə, dinə münasibətinə, əqidəsinə, siyasi və ya digər fikirlərinə, milli, etnik, sosial mənsubiyyətinə, mənşəyinə, yaşayış yerinə, əmlak və ya rütbə (qulluq) vəziyyətinə görə;

z) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına, yetkinlik yaşına çatmayana, həbs edilmiş və ya başqa şəkildə azadlığı məhdudlaşdırılmışa, aciz (köməksiz) vəziyyətdə olana və/və ya cinayətkardan maddi və ya digər cəhətdən asılılığı olan şəxsə qarşı;

t) Sifarişlə;

i) Girov götürülməsi ilə bağlı;

k) Tibbi manipulyasiya, dərman və ya xüsusi bir vasitə (alət) istifadə edərək;

l) Tamah məqsədi ilə;

m) Xüsusilə ağır cinayəti boynuna almağa (etiraf etməyə) məcbur etmək və ya üçüncü şəxsə yalan şahidlik etdirmək (haqqında yalan ifadə verdirmək) məqsədi ilə, −

Doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, beş ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Eyni əməl, –

a) Seksual zorakılıqdan istifadə edərək törədilmiş;

b) Mütəşəkkil dəstə tərəfindən törədilmiş;

q) Zərərçəkmişin ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda , –

On iki ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır, beş ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 23 iyun 2005-ci il tarixli qanunu №1751 - SSM I, №38, 15.07.2005-ci il, maddə250

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 1 dekabr 2016-cı il tarixli qanunu №59 - veb-səhifə, 13.12.2016-cı il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Maddə 1442. İşgəncə hədə-qorxusu

1. Bu məcəllənin 1441 maddəsində qeyd olunan şəraiti yaratmaq, rəftar etmək və ya cəzalandırmaq hədə-qorxusu, eyni məqsədlə həyata keçirilmiş, əgər bu hədə-qorxu real və o anlıqdırsa, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl təkrar (dəfələrlə) törədildikdə, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 23 iyun 2005-ci il tarixli qanunu №1751 - SSM I, №38, 15.07.2005-ci il, maddə250

Gürcüstanın 1 dekabr 2016-cı il tarixli qanunu №59 - veb-səhifə, 13.12.2016-cı il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Maddə 1443. Alçaldıcı və ya qeyri-insani rəftar

1. İnsanı alçaltmaq və ya məcbur etmək, qeyri-insani, şərəf və ləyaqəti alçaldan vəziyyətə salmaq, hansı ki ona güclü fiziki, psixi ağrı və ya mənəvi əzab verir, –

Cərimə ilə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Vəzifəli şəxs (məmur) və ya ona bərabər tutulan şəxs tərəfindən;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək;

q) Təkrar (dəfələrlə);

d) İki və ya daha çox şəxsə qarşı;

e) Qrup halında;

v) İnsanların bərabərlik hüququnu pozmaqla, onların irqinə, dərisinin rənginə, dilinə, cinsinə, dinə münasibətinə, əqidəsinə, siyasi və ya digər fikirlərinə, milli, etnik, sosial mənsubiyyətinə, mənşəyinə, yaşayış yerinə, əmlak və ya rütbə (qulluq) vəziyyətinə görə;

z) Cinayətkar əvvəlcədən bildiyi halda hamilə qadına, yetkinlik yaşına çatmayana, həbs edilmiş və ya başqa şəkildə azadlığı məhdudlaşdırılmışa, aciz (köməksiz) vəziyyətdə olana və/və ya cinayətkardan maddi və ya digər cəhətdən asılılığı olan şəxsə qarşı;

t) Sifarişlə;

i) Girov götürülməsi ilə bağlı, −

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə, cərimə ilə cəzalandırılır, beş ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 23 iyun 2005-ci il tarixli qanunu №1751 - SSM I, №38, 15.07.2005-ci il, maddə250

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 dekabr 2016-cı il tarixli qanunu №59 – veb-səhifə, 13.12.2016-cı il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Maddə 145. Cinayətin təxribatı (provokasiyası)

Cinayətin təxribatı, yəni başqa şəxsi cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə onu cinayət törətməyə sövq etmək, –

Altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 146. Günahsız şəxsin qəsdən cinayət məsuliyyətinə cəlb edilməsi

1. Günahsız şəxsin qəsdən cinayət məsuliyyətinə cəlb edilməsi, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, əgər şəxs ağır və ya xüsusilə ağır cinayətdə ittiham olunursa, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 147. Qəsdən qanunsuz həbs (dustaqlıq) və ya azadlıqdan məhrum etmə

1. Qəsdən qanunsuz həbs (dustaqlıq), –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə və/və ya üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Qəsdən qanunsuz azadlıqdan məhrum etmə, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, ağır nəticəyə səbəb olduqda, –

Doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 148. (çıxarılıb)

Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №224 – SSM I, №19, 15.07.2004-cü il, maddə80

Maddə 149. Psixiatriya xəstəxanasına qanunsuz yerləşdirmə və ya həbs etmə

1. Psixiatriya xəstəxanasına qanunsuz yerləşdirmə və ya həbs etmə, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl:

a) İş vəziyyətindən (statusundan) istifadə edərək;

b) Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda;

q) Təkrar (dəfələrlə) törədilmiş, –

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Maddə 150. Məcburetmə

1. İnsanın hərəkət (fəaliyyət) azadlığının qanunsuz məhdudlaşdırılması, yəni onu etməyə və ya etməkdən çəkinməyə haqqı olan hərəkəti etməyə və ya etməməyə fiziki və ya psixi (zehni) məcburetmə və/və ya öz iradəsinə və istəyinə zidd təsiri yaşamağa (hiss etməyə) məcburetmə, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana, əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

b) Qrup halında;

q) Təkrar (dəfələrlə), –

İki ilədək müddətə islahedici iş ilə və ya on səkkiz ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 – veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Maddə 1501. Evlənməyə (nigaha) məcburetmə

1. Evlənməyə (o cümlədən, qeydiyyatsız) məcburetmə, −

İki yüzdən dörd yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana qarşı;

b) Təkrar (dəfələrlə), –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 17 oktyabr 2014-cü il tarixli qanunu №2704 – veb-səhifə, 31.10.2014-cü il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Maddə 151. Hədə-qorxu (təhdid)

1. Öldürmək və ya sağlamlığa zərər vurmaq və/və ya əmlakı məhv etmək hədə-qorxusu, nə vaxt ki hədələnən şəxsdə hədə-qorxunun (təhdidin) həyata keçiriləcəyinin əsaslı qorxusu yaranıb, –

Cərimə ilə və ya yüz iyirmidən yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə);

q) Cinayətkar əvvəlcədən bildiyi halda hamiləyə, aciz (köməksiz) vəziyyətdə olana, əlilliyi olan şəxsə və ya yetkinlik yaşına çatmayana qarşı, –

d) Ailə üzvünə qarşı, −

Cərimə ilə və ya yüz yetmişdən iki yüz saatadək müddətə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5027 – veb-səhifə, 01.10.2019-cu il.

Maddə 1511. İzləmək

1. Şəxsən və ya üçüncü şəxsin vasitəsilə şəxsin, onun ailə üzvünün və ya yaxın qohumunun qanunsuz izlənilməsi və ya telefon, elektron və ya digər vasitələrlə istənməyən ünsiyyət (əlaqə) qurmaq və ya hər hansı digər qəsdən hərəkət, hansı ki mütəmadi olaraq (sistemli şəkildə) həyata keçirilir və şəxsin psixi (ruhi) əzabına və/və ya şəxsə və ya onun ailə üzvünə və ya yaxın qohumuna qarşı zorakılıq tətbiq etməyə və/və ya əmlakı məhv etməyə dair əsaslı qorxunun yaranmasına səbəb olur, bu da insanı həyat tərzini əhəmiyyətli dərəcədə dəyişdirməyə məcbur edir və ya onu əhəmiyyətli dərəcədə dəyişdirmək üçün real ehtiyac yaradır, –

Cərimə ilə və ya yüz iyirmidən yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana, aciz (köməksiz) vəziyyətdə olana, əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı;

b) Qrup halında;

q) Təkrar (dəfələrlə);

d) İş vəziyyətindən (statusundan) istifadə edərək, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Maddə 152. Yaşayış yerini sərbəst seçmək hüququnun pozulması

1. Gürcüstanda qanuni yaşayan şəxsin ölkənin bütün ərazisində sərbəst hərəkət etmək, yaşayış yerini sərbəst seçmək və ya Gürcüstanı sərbəst tərk etmək hüququnun, eləcə də Gürcüstan vətəndaşının Gürcüstana sərbəst daxil olmaq hüququnun həyata keçirilməsinə qanunsuz maneçilik törədilməsi, hansı ki əhəmiyyətli zərərə səbəb olmuşdur, –

Cərimə ilə və ya altı ayadək müddətə islahedici iş ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, zorakılıqla, zorakılıq tətbiq etmək hədə-qorxusu ilə və ya iş vəziyyətindən (statusundan) istifadə edərək törədildikdə, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 153. Söz azadlığının pozulması

Söz azadlığı və/və ya informasiya almaq və ya yaymaq hüququnun həyata keçirilməsinə qanunsuz maneçilik törətmək, hansı ki əhəmiyyətli zərərə səbəb olmuşdur və/və ya iş vəziyyətindən (statusundan) istifadə edərək törədilmişdir, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 154. Jurnalistin peşə fəaliyyətinə qanunsuz maneçilik törətmək

1. Jurnalistin peşə fəaliyyətinə qanunsuz maneçilik törətmək, yəni onu məlumatı açıqlamağa (yaymağa) və ya yaymaqdan çəkinməyə məcbur etmək, –

Cərimə ilə və ya yüz iyirmidən yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

2. Eyni əməl, zorakılıq tətbiq etmək hədə-qorxusu ilə və ya iş vəziyyətindən (statusundan) istifadə edərək törədildikdə, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 155. Dini qaydaların icrasına qanunsuz maneçilik törətmək

1. Dini ibadətlərin və ya digər dini qayda və adətlərin yerinə yetirilməsinə qanunsuz maneçilik törətmək, zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə törədilmiş və/və ya əgər, bu, möminin və ya ibadət edənin dini hisslərinin təhqir edilməsi ilə müşayiət olunurdusa, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, iş vəziyyətindən (statusundan) istifadə edərək törədildikdə, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 156. Təqib

1. İnsanın sözünə, fikrinə, vicdanına, etiqadına, dininə və ya əqidəsinə görə və/və ya siyasi, ictimai, peşə, dini və ya elmi fəaliyyətinə görə təqib edilməsi, –

Cərimə ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə törədilmiş;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş;

q) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 157. Şəxsi həyatı əks etdirən informasiyaya və ya fərdi məlumatlara müdaxilə

1. Şəxsi həyatı əks etdirən informasiyanı və ya fərdi məlumatları qeyri-qanuni olaraq əldə etmək, saxlamaq, istifadə etmək, yaymaq və ya ona əlçatımlılığı başqa cür təmin etmək, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, −

Cərimə ilə və/və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Şəxsi həyatı əks etdirən informasiyanı və ya fərdi məlumatları internet, o cümlədən, sosial şəbəkələr, kütləvi yayım və ya digər üsul ilə yayılmış əsər vasitəsilə, ictimai rabitə vasitəsilə qanunsuz istifadə etmək və/və ya yaymaq (paylamaq), hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, −

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Tamah məqsədi ilə;

b) Təkrar (dəfələrlə), –

Cərimə ilə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4.Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, vəzifəsinə, peşə fəaliyyətinə və ya digər hallara görə bu informasiyanı və ya məlumatları qorumağa borclu (qorumaq məcburiyyətində) olan şəxs tərəfindən və ya həmin əməl şəxsin vəzifəsindən (iş statusundan) istifadə edərək törədildikdə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Qeyd:

1. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş cinayətə görə (əldə etmək, saxlamaq), bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əldə edilmiş/saxlanmış məlumatları istintaq orqanlarına təhvil vermiş və törədilmiş/gözlənilən başqa cinayətkar əməl barədə məlumatı bu yolla çatdırmış şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 may 2012-ci il tarixli qanunu №6326 – veb-səhifə, 12.06.2012-ci il.

Gürcüstanın 2 may 2014-cü il tarixli qanunu №2378 - veb-səhifə, 16.05.2014-cü il.

Gürcüstanın 3 iyun 2016-cı il tarixli qanunu №5152 - veb-səhifə, 10.06.2016-cı il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 1571. Şəxsi həyatın sirrinin (məxfiliyinin) pozulması

1. Şəxsi həyatın sirrini qeyri-qanuni olaraq əldə etmək, saxlamaq, istifadə etmək, yaymaq və ya ona əlçatımlılığı başqa cür təmin etmək, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Şəxsi həyatın sirrini internet, o cümlədən, sosial şəbəkələr, kütləvi yayım və ya digər üsul ilə yayılmış əsər vasitəsilə, ictimai rabitə vasitəsilə qanunsuz istifadə etmək və/və ya yaymaq (paylamaq), −

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Tamah məqsədi ilə;

b) Təkrar (dəfələrlə), –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, vəzifəsinə, peşə fəaliyyətinə və ya digər hallara görə bu sirri qorumağa borclu (qorumaq məcburiyyətində) olan şəxs tərəfindən və ya həmin əməl şəxsin vəzifəsindən (iş statusundan) istifadə edərək törədildikdə, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş cinayətə görə (əldə etmək, saxlamaq), bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əldə edilmiş/saxlanmış məlumatları istintaq orqanlarına təhvil vermiş və törədilmiş/gözlənilən başqa cinayətkar əməl barədə məlumatı bu yolla çatdırmış şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 3 iyun 2016-cı il tarixli qanunu №5152 - veb-səhifə, 10.06.2016-cı il.

Maddə 158. Özəl ünsiyyətin məxfiliyinin (konfidensiallığının) pozulması

1. Özəl söhbətlərin icazəsiz yazılması və ya baxılması (görüntülənməsi), habelə kompüter sistemində və ya sistemindən özəl ünsiyyət zamanı ötürülən kompüter məlumatlarını və ya bu cür məlumatları daşıyan elektromaqnit dalğalarını texniki vasitələrdən istifadə etməklə icazəsiz əldə etmək və ya özəl ünsiyyətin qeydini, texniki vasitələrlə əldə edilən informasiyanı və ya kompüter məlumatlarını qanunsuz saxlamaq, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Özəl ünsiyyətin qeydini, texniki vasitələrlə əldə edilən informasiyanı və ya kompüter məlumatlarını qanunsuz istifadə etmək, yaymaq və ya ona əlçatımlılığı başqa cür təmin etmək, –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Tamah məqsədi ilə;

b) Təkrar (dəfələrlə), –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl:

a) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd:

1. Bu maddənin məqsədləri üçün „Kompüter məlumatları“, „Kompüter sistemi“ və „İcazəsiz“ bu məcəllənin XXXV fəslində nəzərdə tutulmuş anlayışlara uyğun olaraq izah olunur.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş cinayətə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əldə edilmiş/saxlanmış məlumatları istintaq orqanlarına təhvil vermiş və törədilmiş/gözlənilən başqa cinayətkar əməl barədə məlumatı bu yolla çatdırmış şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 2 may 2014-cü il tarixli qanunu №2378 – veb-səhifə, 16.05.2014-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 159. Şəxsi yazışmaların, telefon danışıqlarının və ya digər vasitələrlə ünsiyyətlərin sirrinin (məxfiliyinin) pozulması

1. Şəxsi yazışmaları və ya poçt göndərimini, telefonla və ya digər texniki vasitə ilə söhbətin qeydini və ya teleqraf, kompüter sistemi, faks və ya digər texniki vasitələrlə alınan və ya ötürülən mesajı (xəbəri) qanunsuz əldə etmək, açmaq, məzmunu ilə tanış olmaq və ya saxlamaq, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Şəxsi yazışmaları və ya poçt göndərimini, telefonla və ya digər texniki vasitə ilə söhbətin qeydini və ya teleqraf, kompüter sistemi, faks və ya digər texniki vasitələrlə alınan və ya ötürülən mesajı (xəbəri) qanunsuz istifadə etmək, yaymaq və ya ona əlçatımlılığı başqa cür təmin etmək, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Tamah məqsədi ilə;

b) Təkrar (dəfələrlə), –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl:

a) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd:

1. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş cinayətə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əldə edilmiş/saxlanmış məlumatları istintaq orqanlarına təhvil vermiş və törədilmiş/gözlənilən başqa cinayətkar əməl barədə məlumatı bu yolla çatdırmış şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 2 may 2014-cü il tarixli qanunu №2378 - veb-səhifə, 16.05.2014-cü il.

Maddə 160. Mənzilin və ya digər əmlakın (mülkiyyətin) toxunulmazlığının pozulması

1. Mənzilə (evə) və ya digər əmlaka (mülkiyyətə) sahibinin iradəsinə zidd olaraq qanunsuz giriş, qanunsuz axtarış və ya başqa əməl, hansı ki mənzilin və ya digər əmlakın (mülkiyyətin) toxunulmazlığını pozur, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə törədilmiş;

b) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qrup halında;

b) İş vəziyyətindən (statusundan) və ya silahdan istifadə edərək;

q) Təkrar (dəfələrlə), –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Maddə 161. Toplaşmaq (yığıncaq) və ya nümayiş keçirmək hüququnun pozulması

1. Toplaşmaq (yığıncaq) və ya nümayiş təşkil etmək və/və ya orada iştirak etmək hüququnun həyata keçirilməsinə qanunsuz maneçilik törətmək zorakılıqla, zorakılıq tətbiq etmək hədə-qorxusu ilə və ya iş vəziyyətindən (statusundan) istifadə edərək, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Eyni əməl, silahdan istifadə edərək törədildikdə və ya kütləvi iğtişaşlara, insan tələfatına və ya digər ağır nəticəyə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 162. Seçkilərdə, referendumda və ya plebissitdə iradənin həyata keçirilməsinə mane olmaq

1. Seçkilərdə, referendumda və ya plebissitdə iradənin həyata keçirilməsinə mane olmaq, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) İş vəziyyətindən (statusundan) və ya silahdan istifadə edərək;

b) Aldatma yolu ilə;

q) Zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə;

d) Qrup halında, –

Cərimə ilə və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 1621. Səsvermə binasında, seçki komissiyasının yerləşdiyi yerdə və ya onların ətraf ərazisində və ya seçkiqabağı təbliğat və ya seçkiqabağı kampaniya tədbiri zamanı zorakılıq və ya zorakılıq tətbiq etmək hədə-qorxusu

1. Seçkilərin təyin edildiyi gündən seçkilərin yekun nəticələrinin cəmləşdirilməsinə qədər səsvermə binasında, seçki komissiyasının yerləşdiyi yerdə və ya onların ətraf ərazisində və ya seçkiqabağı təbliğat və ya seçkiqabağı kampaniya tədbiri zamanı döymək və ya başqa cür zorakılıq, hansı ki bu məcəllənin 120-ci maddəsində nəzərdə tutulmuş nəticəyə və ya zorakılıq hədə-qorxusuna səbəb olmayıb, −

Cərimə ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Seçkilərin təyin edildiyi gündən seçkilərin yekun nəticələrinin cəmləşdirilməsinə qədər səsvermə binasında, seçki komissiyasının yerləşdiyi yerdə və ya onların ətraf ərazisində və ya seçkiqabağı təbliğat və ya seçkiqabağı kampaniya tədbiri zamanı zorakılıq, hansı ki qəsdən sağlamlığa yüngül zərər vurmuşdur, −

Cərimə ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin hissəsində nəzərdə tutulmuş əməl, qrup halında törədilmiş, −

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 24 iyun 2016-cı il tarixli qanunu №5592- veb-səhifə, 12.07.2016-cı il.

Maddə 163. Seçki və ya referendum komissiyasının işinə mane olmaq

Seçki və ya referendum komissiyasının işinə mane olmaq, hansı ki seçkinin, referendumun və ya plebissitin və/və ya seçki məntəqəsində səsvermə prosesinin pozulmasına səbəb olub, –

İki ilədək müddətə islahedici iş ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 164. Səsvermənin gizliliyinin pozulması, səslərin yanlış hesablanması və ya seçkilərin nəticələrinin yanlış cəmləşdirilməsi

Seçkilərdə, referendumda və ya plebissitdə iştirakçının səsverməsinin gizliliyini pozmaq, seçki və ya referendum komissiyasının üzvü və ya belə komissiyada nümayəndə və ya nəzarətçi təyin edilmiş şəxs tərəfindən seçki, referendum və ya plebissit sənədinin saxtalaşdırılması, səslərin qəsdən yanlış hesablanması, seçkilərin nəticələrini qəsdən yanlış cəmləşdirmək və/və ya referendumun və ya plebissitin nəticələrini qəsdən yanlış müəyyən etmək, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 1641. Seçiciyə rüşvət vermək (satın almaq)

1. Seçki məqsədi ilə, birbaşa və ya dolayı yolla pul, qiymətli kağız (o cümlədən, maliyyə aləti), başqa əmlak, əmlak hüququ, xidmət və ya hər hansı digər üstünlük təklif etmək, söz vermək, köçürmək və ya göstərmək, və ya əvvəlcədən bildiyi halda belələri qəbul etmək, və/və ya qanunla müəyyən edilmiş məhdudiyyətlərdən qaçmaq (yayınmaq) üçün göz boyayıcı (yalan), riyakar və ya başqa sövdələşmə (müqavilə) bağlamaq, əgər belə sövdələşmənin dəyəri 100 larini aşmırsa, −

Cərimə ilə cəzalandırılır.

2. Seçki məqsədi ilə, birbaşa və ya dolayı yolla pul, qiymətli kağız (o cümlədən, maliyyə aləti), başqa əmlak, əmlak hüququ, xidmət və ya hər hansı digər üstünlük təklif etmək, söz vermək, köçürmək və ya göstərmək, və ya əvvəlcədən bildiyi halda belələri qəbul etmək, və/və ya qanunla müəyyən edilmiş məhdudiyyətlərdən qaçmaq (yayınmaq) üçün göz boyayıcı (yalan), riyakar və ya başqa sövdələşmə (müqavilə) bağlamaq, əgər belə sövdələşmənin dəyəri 100 larini aşırsa, −

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə və ya cərimə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əmlak dedikdə, vətəndaşların siyasi birliyi kampaniyasının az dəyərli aksesuarları − maykalar, kepkalar, papaqlar, bayraqlar və digər oxşar əşyalar nəzərdə tutulmur.

2. Bayram tədbirinin qeyd olunması çərçivəsində, az dəyərli, il ərzində ümumi dəyəri 5000 laridən çox olmayan əşyaları hədiyyə kimi təklif etməyə görə, söz verməyə (vəd etməyə) və ya verməyə görə, eləcə də belə bir hədiyyəni qəbul etdiyinə görə şəxs cinayət məsuliyyətinə cəlb edilməyəcək.

3. Cinayət məsuliyyətindən azad edilir o şəxs, hansına ki seçki məqsədi ilə birbaşa və ya dolayı yolla pul, qiymətli kağız (o cümlədən, maliyyə aləti), başqa əmlak, əmlak hüququ, xidmət və ya hər hansı digər üstünlük verməyi və ya göstərməyi və/və ya qanunla müəyyən edilmiş məhdudiyyətlərdən qaçmaq (yayınmaq) üçün göz boyayıcı (yalan), riyakar və ya başqa sövdələşmədə (müqavilədə) iştirak etməyi təklif ediblər və ya söz veriblər, əgər o, bu barədə cinayət prosesini aparan orqana könüllü olaraq məlumat veribsə. Məsuliyyətdən azad etmə haqqında qərarı cinayət prosesini aparan orqan qəbul edir.

4. Büdcə vəsaitlərinin gələcək bölgüsü və gələcəkdə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı siyasi və seçki vədlərinə görə şəxs cinayət məsuliyyətinə cəlb edilməyəcək.

5. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs (cinayət məsuliyyəti daşımayan partiya istisna olmaqla) ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya cərimə ilə cəzalandırılır.

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2261- SSM I, №55, 27.12.2005-ci il, maddə366

Gürcüstanın 28 dekabr 2011-ci il tarixli qanunu №5662 - veb-səhifə, 29.12.2011-ci il.

Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6117 – veb-səhifə, 29.05.2012-ci il.

Gürcüstanın 2 iyul 2020-ci il tarixli qanunu №6726 – veb-səhifə, 03.07.2020-ci il.

Maddə 1642. Saxta sənəd əsasında seçki, referendum və ya plebissitdə iştirak etmək

Seçkilər, referendum və ya plebissit zamanı başqasının şəxsiyyətini təsdiq edən sənəd və ya saxta sənəd əsasında və ya təkrar (dəfələrlə) səsvermə, –

İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2261- SSM I, №55, 27.12.2005-ci il, maddə366

Maddə 1643. Seçkiləri saxtalaşdırmaq

Seçkilərlə bağlı sənədləri: seçki siyahılarını, protokolları, bülletenləri, qeydiyyat jurnallarını və nəzarət vərəqələrini qəsdən saxtalaşdırmaq, –

İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2261- SSM I, №55, 27.12.2005-ci il, maddə366

Maddə 1644. Seçicinin iradəsinə təsir etmək və/və ya seçki səsverməsinin gizliliyini pozmaq

1. Seçicinin iradəsinə təsir etmək və/və ya seçki səsverməsinin gizliliyini pozmaq, məcbur etməklə və ya hədə-qorxu ilə törədilmiş, −

Cərimə ilə, altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Seçicinin iradəsinə təsir etmək və/və ya seçki səsverməsinin gizliliyini pozmaq, zorakılıqla, maddi və ya iş (xidmət) asılılığından istifadə edərək törədilmiş, −

Cərimə ilə, altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) İki və ya daha çox şəxsə qarşı;

q) Qrup halında, −

Dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 3 sentyabr 2020-ci il tarixli qanunu №7099 – veb-səhifə, 04.09.2020-ci il.

Maddə 165. Tətil etmək hüququnun pozulması

Tətil etmək hüququnun həyata keçirilməsinə qanunsuz maneçilik törətmək, zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə törədilmiş, və/və ya maddi, xidmət (iş) və ya digər asılılıqdan istifadə etməklə şəxsi tətil etməkdən çəkinməyə məcbur etmək, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 166. Siyasi, ictimai və ya dini birliyin yaradılmasına və ya onun fəaliyyətinə mane olmaq

Siyasi, ictimai və ya dini birliyin yaradılmasına və ya onun fəaliyyətinə qanunsuz mane olmaq, zorakılıqla, zorakılıq tətbiq etmək hədə-qorxusu ilə və ya iş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 167. Məlumat verməkdən imtina etmək və ya yanlış məlumat təqdim etmək

Şəxsə onun haqqında mövcud olan məlumatı və ya rəsmi sənədi verməkdən və/və ya onun hüquq və azadlıqlarına bilavasitə toxunan sənədi və ya materialı təqdim etməkdən qanunsuz imtina etmək, habelə bu cür məlumatın, sənədin və ya materialın natamam və ya təhrif olunmuş (eybəcərləşdirilmiş) şəkildə təqdim edilməsi, və/və ya onunla tanış olmağa başqa cür qanunsuz mane olmaq, hansı ki əhəmiyyətli zərər (ziyan) vurmuşdur, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Maddə 168. Əmək azadlığının pozulması

Əmək azadlığının pozulması, yəni hər cür qanuni əmək fəaliyyətinə mane olmaq zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə törədilmiş, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 169. Əmək qanunvericiliyinin pozulması

Şəxsi öz təşəbbüsü ilə işdən çıxarmaq barədə ərizə yazmağa məcbur etmək və ya işə bərpa etmək haqqında məhkəmə qərarının icra edilməməsi, −

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 6 mart 2013-cü il tarixli qanunu №246 - veb-səhifə, 20.03.2013-cü il.

Maddə 170. Əməyin mühafizəsi qaydalarının pozulması

1. Bu qaydaya əməl olunmasına məsul (cavabdeh) olan şəxs tərəfindən təhlükəsizlik texnikasının və ya əməyin mühafizəsinin digər qaydalarının pozulması, hansı ki sağlamlığa az ağır və ya ağır zərər vurmuşdur, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, insanın ölümünə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, iki və ya daha çox insanın ölümünə səbəb olduqda, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Fəsil XXIV

Ailənin və yetkinlik yaşına çatmayanın əleyhinə olan cinayətlər

Maddə 171. Yetkinlik yaşına çatmayan şəxsin cəmiyyətə zidd fəaliyyətə cəlb edilməsi

1. Yetkinlik yaşına çatmayan şəxsi dilənməyə və ya digər cəmiyyətə zidd əmələ sövq etmək, –

Yüz yetmiş saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(Qüvvədən düşmüş elan edildi 171-ci maddənin birinci hissəsinin sözlərinin „və ya digər cəmiyyətə zidd əmələ“ o normativ məzmunu, hansı ki yetkinlik yaşına çatmayanı cinayətə sövq etməyə görə şəxsin məsuliyyətə cəlb edilməsi imkanını nəzərdə tutur) – Gürcüstanın Konstitusiya Məhkəməsinin 2021-ci il 15 iyul Qərarı №2/1/1289 – veb-səhifə, 19.07.2021-ci il.

2. Yetkinlik yaşına çatmayan şəxsi başgicəlləndirici və ya müalicəvi dərman vasitələrinin qeyri-tibbi istifadəsinə cəlb etmək, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. (çıxarılıb - 17.05.2018, №2354).

4. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, təkrar (dəfələrlə) törədilmiş, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 11 dekabr 2013-cü il tarixli qanunu №1728 – veb-səhifə, 25.12.2013-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 17 may 2018-ci il tarixli qanunu №2354 – veb-səhifə, 29.05.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Gürcüstanın Konstitusiya Məhkəməsinin 2021-ci il 15 iyul Qərarı №2/1/1289 – veb-səhifə, 19.07.2021-ci il.

Maddə 172. Övladlığa götürmə məqsədi ilə yetkinlik yaşına çatmayan şəxsə qarşı qanunsuz sövdələşmənin (müqavilənin) həyata keçirilməsi

1. Yetkinlik yaşına çatmayanı almaq və ya ona qarşı başqa qanunsuz sövdələşmə (müqavilə) həyata keçirmək övladlığa götürmə məqsədi ilə –

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Yetkinlik yaşına çatmayanı satmaq və ya ona qarşı başqa qanunsuz sövdələşmə (müqavilə) həyata keçirmək övladlığa götürmə məqsədi ilə, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 6 iyun 2003-cü il tarixli qanunu №2355 – SSM I, №18, 24.06.2003-cü il, maddə117

Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2477 - SSM I, №50, 31.12.2009-cu il, maddə395

Gürcüstanın 5 may 2011-ci il tarixli qanunu №4630 - veb-səhifə, 19.05.2011-ci il.

Maddə 1721. Övladlığa götürmə məqsədi ilə hamilə qadınların əvvəlcədən seçilməsi və doğuş üçün Gürcüstandan kənara çıxarılması imkanının yaradılması və ya belə övladlığa götürməyə şərait yaradılması

1. Övladlığa götürmə məqsədi ilə hamilə qadınların əvvəlcədən seçilməsi və doğuş üçün Gürcüstandan kənara çıxarılması imkanının yaradılması və ya belə övladlığa götürməyə şərait yaradılması, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) və ya bir qrup şəxs tərəfindən törədildikdə, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 26 avqust 2003-cü il tarixli qanunu №3078 – SSM I, №29, 18.09.2003-cü il, maddə223

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 173. Övladlığa götürmə qaydasının və ya himayədarlıq (etibarnamə ilə böyütmə) qaydasının pozulması

1. Övladlığa götürmə qaydasının və ya himayədarlıq (etibarnamə ilə böyütmə) qaydasının pozulması, hansı ki ağır nəticəyə səbəb olub, −

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, iş vəziyyətindən (statusundan) istifadə edərək törədildikdə, −

Cərimə ilə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №754 - veb-səhifə, 24.05.2017-ci il.

Maddə 174. Körpənin (uşağın) dəyişdirilməsi

Körpəni (uşağı) dəyişdirmək tamah məqsədi ilə və ya digər pis niyyətlə, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 175. Övladlığa götürmə sirrinin açıqlanması

1. Övladlığa götürənin razılığı olmadan övladlığa götürmə sirrinin açıqlanması, –

Cərimə ilə və ya altı ayadək müddətə islahedici iş ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Övladlığa götürmə faktını xidmət və ya peşə sirri kimi qorumağa borclu olan (qorumaq məcburiyyətində olan) şəxs tərəfindən törədildikdə;

b) Ağır nəticəyə səbəb olduqda, –

Cərimə ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 176. Aliment ödəməkdən inadla yayınmaq (qaçmaq)

Məhkəmə qərarı ilə təyin olunmuş alimenti ödəməkdən inadla yayınmaq (qaçmaq), –

Cərimə ilə və ya yüz iyirmi saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə islahedici iş ilə cəzalandırılır.

Səkkizinci Qapı

İqtisadi cinayətlər

Fəsil XXV.

Mülkiyyət əleyhinə olan cinayətlər

Maddə 177. Oğurluq

1. Oğurluq, yəni özgənin daşınar əmlakını (əşyasını) qanunsuz mənimsəmə məqsədi ilə gizli şəkildə əldə etmək (sahiblənmək), –

Cərimə ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda;

b) Anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, –

Bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) Binaya qanunsuz daxil olmaqla;

d) Nəqliyyat vasitəsinə qarşı, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Külli miqdarda (böyük məbləğdə);

q) Özgənin əmlakını (əşyasını) qanunsuz mənimsədiyinə (sahibləndiyinə) və ya hədə-qorxu ilə tələb etdiyinə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən;

d) Magistral boru kəmərində mövcud olan neftə və ya qaza qarşı, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Məcəllənin bu fəslində 10 000 laridən yuxarı olan əşyanın (əşyaların) dəyəri külli miqdar (böyük məbləğ) sayılır.

2. Bu məcəllənin 177-ci–186-cı maddələrində nəzərdə tutulmuş cinayət, ondan əvvəl həmin maddələrdə və bu məcəllənin 224-cü, 231-ci, 237-ci, 264-cü və 2861 maddələrində nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildikdə təkrar (dəfələrlə) törədilmiş sayılır.

3. Məcəllənin bu fəslində əşyanın (əşyaların) dəyərinin 150 laridən yuxarı olması əhəmiyyətli zərər (ziyan) sayılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 – SSM I, №20, 31.05.2000-ci il, maddə51

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 27 aprel 2021-ci il tarixli qanunu №460 – veb-səhifə, 04.05.2021-ci il.

Maddə 178. Soyğunçuluq

1. Soyğunçuluq, yəni özgənin daşınar əmlakını (əşyasını) qanunsuz mənimsəmə məqsədi ilə açıq-aşkar (aydın) şəkildə əldə etmək (sahiblənmək), –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda;

b) Anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) Binaya qanunsuz daxil olmaqla;

d) Həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zorakılıqla və ya bu cür zorakılıq tətbiq etmək hədə-qorxusu ilə;

e) Nəqliyyat vasitəsinə qarşı, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Külli miqdarda (böyük məbləğdə);

q) Özgənin əmlakını (əşyasını) qanunsuz mənimsədiyinə (sahibləndiyinə) və ya hədə-qorxu ilə tələb etdiyinə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 – SSM I, №20, 31.05.2000-ci il, maddə51

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 179. Quldurluq

1. Quldurluq, yəni özgənin daşınar əmlakını (əşyasını) qanunsuz mənimsəmə məqsədi ilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və/və ya bu cür zorakılıq tətbiq etmək hədə-qorxusu ilə bağlı olan basqın, –

Beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla;

b) Qrup halında;

q) Nəqliyyat vasitəsinə qarşı, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Binaya qanunsuz daxil olmaqla;

q) Külli miqdarda (böyük məbləğdə) əşya əldə etmək məqsədi ilə, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Özgənin əmlakını (əşyasını) qanunsuz mənimsədiyinə (sahibləndiyinə) və ya hədə-qorxu ilə tələb etdiyinə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

On bir ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Maddə 180. Dələduzluq

1. Dələduzluq, yəni qanunsuz mənimsəmə məqsədi ilə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək (sahiblənmək) və ya əmlak hüququnu əldə etmək, –

Cərimə ilə və ya yüz yetmiş saatdan iki yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

b) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Cərimə ilə və ya dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, törədilmiş:

a) İş vəziyyətindən (statusundan) istifadə edərək;

b) Külli miqdarda (böyük məbləğdə);

q) Təkrar (dəfələrlə), –

Cərimə ilə və ya altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Özgənin əmlakını (əşyasını) qanunsuz mənimsədiyinə (sahibləndiyinə) və ya hədə-qorxu ilə tələb etdiyinə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 181. Hədə-qorxu ilə tələb etmə

1. Hədə-qorxu ilə tələb etmə, yəni özgənin əşyasının və ya əmlak hüququnun verilməsini və ya əmlakdan istifadəni (faydalanmağı) tələb etmə, hansı ki zərərçəkmişə və ya onun yaxın qohumuna qarşı zorakılıq tətbiq etmək və ya onların əşyasını (əmlakını) məhv etmək və ya zərər (ziyan) vurmaq və/və ya onların haqqında rüsvayedici (adı ləkələyən) məlumatlar yaymaq və ya başqa elə bir məlumatı yaymaq hədə-qorxusu ilə müşayiət olunur, hansı ki onların hüquqlarına əhəmiyyətli dərəcədə xələl gətirə bilər, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə);

q) Külli miqdarda (böyük məbləğdə) əmlak əldə etmək məqsədi ilə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Özgənin əmlakını (əşyasını) qanunsuz mənimsədiyinə (sahibləndiyinə) və ya hədə-qorxu ilə tələb etdiyinə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №212 – SSM I, №18, 09.07.2004-cü il, maddə61

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Maddə 182. Mənimsəmə və ya israf etmə

1. Özgənin əmlakını (əşyasını) və ya əmlak hüququnu qanunsuz mənimsəmə və ya israf etmə, əgər bu əmlak (əşya) və ya əmlak hüququ mənimsəyən və ya israf edən şəxsin qanuni istifadəsində və ya idarəsində idisə, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

b) Təkrar (dəfələrlə);

q) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda;

d) İş vəziyyətindən (statusundan) istifadə edərək törədildikdə, –

Cərimə ilə və ya dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Külli miqdarda (böyük məbləğdə);

q) Özgənin əmlakını (əşyasını) qanunsuz mənimsədiyinə (sahibləndiyinə) və ya hədə-qorxu ilə tələb etdiyinə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 23 oktyabr 2008-ci il tarixli qanunu №403 - SSM I, №29, 04.11.2008-ci il, maddə176

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 1821. (çıxarılıb)

Gürcüstanın 21 iyun 2002-ci il tarixli qanunu №1565 – SSM I, №21, 12.07.2002-ci il, maddə93

Gürcüstanın 11 noyabr 2004-cü il tarixli qanunu №595 – SSM I, №34, 16.11.2004-cü il, maddə162

Maddə 1822. Lisenziyasız icra fəaliyyəti

“İcra fəaliyyəti haqqında” Gürcüstan Qanunu ilə nəzərdə tutulmuş lisenziyasız icra fəaliyyəti, –

Cərimə ilə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №827 - SSM I, №41, 30.12.2008-ci il, maddə305

Maddə 183. Xüsusi tarixi, mədəni, elmi və ya milli dəyərə malik olan əşya və ya sənədi qanunsuz mənimsəmə məqsədi ilə əldə etmək (sahiblənmək)

1. Xüsusi tarixi, mədəni, elmi və ya milli dəyərə malik olan əşya və ya sənədi qanunsuz mənimsəməməqsədi ilə əldə etmək (sahiblənmək), –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2.Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə), –

Doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, mütəşəkkil dəstə tərəfindən törədildikdə, –

On iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 184. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 23 may 2007-ci il tarixli qanunu №4785 - SSM I, №19, 01.06.2007-ci il, maddə166

Maddə 185. Aldatma yolu ilə əmlaka ziyan (zərər) vurmaq

1. Əmlakın sahibinə və ya istifadəçisinə aldatma yolu ilə əmlak ziyanı (zərəri) vurmaq, əgər bu məcəllənin 180-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdursa, –

Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

b) Təkrar (dəfələrlə);

q) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Cərimə ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Külli miqdarda (böyük məbləğdə);

q) Özgənin daşınar əmlakını (əşyasını) qanunsuz mənimsədiyinə (sahibləndiyinə) və ya hədə-qorxu ilə tələb etdiyinə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 186. Cinayət yolu ilə əldə edilmiş əmlakı qabaqcadan bildiyi halda satın almaq və ya satmaq

1. Qabaqcadan bildiyi halda cinayət yolu ilə əldə edilmiş əmlakdan faydalanmaq, satın almaq, istifadə etmək və ya satmaq, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) Avtomobilə qarşı;

d) Külli miqdarda (böyük məbləğdə);

e) Özgənin daşınar əmlakını (əşyasını) qanunsuz mənimsədiyinə (sahibləndiyinə) və ya hədə-qorxu ilə tələb etdiyinə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 19 mart 2008-ci il tarixli qanunu №5953 – SSM I, №8, 28.03.2008-ci il, maddə56

Gürcüstanın 23 oktyabr 2008-ci il tarixli qanunu №403 - SSM I, №29, 04.11.2008-ci il, maddə176

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 – veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 187. Əşyanın zədələnməsi və ya məhv edilməsi

1. Özgənin əşyasını zədələmək və ya məhv etmək, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya yüz saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Yandırmaq (od vurmaq), partlayış və ya digər ümumi təhlükəli vasitələrlə;

b) Təkrar (dəfələrlə), –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki ehtiyatsızlıqdan insan tələfatına və ya digər ağır nəticəyə səbəb olmuşdur, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

4. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümünə səbəb olmuşdur, –

Doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Maddə 188. Ehtiyatsızlıqdan əşyanın zədələnməsi və ya məhv edilməsi

1. Özgənin əşyasını ehtiyatsızlıqdan zədələmək və ya məhv etmək, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

2. Eyni əməl, od (ocaq) və ya artan təhlükə mənbəyi ilə ehtiyatsız davranmaq nəticəsində törədilmiş, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin 2-ci hissəsində qeyd olunan əməl, hansı ki insan tələfatına və ya digər ağır nəticəyə səbəb olmuşdur, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 189. Müəlliflik hüququ, əlaqəli hüquqlar sahibinin və məlumat bazasını hazırlaya-nın hüququnun pozulması

1. Müəllif hüququ mövzusunda müəllifliyin mənimsənilməsi və ya həmmüəllifliyə məcbur etmək, – Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, təkrar (dəfələrlə) törədilmiş, –

Altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Gürcüstan Qanununu pozaraq əsərin, fonoqramın, videoqramın və ya məlumatlar bazasının reproduksiyası və ya onların surətlərinin icazəsiz alınması, idxalı, saxlanması, satışı, kirayəyə verilməsi, ötürülməsi və/və ya müəlliflik hüququnun, əlaqəli hüquqların sahibinin və ya məlumatlar bazasını hazırlayanın hüququnun başqa cür pozulması külli miqdarda (böyük məbləğdə) gəlir əldə etmək məqsədi ilə, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda gəlir əldə etmək məqsədi ilə;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əməl külli miqdarda gəlir əldə etmək məqsədi ilə törədilmiş sayılır, əgər əsərin, fonoqramın, videoqramın və ya məlumatlar bazasının surətlərinin dəyəri və ya müəlliflik hüququnun, əlaqəli hüquqların sahibinin və məlumatlar bazasını hazırlayanın hüququndan qanuni istifadə edildikdə müəlliflik hüququnun, əlaqəli hüquqların sahibinin və ya məlumatlar bazasını hazırlayanın əldə edəcəyi gəlir beş min larini aşırsa, xüsusilə külli miqdarda isə – əgər yuxarıda qeyd olunan dəyər və ya gəlir on min larini aşırsa.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 23 iyun 2005-ci il tarixli qanunu №1733 - SSM I, №38, 15.07.2005-ci il, maddə247

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 1891. Sənaye mülkiyyəti hüququnun pozulması

1. İxtira, faydalı model, dizayn, inteqral mikrosxem topologiyası, yeni bitki və ya heyvan sortunun müəllifliyinin mənimsənilməsi və ya həmmüəllifliyə məcbur etmək –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Əvvəlcədən bildiyi halda özgənin ixtirasını, faydalı modelini, dizaynını, inteqral mikrosxem topologiyasını, yeni bitki və ya heyvan sortunu gəlir əldə etmək məqsədi ilə qanunsuz istifadə etmək, – Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 23 iyun 2005-ci il tarixli qanunu №1733 - SSM I, №38, 15.07.2005-ci il, maddə247

Gürcüstanın 4 may 2010-cu il tarixli qanunu №3033 - SSM I, №27, 24.05.2010-cu il, maddə185

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Fəsil XXVI

Sahibkarlıq və ya digər iqtisadi fəaliyyət əleyhinə olan cinayətlər

Maddə 190. Qanuni sahibkarlıq fəaliyyətinə mane olmaq

Müəssisənin qeydiyyata alınmasından, icazə və ya lisenziyanın verilməsindən əsassız imtina etmək (rədd etmək) və/və ya onun iqtisadi fəaliyyət hüququnu və ya azadlığını məhdudlaşdırmaq, Gürcüstan qanunvericiliyini pozmaqla müəssisənin fəaliyyətinə nəzarətin həyata keçirilməsi, habelə onun fəaliyyətinə müdaxilə etmək, hansı ki əhəmiyyətli ziyana (zərərə) səbəb olub, –

Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 8 iyun 2001-ci il tarixli qanunu №923 – SSM I, №18, 28.06.2001-ci il, maddə59

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Maddə 191. Torpaqla bağlı sövdələşmənin (müqavilənin) qanunsuz qeydiyyata alınması

Torpaqla bağlı sövdələşmənin (müqavilənin) qanunsuz qeydiyyata alınması, dövlət torpaq kadastrının uçot məlumatlarının təhrif edilməsi (eybəcərləşdirilməsi) və/və ya torpaq vergisinin tamah məqsədi ilə və/və ya digər şəxsi motivlərə görə azaldılması, –

Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 192. Qanunsuz sahibkarlıq fəaliyyəti

1. Qeydiyyat, icazə və ya lisenziya olmadan və/və ya icazə və ya lisenziya şərtlərini pozan sahibkarlıq fəaliyyəti, hansı ki əhəmiyyətli ziyana (zərərə) səbəb olub və ya hansı ki külli miqdarda gəlir əldə etməklə müşayiət olunurdu, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə);

q) Belə cinayətə görə məhkum edilmiş şəxs tərəfindən, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 1921. Qanunsuz təhsil (maarifləndirici) fəaliyyəti

1. Avtorizasiyaya tabe olan təhsil fəaliyyətinin müvafiq avtorizasiya (icazə) olmadan həyata keçirilməsi və/və ya bu cür fəaliyyətin həyata keçirilməsi ilə bağlı çaşdırıcı (yanıltıcı) məlumatların yayılması və/və ya ümumi təhsil, peşə təhsili, ali təhsil müəssisəsini qeyd edən adı müvafiq səlahiyyət olmadan istifadə etmək, –

Cərimə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Belə cinayətə görə məhkum edilmiş şəxs tərəfindən, –

Cərimə ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 21 iyul 2010-cu il tarixli qanunu №3538 - SSM I, №47, 05.08.2010-cu il, maddə307

Gürcüstanın 26 iyul 2017-ci il tarixli qanunu №1226 - veb-səhifə, 28.07.2017-ci il.

Maddə 1922. Qanunsuz tədris (tərbiyələndirmə) fəaliyyəti

"Tədris fəaliyyətinin lisenziyalaşdırılması haqqında" Gürcüstan Qanunu ilə nəzərdə tutulmuş tədris fəaliyyəti lisenziyası olmadan tədris fəaliyyəti və ya “Tədris fəaliyyətinin lisenziyalaşdırılması haqqında” Gürcüstan qanunu ilə nəzərdə tutulmuş prosedurlara riayət etmədən filialın həmin qanunla müəyyən edilmiş tədris fəaliyyəti, belə əmələ görə inzibati tənbeh (cəza) almış şəxs və ya bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə, −

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əmələ görə fiziki şəxsə tətbiq edilən cərimə Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 462 maddəsində müəyyən edilmiş cərimənin iki qatından az olmamalıdır.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 8 iyun 2016-cı il tarixli qanunu №5363 - veb-səhifə, 17.06.2016-cı il.

Maddə 193. Yalançı sahibkarlıq

Yalançı sahibkarlıq, yəni kredit və ya digər əmlak imtiyazları almaq və/və ya qadağan olunmuş fəaliyyətin üstünü örtmək (gizlətmək) məqsədi ilə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan müəssisənin yaradılması, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 194. Qanunsuz gəlirlərin leqallaşdırılması (pulun saxtalaşdırılması)

1. Qanunsuz gəlirlərin leqallaşdırılması, yəni qanunsuz və/və ya əsassız (sənədsiz) əmlaka qanuni forma vermək (əmlakdan istifadə, əmlakın alınması, sahibliyi, konversiyası, təhvil verilməsi və ya digər hərəkətlər) onun qanunsuz və/və ya əsassız (sənədsiz) mənşəyinin üstünü örtmək (gizlətmək) və/və ya məsuliyyətdən yayınmaqda başqa bir şəxsə kömək etmək məqsədi ilə, habelə onun əsl təbiətinin, mənşə qaynağının, yerləşdiyi yerin, yerləşdirilməsinin, hərəkətinin, onun üzərində mülkiyyət hüququnun və/və ya onunla bağlı digər hüquqların gizlədilməsi və ya maskalanması (ört-basdır edilməsi), –

Cərimə ilə və ya üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qrup halında törədilmiş;

b) Təkrar (dəfələrlə) törədilmiş;

q) Hansı ki külli miqdarda (böyük məbləğdə) gəlir əldə etməklə müşayiət olunurdu, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl:

a) Mütəşəkkil dəstə tərəfindən törədildikdə;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək törədildikdə;

q) Hansı ki xüsusilə külli miqdarda (böyük məbləğdə) gəlir əldə etməklə müşayiət olunurdu, –

Doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin məqsədləri üçün şəxsin, onun ailə üzvünün, yaxın qohumunun və ya əlaqəli şəxsin qanunun tələblərini pozmaqla əldə etdiyi/əldə etdikləri əmlak, habelə bu əmlakdan əldə edilən gəlir, səhmlər (pay) qanunsuz əmlak sayılır.

2. Bu maddənin məqsədləri üçün əsassız (sənədsiz) sayılır əmlak, habelə bu əmlakdan əldə edilən gəlir, səhmlər (pay), hansını/hansıları ki qanuni vasitələrlə əldə etməyi təsdiq edən sənədlər şəxsdə, onun ailə üzvündə, yaxın qohumunda və ya əlaqəli şəxsdə yoxdur və ya o, qanunsuz əmlakın özgəninkiləşdirilməsi nəticəsində qazanılmış pul vəsaitləri ilə əldə edilib.

3. Bu maddədə otuz min laridən əlli min lariyə qədər gəlir böyük məbləğ, əlli min laridən yuxarı olan gəlir isə xüsusilə böyük məbləğ sayılır.

4. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Gürcüstanın 19 mart 2008-ci il tarixli qanunu №5953 – SSM I, №8, 28.03.2008-ci il, maddə56

Gürcüstanın 5 may 2011-ci il tarixli qanunu №4630 – veb-səhifə, 19.05.2011-ci il.

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Maddə 1941. Qanunsuz gəlirin leqallaşdırılması yolu ilə əldə edilmiş əmlakdan istifadə, əmlakın alınması, sahibliyi və ya satışı

1. Əvvəlcədən bildiyi halda qanunsuz gəlirin leqallaşdırılması yolu ilə əldə edilmiş əmlakdan istifadə, əmlakın alınması, sahibliyi və ya satışı, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) Külli miqdarda (böyük məbləğdə), –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək;

q) Xüsusilə külli miqdarda (böyük məbləğdə), –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə otuz min laridən əlli min lariyə qədər gəlir böyük məbləğ, əlli min laridən yuxarı olan gəlir isə xüsusilə böyük məbləğ sayılır.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 19 mart 2008-ci il tarixli qanunu №5953 – SSM I, №8, 28.03.2008-ci il, maddə56

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Maddə 195. (çıxarılıb)

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6153 – veb-səhifə, 25.05.2012-ci il.

Maddə 1951. Dövlət satınalmalarında iştirak qaydasının pozulması

1. "Dövlət satınalmaları haqqında" Gürcüstan Qanununda nəzərdə tutulmuş prosedurlarda iştirak edərkən satınalmalarda iştirak edən subyektlərin özünə və ya başqasına maddi fayda və ya üstünlük əldə etmək məqsədi ilə əvvəlcədən razılaşmaları və ya başqa sövdələşmə (müqavilə), hansı ki satın alan təşkilatın qanuni maraqlarının əsaslı şəkildə pozulmasına səbəb olmuşdur, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 16 iyul 2010-cu il tarixli qanunu №3446 - SSM I, №44, 28.07.2010-cu il, maddə274

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

[Maddə 1951. Dövlət satınalmalarında iştirak qaydasının pozulması

1. Gürcüstanın "Dövlət satınalmaları haqqında" qanunu ilə nəzərdə tutulmuş prosedurlarda iştirak edərkən dövlət satınalmalarında iştirak edən subyektlərin özü və ya başqası üçün maddi fayda və ya üstünlük əldə etmək məqsədi ilə əvvəlcədən razılaşması və ya başqa əqd bağlaması, hansı ki satın alan təşkilatın qanuni marağının əsaslı şəkildə pozulmasına səbəb olmuşdur, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, dəfələrlə törədilmiş, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (2025-ci il yanvarın 1-dən qüvvəyə minir) ]

Qeyd: Bu maddə ilə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs fəaliyyət hüququndan məhrum etmə ilə və ya ləğvetmə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 9 fevral 2023-cü il tarixli qanunu №2575 – veb-səhifə, 27.02.2023-cü il.

Maddə 196. Əmtəə nişanından və ya digər kommersiya göstəricisindan qanunsuz istifadə

1. Başqasının əmtəə nişanının, malların mənşəyinin adının və ya coğrafi göstəricisinin külli miqdarda qanunsuz hazırlanması və ya onların başqa cür qanunsuz istifadəsi, həmçinin, başqasının əmtəə nişanı ilə, malın mənşəyinin adı ilə və ya coğrafi göstəricisi ilə qeydiyyatdan keçmiş firma adı altında qeyri-qanuni olaraq nişanlanmış (markalı) malların istehsalı və ya mülki dövriyyəyə daxil edilməsi, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olmuşdur, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Qeydiyyatdan keçməmiş əmtəə nişanı ilə, malların mənşəyinin adı ilə və ya coğrafi göstəricisi ilə birlikdə xəbərdarlıq etiketinin saxta (yanlış) göstərilməsi, –

Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Belə cinayətə görə məhkum edilmiş şəxs tərəfindən;

q) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Cərimə ilə və/və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Başqasının əmtəə nişanının, malların mənşəyinin adının və ya coğrafi göstəricisinin külli miqdarda qanunsuz hazırlanması külli miqdarda o vaxt olur, nə vaxt ki onların ümumi sayı 1000 ədədi aşır; başqasının əmtəə nişanı ilə, malın mənşəyinin adı ilə, coğrafi göstəricisi ilə və ya qeydiyyatdan keçmiş firma adı altında qeyri-qanuni olaraq nişanlanmış (markalı), istehsal edilmiş və ya mülki dövriyyəyə daxil edilmiş əmtəənin dəyəri isə 5000 laridən artıq olduqda əhəmiyyətli ziyan (zərər) vuran cinayət törədilmiş sayılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 23 iyun 2005-ci il tarixli qanunu №1733 - SSM I, №38, 15.07.2005-ci il, maddə247

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 197. Saxtalaşdırma (Falsifikasiya)

1. Saxtalaşdırma, yəni istehsalçı və ya satıcı tərəfindən aldatma (fırıldaqçılıq) yolu ilə əşyanın keyfiyyətinin dəyişdirilməsi, tamah məqsədi ilə törədilmiş, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə, altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan həyatı və ya sağlamlığı üçün təhlükə yarada bilərdi, –

Beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

4. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, insanın ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, beş ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 23 may 2007-ci il tarixli qanunu №4785 - SSM I, №19, 01.06.2007-ci il, maddə166

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 1971. Saxtalaşdırılmış əşyanın qanunsuz daşınması və ya satışı

Əvvəlcədən bildiyi halda saxtalaşdırılmış əşyanın qanunsuz daşınması və ya satışı, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə, altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2477 - SSM I, №50, 31.12.2009-cu il, maddə395

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 198. İnsan həyatı və ya sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalı, idxalı və ya satışı

1. İnsan həyatı və ya sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalı (hazırlanması), idxalı və ya satışı və/və ya bu cür məhsullarda etiketin qanunsuz istifadəsi, –

Cərimə ilə və ya üç ilədək müddətə islahedici iş ilə, altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki insan həyatına və ya sağlamlığına təhlükə yaradıb, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, insanın ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 1981. Avtomobil benzininin keyfiyyət normalarının və/və ya dizel yanacağının tərkibi normalarının pozulması

Gürcüstan ərazisində elə avtomobil benzini və/və ya dizel yanacağının idxalı, istehsalı və/və ya çatdırılması (tədarükü), hansının ki keyfiyyəti Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilmiş avtomobil benzininin keyfiyyət normalarına və/və ya dizel yanacağının tərkibi normalarına cavab vermir, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 913 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə inzibati tənbeh (cəza) almış və/və ya bu maddədə nəzərdə tutulmuş cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə, −

Cərimə ilə, iki ilədək müddətə islahedici iş ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin maddədə nəzərdə tutulmuş əşyanı könüllü təslim edən şəxs cinayət məsuliyyətindən azad edilir, əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa.

2. Bu maddənin məqsədləri üçün həmin maddədə nəzərdə tutulmuş əşyanı könüllü təslim etmək yalnız elə bir hərəkət sayılır, nə vaxt ki istintaq başlamazdan əvvəl şəxs yazılı şəkildə və ya hər hansı texniki ünsiyyət vasitəsi ilə, qeyd olunan əşyanı təqdim etmək barədə bəyanat (ərizə) verir və aktiv (fəal) hərəkət ilə onun götürülməsinə (çıxarılmasına) kömək edir.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 17 iyul 2020-ci il tarixli qanunu №7058 – veb-səhifə, 22.07.2020-ci il.

Maddə 199. Ekomarkadan qanunsuz istifadə

Ekomarkadan qanunsuz istifadə, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 200. Markalanmalı olan aksizli malların aksiz markası olmadan buraxılması, saxlanması, satışı və ya daşınması

1. Aksiz markası məcburi (mütləq) vurulmalı olan malların aksiz markası olmadan buraxılması, saxlanması, satışı və ya daşınması, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Külli miqdarda (böyük məbləğdə);

q) Bir qrup şəxs tərəfindən, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, xüsusilə külli miqdarda (böyük məbləğdə) törədildikdə, –

Altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Bu fəsildə nəzərdə tutulmuş əmələ görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyəti aksiz markası məcburi (mütləq) vurulmalı olan malın dəyəri iki min laridən artıq olduqda yaranır.

2. Bu maddədə aksiz markası məcburi vurulmalı olan malların dəyəri beş min laridən yuxarı olduqda külli miqdarda (böyük məbləğ), bu cür malın dəyəri on min laridən yuxarı olduqda isə – xüsusilə külli miqdarda (böyük məbləğ) sayılır.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1822 - SSM I, №38, 15.07.2005-ci il, maddə255

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2264 - SSM I, №55, 27.12.2005-ci il, maddə367

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 2001. Saxta aksiz markalarının hazırlanması, satışı və/və ya istifadəsi

1. Saxta aksiz markalarının hazırlanması, satışı və/və ya istifadəsi, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) Külli miqdarda (böyük məbləğdə), –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, qulluqçu (məmur) tərəfindən iş vəziyyətini (statusunu) istifadə edərək törədildikdə, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda (böyük məbləğ);

b) Mütəşəkkil dəstə tərəfindən;

q) Bu fəsildə nəzərdə tutulmuş əmələ görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə, 1000 ədəddən çox saxta aksiz markasının hazırlanması, satışı və/və ya istifadəsi külli miqdarda (böyük məbləğ) sayılır, 5000 ədəddən çox isə - xüsusilə külli miqdarda (böyük məbləğ) sayılır.

Gürcüstanın 29 dekabr 2004-cü il tarixli qanunu №917 – SSM I, №5, 18.01.2005-ci il, maddə27

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 oktyabr 2015-ci il tarixli qanunu №4377 - veb-səhifə, 11.11.2015-ci il.

Gürcüstanın 21 dekabr 2016-cı il tarixli qanunu №163 - veb-səhifə, 28.12.2016-cı il.

Maddə 2002. İkinci dərəcəli (təkrar) istifadə məqsədi ilə aksiz markalarının satışı, alınması və istifadəsi və/və ya başqa şəxsə verilməsi

1. Şəxs tərəfindən aksiz markalarının ikinci dərəcəli (təkrar) istifadə məqsədi ilə satışı, alınması və istifadəsi və/və ya başqa şəxsə verilməsi, o hallardan başqa, nə vaxt ki aksiz markaları ilə nişanlanmalı olan aksizli malların idxalçısı tərəfindən aksiz markaları mallara yapışdırılmaq üçün idxal olunan aksizli malların istehsalçısına verilir, –

6 (altı) ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) Külli miqdarda (böyük məbləğ), –

Bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, qulluqçu (məmur) tərəfindən iş vəziyyətini (statusunu) istifadə edərək törədildikdə, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda (böyük məbləğ);

b) Mütəşəkkil dəstə tərəfindən;

q) Bu fəsildə nəzərdə tutulmuş əmələ görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə 1000 ədəddən çox aksiz markasının ikinci dərəcəli (təkrar) istifadə məqsədi ilə satışı, alınması və istifadəsi və/və ya onların başqa şəxsə verilməsi külli miqdarda (böyük məbləğ), 5000 ədəddən çox isə - xüsusilə külli miqdarda (böyük məbləğ) sayılır. Aksiz markalarının ikinci dərəcəli (təkrar) istifadəsi sayılır - onların nişanlanmış mallardan çıxarılması (sökülməsi) və digər oxşar tipli markalanmamış malların üzərinə yapışdırılması.

Gürcüstanın 29 dekabr 2004-cü il tarixli qanunu №917 – SSM I, №5, 18.01.2005-ci il, maddə27

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 oktyabr 2015-ci il tarixli qanunu №4377 - veb-səhifə, 11.11.2015-ci il.

Gürcüstanın 21 dekabr 2016-cı il tarixli qanunu №163 - veb-səhifə, 28.12.2016-cı il.

Maddə 2003. (çıxarılıb)

Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2477 - SSM I, №50, 31.12.2009-cu il, maddə395

Gürcüstanın 12 noyabr 2010-cu il tarixli qanunu №3806 - SSM I, 66, 03.12.2010-cu il, maddə414

Gürcüstanın 27 mart 2012-ci il tarixli qanunu №5950 – veb-səhifə, 12.04.2012-ci il.

Gürcüstanın 12 iyun 2012-ci il tarixli qanunu №6447 – veb-səhifə, 25.06.2012-ci il.

Gürcüstanın 30 iyun 2017-ci il tarixli qanunu №1183 - veb-səhifə, 13.07.2017-ci il.

Maddə 2004. (çıxarılıb)

Gürcüstanın 22 may 2012-ci il tarixli qanunu №6254 – veb-səhifə, 06.06.2012-ci il.

Gürcüstanın 30 iyun 2017-ci il tarixli qanunu №1183 - veb-səhifə, 13.07.2017-ci il.

Maddə 2005. Məcburi (mütləq) markalanmalı olan aksizsiz malların saxta markalanma nişanının hazırlanması, satışı və/və ya istifadəsi

1. Məcburi (mütləq) markalanmalı olan aksizsiz malların saxta markalanma nişanının hazırlanması, satışı və/və ya istifadəsi, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) Külli miqdarda (böyük məbləğ), –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, qulluqçu (məmur) tərəfindən iş vəziyyətini (statusunu) istifadə edərək törədildikdə, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda (böyük məbləğ);

b) Mütəşəkkil dəstə tərəfindən;

q) Bu fəsildə nəzərdə tutulmuş əmələ görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə 1 000 ədəddən çox məcburi (mütləq) markalanmalı olan aksizsiz malların saxta markalanma nişanının hazırlanması, satışı və/və ya istifadəsi külli miqdarda (böyük məbləğ), 5 000 ədəddən çox isə - xüsusilə külli miqdarda (böyük məbləğ) sayılır.

Gürcüstanın 22 may 2012-ci il tarixli qanunu №6254 – veb-səhifə, 06.06.2012-ci il.

Gürcüstanın 27 oktyabr 2015-ci il tarixli qanunu №4377 - veb-səhifə, 11.11.2015-ci il.

Gürcüstanın 21 dekabr 2016-cı il tarixli qanunu №163 - veb-səhifə, 28.12.2016-cı il.

Maddə 2006. Məcburi (mütləq) markalanmalı olan aksizsiz malların markalanma nişanının ikinci dərəcəli (təkrar) istifadə məqsədi ilə satışı, alınması və istifadəsi və/və ya başqa şəxsə verilməsi

1. Şəxs tərəfindən məcburi (mütləq) markalanmalı olan aksizsiz malların markalanma nişanının ikinci dərəcəli (təkrar) istifadə məqsədi ilə satışı, alınması və istifadəsi və/və ya başqa şəxsə verilməsi, o haldan başqa, nə vaxt ki məcburi (mütləq) markalanmalı olan aksizsiz malların idxalçısı tərəfindən markalanma nişanı mallara yapışdırılmaq üçün idxal olunan malların istehsalçısına verilir, −

Altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) Külli miqdarda (böyük məbləğ), –

Bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, qulluqçu (məmur) tərəfindən iş vəziyyətini (statusunu) istifadə edərək törədildikdə, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda (böyük məbləğ);

b) Mütəşəkkil dəstə tərəfindən;

q) Bu fəsildə nəzərdə tutulmuş əmələ görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əmələ görə, 1 000 ədəddən çox məcburi (mütləq) markalanmalı olan aksizsiz malların markalanma nişanının ikinci dərəcəli (təkrar) istifadə məqsədi ilə satışı, alınması və istifadəsi və/və ya başqa şəxsə verilməsi külli miqdarda (böyük məbləğ), 5 000 ədəddən çox isə - xüsusilə külli miqdarda (böyük məbləğ) sayılır.

2. Məcburi (mütləq) markalanmalı olan aksizsiz malların markalanma nişanının ikinci dərəcəli (təkrar) istifadəsi sayılır - onun oxşar tipli başqa markalanmamış malların üzərinə yapışdırılması.

Gürcüstanın 22 may 2012-ci il tarixli qanunu №6254 – veb-səhifə, 06.06.2012-ci il.

Gürcüstanın 27 oktyabr 2015-ci il tarixli qanunu №4377 - veb-səhifə, 11.11.2015-ci il.

Gürcüstanın 21 dekabr 2016-cı il tarixli qanunu №163 - veb-səhifə, 28.12.2016-cı il.

Maddə 201. Saxta reklam

Reklamın sifarişçisi (müştərisi), istehsalçısı və ya yayımlayıcısı (distribyutoru) tərəfindən istifadəçinin qəsdən çaşdırılması (yanıltılması), hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə, altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 202. İnsayder (daxili) məlumatı, kommersiya və ya bank sirrini saxlayan məlumatları qanunsuz toplamaq, ötürmək (vermək), açıqlamaq və ya istifadə etmək

1. İnsayder (daxili) məlumatı, kommersiya və ya bank sirrini saxlayan məlumatları ötürmək (vermək), açıqlamaq və ya istifadə etmək məqsədi ilə qanunsuz toplamaq, habelə bu cür məlumatları qanunsuz ötürmək (vermək), açıqlamaq və ya istifadə etmək, −

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

b) Təkrar (dəfələrlə);

q) İş vəziyyətindən (statusundan) istifadə edərək;

d) Tamah məqsədi ilə və ya digər şəxsi motivlə;

e) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Cərimə ilə və/və ya dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, beş ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 202​1. „Pulun saxtalaşdırılmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasının təşviqi haqqında“ Gürcüstan Qanununda nəzərdə tutulmuş müvafiq məlumatın məxfiliyini qorumaq öhdəliyinin pozulması

1. Gürcüstanın Maliyyə Monitorinqi Xidmətinin və ya məsul (cavabdeh) şəxsin rəhbəri və ya əməkdaşı tərəfindən şübhəli sövdələşmə (müqavilə) hazırlamaq, bağlamaq, yerinə yetirmək, bağlamağa cəhd etmək və ya yerinə yetirməyə cəhd etmək barədə məlumatın və/və ya Gürcüstanın Maliyyə Monitorinqi Xidmətinin rəisinin qanunun tabeliyində olan normativ aktı ilə nəzərdə tutulmuş sövdələşmə (müqavilə) barədə məlumatın səlahiyyətli orqana çatdırılma faktının açıqlanması, habelə sövdələşmənin (müqavilənin) və/və ya bu sövdələşmənin (müqavilənin) iştirakçısı olan şəxslə (şəxslərlə) əlaqədar hər hansı başqa sövdələşmənin (müqavilənin) hazırlanmasının, bağlanmasının və ya yerinə yetirilməsinin dayandırılması haqqında Gürcüstanın Maliyyə Monitorinqi Xidmətinin rəisinin və ya onun səlahiyyət verdiyi şəxsin göstərişinin açıqlanması −

Cərimə ilə və/və ya üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə cəzalandırılır.

2. Eyni əməl, əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə Gürcüstanın Maliyyə Monitorinqi Xidmətinin rəhbəri və ya əməkdaşı, məsul (cavabdeh) şəxsin rəhbəri və ya əməkdaşı cinayət məsuliyyətinə cəlb edilməyəcək, hansı ki qeyd olunan hərəkəti „Pulun saxtalaşdırılmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasının təşviqi haqqında“ Gürcüstan Qanununda icazə verildiyi hallarda həyata keçirir.

Gürcüstanın 19 mart 2008-ci il tarixli qanunu №5953 – SSM I, №8, 28.03.2008-ci il, maddə56

Gürcüstanın 3 iyul 2015-ci il tarixli qanunu №3902 – veb-səhifə, 10.07.2015-ci il.

Gürcüstanın 30 oktyabr 2019-cu il tarixli qanunu №5237 – veb-səhifə, 30.10.2019-cu il.

Maddə 203. Peşəkar idman yarışının (müsabiqəsinin) və/və ya kommersiya-mənzərəli konkursun iştirakçısının və ya təşkilatın satın alınması

1. Peşəkar idman yarışının (müsabiqəsinin) iştirakçısının, hakimin, məşqçinin, komanda rəhbərinin və ya təşkilatın və/və ya kommersiya-mənzərəli konkursun təşkilatçısının və ya münsiflər heyətinin (jüri) üzvünün yarışın (müsabiqənin) və ya konkursun nəticəsinə təsir etmək məqsədi ilə satın alınması, – Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya altı aydan bir ilədək müddətə islahedici iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, mütəşəkkil dəstə tərəfindən törədildikdə, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Peşəkar idman yarışının (müsabiqəsinin) iştirakçısının yarışın (müsabiqənin) və ya konkursun nəticəsinə təsir etmək məqsədi ilə qanunsuz pul, qiymətli kağız və ya digər əmlakı alması və/və ya əmlak xidmətlərindən istifadə etməsi, –

İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

5. Peşəkar idman yarışının (müsabiqəsinin) hakiminin, məşqçisinin, komanda rəhbərinin və ya təşkilatının və/və ya kommersiya-mənzərəli konkursun təşkilatçısının və ya münsiflər heyətinin (jüri) üzvünün yarışın (müsabiqənin) və ya konkursun nəticəsinə təsir etmək məqsədi ilə qanunsuz pul, qiymətli kağız və ya digər əmlakı alması və/və ya əmlak xidmətlərindən istifadə etməsi, –

Cərimə ilə, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Cinayət məsuliyyətindən azad edilir o şəxs, hansı ki bu maddənin birinci hissəsində göstərilən hər hansı şəxsə pul, qiymətli kağız və ya digər əmlakı verdiyini və/və ya ona əmlak xidmətləri göstərdiyini könüllü olaraq hakimiyyət orqanına bildirib.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 204. (çıxarılıb)

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 2041. Mühasibat uçotu qaydalarının pozulması

1. Özü və ya başqası üçün hər hansı fayda və ya üstünlük əldə etmək, təsirlə ticarət etmək və ya bu cür fəaliyyəti gizlətmək (ört-basdır) etmək məqsədi ilə mühasibat uçotunu aparan şəxs tərəfindən yanlış və ya natamam məlumatı saxlayan mühasibat sənədinin yaradılması, istifadə edilməsi və ya vergi sənədinin uçotu, –

Cərimə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Təkrar (dəfələrlə);

b) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 14 mart 2008-ci il tarixli qanunu №5920 - SSM I, №7, 26.03.2008-ci il, maddə40

Maddə 205. Ödəmə imkanı olmadıqda qanunsuz hərəkət

Ödəmə imkanı olmadıqda kreditor üçün əlçatmazlıq məqsədi ilə əmlakın o hissəsinin xərclənməsi və ya gizlədilməsi, hansı ki iflas rejiminin başlanması halında ödəməsi mümkün olmayan kütlənin içində olacaqdı, habelə təsərrüfatın düzgün idarəetmə tələblərinə zidd olaraq zədələnməsi, yararsız hala düşməsi və ya məhv edilməsi –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 28 mart 2007-ci il tarixli qanunu №4527 - SSM I, №9, 31.03.2007-ci il, maddə92

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 18 sentyabr 2020-ci il tarixli qanunu №7173 – veb-səhifə, 25.09.2020-ci il.

Maddə 2051. Əmlakın yalan və/və ya riyakar (göz boyayıcı) sövdələşmə (müqavilə) ilə gizlədilməsi

1. Müəssisədə və ya başqa təşkilatda rəhbərlik, nümayəndəlik və ya digər xüsusi səlahiyyəti olan şəxs tərəfindən yalan və/və ya riyakar (göz boyayıcı) sövdələşmə (müqavilə) ilə əmlakın gizlədilməsi, gözlənilən və/və ya artıq mövcud olan əmlak öhdəliklərindən qaçmaq məqsədi ilə törədilmiş, –

Cərimə ilə və ya yüz yetmiş saatdan iki yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, −

Cərimə ilə və ya dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, törədilmiş:

a) İş vəziyyətindən (statusundan) istifadə edərək;

b) Külli miqdarda (böyük məbləğ);

q) Təkrar (dəfələrlə), –

Cərimə ilə və ya altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, mütəşəkkil dəstə tərəfindən törədildikdə, −

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə, yalan və/və ya riyakar (göz boyayıcı) sövdələşmə (müqavilə) ilə gizlədilmiş əmlakın dəyəri 10 000 larini aşırsa, külli miqdarda (böyük məbləğ) sayılır.

Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №4981 – veb-səhifə, 14.07.2011-ci il.

Maddə 206. Ödəmə imkanı olmadıqda mühasibat kitabının tərtibi qaydasının pozulması

Ödəmə imkanı olmadıqda mühasibat kitabının tərtibi qaydasının pozulması, hansı ki real əmlak vəziyyətini qiymətləndirməyi çətinləşdirib, –

Cərimə ilə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 28 mart 2007-ci il tarixli qanunu №4527 - SSM I, №9, 31.03.2007-ci il, maddə92

Maddə 207. Ödəmə imkanı olmadıqda ödəmə imkanının olmaması barədə bəyanatın təqdim edilməməsi

Ödəmə imkanı olmadıqda rəhbərlik səlahiyyəti olan şəxs və ya ləğvedici tərəfindən ödəmə imkanının olmaması barədə bəyanatın təqdim edilməməsi –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 mart 2007-ci il tarixli qanunu №4527 - SSM I, №9, 31.03.2007-ci il, maddə92

Gürcüstanın 18 sentyabr 2020-ci il tarixli qanunu №7173 – veb-səhifə, 25.09.2020-ci il.

Maddə 207​1. Borclunu idarə etmək və təmsil etmək səlahiyyəti olan şəxs tərəfindən iflas və ya reabilitasiya inzibatçısı/reabilitasiya nəzarətçisi üçün məlumat təqdim etmək öhdəliyinin pozulması

Borclunu idarə etmək və təmsil etmək səlahiyyəti olan şəxs tərəfindən iflas və ya reabilitasiya inzibatçısı/reabilitasiya nəzarətçisi üçün borclunun əmlakı, öhdəlikləri, maliyyə vəziyyəti və fəaliyyəti haqqında, habelə məhkəmədə gedən davalar haqqında məlumatın müəyyən edilmiş qaydada təqdim edilməməsi, məlumatın qəsdən gec və ya saxta şəkildə təqdim edilməsi –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 mart 2007-ci il tarixli qanunu №4527 - SSM I, №9, 31.03.2007-ci il, maddə92

Gürcüstanın 18 sentyabr 2020-ci il tarixli qanunu №7173 – veb-səhifə, 25.09.2020-ci il.

Maddə 2072. Canlı geni dəyişdirilmiş orqanizmlərin idxalı və/və ya reeksportu (təkrar ixracı)

Canlı geni dəyişdirilmiş orqanizmlərin idxalı (Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş qapalı sistemdə onların istifadə məqsədi ilə idxal halı istisna olmaqla) və/və ya reeksportu –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya cərimə ilə cəzalandırılır.

Gürcüstanın 2 mart 2016-cı il tarixli qanunu №4801 - veb-səhifə, 22.03.2016-cı il.

Fəsil XXVII

Pul-kredit sistemində cinayətlər

Maddə 208. Qanunsuz kredit götürmək

1. Kredit götürmək və ya onun məbləğini artırmaq və/və ya güzəştli kredit götürmək məqsədi ilə bank və ya başqa kreditor üçün təsərrüfat və ya maliyyə vəziyyəti haqqında saxta (yalan) arayış vermək, habelə məqsədli kreditdən təyin olunmadığı kimi istifadə etmək, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Dövlət məqsədli kreditin qanunsuz götürülməsi və ya ondan təyin olunmadığı kimi istifadə etmək, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 209. (çıxarılıb)

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4280 - SSM I, №51, 31.12.2006-cı il, maddə439

Maddə 210. Saxta kredit və ya hesablaşma kartının hazırlanması, satışı və ya istifadəsi

1. Saxta kredit və ya hesablaşma kartı, başqa vergi sənədi və ya əmlak üzərində səlahiyyəti təsdiq edən elə bir sənədi hazırlamaq və ya almaq – satış və ya istifadə məqsədi ilə, satmaq və ya istifadə etmək, hansı ki qiymətli kağız deyil, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə), –

Cərimə ilə və ya dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 16 iyul 2010-cu il tarixli qanunu №3446 - SSM I, №44, 28.07.2010-cu il, maddə274

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 211. Çek və ya kredit kartından sui-istifadə

Çek və ya kredit kartından sui-istifadə, hansı ki nağd pul çıxarana əhəmiyyətli zərər (ziyan) vurub, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 212. Saxta pul və ya qiymətli kağızların hazırlanması və ya buraxılması

1. Saxta bank bileti, metal sikkə, qiymətli kağız və ya valyuta hazırlamaq, almaq, saxlamaq satış (buraxılış) məqsədi ilə və ya satmaq (buraxmaq), –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Külli miqdarda (böyük məbləğ);

b) Belə cinayətə görə məhkum edilmiş şəxs tərəfindən;

q) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, mütəşəkkil dəstə tərəfindən törədildikdə, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Saxta bank biletini, metal sikkəni, qiymətli kağızı və ya valyutanı hazırlayan hər hansı növ çap forması, matris, kağız, boya və digər obyekt və ya maddəni qanunsuz istehsal etmək, almaq, saxlamaq və ya daşımaq satış (buraxılış) məqsədi ilə və ya satmaq (buraxmaq), –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə külli miqdarda (böyük məbləğ) sayılır saxta bank bileti, metal sikkə, qiymətli kağız və ya valyuta, hansının ki kəmiyyət göstəricisi on min larini aşır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2477 - SSM I, №50, 31.12.2009-cu il, maddə395

Maddə 213. Qiymətli kağızlar bazarı qaydalarının pozulması

1. Emissiya prospekti olmadan və ya dayandırılmış emissiya prospekti ilə qiymətli kağızların lazımi icazə almadan qəsdən açıq təklif edilməsi, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Emissiya prospektində əhəmiyyətli faktın və ya hadisənin qəsdən buraxılması (nəzərdən qaçırılması), hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Fəsil XXVIII

Maliyyə fəaliyyəti sahəsində cinayətlər

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 22 iyun 2001-ci il tarixli qanunu №989 – SSM I, №22, 06.07.2001-ci il, maddə79

Gürcüstanın 26 avqust 2003-cü il tarixli qanunu №3110 – SSM I, №29, 18.09.2003-cü il, maddə228

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4280 - SSM I, №51, 31.12.2006-cı il, maddə439

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4718 - SSM I, №18, 22.05.2007-ci il, maddə148

Gürcüstanın 16 iyul 2010-cu il tarixli qanunu №3446 - SSM I, №44, 28.07.2010-cu il, maddə274

Maddə 214. Gürcüstanın gömrük sərhədində malların keçirilməsi ilə bağlı qaydanın pozulması

1. Gürcüstanın gömrük sərhədində külli miqdarda (böyük məbləğ) daşınan əşyanın o tərəfə keçirilməsi və ya bu tərəfə keçirilməsi, gömrük nəzarətindən yan keçməklə və ya ondan gizlənməklə törədilmiş, sənəddən və ya identifikasiya vasitəsindən aldatma yolu ilə istifadə edərək, gömrük bəyannaməsinə saxta məlumatlar daxil etməklə, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, xüsusilə külli miqdarda (böyük məbləğ) törədildikdə, –

Cərimə ilə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Gürcüstanın gömrük sərhədində mədəni irs (miras) abidəsinin və ya Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmış başqa mədəni irs (miras), bahalı metaldan hazırlanmış zərgərlik (zinət) məhsulunun və ya məhsul qırıntılarının qaydaları pozmaqla o tərəfə keçirilməsi və ya bu tərəfə keçirilməsi, –

Cərimə ilə və ya dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Gürcüstanın gömrük sərhədində zəhərli, zəhərləyici, radioaktiv və ya partlayıcı maddənin, silahın, partlayıcı qurğunun (cihazın), odlu silahın, kütləvi qırğın silahı yaratmaq üçün istifadə edilə bilən materialın və ya qurğunun (cihazın) strateji əhəmiyyət kəsb edən xammal qaydasını pozmaqla o tərəfə keçirilməsi və ya bu tərəfə keçirilməsi, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin birinci, 2-ci, 3-cü və ya 4-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Qulluqçu (məmur) və ya ona bərabər tutulan şəxs tərəfindən iş vəziyyətindən (statusundan) istifadə edərək;

q) Gömrük nəzarəti əməkdaşına qarşı zorakılıq tətbiq etməklə;

d) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Səkkiz ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

6. Bu maddənin birinci, 2-ci, 3-cü və ya 4-cü hissəsində nəzərdə tutulmuş əməl, mütəşəkkil dəstə tərəfindən törədilmiş, –

On bir ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə, bu qeydin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, külli miqdarda (böyük məbləğ) sayılır əşya, hansının ki gömrük dəyərinin məbləği on beş min laridən artıqdır, xüsusilə külli miqdarda (böyük məbləğ) isə sayılır əşya, hansının ki gömrük dəyərinin məbləği iyirmi beş min laridən artıqdır.

2. Gizlənmə yeri ilə və ya Gürcüstanın gömrük sərhədini qanunsuz keçmək yolu ilə gömrük nəzarətindən yan keçməklə daxil (idxal) edilmiş əşya üçün külli miqdarda (böyük məbləğ) sayılır əşya, hansının ki gömrük dəyərinin məbləği beş min laridən artıqdır, xüsusilə külli miqdarda (böyük məbləğ) isə sayılır əşya, hansının ki gömrük dəyərinin məbləği on beş min laridən artıqdır.

Gürcüstanın 12 noyabr 2010-cu il tarixli qanunu №3806 - SSM I, 66, 03.12.2010-cu il, maddə414

Gürcüstanın 5 may 2011-ci il tarixli qanunu №4630 – veb-səhifə, 19.05.2011-ci il.

Gürcüstanın 27 mart 2012-ci il tarixli qanunu №5950 – veb-səhifə, 12.04.2012-ci il.

Maddə 215. Xarici ölkəyə aparılmış Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş mədəniyyət abidəsinin və ya abidə əlaməti olan obyektin Gürcüstana qaytarılmaması

Xarici ölkəyə aparılmış Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş mədəniyyət abidəsinin və ya abidə əlaməti olan obyektin müəyyən edilmiş müddət ərzində Gürcüstana qaytarılmaması, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 22 iyun 2001-ci il tarixli qanunu №989 – SSM I, №22, 06.07.2001-ci il, maddə79

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 216. Gürcüstan ərazisində dövriyyədə olan milli valyutadan istifadə qaydalarının pozulması

1. Gürcüstan ərazisində dövriyyədə olan milli valyutadan istifadə qaydalarının pozulması, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Belə cinayətə görə məhkum edilmiş şəxs tərəfindən, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 217. Xarici ölkədən xarici valyutada məbləğin (pulun) qaytarılmaması

Xarici ölkədən xarici valyutada məbləğin (pulun) qaytarılmaması, əgər Gürcüstan qanunvericiliyinə əsasən, onu Gürcüstanın səlahiyyətli bankının hesabına köçürmək məcburidirsə, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 218. Vergidən yayınma

1. Külli miqdarda (böyük məbləğ) vergidən qəsdən yayınma, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Xüsusilə külli miqdarda (böyük məbləğ),

q) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Vergidən yayınmaq məqsədi ilə əmlakın və ya onun bir hissəsinin özgəninkiləşdirilməsi, –

Cərimə ilə və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə ödəniləcək verginin məbləği yüz min laridən çox olduqda külli miqdarda (böyük məbləğ) sayılır, məbləğ yüz əlli min laridən çox olduqda isə - xüsusilə külli miqdarda (böyük məbləğ) sayılır.

2. Şəxs bu maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməyəcək, əgər vergi yoxlamasının nəticələrinə dair "Vergi tələbi"-ni aldıqdan 45 iş günü ərzində, ödənilməli olan əsas məbləğ ödənilmiş, təxirə salınmış və ya düzəldilmiş olsa və ya onun ödəmə öhdəliyi qanunun əsasında dayandırılmış olsa.

Gürcüstanın 29 dekabr 2004-cü il tarixli qanunu №917 – SSM I, №5, 18.01.2005-ci il, maddə27

Gürcüstanın 20 aprel 2005-ci il tarixli qanunu №1356 - SSM I, №19, 28.04.2005-ci il, maddə128

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1822 - SSM I, №38, 15.07.2005-ci il, maddə255

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4280 - SSM I, №51, 31.12.2006-cı il, maddə439

Gürcüstanın 23 mart 2010-cu il tarixli qanunu №2802 - SSM I, №14, 30.03.2010-cu il, maddə88

Gürcüstanın 16 iyul 2010-cu il tarixli qanunu №3446 - SSM I, №44, 28.07.2010-cu il, maddə274

Gürcüstanın 12 noyabr 2010-cu il tarixli qanunu №3806 - SSM I, 66, 03.12.2010-cu il, maddə414

Gürcüstanın 27 dekabr 2011-ci il tarixli qanunu №5648 – veb-səhifə, 09.01.2012-ci il.

Gürcüstanın 30 iyun 2017-ci il tarixli qanunu №1183 - veb-səhifə, 13.07.2017-ci il.

Maddə 219. İstifadəçini aldatmaq

1. İstifadəçini ölçüdə, çəkidə və ya hesabda aldatmaq və/və ya malların istehlak xüsusiyyəti və ya keyfiyyəti haqqında ona yanlış təəssürat yaratmaq, habelə xidmət zamanı onu başqa cür aldatmaq, hansı ki istifadəçiyə əhəmiyyətli zərər (ziyan) vurub, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Külli miqdarda (böyük məbləğ);

q) Belə cinayətə görə məhkum edilmiş şəxs tərəfindən, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə külli miqdarda (böyük məbləğ) sayılır aldatma nəticəsində dəymiş zərərin (ziyanın) miqdarı, hansı ki istifadəçi (müştəri) tərəfindən ödəniləcək dəyərin 20 faizini aşır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 2191. (çıxarılıb)

Gürcüstanın 26 avqust 2003-cü il tarixli qanunu №3110 – SSM I, №29, 18.09.2003-cü il, maddə228

Gürcüstanın 1 iyul 2004-cü il tarixli qanunu №314 – SSM I, №20, 16.07.2004-cü il, maddə107

Fəsil XXIX

Sahibkarlıq və ya digər təşkilatda xidmət (iş) maraqlarının əleyhinə cinayət

Maddə 220. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək

Müəssisədə və ya digər təşkilatda rəhbərlik, nümayəndəlik və ya digər xüsusi səlahiyyətlərdən bu təşkilatın qanuni maraqlarına qarşı, özü və ya başqası üçün fayda və ya üstünlük əldə etmək məqsədi ilə istifadə etmək, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, −

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2477 - SSM I, №50, 31.12.2009-cu il, maddə395

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 2201. Səhlənkarlıq

1. Səhlənkarlıq, yəni müəssisədə və ya digər təşkilatda rəhbərlik, nümayəndəlik və ya digər xüsusi səlahiyyəti olan şəxsin öz xidmət borcunu ona qarşı etinasız (diqqətsiz) münasibətinə görə yerinə yetirməməsi və ya lazımınca (düzgün) yerinə yetirməməsi, hansı ki dövlətin qanuni maraqlarının əsaslı şəkildə pozulmasına səbəb olmuşdur, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, insanın ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2011-ci il tarixli qanunu №4630 - veb-səhifə, 19.05.2011-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 221. Kommersiya rüşvətxorluğu

1. O şəxsə, hansı ki müəssisədə və ya digər təşkilatda rəhbərlik, nümayəndəlik və ya digər xüsusi səlahiyyəti həyata keçirir və ya hansı ki bu təşkilatda işləyir, birbaşa və ya dolayı yolla, onun özünün və ya başqa şəxsin xeyrinə pul, qiymətli kağızlar, başqa əmlak və ya əmlak xidmətləri və/və ya digər qanunsuz (haqsız) üstünlük vəd etmək, təklif etmək, ötürmək (vermək) və ya göstərmək o məqsədlə ki, o, hər hansı bir hərəkəti etsin və ya hər hansı bir hərəkəti etməkdən çəkinsin, öz xidmət (iş) öhdəliklərini pozmaqla, rüşvət verənin (alıcının) və ya digər şəxsin maraqları üçün, –

Cərimə ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə), –

Cərimə ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. O şəxsin, hansı ki müəssisədə və ya digər təşkilatda rəhbərlik, nümayəndəlik və ya digər xüsusi səlahiyyəti həyata keçirir və ya hansı ki bu təşkilatda işləyir, birbaşa və ya dolayı yolla, onun özünün və ya başqa şəxsin xeyrinə pul, qiymətli kağızlar, başqa əmlak və ya əmlak xidmətləri və/və ya digər qanunsuz (haqsız) üstünlük vəd etmək, təklif etmək, ötürmək (vermək) və ya göstərmək tələbi və ya qəbul etməsi o məqsədlə ki, o, hər hansı bir hərəkəti etsin və ya hər hansı bir hərəkəti etməkdən çəkinsin, öz xidmət (iş) öhdəliklərini pozmaqla, rüşvət verənin (alıcının) və ya digər şəxsin maraqları üçün, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə);

q) Hədə-qorxu ilə tələb etməklə, –

Cərimə ilə və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd:

1. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilir, əgər o, bu barədə könüllü olaraq cinayət prosesini aparan orqana məlumat veribsə. Məsuliyyətdən azad etmə haqqında qərarı cinayət prosesini aparan orqan qəbul edir.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 23 fevral 2010-cu il tarixli qanunu №2641 - SSM I, №9, 15.03.2010-cu il, maddə31

Gürcüstanın 5 may 2011-ci il tarixli qanunu №4630 – veb-səhifə, 19.05.2011-ci il.

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Doqquzuncu qapı

İctimai təhlükəsizlik və asayiş əleyhinə olan cinayətlər

Fəsil XXX

İctimai təhlükəsizlik və asayiş əleyhinə olan cinayətlər

Maddə 222. Teleradio yayım və ya rabitə müəssisəsini və/və ya strateji və ya xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirmə və ya bloklama

1. Teleradio yayım və ya rabitə müəssisəsini və/və ya strateji və ya xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirmə və ya bloklama, hansı ki bu müəssisənin və ya obyektin normal fəaliyyətini ləngidib və ya ləngidə bilərdi, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə), –

İki ilədək müddətə islahedici iş ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 2221. Nəqliyyat kommunikasiyalarının bloklanması

1. Maneələr, nəzarət-buraxılış (keçid) məntəqələri yaratmaq yolu ilə və ya başqa qanunsuz üsul ilə nəqliyyat kommunikasiyalarının bloklanmasının təşkili, hansı ki dəmir yolu, hava, su və magistral boru kəmərləri nəqliyyatının normal fəaliyyətini ləngidib və ya ləngidə bilərdi, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Təkrar (dəfələrlə) törədilmiş;

b) Hansı ki insan həyatına və ya sağlamlığına təhlükə törədib;

q) Hansı ki yükün, baqajın və ya sənədlərin qanunsuz müayinəsi və yoxlanılması ilə müşayiət olunur, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əməl, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub və ya hansı ki sağlamlığa ağır xəsarət vurulmasına və ya insan ölümünə səbəb olub, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 4 iyul 2002-ci il tarixli qanunu №1629 – SSM I, №23, 24.07.2002-ci il, maddə114

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 223. Qeyri-qanuni formalaşmanın yaradılması, rəhbərliyi, belə formalaşmaya üzv olmaq, iştirak etmək və/və ya qeyri-qanuni formalaşmanın xeyrinə digər fəaliyyətlərin həyata keçirilməsi

1. Qeyri-qanuni formalaşmanın (qoşun, birlik, bölük və ya digər qrup) yaradılması və ya rəhbərliyi, – Altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Qeyri-qanuni formalaşmaya üzv olmaq və/və ya iştirak etmək, belə formalaşma tərəfindən təşkil edilən təlimlərdən keçmək, bu cür formalaşmaya üzv olmağa, iştirak etməyə və ya onun fəaliyyətini hər hansı başqa yolla təşviq etmək məqsədi ilə insanı öz tərəflərinə çəkmək (yoldan çıxarmaq), təlimlərdən keçirmək və ya insanları toplamaq, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Qeyri-qanuni formalaşmaya üzv olmaq və/və ya iştirak etməklə əlaqədar informasiya materialının və/və ya simvolların yayılması və ya istifadəsi, əgər bu qanuna zidd olan nəticənin yaranmasına aşkar, birbaşa və əsaslı təhlükə yaradırsa, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Qeyri-qanuni formalaşmanın maliyyələşdirilməsi, yəni maliyyə vəsaitlərinin və ya digər əmlakın toplanması və ya çatdırılması - onların/onun qeyri-qanuni formalaşmanın fəaliyyətləri üçün istifadə olunacağını və ya istifadə oluna biləcəyini əvvəlcədən bildiyi halda, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin birinci, 2-ci, 3-cü və ya 4-cü hissəsində nəzərdə tutulmuş əməl, iş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş, –

Səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

6. Bu maddənin birinci, 2-ci, 3-cü və ya 4-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməyə ictimai (açıq) təhrik (çağırış), əgər bu qanuna zidd olan nəticənin yaranmasına aşkar, birbaşa və əsaslı təhlükə yaradırsa, –

İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin məqsədləri üçün „Qeyri-qanuni formalaşma“ (qoşun, birlik, bölük və ya digər qrup) hər hansı bir formalaşma (dövlət orqanının idarə edilməsində mövcud olan formalaşma istisna olmaqla) deməkdir, hansı ki silahlanmışdır odlu silahla, döyüş sursatı ilə, partlayıcı və ya tez alışan maddə ilə, partlayıcı qurğu ilə, gözyaşardıcı, radioaktiv, əsəb-iflic təsiri olan və ya zəhərləyici maddə ilə, soyuq silahla və/və ya elə bir cihazla və ya obyektlə, hansı ki canlı və ya başqa bir obyekti zədələmək və/və ya məhv etmək üçün istifadə edilə bilər, əgər belə formalaşma cinayətkar məqsəd ilə yaradılıbsa.

2. Bu maddədə nəzərdə tutulmuş əməli könüllü olaraq dayandıran (son verən) və bu qeydin birinci hissəsində sözü gedən obyekti təhvil verən şəxs (onun sahibi olduğu halda), cinayət məsuliyyətindən azad edilir, əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №4981 – veb-səhifə, 14.07.2011-ci il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3699 - veb-səhifə, 29.06.2015-ci il.

Maddə 2231. "Oğrular dünyası"na üzvlük, "Qanuni oğurluq"

1. „Oğrular dünyasına“ üzvlük –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, cərimə ilə və ya onsuz.

2. „Qanuni oğurluq“ –

Doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, cərimə ilə və ya onsuz.

Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs cinayət məsuliyyətindən azad edilir, əgər o, bu barədə könüllü olaraq cinayət prosesini aparan orqana məlumat veribsə və onun istintaq orqanları ilə əməkdaşlığı nəticəsində ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin kimliyi aşkarlanırsa və/və ya onun bilavasitə köməyi ilə belə bir cinayətin açılması üçün zəruri şərait yaradılıbsa, əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa. Məsuliyyətdən azad etmə haqqında qərarı cinayət prosesini aparan orqan qəbul edir.

Gürcüstanın 20 dekabr 2005-ci il tarixli qanunu №2355 - SSM I, №57, 29.12.2005-ci il, maddə439

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 18 aprel 2018-ci il tarixli qanunu №2152 – veb-səhifə, 01.05.2018-ci il.

Maddə 2232. "Oğruların yığıncağı"nda iştirak etmək

„Oğruların yığıncağı“nda iştirak etmək –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, cərimə ilə və ya onsuz.

Gürcüstanın 18 aprel 2018-ci il tarixli qanunu №2152 – veb-səhifə, 01.05.2018-ci il.

Maddə 2233. “Oğru dünyası”nın fəaliyyətinin dəstəklənməsi

1. „Oğru dünyasını“ və ya „Oğru dünyasının“ üzvünü/„Qanuni oğrunu“ şifahi, yazılı və ya digər ifadə vasitələri ilə ictimai (açıq) dəstəkləmək, əgər bu "Oğrular dünyasının" fəaliyyətinin həyata keçirilməsinə aşkar, birbaşa və əsaslı təhlükə yaradırsa, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, cərimə ilə və ya onsuz.

2. O şəxs tərəfindən törədilmiş hər hansı əməl (bu maddənin birinci hissəsində nəzərdə tutulmuş istisna olmaqla), hansına ki “Oğru dünyası”nın fəaliyyəti haqqında məlumdur və hansı ki “Oğru dünyası”nın fəaliyyətinin həyata keçirilməsinə fəal hərəkəti ilə dəstək verir, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, cərimə ilə və ya onsuz.

3. Bu maddədə nəzərdə tutulmuş əməl, iş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, cərimə ilə və ya onsuz.

Qeyd:

1. „Oğru dünyasının“ üzvü üçün və/və ya „Qanuni oğru“ üçün yemək, paltar, Gürcüstan qanunvericiliyi ilə icazə verilən əşyanın cəzaçəkmə müəssisəsinə verilməsi və ya insanın həyatını qorumaq üçün zəruri olan bir anlıq hərəkətin həyata keçirilməsi, habelə Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş peşəkar/xidmət borcunun yerinə yetirilməsi/fəaliyyətin həyata keçirilməsi bu maddə ilə nəzərdə tutulmuş cinayət deyil.

2. Bu maddədə nəzərdə tutulmuş cinayəti törətmiş şəxs cinayət məsuliyyətindən azad edilir, əgər o, bu barədə könüllü olaraq cinayət prosesini aparan orqana məlumat veribsə və onun istintaq orqanları ilə əməkdaşlığı nəticəsində ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin kimliyi aşkarlanırsa və/və ya onun bilavasitə köməyi ilə belə bir cinayətin açılması üçün zəruri şərait yaradılıbsa, əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa. Məsuliyyətdən azad etmə haqqında qərarı cinayət prosesini aparan orqan qəbul edir.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 18 aprel 2018-ci il tarixli qanunu №2152 – veb-səhifə, 01.05.2018-ci il.

Maddə 2234. “Oğru dünyası”nın üzvünə/„Qanuni oğruya“ müraciət etmək və ya bu müraciət nəticəsində maddi fayda və ya maddi üstünlük əldə etmək

1. „Oğru araşdırmasının“ həyata keçirilməsi üçün və ya özünə və/və ya başqasına maddi fayda və ya maddi üstünlük əldə etmək üçün şəxsin “Oğru dünyası”nın üzvünə/„Qanuni oğruya“ müraciət etməsi hər hansı şəxsə və ya hər hansı şəxsin qərar qəbul etməsinə təsir etmək məqsədi ilə, "Oğru dünyasının" üzvünün/"Qanuni oğru"nun hər hansı bir hərəkəti edib-etməməsindən və/və ya bu şəxsin istədiyi nəticənin olub-olmamasından asılı olmayaraq, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, cərimə ilə və ya onsuz.

2. Üçüncü şəxs tərəfindən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməlin həyata keçirilməsi nəticəsində əvvəlcədən bildiyi halda maddi fayda və ya maddi üstünlük əldə etmək –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, cərimə ilə və ya onsuz.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki ağır nəticəyə səbəb olub, –

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, cərimə ilə və ya onsuz.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayəti törətmiş şəxs cinayət məsuliyyətindən azad edilir, əgər o, bu barədə könüllü olaraq cinayət prosesini aparan orqana məlumat veribsə və onun istintaq orqanları ilə əməkdaşlığı nəticəsində ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin kimliyi aşkarlanırsa və/və ya onun bilavasitə köməyi ilə belə bir cinayətin açılması üçün zəruri şərait yaradılıbsa, əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa. Məsuliyyətdən azad etmə haqqında qərarı cinayət prosesini aparan orqan qəbul edir.

Gürcüstanın 18 aprel 2018-ci il tarixli qanunu №2152 – veb-səhifə, 01.05.2018-ci il.

Maddə 224. Banditizm

1. Şəxsə və ya təşkilata hücum etmək məqsədi ilə möhkəm silahlı qruplaşmanın (bandanın) yaradılması və ya rəhbərliyi, –

On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qruplaşmada (bandada) və ya onun təşkil etdiyi hücumda iştirak etmək, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 2241. Reket qruplaşmasında iştirak etmək

Müstəqil olaraq və ya başqa şəxslə (şəxslərlə) reket qruplaşmasının fəaliyyətinin aparılması və ya reket qruplaşmasının fəaliyyətində başqa cür iştirak etmək, habelə reket qruplaşmaları arasında və ya reket qruplaşması və başqa şəxs arasında mübahisələrin (davaların) qeyri-qanuni həlli və ya mübahisələrin (davaların) qeyri-qanuni həllində iştirak etmək, –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 225. Qrup zorakılığını təşkil etmək, rəhbərlik etmək və ya onda iştirak etmək

1. Qrup hərəkətini təşkil etmək və ya rəhbərlik etmək, hansı ki zorakılıqla, basqınla, başqasının əşyasının zədələnməsi və ya məhv edilməsi ilə, silahdan istifadə etməklə, silahdan istifadə edərək hökumət nümayəndəsinə müqavimət göstərməklə və/və ya onlara hücum etməklə müşayiət olunur, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməldə iştirak etmək –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddənin məqsədləri üçün silah dedikdə başa düşülür odlu silah, döyüş sursatı, partlayıcı və ya tez alışan maddə, partlayıcı qurğu (cihaz), gözyaşardıcı, radioaktiv, əsəb-iflic təsiri olan və ya zəhərləyici maddə, soyuq silah və/və ya hər hansı cihaz və ya obyekt, hansı ki canlı və ya başqa bir obyekti zədələmək və/və ya məhv etmək üçün istifadə edilə bilər.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №4981 - veb-səhifə, 14.07.2011-ci il.

Maddə 226. İctimai asayişi pozan qrup hərəkətlərinin təşkili və ya onda fəal iştirak etmək

Qrup hərəkətlərini təşkil etmək, hansı ki ictimai asayişi kobudcasına pozur və ya hökumət nümayəndəsinin qanuni tələbinə açıq-aşkar itaətsizliklə (tabe olmamaqla) bağlıdır və ya hansı ki nəqliyyatın, müəssisənin, idarənin və ya təşkilatın fəaliyyətinin ləngiməsinə səbəb olmuşdur, habelə belə hərəkətdə fəal iştirak etmək, –

Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 227. Hava və ya su gəmisini və/və ya dəmir yolu vaqonunun hərəkət edən tərkibini qanunsuz ələ keçirmək

1. Hava və ya su gəmisini və/və ya dəmir yolu vaqonunun hərəkət edən tərkibini qanunsuz ələ keçirmək, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) Həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqla və/və ya bu cür zorakılıq tətbiq etmək hədə-qorxusu ilə, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 2271. Su gəmisinin naviqasiyasına təhlükə yaratmaq

1. Su gəmisinə qəsdən yalan məlumat vermək və bununla da su gəmisinin naviqasiyasına təhlükə yaratmaq, –

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Su gəmisində olan şəxsə qarşı törədilmiş zorakılıq və ya zorakılıq tətbiq etmək hədə-qorxusu, hansının ki nəticəsində su gəmisinin naviqasiyası təhlükə ilə üzləşə bilər, –

Üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Dəniz-naviqasiya avadanlıqlarının zədələnməsi və ya onların fəaliyyətinə maneçilik törətmək, bununla da su gəmisinin naviqasiyasına təhlükə yaratmaq, –

Beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Su gəmisində elə bir cihazın və ya maddənin yerləşdirilməsi, hansı ki su gəmisinin və ya onun yükünün məhv olmasına və ya zədələnməsinə səbəb ola bilər, bu isə su gəmisinin təhlükəsiz naviqasiyasına təhlükə yaradır, –

Yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Su gəmisinin və ya onun yükünün məhv edilməsi və ya zədələnməsi, hansı ki təhlükəsiz naviqasiyaya təhlükə yarada bilər, –

Səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3542 - SSM I, №36, 04.08.2006-cı il, maddə268

Maddə 2272. Stasionar platformanın qanunsuz zəbt edilməsi, məhv edilməsi və ya zədələnməsi

1. Stasionar platformanın (süni ada, qurğu (cihaz) və ya quruluş, hansı ki resursların kəşfiyyatı və ya istismarı və ya digər iqtisadi məqsədlər üçün dənizin dibinə bərkidilib) zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə qanunsuz zəbt edilməsi, habelə stasionar platformada olan şəxsə qarşı törədilmiş zorakılıq, hansı ki onun təhlükəsizliyinə təhlükə yaradır, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Stasionar platformada elə bir cihazın və ya maddənin yerləşdirilməsi, hansı ki onun məhv olmasına və ya zədələnməsinə səbəb ola bilər, –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Stasionar platformanın məhv edilməsi və ya zədələnməsi, –

Yeddi ildən on beş ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3542 - SSM I, №36, 04.08.2006-cı il, maddə268

Maddə 2273. Hava gəmisi (təyyarə) üçün təhlükə yaratmaq

1. Hava gəmisinə qəsdən yalan məlumat vermək və bununla da uçuş zamanı hava gəmisinin təhlükəsizliyinə təhlükə yaratmaq, –

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Hava gəmisində olan şəxsə qarşı törədilmiş zorakılıq və ya zorakılıq tətbiq etmək hədə-qorxusu, hansının ki nəticəsində hava gəmisinin təhlükəsizliyinə təhlükə yarana bilər, −

Üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Naviqasiya avadanlığının zədələnməsi və ya məhv edilməsi və ya onun fəaliyyətinə maneçilik törətmək, hansı ki uçuş zamanı hava gəmisinin təhlükəsizliyinə təhlükə yaradır, –

Beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Hava gəmisində elə bir cihazın və ya maddənin yerləşdirilməsi və ya yerləşdirməyə təşviq etmək, hansı ki hava gəmisinin və ya onun yükünün məhv edilməsinə və ya zədələnməsinə səbəb ola bilər, bu isə uçmağı qeyri-mümkün edəcək və ya hansı ki uçuş zamanı hava gəmisinin təhlükəsizliyinə təhlükə yarada bilər, –

Yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Hava gəmisinin və ya onun yükünün məhv edilməsi və ya zədələnməsi, hansı ki uçmağı qeyri-mümkün edəcək və ya hansı ki uçuş zamanı hava gəmisinin təhlükəsizliyinə təhlükə yarada bilər, –

Səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə cəzalandırılır.

Gürcüstanın 2 mart 2012-ci il tarixli qanunu №5744 – veb-səhifə, 15.03.2012-ci il.

Maddə 228. Dəniz quldurluğu (Piratçılıq)

1. Dəniz quldurluğu, yəni su gəmisinə və ya digər üzən vasitəyə hücum etmək başqasının əşyasını ələ keçirmək üçün, ona qanunsuz sahiblənmək məqsədi ilə, zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə törədilmiş, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Təkrar (dəfələrlə);

b) Hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 229. Partlayış

1. Partlayıcı və ya həyat və sağlamlıq üçün təhlükəli olan başqa cihazı və ya maddəni daşımaq, yerləşdirmək, atəşə tutmaq, partlatmaq və ya digər hərəkət, ölümə, ağır bədən xəsarətinə, əhəmiyyətli əmlak zərərinə və ya başqa ağır nəticəyə səbəb olmaq məqsədi ilə, −

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, ictimai yerdə, dövlət qurumunda, ictimai nəqliyyat sistemində və ya infrastruktur obyektində və/və ya onun əleyhinə törədilmiş, ölümə və ya ağır bədən xəsarətinə səbəb olmaq və/və ya sözügedən yerə, quruma, sistemə və ya obyektə zərər vurmaq məqsədi ilə, nə vaxt ki bu zərər əhəmiyyətli iqtisadi itkiyə səbəb olur və ya onun nəticəsində, çox güman ki, belə bir itki gələcək, −

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Belə cinayətə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən;

q) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl:

a) Hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub;

b) Mütəşəkkil dəstə tərəfindən törədilmiş, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 2 mart 2012-ci il tarixli qanunu №5744 – veb-səhifə, 15.03.2012-ci il.

Maddə 2291. Enerji resurslarının istifadəsi qaydalarının pozulması

1. Elektrik və ya istilik enerjisindən, qazdan, neftdən və ya neft məhsullarından istifadə qaydalarının pozulması, hansı ki əhəmiyyətli ziyan (zərər) vurmuşdur, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) İnsan həyatına və ya sağlamlığına təhlükə törətmiş vasitədən istifadə etməklə, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektinin sıradan çıxmasına (qəzasına) və ya ağır bədən xəsarətinə və ya insan ölümünə və/və ya digər ağır nəticəyə səbəb olmuşdur, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 4 iyul 2002-ci il tarixli qanunu №1629 – SSM I, №23, 24.07.2002-ci il, maddə114

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 230. Nüvə materialı və ya avadanlığı, radioaktiv tullantılar, radioaktiv maddə ilə qanunsuz rəftar

1. Nüvə materialını və ya avadanlığını, radioaktiv tullantıları (işlənmiş nüvə yanacağı da daxil olmaqla), radioaktiv maddəni, habelə hər hansı növ və təyinatlı avadanlığı, cihazı, aləti və ya quruluşu, hansının ki tərkibində radioaktiv maddə var, qanunsuz almaq, saxlamaq, sahiblənmək və ya xərcləmək, istifadə etmək, işləmək, sınaqdan keçirmək, ötürmək (vermək), daşımaq, ixrac etmək, idxal etmək, ticarət və ya onlarla digər qanunsuz rəftar, habelə onlarla əlaqəli digər sövdələşmə (müqavilə) –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Təkrar (dəfələrlə) törədilmiş;

b) Hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub –

Səkkiz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 4 may 2010-cu il tarixli qanunu №3053 - SSM I, №26, 20.05.2010-cu il, maddə181

Maddə 231. Nüvə materialının, radioaktiv maddənin və ya ionlaşdırıcı şüalanmanın başqa bir mənbəyinin ələ keçirilməsi

1. Nüvə materialının, radioaktiv maddənin və ya ionlaşdırıcı şüalanmanın başqa bir mənbəyinin ələ keçirilməsi, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqla və/və ya belə zorakılıq tətbiq etmək hədə-qorxusu ilə törədilmiş, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 2311. Nüvə materialını qanunsuz tələb etmək

Zorakılıq tətbiq edərək və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə nüvə maddəsini tələb etmək, –

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3542 - SSM I, №36, 04.08.2006-cı il, maddə268

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Maddə 2312. Nüvə maddəsinə qanunsuz sahiblik etmək və ya istifadə etmək hədə-qorxusu

Nüvə maddəsinə qanunsuz sahiblik etmək və ya istifadə etmək hədə-qorxusu, −

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Maddə 232. Nüvə silahının və ya digər nüvə partlayıcı qurğuların hazırlanması

1. Nüvə silahının və ya digər nüvə partlayıcı qurğuların hazırlanması, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə), –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 233. Nüvə və ya radioaktiv obyektdə qəza və ya bədbəxt hadisə haqqında məlumatı gizlətmək və ya təhrif etmək (eybəcərləşdirmək)

1. Nüvə və ya radioaktiv obyektdə qəza və ya bədbəxt hadisə haqqında məlumatı gizlətmək (ört-basdır etmək) və ya təhrif etmək (eybəcərləşdirmək), hansı ki insanın ölümünə və ya digər ağır nəticəyə səbəb ola bilərdi, –

Cərimə ilə və ya beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki insanın ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

Yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 234. Gürcüstan ərazisində radioaktiv, təhlükəli tullantıların tranziti və ya idxalı və ya yerləşdirmək məqsədi ilə təhlükəli olmayan tullantıların idxalı və ya təhlükəli tullantıların qanunsuz ixracı

1. Gürcüstan ərazisində radioaktiv, təhlükəli tullantıların tranziti və ya idxalı və ya yerləşdirmək məqsədi ilə təhlükəli olmayan tullantıların idxalı və ya təhlükəli tullantıların qanunsuz ixracı –Cərimə ilə və ya beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki ağır nəticəyə səbəb olub, –Səkkiz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 13 aprel 2016-cı il tarixli qanunu №4959 - veb-səhifə, 26.04.2016-cı il.

Maddə 235. Kütləvi qırğın silahının, silahları və ya hərbi texnikanı yaratmaq üçün lazım olan texnologiyanın, elmi-texniki məlumatın və ya xidmətin qanunsuz ixracı

Kütləvi qırğın silahının və ya onu daşıyan vasitənin, silahları və ya hərbi texnikanı yaratmaq üçün lazım olan texnologiyanın, elmi-texniki məlumatın və ya xidmətin qanunsuz ixracı, hansına ki münasibətdə xüsusi ixrac nəzarəti müəyyən edilib, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 2351. “Kimyəvi Silah Haqqında” konvensiya ilə müəyyən edilmiş zəhərli kimyəvi maddəni və ya onun prekursorunu qanunsuz hazırlamaq, almaq, saxlamaq, sahiblənmək, xərcləmək, istifadə etmək, işləmək, sınaqdan keçirmək, ötürmək (vermək), daşımaq, ixrac etmək, idxal etmək, ticarət və ya onunla digər qanunsuz rəftar, habelə onunla əlaqəli digər qanunsuz sövdələşmə (müqavilə), o cümlədən, Gürcüstanın beynəlxalq müqaviləsində nəzərdə tutulmuş dövriyyə qaydalarının pozulması

1. “Kimyəvi Silah Haqqında” konvensiya ilə müəyyən edilmiş zəhərli kimyəvi maddəni və ya onun prekursorunu qanunsuz hazırlamaq, almaq, saxlamaq, sahiblənmək, xərcləmək, istifadə etmək, işləmək, sınaqdan keçirmək, ötürmək (vermək), daşımaq, ixrac etmək, idxal etmək, ticarət və ya onunla digər qanunsuz rəftar, habelə onunla əlaqəli digər qanunsuz sövdələşmə (müqavilə), o cümlədən, Gürcüstanın beynəlxalq müqaviləsində nəzərdə tutulmuş dövriyyə qaydalarının pozulması, – Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, kimyəvi silah hazırlamaq məqsədi ilə törədilmiş, –

Səkkiz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 22 dekabr 2018-ci il tarixli qanunu №4027 – veb-səhifə, 26.12.2018-ci il.

Maddə 236. Odlu silahı (Hamar lüləli odlu ovçuluq silahı (tüfəng) istisna olmaqla)), döyüş sursatını, partlayıcı maddəni və ya partlayıcı qurğunu (cihazı) qanunsuz almaq, saxlamaq, gəzdirmək, hazırlamaq, daşımaq, göndərmək və ya satmaq

1. Odlu ovçuluq silahını və ya odlu idman silahını və/və ya belə silahlara aid olan döyüş sursatını qanunsuz almaq və ya saxlamaq, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə), –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Odlu silahı (bu maddənin birinci hissəsində nəzərdə tutulan istisna olmaqla), döyüş sursatını (bu maddənin birinci hissəsində nəzərdə tutulan istisna olmaqla), partlayıcı maddəni və ya partlayıcı qurğunu (cihazı) qanunsuz almaq və ya saxlamaq, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Odlu silahı, döyüş sursatını, partlayıcı maddəni və ya partlayıcı qurğunu (cihazı) qanunsuz gəzdirmək, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Odlu silahı, döyüş sursatını, partlayıcı maddəni və ya partlayıcı qurğunu (cihazı) qanunsuz hazırlamaq, daşımaq, göndərmək və ya satmaq, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

6. Bu maddənin 3-cü, 4-cü və ya 5-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qrup halında;

b) Bu maddənin 3-cü, 4-cü və ya 5-ci hissəsində nəzərdə tutulmuş cinayətə görə məhkum edilmiş şəxs tərəfindən, –

Səkkiz ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əşyaları könüllü olaraq təhvil verən şəxs cinayət məsuliyyətindən azad edilir, əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3705 - veb-səhifə, 30.06.2015-ci il.

Gürcüstanın 10 iyul 2015-ci il tarixli qanunu №4007 - veb-səhifə, 13.07.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 6 iyun 2018-ci il tarixli qanunu №2453 – veb-səhifə, 12.06.2018-ci il.

Maddə 237. Silahı, döyüş sursatını, partlayıcı maddəni və ya partlayıcı qurğunu (cihazı) sahiblənmək məqsədi ilə qanunsuz ələ keçirmək və ya hədə-qorxu ilə tələb etmək

1. Odlu silahı (Hamar lüləli odlu ovçuluq silahı (tüfəng) istisna olmaqla)), onu tamamlayan detalı, döyüş sursatını, partlayıcı maddəni və ya partlayıcı qurğunu (cihazı) sahiblənmək məqsədi ilə qanunsuz ələ keçirmək və ya hədə-qorxu ilə tələb etmək, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Nüvə, kimyəvi, bioloji və ya digər kütləvi qırğın silahını və/və ya belə silahların hazırlanması üçün lazım olan materialı və ya qurğunu (cihazı) sahiblənmək məqsədi ilə qanunsuz ələ keçirmək və ya hədə-qorxu ilə tələb etmək, –

Səkkiz ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) İş vəziyyətindən (statusundan) istifadə edərək;

d) Həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zorakılıqla, və/və ya bu cür zorakılığı bir anlıq tətbiq etmək hədə-qorxusu ilə, –

Doqquz ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və/və ya bu cür zorakılığı bir anlıq tətbiq etmək hədə-qorxusu ilə;

q) Başqasının əşyasını qanunsuz mənimsəməyə və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən, –

On bir ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3705 - veb-səhifə, 30.06.2015-ci il.

Gürcüstanın 10 iyul 2015-ci il tarixli qanunu №4007 - veb-səhifə, 13.07.2015-ci il.

Maddə 238. Odlu silahı (o cümlədən, hamar lüləli odlu ovçuluq silahını (tüfəngi)) diqqətsiz (etinasız) saxlamaq

Odlu silahı (o cümlədən, hamar lüləli odlu ovçuluq silahını (tüfəngi)) diqqətsiz (etinasız) saxlamaq, hansının ki nəticəsində onun başqa şəxs tərəfindən istifadə edilməsinə şərait yaradılmışdır, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3705 – veb-səhifə, 30.06.2015-ci il.

Gürcüstanın 10 iyul 2015-ci il tarixli qanunu №4007 - veb-səhifə, 13.07.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 238​1. Soyuq silah gəzdirmək

1. Soyuq silah gəzdirməyə görə inzibati tənbeh (cəza) almış şəxsin, narkotiklərdən istifadə etdiyinə görə inzibati tənbeh (cəza) almış şəxsin və/və ya barəsində qoruyucu və ya qadağanedici order çıxarılmış şəxsin (bu orderin qüvvədə olduğu müddət ərzində) soyuq silah gəzdirməsi –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Qəsdən cinayət törətməyə görə məhkum edilmiş şəxsin soyuq silah gəzdirməsi −

Cərimə ilə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. O hal istisna olmaqla, nə vaxt ki soyuq silah gəzdirmək ictimai asayişin pozulmasına səbəb olur və ya bunun açıq-aşkar təhlükəsini yaradır, bu maddə o şəxsə şamil edilmir, hansı ki soyuq silah gəzdirir:

a) Şəxsi gigiyena qaydalarına riayət etmək məqsədi ilə;

b) Yemək hazırlamaq və/və ya qəbul etmək məqsədi ilə;

q) Öz peşə fəaliyyətini həyata keçirmək məqsədi ilə;

d) Ovçuluq, balıq ovu və ya (və/və ya) bitkiçilik məhsulları toplamaq məqsədi ilə;

e) Kənd təsərrüfatı fəaliyyətini və/və ya maldarlığı həyata keçirmək məqsədi ilə;

v) Nə vaxt ki, milli paltar geyinib və soyuq silah (xəncər, qılınc və başqaları) bu paltarın bir hissəsidir.

2. Bu məcəllənin məqsədləri üçün „soyuq silah gəzdirmək“ elə halın mövcudluğu deməkdir, nə vaxt ki adamın yanında soyuq silah var − əlində tutur, bədəninə yapışdırılıb, paltarında saxlayır və ya dərhal istifadə edə biləcək şəkildə ona sahiblik edir.

3. Barəsində qoruyucu və ya qadağanedici order çıxarılmış şəxsə də bu maddə şamil edilir (bu orderin qüvvədə olduğu müddət ərzində), əgər soyuq silahın gəzdirilməsinə qadağa bu orderdə nəzərdə tutulubsa.

4. Qısa lüləli odlu silah gəzdirmək hüququ olan şəxsin soyuq silah gəzdirmək hüququ da var.

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 11 dekabr 2013-cü il tarixli qanunu №1701 - veb-səhifə, 25.12.2013-cü il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3705 - veb-səhifə, 30.06.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5027 – veb-səhifə, 01.10.2019-cu il.

Gürcüstanın 14 dekabr 2022-ci il tarixli qanunu №2295 – veb-səhifə, 27.12.2022-ci il.

Maddə 239. Xuliqanlıq

1. Xuliqanlıq, yəni ictimai asayişi kobud şəkildə pozan və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən əməl, zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə törədilmiş, –

Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Hökumət nümayəndəsinə və ya xuliqanlığın qarşısını alan başqa şəxsə qarşı;

q) Xuliqanlığa görə məhkum edilmiş şəxs tərəfindən, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, odlu silahdan və ya silah kimi başqa obyektdən istifadə edərək törədilmiş, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 2391. İctimai (açıq) şəkildə zorakı hərəkətlərə çağırış

1. İrqi, dini, milli, regional, etnik, sosial, siyasi, dil və/və ya digər əlamətlərə malik olan şəxslər qrupları arasında parçalanma (bölünmə) salmaq üçün şifahi, yazılı və ya digər ifadə vasitələri ilə açıq şəkildə zorakı hərəkətlərə çağırış, əgər bu, açıq-aydın, birbaşa və əsaslı zorakı hərəkətin həyata keçirilməsi təhlükəsini yaradırsa, –

Cərimə ilə və ya iki yüz saatdan dörd yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki insana vurulan ağır bədən xəsarətinə, ölümə və ya digər ağır nəticəyə səbəb olub, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3699 - veb-səhifə, 29.06.2015-ci il.

Fəsil XXXI.

İş zamanı təhlükəsizlik qaydalarının pozulması

Maddə 240. Dağ-mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması

1. Dağ-mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması, hansı ki sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurmuşdur, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

Altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 2401. Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektində təhlükəsizlik qaydalarının pozulması

1. Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektində tərtibat, layihələndirmə, tikinti və ya istismar zamanı təhlükəsizlik qaydalarının pozulması, hansı ki az ağır və ya ağır bədən xəsarətinə və ya əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə, və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki iki və ya daha çox insanın ölümünə səbəb olub, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 4 iyul 2002-ci il tarixli qanunu №1629 – SSM I, №23, 24.07.2002-ci il, maddə114

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 241. Atom enerjisi obyektində təhlükəsizlik qaydalarının pozulması

1. Atom enerjisi obyektində tərtibat, layihələndirmə, tikinti və ya istismar zamanı təhlükəsizlik qaydalarının pozulması, hansı ki ehtiyatsızlıqdan insan ölümünə və ya ətraf mühitin radioaktiv çirklənməsinə səbəb ola bilərdi, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan ölümünə səbəb olub, –

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki iki və ya daha çox insanın ölümünə, ətraf mühitin radioaktiv çirklənməsinə və ya digər ağır nəticəyə səbəb olub, –

Yeddi ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 242. Partlayış təhlükəsi olan müəssisədə və ya emalatxanada (sexdə) təhlükəsizlik qaydalarının pozulması

1. Partlayış təhlükəsi olan müəssisədə və ya emalatxanada (sexdə) istehsalat-texniki təhlükəsizlik qaydalarının pozulması, hansı ki ehtiyatsızlıqdan ağır nəticəyə səbəb ola bilərdi, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Partlayış təhlükəsi olan müəssisədə və ya emalatxanada (sexdə) istehsalat-texniki təhlükəsizlik qaydalarının pozulması, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Partlayış təhlükəsi olan müəssisədə və ya emalatxanada (sexdə) istehsalat-texniki təhlükəsizlik qaydalarının pozulması, hansı ki iki və ya daha çox insanın ölümünə səbəb olub, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 243. Yanğın təhlükəsizliyi qaydalarının pozulması

1. Bu qaydaya əməl olunmasına cavabdeh olan şəxs tərəfindən yanğın təhlükəsizliyi qaydasının pozulması, hansı ki sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurmuşdur, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki iki və ya daha çox insanın ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 244. Partlayıcı, tez alışan (tez alovlanan), kəskin maddənin və ya pirotexniki quruluşun qeydə alınma, saxlama, daşıma, istifadə və ya göndərmə qaydalarının pozulması

Partlayıcı, tez alışan (tez alovlanan), kəskin maddənin və ya pirotexniki quruluşun qeydə alınma, saxlama, daşıma və ya istifadə qaydalarının pozulması, habelə onu qeyri-qanuni yolla poçt və ya baqajla göndərmək, hansı ki ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 245. Nüvə materialı, radioaktiv tullantılar, radioaktiv maddə və ya ionlaşdırıcı şüalanmanın digər mənbəyi ilə rəftar qaydalarının pozulması

1. Nüvə materialı, radioaktiv tullantılar, radioaktiv maddə və ya ionlaşdırıcı şüalanmanın digər mənbəyini almaq, saxlamaq, basdırmaq, sahiblənmək, istifadə, yenidən işləmək, sınaqdan keçirmək, ötürmək (vermək), qeydə almaq, daşımaq, ixrac-idxal və ya onunla rəftarın başqa qaydasının pozulması, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb ola bilərdi, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə), –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Fəsil XXXII

Əhalinin sağlamlığı və ictimai əxlaq (mənəviyyat) əleyhinə olan cinayət

Maddə 246. Qanunsuz tibbi və ya əczaçılıq fəaliyyəti

1. Qanunsuz tibbi və ya əczaçılıq fəaliyyəti, hansı ki sağlamlığa zərər (ziyan) vurub, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki insan ölümünə səbəb olub, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 247. Həyat və ya sağlamlığa təhlükə yaradan hallar haqqında məlumatı gizlətmək və ya saxtalaşdırmaq

1. Həyata, sağlamlığa və ya ətraf mühitə təhlükə yaradan hal, fakt və ya hadisə haqqında məlumatın onu əhaliyə təqdim etməyə (çatdırmağa) borclu olan şəxs tərəfindən gizlədilməsi və ya saxtalaşdırılması, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, qulluqçu (məmur) tərəfindən törədildikdə və ya sağlamlığa zərər (ziyan) vurduqda və ya digər ağır nəticəyə səbəb olduqda, –

Cərimə ilə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 248. Sanitariya-epidemioloji qaydanın pozulması

1. Sanitariya-epidemioloji qaydanın pozulması, hansı ki insanların kütləvi şəkildə xəstələnməsinə və ya zəhərlənməsinə səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan ölümünə səbəb olub, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 2481. İzolyasiya və/və ya karantin qaydalarının pozulması

"İctimai sağlamlıq haqqında" Gürcüstan Qanunu ilə nəzərdə tutulmuş məsələlərlə bağlı müəyyən edilmiş izolyasiya (təcrid) və/və ya karantin qaydalarının pozulması, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 4210 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə inzibati tənbeh (cəza) almış və/və ya bu maddədə nəzərdə tutulmuş cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə, −

Altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 23 aprel 2020-ci il tarixli qanunu №5889 – veb-səhifə, 24.04.2020-ci il.

Maddə 249. Zəhərin dövriyyə qaydasının pozulması

1. Satış məqsədi ilə zəhərin qanunsuz hazırlanması, istehsalı, alınması, saxlanması, daşınması və ya satılması, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə);

q) Külli miqdarda (böyük məbləğ), –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Zəhərin istehsalı, alınması, saxlanması, qeydə alınması, verilməsi (paylanması), daşınması və ya göndərilməsi qaydalarının pozulması, hansı ki bu cür maddənin qanunsuz dövriyyəsinə və ya digər ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 250. Zəhərin qeyri-qanuni mənimsənilməsi və ya hədə-qorxu ilə tələb edilməsi

1. Zəhəri qeyri-qanuni mənimsəmək və ya hədə-qorxu ilə tələb etmək, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Külli miqdarda (böyük məbləğ), –

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqla və/və ya bu cür zorakılığı tətbiq etmək hədə-qorxusu ilə, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 251. Təhlükəsizlik tələblərinə uyğun olmayan, keyfiyyətsiz malların buraxılması və ya satışı və/və ya keyfiyyətsiz işlərin görülməsi və ya keyfiyyətsiz xidmət göstərilməsi

1. Keyfiyyətsiz malların buraxılması və ya satışı və/və ya keyfiyyətsiz işlərin görülməsi və ya keyfiyyətsiz xidmət göstərilməsi, hansı ki istifadəçinin həyatının və ya sağlamlığının təhlükəsizliyinə dair tələblərə uyğun gəlmir, həmçinin elə rəsmi sənədin qanunsuz verilməsi və ya istifadəsi, hansı ki bu malın iş və ya xidmət üçün təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edir, hansı ki insan sağlamlığına zərər (ziyan) vurub, –

Cərimə ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, insan sağlamlığına ağır zərər (ziyan) vurduqda və/və ya iki və ya daha çox insanın sağlamlığına zərər (ziyan) vurduqda, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan ölümünə səbəb olub, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 252. Qeyri-qanuni birlik yaratmaq və ya ona rəhbərlik etmək və/və ya orada iştirak etmək

1. Fəaliyyəti insanlara qarşı zorakılıqla müşayiət olunan belə dini, siyasi və ya ictimai birliyin yaradılması və/və ya belə birliyin rəhbərliyi, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş birlikdə iştirak etmək, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 253. Fahişəliyə cəlb etmək (qoşmaq)

1. Əmlakın məhv edilməsi hədə-qorxusu ilə, şantaj və ya aldatma yolu ilə fahişəliyə cəlb etmək, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə fahişəliyə cəlb etmək, −

Dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Əvvəlcədən bildiyi halda aciz (köməksiz) vəziyyətdə olan şəxsə və ya hamilə qadına qarşı;

q) Təkrar (dəfələrlə);

d) İki və ya daha çox şəxsə qarşı;

e) Cinayətkarın himayəsində, qəyyumluğunda və ya nəzarəti altında olan şəxsə və ya ailə üzvünə qarşı, −

Səkkiz ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Əvvəlcədən bildiyi halda aciz (köməksiz) vəziyyətdə olan şəxsə və ya hamilə qadına qarşı;

q) Təkrar (dəfələrlə);

d) İki və ya daha çox şəxsə qarşı;

e) Cinayətkarın himayəsində, qəyyumluğunda və ya nəzarəti altında olan şəxsə və ya ailə üzvünə qarşı, −

On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

5. Bu maddənin birinci, 2-ci, 3-cü və ya 4-cü hissəsində nəzərdə tutulmuş əməl, cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana qarşı törədilmiş, −

On beş ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 11 dekabr 2013-cü il tarixli qanunu №1728 – veb-səhifə, 25.12.2013-cü il.

Gürcüstanın 17 may 2018-ci il tarixli qanunu №2354 – veb-səhifə, 29.05.2018-ci il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 254. Fahişəliyə şərait yaratmaq (təşviq etmək)

1. İnsanı fahişəliyə sövq etmək və/və ya digər elə zorakı olmayan hərəkətlərin həyata keçirilməsi, hansı ki insanın fahişəlikdə iştirakına kömək edir, −

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Fahişəlik üçün yer və ya yaşayış yerinin verilməsi, −

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Əvvəlcədən bildiyi halda hamilə qadına qarşı;

q) Təkrar (dəfələrlə);

d) Cinayətkarın himayəsində, qəyyumluğunda və ya nəzarəti altında olan şəxsə və ya ailə üzvünə qarşı, −

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, cinayətkar əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayana qarşı törədilmiş, −

Yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, cinayətkar əvvəlcədən bildiyi halda on dörd yaşına çatmamış şəxsə qarşı törədildikdə, −

On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 11 dekabr 2013-cü il tarixli qanunu №1728 – veb-səhifə, 25.12.2013-cü il.

Gürcüstanın 17 may 2018-ci il tarixli qanunu №2354 – veb-səhifə, 29.05.2018-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 255. Pornoqrafik əsərin və ya digər materialın qanunsuz hazırlanması və ya satışı

1. Pornoqrafik əsəri, çap məhsullarını, şəkilləri və ya pornoqrafik xarakterli digər obyekti qanunsuz hazırlamaq, yaymaq və ya reklam edilməsi, habelə belə obyektlə ticarət və/və ya onu saxlamaq, satış və ya yaymaq məqsədi ilə, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(255-ci maddənin birinci hissəsinin sözləri: „Pornoqrafik əsəri, çap məhsullarını, şəkilləri və ya pornoqrafik xarakterli digər obyekti qanunsuz hazırlamaq, yaymaq və ya reklam edilməsi, habelə belə obyektlə ticarət və/və ya onu saxlamaq satış və ya yaymaq məqsədi ilə“ qüvvədən düşmüş elan edilsin 2023-cü il mayın 1-dən) – Gürcüstanın Konstitusiya Məhkəməsinin 2022-ci il 4 noyabr qərarı №1/8/926 – veb-səhifə, 09.11.2022-ci il.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, təkrar (dəfələrlə) törədildikdə, −

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayan şəxsin şəklini (təsvirini) özündə əks etdirən pornoqrafik əsəri almaq, saxlamaq, istifadə etmək, bu cür əsərin nümayişində iştirak etmək və ya bu cür əsərdən faydalanmaq, –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayan şəxsin şəklini (təsvirini) özündə əks etdirən pornoqrafik əsəri təklif etmək, idxal, ixrac, yaymaq, ötürmək (vermək), reklam edilməsi və ya ona əlçatanlığı başqa cür təmin etmək, –

Doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Əvvəlcədən bildiyi halda yetkinlik yaşına çatmayan şəxsin şəklini (təsvirini) özündə əks etdirən pornoqrafik əsəri hazırlamaq və ya satmaq, –

On beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

6. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Cinayətkarın himayəsində, qəyyumluğunda və ya nəzarəti altında olan şəxsə və ya ailə üzvünə qarşı, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

7. Bu maddənin 4-cü və ya 5-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Cinayətkarın himayəsində, qəyyumluğunda və ya nəzarəti altında olan şəxsə və ya ailə üzvünə qarşı, –

On beş ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Yetkinlik yaşına çatmayan şəxsin şəklini (təsvirini) özündə əks etdirən pornoqrafik əsər hər hansı bir üsulla yaradılmış vizual və ya audiovizual materialdır, həmçinin səhnələşdirilmiş tamaşadır, hansında ki müxtəlif vasitələrlə həqiqi, simulyasiya edilmiş və ya kompüter texnologiyası ilə yaradılan seksual səhnələrdə yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayanın (azyaşlının) obrazı olan şəxsin iştirakı təqdim edilir və ya istifadəçinin seksual (cinsi) ehtiyaclarını ödəmək üçün yetkinlik yaşına çatmayanın (azyaşlının) cinsiyyət orqanları göstərilir. Tibbi, elmi, maarifləndirici və ya bədii (incəsənət) dəyəri olan əsər pornoqrafik sayılmır.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 3 iyun 2005-ci il tarixli qanunu №1584 - SSM I, №31, 27.06.2005-ci il, maddə197

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 11 dekabr 2013-cü il tarixli qanunu №1728 - veb-səhifə, 25.12.2013-cü il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 255​1. Yetkinlik yaşına çatmayan şəxsin pornoqrafik əsərin və ya pornoqrafik xarakterli digər obyektin qanunsuz hazırlanmasına və satışına cəlb edilməsi

1. Yetkinlik yaşına çatmayan şəxsi pornoqrafik əsərin və ya pornoqrafik xarakterli digər obyektin qanunsuz hazırlanmasına, bu cür materialı yaymağa, reklam etməyə və ya onunla ticarətə cəlb etmək, hansı ki bu yetkinlik yaşına çatmayan şəxsin həqiqi, simulyasiya edilmiş və ya kompüter texnologiyası ilə yaradılan seksual səhnələrdə iştirakı ilə bağlı deyil (aidiyyatı yoxdur), −

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) İki və ya daha çox şəxsə qarşı;

q) Cinayətkarın himayəsində, qəyyumluğunda və ya nəzarəti altında olan şəxsə və ya ailə üzvünə qarşı, −

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2458 – SSM I, №21, 15.07.2003-cü il, maddə149

Gürcüstanın 3 iyun 2005-ci il tarixli qanunu №1584 - SSM I, №31, 27.06.2005-ci il, maddə197

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 11 dekabr 2013-cü il tarixli qanunu №1728 – veb-səhifə, 25.12.2013-cü il.

Gürcüstanın 17 may 2018-ci il tarixli qanunu №2354 – veb-səhifə, 29.05.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 255​2. Yetkinlik yaşına çatmayana cinsi məqsədlər üçün görüş təklif etmək

1. Ona qarşı bu məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətmək məqsədi ilə yetkinlik yaşına çatmış şəxsin informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək əvvəlcədən bildiyi halda on altı yaşına çatmamış şəxsə görüş təklif etməsi, nə vaxt ki təklifin ardınca belə bir görüşə yönəlik hərəkətlər oldu, −

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Ona qarşı bu məcəllənin 255-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətmək məqsədi ilə yetkinlik yaşına çatmış şəxsin informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək əvvəlcədən bildiyi halda on səkkiz yaşına çatmamış şəxsə görüş təklif etməsi, nə vaxt ki təklifin ardınca belə bir görüşə yönəlik hərəkətlər oldu, −

Üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 11 dekabr 2013-cü il tarixli qanunu №1728 – veb-səhifə, 25.12.2013-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 256. Zorakılıq və ya qəddarlıq kultunu təbliğ edən əsərin hazırlanması və ya yayılması

Yaymaq və ya nümayiş etdirmək məqsədi ilə elə bir kinofilm, videofilm və ya başqa əsər hazırlamaq, yaymaq, göstərmək və ya saxlamaq, hansı ki zorakılıq və ya qəddarlıq kultunu təbliğ edir, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 257. Təbiət abidəsinin zədələnməsi və ya məhv edilməsi

1. Təbiət abidəsini qəsdən zədələmək və ya məhv etmək, –

Cərimə ilə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki xüsusi dəyərə malik olan obyektin zədələnməsinə və ya məhv edilməsinə səbəb olub, –

Cərimə ilə və ya yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Ehtiyatsızlıqdan təbiət abidəsinin zədələnməsi və ya məhv edilməsi, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, hansı ki xüsusi dəyərə malik olan obyektin zədələnməsinə və ya məhv edilməsinə səbəb olub, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 22 iyun 2001-ci il tarixli qanunu №989 – SSM I, №22, 06.07.2001-ci il, maddə79

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4718 - SSM I, №18, 22.05.2007-ci il, maddə148

Maddə 258. Mərhuma (vəfat etmiş şəxsə) hörmətsizlik

1. Meyitin və ya qəbrin murdarlanması (təhqir edilməsi), habelə qəbir abidəsinin və ya onun digər yerüstü tikilisinin sökülməsi (dağıdılması) və ya zədələnməsi, –

Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə islahedici iş ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Qəbrə qoyulmuş və ya qəbir üzərindəki əşyaya qanunsuz sahiblik etmək, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) İrqi, dini, milli və ya etnik dözümsüzlüyə (düşmənçiliyə) görə;

q) Zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 11 noyabr 2004-cü il tarixli qanunu №595 – SSM I, №34, 16.11.2004-cü il, maddə162

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 259. Heyvanlara qarşı işgəncə və ya qəddar rəftar

1. Heyvanlara qarşı işgəncə və ya qəddar rəftar, hansı ki onun ölümünə və ya şikəst olmasına səbəb olub, −

Yüz iyirmi saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə, altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə, cərimə ilə, və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə);

q) Azyaşlı şəxsin yanında, –

İki yüz saatdan dörd yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə, bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə, cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 29 may 2019-cu il tarixli qanunu №4612 – veb-səhifə, 05.06.2019-cu il.

Fəsil XXXII1

Mədəni irs (miras) əleyhinə olan cinayətlər

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4718 - SSM I, №18, 22.05.2007-ci il, maddə148

Maddə 2591. Qanunsuz arxeoloji işlər, arxeoloji obyektə ziyan vurmaq

1. Arxeoloji iş icazəsi olmadan arxeoloji obyektdə hər hansı növ işlərin aparılması və ya arxeoloji obyektə qəsdən təsir, hansı ki onun zədələnməsinə və ya məhv edilməsinə səbəb olub və ya hansının ki nəticəsində onun tarixini müəyyənləşdirmək, identifikasiya etmək və onunla bağlı digər mühüm elmi məlumatları əldə etmək mümkün olmur, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, ehtiyatsızlıqla törədilmiş, –

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4718 - SSM I, №18, 22.05.2007-ci il, maddə148

Maddə 2592. Mədəni irsin zədələnməsi və ya məhv edilməsi

1. Mədəni irs abidəsinin və ya Gürcüstan qanunvericiliyi ilə qorunan digər mədəni irsin qəsdən zədələnməsi və ya məhv edilməsi, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Milli əhəmiyyətli abidəyə qəsdən zərər vurmaq, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Milli əhəmiyyətli abidənin məhv edilməsi, habelə Ümumdünya İrs Siyahısına daxil edilmiş abidənin zədələnməsi və ya məhv edilməsi, –

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, ehtiyatsızlıqla törədilmiş, –

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4718 - SSM I, №18, 22.05.2007-ci il, maddə148

Maddə 2593. Mədəni irsin mühafizə zonasının rejiminin pozulması

Mədəni irsin mühafizə zonasının fiziki qorunma sahəsində mühafizə zonasının rejiminin pozulması, hansı ki abidənin qavranılmasını və ya istifadəsini əhəmiyyətli dərəcədə pisləşdirib, onun tarixi-mədəni dəyərini azaldıb və/və ya ona zədələnmək və ya məhv olmaq təhlükəsi yaradıb, habelə arxeoloji mühafizə zonasının rejiminin pozulması, hansı ki arxeoloji obyektə zədələnmək və ya məhv olmaq təhlükəsi yaradıb, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4718 - SSM I, №18, 22.05.2007-ci il, maddə148

Maddə 2594. Abidələrin və digər mədəni dəyərlərin Gürcüstandan icazəsiz çıxarılması

Abidələrin, arxeoloji obyektlərin və ya Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər mədəni dəyərlərin Gürcüstandan icazəsiz çıxarılması, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4718 - SSM I, №18, 22.05.2007-ci il, maddə148

Fəsil XXXII2

Mədəni irs sahəsində beynəlxalq xarakterli cinayətlər

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4718 - SSM I, №18, 22.05.2007-ci il, maddə148

Maddə 2595. Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması üzrə beynəlxalq qaydaların pozulması

Dövlətlərarası və dövlətdaxili silahlı münaqişələr zamanı gücləndirilmiş mühafizə altında olan mədəni dəyərlərin qorunması üzrə beynəlxalq qaydaların qəsdən pozulması, yəni:

a) Gücləndirilmiş mühafizə altında olan daşınan abidənin zədələnməsi və ya məhv edilməsi, oğurlanması, qarət edilməsi və ya mənimsənilməsi;

b) Gücləndirilmiş mühafizə altında olan daşınmaz abidənin zədələnməsi və ya məhv edilməsi;

q) Gücləndirilmiş mühafizə altında olan daşınmaz abidənin üstündə, muzeyin, kitabxananın, arxiv anbarının və ya silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması üçün yaradılmış xüsusi sığınacaq (gizlənmə) binalarının üzərində hərbi hücumun həyata keçirilməsi və ya bu binaların və ya onların ərazilərinin hərbi əməliyyatlarda istifadə edilməsi, –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 8 may 2007-ci il tarixli qanunu №4718 - SSM I, №18, 22.05.2007-ci il, maddə148

Fəsil XXXIII

Narkotik cinayətlər

Maddə 260. Narkotik vasitələri, onun analoqunu, prekursorunu və ya yeni psixoaktiv maddəni qanunsuz hazırlamaq, istehsal etmək, almaq, saxlamaq, daşımaq, göndərmək və ya satmaq

1. Narkotik vasitələri, onun analoqunu və ya prekursorunu qanunsuz hazırlamaq, istehsal etmək, almaq, saxlamaq, daşımaq, və ya göndərmək –

Altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(Qüvvədən düşmüşdür birinci hissənin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 92-ci üfüqi qrafikində müəyyən edilmiş narkotik vasitə - qurudulmuş marixuananı şəxsi istifadə üçün qanunsuz almağa – saxlamağa görə azadlıqdan məhrum etmənin cinayət cəzası kimi istifadə edilməsinin mümkünlüyünü nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsi Plenumunun 26 fevral 2016-cı il tarixli Qərarı №3/1/708,709,710 – veb-səhifə, 15.03.2016-cı il.

(Qüvvədən düşmüşdür birinci hissənin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 92-ci üfüqi qrafikində müəyyən edilmiş narkotik vasitə - xam marixuananı (100 qrama qədər) şəxsi istifadə üçün almağa və saxlamağa görə azadlıqdan məhrum etmənin cinayət cəzası kimi istifadə edilməsinin mümkünlüyünü nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2017-ci il tarixli Qərarı №3/1/855 ­– veb-səhifə, 21.02.2017-ci il.

2. Yeni psixoaktiv maddəni qanunsuz hazırlamaq, istehsal etmək, almaq, saxlamaq, daşımaq, və ya göndərmək –

Beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) İş vəziyyətindən (statusundan) istifadə edərək;

d) Təkrar (dəfələrlə);

e) Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(Konstitusiyaya zidd elan edilmişdir 3-cü hissənin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 33-cü üfüqi qrafikində müəyyən edilmiş iddiaçı (şikayətçi) tərəfindən iddia ərizəsi ilə mübahisələndirilən miqdarda (0,00009 qram) narkotik vasitə – dezomorfini hazırlamağa, almağa və saxlamağa görə azadlıqdan məhrum etmənin cinayət cəzası kimi istifadə edilməsinin mümkünlüyünü nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli Qərarı №1/8/696 ­– veb-səhifə, 20.07.2017-ci il.

(Qüvvədən düşmüşdür 3-cü hissənin “beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” sözlərinin o normativ məzmunu, hansı ki istifadəyə yararsız miqdarda narkotik vasitəni qanunsuz almağa və saxlamağa görə azadlıqdan məhrum etmənin cinayət cəzası kimi istifadə edilməsinin mümkünlüyünü nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsinin 4 iyun 2020-ci il tarixli Qərarı №1/19/1265,1318 – veb-səhifə, 08.06.2020-ci il.

(Qüvvədən düşmüşdür 260-cı maddənin 3-cü hissəsinin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 76-cı üfüqi qrafikində müəyyən edilmiş narkotik vasitə – çətənə qətranını (0,1315 qramdan çox olmayan miqdarda) şəxsi istifadə üçün, təkrar (dəfələrlə) almağa və saxlamağa görə azadlıqdan məhrum etmənin cinayət cəzası kimi istifadə edilməsinin mümkünlüyünü nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli Qərarı №3/3/1387 –veb-səhifə, 28.04.2022-ci il.

4. Narkotik vasitələrin, onun analoqunun, prekursorunun və ya yeni psixoaktiv maddənin qanunsuz satışı –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) İş vəziyyətindən (statusundan) istifadə edərək;

d) Təkrar (dəfələrlə);

e) Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

On iki ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

6. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda;

b) Mütəşəkkil dəstə tərəfindən, –

Səkkiz ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

7. Bu maddənin 4-cü və ya 5-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda;

b) Mütəşəkkil dəstə tərəfindən, –

On dörd ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu fəsildə nəzərdə tutulmuş cinayəti törətməyə görə cinayət məsuliyyətindən azad edilir o şəxs, hansı ki narkotik vasitəni, onun analoqunu, prekursorunu, yeni psixoaktiv maddəni, psixotrop maddəni, onun analoqunu və ya güclü təsir edən maddəni könüllü olaraq təhvil verib, əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa.

2. Bu fəslin məqsədləri üçün yalnız elə bir hərəkət könüllü təhvil vermək sayılır, nə vaxt ki şəxs istintaq başlamazdan əvvəl yazılı və ya hər hansı texniki kommunikasiya vasitəsindən istifadə etməklə narkotik vasitəni, onun analoqunu, prekursorunu, yeni psixoaktiv maddəni, psixotrop maddəni, onun analoqunu və ya güclü təsir edən maddəni təqdim etmək barədə məlumat verib (müraciət edib) və fəal hərəkəti ilə onun götürülməsinə (çıxarılmasına) kömək edib.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

4. Bu maddənin 2-ci və 4-cü hissələri yeni psixoaktiv maddənin istənilən (hər hansı bir) miqdarına şamil edilir.

5. Yeni psixoaktiv maddəyə bu maddənin 3-cü hissəsinin „a“ alt bəndi, 5-ci hissəsinin „a“ alt bəndi, 6-cı hissəsinin „a“ alt bəndi və 7-ci hissəsinin „a“ alt bəndi ilə nəzərdə tutulmuş ağırlaşdırıcı hallar şamil edilmir.

6. Bu maddənin (bu maddənin qeydinin birinci və 2-ci hissələri istisna olmaqla) fəaliyyəti "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin cədvəlində verilmiş “narkotik vasitələr” siyahısının 73 və 92-ci saylarında göstərilən narkotik vasitələrə – çətənə və marixuana bitkisinə şamil edilmir.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5184 - SSM I, №28, 18.07.2007-ci il, maddə281

Gürcüstanın 16 aprel 2014-cü il tarixli qanunu №2236 – veb-səhifə, 28.04.2014-cü il.

Gürcüstanın 8 iyul 2015-ci il tarixli qanunu №3975 - veb-səhifə, 17.07.2015-ci il.

Gürcüstan Konstitusiya Məhkəməsi Plenumunun 26 fevral 2016-cı il tarixli Qərarı №3/1/708,709,710 – veb-səhifə, 15.03.2016-cı il.

Gürcüstan Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2017-ci il tarixli Qərarı №3/1/855 ­– veb-səhifə, 21.02.2017-ci il.

Gürcüstan Konstitusiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli Qərarı №1/8/696 ­– veb-səhifə, 20.07.2017-ci il.

Gürcüstanın 26 iyul 2017-ci il tarixli qanunu №1221 - veb-səhifə, 28.07.2017-ci il.

Gürcüstan Konstitusiya Məhkəməsinin 4 iyun 2020-ci il tarixli Qərarı №1/19/1265,1318 – veb-səhifə, 08.06.2020-ci il.

Gürcüstanın 1 dekabr 2021-ci il tarixli qanunu №1037 – veb-səhifə, 06.12.2021-ci il.

Gürcüstan Konstitusiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli Qərarı №3/3/1387 – veb-səhifə, 28.04.2022-ci il.

Maddə 261. Psixotrop maddəni, onun analoqunu və ya güclü təsir edən maddəni qanunsuz hazırlamaq, istehsal etmək, almaq, saxlamaq, daşımaq, göndərmək və ya satmaq

1. Psixotrop maddəni və ya onun analoqunu qanunsuz hazırlamaq, istehsal etmək, almaq, saxlamaq, daşımaq və ya göndərmək –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Güclü təsir edən maddəni qanunsuz hazırlamaq, istehsal etmək, almaq, saxlamaq, daşımaq və ya göndərmək –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) İş vəziyyətindən (statusundan) istifadə edərək;

d) Təkrar (dəfələrlə);

e) Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Psixotrop maddəni və ya onun analoqunu qanunsuz satmaq –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Güclü təsir edən maddəni qanunsuz satmaq –

Dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

6. Bu maddənin 4-cü və ya 5-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) İş vəziyyətindən (statusundan) istifadə edərək;

d) Təkrar (dəfələrlə);

e) Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

7. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda;

b) Mütəşəkkil dəstə tərəfindən, –

Yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

8. Bu maddənin 4-cü, 5-ci və ya 6-cı hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda;

b) Mütəşəkkil dəstə tərəfindən, –

On ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5184 - SSM I, №28, 18.07.2007-ci il, maddə281

Gürcüstanın 1 dekabr 2021-ci il tarixli qanunu №1037 – veb-səhifə, 06.12.2021-ci il.

Maddə 262. Narkotik vasitələri, onun analoqunu, prekursorunu və ya yeni psixoaktiv maddəni Gürcüstana qanunsuz gətirmək (daxil etmək), Gürcüstandan qanunsuz çıxarmaq (aparmaq) və ya tranzitlə beynəlxalq daşımaq

1. Gürcüstana narkotik vasitələri, onun analoqunu və ya prekursorunu qanunsuz gətirmək (daxil etmək), Gürcüstandan qanunsuz çıxarmaq (aparmaq) və ya tranzitlə beynəlxalq daşımaq, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(Qüvvədən düşmüşdür 262-ci maddənin birinci hissəsinin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 92-ci üfüqi qrafikində müəyyən edilmiş narkotik vasitə - qurudulmuş marixuananı (9.68 qramdan çox olmayan miqdarda) şəxsi istifadə üçün, Gürcüstana qanunsuz gətirməyə (daxil etməyə) görə azadlıqdan məhrum etmənin cinayət cəzası kimi istifadə edilməsinin mümkünlüyünü nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli Qərarı №3/1/1239,1642,1674 – veb-səhifə, 29.04.2022-ci il.

11. Yeni psixoaktiv maddəni Gürcüstana qanunsuz gətirmək (daxil etmək), Gürcüstandan qanunsuz çıxarmaq (aparmaq) və ya tranzitlə beynəlxalq daşımaq, –

Beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci və ya 11 hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci, 11 və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) İş vəziyyətindən (statusundan) istifadə edərək;

b) Təkrar (dəfələrlə);

q) Bu məcəllənin bu fəslində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

On bir ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci, 11, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda;

b) Mütəşəkkil dəstə tərəfindən, –

On beş ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

2. Bu maddənin 11 hissəsi yeni psixoaktiv maddənin istənilən (hər hansı bir) miqdarına şamil edilir.

3. Yeni psixoaktiv maddəyə bu maddənin 2-ci hissəsinin „a“ alt bəndi və 4-cü hissəsinin „a“ alt bəndi ilə nəzərdə tutulmuş ağırlaşdırıcı hallar şamil edilmir.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 16 aprel 2014-cü il tarixli qanunu №2236 - veb-səhifə, 28.04.2014-cü il.

Gürcüstan Konstitusiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli Qərarı №3/1/1239,1642,1674 – veb-səhifə, 29.04.2022-ci il.

Maddə 263. Gürcüstana psixotrop maddəni, onun analoqunu və ya güclü təsir edən maddəni külli miqdarda qanunsuz gətirmək (daxil etmək), Gürcüstandan qanunsuz çıxarmaq (aparmaq) və ya tranzitlə beynəlxalq daşımaq

1. Gürcüstana psixotrop maddəni, onun analoqunu və ya güclü təsir edən maddəni külli miqdarda qanunsuz gətirmək (daxil etmək), Gürcüstandan qanunsuz çıxarmaq (aparmaq) və ya tranzitlə beynəlxalq daşımaq, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qrup halında;

b) Bu məcəllənin bu fəslində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək;

q) Təkrar (dəfələrlə), –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 264. Narkotik vasitələri, onun analoqunu, prekursorunu, yeni psixoaktiv maddəni, psixotrop maddəni, onun analoqunu və ya güclü təsir edən maddəni qanunsuz sahiblənmək və ya hədə-qorxu ilə tələb etmək

1. Narkotik vasitələri, onun analoqunu, prekursorunu, yeni psixoaktiv maddəni, psixotrop maddəni, onun analoqunu və ya güclü təsir edən maddəni qanunsuz sahiblənmək və ya hədə-qorxu ilə tələb etmək, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) Həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zorakılıqla və/və ya bu cür zorakılığı tətbiq etmək hədə-qorxusu ilə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) İş vəziyyətindən (statusundan) istifadə edərək;

b) Təkrar (dəfələrlə);

q) Bu məcəllənin bu fəslində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda;

b) Mütəşəkkil dəstə tərəfindən;

q) Həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqla və/və ya bu cür zorakılığı tətbiq etmək hədə-qorxusu ilə, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsi yeni psixoaktiv maddənin istənilən (hər hansı bir) miqdarına şamil edilir.

3. Yeni psixoaktiv maddəyə bu maddənin 2-ci hissəsinin „a“ alt bəndi və 4-cü hissəsinin „a“ alt bəndi ilə nəzərdə tutulmuş ağırlaşdırıcı hallar şamil edilmir.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 16 aprel 2014-cü il tarixli qanunu №2236 - veb-səhifə, 28.04.2014-cü il.

Maddə 265. Tərkibində narkotik vasitə olan bitkinin qanunsuz əkilməsi, becərilməsi və ya kultivasiyası

1. Tərkibində narkotik vasitə olan bitkinin qanunsuz əkilməsi, becərilməsi və ya kultivasiyası, –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(Konstitusiyaya zidd elan edilmişdir birinci hissənin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 73-cü üfüqi qrafikində müəyyən edilmiş narkotik vasitə – çətənə (bitkisini) şəxsi istifadə üçün, qanunsuz əkib-becərməyə görə cəza olaraq azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsinin 14 iyul 2017-ci il tarixli Qərarı №1/9/701,722,725 ­– veb-səhifə, 20.07.2017-ci il.

2. Eyni əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) İş vəziyyətindən (statusundan) istifadə edərək;

d) Təkrar (dəfələrlə);

e) Bu məcəllənin bu fəslində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(Konstitusiyaya zidd elan edilmişdir 2-ci hissənin “dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” sözlərinin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 73-cü üfüqi qrafikində müəyyən edilmiş, iddiaçı (şikayətçi) tərəfindən mübahisələndirilən miqdarda (64 qrama qədər) narkotik vasitə – çətənə (bitkisini) şəxsi istifadə üçün, qanunsuz əkib-becərməyə görə cəza olaraq azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsinin 14 iyul 2017-ci il tarixli Qərarı №1/9/701,722,725 ­– veb-səhifə, 20.07.2017-ci il.

((Konstitusiyaya zidd elan edilmişdir 2-ci hissənin “dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” sözlərinin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 73-cü üfüqi qrafikində müəyyən edilmiş, iddiaçı (şikayətçi) tərəfindən mübahisələndirilən miqdarda (151 qrama qədər) narkotik vasitə – çətənə (bitkisini) şəxsi istifadə üçün, qanunsuz əkib-becərməyə və ya kultivasiyasına görə cəza olaraq azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsinin 14 iyul 2017-ci il tarixli Qərarı №1/9/701,722,725 ­– veb-səhifə, 20.07.2017-ci il.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda;

b) Mütəşəkkil dəstə tərəfindən, –

Altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(Konstitusiyaya zidd elan edilmişdir 3-cü hissənin “altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır" sözlərinin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 73-cü üfüqi qrafikində müəyyən edilmiş, iddiaçı (şikayətçi) tərəfindən mübahisələndirilən miqdarda (266 qrama qədər) narkotik vasitə – çətənə (bitkisini) şəxsi istifadə üçün, qanunsuz əkib-becərməyə görə cəza tədbiri olaraq „altı ildən on iki ilədək müddətə“ azadlıqdan məhrumetməni nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsinin 14 iyul 2017-ci il tarixli Qərarı №1/9/701,722,725 ­– veb-səhifə, 20.07.2017-ci il.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5184 - SSM I, №28, 18.07.2007-ci il, maddə281

Gürcüstan Konstitusiya Məhkəməsinin 14 iyul 2017-ci il tarixli Qərarı №1/9/701,722,725 ­– veb-səhifə, 20.07.2017-ci il.

Maddə 266. Narkotik vasitələrin, onun analoqunun, prekursorunun, yeni psixoaktiv maddənin, psixotrop maddənin və ya onun analoqunun qanunsuz istehsalı üçün gizli laboratoriyanın yaradılması və ya saxlanılması

1. Narkotik vasitələrin, onun analoqunun, prekursorunun, yeni psixoaktiv maddənin, psixotropmaddənin və ya onun analoqunun qanunsuz istehsalı üçün gizli laboratoriyanın yaradılması və ya saxlanılması, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək;

q) Bu məcəllənin bu fəslində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5184 - SSM I, №28, 18.07.2007-ci il, maddə281

Gürcüstanın 16 aprel 2014-cü il tarixli qanunu №2236 - veb-səhifə, 28.04.2014-cü il.

Maddə 267. Narkotik vasitələri almaq üçün saxta resept və ya başqa sənəd hazırlamaq satış məqsədi ilə və ya satmaq

1. Narkotik vasitələri almaq üçün saxta resept və ya başqa sənəd hazırlamaq satış məqsədi ilə və ya satmaq, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə) və ya başqasına xidmət göstərmək məqsədi ilə;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək, –

Cərimə ilə və ya altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Doqquz ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5184 - SSM I, №28, 18.07.2007-ci il, maddə281

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 268. Psixotrop və ya güclü təsir edən maddəni almaq üçün saxta resept və ya başqa sənəd hazırlamaq satış məqsədi ilə və ya satmaq

1. Psixotrop və ya güclü təsir edən maddəni almaq üçün saxta resept və ya başqa sənəd hazırlamaq satış məqsədi ilə və ya satmaq, –

Cərimə ilə və ya üç ilədək müddətə islahedici iş ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə) və ya başqasına xidmət göstərmək məqsədi ilə;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək, –

Cərimə ilə və ya üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, bir ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5184 - SSM I, №28, 18.07.2007-ci il, maddə281

Maddə 269. Narkotik vasitələrin və ya prekursorunun hazırlanması, istehsalı, qəbulu, qeydə alınması, verilməsi, saxlanması, daşınması, göndərilməsi və ya gətirilməsi (daxil edilməsi) qaydalarının pozulması

1. Narkotik vasitələrin və ya prekursorunun hazırlanması, istehsalı, qəbulu, qeydə alınması, verilməsi, saxlanması, daşınması, göndərilməsi və ya gətirilməsi (daxil edilməsi) qaydalarının pozulması, hansı ki onun qanunsuz dövriyyəyə çevrilməsinə səbəb olub, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki külli miqdarda narkotik vasitələrin və ya prekursorunun qanunsuz dövriyyəyə çevrilməsinə və ya digər ağır nəticəyə səbəb olub, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 270. Psixotrop və ya güclü təsir edən maddənin hazırlanması, istehsalı, qəbulu, qeydə alınması, verilməsi, saxlanması, daşınması, göndərilməsi və ya gətirilməsi (daxil edilməsi) qaydalarının pozulması

1. Psixotrop və ya güclü təsir edən maddənin hazırlanması, istehsalı, qəbulu, qeydə alınması, verilməsi, saxlanması, daşınması, göndərilməsi və ya gətirilməsi (daxil edilməsi) qaydalarının pozulması, hansı ki onun qanunsuz dövriyyəyə çevrilməsinə səbəb olub, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə, vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki külli miqdarda psixotrop və ya güclü təsir edən maddənin qanunsuz dövriyyəyə çevrilməsinə və ya digər ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 271. Narkotik vasitələrin, onun analoqunun, yeni psixoaktiv maddənin, psixotrop maddənin və ya onun analoqunun qanunsuz istifadəsi üçün mənzil və ya başqa bir dayanacaq yeri vermək

1. Narkotik vasitələrin, onun analoqunun, yeni psixoaktiv maddənin, psixotrop maddənin və ya onun analoqunun qanunsuz istifadəsi üçün mənzil və ya başqa bir dayanacaq yeri vermək, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Tamah məqsədi ilə;

q) Yetkinlik yaşına çatmayan və ya dezintoksikasiya terapiya kursunu keçən şəxsə qarşı, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Narkotik vasitələrin, onun analoqunun, yeni psixoaktiv maddənin, psixotrop maddənin və ya onun analoqunun qanunsuz istifadəsi üçün xüsusi dayanacaq vermək və/və ya belə bir dayanacaqda onun qanunsuz istifadəsini təşkil etmək, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Təkrar (dəfələrlə), –

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 16 aprel 2014-cü il tarixli qanunu №2236 - veb-səhifə, 28.04.2014-cü il.

Maddə 272. Narkotik vasitələrin, onun analoqunun, yeni psixoaktiv maddənin, psixotrop maddənin və ya onun analoqunun istifadəsinə sövq etmək

1. Narkotik vasitələrin, onun analoqunun, yeni psixoaktiv maddənin, psixotrop maddənin və ya onun analoqunun istifadəsinə sövq etmək, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, iki və ya daha çox şəxsə və ya 21 yaşına çatmamış şəxsə qarşı, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 16 aprel 2014-cü il tarixli qanunu №2236 - veb-səhifə, 28.04.2014-cü il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3775 – veb-səhifə, 20.12.2018-ci il.

Maddə 273. Narkotik vasitələrin, onun analoqunun və ya prekursorunun az miqdarda qanunsuz hazırlanması, alınması, saxlanması, daşınması, göndərilməsi və/və ya həkim resepti olmadan qanunsuz istifadəsi

Narkotik vasitələrin, onun analoqunun və ya prekursorunun az miqdarda qanunsuz hazırlanması, alınması, saxlanması, daşınması, göndərilməsi və/və ya həkim resepti olmadan qanunsuz istifadəsi, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə inzibati tənbeh (cəza) almış və ya bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə, −

Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(Qüvvədən düşmüşdür 273-cü maddənin "Həkim resepti olmadan qanunsuz istifadə" sözlərinin o normativ məzmunu, hansı ki "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında" Gürcüstan Qanununa əlavənin №2-nin 92-ci üfüqi qrafikində müəyyən edilmiş narkotik vasitə - marixuananın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur) - Gürcüstan Konstitusiya Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli Qərarı №1/13/732 ­– veb-səhifə, 04.12.2017-ci il.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cərimə müvafiq hərəkətə görə Gürcüstan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində müəyyən edilmiş cərimənin iki qatından az olmamalıdır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 3 iyul 2007-ci il tarixli qanunu №5184 - SSM I, №28, 18.07.2007-ci il, maddə281

Gürcüstan Konstitusiya Məhkəməsi Plenumunun 29 sentyabr 2016-cı il tarixli Qərarı №3/2/771,775,776, 777,786,787,788 – veb-səhifə, 11.10.2016-cı il.

Gürcüstan Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2016-cı il tarixli Qərarı №1/16/770 – veb-səhifə, 27.12.2016-cı il.

Gürcüstanın 26 iyul 2017-ci il tarixli qanunu №1221 - veb-səhifə, 28.07.2017-ci il.

Gürcüstan Konstitusiya Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli Qərarı №1/13/732­– veb-səhifə, 04.12.2017-ci il.

Maddə 2731. Çətənə bitkisinin və ya marixuananın qanunsuz alınması, saxlanması, daşınması, göndərilməsi və/və ya satışı

1. Çətənə bitkisini və ya marixuananı az miqdarda qanunsuz almaq, saxlamaq, daşımaq və/və ya göndərmək, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 451 maddəsinin birinci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə inzibati tənbeh (cəza) almış və ya bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə, –

Cərimə ilə və ya yüz saatdan yüz altmış saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə cəzalandırılır.

2. Çətənə bitkisini və ya marixuananı qanunsuz almaq, saxlamaq, daşımaq və ya göndərmək –

Cərimə ilə və ya yüz altmış saatdan iki yüz iyirmi saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə cəzalandırılır.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Cərimə ilə və/və ya iki yüz iyirmi saatdan üç yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə cəzalandırılır.

4. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, külli miqdarda törədildikdə, −

Cərimə ilə və/və ya üç yüz saatdan dörd yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Cərimə ilə və dörd yüz saatdan beş yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

6. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, xüsusilə külli miqdarda törədildikdə, −

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

7. Bu maddənin 6-cı hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

8. Çətənə bitkisini və ya marixuananı qanunsuz satmaq –

Üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

9. Bu maddənin 8-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Külli miqdarda;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

q) İş vəziyyətindən (statusundan) istifadə edərək;

d) Təkrar (dəfələrlə);

e) Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən, -

Dörd ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

10. Bu maddənin 8-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Xüsusilə külli miqdarda;

b) Mütəşəkkil dəstə tərəfindən, –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş cərimə müvafiq hərəkətə görə Gürcüstan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş cərimənin üç qatından az olmamalıdır.

2. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş cərimə müvafiq hərəkətə görə Gürcüstan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş cərimənin dörd qatından az olmamalıdır.

3. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş cərimə müvafiq hərəkətə görə Gürcüstan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş cərimənin beş qatından az olmamalıdır.

4. Bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş cərimə müvafiq hərəkətə görə Gürcüstan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş cərimənin altı qatından az olmamalıdır.

5. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş cərimə müvafiq hərəkətə görə Gürcüstan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş cərimənin yeddi qatından az olmamalıdır.

6. Bu maddənin 2-ci−10-cu hissələrində nəzərdə tutulmuş hərəkətə görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 26 iyul 2017-ci il tarixli qanunu №1221 – veb-səhifə, 28.07.2017-ci il.

Gürcüstan Konstitusiya Məhkəməsinin 27 aprel 2018-ci il tarixli Qərarı №1/2/1282 –veb-səhifə, 03.05.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3775 – veb-səhifə, 20.12.2018-ci il.

Maddə 274. Məcburi müalicədən yayınma (qaçmaq)

Narkomanın (narkotik aludəçisinin) xüsusi müalicə-profilaktika müəssisəsində məcburi müalicədən inadla yayınması (qaçması), –

Bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Fəsil XXXIV

Nəqliyyat cinayəti

Maddə 275. Dəmir yolu, su, hava və ya kanat yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması

1. Dəmir yolu, su, hava və ya kanat yolu nəqliyyatını narkotik, psixotrop və ya yeni psixoaktiv maddənin təsiri altında idarə etmək (sürmək) –

Cərimə ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu qaydaya riayət etmək xüsusi olaraq tapşırılan şəxs tərəfindən dəmir yolu, su, hava və ya kanat yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması, hansı ki sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

3. Eyni əməl, alkoqolun və ya narkotik/psixotrop/yeni psixoaktiv maddənin təsiri altında törədildikdə, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

4. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan ölümünə səbəb olub, –

Beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

5. Eyni əməl, alkoqolun və ya narkotik/psixotrop/yeni psixoaktiv maddənin təsiri altında törədildikdə, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

6. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki iki və ya daha çox insanın ölümünə səbəb olub, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

7. Eyni əməl, alkoqolun və ya narkotik/psixotrop/yeni psixoaktiv maddənin təsiri altında törədildikdə, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3775 – veb-səhifə, 20.12.2018-ci il.

Maddə 276. Nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması

1. Avtomobili, tramvayı, trolleybusu, traktoru və ya digər mexaniki nəqliyyat vasitəsini narkotik, psixotrop və ya yeni psixoaktiv maddənin təsiri altında idarə etmək (sürmək) –

Cərimə ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu nəqliyyat vasitəsini idarə edən (sürən) şəxs tərəfindən avtomobilin, tramvayın, trolleybusun, traktorun və ya digər mexaniki nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması, hansı ki sağlamlığa az ağır zərər (ziyan) vurub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

3. Eyni əməl, alkoqolun və ya narkotik/psixotrop/yeni psixoaktiv maddənin təsiri altında törədildikdə, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

4. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki sağlamlığa ağır zərər (ziyan) vurub, –

Cərimə ilə və/və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

5. Eyni əməl, alkoqolun və ya narkotik/psixotrop/yeni psixoaktiv maddənin təsiri altında törədildikdə, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

6. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan ölümünə səbəb olub, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

7. Eyni əməl, alkoqolun və ya narkotik/psixotrop/yeni psixoaktiv maddənin təsiri altında törədildikdə, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

8. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki iki və ya daha çox insanın ölümünə səbəb olub, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

9. Eyni əməl, alkoqolun və ya narkotik/psixotrop/yeni psixoaktiv maddənin təsiri altında törədildikdə, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd:

1. Vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmək bu məcəllənin 275-ci maddəsində və/və ya bu maddədə nəzərdə tutulmuş əməli alkoqolun təsiri altında (sərxoş vəziyyətdə) törətdikdə cəza növü kimi tətbiq edilir.

2. Bu məcəllənin 275-ci maddəsində və/və ya bu maddədə nəzərdə tutulmuş əməlin narkotik/psixotrop/yeni psixoaktiv maddənin təsiri altında törədilməsi klinik və laborator müayinələrin nəticələri ilə (rəyləri ilə) müəyyən edilir, laborator müayinədən imtina edildikdə (rədd etdikdə) isə – yalnız klinik nəticə ilə (rəy ilə).

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3775 – veb-səhifə, 20.12.2018-ci il.

Maddə 277. Nəqliyyat vasitəsinin keyfiyyətsiz təmiri, texniki cəhətdən qüsurlu nəqliyyatın istismara verilməsi

1. Nəqliyyat vasitəsinin, yolun, siqnalizasiyanın, rabitə (kommunikasiya) vasitələrinin və ya digər nəqliyyat avadanlığının keyfiyyətsiz təmiri, habelə texniki cəhətdən qüsurlu nəqliyyatın istismara verilməsi, nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən törədilmiş, hansı ki sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan ölümünə səbəb olub, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki iki və ya daha çox insanın ölümünə səbəb olub, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 278. Nəqliyyat vasitəsini istismar üçün yararsızlaşdırmaq

1. Nəqliyyat vasitəsinin, yolun, siqnalizasiyanın, rabitə (kommunikasiya) vasitələrinin və ya digər nəqliyyat avadanlığının zədələnməsi, məhv edilməsi və ya istismar üçün başqa cür yararsız hala salmaq, habelə nəqliyyat kommunikasiyasının bloklanması, hansı ki sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurub, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki insan ölümünə səbəb olub, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki iki və ya daha çox insanın ölümünə səbəb olub, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 279. Gəmi kapitanı tərəfindən köməksiz (çətin vəziyyətdə) tərk edilmə

Dənizdə və ya başqa su yolunda can verən (ölüm məqamında olan) şəxsin gəmi kapitanı tərəfindən köməksiz (çətin vəziyyətdə) tərk edilməsi, əgər kapitan gəmiyə, ekipaj üzvlərinə və ya sərnişinə ciddi təhlükə yaratmadan ona kömək edə bilərdisə, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 280. Beynəlxalq uçuş qaydalarının pozulması

1. İcazə verilən marşruta, müəyyən edilmiş uçuş hündürlüyünə, eniş yerinə, hava qapısına riayət edilməməsi (qorunmaması) və ya beynəlxalq uçuş qaydalarının digər pozuntuları, –

Cərimə ilə və ya altı aydan bir ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki məskunlaşmış əraziyə (məhəlləyə) ciddi təhlükə yaradıb, –

Bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 281. Nəqliyyatın təhlükəsiz hərəkəti qaydasının pozulması

1. Sərnişinin, piyadanın və ya digər hərəkət iştirakçısının (bu məcəllənin 275 və ya 276-cı maddəsində nəzərdə tutulmuş şəxs istisna olmaqla) tərəfindən nəqliyyatın təhlükəsiz hərəkəti qaydasının pozulması, hansı ki sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki ehtiyatsızlıqdan insan tələfatına səbəb olub, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümünə səbəb olub, –

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 282. Qatarın özbaşına dayandırılması

1. Lazım olmadan (ehtiyac duymadan) qatarı dayandırmaq, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki iki və ya daha çox insanın ölümünə səbəb olub, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 283. Magistral boru kəmərinin tikintisi, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması

1. Magistral boru kəmərinin tikintisi, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması, hansı ki sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan ölümünə səbəb olub, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki iki və ya daha çox insanın ölümünə səbəb olub, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Fəsil XXXV

Kiber cinayət

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Maddə 284. Kompüter sisteminə icazəsiz giriş

1. Kompüter sisteminə icazəsiz giriş –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək;

q) Təkrar (dəfələrlə);

d) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və/və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, kritik informasiya sisteminin subyektinə qarşı törədildikdə, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Kompüter sistemi hər hansı bir cihaz/mexanizm və ya bir-birinə bağlı qurğular/mexanizmlər qrupudur, hansı ki proqram vasitəsilə məlumatları avtomatik olaraq işləyir (o cümlədən, şəxsi kompüter, mikroprosessorlu hər hansı bir cihaz, mobil telefon).

2. Kompüter məlumatları kompüter sistemində işlənmək (emal) üçün uyğun olan hər hansı bir formada təqdim edilən informasiyadır, o cümlədən, proqramdır, hansı ki kompüter sisteminin fəaliyyətini təmin edir.

3. İcazəsiz dedikdə qeyri-qanuni, habelə hüquq sahibinin hüququ əməli törətmiş şəxsə birbaşa və ya dolayı yolla vermədiyi hal başa düşülür.

4. Bu fəsildə 2000 laridən çox məbləğdə zərər əhəmiyyətli zərər sayılır, bu məcəllənin 2861 maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla.

5. Bu fəsildə nəzərdə tutulmuş cinayət, əgər ondan əvvəl bu fəsildə nəzərdə tutulmuş hər hansı cinayət törədilmişsə, təkrar (dəfələrlə) törədilmiş sayılır.

6. Kritik informasiya sisteminin subyekti “İnformasiya təhlükəsizliyi haqqında” Gürcüstan Qanununda nəzərdə tutulmuş kritik informasiya sisteminin subyektidir.

7. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 19 mart 2008-ci il tarixli qanunu №5940 – SSM I, №8, 28.03.2008-ci il, maddə47

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 27 aprel 2021-ci il tarixli qanunu №460 – veb-səhifə, 04.05.2021-ci il.

Maddə 285. Kompüter məlumatlarından və/və ya kompüter sistemindən qanunsuz istifadə

1. Kompüter proqramını və/və ya başqa cihazı, habelə kompüter sisteminə daxil olmaq üçün lazım olan parolu, giriş kodunu və ya digər, oxşar məlumatları icazəsiz hazırlamaq, almaq, saxlamaq, satmaq, yaymaq və ya ona əlçatanlığı başqa cür təmin etmək bu fəsildə və ya bu məcəllənin 158-ci və ya 159-cu maddəsində nəzərdə tutulmuş hər hansı bir cinayəti törətmək məqsədi ilə –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək;

q) Təkrar (dəfələrlə);

d) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və/və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, kritik informasiya sisteminin subyektinə qarşı törədildikdə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 2 may 2014-cü il tarixli qanunu №2378 - veb-səhifə, 16.05.2014-cü il.

Gürcüstanın 27 aprel 2021-ci il tarixli qanunu №460 – veb-səhifə, 04.05.2021-ci il.

Maddə 286. Kompüter məlumatlarına və/və ya kompüter sisteminə müdaxilə

1. Kompüter məlumatlarını icazəsiz zədələmək, silmək, dəyişdirmək və ya gizlətmək –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, habelə kompüter məlumatlarının icazəsiz yerləşdirilməsi (qoyulması) və ya ötürülməsi, hansı ki kompüter sisteminin fəaliyyətinin qəsdən əhəmiyyətli dərəcədə ləngiməsinə səbəb olub, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) İş vəziyyətindən (statusundan) istifadə edərək;

q) Təkrar (dəfələrlə);

d) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddədə nəzərdə tutulmuş əməl, kritik informasiya sisteminin subyektinə qarşı törədildikdə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 27 aprel 2021-ci il tarixli qanunu №460 – veb-səhifə, 04.05.2021-ci il.

Maddə 2861. Maliyyə mənfəəti (qazancı) əldə etmək məqsədi ilə kompüter məlumatlarına və/və ya kompüter sisteminə müdaxilə

1. Özü və ya başqaları üçün əmlak hüququ və ya hər hansı növ maliyyə mənfəəti (qazancı) əldə etmək məqsədi ilə kompüter sisteminə icazəsiz giriş, kompüter məlumatlarının icazəsiz yerləşdirmək (qoymaq), silmək, dəyişdirmək və ya gizlətmək və ya kompüter sisteminin fəaliyyətinə hər hansı növ icazəsiz müdaxilə, hansı ki başqasına maddi zərər (ziyan) vurmuşdur, –

Yüz yetmiş saatdan iki yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya bir ildən iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Hansı ki əhəmiyyətli maddi zərərə (ziyana) səbəb olub, –

Beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl:

a) İş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş;

b) Hansı ki külli miqdarda maddi zərərə (ziyana) səbəb olub;

q) Mütəşəkkil dəstə tərəfindən törədilmiş;

d) Təkrar (dəfələrlə) törədilmiş;

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddədə nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Kritik informasiya sisteminin subyektinə qarşı törədildikdə;

b) Başqasının əşya/əmlak hüququnu qanunsuz mənimsəməyə və ya hədə-qorxu ilə tələb etməyə və ya bu maddədə nəzərdə tutulmuş cinayəti törətməyə görə iki və ya daha çox dəfə məhkum olunmuş şəxs tərəfindən, −

Yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin məqsədləri üçün 150 laridən çox məbləğdə zərər əhəmiyyətli maliyyə zərəri sayılır.

2. Bu maddənin məqsədləri üçün 10 000 laridən çox məbləğdə zərər külli miqdarda maliyyə zərəri sayılır.

3. Bu maddədə nəzərdə tutulmuş cinayət, əgər ondan əvvəl bu fəsildə və bu məcəllənin 177-ci–186-cı, 224-cü, 231-ci, 237-ci və 264-cü maddələrində nəzərdə tutulmuş hər hansı cinayət törədilmişsə, təkrar (dəfələrlə) törədilmiş sayılır.

4. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 27 aprel 2021-ci il tarixli qanunu №460 – veb-səhifə, 04.05.2021-ci il.

Maddə 2862. Saxta rəsmi kompüter məlumatlarının yaradılması

1. Kompüter məlumatlarını icazəsiz yerləşdirməklə (qoymaqla), silməklə, dəyişdirməklə və ya gizlətməklə saxta rəsmi kompüter məlumatlarının əldə edilməsi onu doğru/şübhəsiz məlumat kimi satmaq və/və ya istifadə etmək məqsədi ilə, satışı və/və ya istifadəsi –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl:

a) Təkrar (dəfələrlə) törədilmiş;

b) Hansı ki əhəmiyyətli maddi zərərə (ziyana) səbəb olub;

q) İş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş, −

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin məqsədləri üçün saxta rəsmi kompüter məlumatlarını birbaşa oxumaq və/və ya qavramaq imkanının olub-olmamasının əhəmiyyəti yoxdur.

2. Əgər şəxs insan alverinin (trefikinqin) qurbanı statusunu almamışdan əvvəl bu maddədə nəzərdə tutulmuş əməli insan alverinin (trefikinqin) qurbanı olduğuna görə törətmişdirsə, bu maddə ona şamil edilmir.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

4. Bu maddədə nəzərdə tutulmuş əməli (satmaqla bağlı hərəkətlər istisna olmaqla) törətməyə görə cinayət məsuliyyətindən azad edilir xarici ölkənin vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs, hansı ki BMT-nin 1951-ci il „Qaçqınların statusu haqqında“ konvensiyasının birinci maddəsində nəzərdə tutulmuş onun həyatının və ya azadlığının təhlükə altında olduğu ərazidən birbaşa Gürcüstana daxil olub və hansı ki eyni konvensiyaya və Gürcüstan qanunvericiliyinə uyğun olaraq Gürcüstan hakimiyyətindən sığınacaq istəyir, o şərtlə ki, o, dərhal könüllü olaraq hakimiyyət orqanına gedəcək və bu maddədə nəzərdə tutulmuş əməlin törədilməsinin səbəbi ilə bağlı müvafiq izahat təqdim edəcək, və əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa.

Gürcüstanın 27 aprel 2021-ci il tarixli qanunu №460 – veb-səhifə, 04.05.2021-ci il.

Onuncu Qapı

Ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən istifadə qaydalarına qarşı cinayətlər

Fəsil XXXVI

Ətraf mühitin mühafizəsi qaydasına qarşı cinayətlər

Maddə 287. İş zamanı ətraf mühitin mühafizəsi qaydalarının pozulması

Sənaye, kənd təsərrüfatı, elmi və ya digər obyektin layihələndirilməsi, tərtibatı, yenidən qurulması, tikintisi, istismara verilməsi və ya istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarının pozulması, hansı ki radiasiya fonunun əhəmiyyətli dərəcədə pisləşməsinə, insan sağlamlığına ziyan vurmasına, heyvan və ya bitki aləminin kütləvi məhvinə və ya digər ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 2871. Mişar zavodunun qeydiyyat tələblərinin pozulması

1. Dairəvi ağac materialının (kötüklərin) kəsilməsi və/və ya istiliklə işlənməsi (emal) avadanlığının (texnikasının) və/və ya cihazının mişar zavodunda qeydiyyat olmadan quraşdırılması (montajı)–

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Cərimə ilə və/və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya üç ilədək fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə cəzalandırılır.

Gürcüstanın 20 aprel 2018-ci il tarixli qanunu №2197 – veb-səhifə, 10.05.2018-ci il.

Maddə 288. Ətraf mühit üçün təhlükəli maddələr və ya tullantılarla rəftar qaydalarının pozulması

1. İstehsalı, daşınması, yerləşdirilməsi, saxlanması, basdırılması və ya istifadəsi zamanı zəhərli, bakterioloji, kimyəvi və ya ətraf mühit üçün təhlükəli digər maddələr və ya tullantılarla rəftar qaydalarının pozulması, hansı ki insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli (ciddi) zərər vura və ya digər ağır nəticəyə səbəb ola bilərdi, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki ətraf mühitin çirklənməsinə, zəhərlənməyə və ya xəstələnməyə, və ya insan sağlamlığına zərər vurulmasına, və/və ya heyvan və ya bitki aləminin kütləvi məhvinə səbəb olub, habelə fövqəladə ekoloji vəziyyət zamanı və ya ekoloji fəlakət zonasında törədilmiş, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan tələfatına və ya insanların kütləvi xəstəliyinə səbəb olub, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 289. Mikrobioloji və ya digər bioloji agent və ya toksinlə rəftar qaydalarının pozulması

1. Mikrobioloji və ya digər bioloji agent və ya toksinlə rəftar qaydalarının pozulması, hansı ki insan sağlamlığına ziyan vurulmasına, epidemiyanın və/və ya epizootiyanın yayılmasına və ya ətraf mühit üçün digər ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan tələfatına səbəb olub, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Maddə 2891. Canlı geni dəyişdirilmiş orqanizmlərin istifadəsi sahəsində fəaliyyət qaydalarının pozulması

1. Canlı geni dəyişdirilmiş orqanizmlərin daşınma zamanı təhlükəsizlik şərtlərinin pozulması, hansı ki insan sağlamlığına ziyan vurulmasına səbəb olub və/və ya ətraf mühit və biomüxtəliflik üçün ağır fəsadlar törədib, −

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, iki ilədək fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Müvafiq lisenziya olmadan canlı geni dəyişdirilmiş orqanizmlərin qapalı sistemdə istifadəsi, hansı ki insan sağlamlığına ziyan vurulmasına səbəb olub və/və ya ətraf mühit və biomüxtəliflik üçün ağır fəsadlar törədib, −

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, əmlakı müsadirə etməklə.

3. Canlı geni dəyişdirilmiş orqanizmlərin ətraf mühitə daxil edilməsi və/və ya bazar şəbəkəsinə yerləşdirilməsi –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə cəzalandırılır.

Gürcüstanın 18 sentyabr 2014-cü il tarixli qanunu №2661 - veb-səhifə, 02.10.2014-cü il.

Gürcüstanın 2 mart 2016-cı il tarixli qanunu №4801 - veb-səhifə, 22.03.2016-cı il.

Maddə 290. Baytarlıq sahəsində Gürcüstan qanunvericiliyinin pozulması

1. Baytarlıq sahəsində Gürcüstan qanunvericiliyinin pozulması, hansı ki epizootiyanın yayılmasına və ya digər ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Baytarlıq sahəsində Gürcüstan qanunvericiliyinin pozulması, hansı ki epizootik, zoonoz, zooantroponoz xəstəliklərin yayılmasına və ya digər ağır nəticəyə səbəb olub, –

Üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 oktyabr 2004-cü il tarixli qanunu №548 – SSM I, №33, 12.11.2004-cü il, maddə153

Maddə 291. Sudan istifadə qaydalarının pozulması

Suyun özbaşına tutulması və ya ümumi istifadə şəbəkəsində hidrotexniki işlərin özbaşına aparılması, habelə sudan istifadə qaydalarının digər pozuntuları, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 27 dekabr 2011-ci il tarixli qanunu №5642 - veb-səhifə, 12.01.2012-ci il.

Gürcüstanın 25 mart 2013-cü il tarixli qanunu №472 – veb-səhifə, 05.04.2013-cü il.

Maddə 292. Suyun çirkləndirilməsi

1. Su obyektinin çirkləndirilməsi, zibilləndirilməsi, qurudulması və ya ona digər elə mənfi təsirlər, hansı ki əhalinin sağlamlığına zərər verə bilər, balıq ehtiyatlarını azalda bilər, su təchizatı şəraitinin pisləşməsinə, suyun fiziki, kimyəvi, bioloji xassələrinin pisləşməsinə, təbii özünü təmizləmə qabiliyyətinin aşağı düşməsinə, hidroloji və hidrogeoloji rejimin pozulmasına səbəb ola bilər, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan sağlamlığına zərər (ziyan) vurub və/və ya heyvan və ya bitki aləminin kütləvi məhvinə səbəb olub, habelə dövlət qoruğunun və ya mühafizə zonasının ərazisində və/və ya fövqəladə ekoloji vəziyyət zamanı və ya ekoloji fəlakət zonasında törədilmiş, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan tələfatına və ya digər ağır nəticəyə səbəb olub, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 293. Dənizin çirkləndirilməsi

1. Gəmidən, digər üzən vasitələrdən, platformadan və ya dənizdə süni şəkildə qurulmuş başqa bir konstruksiyadan insan sağlamlığına və ya dəniz canlıları üçün zərərli olan maddələrin, digər tullantıların və/və ya materialların qanunsuz olaraq dənizə atılması (buraxılması), habelə onları basdırmaq qaydasını pozaraq dənizi çirkləndirmək, hansı ki insan sağlamlığına və ya dənizin canlı orqanizmlərinə təhlükə yaradır, və/və ya dənizin düzgün (qanuni) istifadəsinə mane olur, bu cür hərəkətə görə inzibati cəza tətbiq edildikdən sonra, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə cəzalandırılır, üç ilədək fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Qurudan (torpaqdan) və hava gəmisindən (təyyarədən) insan sağlamlığına və ya dəniz canlıları üçün zərərli olan maddələrin və/və ya digər tullantıların və ya materialların qanunsuz olaraq dənizə atılması (buraxılması), habelə onları basdırmaq qaydasını pozaraq dənizi çirkləndirmək, hansı ki insan sağlamlığına və ya dənizin canlı orqanizmlərinə təhlükə yaradır, və/və ya dənizin düzgün (qanuni) istifadəsinə mane olur, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan sağlamlığına, bitkilər aləminə (floraya), balıq ehtiyatlarına və ya digər su canlılarına, istirahət zonasına və/və ya qanunla qorunan digər sərvətlərə əhəmiyyətli zərər (ziyan) vurmuşdur, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

4. Bu maddənin birinci, 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş əməl, hansı ki insan tələfatına səbəb olub, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 4 iyul 2002-ci il tarixli qanunu №1627 – SSM I, №23, 24.07.2002-ci il, maddə113

Maddə 294. İnsan sağlamlığına və ya dənizin canlı orqanizmləri üçün zərərli olan maddənin və/və ya digər tullantıların və ya materialın dənizə axıdılmasına görə məsul (cavabdeh) vəzifəli şəxs tərəfindən məlumat verilməməsi

Gəminin, digər üzən vasitələrin, hava gəmisinin (təyyarənin), platformanın və ya dənizdə süni şəkildə qurulmuş başqa bir konstruksiyanın müvafiq məsul (cavabdeh) vəzifəli şəxsi tərəfindən ən yaxın liman administrasiyasına, basdırmaq məqsədi ilə axıdılması halında isə – habelə axıtmaq (atmaq) icazəsi verən təşkilata o barədə məlumat verməmək (xəbərdar etməmək) ki, Gürcüstanın daxili dənizi və ya ərazi suları hüdudlarında və/və ya açıq dənizdə hazırlanır və ya son zərurətə görə axıdılması baş verib və ya qarşısının alınması mümkün olmayan itkisi olub insan sağlamlığına və ya dənizin canlı orqanizmləri üçün zərərli olan maddələrin və ya elə bir qarışığın, hansının ki tərkibində müəyyən edilmiş normadan artıq belə maddə var, və/və ya başqa tullantının və ya materialın, hansı ki istirahət zonasına zərər verə və ya dənizdən düzgün istifadəyə mane ola bilər, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Maddə 295. Atmosfer havasının çirkləndirilməsi

1. Zərərli maddələrin havaya yayılması (püskürdülməsi) və/və ya təmizləyici qurğunun, tikintinin və ya digər obyektin istismar qaydalarının pozulması, hansı ki atmosfer havasının keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olub, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, hansı ki insan sağlamlığına zərər (ziyan) vurub, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan tələfatına səbəb olub, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 296. Gürcüstanın kontinental şelfinin, ərazi sularının və ya xüsusi iqtisadi zonasının qanunvericiliyinin pozulması

1. Gürcüstanın kontinental şelfində, ərazi sularında və ya yaxınlığındakı zonada tikintinin qanunsuz ucaldılması (inşa edilməsi), onun ətrafında və ya xüsusi iqtisadi zonada süni ada, tikili və ya qurğunun ətrafında qeyri-qanuni olaraq təhlükəsizlik zonasının yaradılması, habelə tikinti, yenidənqurma, istismar, tikililərin mühafizəsi, ləğvi və ya konservasiyasının, və/və ya dəniz gəmiçiliyinin təhlükəsizlik qaydalarının pozulması eyni pozuntuya görə inzibati cəza tətbiq edildikdən sonra, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Gürcüstanın kontinental şelfini və ya xüsusi iqtisadi zonasını müvafiq icazə olmadan araşdırmaq və ya kəşfiyyat və/və ya onun təbii zənginliyini işləmək eyni pozuntuya görə inzibati cəza tətbiq edildikdən sonra törədilmiş, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 4 iyul 2002-ci il tarixli qanunu №1627 – SSM I, №23, 24.07.2002-ci il, maddə113

Maddə 297. Torpağın yararsızlaşdırılması

1. Gübrələrin, bitkilərin böyüməsi stimulyatorunun, zəhərli kimyəvi maddələrin, digər kimyəvi və ya bioloji maddələrin saxlanması, istifadəsi və ya daşınması zamanı onunla rəftar qaydalarını pozmaq nəticəsində sahibkarlıq, təsərrüfat və ya digər fəaliyyətlərdə torpağın zərərli maddələrlə zəhərlənməsi, deqradasiyası və ya başqa cür yararsızlaşdırılması, , hansı ki insan sağlamlığına və ya ətraf mühitə zərər (ziyan) vurmuşdur, –

Cərimə ilə və ya üç ilədək müddətə islahedici iş ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, fövqəladə ekoloji vəziyyət zamanı və ya ekoloji fəlakət zonasında törədilmiş, hansı ki torpağın əhəmiyyətli bir sahəsinin yararsızlaşmasına səbəb olub, –

Altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan tələfatına səbəb olub, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 298. Faydalı qazıntıların istifadəsi və ya mühafizəsi qaydasının pozulması

Mədənçilik müəssisəsinin və ya yeraltı tikilinin layihələndirilməsi, yerləşdirilməsi, yenidən qurulması, ləğvi, istismara verilməsi və ya istismarı zamanı faydalı qazıntıların istifadəsi və ya mühafizəsi qaydasının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi yerdə özbaşına tikinti (inşaat), hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Maddə 299. Müvafiq lisenziya olmadan torpaqdan (faydalı qazıntılardan) istifadə

1. Torpaqdan (faydalı qazıntılardan) (yeraltı şirin su istisna olmaqla) müvafiq lisenziya olmadan istifadə etmək, eyni əmələ görə inzibati cəza tətbiq edildikdən sonra törədilmiş, və ya müvafiq lisenziya olmadan torpaqdan (faydalı qazıntılardan) istifadə etmək, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 22 oktyabr 2009-cu il tarixli qanunu №1893 - SSM I, №33, 09.11.2009-cu il, maddə212

Gürcüstanın 20 aprel 2018-ci il tarixli qanunu №2197 – veb-səhifə, 10.05.2018-ci il.

Maddə 300. Qanunsuz balıq ovu (balıqçılıq)

1. Elektrik cərəyanı, elektrik şoku cihazı və ya digər qadağan olunmuş silahla, partlayıcı və ya zəhərləyici maddə, balıq və ya digər su canlılarını kütləvi şəkildə məhv edən digər vasitələrlə balıq ovu və ya ümumi tutumu 100 ton və ya daha az olan, uzunluğu 8 metrdən çox olan və ya ümumi tutumu 100 tondan çox olan su nəqliyyatı vasitəsindən balıqçılıq tüfəngi ilə balıq və ya digər su canlılarını qanunsuz əldə etmək, və ya Gürcüstanın "Qırmızı Siyahısı"na daxil edilmiş balıq və ya digər canlı su orqanizmlərinin əldə edilməsi, eyni pozuntuya görə inzibati cəza tətbiq edildikdən sonra, –

Cərimə ilə və ya altı ayadək müddətə islahedici iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Elektrik cərəyanı, elektrik şoku cihazı və ya digər qadağan olunmuş silahla, partlayıcı və ya zəhərləyici maddə, balıq və ya digər su canlılarını kütləvi şəkildə məhv edən digər vasitələrlə balıq ovu, və ya Gürcüstanın "Qırmızı Siyahısı"na daxil edilmiş balıq və ya digər canlı su orqanizmlərinin əldə edilməsi, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Elektrik cərəyanı, elektrik şoku cihazı və ya digər qadağan olunmuş silahla, partlayıcı və ya zəhərləyici maddə, balıq və ya digər su canlılarını kütləvi şəkildə məhv edən digər vasitələrlə, və ya ümumi tutumu 100 ton və ya daha az olan, uzunluğu 8 metrdən çox olan və ya ümumi tutumu 100 tondan çox olan su nəqliyyatı vasitəsindən balıqçılıq tüfəngi ilə balıq ovu, qadağan olunmuş vaxtda və ya yerdə, və ya fövqəladə ekoloji vəziyyət zamanı və ya ekoloji fəlakət zonasında, və ya dövlət qoruğunun, milli parkın ciddi təbiəti mühafizə zonasının, təbiət abidəsinin, biosfer ehtiyatı özəyinin (nüvəsinin) (təbiətin ciddi qorunması) zonasının və ya Ümumdünya İrs dairəsinin ərazisində törədilmiş, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 4 iyul 2002-ci il tarixli qanunu №1627 – SSM I, №23, 24.07.2002-ci il, maddə113

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2477 - SSM I, №50, 31.12.2009-cu il, maddə395

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 12 iyun 2013-cü il tarixli qanunu №724 – veb-səhifə, 03.07.2013-cü il.

Maddə 301. Qanunsuz ovçuluq

1. Müvafiq icazə olmadan və/və ya qadağan olunmuş yerdə və ya qadağan olunmuş vaxtda və ya qadağan olunmuş silah və ya vasitə ilə ovçuluq etmək, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Dövlət qoruğunda və ya digər mühafizə ərazisində, harada ki ovlamaq tamamilə qadağandır, və/və ya mexaniki nəqliyyat və ya kütləvi məhvetmə vasitəsi ilə, və ya Gürcüstanın "Qırmızı Siyahısı"na daxil edilmiş və ya aciz (köməksiz) vəziyyətdə olan ov-quşlarına qarşı, habelə fövqəladə ekoloji vəziyyət zamanı və ya ekoloji fəlakət zonasında ovçuluq etmək, −

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 8 noyabr 2011-ci il tarixli qanunu №5201 - veb-səhifə, 14.11.2011-ci il.

Gürcüstanın 25 mart 2013-cü il tarixli qanunu №472 – veb-səhifə, 05.04.2013-cü il.

Maddə 302. Gürcüstanın “Qırmızı Siyahı”sına daxil edilmiş, nəsli kəsilməkdə olan vəhşi heyvanın və ya yabanı bitkinin yerləşdiyi yerin pozulması (dağıdılması)

1. Gürcüstanın "Qırmızı Siyahısı"na daxil edilmiş, nəsli kəsilməkdə olan vəhşi heyvanın və ya yabanı bitkinin təbii yaşayış mühitinin və ya çoxalma sahəsinin pozulması və ya Gürcüstanın "Qırmızı Siyahısı"na daxil edilmiş növün təbii olaraq yaşadığı və ya böyüdüyü (çoxaldığı) yerlərdən başqa məqsədlər üçün istifadə edilməsi, hansı ki ehtiyatsızlıqla bu yerlərdə heyvan və ya bitki növlərinin nəsli kəsilmək təhlükəsini yaratmışdır, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Eyni əməl, hansı ki Gürcüstanın "Qırmızı Siyahısı"na daxil edilmiş, nəsli kəsilməkdə olan vəhşi heyvan və ya yabanı bitkinin nəslinin kəsilməsinə ehtiyatsızlıqdan səbəb olub, –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 6 iyun 2003-cü il tarixli qanunu №2386 – SSM I, №19, 01.07.2003-cü il, maddə133

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3021. „Nəsli kəsilməkdə olan vəhşi flora və fauna növlərinin beynəlxalq ticarəti haqqında“ Konvensiyanın (CITES) əlavələrinə daxil edilmiş növün canlı və ya cansız fərdinin, bu növün bir hissəsinin və ya törəməsinin qanunsuz ixracı, idxalı, yenidən ixracı və ya dənizdən girişi

„Nəsli kəsilməkdə olan vəhşi flora və fauna növlərinin beynəlxalq ticarəti haqqında“ Konvensiyanın (CITES) əlavələrinə daxil edilmiş növün, onun bir hissəsinin və ya törəməsinin qanunsuz ixracı, idxalı, yenidən ixracı və ya dənizdən girişi, mütəşəkkil dəstə tərəfindən törədilmiş, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 22 dekabr 2018-ci il tarixli qanunu №4030 – veb-səhifə, 31.12.2018-ci il.

Maddə 303. Ağacların-kolların qanunsuz kəsilməsi

1. Ağacların-kolların qanunsuz kəsilməsi Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 641 maddəsinin birinci hissəsində, 642 maddəsinin 3-cü hissəsində, 66-cı maddəsinin 2-ci hissəsində, 151-ci maddəsinin 2-ci hissəsində və ya 1511 maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə inzibati cəza (tənbeh) almış şəxs tərəfindən törədilmiş və ya ağacların-kolların qanunsuz kəsilməsi, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və/və ya bir ilədək müddətə islahedici iş ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Cərimə ilə və/və ya iki ilədək müddətə islahedici iş ilə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Gürcüstanın meşəsində və ya qorunan ərazilərində Gürcüstanın "Qırmızı Siyahısı"na daxil edilmiş ağacların-kolların qanunsuz kəsilməsi Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 641 maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə inzibati cəza (tənbeh) almış şəxs tərəfindən törədilmiş –

Cərimə ilə və/və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Cərimə ilə və/və ya dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 20 aprel 2018-ci il tarixli qanunu №2197 – veb-səhifə, 10.05.2018-ci il.

Gürcüstanın 22 may 2020-ci il tarixli qanunu №5963 – veb-səhifə, 28.05.2020-ci il.

Gürcüstanın 2 noyabr 2021-ci il tarixli qanunu №971 – veb-səhifə, 05.11.2021-ci il.

Maddə 304. Meşəyə və ya əkin sahəsinə ziyan vurmaq və ya məhv etmək

1. Od (ocaq) və ya artan təhlükə mənbəyi ilə ehtiyatsız davranmaq nəticəsində meşəyə və ya əkin sahəsinə ziyan vurmaq və ya məhv etmək və/və ya onu zərərli maddələrlə çirkləndirmək, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Meşənin və ya əkin sahəsinin yandırma (od vurmaq), partlayış və ya digər ümumi təhlükəli vasitələrlə zədələnməsi və ya məhv edilməsi, –

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 3041. Dəyirmi taxta-ağacların (kötüklərin), ağac-bitki və ya odunun qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla daşınması

1. Dəyirmi taxta-ağacların (kötüklərin), ağac-bitki və ya odunun qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq sənəd olmadan və/və ya xüsusi lak ilə işarələnmədən daşınması Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 1282 maddəsinin 5-ci, 7-ci və ya 8-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə inzibati cəza (tənbeh) almış şəxs tərəfindən törədilmiş −

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, −

Cərimə ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 20 aprel 2018-ci il tarixli qanunu №2197 – veb-səhifə, 10.05.2018-ci il.

Maddə 305. Mühafizə olunan ərazinin rejiminin pozulması

Dövlət qoruğunun, mühafizə zonasının ərazisinin, milli parkın, təbiət abidəsinin, mühafizə olunan landşaftın və ya digər mühafizə olunan ərazi rejiminin pozulması, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Maddə 306. Ətraf mühitə təsir icazəsi olmadan fəaliyyətlərin həyata keçirilməsi

Ətraf mühitə təsir icazəsi olmadan fəaliyyətlərin həyata keçirilməsi, eyni pozuntuya görə inzibati cəza tətbiq edildikdən sonra,–

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3517 - SSM I, №36, 04.08.2006-cı il, maddə262

Maddə 3061. Ətraf Mühitin Qiymətləndirilməsi Məcəlləsində nəzərdə tutulmuş fəaliyyətləri skrininq qərarı və ya ətraf mühitə dair (ekoloji) qərar olmadan həyata keçirmək

Skrininq proseduruna tabe olan fəaliyyətlərin skrininq qərarı olmadan həyata keçirilməsi, hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, və ya ətraf mühitə təsirin qiymətləndirilməsinə tabe olan fəaliyyətlərin ekoloji qiymətləndirmə məcəlləsi ilə nəzərdə tutulmuş ətraf mühitin mühafizəsi haqqında qərar olmadan həyata keçirilməsi, eyni pozuntuya görə inzibati cəza tətbiq edildikdən sonra, −

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №910 - veb-səhifə, 21.06.2017-ci il.

[Maddə 3062. Qanunsuz hərəkətlərlə ətraf mühitə əhəmiyyətli zərər (ziyan) vurmaq

1. Şəxsin qanunsuz hərəkəti ilə ətraf mühitə əhəmiyyətli zərər (ziyan) vurması −

Cərimə ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, −

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin məqsədləri üçün ətraf mühitə dəymiş əhəmiyyətli zərər (ziyan) dedikdə elə ziyan başa düşülür, nə vaxt ki ətraf mühitə dəymiş ziyanın səviyyəsi „Ətraf mühitin mühafizəsi üzrə məsuliyyət haqqında“ Gürcüstan Qanununun №1 əlavəsində nəzərdə tutulmuş əhəmiyyətli zərərin (ziyanın) müəyyən edilməsi meyarlarına uyğundur.

2. Bu maddədə nəzərdə tutulmuş şəxs dedikdə, ,,Sahibkarlar haqqında“ Gürcüstan Qanunu ilə müəyyən edilmiş fərdi sahibkar istisna olmaqla, fiziki şəxs nəzərdə tutulmur.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır. (2022-ci ilin 1 iyulundan qüvvəyə minsin)]

Gürcüstanın 2 mart 2021-ci il tarixli qanunu №250 – veb-səhifə, 12.03.2021-ci il.

On Birinci Qapı

Dövlət əleyhinə olan cinayətlər

Fəsil XXXVII

Gürcüstanın konstitusiya quruluşuna və təhlükəsizlik əsaslarına qarşı cinayət

Maddə 307. (çıxarılıb)

Gürcüstanın 27 aprel 2007-ci il tarixli qanunu №4698 - SSM I, №16, 07.05.2007-ci il, maddə130

Maddə 308. Gürcüstanın ərazi toxunulmazlığının pozulması

1. Gürcüstan ərazisinin hamısını və ya bir hissəsini xarici ölkəyə verməyə və/və ya onun bir hissəsini Gürcüstan ərazisindən ayırmağa yönəldilmiş, Gürcüstanın əleyhinə hərəkət, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki Gürcüstanın bütün ərazisinin və ya onun bir hissəsinin itirilməsinə və/və ya digər ağır nəticəyə səbəb olub, –

On beş ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 309. Konstitusiyaya zidd olan müqavilə bağlamaq və ya danışıqlar aparmaq

1. Gürcüstanın suverenliyini məhdudlaşdırmaq və ya onun dövlət müstəqilliyinə başqa cür ziyan vurmaq məqsədi ilə xarici ölkə, xarici ölkənin təşkilatı və ya onların nümayəndəsi ilə konstitusiyaya zidd olan danışıqlar aparmaq, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Gürcüstan adından xarici ölkə və ya xarici ölkənin təşkilatı ilə elə bir konstitusiyaya zidd olan müqavilə (saziş) imzalamaq, hansı ki Gürcüstanın dövlət müstəqilliyini, onun suverenliyini məhdudlaşdırır və ya Gürcüstanın digər dövlətlərlə dinc yanaşı yaşamasına təhlükə yaradır, həmçinin belə bir müqavilə bağlamaq üçün başqasına etibarnamə vermək, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 310. Gürcüstanın xarici təhlükəsizliyinin pozulması

1. Gürcüstanın xarici təhlükəsizliyinin zərərinə xarici ölkənin və ya xarici ölkənin təşkilatının hərbi xidmətinə daxil olmaq, habelə başqasını belə bir hərəkəti törətməyə sövq etmək, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Xarici ölkə və ya xarici ölkənin təşkilatı ilə elə bir əlaqənin (münasibətin) qurulması, hansının ki məqsədi Gürcüstana qarşı müharibə və ya digər təcavüz aktının hazırlanması və ya həyata keçirilməsidir, habelə belə bir aktı (hərəkəti) təhrik etmək məqsədi ilə başqa cür hərəkət, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki ağır nəticəyə səbəb olub, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 311. Xarici ölkənin kəşfiyyat xidmətinə daxil olmaq

Xarici ölkənin kəşfiyyat xidmətinə daxil olmaq və ya Gürcüstana qarşı fəaliyyət, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 312. Gürcüstanın müdafiə qabiliyyətinin pozulması

1. Gürcüstanın hərbi hissəsinin, texnikasının və ya digər müdafiə vasitələrinin qanunsuz olaraq xarici ölkəyə, xarici ölkənin təşkilatına və ya onların nümayəndəsinə verilməsi, –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Gürcüstanın müdafiə qabiliyyətinin zərərinə Gürcüstanın hərbi texnikasını və ya hərbi obyektini zədələmək, sıradan çıxarmaq və ya məhv etmək, habelə hərbi və ya müdafiə əhəmiyyətli başqa müəssisə, idarə, təşkilat və ya xidmətin normal fəaliyyətinə maneçilik törətmək, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, müharibə və ya silahlı münaqişə zamanı törədildikdə, və/və ya insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 313. Dövlət sirrinin açıqlanması (yayılması)

1. Dövlət sirrinin açıqlanması (yayılması), yəni Gürcüstanın dövlət maraqlarının zərərinə Gürcüstanın dövlət sirrini xarici ölkəyə, xarici ölkənin təşkilatına və ya onların nümayəndəsinə vermək (çatdırmaq) və ya onu ictimaiyyətə açıqlamaq, habelə eyni məqsədlə başqa bir hərəkət, hansı ki dövlət sirrini kənar adamlar üçün əlçatan edir, iş (xidmət) vəzifəsinə görə belə bir sirri bilən şəxs tərəfindən törədilmiş və ya elə bir şəxs tərəfindən, hansına ki bunu xüsusi bir halla əlaqədar etibar ediblər, –

Səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Eyni əməl, müharibə zamanı törədildikdə və ya ağır nəticəyə səbəb olduqda, –

On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 314. Casusluq

1. Tərkibində Gürcüstanın dövlət sirri olan əşyanın, sənədin, bildirişin və ya başqa cür məlumatların toplanması, saxlanması və ya xarici ölkəyə, xarici ölkənin təşkilatına və ya onların nümayəndəsinə verilməsi və/və ya onlara vermək məqsədi ilə hədə-qorxu ilə tələb etmək və ya qaçırmaq, habelə Gürcüstanın maraqlarının zərərinə xarici ölkənin kəşfiyyatının tapşırığı ilə digər məlumatların toplanması və ya ötürülməsi, –

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Casusluq, müharibə və ya silahlı münaqişə zamanı törədildikdə və ya Gürcüstanın maraqları üçün ağır nəticəyə səbəb olduqda, –

On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstan Konstitusiya Məhkəməsinin 14 may 2013-cü il tarixli Qərarı №2/2/516,542 – veb-səhifə, 23.05.2013-cü il.

Maddə 315. Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək üçün sui-qəsd və ya üsyan

1. Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək, dövlət hakimiyyətini devirmək və ya ələ keçirmək məqsədi ilə sui-qəsd, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək, dövlət hakimiyyətini devirmək və ya ələ keçirmək məqsədi ilə üsyan, –

Yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

On beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 aprel 2007-ci il tarixli qanunu №4698 - SSM I, №16, 07.05.2007-ci il, maddə130

Maddə 316. Hərbi rəhbərliyin qanunsuz ələ keçirilməsi (zəbt edilməsi) və ya qanuni hakimiyyətə tabe olmamaq

1. Hərbi rəhbərliyi qanunsuz ələ keçirmək (zəbt etmək), –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Hərbi rəhbər tərəfindən hərbi qüvvələrin və ya texnikanın qanunsuz yerdəyişməsi, yığılması və ya dislokasiya yerinin dəyişdirilməsi, və/və ya qanuni hakimiyyətə başqa cür itaətsizlik, –

Yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl müharibə, silahlı münaqişə, fövqəladə vəziyyət və ya kütləvi iğtişaşlar zamanı törədildikdə, və/və ya ağır nəticəyə səbəb olduqda, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 317. Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırış

Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və ya dövlət hakimiyyətini devirmək üçün dünya miqyasında (açıqca) çağırış, və/və ya tərkibində belə çağırış olan materialın yayılması, habelə eyni məqsədlə silahlanmağa çağırış, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 318. Təxribat

1. Gürcüstanı zəiflətmək məqsədi ilə dövlət və ya digər müəssisə, qurum, təşkilat və ya xidmətin normal fəaliyyətinə maneçilik törətmək, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Gürcüstanı zəiflətmək məqsədi ilə müəssisənin, nəqliyyat, rabitə və ya kütləvi informasiya vasitələrinin, yolun, tikintinin, texnikanın, sənədin, böyük miqdarda strateji xammalın, material və ya məhsulların, habelə əhali üçün həyati əhəmiyyət kəsb edən qurum və ya təşkilatın normal fəaliyyəti üçün zəruri, ictimai təhlükəsizlik və ya asayişin mühafizəsi və ya digər xüsusi təyinatlı obyektin zədələnməsi, sıradan çıxarılması və ya məhv edilməsi, –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl partlayış, yandırma (od vurmaq) və ya digər ümumi təhlükəli vasitələrlə törədilmiş, habelə nüvə enerjisini nəzarətdən (kontroldan) çıxarmaq, epidemiya və ya epizootiyanı yaymaq, kütləvi zəhərlənmə və/və ya digər əməl, hansı ki insan ölümünə və ya onun sağlamlığına zərər (ziyan) vurulmasına səbəb olub, –

On ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 319. Xarici ölkəyə, xarici ölkənin təşkilatına və ya xarici ölkənin nəzarətinə tabe olan təşkilata düşmənçilik fəaliyyətində köməklik etmək

Xarici ölkəyə, xarici ölkənin təşkilatına və ya xarici ölkənin nəzarətinə tabe olan təşkilata məqsədi Gürcüstanın dövlət maraqlarını pozmaq olan fəaliyyətlərdə köməklik (yardım) etmək, əgər bu məcəllənin 308-ci, 310-cu–314-cü, 318-ci, 322-ci–325-ci və 329-cu maddələrində nəzərdə tutulmuş hər hansı bir əməlin əlamətləri yoxdursa, –

Yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 320. Dövlət sirrinin açıqlanması (səsləndirilməsi)

1. Dövlət sirrini qəsdən açıqlamaq və ya elə bir şəxsin açıqlaması, hansı ki belə sirri öz iş (xidmət) vəziyyətinə görə bilirdi və ya hansını ki ona etibar ediblər, əgər bu məcəllənin 313-cü və ya 314-cü maddəsində nəzərdə tutulmuş əməlin əlamətləri yoxdursa, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Eyni əməl, hansı ki Gürcüstanın maraqları üçün ağır nəticəyə səbəb olub, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 321. Dövlət sirrinin qorunması qaydasının pozulması

1. Tərkibində dövlət sirri olan sənədlərlə və ya əşyalarla rəftar qaydalarının qəsdən və ya ehtiyatsızlıqdan pozulması, hansı ki belə sənədin və ya obyektin zədələnməsinə, məhv edilməsinə və ya itirilməsinə səbəb olub, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Eyni əməl, hansı ki dövlət sirrinin açıqlanmasına və ya digər ağır nəticəyə səbəb olub, –

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Maddə 3211. Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizlik əsaslarına qarşı yönəldilmiş fəaliyyətlərin maliyyələşdirilməsi və ya bu cür fəaliyyətin digər maddi dəstəyi

1. Maliyyə vəsaitlərinin və ya digər əmlakın və/və ya maddi resursların bu fəsildə nəzərdə tutulmuş hər hansı cinayətin törədilməsi üçün tam və ya qismən istifadə olunacağı və ya istifadə oluna biləcəyi barədə qabaqcadan bildiyi (məlumatlı olduğu) halda toplanması və ya çatdırılması (bu məcəllənin 320 və 321-ci maddələrində nəzərdə tutulmuş cinayətlər istisna olmaqla), –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Təkrar (dəfələrlə), –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki ağır nəticəyə səbəb olub, –

On beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3699 – veb-səhifə, 29.06.2015-ci il.

Maddə 322. Dövlətə qarşı törədilən cinayətlərin effektiv peşmançılığı

Bu məcəllənin 309-cu və 311-ci maddələrində, 314-cü və 315-ci maddələrinin birinci hissələrində və 319-cu maddəsində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini törətmiş şəxs cinayət məsuliyyətindən azad edilir, əgər o, bu barədə hakimiyyət orqanına könüllü olaraq və vaxtında məlumat veribsə və Gürcüstanın maraqlarına gözlənilən zərərin qarşısı alınıbsa.

Fəsil XXXVII1

İşğal olunmuş ərazilərin hüquqi rejiminin pozulması

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №795 - SSM I, №40, 29.12.2008-ci il, maddə282

Maddə 3221. İşğal olunmuş ərazilərə giriş qaydasının pozulması

1. Xarici ölkənin vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin Gürcüstanın “İşğal olunmuş ərazilər haqqında” Qanunu ilə müəyyən edilmiş qaydaları pozaraq işğal olunmuş ərazilərə girməsi, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə);

q) Zorakılıqla və ya zorakılıq tətbiq etmək hədə-qorxusu ilə;

d) Belə cinayətə görə məhkum edilmiş şəxs tərəfindən, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayəti törətməyə görə şəxs cinayət məsuliyyətindən azad edilir xarici ölkənin vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs, hansı ki Gürcüstana birbaşa o ərazilərdən daxil olub, harada ki onun həyatı və ya azadlığı BMT-nin „Qaçqınların statusu haqqında“ 1951-ci il Konvensiyasının birinci maddəsində nəzərdə tutulmuş təhlükə altında idi və hansı ki Gürcüstanda icazəsiz qalır və eyni konvensiyaya və Gürcüstan qanunvericiliyinə uyğun olaraq Gürcüstan hakimiyyətindən sığınacaq istəyir, o şərtlə ki, o, dərhal hakimiyyət orqanına gedəcək və Gürcüstana qanunsuz giriş və ya icazəsiz qalma ilə bağlı müvafiq izahat təqdim edəcək, və əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa, habelə insan alveri (trefikinq) qurbanı statusunu almamışdan əvvəl insan alverinin (trefikinqin) qurbanı olduğuna görə qeyd olunan əməli törətmiş şəxs.

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №795 - SSM I, №40, 29.12.2008-ci il, maddə282

Gürcüstanın 17 iyul 2015-ci il tarixli qanunu №4060 - veb-səhifə, 29.07.2015-ci il.

Maddə 3222. İşğal olunmuş ərazilərdə qadağan edilmiş iqtisadi fəaliyyətin həyata keçirilməsi

1. İşğal olunmuş ərazilərdə Gürcüstanın “İşğal olunmuş ərazilər haqqında” Qanunu ilə qadağan olunmuş iqtisadi fəaliyyətin həyata keçirilməsi, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə);

q) Belə cinayətə görə məhkum edilmiş şəxs tərəfindən, –

Cərimə ilə və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb olunduqdan sonra hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №795 - SSM I, №40, 29.12.2008 –ci il, maddə282

Fəsil XXXVIII

Terrorizm

Maddə 323. Terror aktı

1. Terror aktı, yəni partlayış, yandırma (od vurmaq), insana hücum etmək, silahdan istifadə etmək və ya digər hərəkət, hansı ki insan həyatının itirilməsi, əhəmiyyətli əmlak ziyanı və ya digər ağır nəticənin həyata keçirilməsi təhlükəsini yaradır, terror məqsədi ilə törədilmiş, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

11. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu, −

Altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə);

q) Kütləvi qırğın silahlarından istifadə edərək, –

On iki ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci, 11 və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, −

On beş ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu fəslin məqsədləri üçün terrorun məqsədi əhalini qorxutmaq və ya hakimiyyət orqanını, xarici ölkənin hakimiyyət orqanını və ya beynəlxalq təşkilatı bu və ya digər hərəkəti yerinə yetirməyə və ya etməməyə məcbur etməkdir, və ya ölkənin/xarici ölkənin/beynəlxalq təşkilatın əsas siyasi, konstitusiya, iqtisadi və ya sosial strukturlarının sabitliyinin pozulması və ya məhv edilməsidir.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1908 – SSM I, №4, 22.01.2003-cü il, maddə23

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 5 may 2011-ci il tarixli qanunu №4630 – veb-səhifə, 19.05.2011-ci il.

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 2 mart 2012-ci il tarixli qanunu №5744 – veb-səhifə, 15.03.2012-ci il.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Maddə 3231. Terror məqsədi ilə odlu silahı, döyüş sursatını, partlayıcı maddəni və ya partlayıcı qurğunu qanunsuz almaq, saxlamaq, gəzdirmək, hazırlamaq, daşımaq, göndərmək, satmaq və ya istifadə etmək

1. Odlu silahı, döyüş sursatını, partlayıcı maddəni və ya partlayıcı qurğunu qanunsuz almaq, saxlamaq, gəzdirmək, hazırlamaq, daşımaq, göndərmək və ya satmaq, terror məqsədi ilə törədilmiş, −

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu, −

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Odlu silahı, döyüş sursatını, partlayıcı maddəni və ya partlayıcı qurğunu istifadə etmək, terror məqsədi ilə törədilmiş, −

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu, −

Altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin birinci, 2-ci, 3-cü və ya 4-cü hissəsində nəzərdə tutulmuş əməl, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

On iki ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Maddə 3232. Beynəlxalq terrorizmdə iştirak etmək

1. Beynəlxalq terrorizmdə iştirak etmək, və/və ya xarici ölkəni və ya onun orqanını, bir qrup şəxsi və ya digər fiziki və ya hüquqi şəxsi hərbi xarakterli dəstəkləmək, terror məqsədi ilə törədilmiş, –

On iki ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

11. Terrorçuluq fəaliyyətini həyata keçirmək, hazırlamaq və ya bu cür fəaliyyətlərdə və ya terror təlimində (məşqində) iştirak etmək məqsədi ilə Gürcüstanın dövlət sərhədini keçmək və ya keçməyə cəhd etmək, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl:

a) Təkrar (dəfələrlə) törədildikdə;

b) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş;

q) Terror təşkilatı tərəfindən törədilmiş;

d) Hansı ki dövlətə əhəmiyyətli zərər (ziyan) vurub və/və ya insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

On səkkiz ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin məqsədləri üçün beynəlxalq terrorizm dedikdə, Gürcüstanın “Terrorizmlə mübarizə haqqında” Qanununun birinci maddəsinin “d” alt bəndində verilmiş “beynəlxalq terrorizm” anlayışında nəzərdə tutulmuş terror fəaliyyəti başa düşülür.

2. Bu maddənin məqsədləri üçün hərbi xarakterli dəstəkləmək dedikdə, müvafiq kadrların (heyətin) seçilməsi, təlimlərin (məşqlərin) keçirilməsi, avadanlıqların alınması, döyüş əməliyyatlarında iştirak etmək, logistika, kəşfiyyat və ya funksional yardım göstərmək, terrorçunun şəxsi qoruma ilə təmin olunması və ya digər hərbi xarakterli xidmətlər başa düşülür.

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3699 - veb-səhifə, 29.06.2015-ci il.

Maddə 324. Texnoloji terrorizm

1. Nüvə, radioloji, kimyəvi və ya bakterioloji (bioloji) silah və ya onun komponentini, patogen mikroorqanizmi, radioaktiv və/və ya insan sağlamlığına zərərli olan digər maddələri qanunsuz almaq, saxlamaq, gəzdirmək, hazırlamaq, daşımaq, göndərmək və ya satmaq və/və ya bioloji və kimyəvi silahların tədqiqi və inkişafı, terror məqsədi ilə törədilmiş, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu, −

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Nüvə, radioloji, kimyəvi və ya bakterioloji (bioloji) silahı və ya onun komponentini, patogen mikroorqanizmi, radioaktiv və/və ya insan sağlamlığına zərərli olan digər maddələri istifadə etmək, o cümlədən, tərkibində nüvə, kimyəvi və ya güclü texnoloji və/və ya ekoloji təhlükə olan obyektin ələ keçirilməsi (zəbt edilməsi), fiziki və hüquqi şəxslərə təsir etmək və ya terror məqsədi ilə törədilmiş, −

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu , −

Altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin birinci, 2-ci, 3-cü və ya 4-cü hissəsində nəzərdə tutulmuş əməl (nüvə, radioloji, kimyəvi və ya bakterioloji (bioloji) silahı və ya onun komponentini, patogen mikroorqanizmi, radioaktiv və/və ya insan sağlamlığına zərərli olan digər maddələri istifadə etmək istisna olmaqla), hansı ki insan ölümünə və ya digər ağır nəticəyə səbəb olub, –

On iki ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1908 – SSM I, №4, 22.01.2003-cü il, maddə23

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3542 - SSM I, №36, 04.08.2006-cı il, maddə268

Gürcüstanın 2 mart 2012-ci il tarixli qanunu №5744 – veb-səhifə, 15.03.2012-ci il.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Maddə 3241. Kiberterrorizm

1. Kiberterrorizm, yəni qanunla qorunan kompüter məlumatlarının qanunsuz əldə edilməsi, istifadəsi və ya istifadə etmək hədə-qorxusu, hansı ki ağır nəticələr təhlükəsi yaradır, əhalini qorxutmaq və/və ya hakimiyyət orqanına təsir etmək məqsədi ilə törədilmiş, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

On iki ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1908 – SSM I, №4, 22.01.2003-cü il, maddə23

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 2 mart 2012-ci il tarixli qanunu №5744 – veb-səhifə, 15.03.2012-ci il.

Maddə 325. Gürcüstanın dövlət-siyasi vəzifəli şəxsinə hücum

1. Gürcüstan Prezidentinin, başqa dövlət-siyasi vəzifəli şəxsinin və ya onun ailə üzvünün həyatına, sağlamlığına və ya mülkiyyətinə qəsd (təcavüz) etmək bu vəzifəli şəxsin dövlət işi ilə əlaqədar, –

Yeddi ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu, −

Altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Maddə 326. Beynəlxalq müdafiədən faydalanan şəxsə və ya quruma hücum

1. Beynəlxalq müdafiədən faydalanan xarici ölkənin nümayəndəsinə və ya beynəlxalq təşkilatın əməkdaşına və/və ya onların iş ofisinə və ya yaşayış binasına və ya nəqliyyat vasitəsinə hücum etmək, habelə onların ailə üzvünün həyatına, sağlamlığına və ya mülkiyyətinə qəsd (təcavüz) etmək siyasi səbəblərdən və ya beynəlxalq münasibətləri çətinləşdirmək məqsədi ilə, –

Yeddi ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu, −

Altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

2. Bu maddədə nəzərdə tutulmuş „Beynəlxalq müdafiədən faydalanan xarici ölkənin nümayəndəsi“ dedikdə, „Beynəlxalq müdafiə haqqında“ Gürcüstan Qanunu ilə müəyyən edilmiş beynəlxalq müdafiəyə malik olan şəxs nəzərdə tutulmur.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Gürcüstanın 1 dekabr 2016-cı il tarixli qanunu №58 - veb-səhifə, 15.12.2016-cı il.

Maddə 327. Terror təşkilatına üzv olmaq, terror təşkilatının fəaliyyətində iştirak etmək, terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək

1. Terror təşkilatına üzv olmaq, –

On ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Terror təşkilatının üzvünün bu təşkilatın fəaliyyətində iştirak etməsi və ya adı çəkilən təşkilatın adından və ya onun fəaliyyətini təşviq etmək və ya həvəsləndirmək məqsədi ilə əməliyyatların həyata keçirilməsi, –

On iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək, –

On beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1908 – SSM I, №4, 22.01.2003-cü il, maddə23

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Maddə 3271. Terror təşkilatına qoşulmaq üçün və ya terrorçuluq fəaliyyətinin həyata keçirilməsi üçün cəlb etmək (yoldan çıxarmaq)

Terror təşkilatına qoşulması üçün və ya terrorçuluq fəaliyyətinin həyata keçirilməsi üçün şəxsi cəlb etmək (yoldan çıxarmaq), –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3699 - veb-səhifə, 29.06.2015-ci il.

Maddə 328. Xarici ölkənin terror təşkilatında və ya xarici ölkənin nəzarətinin tabeliyində olan terror təşkilatında birləşmək və ya terror fəaliyyətində ona kömək etmək

Xarici ölkənin terror təşkilatında və ya xarici ölkənin nəzarətinin tabeliyində olan terror təşkilatında birləşmək və ya terror fəaliyyətində ona kömək etmək, –

On ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1908 – SSM I, №4, 22.01.2003-cü il, maddə23

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Maddə 329. Terror məqsədi ilə girov (əsir) götürmək

1. Girov (əsir) götürmək terror məqsədi ilə, və ya dini təşkilatı bu və ya digər hərəkəti yerinə yetirməyə və ya etməməyə məcbur etmək məqsədi ilə, −

Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu, –

Üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Gürcüstanın dövlət-siyasi vəzifəli şəxsinə və ya onun ailə üzvünə qarşı;

b) Xarici ölkənin rəsmi nümayəndəsinə və ya beynəlxalq hüquqi müdafiəyə tabe olan şəxsə qarşı;

q) Qrup halında;

d) Təkrar (dəfələrlə);

e) Terror təşkilatı tərəfindən, –

On ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci, 2-ci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

On dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Maddə 3291. Terror məqsədi ilə hava və ya su gəmisini, dəmir yolunun hərəkət edən vaqonunu və ya digər ictimai və ya yük nəqliyyatını qanunsuz sahiblənmək

1. Hava və ya su gəmisini, dəmir yolunun hərəkət edən vaqonunu və ya digər ictimai və ya yük nəqliyyatını qanunsuz sahiblənmək, terror məqsədi ilə törədilmiş, –

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu, −

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Gürcüstanın dövlət-siyasi vəzifəli şəxsinə və ya onun ailə üzvünə qarşı;

b) Xarici ölkənin rəsmi nümayəndəsinə və ya beynəlxalq hüquqi müdafiəyə tabe olan şəxsə qarşı;

q) Qrup halında;

d) Təkrar (dəfələrlə);

e) Terror təşkilatı tərəfindən, –

Səkkiz ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməli törətmək hədə-qorxusu, −

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin birinci, 2-ci, 3-cü və ya 4-cü hissəsində nəzərdə tutulmuş əməl, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

On bir ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Maddə 330. Strateji və ya xüsusi əhəmiyyət kəsb edən obyektin terror məqsədi ilə ələ keçirilməsi və ya bloklanması

1. Strateji və ya xüsusi əhəmiyyət kəsb edən obyektin terror məqsədi ilə ələ keçirilməsi və ya bloklanması, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

On iki ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 3301. Terror fəaliyyətinə və/və ya terror təşkilatına ictimai (açıq) dəstək vermək və ya terrorizmə açıqca çağırış

1. Terror fəaliyyətini və/və ya terror təşkilatını şifahi, yazılı və ya digər ifadə vasitələri ilə açıqca dəstəkləmək (bu məcəllənin 3311 maddəsində nəzərdə tutulmuş hərəkət istisna olmaqla), əgər bu, terror fəaliyyətinin həyata keçiriləcəyinin aydın, birbaşa və əsaslı təhlükəsini yaradırsa, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Şifahi, yazılı və ya digər ifadə vasitələri ilə terror fəaliyyətinin həyata keçirilməsinə açıq şəkildə çağırış və ya tərkibində birbaşa cinayət törətməyə çağırış olub-olmamasından asılı olmayaraq, terror fəaliyyətinin həyata keçirilməsi üçün informasiyanın dünyaya yayılması, əgər bu, terror fəaliyyətinin həyata keçiriləcəyinin aydın, birbaşa və əsaslı təhlükəsini yaradırsa, –

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3699 - veb-səhifə, 29.06.2015-ci il.

Maddə 3302. Terror fəaliyyətinin həyata keçirilməsi üçün təlimlərin (məşqlərin) keçirilməsi və təlimatların verilməsi

1. Terror fəaliyyətinin həyata keçirilməsi və ya təşviq edilməsi üçün və ya belə fəaliyyətin aşkarlanmasına maneə yaratmaq üçün təlimatların verilməsi, və/və ya partlayıcı, odlu və ya digər növ silahların istifadəsi və ya hazırlanması və ya zəhərləyici və ya təhlükəli maddələrin və/və ya digər spesifik üsulların istifadəsi və texnikanın hazırlanması və ya istifadəsi sahəsində terror fəaliyyətini həyata keçirmək və ya təşviq etmək məqsədi ilə təlimatların (göstərişlərin) verilməsi, –

Səkkiz ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Əvvəlcədən bildiyi halda bu maddənin birinci hissəsində nəzərdə tutulmuş təlimatı qəbul etmək, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Terror təşkilatı tərəfindən hərbi xarakterli təlimlərin (məşqlərin) keçirilməsi, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Əvvəlcədən bildiyi halda bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş təlimi (məşqi) keçmək, –

Səkkiz ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin birinci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) İki və ya daha çox şəxsə qarşı, –

On bir ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin birinci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

2. Bu maddənin məqsədləri üçün fərqi yoxdur (önəmli deyil) ki, müəyyən şəxslər qrupuna və ya müəyyən edilməmiş qrupa təlim (məşq) keçirilib və təlimatlar verilib.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Maddə 3303. Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən birini törətmək məqsədi ilə oğurluq

Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən birini törətmək məqsədi ilə oğurluq, −

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Maddə 3304. Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən birini törətmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə

Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən birini törətmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, −

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Maddə 3305. Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən birini törətmək məqsədi ilə saxta rəsmi sənəd hazırlamaq

Bu fəsildə nəzərdə tutulmuş cinayətlərdən birini törətmək məqsədi ilə saxta rəsmi sənəd hazırlamaq, −

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Maddə 331. Terrorizm haqqında yalan məlumat (xəbər) vermək

1. Terrorizm haqqında yalan məlumat (xəbər) vermək, −

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş;

b) Təkrar (dəfələrlə);

q) Hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, −

Beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 25 mart 2005-ci il tarixli qanunu №1205 – SSM I, №15, 19.04.20005, maddə104

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 20 sentyabr 2013-cü il tarixli qanunu №1271 – veb-səhifə, 26.09.2013-cü il.

[Maddə 331. Terrorizm haqqında yalan məlumat (xəbər) vermək

1. Terrorizm haqqında yalan məlumat (xəbər) vermək −

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş;

b) Təkrar (dəfələrlə);

q) Hansı ki əhəmiyyətli zərərə (ziyana) səbəb olub, −

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (2022 ilin 20 iyunundan qüvvəyə minsin)]

Gürcüstanın 24 may 2022-ci il tarixli qanunu №1580 – veb-səhifə, 06.06.2022-ci il.

Maddə 3311. Terrorizmin maliyyələşdirilməsi, terror fəaliyyəti üçün digər maddi dəstək və ya resurslarla təmin etmək

1. Maliyyə vəsaitlərinin və ya digər əmlakın toplanması və ya çatdırılması onu əvvəlcədən bildiyi halda ki, onlar/o terrorçu və ya terror təşkilatı tərəfindən və/və ya terror fəaliyyətinin həyata keçirilməsi üçün və/və ya bu məcəllənin 144-cü, 227-ci, 2271, 2272, 2273, 229--cu, 230-cu, 231-ci, 2311 və 2312 maddələrində nəzərdə tutulmuş cinayətlərdən birini törətmək üçün tam və ya qismən istifadə ediləcək və ya istifadə edilə bilər, bu maddələrdə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birinin törədilib-törədilməməsindən, və/və ya əvvəlcədən bildiyi halda terrorçuya və ya terror təşkilatına xidmətin göstərilib-göstərilməməsindən, terrorçuya gizlənmək yeri və ya sığınacaq verilib-verilməməsindən və/və ya terrorçunun və ya terror təşkilatının resurslarla təmin edilib-edilməməsindən və ya başqa cür maddi dəstək alıb-almamasından asılı olmayaraq, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Mütəşəkkil dəstə tərəfindən;

b) Təkrar (dəfələrlə), –

On dörd ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Terror təşkilatı tərəfindən;

b) Hansı ki ağır nəticəyə səbəb olub, –

On yeddi ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin məqsədləri üçün, terrorçu, bu fəsil və bu məcəllənin 144-cü, 227-ci−2273, 229-cu və 230-cu−2312 maddələri ilə məsuliyyəti müəyyən edilmiş fəaliyyətdə iştirak edən şəxsdir.

2. Bu maddənin məqsədləri üçün, terror təşkilatı, bu fəsildə və bu məcəllənin 144-cü, 227-ci−2273, 229-cu və 230-cu−2312 maddələri ilə məsuliyyəti müəyyən edilmiş fəaliyyəti həyata keçirmək məqsədi ilə yaradılmış (onun formasından asılı olmayaraq) təşkilatdır. Təşkilat terror təşkilatı kimi tanına bilər, əgər o müəyyən bir müddət ərzində mövcud olan ikidən çox şəxsin mütəşəkkil birliyidirsə. Mütəşəkkil birlik sayılır o birlik, hansı ki dərhal cinayət törətmək üçün təsadüfi olaraq yaranmamışdır və hansında ki rolların birlik üzvləri arasında formal olaraq bölüşdürülməsi, üzvlüyün davamlı olması və ya inkişaf etmiş bir struktur formalaşdırmaq vacib deyil.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 19 mart 2008-ci il tarixli qanunu №5953 – SSM I, №8, 28.03.2008-ci il, maddə56

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 – veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 2 mart 2012-ci il tarixli qanunu №5744 – veb-səhifə, 15.03.2012-ci il.

Gürcüstanın 27 noyabr 2013-cü il tarixli qanunu №1641 - veb-səhifə, 16.12.2013-cü il.

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Gürcüstanın 12 iyun 2015-ci il tarixli qanunu №3699 - veb-səhifə, 29.06.2015-ci il.

Maddə 3312. Terror aktının qarşısını almaq üçün tədbirlərin görülməməsi

Əvvəlcədən bilərək (məlum olduğu halda) terror aktının həyata keçirilməsinin, başa çatdırılmasının və ya onunla bağlı nəticələrin qarşısının alınması üçün ağlabatan (məntiqli) tədbirlərin görülməməsi, əgər bu, şəxsin və ya onun yaxın qohumunun həyatına, sağlamlığına və ya mülkiyyətinə təhlükə yaratmırsa, –

Beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 4 aprel 2014-cü il tarixli qanunu №2185 - veb-səhifə, 16.04.2014-cü il.

Fəsil XXXIX

Vəzifə (qulluq) cinayətləri

Maddə 332. Vəzifə səlahiyyətlərindən sui-istifadə

1. Vəzifəli şəxsin və ya ona bərabər tutulan şəxsin ictimai maraqlara zidd olaraq, özünə və ya başqasına hər hansı fayda və ya üstünlük əldə etmək məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, hansı ki fiziki və ya hüquqi şəxsin hüququnun, cəmiyyətin və ya dövlətin qanuni maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Dövlət-siyasi vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Zorakılıqla və ya silahdan istifadə etməklə;

q) Zərərçəkmişin şəxsi ləyaqətini təhqir etməklə, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd:

1. Bu fəsildə nəzərdə tutulmuş cinayətin subyektləri həm də ictimai hüququn hüquqi şəxslərinin (siyasi və dini birliklər istisna olmaqla) ictimai-hüquqi səlahiyyətləri həyata keçirən əməkdaşlarıdır, Gürcüstan parlamentinin müvəqqəti komissiyalarının üzvləri, seçki subyektləri (yalnız bu məcəllənin 338-ci maddəsində nəzərdə tutulmuş cinayət məqsədləri üçün), özəl (xüsusi) icraçılar, habelə Gürcüstan qanunvericiliyi əsasında ictimai-hüquqi səlahiyyətləri həyata keçirən hər hansı digər şəxs.

2. Bu fəslin məqsədləri üçün vəzifəli şəxsə bərabər tutulan şəxs dedikdə həm də xarici ölkənin dövlət məmuru nəzərdə tutulur (o cümlədən, qanunvericilik və/və ya inzibati səlahiyyətləri həyata keçirən dövlət orqanının üzvü), başqa bir dövlət üçün hər hansı ictimai funksiyanı yerinə yetirən hər hansı bir şəxs, beynəlxalq təşkilatın və ya orqanın vəzifəli şəxsi və ya müqavilə əsasında işə götürülmüş (kirayələnmiş) işçi, habelə ezam edilmiş və ya ezam edilməmiş hər hansı şəxs, hansı ki həmin vəzifəli şəxsin və ya işçinin funksiyalarına uyğun funksiyaları yerinə yetirir, xarici ölkənin andlı münsiflər heyəti (hakimləri), hansılar ki öz funksiyalarını xarici ölkənin qanunvericiliyi əsasında yerinə yetirirlər, Beynəlxalq Parlament Assambleyasının üzvü, Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndəsi, Beynəlxalq məhkəmənin və ya məhkəmə orqanının hakimi və vəzifəli şəxsi.

3. Bu məcəllənin 338-ci və 339-cu maddələrində nəzərdə tutulmuş cinayətlərin subyektləri həmçinin Gürcüstanın və xarici ölkənin arbitrajlarının üzvləridir, bu məcəllənin 338-ci–3391 maddələrində nəzərdə tutulmuş cinayətlərin subyektləri isə − andlı münsiflər heyətidir (hakimlərdir) (andlı münsiflər heyətinə namizədlər), hansılar ki Gürcüstan qanunvericiliyi əsasında həmin səlahiyyətləri həyata keçirirlər.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 14 avqust 2003-cü il tarixli qanunu №2980 – SSM I, №26, 05.09.2003-cü il, maddə191

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2264 - SSM I, №55, 27.12.2005-ci il, maddə367

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 23 oktyabr 2008-ci il tarixli qanunu №403 - SSM I, №29, 04.11.2008-ci il, maddə176

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №827 - SSM I, №41, 30.12.2008-ci il, maddə305

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 18 mart 2015-ci il tarixli qanunu №3221 - veb-səhifə, 26.03.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 1 iyul 2020-ci il tarixli qanunu №6702 – veb-səhifə, 07.07.2020-ci il.

Maddə 333. Vəzifə səlahiyyətlərini aşmaq

1. Vəzifəli şəxsin və ya ona bərabər tutulan şəxsin vəzifə səlahiyyətlərini aşmaq, hansı ki fiziki və ya hüquqi şəxsin hüququnun, cəmiyyətin və ya dövlətin qanuni maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Dövlət-siyasi vəzifəli şəxsin vəzifə səlahiyyətlərini aşması, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) Zorakılıqla və ya silahdan istifadə etməklə;

q) Zərərçəkmişin şəxsi ləyaqətini təhqir etməklə, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 334. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən qanunsuz azad edilməsi

Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən qanunsuz azad edilməsi, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Maddə 335. İzahat, ifadə verməyə və ya nəticə (rəy) çıxarmağa məcbur etmək

1. Vəzifəli şəxs və ya ona bərabər tutulan şəxs tərəfindən hədə-qorxu, aldatma, şantaj və ya digər qeyri-qanuni hərəkətlərlə insanı izahat və ya ifadə verməyə və/və ya eksperti – rəy verməyə məcbur etmək, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, beş ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Eyni əməl, törədilmiş:

a) Həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və/və ya belə zorakılıq tətbiq etmək hədə-qorxusu ilə;

b) Mütəşəkkil dəstə tərəfindən, –

Beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, beş ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 6 iyun 2003-cü il tarixli qanunu №2355 – SSM I, №18, 24.06.2003-cü il, maddə117

Gürcüstanın 23 iyun 2005-ci il tarixli qanunu №1751 - SSM I, №38, 15.07.2005-ci il, maddə250

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 336. (çıxarılıb)

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu №5205 - SSM I, №28, 18.07.2007-ci il, maddə290

Maddə 337. Sahibkarlıq fəaliyyətində qanunsuz iştirak etmək

Vəzifəli şəxs və ya ona bərabər tutulan şəxs tərəfindən şəxsən və ya başqasının vasitəsilə sahibkarlıq fəaliyyəti məqsədi ilə müəssisə, idarə və ya təşkilat yaradılması və/və ya qanunla müəyyən edilmiş qadağaya baxmayaraq, onun idarə edilməsində iştirak etmək, əgər bu ona qeyri-qanuni güzəşt və ya üstünlük tətbiq etməklə və ya ona digər himayədarlıq forması ilə əlaqədardırsa, –

Altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 338. Rüşvət almaq

1. Vəzifəli şəxsin və ya ona bərabər tutulan şəxsin birbaşa və ya dolayı yolla, pul, qiymətli kağızlar, digər əmlak, əmlak faydası və ya hər hansı digər haqsız (qanunsuz) üstünlüklər qəbul etməsi və ya tələb etməsi, eləcə də belələri ilə bağlı özünün və ya başqasının xeyrinə təklif və ya vəd qəbul etməsi o məqsədlə ki, bu vəzifəli şəxs və ya ona bərabər tutulan şəxs vəzifə səlahiyyətlərini yerinə yetirərkən rüşvət verənin və ya başqa şəxsin xeyrinə hər hansı bir hərəkəti həyata keçirsin və ya hər hansı bir hərəkəti etməkdən çəkinsin və ya analoji (oxşar) məqsədə çatmaq üçün öz vəzifə nüfuzundan istifadə etsin, həm də xidmət (iş) himayədarlığını həyata keçirsin, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Rüşvət almaq:

a) Dövlət-siyasi vəzifəli şəxs tərəfindən;

b) Külli miqdarda (böyük məbləğ);

q) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, –

Yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Rüşvətxorluğa görə məhkum edilmiş şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) Hədə-qorxu ilə tələb etməklə;

d) Mütəşəkkil dəstə tərəfindən;

e) Xüsusilə külli miqdarda (böyük məbləğ), –

On bir ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Pul, qiymətli kağızlar, digər əmlak və ya əmlak faydası məbləği on min laridən yuxarı olduqda külli miqdarda rüşvət, otuz min laridən yuxarı məbləğdə olduqda isə – xüsusilə külli miqdarda rüşvət sayılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 23 oktyabr 2008-ci il tarixli qanunu №403 - SSM I, №29, 04.11.2008-ci il, maddə176

Maddə 339. Rüşvət vermək

1. Vəzifəli şəxsə və ya ona bərabər tutulan şəxsə birbaşa və ya dolayı yolla, onun və ya başqa şəxsin xeyrinə pul, qiymətli kağızlar, digər əmlak, əmlak faydası və ya hər hansı digər haqsız (qanunsuz) üstünlüklər vəd etmək (söz vermək), təklif etmək və ya bəxş etmək (vermək) o məqsədlə ki, o, vəzifə hüquqlarını həyata keçirərkən və vəzifələrini (öhdəliklərini) yerinə yetirərkən rüşvət verənin və ya başqa şəxsin xeyrinə hər hansı bir hərəkəti həyata keçirsin və ya hər hansı bir hərəkəti etməkdən çəkinsin və ya analoji (oxşar) məqsədə çatmaq üçün öz vəzifə nüfuzundan istifadə etsin, həm də xidmət (iş) himayədarlığını həyata keçirsin, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, qanunsuz əməli törətmək üçün törədildikdə, –

Cərimə ilə və ya dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və 2-ci hissəsində nəzərdə tutulmuş əməl, mütəşəkkil dəstə tərəfindən törədildikdə, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Rüşvət verən şəxs cinayət məsuliyyətindən azad edilir, əgər o, bu barədə cinayət prosesini aparan orqana könüllü olaraq məlumat veribsə. Məsuliyyətdən azad etmə haqqında qərarı cinayət prosesini aparan orqan qəbul edir.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3391. Təsir göstərməklə ticarət

1. Vəzifəli şəxsin və ya vəzifəli şəxsə bərabər tutulan şəxsin qərar qəbul etməsinə qanunsuz təsir göstərə biləcəyini iddia edən və ya təsdiq edən şəxsə birbaşa və ya dolayı yolla, onun və ya başqa şəxsin xeyrinə pul, qiymətli kağızlar, digər əmlak, əmlak faydası və ya hər hansı digər haqsız (qanunsuz) üstünlüklər vəd etmək (söz vermək), təklif etmək və ya bəxş etmək (vermək) o şəxs tərəfindən, hansı ki özünün və ya başqasının maraqları üçün hərəkət edir, bu cür təsirin həyata keçirilib-keçirilməməsindən və/və ya bu təsirin istənilən nəticəsinin alınıb-alınmamasından asılı olmayaraq, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Vəzifəli şəxsin və ya ona bərabər tutulan şəxsin qərar qəbul etməsinə qanunsuz təsir göstərə biləcəyini iddia edən və ya təsdiq edən şəxs tərəfindən özünün və ya başqa şəxsin xeyrinə, özünün və ya başqasının maraqları üçün hərəkət edən şəxsdən birbaşa və ya dolayı yolla, pul, qiymətli kağızlar, digər əmlak, əmlak faydası və ya hər hansı digər haqsız (qanunsuz) üstünlüklər tələb və ya qəbul etmək, eləcə də belələri ilə bağlı vəd və ya təklif qəbul etmək, bu cür təsirin həyata keçirilib-keçirilməməsindən və/və ya bu təsirin istənilən nəticəsinin alınıb-alınmamasından asılı olmayaraq, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, mütəşəkkil dəstə tərəfindən törədildikdə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətindən azad edilir o şəxs, hansı ki bu barədə cinayət prosesini aparan orqana könüllü olaraq məlumat verib. Məsuliyyətdən azad etmə haqqında qərarı cinayət prosesini aparan orqan qəbul edir.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 340. Qanunla qadağan edilmiş hədiyyəni qəbul etmək

1. Qanunla qadağan edilmiş hədiyyənin vəzifəli şəxs və ya ona bərabər tutulan şəxs tərəfindən qəbul edilməsi, –

Cərimə ilə və ya yüz saatdan üç yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Cərimə ilə və ya iki yüz saatdan dörd yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 341. Vəzifə saxtakarlığı

Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs və ya ona bərabər tutulan şəxs tərəfindən rəsmi sənəddə və ya kitabçada saxta bildirişin (məlumatın) və ya yazının (qeydin) daxil edilməsi, və/və ya saxta sənədin tərtib edilməsi və ya verilməsi, habelə müəssisə, qurum və ya təşkilatın işində mövcud olan rəsmi və ya özəl sənədin saxtalaşdırılması, tamah məqsədi ilə və ya başqa şəxsi səbəblə törədilmiş, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə, və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 342. Vəzifə səhlənkarlığı

1. Vəzifə səhlənkarlığı, yəni vəzifəli şəxsin və ya ona bərabər tutulan şəxsin öz vəzifə borcunu yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ona qarşı etinasız (diqqətsiz) münasibətinə görə, hansı ki fiziki və ya hüquqi şəxsin hüququnun, cəmiyyətin və ya dövlətin qanuni maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 16 dekabr 2005-ci il tarixli qanunu №2264 - SSM I, №55, 27.12.2005-ci il, maddə367

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3421. Xüsusi Penitensiar Xidmətin işçisi və ya ona bərabər tutulan şəxs tərəfindən xidmət (iş) yerində müəyyən edilmiş qaydaların pozulması

1. Gürcüstanın Ədliyyə Nazirliyinin sisteminə daxil olan dövlət alt idarə müəssisəsinin – Xüsusi Penitensiar Xidmətin işçisi və ya ona bərabər tutulan şəxs tərəfindən xidmət (iş) yerində müəyyən edilmiş qaydaların yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ona qarşı etinasız (diqqətsiz) münasibətinə görə, hansı ki cəzaçəkmə müəssisəsindən çıxarılması/köçürülməsi və ya ekstradisiyası zamanı təqsirləndirilən şəxsin/məhkumun qaçması və/və ya cəzaçəkmə müəssisəsinin fəaliyyətinin nizamsızlığı (dağınıqlığı) ilə nəticələnmişdir, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 10 aprel 2001-ci il tarixli qanunu №845 – SSM I, №11, 30.04.2001-ci il, maddə39

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 1 may 2015-ci il tarixli qanunu №3529 – veb-səhifə, 18.05.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 5 iyul 2018-ci il tarixli qanunu №3125 – veb-səhifə, 11.07.2018-ci il.

Gürcüstanın 29 noyabr 2019-cu il tarixli qanunu №5402 – veb-səhifə, 10.12.2019-cu il.

Fəsil XL

İdarəetmə qaydalarının əleyhinə olan cinayətlər

Maddə 343. Gürcüstanın dövlət gerbinin və ya bayrağının təhqir olunması

Gürcüstanın dövlət gerbinin və ya bayrağının təhqir olunması, – altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3431. Gürcüstanın ərazi bütövlüyü prinsipinin pozulmasını göstərən elektron xəritə və ya onun çap (nəşr) buraxılışını, habelə tərkibində belə bir təsvir olan başqa bir obyekti hazırlamaq, istehsal etmək, reklam etmək, istifadə etmək, Gürcüstana gətirmək, daşımaq, Gürcüstandan çıxarmaq və ya realizasiyası

Gürcüstanın ərazi bütövlüyü prinsipinin pozulmasını göstərən elektron xəritə və ya onun çap (nəşr) buraxılışını, habelə tərkibində belə bir təsvir olan başqa bir obyekti hazırlamaq, istehsal etmək, reklam etmək, istifadə etmək, Gürcüstana gətirmək, daşımaq, Gürcüstandan çıxarmaq və ya realizasiyası Gürcüstanın ərazi bütövlüyü haqqında yanlış məlumatlar yaymaq məqsədi ilə −

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş cinayəti törətməyə görə cinayət məsuliyyətindən azad edilir o şəxs, hansı ki bu maddədə nəzərdə tutulmuş obyekti könüllü olaraq təslim edir (təhvil verir), əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa.

2. Bu maddənin məqsədləri üçün bu maddədə nəzərdə tutulmuş obyektin könüllü təslim edilməsi yalnız elə bir hərəkət sayılır, nə vaxt ki şəxs istintaq başlamazdan əvvəl yazılı şəkildə və ya hər hansı texniki rabitə vasitəsi ilə qeyd olunan obyektin təqdim edilməsi barədə müraciət edir (ərizə verir) və fəal hərəkəti ilə onu götürməyə kömək edir.

3. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 22 may 2020-ci il tarixli qanunu №5924 – veb-səhifə, 28.05.2020-ci il.

Maddə 344. Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək

1. Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək, –

Cərimə ilə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qrup halında;

b) Zorakılıqla və ya zorakılığı tətbiq etmək hədə-qorxusu ilə, –

Dörd ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayəti törətməyə görə cinayət məsuliyyətindən azad edilir xarici ölkənin vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs, hansı ki Gürcüstana birbaşa o ərazilərdən daxil olub, harada ki onun həyatı və ya azadlığı BMT-nin „Qaçqınların statusu haqqında“ 1951-ci il Konvensiyasının birinci maddəsində nəzərdə tutulmuş təhlükə altında idi və hansı ki Gürcüstanda icazəsiz qalır və eyni konvensiyaya və Gürcüstan qanunvericiliyinə uyğun olaraq Gürcüstan hakimiyyətindən sığınacaq istəyir, o şərtlə ki, o, dərhal hakimiyyət orqanına gedəcək və Gürcüstana qanunsuz giriş və ya icazəsiz qalma ilə bağlı müvafiq izahat təqdim edəcək və əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa, habelə insan alveri (trefikinq) qurbanı statusunu almamışdan əvvəl insan alverinin (trefikinqin) qurbanı olduğuna görə qeyd olunan əməli törətmiş şəxs.

Gürcüstanın 4 iyul 2002-ci il tarixli qanunu №1627 – SSM I, №23, 24.07.2002-ci il, maddə113

Gürcüstanın 21 dekabr 2004-cü il tarixli qanunu №673 – SSM I, №42, 31.12.2004-cü il, maddə214

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 20 iyun 2006-cı il tarixli qanunu №3309 - SSM I, №25, 13.07.2006-cı il, maddə196

Gürcüstanın 17 iyul 2015-ci il tarixli qanunu №4060 - veb-səhifə, 29.07.2015-ci il.

Maddə 3441. Miqrantın Gürcüstanın dövlət sərhədindən qanunsuz keçirilməsi və/və ya onun Gürcüstanda qeyri-qanuni qalması üçün müvafiq şəraitin yaradılması

1. Miqrantın Gürcüstanın dövlət sərhədindən qanunsuz keçirilməsi və/və ya onun Gürcüstanda qalması üçün müvafiq şəraitin yaradılması (kömək etmək) qanunvericiliyin müəyyən edilmiş qaydalarını pozmaqla, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Təkrar (dəfələrlə);

b) İki və ya daha çox şəxsə qarşı;

q) Miqrantın həyatına və ya sağlamlığına təhlükə yaratmaqla;

d) Miqranta qarşı qeyri-insani və ya alçaldan rəftarla, o cümlədən, onun istismarı ilə;

e) Saxta sənədlərdən istifadə etməklə, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl:

a) Mütəşəkkil dəstə tərəfindən törədildikdə;

b) Miqrantın ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Maddə 3442. Şəxs tərəfindən Gürcüstan vətəndaşının xarici ölkədə qanunsuz qalması üçün müvafiq şəraitin yaradılması/təşkil edilməsi və/və ya xarici ölkədə bir şəxs tərəfindən beynəlxalq müdafiə almaq üçün Gürcüstan vətəndaşı tərəfindən onun hüquq və ya azadlıqlarının pozulması barədə yalan (yanlış) məlumatların təqdim edilməsinə şərait yaratmaq/təşkil etmək

1. Bir şəxs tərəfindən maliyyə və ya digər maddi fayda əldə etmək üçün əvvəlcədən bildiyi halda Gürcüstan vətəndaşının xarici ölkədə qanunsuz qalması üçün müvafiq şəraitin yaradılması/təşkil edilməsi və/və ya bir şəxs tərəfindən eyni məqsədlə xarici ölkədə beynəlxalq müdafiə almaq üçün Gürcüstan vətəndaşı tərəfindən onun hüquq və ya azadlıqlarının pozulması barədə əvvəlcədən bildiyi halda yalan (yanlış) məlumatların təqdim edilməsinə şərait yaratmaq/təşkil etmək –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən;

b) Təkrar (dəfələrlə);

q) İki və ya daha çox şəxsə qarşı;

d) Saxta sənəddən istifadə etməklə, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, mütəşəkkil dəstə tərəfindən törədildikdə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmir o şəxs, hansı ki yaxın qohumunun xarici ölkədə qanunsuz qalması üçün müvafiq şərait yaradıb və/və ya həmin şəxsin xarici ölkədə qanunsuz qalmasını təşkil edib.

2. Bu maddədə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmir o şəxs, hansı ki xarici ölkədə beynəlxalq müdafiə almaq üçün yaxın qohumuna yalan məlumat təqdim etməkdə köməklik edib və/və ya həmin şəxs tərəfindən yalan məlumatların təqdim edilməsini təşkil edib.

3. Bu maddədə nəzərdə tutulmuş cinayəti törətməyə görə hüquqi şəxs üçün cərimənin minimum məbləği bu məcəllənin 42-ci maddəsində fiziki şəxs üçün nəzərdə tutulmuş cərimənin on mislinə uyğundur.

4. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs ləğvetmə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və/və ya cərimə ilə cəzalandırılır.

Gürcüstanın 17 aprel 2019-cu il tarixli qanunu №4511 – veb-səhifə, 22.04.2019-cu il.

Maddə 345. Gürcüstanın dövlət sərhədinin qanunsuz olaraq dəyişdirilməsi

1. Gürcüstanın dövlət sərhədinin qanunsuz olaraq dəyişdirilməsi, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qrup halında;

b) Zorakılıqla və ya zorakılığı tətbiq etmək hədə-qorxusu ilə;

q) Təkrar (dəfələrlə);

d) Ağır nəticəyə səbəb olduqda, –

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 346. Gürcüstanın dövlət bayrağının qanunsuz ucaldılması

Gəmidə Gürcüstanın dövlət bayrağının və ya tanınma nişanının qanunsuz ucaldılması, –

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 347. Toplaşmaq və ya nümayiş keçirmək qaydalarının pozulması

Bu aksiyanın təşkilatçısı tərəfindən toplaşmaq və ya nümayiş keçirmək qaydalarının pozulması, hansı ki ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə islahedici iş ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 348. Tətil etmək qaydasının pozulması

Bu aksiyanın təşkilatçısı tərəfindən tətil etmək qaydasının pozulması, hansı ki ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya bir ilədək müddətə islahedici iş ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3481. İnzibati icraatda yalan ifadə, saxta rəy və ya ifadə vermək və/və ya qəsdən səhv tərcümə etmək

İnzibati icraatda şahidin yalan ifadə verməsi və ya ekspertin saxta rəy və ya ifadə verməsi və/və ya tərcüməçinin qəsdən səhv tərcümə etməsi, – Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Şahid, ekspert və ya tərcüməçi cinayət məsuliyyətindən azad edilir, əgər o, inzibati orqan tərəfindən qərar qəbul edilməzdən əvvəl özünün yalan ifadə, saxta rəy və ya ifadə verdiyi və/və ya qəsdən səhv tərcümə etdiyi barədə könüllü olaraq məlumat veribsə (bəyan edibsə).

Gürcüstanın 21 mart 2008-ci il tarixli qanunu №5982 - SSM I, №9, 04.04.2008-ci il, maddə69

Maddə 3482. İnzibati icraatda şahidin ifadə verməkdən imtina etməsi

İnzibati icraatda şahidin ifadə verməkdən imtina etməsi, əgər ifadə vermək öhdəliyi qanunla müəyyən edilibsə, – Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 21 mart 2008-ci il tarixli qanunu №5982 - SSM I, №9, 04.04.2008-ci il, maddə69

Maddə 349. Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsi

Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının qanuni tələbinin yerinə yetirilməməsi, –

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Maddə 350. Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasına yalan izahat vermək

Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasına yalan izahat vermək, –

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya beş ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 351. Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının məlumatlarının açıqlanması

Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının məlumatlarının lazımi icazə olmadan açıqlanması, –

Cərimə ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 352. Gürcüstanın Xalq Müdafiəçisinə təsir

1. Gürcüstanın Xalq Müdafiəçisinin vəzifə (iş) fəaliyyətinə mane olmaq üçün ona hər hansı formada təsir göstərmək, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

2. Eyni əməl, iş vəziyyətindən (statusundan) istifadə edərək törədildikdə, –

İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3521. Xüsusi İstintaq Xidmətinin rəisinə, bu xidmətin əməkdaşına, Şəxsi (fərdi) məlumatların mühafizəsi xidmətinin rəhbərinə və ya bu xidmətin əməkdaşına təsir

1. Xüsusi İstintaq Xidmətinin rəisinə, bu xidmətin əməkdaşına, şəxsi (fərdi) məlumatların mühafizəsi xidmətinin rəhbərinə və ya bu xidmətin əməkdaşına onun vəzifə (iş) fəaliyyətinə mane olmaq üçün hər hansı formada təsir göstərmək –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

2. Eyni əməl, iş vəziyyətindən (statusundan) istifadə edərək törədildikdə, –

İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3277 – veb-səhifə, 09.08.2018-ci il.

Gürcüstanın 27 dekabr 2018-ci il tarixli qanunu №4264 – veb-səhifə, 29.12.2018-ci il.

Gürcüstanın 8 may 2019-cu il tarixli qanunu №4603 - veb-səhifə, 08.05.2019-cu il.

Gürcüstanın 30 dekabr 2021-ci il tarixli qanunu №1315 – veb-səhifə, 13.01.2022-ci il.

Maddə 353. İctimai asayişin müdafiəçisinə və ya hökumətin digər nümayəndəsinə qarşı müqavimət, hədə-qorxu və ya zorakılıq

1. İctimai asayişin qorunmasına mane olmaq, onun fəaliyyətini dayandırmaq və ya dəyişdirmək məqsədilə polis əməkdaşına, xüsusi penitensiar xidmətin əməkdaşına və ya hökumətin digər nümayəndəsinə qarşı müqavimət göstərmək, habelə açıq-aşkar qanunsuz hərəkətə onu məcbur etmək, zorakılıqla və ya zorakılığı tətbiq etmək hədə-qorxusu ilə törədilmiş, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, qrup tərəfindən törədildikdə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №795 - SSM I, №40, 29.12.2008-ci il, maddə282

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3531. Polis əməkdaşına, xüsusi penitensiar xidmətin əməkdaşına və ya hökumətin digər nümayəndəsinə və/və ya ictimai quruma hücum

1. Polis əməkdaşına, xüsusi penitensiar xidmətin əməkdaşına və ya hökumətin digər nümayəndəsinə, və/və ya onun iş ofisinə və ya yaşayış binasına, və ya onun nəqliyyat vasitəsinə, və/və ya onun ailə üzvünə hücum polis əməkdaşının, xüsusi penitensiar xidmətin əməkdaşının və ya hökumətin digər nümayəndəsinin iş (xidmət) fəaliyyəti ilə əlaqədar olaraq, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Polis əməkdaşının, xüsusi penitensiar xidmətin əməkdaşının və ya hökumətin digər nümayəndəsinin, və/və ya onun ailə üzvünün sağlamlığına qəsd etmək polis əməkdaşının, xüsusi penitensiar xidmətin əməkdaşının və ya hökumətin digər nümayəndəsinin iş (xidmət) fəaliyyəti ilə əlaqədar olaraq, −

Yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Polis əməkdaşının, xüsusi penitensiar xidmətin əməkdaşının və ya hökumətin digər nümayəndəsinin, və/və ya onun ailə üzvünün həyatına son qoymaq (öldürmək) polis əməkdaşının, xüsusi penitensiar xidmətin əməkdaşının və ya hökumətin digər nümayəndəsinin iş (xidmət) fəaliyyəti ilə əlaqədar olaraq, −

On altı ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №4981 - veb-səhifə, 14.07.2011-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 354. Hüquq-mühafizə və ya nəzarət orqanının əməkdaşına tətbiq edilən müdafiə tədbiri haqqında məlumatların açıqlanması

1. İş (xidmət) fəaliyyətinə mane olmaq məqsədi ilə hüquq-mühafizə və ya nəzarət orqanının əməkdaşına və ya onun yaxın qohumuna tətbiq edilən müdafiə tədbiri haqqında məlumatların açıqlanması, –

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, ağır nəticəyə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 355. Əmlak vəziyyəti haqqında bəyannamənin təqdim edilməməsi və ya bəyannaməyə natamam və ya yanlış (səhv) məlumatların daxil edilməsi

Əmlak vəziyyəti haqqında bəyannamənin təqdim edilməməsi, belə əmələ görə inzibati tənbeh (cəza) verildikdən sonra törədildikdə, və ya bəyannaməyə qəsdən natamam və ya yanlış (səhv) məlumatların daxil edilməsi, –

Cərimə ilə və ya yüz iyirmi saatdan iki yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 2 oktyabr 2008-ci il tarixli qanunu №313 - SSM I, №24, 20.10.2008-ci il, maddə159

Maddə 356. Çağırılmışın hərbi və ya alternativ əmək xidmətindən yayınması (qaçması)

1. Çağırılmışın hərbi xidmətdən yayınması (qaçması), o cümlədən, xəstə kimi görünməklə, öz bədəninə xəsarət vurmaqla, saxta sənəddən istifadə etməklə və ya başqa cür aldatmaqla, −

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Çağırılmışın alternativ əmək xidmətindən yayınması (qaçması), –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, müharibə və ya fövqəladə vəziyyət zamanı törədildikdə, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 28 iyun 2017-ci il tarixli qanunu №1119 – veb-səhifə, 10.07.2017-ci il.

Maddə 357. Hərbi ehtiyat (rezerv) xidmətindən yayınmaq (qaçmaq)

Şəxsin hərbi ehtiyat (rezerv) xidmətindən yayınması (qaçması), belə əmələ görə inzibati tənbeh (cəza) verildikdən sonra törədilmiş, –

Yüz səksən saatdan iki yüz iyirmi saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 dekabr 2006-cı il tarixli qanunu №4195 - SSM I, №49, 29.12.2006-cı il, maddə367

Maddə 358. Hərbi çağırış üçün səfərbərlikdən yayınmaq (qaçmaq)

Hərbi çağırış üçün səfərbərlikdən yayınmaq (qaçmaq), –

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 359. Müharibə zamanı tapşırığı icra etməkdən və ya vergi ödəməkdən yayınmaq (qaçmaq)

Müharibə zamanı əmək səfərbərliyindən və ya başqa tapşırığı icra etməkdən və/və ya vergi ödəməkdən yayınmaq (qaçmaq), –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 3591. Fövqəladə və ya hərbi vəziyyət rejiminin pozulması

Gürcüstan Prezidentinin fərmanı və/və ya digər müvafiq normativ aktlarla müəyyən edilmiş fövqəladə və ya hərbi vəziyyət rejiminin pozulması (o cümlədən, "İctimai sağlamlıq haqqında" Gürcüstan Qanunu ilə nəzərdə tutulmuş məsələlərlə bağlı müəyyən edilmiş izolyasiya (təcrid) və/və ya karantin qaydalarının pozulması, əgər bu qayda fövqəladə və ya hərbi vəziyyət rejiminin bir hissəsidirsə), belə əməli törətdiyinə görə inzibati tənbeh (cəza) almış və/və ya bu maddədə nəzərdə tutulmuş cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə, −

Altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, əgər Gürcüstan Prezidentinin fərmanı ilə başqa hal müəyyən edilməyibsə.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır, əgər Gürcüstan Prezidentinin fərmanı ilə başqa hal müəyyən edilməyibsə.

Gürcüstanın 23 aprel 2020-ci il tarixli qanunu №5889 – veb-səhifə, 24.04.2020-ci il.

Maddə 360. Özbaşınalıq

1. Özbaşınalıq, yəni həqiqətən özünün olan və ya özününkü kimi bildiyi (saydığı) hüququn müəyyən edilmiş qaydaya zidd olaraq həyata keçirilməsi, əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, zorakılıqla və ya zorakılığı tətbiq etmək hədə-qorxusu ilə törədildikdə, –

Altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3601. Tikintinin dayandırılması haqqında qərarın icra edilməməsi

Tikintinin dayandırılması haqqında qərarın icra edilməməsi, belə əməli törətdiyinə görə inzibati tənbeh (cəza) almış şəxs tərəfindən törədildikdə, −

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

2. Bu maddədə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə əlaqədar istintaq tikintinin dayandırılması haqqında qərarı Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət etmək imkanı tükəndikdən və bu qərarın Gürcüstan qanunvericiliyinə uyğunluğu təsdiqləndikdən sonra başlanır.

Gürcüstanın 12 iyul 2021-ci il tarixli qanunu №725 – veb-səhifə, 14.07.2021-ci il.

Maddə 361. Rəsmi sənədi və ya dövlət mükafatını almaq və ya satmaq

Rəsmi sənədi və ya dövlət mükafatını tamah məqsədi ilə almaq və ya satmaq, hansı ki insana hər hansı hüquq verir və ya hər hansı vəzifədən (öhdəlikdən) azad edir, –

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 362. Saxta sənəd, möhür, ştamp və ya blankın hazırlanması, satılması və ya istifadə edilməsi

1. Saxta şəxsiyyət vəsiqəsinin və ya digər rəsmi sənədin, möhürün, ştampın və ya blankın hazırlanması, alınması, saxlanması satmaq və ya istifadə etmək məqsədi ilə, satılması və ya istifadə edilməsi,

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

11. Gürcüstanın üzvi qanunu olan "Gürcüstanın Seçki Məcəlləsi" ilə nəzərdə tutulmuş dəstəkləyənlərin siyahılarında müvafiq blanka daxil edilmiş məlumatların/informasiyanın, özünün, eləcə də dəstəkləyən şəxsin imzasının saxtalaşdırılması −

Cərimə ilə cəzalandırılır.

2. Bu maddənin birinci və ya 11 hissəsində nəzərdə tutulmuş əməl:

a) Təkrar (dəfələrlə) törədildikdə;

b) Əhəmiyyətli zərərə (ziyana) səbəb olduqda, −

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddə o şəxsə şamil edilmir, əgər o, adı çəkilən əməli insan alveri (trefikinq) qurbanı statusunu almamışdan əvvəl insan alverinin (trefikinqin) qurbanı olduğuna görə törətmişdirsə.

2. Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

3. Bu maddədə nəzərdə tutulmuş cinayəti (saxta rəsmi sənəd, möhür, ştamp və ya blankın satılması ilə bağlı əməl istisna olmaqla) törətməyə görə cinayət məsuliyyətindən azad edilir xarici ölkənin vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs, hansı ki Gürcüstana birbaşa o ərazilərdən daxil olub, harada ki onun həyatı və ya azadlığı BMT-nin „Qaçqınların statusu haqqında“ 1951-ci il Konvensiyasının birinci maddəsində nəzərdə tutulmuş təhlükə altında idi və hansı ki eyni konvensiyaya və Gürcüstan qanunvericiliyinə uyğun olaraq Gürcüstan hakimiyyətindən sığınacaq istəyir, o şərtlə ki, o, dərhal könüllü olaraq hakimiyyət orqanına gedəcək və bu maddədə nəzərdə tutulmuş əməlin törədilməsinin səbəbi ilə bağlı müvafiq izahat təqdim edəcək və əgər onun əməlində başqa cinayətin əlamətləri yoxdursa.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 10 noyabr 2005-ci il tarixli qanunu №2046 - SSM I, №48, 29.11.2005-ci il, maddə322

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 20 iyun 2006-cı il tarixli qanunu №3309 - SSM I, №25, 13.07.2006-cı il, maddə196

Gürcüstanın 16 iyul 2010-cu il tarixli qanunu №3446 - SSM I, №44, 28.07.2010-cu il, maddə274

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 17 iyul 2015-ci il tarixli qanunu №4060 - veb-səhifə, 29.07.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 2 iyul 2020-ci il tarixli qanunu №6726 – veb-səhifə, 03.07.2020-ci il.

Maddə 363. Sənədin, möhürün, ştampın və ya blankın qanunsuz mənimsənilməsi

1. Sənədi, möhürü, ştampı və ya blankı qanunsuz mənimsəmək, gizlətmək, məhv etmək və ya zədələmək, tamah məqsədi ilə və ya digər şəxsi səbəblə törədilmiş, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

2. Şəxsiyyət vəsiqəsinin və ya digər mühüm şəxsi sənədin qaçırılması, –

Cərimə ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

On ikinci qapı

Məhkəmə hakimiyyətinə qarşı cinayətlər

Fəsil XLI

Məhkəmə orqanlarının fəaliyyətinə qarşı cinayət

Maddə 364. Hüquq icraatının həyata keçirilməsinə, istintaqın aparılmasına və ya müdafiənin həyata keçirilməsinə maneçilik törətmək

1. İşin hərtərəfli, tam və obyektiv istintaqına mane olmaq məqsədi ilə prokurorun və ya müstəntiqin fəaliyyətinə, habelə müdafiənin həyata keçirilməsinə mane olmaq məqsədi ilə vəkilin fəaliyyətinə bu və ya digər formada qanunsuz müdaxilə, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Hüquq icraatının həyata keçirilməsinə təsir göstərmək məqsədi ilə məhkəmənin fəaliyyətinə bu və ya digər formada kobud müdaxilə, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Hüquq icraatının həyata keçirilməsinə təsir göstərmək məqsədi ilə andlı iclasçının (münsiflər heyətinə namizədin) fəaliyyətinə bu və ya digər formada qanunsuz müdaxilə, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, dövlət-siyasi vəzifəli şəxs tərəfindən törədildikdə, –

Cərimə ilə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

4. Bu maddənin birinci, 2-ci və ya 21 hissəsində nəzərdə tutulmuş əməl, iş vəziyyətindən (statusundan) istifadə edərək törədildikdə, –

Cərimə ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə cəzalandırılır.

Gürcüstanın 20 aprel 2005-ci il tarixli qanunu №1356 - SSM I, №19, 28.04.2005-ci il, maddə128

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 26 fevral 2010-cu il tarixli qanunu №2674 - SSM I, №10, 16.03.2010-cu il, maddə38

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 22 iyun 2016-cı il tarixli qanunu №5444 – veb-səhifə, 29.06.2016-cı il.

Maddə 365. Hüquq icraatının həyata keçirilməsi, istintaq və ya müdafiənin həyata keçirilməsi ilə bağlı hədə-qorxu və ya zorakılıq

1. Konstitusiya Məhkəməsinin üzvünə, hakimə, iclasçıya və ya onun yaxın qohumuna qarşı öldürmək, sağlamlığına ziyan vurmaq və/və ya əmlakını məhv etmək və ya zədələmək hədə-qorxusu məhkəmədə işə və ya materiala baxılması ilə əlaqədar, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl prokuror, müstəntiq, vəkil, ekspert, icraçı, hüquq prosesinin digər iştirakçısına və ya onun yaxın qohumuna qarşı törədildikdə, istintaq, müdafiənin həyata keçirilməsi, işə və ya materiala məhkəmədə baxılması və/və ya hökmün və ya məhkəmənin başqa qərarının icrası ilə əlaqədar, –

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zorakılıqla törədildikdə, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla törədildikdə, –

Dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, törədilmiş:

a) Qrup halında;

b) Təkrar (dəfələrlə), –

Yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 20 aprel 2005-ci il tarixli qanunu №1356 - SSM I, №19, 28.04.2005-ci il, maddə128

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Gürcüstanın 22 iyun 2016-cı il tarixli qanunu №5444 - veb-səhifə, 29.06.2016-cı il.

Maddə 3651. Gürcüstan Ali Ədliyyə Şurasının üzvünün fəaliyyətinə qanunsuz müdaxilə

Vəzifəyə 3 il müddətinə təyin edilmiş hakimin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən Gürcüstan Ali Ədliyyə Şurasının üzvünün fəaliyyətinə bu və ya digər formada qanunsuz müdaxilə −

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 1 avqust 2014-cü il tarixli qanunu №2648 - veb-səhifə, 18.08.2014-cü il.

Maddə 366. Məhkəməyə hörmətsizlik

1. Hüquq prosesinin iştirakçısını təhqir etməklə təzahür edən, məhkəməyə hörmətsizlik, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hansı ki Konstitusiya Məhkəməsinin üzvünü, hakimi və ya iclasçını təhqir etməklə təzahür edib, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 367. Konstitusiya Məhkəməsinin üzvünün, hakimin, iclasçının, hüquq prosesinin və/və ya cinayət prosesinin digər iştirakçısının təhlükəsizliyinin qorunması sirrinin açıqlanması

1. Konstitusiya Məhkəməsinin üzvünün, hakimin, iclasçının və ya hüquq prosesinin digər iştirakçısının, icraçının, zərərçəkmişin, şahidin və ya cinayət prosesinin digər iştirakçısının və/və ya onun yaxın qohumunun təhlükəsizliyinin qorunması sirrinin açıqlanması o şəxs tərəfindən, hansı ki belə bir sirri öz xidmət (iş) vəziyyətinə görə bilirdi və ya hansına ki onu etibar ediblər, –

Cərimə ilə və ya iki ilədək müddətə ev dustaqlığı ilə cəzalandırılır.

2. Eyni əməl, ağır nəticəyə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3671. Andlı iclasçıların (münsiflər heyətinin) məhkəmə müşavirəsinin və səsvermənin sirrinin pozulması

Andlı iclasçıların (münsiflər heyətinin) məhkəmə müşavirəsinin və səsvermənin sirrinin pozulması, −

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Maddə 3672. Andlı iclasçının və ya andlı iclasçılığa namizədin məhkəməni yanıltması (çaşdırması)

Andlı iclasçının və ya andlı iclasçılığa namizədin məhkəməyə onun andlı iclasçılığa uyğunsuzluğu barədə məlumatı təqdim etməməsi və ya bilə-bilə yalan (səhv) məlumatları təqdim etməsi −

Cərimə ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 22 may 2012-ci il tarixli qanunu №6252 – veb-səhifə, 29.05.2012-ci il.

Fəsil XLII

Sübutların əldə edilməsinin prosessual qaydasına qarşı cinayət

Maddə 368. Sübutların məhv edilməsi

Cinayət, mülki və ya inzibati hüquq işində sübutun məhv edilməsi, –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 20 aprel 2005-ci il tarixli qanunu №1356 - SSM I, №19, 28.04.2005-ci il, maddə128

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Maddə 369. Sübutları saxtalaşdırmaq

Mülki və ya inzibati işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutun saxtalaşdırılması, –

Cərimə ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 20 aprel 2005-ci il tarixli qanunu №1356 - SSM I, №19, 28.04.2005-ci il, maddə128

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Maddə 3691. Cinayət işində sübutları saxtalaşdırmaq

1. Az ağır cinayət haqqındakı cinayət işi üzrə sübutun saxtalaşdırılması, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

2. Eyni əməl prokuror, müstəntiq və ya müdafiəçi tərəfindən törədildikdə, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, dörd ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

3. Ağır və ya xüsusilə ağır cinayət haqqındakı cinayət işi üzrə sübutun saxtalaşdırılması, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Maddə 370. Yalan məlumat, yalan ifadə, yalan rəy, ekspert tədqiqatı obyektinin müdafiəsizliyi və ya səhv (yanlış) tərcümə

1. Ədalət mühakiməsinə maneçilik törətmək, hansı ki dindirilən şəxs, şahid və ya zərərçəkmiş tərəfindən yalan məlumat verməklə və ya yalan ifadə verməklə, ekspert tərəfindən saxta rəy və ya ifadə verməklə, ekspertin qəsdən və ya ehtiyatsızlıqdan ekspert tədqiqatının obyektini müdafiə etməməsi ilə və/və ya tərcüməçi tərəfindən qəsdən səhv tərcümə etməklə təzahür edib istintaq zamanı və ya məhkəmədə, –

Dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, tamah məqsədi ilə və ya digər şəxsi səbəblə törədildikdə, –

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, hansı ki cinayət işi üzrə həyata keçirilib, hansında ki təqsirləndirilən şəxs ağır və ya xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilir, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin birinci və ya 3-cü hissəsində nəzərdə tutulmuş əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 20 aprel 2005-ci il tarixli qanunu №1356 - SSM I, №19, 28.04.2005-ci il, maddə128

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Gürcüstanın 16 iyul 2010-cu il tarixli qanunu №3446 - SSM I, №44, 28.07.2010-cu il, maddə274

Gürcüstanın 5 may 2011-ci il tarixli qanunu №4630 – veb-səhifə, 19.05.2011-ci il.

Gürcüstanın 18 dekabr 2015-ci il tarixli qanunu №4678 - veb-səhifə, 29.12.2015-ci il.

Gürcüstanın 4 iyul 2018-ci il tarixli qanunu №2904 – veb-səhifə, 19.07.2018-ci il.

Maddə 371. Şahidin və ya zərərçəkmişin ifadə verməkdən imtina etməsi

Şahidin və ya zərərçəkmişin ifadə verməkdən imtina etməsi, −

Cərimə ilə və ya yüz iyirmi saatdan yüz səksən saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə islahedici iş ilə və/və ya altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Cinayət məsuliyyətindən azad edilir özünün və ya yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina edən şəxs və insan alverinin (trefikinqin) qurbanı – düşünmək müddəti ərzində.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 20 iyun 2006-cı il tarixli qanunu №3309 - SSM I, №25, 13.07.2006-cı il, maddə196

Gürcüstanın 4 iyul 2018-ci il tarixli qanunu №2904 – veb-səhifə, 19.07.2018-ci il.

Maddə 3711. (çıxarılıb)

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1822 - SSM I, №38, 15.07.2005-ci il, maddə255

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 18 dekabr 2015-ci il tarixli qanunu №4678 - veb-səhifə, 29.12.2015-ci il.

Maddə 372. Dindirilən şəxsə, şahidə, zərərçəkmişə, ekspertə və ya tərcüməçiyə təsir etmək

1. Dindirilən şəxsə, şahidə, zərərçəkmişə, ekspertə və ya tərcüməçiyə müraciət və ya onu sövq etmək, müvafiq olaraq, yalan məlumat və ya yalan ifadə verməsi üçün, və ya saxta rəy verməsi üçün, və ya məlumatı çatdırmaqdan və ya ifadə verməkdən imtina etməsi üçün, və/və ya səhv tərcümə etməsi üçün, və ya onun çatdırdığı məlumatı və ya verdiyi ifadəni və ya rəyi dəyişdirməsi üçün, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Dindirilən şəxsin, şahidin, zərərçəkmişin, ekspertin və ya tərcüməçinin satın alınması və ya onu məcbur etmək, müvafiq olaraq, yalan məlumat və ya yalan ifadə verməsi üçün, və ya saxta rəy verməsi üçün, və ya qəsdən səhv tərcümə etməsi üçün, və/və ya məlumatı çatdırmaqdan və ya ifadə verməkdən imtina etməsi üçün, və ya onu dəyişdirməsi üçün, əgər bu, ona və/və ya onun yaxın qohumuna hər hansı növ əmlak faydası təklif etməklə və ya öldürmək, zorakılıq, əmlakı zədələmək və ya məhv etmək və/və ya başqa hədə-qorxu ilə müşayiət olunursa, –

Cərimə ilə və ya üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl, zorakılıqla törədildikdə, –

Beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl, hansı ki həyat və ya sağlamlıq üçün təhlükəlidir, –

Altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3530 - SSM I, №37, 07.08.2006-cı il, maddə271

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Gürcüstanın 18 dekabr 2015-ci il tarixli qanunu №4678 - veb-səhifə, 29.12.2015-ci il.

Maddə 373. Yalan xəbərçilik etmək

1. Cinayət edilməsi haqqında yalan xəbərçilik etmək, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ildən iki ilədək müddətə islahedici iş ilə və/və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, əgər o, ağır və ya xüsusilə ağır cinayətdə ittihamla və/və ya ittiham sübutlarının süni yaradılması ilə müşayiət olunursa, –

İki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əməl:

a) Tamah məqsədi ilə və ya başqa şəxsi səbəblə törədilmiş;

b) Ağır nəticəyə səbəb olduqda, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Fəsil XLIII

Cinayətin vaxtında qarşısının alınmasının və açılmasının əleyhinə yönəlmiş əməllər

Maddə 374. İstintaq məlumatlarının açıqlanması

Əməliyyat-axtarış fəaliyyəti materiallarının və ya istintaq məlumatlarının açıqlanmasının qadağan edilməsi barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş şəxs tərəfindən açıqlanması, –

Cərimə ilə və ya iki ilədək müddətə islahedici iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 20 aprel 2005-ci il tarixli qanunu №1356 - SSM I, №19, 28.04.2005-ci il, maddə128

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il, maddə332

Maddə 3741. Bank hesablarının monitorinqi, onların üzərinə qadağa qoyulması və ya kompüter məlumatları ilə bağlı istintaq hərəkətləri haqqında məlumatların açıqlanması

1. Gürcüstanın Cinayət Prosessual Məcəlləsinin 1241 maddəsində nəzərdə tutulmuş bank hesablarının monitorinqi və ya 136-cı−138-ci maddələrində nəzərdə tutulmuş kompüter məlumatları ilə bağlı istintaq hərəkətləri haqqında məlumatların açıqlanması −

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Gürcüstanın Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş bank hesablarının üzərinə qadağa qoyulması ilə bağlı istintaq hərəkətləri haqqında məlumatların açıqlanması, qeyd edilən hesabın sahibi tərəfindən bu məlumatın tələb edilməsindən əvvəl, −

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 12 iyun 2012-ci il tarixli qanunu №6447 – veb-səhifə, 25.06.2012-ci il.

Maddə 375. Cinayəti ört-basdır etmək (gizlətmək)

1. Bu məcəllənin 182-ci maddəsinin birinci hissəsi, 186-cı maddəsinin birinci və 2-ci hissəsi, 1941 maddəsinin birinci və 2-ci hissələri, 202-ci maddəsinin birinci hissəsi, 221-ci maddəsinin birinci−3-cü hissələri, 332-ci maddəsinin birinci və 2-ci hissələri, 339-cu maddəsinin birinci hissəsi, 3391 maddəsinin birinci və 2-ci hissələri, 365-ci maddəsinin birinci−3-cü hissələri və 372-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulmuş cinayəti qabaqcadan razılaşdırılmadan ört-basdır etmək, –

Cərimə ilə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Ağır cinayəti qabaqcadan razılaşdırılmadan ört-basdır etmək, −

Bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Xüsusilə ağır cinayəti qabaqcadan razılaşdırılmadan ört-basdır etmək, −

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddə ilə və bu məcəllənin 376-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətinə cəlb edilməyəcək:

a) Qabaqcadan razılaşdırılmadan yaxın qohumunun cinayətini ört-basdır etmiş şəxs;

b) Gürcüstanın “İnsan alverinə (trefikinqə) qarşı mübarizə haqqında” Qanunu ilə nəzərdə tutulmuş insan alverinin (trefikinqin) qurbanlarına xidmət müəssisəsinin (sığınacağının) məsul (cavabdeh) şəxsi;

q) İnsan alverinin (trefikinqin) qurbanı statusunun verilməsi məsələsinə baxan, insan alverinin (trefikinqin) əleyhinə yönəldilmiş tədbirləri həyata keçirən İdarələrarası Koordinasiya Şurasının yanında yaradılmış daimi qrupun üzvü;

d) “Qadınlara qarşı zorakılığın və/və ya ailədə zorakılığın qarşısının alınması, ailədə zorakılığın qurbanlarının müdafiəsi və onlara yardım haqqında” Gürcüstan Qanunu ilə nəzərdə tutulmuş gender bərabərliyi, qadınlara qarşı zorakılıq və ailədə zorakılıq məsələləri üzərində işləyən İdarələrarası Komissiyanın yanında mövcud olan qadınlara qarşı zorakılıq və/və ya ailədə zorakılığın qurbanının statusunu müəyyən edən qrupun üzvü;

[ d) (çıxarılıb – 22.12.2022, №2480); (2023-cü il iyulun 1-dən qüvvəyə minir) ]

e) zorakılıq qurbanlarının/zərərçəkmişlərin/ehtimal olunan qurbanların xidmət qurumunun (sığınacağın/böhran mərkəzinin) əməkdaşına (yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş cinayət istisna olmaqla);

[e) Qadınlara qarşı zorakılıq və/və ya ailə zorakılığı qurbanları/zərərçəkmişləri üçün xidmət müəssisəsinin (sığınacaq/böhran mərkəzi) əməkdaşına (yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş cinayət istisna olmaqla); (2023-cü il iyulun 1-dən qüvvəyə minir) ]

v) İctimai Hüququn Hüquqi Şəxsinin − Dövlət qayğısı və trefikinq qurbanlarına, zərərçəkmişlərə yardım agentliyinin müvafiq əməkdaşı (yetkinlik yaşına çatmayana qarşı törədilmiş cinayətlər istisna olmaqla);

z) Şəxsə məsləhət verməyi təmin edən pulsuz telefon yardım xəttinin operatoru.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 20 iyun 2006-cı il tarixli qanunu №3309 - SSM I, №25, 13.07.2006-cı il, maddə196

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 23 oktyabr 2008-ci il tarixli qanunu №403 - SSM I, №29, 04.11.2008-ci il, maddə176

Gürcüstanın 28 oktyabr 2011-ci il tarixli qanunu №5170 - veb-səhifə, 11.11.2011-ci il.

Gürcüstanın 17 oktyabr 2014-cü il tarixli qanunu №2704 - veb-səhifə, 31.10.2014-cü il.

Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №763 - veb-səhifə, 25.05.2017-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 4 iyul 2018-ci il tarixli qanunu №2904 – veb-səhifə, 19.07.2018-ci il.

Gürcüstanın 11 dekabr 2019-cu il tarixli qanunu №5466 – veb-səhifə, 19.12.2019-cu il.

Gürcüstanın 22 dekabr 2022-ci il tarixli qanunu №2480 – veb-səhifə, 29.12.2022-ci il.

Maddə 376. Cinayət barəsində xəbər verməmək

1. Ağır cinayətin hazırlandığını və ya törədildiyini həqiqətən bilən şəxsin cinayət barəsində xəbər verməməsi, −

İki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Xüsusilə ağır cinayətin hazırlandığını və ya törədildiyini həqiqətən bilən şəxsin cinayət barəsində xəbər verməməsi, −

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 – SSM I, №20, 31.05.2000-ci il, maddə51

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4213 - SSM I, №1, 03.01.2007-ci il, maddə16

Gürcüstanın 11 dekabr 2013-cü il tarixli qanunu №1728 – veb-səhifə, 25.12.2013-cü il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın 17 may 2018-ci il tarixli qanunu №2354 – veb-səhifə, 29.05.2018-ci il.

Gürcüstanın 4 iyul 2018-ci il tarixli qanunu №2904 – veb-səhifə, 19.07.2018-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6753 – veb-səhifə, 20.07.2020-ci il.

Fəsil XLIV

Məhkəmə aktlarının icrası əleyhinə olan cinayətlər

Maddə 377. Təsvir edilmiş, üzərinə qadağa qoyulmuş və ya müsadirə edilməli olan əmlakla bağlı qanunsuz əməl

1. Təsvir edilmiş və ya üzərinə qadağa qoyulmuş əmlakı israf etmək, özgəninkiləşdirmək, gizlətmək və ya qanunsuz ötürmək (vermək) o şəxs tərəfindən, hansına ki bu əmlak etibar edilmişdi, və/və ya üzərinə qadağa qoyulmuş pul vəsaiti ilə (depozitlə, hesabla) bank əməliyyatını həyata keçirən kredit təşkilatının əməkdaşı tərəfindən bank əməliyyatını həyata keçirmək, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Müsadirə edilməli olan əmlakı gizlətmək və ya hökmü (məhkəmə qərarını) icra etməkdən başqa cür yayınmaq (qaçmaq), –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2619 - SSM I, №4, 18.01.2006-cı il, maddə39

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 3771. Əmlak siyahısının Milli İcra Bürosuna / Özəl İcraçıya təqdim edilməməsi

Borclu tərəfindən qanunla nəzərdə tutulmuş əmlak siyahısının Milli İcra Bürosuna/Özəl İcraçıya təqdim edilməməsi və ya yanlış və ya natamam təqdim edilməsi –

Cərimə ilə və ya iki yüz saatdan dörd yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №638 – SSM I, №48, 16.12.2000-ci il, maddə138

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №223 - SSM I, №17, 28.07.2008-ci il, maddə138

Gürcüstanın 10 dekabr 2010-cu il tarixli qanunu №3971 - SSM I, №72, 22.12.2010-cu il, maddə435

Maddə 3772. Borclunun məhkəmə qərarı ilə təyin edilmiş hərəkəti yerinə yetirməməsi

Borclunun məhkəmə qərarı ilə təyin edilmiş və yalnız onun yerinə yetirə biləcəyi hərəkəti icra etməməsi, –

Cərimə ilə və ya yüz əlli saatdan üç yüz saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №638 – SSM I, №48, 16.12.2000-ci il, maddə138

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 378. Penitensiar müəssisənin fəaliyyətinə maneçilik törətmək və/və ya bu fəaliyyətin nizamsızlığı (dağınıqlığı)

1. Penitensiar müəssisənin əməkdaşının qanuni tələbinə tabe olmamaq, hansı ki ona və/və ya onun yaxın qohumuna qarşı öldürmək, sağlamlığına və ya əmlakına zərər (ziyan) vurmaq hədə-qorxusu ilə müşayiət olunur penitensiar müəssisənin əməkdaşının iş (xidmət) fəaliyyəti ilə əlaqədar, və ya bu müəssisənin fəaliyyətinə başqa cür mane olmaq və/və ya bu fəaliyyətin nizamsızlığı (dağınıqlığı), −

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Penitensiar müəssisəyə yerləşdirilmiş şəxsi ifadəsini dəyişdirməyə və ya ifadə verməkdən imtina etməyə məcbur etmək, habelə məhkumun vətəndaşlıq borcunu yerinə yetirməsinə mane olmaq məqsədi ilə onu məcbur etmək, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Penitensiar müəssisədə və ya başqa yerləşdirmə yerində, habelə çıxarılma/köçürülmə və ya ekstradisiya zamanı Gürcüstanın Ədliyyə Nazirliyinin sisteminə daxil olan dövlət alt idarə qurumunun − Xüsusi penitensiar xidmətin əməkdaşını və ya penitensiar müəssisənin əməkdaşını fiziki təhqir etmək və/və ya ona qarşı başqa cür zorakılıq və/və ya həmin müəssisəyə hücum və/və ya eyni məqsədlə cinayətkar qruplaşma yaratmaq və ya belə qruplaşmada fəal iştirak etmək, –

Altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Eyni əməl:

a) Həyat üçün təhlükəli olduqda;

b) Təkrar (dəfələrlə) törədildikdə;

q) Ağır nəticəyə səbəb olduqda, –

Səkkiz ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (Qüvvədən düşmüşdür 378-ci maddənin 4-cü hissəsinin „b“ alt bəndi ilə müəyyən edilmiş əmələ görə müəyyənləşdirilmiş cəza ölçüsünün („Səkkiz ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır“) o normativ məzmunu, hansı ki eyni maddənin birinci hissəsində nəzərdə tutulmuş əməlin təkrar (dəfələrlə) törədilməsinə şamil edilir) – Gürcüstanın Konstitusiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli Qərarı №1/10/703 ­– veb-səhifə, 19.10.2017-ci il.

5. Bu maddənin 3-cü və ya 4-cü hissəsində nəzərdə tutulmuş əməl, ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə, –

On ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 10 aprel 2001-ci il tarixli qanunu №845 – SSM I, №11, 30.04.2001-ci il, maddə39

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 11 noyabr 2011-ci il tarixli qanunu №5255 – veb-səhifə, 24.11.2011-ci il.

Gürcüstanın 1 may 2015-ci il tarixli qanunu №3529 - veb-səhifə, 18.05.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstanın Konstitusiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli Qərarı №1/10/703 ­– veb-səhifə, 19.10.2017-ci il.

Gürcüstanın 5 iyul 2018-ci il tarixli qanunu №3125 – veb-səhifə, 11.07.2018-ci il.

Maddə 3781. Penitensiar müəssisədə və ya başqa yerləşdirmə yerində, çıxarılma/köçürülmə və ya ekstradisiya zamanı təqsirləndirilən şəxsə/məhkuma, habelə müvəqqəti qalma izolyatoruna və ya hauptvaxta yerləşdirilmiş şəxsə qadağan olunmuş əşyaların ötürülməsi (verilməsi)

1. Penitensiar müəssisədə və ya başqa yerləşdirmə yerində, çıxarılma/köçürülmə və ya ekstradisiya zamanı təqsirləndirilən şəxsə/məhkuma, habelə müvəqqəti qalma izolyatoruna və ya hauptvaxta yerləşdirilmiş şəxsə qadağan olunmuş əşyaların ötürülməsi (verilməsi), –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Təkrar (dəfələrlə) törədildikdə;

b) Bu məcəllənin 378-ci–379-cu maddələrində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən törədildikdə;

q) Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş;

d) Narkotik vasitənin, onun analoqunun və ya prekursorunun ötürülməsi ilə törədilmiş;

e) Psixotrop maddənin, onun analoqunun və ya güclü təsir edən maddənin ötürülməsi ilə törədilmiş;

v) Silahın verilməsi ilə törədilmiş;

z) Ağır nəticəyə səbəb olduqda, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Eyni əməl, iş vəziyyətindən (statusundan) istifadə edərək törədilmiş, –

Beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Cəzaçəkmə (penitensiar) müəssisəsində, müvəqqəti qalma izolyatorunda və ya hauptvaxtda yerləşdirilmiş şəxsin aparmasına (daşımasına) icazə verilən obyektlər (əşyalar) istisna olmaqla, bütün obyektlər (əşyalar) qadağan olunmuş əşya sayılır.

Gürcüstanın 20 dekabr 2005-ci il tarixli qanunu №2378 - SSM I, №55, 27.12.2005-ci il, maddə377

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 1 may 2015-ci il tarixli qanunu №3529 – veb-səhifə, 18.05.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 3782. Penitensiar müəssisədə və ya başqa yerləşdirmə yerində, çıxarılma/köçürülmə və ya ekstradisiya zamanı təqsirləndirilən şəxsin/məhkumun, habelə müvəqqəti qalma izolyatoruna və ya hauptvaxta yerləşdirilmiş şəxsin qadağan olunmuş əşyanı alması, saxlaması, gəzdirməsi, istifadə etməsi və/və ya bu əşyadan faydalanması

1. Penitensiar müəssisədə və ya başqa yerləşdirmə yerində, çıxarılma/köçürülmə və ya ekstradisiya zamanı təqsirləndirilən şəxsin/məhkumun, habelə müvəqqəti qalma izolyatoruna və ya hauptvaxta yerləşdirilmiş şəxsin qadağan olunmuş əşyanı alması, saxlaması, gəzdirməsi, istifadə etməsi və/və ya bu əşyadan faydalanması, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qrup halında törədilmiş;

b) Təkrar (dəfələrlə) törədildikdə;

q) Bu məcəllənin 378-ci–379-cu maddələrində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini əvvəllər törətmiş şəxs tərəfindən törədildikdə;

d) Ağır nəticəyə səbəb olduqda, –

Üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 4 iyul 2007-ci il tarixli qanunu № 5196 - SSM I, №28, 18.07.2007-ci il, maddə283

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 1 may 2015-ci il tarixli qanunu №3529 – veb-səhifə, 18.05.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 379. Həbs yerindən, cəzaçəkmə müəssisəsindən və ya başqa yerləşdirmə yerindən, çıxarılma/köçürülmə və ya ekstradisiya zamanı təqsirləndirilən şəxsin/məhkumun qaçması

1. Həbs yerindən, cəzaçəkmə müəssisəsindən və ya başqa yerləşdirmə yerindən, çıxarılma/köçürülmə və ya ekstradisiya zamanı təqsirləndirilən şəxsin/məhkumun qaçması, –

Üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Qrup halında;

b) Həyat və ya sağlamlığa təhlükəli zorakılıqla və/və ya belə zorakılığı tətbiq etmək hədə-qorxusu ilə, – Altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 1 may 2015-ci il tarixli qanunu №3529 – veb-səhifə, 18.05.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 380. Cəza növü olaraq azadlıqdan məhrum etmə cəzasını çəkməkdən yayınmaq (qaçmaq)

Cəzaçəkmə müəssisəsini qısa müddətə tərk etməyə icazəsi olan məhkumun cəza çəkməkdən yayınması, –

Altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddənin məqsədləri üçün dustaqlıq məcəlləsinin 716 maddəsinin 4-cü hissəsi və 72-ci maddəsinin 35 hissəsi ilə müəyyən edilmiş öhdəliklərin məhkum tərəfindən yerinə yetirilməməsi də cəza növü olaraq azadlıqdan məhrum etmə cəzasını çəkməkdən yayınmaq sayılır.

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2697 - SSM I, №12, 24.03.2010-cu il, maddə70

Gürcüstanın 1 may 2015-ci il tarixli qanunu №3529 – veb-səhifə, 18.05.2015-ci il.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Maddə 381. Hökmü və ya məhkəmənin digər qərarını yerinə yetirməmək və/və ya onun icrasına mane olmaq

1. Qüvvəyə minmiş hökmü və ya məhkəmənin digər qərarını yerinə yetirməmək və/və ya onun icrasına mane olmaq, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, hökumət nümayəndəsi və ya məmur tərəfindən törədildikdə, –

Cərimə ilə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Qeyd: Bu Qapı ilə müəyyən edilən məhkəmə hakimiyyətinə qarşı yönəldilmiş cinayət həm də Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yönəldilmiş cinayəti nəzərdə tutur.

Gürcüstanın 14 avqust 2003-cü il tarixli qanunu №2980 – SSM I, №26, 05.09.2003-cü il, maddə191

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 10 noyabr 2006-cı il tarixli qanunu №3649 - SSM I, №44, 27.11.2006-cı il, maddə297

Gürcüstanın 22 iyun 2007-ci il tarixli qanunu №5035 - SSM I, №26, 11.07.2007-ci il, maddə242

Gürcüstanın 27 oktyabr 2015-ci il tarixli qanunu №4377 – veb-səhifə, 11.11.2015-ci il.

Gürcüstanın 21 dekabr 2016-cı il tarixli qanunu №163 - veb-səhifə, 28.12.2016-cı il.

Maddə 381​1. Məhdudlaşdırıcı (qadağan edici) və ya qoruyucu orderlə nəzərdə tutulmuş tələblərin və öhdəliklərin yerinə yetirilməməsi. Sosial işçinin yetkinlik yaşına çatmayanın ayrılması barədə qərarına tabe olmamaq

1. Məhdudlaşdırıcı (qadağan edici) orderlə və ya qoruyucu orderlə nəzərdə tutulmuş tələblərin və öhdəliklərin yerinə yetirilməməsi və/və ya elektron nəzarət həyata keçirilərkən zorakı şəxsin elektron nəzarətin həyata keçirilməsi qaydası ilə müəyyən edilmiş həyəcan siqnalı zonasına girməsi və/və ya zorakı şəxs tərəfindən səlahiyyətli şəxsin həyəcan siqnalı və ya bufer zonasını tərk etmək tələbinin yerinə yetirilməməsi və/və ya zorakı şəxsin elektron nəzarətdən yayınması, yəni elə bir əməl, hansının ki nəticəsində elektron nəzarətin həyata keçirilməsi qeyri-mümkün olub, −

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

2. Sosial işçinin yetkinlik yaşına çatmayanın ayrılması barədə qərarına tabe olmamaq, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 175​2 maddəsinə uyğun olaraq belə əmələ görə inzibati tənbeh (cəza) almış şəxs tərəfindən törədilmiş, –

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, təkrar (dəfələrlə) törədildikdə, –

Bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz.

Gürcüstanın 28 dekabr 2009-cu il tarixli qanunu №2513 - SSM I, №3, 13.01.2010-cu il, maddə10

Gürcüstanın 22 iyun 2016-cı il tarixli qanunu №5452 - veb-səhifə, 12.07.2016-cı il.

Gürcüstanın 30 may 2018-ci il tarixli qanunu №2395 – veb-səhifə, 08.06.2018-ci il.

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Gürcüstanın 13 iyul 2020-ci il tarixli qanunu №6760 – veb-səhifə, 20.07.2020-ci il.

Maddə 3812. Qəyyumluq və himayəçilik orqanının tələbinin yerinə yetirilməməsi

1. Məhkəmənin qərarı ilə müəyyən edilmiş valideyn tərəfindən yetkinlik yaşına çatmayan uşağın ikinci valideynə verilməsi, məhkəmə qərarı əsasında yetkinlik yaşına çatmayan uşaqla ikinci valideynin, başqa qanuni nümayəndənin və ya digər ailə üzvünün əlaqə saxlamaq hüququnun həyata keçirilməsi və ya uşağın beynəlxalq qeyri-qanuni yerdəyişməsi/tutulması (həbs) işi üzrə qəyyumluq və himayəçilik orqanının tələbinin yerinə yetirilməməsi, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 17313 maddəsinə uyğun olaraq belə əmələ görə inzibati tənbeh (cəza) almış şəxs tərəfindən törədilmiş, −

Cərimə ilə və ya yüz səksən saatdan iki yüz qırx saatadək müddətə cəmiyyət üçün faydalı iş ilə və/və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, təkrar (dəfələrlə) törədildikdə, −

İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 10 dekabr 2010-cu il tarixli qanunu №3971 - SSM I, №72, 22.12.2010-cu il, maddə435

Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3772 – veb-səhifə, 14.12.2018-ci il.

Gürcüstanın 10 iyun 2020-ci il tarixli qanunu №6059 – veb-səhifə, 19.06.2020-ci il.

On üçüncü Qapı

Hərbi xidmət əleyhinə olan cinayətlər

Fəsil XLV

Tabeçilik (subordinasiya) qaydasına və hərbi şərəfin qorunmasına qarşı cinayət

Maddə 382. Hərbi xidmət əleyhinə cinayət anlayışı

1. Hərbi xidmət əleyhinə cinayət sayılır bu qapı ilə nəzərdə tutulmuş əməl, hansı ki hərbi xidmətin əleyhinə yönəldilmişdir, hərbi qulluqçu və ya ehtiyatda olan hərbçi tərəfindən Hərbi Ehtiyat Xidmətini keçərkən törədilmişdir.

2. Müharibə və ya hərbi vəziyyət zamanı hərbi xidmət əleyhinə cinayətə görə cinayət məsuliyyəti Gürcüstanın hərbi vəziyyət haqqında qanunvericiliyi ilə müəyyən edilir.

Gürcüstanın 27 dekabr 2006-cı il tarixli qanunu №4195 - SSM I, №49, 29.12.2006-cı il, maddə367

Gürcüstanın 31 oktyabr 2018-ci il tarixli qanunu №3609 – veb-səhifə, 21.11.2018-ci il.

Maddə 383. Rəhbərin (rəisin) əmrinin yerinə yetirilməməsi

1. Müəyyən edilmiş qaydada verilmiş, rəhbərin əmrinin onun tabeliyində olan şəxs (işçisi) tərəfindən yerinə yetirilməməsi, hansı ki hərbi xidmətin marağına mahiyyət etibarı ilə zərər vurub, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qrup halında;

b) Ehtiyatsızlıqdan ağır nəticəyə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Tabeliyində olan şəxsin (işçisinin) xidmətə səhlənkarlığı və ya vicdansız münasibəti səbəbindən, müəyyən edilmiş qaydada verilmiş əmrin yerinə yetirilməməsi, hansı ki hərbi xidmətin marağına mahiyyət etibarı ilə zərər vurub, –

Hərbi qulluqçunun bir ilədək müddətə xidməti məhdudlaşdırılması ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 384. Rəhbərə (rəisə) müqavimət göstərmək və ya onu xidmət borcunu pozmağa məcbur etmək

1. Zorakılıqla və ya zorakılıq hədə-qorxusu ilə, rəhbərə və ya hərbi xidmət borcunu yerinə yetirən şəxsə müqavimət göstərmək, və/və ya onu bu borcunu pozmağa məcbur etmək, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qrup halında;

b) Silahdan istifadə etməklə;

q) Sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurulmasına və/və ya digər ağır nəticəyə səbəb olduqda, – Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 385. Rəhbərə (rəisə) qarşı zorakılıq

1. Hərbi xidmət borcunu yerinə yetirərkən və ya bu borcun yerinə yetirilməsi ilə əlaqədar olaraq rəisi döymək və ya ona qarşı başqa cür zorakılıq, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qrup halında;

b) Silahdan istifadə etməklə;

q) Sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurulmasına və/və ya digər ağır nəticəyə səbəb olduqda, – Dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 386. Qarşılıqlı tabelikləri olmayan hərbi qulluqçular arasında asılılıq qaydasının pozulması

1. Qarşılıqlı tabelikləri olmayan hərbi qulluqçular arasında asılılıq qaydasının pozulması, hansı ki zərərçəkmişin şərəf və ya ləyaqətini alçaltmaqla və/və ya onu məcbur etməklə müşayiət olunurdu, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl:

a) Qrup halında;

b) İki və ya daha çox şəxsə qarşı;

q) Təkrar (dəfələrlə);

d) Silahdan istifadə etməklə;

e) Sağlamlığa az ağır zərər (ziyan) vurulmasına səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci və ya 2-ci hissəsində nəzərdə tutulmuş əməl, ağır nəticəyə səbəb olduqda, –

Dörd ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 387. Hərbi qulluqçunun təhqir edilməsi

1. Hərbi xidmət borcunu yerinə yetirərkən və ya bu borcun yerinə yetirilməsi ilə əlaqədar olaraq hərbi qulluqçunun başqa bir hərbi qulluqçunu təhqir etməsi, –

Hərbi qulluqçunun altı ayadək müddətə xidməti məhdudlaşdırılması ilə cəzalandırılır.

2. Hərbi xidmət borcunu yerinə yetirərkən və ya bu borcun yerinə yetirilməsi ilə əlaqədar olaraq tabeliyində olan şəxs (işçi) tərəfindən rəhbərin təhqir edilməsi və ya rəhbər tərəfindən tabeliyində olan şəxsin (işçinin) təhqir edilməsi, –

Hərbi qulluqçunun bir ilədək müddətə xidməti məhdudlaşdırılması ilə cəzalandırılır.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Maddə 388. Hərbi hissəni və ya digər xidmət yerini özbaşına tərk etmək

1. Hərbi xidmətdə olan şəxsin hərbi hissəni və ya digər xidmət yerini özbaşına tərk etməsi, habelə üzrlü səbəb olmadan xidmətə (hissəyə) vaxtında gəlməməsi iki gündən və gecədən artıq davam etdikdə, lakin on gündən və gecədən artıq olmayaraq, –

Bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. (çıxarılıb).

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, on gündən və gecədən artıq davam etdikdə, lakin bir aydan artıq olmayaraq, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əməl, bir aydan artıq davam etdikdə, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddənin məqsədləri üçün hərbi qulluqçu sayılır kursant/dinləyici/yunker, məcburi hərbi xidmətə çağırılmış şəxs, müqavilə üzrə (peşəkar) hərbi qulluqçu, kadr hərbi qulluqçusu, habelə ehtiyatda olan əsgər hərbi toplantıda (yığıncaqda) olarkən.

2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş hərbi qulluqçu cinayət məsuliyyətindən azad edilə bilər, əgər hərbi hissəni və ya digər xidmət yerini özbaşına tərk etmək çətin (ağır) vəziyyətlə əlaqədar idisə.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №3017 - SSM I, №23, 04.05.2010-cu il, maddə136

Gürcüstanın 16 aprel 2014-cü il tarixli qanunu №2240 – veb-səhifə, 28.04.2014-cü il.

Maddə 389. Fərarilik

1. Fərarilik, yəni hərbi qulluqçunun və ya hərbi ehtiyat xidmətinin qulluqçusunun hərbi hissəni və ya digər yeri özbaşına tərk etməsi hərbi xidmətdən və ya hərbi ehtiyat xidmətindən yayınmaq məqsədi ilə və/və ya eyni məqsədlə xidmətə (işə) gəlməmək, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, törədilmiş:

a) Xidməti istifadə üçün etibar edilmiş silahla;

b) Qrup halında, –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş hərbi qulluqçu və ya hərbi ehtiyat xidmətinin qulluqçusu cinayət məsuliyyətindən azad edilə bilər, əgər fərarilik çətin (ağır) vəziyyətlə əlaqədar idisə.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 27 dekabr 2006-cı il tarixli qanunu №4195 - SSM I, №49, 29.12.2006-cı il, maddə367

Maddə 390. Xəstəliyi təqlid etməklə və ya başqa cür aldatmaqla hərbi xidmətdən yayınmaq

1. Xəstəliyi təqlid etməklə, öz bədəninə xəsarət vurmaqla, saxta sənəddən istifadə etməklə və ya başqa cür aldatmaqla hərbi qulluqçunun hərbi xidmətdən yayınması, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 3901. Xəstəliyi təqlid etməklə və ya başqa cür aldatmaqla hərbi ehtiyat xidmətindən yayınmaq

Xəstəliyi təqlid etməklə, öz bədəninə xəsarət vurmaqla, saxta sənəddən istifadə etməklə və ya başqa cür aldatmaqla hərbi ehtiyat xidmətinin qulluqçusunun hərbi ehtiyat xidmətindən yayınması, –

Bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 27 dekabr 2006-cı il tarixli qanunu №4195 - SSM I, №49, 29.12.2006-cı il, maddə367

Maddə 391. Məhv olmağa məruz qalmış hərbi gəmini tərk etmək

Məhv olmağa məruz qalmış hərbi gəmini o komandirin tərk etməsi, hansı ki xidmət (vəzifə) borcunu sona qədər yerinə yetirməyib, və ya komandirin müvafiq əmri olmadan ekipaj üzvü tərəfindən törədildikdə, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 392. Döyüş növbətçiliyi (döyüş xidməti) qaydasının pozulması

1. Gürcüstana qəfil hücumu vaxtında aşkar edib dəf etmək və/və ya onun dövlət təhlükəsizliyini təmin etmək məqsədi ilə təsis edilmiş döyüş növbətçiliyi (döyüş xidməti) qaydasının pozulması, hansı ki dövlət təhlükəsizliyi maraqlarının zədələnməsinə səbəb olub və ya səbəb ola bilərdi, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, ağır nəticəyə səbəb olduqda, –

Dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Döyüş növbətçiliyi (döyüş xidməti) qaydasının ona ehtiyatsız və ya vicdansız münasibətə görə pozulması, hansı ki ağır nəticəyə səbəb olub, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 393. Sərhəd xidmətinin yerinə yetirilməsi qaydalarının pozulması

1. Sərhəd qrafikinin tərkibinə daxil olan və ya sərhəd xidmətinin digər vəzifəsini yerinə yetirən şəxs tərəfindən sərhəd xidmətinin icrası qaydalarının pozulması, hansı ki dövlət təhlükəsizliyi maraqlarının zədələnməsinə səbəb olub və ya səbəb ola bilərdi, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, ağır nəticəyə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Sərhəd xidmətinin icrası qaydalarının ona ehtiyatsız və ya vicdansız münasibətə görə pozulması, hansı ki ağır nəticəyə səbəb olub, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 394. Keşikçi xidməti qaydalarının pozulması

1. Keşikçinin (gözətçinin) keşikçi xidməti qaydalarını pozması, hansı ki keşikçinin (gözətçinin) qorumalı olduğu obyektin zədələnməsinə səbəb olub, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, ağır nəticəyə səbəb olduqda, –

Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Keşikçi xidməti qaydalarının ona ehtiyatsız və ya vicdansız münasibətə görə pozulması, hansı ki ağır nəticəyə səbəb olub, –

Bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 395. İctimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi zamanı xidmətin yerinə yetirilməsi qaydalarının pozulması

1. İctimai asayişi qoruyan və ya ictimai təhlükəsizliyi təmin edən hərbi qrafikin tərkibinə daxil olan şəxs tərəfindən xidmətin icrası qaydalarının pozulması, hansı ki şəxsin hüquq və ya qanuni maraqlarının pozulmasına səbəb olmuşdur, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, ağır nəticəyə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 396. Daxili xidmət nizamnaməsinin və qarnizonda patrul xidməti qaydasının pozulması

Hissənin gecə-gündüz qrafikinin tərkibinə (keşikçi və gözətçi istisna olmaqla) daxil olan şəxsin daxili xidmət nizamnaməsini pozması, və/və ya patrul qrafikinin tərkibinə daxil olan şəxsin qarnizonda patrul xidməti qaydasını pozması, hansı ki ağır nəticəyə səbəb olub, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Fəsil XLVI

Hərbi əmlakın saxlanması və ya istismarı qaydalarına qarşı cinayətlər

Maddə 397. Hərbi əmlakın qəsdən zədələnməsi və ya məhv edilməsi

1. Silahı, döyüş sursatını, nəqliyyat vasitəsini, hərbi texnikanı və ya digər hərbi əmlakı qəsdən zədələmək və ya məhv etmək, –

Cərimə ilə və ya hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 398. Hərbi əmlakın ehtiyatsızlıqdan zədələnməsi və ya məhv edilməsi

Silahı, döyüş sursatını, nəqliyyat vasitəsini, hərbi texnikanı və ya digər hərbi əmlakı ehtiyatsızlıqdan zədələmək və ya məhv etmək, hansı ki ağır nəticəyə səbəb olub, –

Cərimə ilə və ya hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 399. Hərbi əmlakın saxlanması qaydalarının pozulması

Xidməti istifadə üçün etibar edilmiş silahın, döyüş sursatının, nəqliyyat vasitəsinin, hərbi texnikanın və ya digər hərbi əmlakın saxlanması qaydalarının pozulması, hansı ki onun itirilməsinə və ya yararsız hala düşməsinə səbəb olub, –

Cərimə ilə və ya hərbi qulluqçunun altı ayadək müddətə xidməti məhdudlaşdırılması ilə və/və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 400. Avtomobil idarə etmə və ya istismar qaydalarının pozulması

1. Döyüş, xüsusi və ya nəqliyyat avtomobilinin idarə edilməsi və ya istismarı qaydalarının pozulması, hansı ki insan sağlamlığına ağır və ya az ağır zərər (ziyan) vurulmasına səbəb olub, –

İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

2. Eyni əməl, insan ölümünə səbəb olduqda, –

Üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya onsuz.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, iki və ya daha çox insanın ölümünə səbəb olduqda, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 401. Uçan aparatın idarə etmə və ya istismar qaydalarının pozulması

Hərbi uçan aparatın idarə etmə və ya uçuşa hazırlıq qaydalarının və/və ya onun istismar qaydalarının pozulması, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 402. Gəminin idarə edilməsi və ya istismarı qaydalarının pozulması

Hərbi gəminin idarə edilməsi və ya istismarı qaydalarının pozulması, insan ölümünə və ya digər ağır nəticəyə səbəb olduqda, –

Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 403. Ətrafdakılar üçün artan təhlükə mənbəyi olan silahlarla rəftar qaydalarının pozulması

1. Ətrafdakılar üçün artan təhlükə mənbəyi olan silahlarla, döyüş sursatı ilə, radioaktiv, partlayıcı və ya digər maddə və/və ya obyektlə rəftar qaydalarının pozulması, hansı ki sağlamlığa az ağır və ya ağır zərər (ziyan) vurulmasına, hərbi texnikanın məhv olmasına və ya digər ağır nəticəyə səbəb olub, –

Hərbi qulluqçunun iki ilədək müddətə xidməti məhdudlaşdırılması ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, insan ölümünə səbəb olduqda, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş əməl, iki və ya daha çox insanın ölümünə səbəb olduqda, –

Altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 30 iyun 2000-ci il tarixli qanunu №458 – SSM I, №27, 17.07.2000-ci il, maddə83

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №649 – SSM I, №47, 14.12.2000-ci il, maddə134

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

On dördüncü Qapı

Bəşəriyyətə qarşı cinayət

Fəsil XLVII

Bəşəriyyətin sülh və təhlükəsizliyinə və beynəlxalq humanitar hüquqa qarşı cinayətlər

Maddə 404. Təcavüz aktını planlaşdırmaq, hazırlamaq, başlamaq və ya həyata keçirmək

1. Təcavüz aktını planlaşdırmaq və ya hazırlamaq, –

Yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Təcavüz aktına başlamaq və ya həyata keçirmək, –

On beş ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə tutduğu vəzifəyə görə dövlətin siyasi və ya hərbi hərəkətlərinə səmərəli nəzarət etmək və ya onlara rəhbərlik etmək imkanına malik olan şəxs cəlb edilir.

2. Bu fəslin məqsədləri üçün “təcavüz aktı” dövlət tərəfindən başqa bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya başqa şəkildə silahlı qüvvələrdən istifadə etməsi deməkdir, hansı ki Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə ziddir.

3. Bu maddədə nəzərdə tutulmuş, öz xarakteri, ağırlığı və miqyası ilə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini açıq şəkildə pozan təcavüz aktını planlaşdırmaq, hazırlamaq, başlamaq və ya həyata keçirməyə görə şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 30 oktyabr 2014-cü il tarixli qanunu №2727 – veb-səhifə, 06.11.2014-cü il.

Maddə 405. Təcavüz aktının planlaşdırılmasına, hazırlanmasına, başlanmasına və ya həyata keçirilməsinə çağırış

1. Təcavüz aktının planlaşdırılmasına, hazırlanmasına, başlanmasına və ya həyata keçirilməsinə açıq şəkildə çağırış, –

Cərimə ilə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, informasiya vasitəsi ilə və ya dövlət-siyasi vəzifəli şəxs tərəfindən törədildikdə, –

Cərimə ilə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə.

Gürcüstanın 30 oktyabr 2014-cü il tarixli qanunu №2727 - veb-səhifə, 06.11.2014-cü il.

Maddə 406. Kütləvi qırğın silahlarının hazırlanması, alınması, saxlanması, satılması, daşınması, tranziti və ya göndərilməsi

Gürcüstanın beynəlxalq müqaviləsi ilə qadağan edilmiş kimyəvi, bioloji və ya digər kütləvi qırğın silahını hazırlamaq, almaq, saxlamaq, satmaq, daşımaq, tranzit və ya göndərmək –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə hüquqi şəxs cərimə ilə, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya ləğvetmə ilə və cərimə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Gürcüstanın 23 fevral 2010-cu il tarixli qanunu №2641 - SSM I, №9, 15.03.2010-cu il, maddə31

Gürcüstanın 22 dekabr 2018-ci il tarixli qanunu №4027 – veb-səhifə, 26.12.2018-ci il.

Maddə 407. Soyqırım

Soyqırım, yəni hər hansı bir milli, etnik, irqi, dini və/və ya digər zəmində birləşmiş qrupun hamısını və ya bir hissəsini məhv etmək (yox etmək) üçün razılaşdırılmış planı həyata keçirmək məqsədi ilə törədilmiş əməl, hansı ki belə bir qrupun üzvlərini öldürməklə, onların sağlamlığına ağır zərər vurmaqla, onlar üçün qəsdən ağır həyat şəraiti yaratmaqla, doğum səviyyəsini zorla azaltmaqla və ya uşağın bir etnik qrupdan digərinə məcbur edərək verilməsi ilə ifadə olunur, –

On iki ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 408. İnsanlığa qarşı cinayət

İnsanlığa qarşı cinayət, yəni mülki əhaliyə və ya ayrı-ayrı şəxslərə qarşı genişmiqyaslı və ya sistematik hücumun hüdudlarında törədilmiş hər hansı əməl, hansı ki öldürməklə, insanların kütləvi şəkildə məhv edilməsi ilə, sağlamlığa ağır zərər vurmaqla, deportasiya (sürgün) yolu ilə, qanunsuz olaraq azadlıqdan məhrum etmə ilə, işgəncə ilə, cinsi zorlama ilə, cinsi təslimiyyətdə saxlamaqla, fahişəliyə məcbur etməklə, məcburi hamiləliklə, zorakı sterilizasiya ilə, bir qrup şəxsi siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya digər əlamətlərə görə təqib etməklə, aparteid və digər qeyri-insani əməllərlə, hansılar ki insanın fiziki və/və ya psixi vəziyyətinə ciddi ziyan vurur, –

On iki ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 14 avqust 2003-cü il tarixli qanunu №2980 – SSM I, №26, 05.09.2003-cü il, maddə191

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 409. Ekosid

1. Ekosid, yəni atmosferin, torpağın, su resurslarının zəhərlənməsi, heyvan və ya bitki aləminin kütləvi məhvi və/və ya ekoloji fəlakətə səbəb ola biləcək başqa bir əməl, –

On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, silahlı münaqişə zamanı törədildikdə, –

On dörd ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 14 avqust 2003-cü il tarixli qanunu №2980 – SSM I, №26, 05.09.2003-cü il, maddə191

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 410. Silahlı münaqişə və ya hərbi əməliyyatlarda muzdlunun (kirayələnmişin) iştirakı

1. Muzdlunu (kirayələnmişi) toplamaq, təlimdən (məşqdən) keçirmək, maliyyələşdirmək və ya başqa cür maddi təmin etmək, habelə onu silahlı münaqişə və ya hərbi əməliyyatda istifadə etmək, –

Beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Eyni əməl, iş vəziyyətindən (statusundan) istifadə edərək və ya yetkinlik yaşına çatmayana qarşı törədildikdə, –

Doqquz ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Silahlı münaqişə və ya hərbi əməliyyatlarda muzdlunun iştirakı, –

Dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Silahlı münaqişədə və ya hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan və maddi mükafat (maaş) üçün fəaliyyət göstərən, bu dövlətin ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifəni yerinə yetirmək üçün göndərilməmiş şəxs muzdlu sayılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 411. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının qəsdən pozulması

1. Dövlətlərarası və ya dövlətdaxili silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının qəsdən pozulması, yəni:

a) Mülki əhaliyə və ya mülki şəxslərə hücum etmək;

b) Mülki əhaliyə və ya mülki obyektlərə ayrı-seçkilik etmədən hücum, bunun mülki əhali arasında itkilərə səbəb olacağı və ya mülki obyektlərə ziyan vuracağı məlum olduğu halda;

q) Artan təhlükə mənbəyi olan tikiliyə (binaya) və ya cihaza (qurğuya) hücum, bunun mülki əhali arasında itkilərə səbəb olacağı və ya mülki obyektlərə ziyan vuracağı məlum olduğu halda;

d) Müdafiəsiz yerə və ya silahsızlaşdırılmış zonaya hücum;

e) Hərbi əməliyyatlarda iştirakını dayandırdığı məlum olan şəxsə hücum etmək;

v) Atəşin müvəqqəti dayandırılmasını ifadə edən bayrağı, dövlət bayrağını, qarşı tərəfin, Birləşmiş Millətlər Təşkilatının, qırmızı xaç, qızıl aypara, qırmızı kristal və ya beynəlxalq humanitar hüquqla tanınan digər qoruyucu işarə, forma və ya siqnalı düzgün olmayan şəkildə (yanlış) istifadə etmək, hansı ki insan ölümünə və ya ağır fiziki xəsarət almasına səbəb olub;

z) İşğalçı ölkə tərəfindən öz mülki əhalisinin işğal olunmuş əraziyə köçürülməsi və/və ya işğal olunmuş ölkənin mülki əhalisinin və ya mülki şəxslərinin bu ərazi daxilində və ya onun hüdudlarından kənarda deportasiyası və ya digər qeyri-qanuni çıxarılması;

t) Hərbi əsirlərin və ya mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmək;

i) Aparteid və ya insan ləyaqətini alçaldan irqi ayrı-seçkiliyə əsaslanan digər qeyri-insani hərəkət;

k) Qarşı tərəfin mülkiyyətinə, o cümlədən, xalqın mədəni irsinin bir hissəsi kimi tarixi abidəyə, incəsənət əsərinə və ya ibadət yerinə hücum etmək, hansı ki onun məhv edilməsinə və ya ələ keçirilməsinə (zəbtinə) səbəb olub və hansı ki hərbi zərurətdən irəli gəlmirdi, –

On ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2. Beynəlxalq və ya dövlətdaxili silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının qəsdən pozulması, hərbi əməliyyatlarda iştirak etməyən və ya özünümüdafiə vasitələri olmayan şəxslərə qarşı yönəldilmiş, habelə yaralılara, xəstələrə, tibbi və dini personala, sanitar hissələrə, sanitar nəqliyyat vasitələrinə, hərbi əsirlərə, mülki şəxslərə, işğal olunmuş ərazidəki və ya hərbi əməliyyatlar zonasındakı mülki əhaliyə, məcburi köçkünlərə, vətəndaşlığı olmayan şəxslərə, hərbi əməliyyatlar zamanı müdafiədən faydalanan digər şəxslərə qarşı yönəldilmiş, yəni:

a) Qəsdən adam öldürmək (qətl);

b) İşgəncə və ya digər qeyri-insani rəftar, o cümlədən, tibbi eksperiment;

q) Qəsdən ağır iztirablar (əzablar) vermək və ya ciddi travma vurmaq, hansı ki insanın fiziki və ya psixi vəziyyətinə təhlükə yaradır;

d) Müharibə başlayana qədər onların döyüşən tərəfin xidmətində olub-olmamasından asılı olmayaraq, qarşı tərəfin vətəndaşını, hərbi əsiri və ya digər müdafiədən faydalanan şəxsi düşmənin silahlı qüvvələrində xidmət etməyə və/və ya öz ölkəsinə qarşı yönəldilmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmək;

e) Hərbi əsir, qarşı tərəfin vətəndaşı və ya müdafiədən faydalanan digər şəxsin məhkəmə tərəfindən onun işinin qərəzsiz (neytral) aparılması hüququndan məhrum edilməsi;

v) Müdafiədən faydalanan şəxsin deportasiyası və ya digər qeyri-qanuni çıxarılması (sürgün edilməsi) və/və ya həbs edilməsi;

z) Girov götürmək;

t) Özbaşına və geniş miqyaslı dağıntılar və ya əmlakın mənimsənilməsi, hansı ki hərbi zərurətdən irəli gəlmirdi, –

On beş ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 14 avqust 2003-cü il tarixli qanunu №2980 – SSM I, №26, 05.09.2003-cü il, maddə191

Gürcüstanın 15 iyun 2017-ci il tarixli qanunu №971 – veb-səhifə, 30.06.2017-ci il.

Maddə 412. Dövlətlərarası və ya dövlətdaxili silahlı münaqişə zamanı sağlamlığa təhlükə yaradaraq və ya fiziki xəsarət (şikəstlik) yetirməklə beynəlxalq humanitar hüquq normalarının qəsdən pozulması

Qarşı tərəfin hakimiyyətinin müdafiəsindən faydalanan həbs edilmiş və ya başqa şəkildə azadlıqdan məhrum edilmiş şəxsə qarşı elə bir tibbi prosedurun həyata keçirilməsi, hansını ki onun sağlamlıq vəziyyəti tələb etmir və hansı ki ümumi qəbul edilmiş tibbi normalara uyğun gəlmir, hətta həmin şəxsin razılığı ilə olsa da, yəni:

a) Fiziki xəsarətə səbəb olan hərəkət;

b) Tibbi və ya elmi eksperiment keçirmək;

q) Transplantasiya üçün insan orqanının, orqanının bir hissəsinin və ya toxumasının götürülməsi, – Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2937 – SSM I, №14, 15.05.2006-cı il, maddə90

Maddə 413. Beynəlxalq humanitar hüquq normalarının digər pozuntuları

Tərkibində bu məcəllənin 411 və ya 412-ci maddələrində nəzərdə tutulmuş cinayət əlamətləri olmayan əməl:

a) Qarətçilik (talançılıq), yəni hərbi əməliyyatlar zamanı öldürülən və ya yaralanan şəxsin əşyasını sahiblənmək, habelə vətəndaşların hərbi əməliyyat zonasında (müharibə bölgəsində) qalmış əmlakını sahiblənmək və/və ya məskunlaşmış qəsəbənin və ya digər ərazi vahidinin talanması (qarət edilməsi);

b) Qoşunları (orduyu) və ya obyektləri hərbi əməliyyatlardan qorumaq üçün mülki şəxslərdən (vətəndaşlardan) istifadə etmək;

q) Hərbi əməliyyatda və ya silahlı münaqişədə elə silah, döyüş sursatı, kütləvi qırğın vasitələri və ya silahlarından istifadə etmək, habelə elə mübarizə (döyüş) üsullarından istifadə etmək, hansılar ki həddindən artıq zərərə (ziyana), əsassız əzablara və ya silahlı münaqişələrə dair beynəlxalq hüquq normalarının pozulmasına səbəb olur; Bununla belə, əgər belə silahlar, döyüş sursatları, vasitələr, habelə bu cür döyüş üsulları hamılıqla (ümumiyyətlə) qadağan olunubsa.

d) Gürcüstanın beynəlxalq müqaviləsində nəzərdə tutulmuş və bu məcəllənin 411 və ya 412-ci maddələri ilə cəzalandırılmayan digər müharibə cinayətləri, –

On ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu fəsildə nəzərdə tutulmuş cinayətə görə silahlı münaqişədə iştirak edən silahlı qüvvələrin və/və ya onların bölmələrinin komandiri və/və ya digər rəhbəri həmin cinayət onun komandanlığı və/və ya nəzarəti altında olan silahlı qüvvələr tərəfindən törədildiyi halda belə, bu fəsildə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır, hansı ki komandirin və/və ya digər müvafiq rəhbərin hərəkətsizliyi nəticəsində baş vermişdir.

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 14 avqust 2003-cü il tarixli qanunu №2980 – SSM I, №26, 05.09.2003-cü il, maddə191

On beşinci Qapı

Keçid və yekun müddəalar

Fəsil XLVIII

Keçid müddəalar

Maddə 414. Məcəllənin qüvvəyə minməsi ilə bağlı tədbirlər

1. Gürcüstan Prezidentindən xahiş edilsin ki, 1999-cu il sentyabrın 7-dək “Narkotik və psixotrop maddələr haqqında” qanun layihəsini Gürcüstan Parlamentinin müzakirəsinə təqdim etsin.

2. (çıxarılıb).

3. Gürcüstan Parlamenti 2001-ci il yanvarın 1-dək “Azadlığın məhdudlaşdırılmasının cəza kimi çəkilməsi qaydası haqqında” qanun layihəsini hazırlayıb baxmalıdır.

4. (çıxarılıb).

5. Azadlıqdan məhrum etmədən islahedici işlərə məhkum edilmiş məhkum bu cəzanı qeyri-iş yerində çəkməlidir (Gürcüstanın 30 dekabr 1960-cı il tarixli Cinayət Məcəlləsinin 28-ci maddəsi), həmin cəza bu məcəllə ilə nəzərdə tutulmuş cərimə çərçivəsində dəyişdiriləcək. Belə olan halda cərimə Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş cərimənin məbləğindən artıq ola bilməz.

6. 30 dekabr 1960-cı il tarixli Gürcüstan Cinayət Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş sürgünə (köçürülməyə) (birinci hissənin 2-ci alt bəndi), çıxarılmağa (qovulmağa) (birinci hissənin 3-cü alt bəndi), ictimai töhmətə (qınağa) (birinci hissənin 3-cü alt bəndi), əmək-tərbiyə profilaktoriumuna göndərilməyə (23-cü maddənin 3-cü hissəsi) və ya valideynlik hüququndan məhrumetməyə (23-cü maddənin beşinci hissəsinin 2-ci alt bəndi) məhkum edilmiş məhkum, məhkumluq götürülməklə cəza çəkməkdən azad edilir.

7. (çıxarılıb).

8. 17 aprel 2013-cü il tarixli "Gürcüstanın Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Gürcüstan Qanunu ilə müəyyən edilmiş bu məcəllənin 59-cu maddəsinin redaksiyası qeyd olunan dəyişiklik qüvvəyə minənədək mövcud olan redaksiyaya uyğun olaraq cinayətlərin/hökmlərin birləşdirilməsi zamanı yekun cəza təyin edilmiş məhkuma qarşı geriyə qüvvəyə malikdir.

Gürcüstanın 19 iyun 2001-ci il tarixli qanunu №945 – SSM I, №20, 03.07.2001-ci il, maddə75

Gürcüstanın 23 may 2007-ci il tarixli qanunu №4785 - SSM I, №19, 01.06.2007-ci il, maddə166

Gürcüstanın 23 fevral 2010-cu il tarixli qanunu №2641 - SSM I, №9, 15.03.2010-cu il, maddə31

Gürcüstanın 17 aprel 2013-cü il tarixli qanunu №546 – veb-səhifə, 08.05.2013-cü il.

Fəsil XLIX

Yekun müddəalar

Maddə 415. Məcəllənin qüvvəyə minməsi

1. Bu məcəllə, 44-cü və 47-ci maddələrdən və XXXIII fəsildən başqa – psixotrop maddə və onun analoquna qarşı, 2000-ci il iyunun 1-dən qüvvəyə minsin.

2. 44-cü maddə “Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası qaydası və Probasiya haqqında” Gürcüstan Qanununun qüvvəyə mindiyi gündən qüvvəyə minsin.

3. (çıxarılıb - 01.06.2017, №944).

4. Bu məcəllənin XXXIII fəsli psixotrop maddəyə, onun analoquna qarşı Gürcüstanın “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlar haqqında” Qanunu qüvvəyə mindiyi gündən qüvvədədir.

5. Bu məcəllə qüvvəyə mindiyi andan Gürcüstanın 30 dekabr 1960-cı il tarixli Cinayət Məcəlləsi qüvvədən düşmüş sayılsın. (Gürcüstan SSR Ali Sovetinin Orqanları, 1961-ci il, No 1, maddə 10).

Gürcüstanın 8 sentyabr 1999-cu il tarixli qanunu №2361 – SSM I, №43(50), 21.09.1999-cu il, maddə212

Gürcüstanın 10 dekabr 1999-cu il tarixli qanunu №68 – SSM I, №48(55), 16.12.1999-cu il, maddə244

Gürcüstanın 5 may 2000-ci il tarixli qanunu №292 – SSM I, №18, 15.05.2000-ci il, maddə45

Gürcüstanın 30 may 2000-ci il tarixli qanunu №333 – SSM I, №20, 31.05.2000-ci il, maddə51

Gürcüstanın 14 iyun 2000-ci il tarixli qanunu №386 – SSM I, №22, 15.06.2000-ci il, maddə57

Gürcüstanın 19 iyun 2001-ci il tarixli qanunu №945 – SSM I, №20, 03.07.2001-ci il, maddə75

Gürcüstanın 4 oktyabr 2013-cü il tarixli qanunu №1471 – veb-səhifə, 16.10.2013-cü il.

Gürcüstanın 13 dekabr 2013-cü il tarixli qanunu №1796 - veb-səhifə, 28.12.2013-cü il.

Gürcüstanın 25 dekabr 2014-cü il tarixli qanunu №2980 - veb-səhifə, 30.12.2014-cü il.

Gürcüstanın 22 dekabr 2016-cı il tarixli qanunu №185 - veb-səhifə, 29.12.2016წ.

Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №944 - veb-səhifə, 20.06.2017-ci il.

Gürcüstan Prezidenti Eduard Şevardnadze

Tbilisi,

1999-cu il 22 iyul.

№2287-rs

Cinayət törədilməsində şübhəli şəxslərin saxlanılması zamanı polis tərəfindən saxlanılma qaydaları və prosedurlarına ciddi riayət olunmalıdır.

Qanun üzrə suallar

Cinayət məsuliyyətinin əsasları hansı maddədədir?

7-ci maddə cinayət məsuliyyətinin əsaslarına həsr olunub; ayrıca əməl barədə müddəalar Məcəllənin müvafiq cinayət maddəsində göstərilir. Maddəni oxuyun: Maddə 7. Cinayət məsuliyyətinin əsasları

Gürcüstanda cinayətlər və cəzalar üzrə oxu bələdçisi

Bu qeyri-rəsmi Azərbaycan tərcüməsində əvvəlki və sonrakı redaksiyalar yanaşı verilə bilər. Konkret iş üçün tətbiq ediləcək redaksiyanı Matsne-dəki rəsmi sənədlə tutuşdurun.

Gürcüstanda qəsdən adam öldürmə və cəzası

108-ci maddəyə keçin; ağırlaşdırıcı hallar və əlaqəli müddəaları ayrıca nəzərdən keçirin.

Gürcüstan qanunvericiliyinə görə oğurluq və dələduzluq

Oğurluq üçün 177-ci maddəni, dələduzluq üçün 180-ci maddəni, əmlakın dəyərinə aid qeydlər üçün XXV fəsli oxuyun.

Tez-tez verilən suallar

Gürcüstan qanunvericiliyinə görə qəsdən adam öldürmənin cəzası nə qədərdir?

Matsne-dəki Cinayət Məcəlləsinin 108-ci maddəsinə əsasən, qəsdən adam öldürmə on ildən on beş ilədək azadlıqdan məhrum etmə ilə, silahla bağlı hüquqların məhdudlaşdırılması ilə və ya onsuz cəzalandırılır. Bu səhifədə əvvəlki və sonrakı redaksiyalar yanaşı görünə bilər; tətbiq ediləcək redaksiyanı rəsmi mənbədə yoxlayın.

Gürcüstan Cinayət Məcəlləsində külli miqdar nə qədərdir?

Mülkiyyət əleyhinə cinayətlərə aid XXV fəslin qeydində külli miqdar əmlakın dəyərinin 10 000 laridən yuxarı olması kimi müəyyən edilir. Bu hədd həmin fəslə aiddir; bütün cinayətlər üçün vahid hədd deyil.

Qanunvericilik kataloquna qayıdın.