Birinci kitab: Ümumi müddəalar
Gürcüstan Mülki Məcəlləsinin Azərbaycan dilində qeyri-rəsmi tərcüməsindən seçilmiş kitab.
Buradakı Azərbaycan dilində mətn qeyri-rəsmi tərcümədir. Saxlanılan mətnin girişində 23 iyun 2022-ci il tarixi göstərilir; onun hazırkı rəsmi redaksiyaya uyğunluğu təsdiqlənməyib. Hüquqi tətbiqdən əvvəl maddəni və dəyişiklikləri Matsne-dəki rəsmi Mülki Məcəllə ilə yoxlayın.
Bu kitabın maddələri
Kitabın mətni
Birinci kitab
Mülki Məcəllənin ümumi müddəaları
Giriş müddəaları
Maddə 1. Anlayışı (konsepsiyası). Qüvvəsinin əhatə dairəsi
Bu məcəllə şəxslərin bərabərliyinə əsaslanan özəl xarakterli əmlak, ailəvi və şəxsi münasibətləri tənzimləyir.
Maddə 2. Mülki qanunvericilik
1. Mülki məcəllə, özəl hüququn digər qanunları və onların tərifləri (izahları) Gürcüstan Konstitusiyasına uyğun olmalıdır.
2. Eyni səviyyəli hüquq normalarının toqquşması zamanı xüsusi və daha yeni qanun tətbiq edilir. Bu məcəllə ilə nəzərdə tutulmuş ümumi normalarla xüsusi normalar arasında toqquşma zamanı xüsusi normalar tətbiq edilir.
3. Qanunun tabeliyində olan normativ aktlar mülki münasibətləri tənzimləmək üçün yalnız qanunun normalarını tamamladıqda istifadə olunur. Əgər bu aktlar qanuna ziddirsə, qanun tətbiq edilir.
4. Adətlər yalnız hamı tərəfindən tanınmış hüquq və əxlaq normalarına və ya ictimai asayişə zidd olmadıqda tətbiq edilir.
Maddə 3. Mülki qanunun qüvvəyə minməsi
1. Qanun və qanunun tabeliyində olan normativ aktlar yalnız müəyyən edilmiş qaydada rəsmi orqanda ümumi məlumat üçün dərc edildikdən sonra qüvvəyə minir.
2. Qanunu bilməmək və ya onun düzgün başa düşülməməsi - qanunu tətbiq etməmək və/və ya bu qanunda nəzərdə tutulmuş məsuliyyətdən azad edilmək üçün əsas ola bilməz.
3. Yeni qanun bu barədə birbaşa göstərdikdə və ya köhnə qanun yeni qanuna zidd olduqda və ya yeni qanunda köhnə qanunla tənzimlənən münasibət varsa və/və ya qanunun tənzimlədiyi münasibət artıq mövcud deyilsə, qanun qüvvəsini itirir.
4. Əgər bu cür ləğv qanunvericinin birbaşa məqsədi deyilsə, ümumi xarakterli qanun xüsusi qanunu ləğv etmir.
5. Köhnə qanunu ləğv edən qanunun ləğvi - köhnə qanunun qüvvəyə minməsi demək deyil.
Maddə 4. Mülki işlərə baxılarkən ədalət mühakiməsinin həyata keçirilməsindən imtinanın yolverilməzliyi
1. Hüquq norması mövcud olmadıqda və ya o müəmmalı (qeyri-müəyyən) olduqda belə, məhkəmənin mülki işlər üzrə ədalət mühakiməsini həyata keçirməkdən imtina etmək hüququ yoxdur.
2. Qanun normasını ədalətsiz və ya əxlaqsız hesab etdiyini əsas gətirərək, məhkəmənin qanunun tətbiqindən imtina etmək hüququ yoxdur.
Maddə 5. Qanunun və hüququn analogiyası
1. Qanunda birbaşa nəzərdə tutulmayan münasibəti tənzimləmək üçün ən çox oxşar münasibəti tənzimləyən hüquq normasından istifadə olunur (qanunun analogiyası).
2. Qanunun analogiyasından istifadə etmək mümkün olmadıqda, münasibət hüququn ümumi prinsipləri əsasında, həmçinin ədalətliliyin, vicdanlılığın və əxlaqın tələblərinə uyğun olaraq tənzimlənməlidir (hüququn analogiyası).
3. Xüsusi münasibətləri tənzimləyən normalar (istisna normalar) analogiya ilə istifadə edilə bilməz.
Maddə 6. Mülki qanunların geriyə qüvvəsi
Qanunların və qanunun tabeliyində olan normativ aktların, qanunla birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, geriyə qüvvəsi yoxdur. Qanun şəxsin vəziyyətinə xələl gətirirsə (zərər vurursa) və ya pisləşdirirsə, qanuna geriyə qüvvə verilə bilməz.
Maddə 7. Özəl hüququn obyektləri
Özəl hüquq münasibətinin obyekti qanunla müəyyən edilmiş qaydada dövriyyədən çıxarılmamış, əmlak və ya qeyri-əmlak dəyəri olan maddi və ya qeyri-maddi sərvət ola bilər.
Maddə 8. Özəl hüququn subyektləri
1. Özəl hüquq münasibətinin subyekti hər hansı fiziki və ya hüquqi şəxs ola bilər. Bu qayda həm sahibkarlara, həm də qeyri-sahibkarlara, Gürcüstandan və ya başqa ölkədən olan şəxslərə tətbiq edilir.
2. Dövlət orqanlarının və ictimai hüququn hüquqi şəxslərinin başqa şəxslərlə özəl hüquq münasibətləri də, əgər dövlətin maraqlarından və ya ictimai maraqlardan qaynaqlanaraq ictimai hüquqla tənzimlənməməlidirsə, mülki qanunlarla tənzimlənir.
3. Hüquq münasibətinin iştirakçıları öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
Maddə 9. Mülki qanunların məqsədi
Mülki qanunlar Gürcüstan ərazisində mülki dövriyyənin azadlığını təmin edirlər, əgər bu azadlığın həyata keçirilməsi üçüncü şəxslərin hüquqlarını pozmursa.
Maddə 10. Mülki hüquqların siyasi hüquqlardan müstəqilliyi. Mülki hüququn imperativ normaları
1. Mülki hüquqların həyata keçirilməsi Konstitusiya ilə və ya ictimai hüququn digər qanunları ilə müəyyən edilmiş siyasi hüquqlardan asılı deyildir.
2. Mülki münasibətin iştirakçıları qanunla qadağan edilməmiş, o cümlədən, qanunla birbaşa nəzərdə tutulmayan hər hansı hərəkəti edə bilərlər.
3. Mülki qanunların imperativ normaları başqalarının azadlığını hüquqların sui-istifadə edilməsindən qoruyur. Bu normalara zidd olan hərəkətlər etibarsızdır (batildir), o hal istisna olmaqla – nə vaxt ki, qanun başqa cür nəticələrə birbaşa işarə edir. İnzibati aktlar vasitəsilə ayrı-ayrı fərdi müdaxilələr, bu aktlar konkret qanun əsasında tətbiq edilmədikdə, qadağandır.
Birinci qapı
Şəxslər
Birinci fəsil
Fiziki şəxslər
Maddə 11. Hüquq qabiliyyəti
1. Fiziki şəxsin hüquq qabiliyyəti - mülki hüquq və vəzifələrə malik olmaq qabiliyyəti, doğulduğu andan etibarən yaranır.
2. Vərəsə olmaq hüququ hamilə qaldıqdan dərhal sonra (maya bağlandığı andan) yaranır; bu hüququn həyata keçirilməsi doğumdan asılıdır.
3. Fiziki şəxs vəfat etdikdən (öldükdən) sonra onun hüquq qabiliyyətinə xitam verilir. Ölüm anı beyin funksiyasının dayanması hesab olunur.
4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.
Maddə 12. Fəaliyyət (işləmək) qabiliyyəti
1. Fəaliyyət (işləmək) qabiliyyəti, yəni fiziki şəxsin öz iradəsi və hərəkəti ilə mülki hüquq və vəzifələri tam həcmdə əldə etmək və həyata keçirmək qabiliyyəti yetkinlik yaşına çatdıqda yaranır.
2. Yetkin insan 18 yaşına çatmış şəxsdir.
3. 18 yaşına çatmamış ailə quran (evlənən) şəxs fəaliyyət göstərmək (işləmək) qabiliyyəti olan şəxs sayılır.
4. Psixososial ehtiyacları olan şəxs (bundan sonra - dəstək alan), yəni kəskin psixi, zehni/intellektual pozğunluqları olan şəxs fəaliyyət (işləmək) qabiliyyəti olan şəxs sayılır, hansının ki müxtəlif maneələrlə (əngəllərlə) qarşılıqlı hərəkəti onun ictimai həyatda başqaları ilə bərabər şəraitdə tam və səmərəli iştirakına mane ola bilər, əgər bu şəxs bu maddənin 2-ci və ya 3-cü hissəsinin şərtlərinə cavab verirsə, bundan əlavə, müvafiq məsləhət və yardım olmadan bu maneələr şəxsin öz iradəsini sərbəst ifadə etməsini və məhkəmənin müəyyən etdiyi sahədə məlumatlı və düşünülmüş seçim etməsini xeyli (əhəmiyyətli dərəcədə) çətinləşdirir.
5. Məhkəmə, həmçinin yetkinlik yaşına çatmayanı, Gürcüstan qanunvericiliyinə uyğun olaraq, öz hüquq və vəzifələrini həyata keçirərkən qanuni nümayəndəsinin razılığına ehtiyacı olmayan hədlər daxilində dəstək alan kimi tanıya bilər.
6. 7 yaşına çatmamış (yaşı 7-dən az olan) yetkinlik yaşına çatmayan (azyaşlı) şəxs fəaliyyət (işləmək) qabiliyyəti olmayan sayılır.
Gürcüstanın Konstitusiya Məhkəməsi 8 oktyabr 2014-cü il tarixli Qərarı №2/4/532,533 – veb-səhifə, 28.10.2014-cü il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.
Maddə 13. Fəaliyyət (işləmək) qabiliyyətinin əqdlə məhdudlaşdırılmasının yolverilməzliyi
Fəaliyyət (işləmək) qabiliyyətinin məhdudlaşdırılmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda yol verilir. Fəaliyyət (işləmək) qabiliyyətinin əqdlə məhdudlaşdırılması yolverilməzdir.
Maddə 14. Məhdud fəaliyyət (işləmək) qabiliyyəti
1. Yeddi yaşdan on səkkiz yaşa qədər olan yetkinlik yaşına çatmayan şəxs məhdud fəaliyyət (işləmək) qabiliyyəti olan şəxsdir.
2. Yetkinlik yaşına çatmış şəxs də məhdud fəaliyyət (işləmək) qabiliyyəti olan sayılır, hansına ki məhkəmə qəyyumluq təyin edib. Məhdud fəaliyyət (işləmək) qabiliyyəti olan şəxs öz fəaliyyət (iş) qabiliyyətində yetkinlik yaşına çatmayana bərabər olur.
3. Şəxsin fəaliyyət (iş) qabiliyyətinin məhdudlaşdırılmasının səbəbi (əsası) aradan qaldırıldıqda (artıq mövcud olmadıqda), fəaliyyət (iş) qabiliyyətinin məhdudiyyəti ləğv edilir.
Maddə 15. Məhdud fəaliyyət (iş) qabiliyyəti olduqda nümayəndənin razılığı
Məhdud fəaliyyət (iş) qabiliyyəti olan şəxsin iradəsinin təzahürünün həqiqiliyi üçün onun qanuni nümayəndəsinin razılığı zəruridir, o hal istisna olmaqla – nə vaxt ki, məhdud fəaliyyət (iş) qabiliyyəti olan şəxs əqdlə fayda (qazanc) əldə edir.
Maddə 16. Alkoqol və ya narkotik maddələrin istifadəsi səbəbindən fəaliyyət (iş) qabiliyyətinin məhdudlaşdırılması
1. Spirtli içkilərdən və ya narkotik maddələrdən sui-istifadə edən və bu səbəbdən öz ailəsini ağır maddi vəziyyətə salan yetkinlik yaşına çatmış şəxsə məhkəmə tərəfindən qəyyumluq təyin oluna bilər. O, kiçik işgüzar əqdlər (sövdələşmələr) istisna olmaqla, yalnız qəyyumun razılığı ilə, əmlakla bağlı sərəncamlar bağlamaq, habelə maaş (əmək haqqı), pensiya və ya digər gəlir növləri üzrə sərəncam vermək səlahiyyətinə malikdir.
2. Fəaliyyət (iş) qabiliyyətinin tam bərpası qəyyumluğun ləğv edilməsinə səbəb olur.
Maddə 17. Ad hüququ
1. Hər bir fiziki şəxsin ad və soyadını özündə əks etdirən ad hüququ var.
2. Adın dəyişdirilməsinə icazə verilir. Bunun üçün şəxsin əsaslandırılmış ərizəsi lazımdır, hansına ki müəyyən edilmiş qaydada müvafiq orqan baxmalıdır.
3. Adın dəyişdirilməsi əvvəlki adla əldə edilmiş hüquq və vəzifələrə xitam verilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Şəxs, adının dəyişdirilməsi barədə kreditorları və borcluları xəbərdar etmək üçün, zəruri tədbirlər görməyə borcludur.
Maddə 18. Şəxsi qeyri-əmlak hüquqları
1. Ad daşımaq hüququndan məhrum edilən və ya adından icazəsiz istifadə edilməsi ilə maraqlarına zərər vurulan hər kəs zərər vuran şəxsdən hərəkətə xitam verilməsini və ya ondan imtina edilməsini tələb etmək hüququna malikdir.
2. Şəxs öz şərəfini, ləyaqətini, şəxsi həyatının sirrini, şəxsi toxunulmazlığını və ya işgüzar nüfuzunu qanunla müəyyən edilmiş qaydada məhkəmə vasitəsilə zədələnməkdən qorumaq hüququna malikdir.
3. Kütləvi informasiya vasitələri ilə şəxsin şərəfinə, ləyaqətinə, işgüzar nüfuzuna və ya şəxsi həyatının sirlərinə xələl gətirən (zədələyən) məlumatlar yayılırsa, həmin məlumatlar eyni vasitələrlə də rədd edilməlidir. Təşkilatın verdiyi sənəddə belə məlumatlar varsa, bu sənəd dəyişdirilməli və bu barədə maraqlanan şəxslər məlumatlandırılmalıdır.
4. Kütləvi informasiya vasitələrində şərəf və ləyaqətinə xələl gətirən məlumatlar dərc edilmiş şəxsin həmin kütləvi informasiya vasitələrində əks (cavab) məlumat dərc etmək hüququ var.
5. Şəxs - onun razılığı olmadan şəkli (foto, film, video və s.) dərc edildikdə belə, bu maddənin birinci və 2-ci hissələrində nəzərdə tutulmuş tələbi irəli sürmək hüququna malikdir. Fotoçəkiliş (videoçəkiliş və s.) onun ictimai tanınması, tutduğu vəzifə, ədalət mühakiməsi və ya polisin tələbləri, elmi, təhsil və ya mədəniyyət məqsədləri ilə bağlı olduqda, yaxud fotoçəkiliş (videoçəkiliş və s.) ictimai şəraitdə çəkildikdə və/və ya şəxs poza verdiyi üçün ödəniş (pul) aldıqda - şəxsin razılığı tələb olunmur.
6. Bu maddədə nəzərdə tutulmuş malın (əmtəənin) mühafizəsi zərər vuranın günahından asılı olmayaraq həyata keçirilir. Və əgər pozuntu təqsirli bir hərəkətdən qaynaqlanırsa, şəxs zərərin əvəzini (ödənilməsini) də tələb edə bilər. Zərərin ödənilməsi zərər vuranın (pozucunun) əldə etdiyi mənfəət (qazanc) şəklində tələb oluna bilər. Təqsirli pozuntu (təqsirli zərər vurma) halında səlahiyyətli şəxs qeyri-əmlak (mənəvi) zərərin ödənilməsini də tələb etmək hüququna malikdir. Mənəvi zərər əmlaka dəymiş ziyanın ödənilməsindən asılı olmayaraq ödənilə bilər.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №222 - SSM I, №19, 15.07.2004-cü il., maddə.91
Maddə 181. Şəxsi (fərdi) məlumatları almaq hüququ
1. Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, şəxsin – onun haqqında mövcud olan şəxsi (fərdi) məlumatlarla və qeydlərlə tanış olmaq hüququ var, hansılar ki onun maliyyə/əmlak vəziyyəti və ya digər özəl məsələlərlə bağlıdır və bu məlumatların surətlərini almaq hüququ var.
2. Şəxsə onun haqqında şəxsi (fərdi) məlumatları və ya qeydləri özündə əks etdirən məlumatı verməkdən imtina (rədd) edilə bilməz.
3. İstənilən (hər hansı) şəxs, yazılı xahiş əsasında, saxladığı şəxsi (fərdi) məlumatları və qeydləri başqa şəxsə ötürməyə borcludur, əgər o, həmin şəxsin yazılı razılığını təqdim edərsə, hansının ki şəxsi (fərdi) məlumatları müvafiq məlumatı təmsil edir. Belə olan halda, şəxs qeyd olunan məlumatların, informasiyanın məxfiliyini qorumağa borcludur.
Gürcüstanın 14 mart 2008-ci il tarixli qanunu №5919 - SSM I, №7, 26.03.2008-ci il, maddə39
Maddə 19. Ölümdən (vəfat etdikdən) sonra şəxsi hüquqların qorunması
18-ci maddədə qeyd olunan hüquqlardan, ad və ya şəxsi ləyaqət hüququnun sahibi (daşıyıcısı) özü olmasa da, müvafiq müdafiəyə layiq marağı olan şəxs də istifadə edə bilər. O, şəxsiyyətin varlığını müəyyən edən və hətta ölümündən sonra da davam edən ad və ləyaqətin qorunması tələbini həyata keçirə bilər. Ölümdən sonra adına, şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna dəymiş mənəvi ziyana görə maddi (əmlak) ödəniş tələbi yolverilməzdir.
Maddə 20. Yaşayış yeri
1. Fiziki şəxsin yaşayış yeri onun adətən yaşamaq üçün seçdiyi yer sayılır. Bir insanın bir neçə yaşayış yeri ola bilər.
2. Yetkinlik yaşına çatmayanın yaşayış yeri valideynlik hüququ olan valideynlərin, qəyyumluqda olan şəxsin yaşayış yeri isə – qəyyumun yaşayış yeri sayılır.
3. Şəxs məcburi qaydada və ya dövlət vəzifəsini yerinə yetirmək üçün müəyyən müddət ərzində bu yeri tərk etdikdə, onun yaşayış yeri ləğv edilmir.
Maddə 21. Şəxsin itkin düşmüş kimi tanınması
1. Olduğu yer məlum olmadıqda və iki il ərzində öz yaşayış yerinə gəlmədikdə, maraqlanan şəxsin ərizəsi əsasında, fiziki şəxs məhkəmənin qərarı ilə itkin düşmüş kimi tanına bilər. Qərar qanuni qüvvəyə mindikdən sonra qanuni varislər itkin düşmüş şəxsin əmlakını etibar edilmiş mülkiyyət kimi idarə etmək, o cümlədən, ondan fayda almaq hüququ əldə edəcəklər. Bu əmlakdan itkin düşmüş şəxsin himayəsində olan şəxslərə ruzi (dəstək) veriləcək və borclar ödəniləcək.
2. İtkin düşmüş olaraq tanınmış şəxs geri qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun əmlakının idarə edilməsi haqqında məhkəmənin qərarı ləğv edilir. Onun təsərrüfatı düzgün idarə etməklə əldə etdiyi faydaya görə ödəniş tələb etmək hüququ yoxdur.
Maddə 22. Şəxsin ölü elan edilməsi
1. Beş il ərzində onun yaşayış yeri üzrə harada olması barədə məlumatlar əldə edilmədikdə, həmçinin, əgər ölümə məhkum olan bir şəraitdə xəbərsiz itibsə və/və ya əgər onun ölüm ehtimalı hər hansı bədbəxt hadisə ilə bağlıdırsa və altı ay ərzində belə məlumatlar əldə edilməzsə, şəxs məhkəmə qaydasında ölü elan edilə bilər.
2. Hərbi əməliyyatla əlaqədar itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatın başa çatdığı gündən iki ildən tez olmayaraq məhkəmə qaydasında ölmüş elan edilə bilər.
3. Şəxsin öldüyü gün onun ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gün hesab edilir.
4. Bu maddənin birinci və 2-ci hissələrində nəzərdə tutulmuş hallarda məhkəmə şəxsin ehtimal edilən ölüm gününü onun ölüm günü kimi tanıya bilər.
Maddə 23. Mərhum (ölmüş) elan edilmiş şəxsin geri qayıtmasının nəticələri
1. Ölmüş elan edilmiş şəxs geri qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə müvafiq qərarı ləğv edir.
2. Geri qayıtma vaxtından asılı olmayaraq, şəxs – onun ölmüş elan edildikdən sonra başqa şəxsə təmənnasız olaraq verilmiş, saxlanmış əmlakını tələb etmək hüququna malikdir.
3. Ölmüş elan edilmiş şəxsin əmlakını təmənnalı olaraq almış şəxs - həmin əmlakı alarkən ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübut olunarsa, həmin əmlakı ona qaytarmağa borcludur.
4. Ölmüş elan edilmiş şəxsin əmlakı dövlətə təhvil verilmişsə və o, onu satmışdırsa, ölmüş elan edilməsi haqqında qərar ləğv edildikdən sonra əmlakın satışından əldə edilmiş məbləğ həmin şəxsə qaytarılır.
Gürcüstanın 9 dekabr 2005-ci il tarixli qanunu №2239 - SSM I, №54, 20.12.2005-ci il. maddə.360
İkinci fəsil
Hüquqi şəxs
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
I. Ümumi müddəalar
Maddə 24. Anlayışı. Növləri
1. Hüquqi şəxs müəyyən məqsədə çatmaq üçün yaradılmış, öz əmlakına malik, öz əmlakı ilə müstəqil məsuliyyət daşıyan və öz adından hüquq və öhdəliklər əldə edən, əqdlər (sövdələşmələr) bağlayan, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilən mütəşəkkil qurumdur.
2. Hüquqi şəxs korporativ şəkildə təşkil edilə bilər, üzvlüyə əsaslanmış ola bilər, üzvlərin vəziyyətindən asılı və ya müstəqil ola bilər və sahibkarlıqla məşğul ola bilər və ya məşğul olmaya bilər.
3. İctimai hüququn hüquqi şəxsləri mülki-hüquqi münasibətlərdə özəl hüququn hüquqi şəxsləri kimi iştirak edirlər. Onların yaradılması, təşkili və fəaliyyət qaydası qanunla müəyyən edilir.
4. Dövlət və bələdiyyə mülki-hüquqi münasibətlərdə özəl hüququn hüquqi şəxsləri kimi iştirak edirlər. Bu zaman dövlətin və ya bələdiyyənin səlahiyyətlərini onun orqanları (qurumlar, idarələr və s.) həyata keçirirlər elə ki, onlar hüquqi şəxslər deyillər.
5. Məqsədi sahibkarlıq (kommersiya) fəaliyyəti olan hüquqi şəxs, habelə onun filialı "Sahibkarlar haqqında" Gürcüstan Qanununa uyğun olaraq yaradılmalıdır.
6. Məqsədi qeyri-sahibkarlıq fəaliyyəti olan hüquqi şəxs bu məcəllə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməlidir.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 15 iyul 2020-ci il tarixli qanunu №6989 – veb-səhifə, 28.07.2020-ci il.
Maddə 25. Hüquqi şəxsin hüquq qabiliyyəti
1. İctimai hüququn hüquqi şəxsi qanuna və ya onun təsis sənədlərində nəzərdə tutulmuş məqsədlərə uyğun fəaliyyət həyata keçirmək səlahiyyətinə malikdir.
2. Özəl hüququn hüquqi şəxsi (sahibkar və ya qeyri-sahibkarlıq (qeyri-kommersiya)), onun təsis sənədlərində bu fəaliyyətin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, qanunla qadağan edilməmiş istənilən (hər hansı) fəaliyyəti həyata keçirmək hüququna malikdir.
3. Siyahısı qanunla müəyyən edilən bəzi fəaliyyət növlərini hüquqi şəxs yalnız xüsusi lisenziya/icazə və ya avtorizasiyadan keçmək əsasında həyata keçirə bilər. Hüquqi şəxsin qeyd olunan fəaliyyəti həyata keçirmək hüququ lisenziya/icazə aldığı və ya avtorizasiyadan keçdiyi andan yaranır.
4. Hüquqi şəxsin hüquq qabiliyyəti onun qeydiyyata alındığı andan yaranır və ləğvinin başa çatması faktının qeydiyyata alındığı andan başa çatır (xitam verilir).
5. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsi yardımçı xarakterli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir, hansından ki əldə etdiyi mənfəət (gəlir) qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxsin məqsədlərini həyata keçirmək üçün istifadə edilməlidir. Belə fəaliyyət nəticəsində əldə edilmiş mənfəətin (gəlirin) qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin təsisçiləri, üzvləri, donorları, habelə rəhbərlik və nümayəndəlik səlahiyyətinə malik olan şəxsləri arasında bölüşdürülməsinə yol verilmir.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 21 iyul 2010-cu il tarixli qanunu №3537 - SSM I, №47, 05.08.2010-cu il., maddə.304
Maddə 26. Hüquqi şəxsin yerləşdiyi yer
1. Hüquqi şəxsin yeri onun administrasiyasının yerləşdiyi yer sayılır. Hüquqi şəxsin yalnız bir yeri (hüquqi ünvanı) ola bilər.
2. Hüquqi şəxsin digər yeri onun filialının yerləşdiyi yer sayılır.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
II. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsi
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 27. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin adı
1. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsə onun mənsubluğunu göstərən adı var.
2. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin adında dil normaları ilə müəyyən edilmiş səs və ya söz (şifahi) uyğunluğu olmayan qrafik simvollar, həmçinin, "Sahibkarlar haqqında" Gürcüstan Qanunu və Gürcüstanın "Vətəndaşların Siyasi Birlikləri haqqında" Üzvi Qanunu ilə nəzərdə tutulmuş hüquqi şəxsin və ictimai hüququn hüquqi şəxsinin hüquqi formalarına xas olan işarələr (qeydlər) istifadə edilə bilməz. Bundan əlavə, adda üçüncü tərəfi çaşdıra biləcək və/və ya subyektin formasına və ya fəaliyyətinə görə səhvə və/və ya anlaşılmazlığa səbəb ola biləcək hər hansı əlavə olmamalıdır.
3. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin adı artıq qeydiyyata alınmış qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin adı ilə üst-üstə düşə bilməz.
4. Başqa hüquqi şəxsin adından qanunsuz istifadə edən (faydalanan) şəxs, səlahiyyətli şəxsin tələbi əsasında belə istifadəni dayandırmağa və qanunsuz istifadə nəticəsində dəymiş ziyanı ödəməyə borcludur.
41. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin adı müəyyən edilərkən, "Sahibkarlar haqqında" Gürcüstan Qanununun 16-cı maddəsinə əsasən sahibkarın marka (firma) adı üçün müəyyən edilmiş qaydalar əlavə olaraq tətbiq edilir.
5. Hüquqi şəxsin işgüzar nüfuzuna xələl gətirildikdə bu məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Gürcüstanın 2 avqust 2021-ci il tarixli qanunu №887 – veb-səhifə, 04.08.2021-ci il.
Maddə 28. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin, xarici ölkənin qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxsinin filialının (nümayəndəliyinin) qeydiyyata alınma qaydası
1. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin, xarici ölkənin qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsinin filialının (nümayəndəliyinin) qeydiyyata alınması sahibkarların və qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxslərin reyestrində həyata keçirilir.
2. Sahibkarların və qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxslərin reyestrini Gürcüstan Ədliyyə Nazirliyinin idarəetmə sahəsində fəaliyyət göstərən ictimai hüququn hüquqi şəxsi – Dövlət Reyestrinin Milli Agentliyi (bundan sonra - qeydiyyatdan keçirən orqan) aparır.
3. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin, xarici ölkənin qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsinin filialının (nümayəndəliyinin) qeydiyyata alınması bu məcəllə ilə və sahibkar subyektlərin, xarici dövlətlərin sahibkar hüquqi şəxsinin filialının (nümayəndəliyinin) qeydiyyatı üçün Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1902 – SSM I, №4, 22.01.2003-cü il, maddə.20
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il, maddə.79
Gürcüstanın 25 may 2006-cı il tarixli qanunu №3140 - SSM I, №18, 31.05.2006-cı il, maddə.134
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 - SSM I, №35, 19.11.2009-cu il, maddə.253
Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2458 - SSM I, №49, 30.12.2009-cu il, maddə.370
Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il, maddə.144
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Maddə 29. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin qeydiyyata alınmasının şərtləri
1. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin qeydiyyata alınması üçün müraciət edildikdə, maraqlanan şəxs ortaqlıq müqaviləsini və ərizəni qeydiyyatdan keçirən orqana təqdim edir. Qeyd olunan ərizədə bu maddənin 2-ci hissəsində və "Sahibkarlar haqqında" Gürcüstan Qanununda sahibkar hüquqi şəxsin qeydiyyata alınması üçün müəyyən edilmiş məcburi məlumatlar olmalıdır.
2. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin qeydiyyata alınması üçün müraciət edildikdə, onun təsis sənədlərində, bu maddənin birinci hissəsində müəyyən edilmiş məlumatlardan əlavə, aşağıdakılar göstərilməlidir:
a) qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin fəaliyyətinin məqsədi;
b) qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin üzvlüyə qəbulu, üzvlükdən çıxması və xaric edilməsi (çıxarılması) qaydası, əgər o, üzvlüyə əsaslanan qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsidirsə;
q) yenidən təşkil və ya ləğvetmə haqqında qərar qəbul edən orqanın (şəxsin) adı, qərar qəbul etmə qaydası və proseduru;
d) qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin rəhbər orqanının (rəhbər şəxsinin) yaradılması (seçilməsi) qaydası və səlahiyyət müddəti.
21. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin qeydiyyata alınması ilə yanaşı, qeydiyyat orqanı vahid elektron portal çərçivəsində qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin elektron ünvanını yaradır, hansına ki "Sahibkarlar haqqında" Gürcüstan Qanununun 18-ci maddəsi ilə müəyyən edilmiş qaydalar şamil edilir.
22. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs elektron mesajın göndərilə biləcəyi qeydiyyatdan keçmiş telefon nömrəsinə və/və ya elektron poçt ünvanına sahib olmaq hüququna malikdir. Qeydiyyatdan keçmiş telefon nömrəsinə və/və ya elektron poçt ünvanına elektron mesajın göndərilməsi bu mesajın müvafiq şəxsə çatdırılması hesab edilir.
3. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin qeydiyyatının digər qaydaları "Sahibkarlar haqqında" Gürcüstan Qanunu ilə, "Yaradıcı işçilər və yaradıcılıq ittifaqları haqqında" Gürcüstan Qanunu ilə və "Peşə ittifaqları haqqında" Gürcüstanın Üzvi Qanunu ilə müəyyən edilir.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2458 - SSM I, №49, 30.12.2009-cu il., maddə.370
Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Gürcüstanın 30 noyabr 2018-ci il tarixli qanunu №3827 – veb-səhifə, 14.12.2018-ci il.
Gürcüstanın 2 avqust 2021-ci il tarixli qanunu №887 – veb-səhifə, 04.08.2021-ci il.
Maddə 30. (çıxarılıb)
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2458 - SSM I, №49, 30.12.2009-cu il., maddə.370
Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Maddə 31. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin, xarici ölkənin qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsinin filialının (nümayəndəliyinin) tərəfindən edilən dəyişikliklərin qeydiyyatı
1. Səlahiyyətli şəxs/orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş və təsdiq edilmiş qərar və ya səlahiyyətli şəxslər tərəfindən Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tərtib edilmiş sövdələşmə (əqd) - qeydiyyatdan keçmiş məlumatların dəyişdirilməsi üçün əsasdır.
2. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin, xarici ölkənin qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsinin filialının (nümayəndəliyinin) tərəfindən edilən dəyişikliklər, hansılar ki onların qeydiyyat sənədlərində dəyişikliklərə səbəb olur, qeydiyyat tələb edir. Dəyişiklik sahibkarların və qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin reyestrində qeydiyyata alındığı andan həyata keçirilmiş sayılır.
3. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin/xarici ölkənin qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsinin filialının (nümayəndəliyinin) qeydiyyatdan keçmiş məlumatlarına dəyişikliyin qeydiyyatı sahibkar hüquqi şəxsin/filialın (nümayəndəliyin) qeydiyyatı üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 25 may 2006-cı il tarixli qanunu №3140 - SSM I, №18, 31.05.2006-cı il., maddə.134
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2458 - SSM I, №49, 30.12.2009-cu il., maddə.370
Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Maddə 32. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin, xarici ölkənin qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsinin filialının (nümayəndəliyinin) qeydiyyatı haqqında qərarın qəbul edilməsi qaydası
1. Qeydiyyat orqanı, bu fəsildə müəyyən edilmiş, onun səlahiyyətinə aid olan məsələlər üzrə Gürcüstanın “Dövlət reyestri haqqında” və “Sahibkarlar haqqında” Qanunları ilə qeydiyyat və məlumatın əlçatanlığı üçün nəzərdə tutulmuş qərarları qəbul edir.
2. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin parçalanması (ləğvi) "Sahibkarlar haqqında" Gürcüstan Qanunu ilə müəyyən edilmiş ümumi qaydada baş verir.
21. Təsisçisi dövlət və ya bələdiyyə olan qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin parçalanması (ləğvi) qaydasını Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri təsdiq edir.
3. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin, xarici ölkənin qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsinin filialının (nümayəndəliyinin) qeydiyyata alınması və qeydiyyata alınmış məlumatların dəyişdirilməsi tələb edildikdə, qeydiyyat orqanı, sahibkarlıq subyekti üçün Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş əsaslardan başqa, qeydiyyat prosedurunun dayandırılması haqqında qərar qəbul edir, əgər:
a) Qeydiyyatdan keçmək üçün təqdim olunmuş qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin, xarici ölkənin qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsinin filialının (nümayəndəliyinin) məqsədləri qüvvədə olan qanuna, Gürcüstanın tanınmış əxlaq normalarına və ya konstitusiya və hüquqi prinsiplərinə ziddirsə;
b) Gürcüstan Konstitusiyasının 26-cı maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş şərtlər varsa.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Gürcüstanın 25 dekabr 2009-cu il tarixli qanunu №2458 - SSM I, №49, 30.12.2009-cu il., maddə.370
Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Gürcüstanın 2 avqust 2021-ci il tarixli qanunu №887 – veb-səhifə, 04.08.2021-ci il.
Maddə 33. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin fəaliyyətinə dövlət nəzarəti
1. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi haqqında qərarı Gürcüstanın Üzvi Qanunu ilə müəyyən edilmiş hallarda və müəyyən edilmiş qaydada məhkəmə qəbul edir.
2. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs sahibkarlıq fəaliyyətinə əsaslı şəkildə (mahiyyət etibarilə) keçdikdə, qeydiyyat orqanının və/və ya maraqlanan şəxsin iddia ərizəsinin əsasında, məhkəmə qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi məsələsinə baxır və qərar qəbul edir.
3. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin fəaliyyətinin qadağan edilməsi haqqında məhkəmə qərar qəbul etdikdən sonra, qeydiyyat orqanı qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin qeydiyyatını ləğv etməlidir.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Maddə 331. (çıxarılıb)
Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5282 - SSM I, №30, 30.07.2007-ci il., maddə.346
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Maddə 34. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 25 may 2006-cı il tarixli qanunu №3140 - SSM I, №18, 31.05.2006-cı il., maddə.134
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Maddə 35. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin idarə edilməsi və təmsil olunması
1. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin təsisçisi/üzvü bir şəxsə işlərin təkbaşına aparılması səlahiyyətini vermək və/və ya iki və ya ikidən çox şəxsin birgə rəhbərliyini və/və ya nümayəndəliyini yaratmaq hüququna malikdir.
2. İdarəetmə (rəhbərlik) səlahiyyəti dedikdə qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin adından səlahiyyətləri daxilində qərarların qəbul edilməsi, nümayəndəlik səlahiyyəti dedikdə isə − üçüncü şəxslərlə münasibətlərdə qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin adından çıxış etmək başa düşülür. Qeydiyyat sənədlərində başqa hal nəzərdə tutulmayıbsa, rəhbərlik səlahiyyəti həm də nümayəndəlik (təmsilçilik) səlahiyyətini nəzərdə tutur.
3. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin təşkilati strukturu onun nizamnaməsi (təsisçilərin/üzvlərin razılaşması) ilə tənzimlənməlidir, hansı ki müvafiq qaydada təsdiq edilməlidir.
4. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin rəhbərlik və nümayəndəlik səlahiyyətlərinin yaranmasına və xitam verilməsinə sahibkarın nümayəndəlik səlahiyyətinə malik olan şəxsi üçün Gürcüstanın “Sahibkarlar haqqında” Qanunu ilə müəyyən edilmiş ümumi qaydalar şamil edilir.
5. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsə "Sahibkarlar haqqında" Gürcüstan Qanununun 17-ci maddəsi ilə işgüzar məktublar və internet saytı (veb-səhifə) üçün müəyyən edilmiş qaydalar şamil edilir.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 26 noyabr 2004-cü il tarixli qanunu №617 - SSM I, №36, 08.12.2004-cü il., maddə.168
Gürcüstanın 25 fevral 2005-ci il tarixli qanunu №1051 - SSM I, №9, 17.03.2005-ci il., maddə.59
Gürcüstanın 25 may 2006-cı il tarixli qanunu №3140 - SSM I, №18, 31.05.2006-cı il., maddə.134
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Gürcüstanın 2 avqust 2021-ci il tarixli qanunu №887 – veb-səhifə, 04.08.2021-ci il.
Maddə 36. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi
Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin mülkiyyətində olan əmlak özgəninkiləşdirilə bilər, əgər özgəninkiləşdirmə qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin fəaliyyətinə, onun təşkilati inkişafına xidmət edirsə, onun məqsədlərinin həyata keçirilməsinə kömək edirsə və ya xeyriyyəçilik məqsədlərinə xidmət edirsə.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 37. Ziyanın (zərərin) ödənilməsi
1. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs məsuliyyət daşıyır o ziyana görə, hansı ki rəhbərlik və nümayəndəlik səlahiyyətinə malik olan şəxs (şəxslər) tərəfindən, həvalə edilmiş vəzifənin yerinə yetirilməsi zamanı ziyanın ödənilməsi öhdəliyinə səbəb olan hərəkətə görə üçüncü şəxslərə dəymişdir.
2. Rəhbərlik və nümayəndəlik səlahiyyətinə malik olan şəxs (şəxslər) işə vicdanla rəhbərlik etməlidirlər (yanaşmalıdırlar). Bu vəzifəni yerinə yetirmədikdə o, yaranan ziyana görə qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin qarşısında məsuliyyət daşıyır (cavabdehdir). Üçüncü şəxslərin tələblərini təmin etmək zərurəti yaranarsa, ziyanın ödənilməsi tələbindən imtina etmək batildir.
3. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs öz üzvünün (üzvlərinin), habelə rəhbərlik və nümayəndəlik səlahiyyətinə malik olan şəxsin (şəxslərin) statusundan (vəziyyətindən) asılı deyildir. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin məsuliyyəti onun əmlakı ilə məhdudlaşır. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin öhdəliklərinə görə onun üzvləri, habelə onun rəhbərlik və nümayəndəlik səlahiyyətinə malik olan şəxsi (şəxsləri) məsuliyyət daşımırlar. Həmçinin, qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs öz üzvlərinin, habelə onun rəhbərlik və nümayəndəlik səlahiyyətinə malik olan şəxsinin (şəxslərinin) öhdəliklərinə görə məsuliyyət daşımır.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 38. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin yenidən təşkili və ləğvi
1. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin hüquqi formasını dəyişdirməklə ictimai hüququn hüquqi şəxsinə çevrilmədikdə, onun hüquqi formasının dəyişdirilməsinə yol verilmir.
11. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin bölgüsü (bölünməsi, ayrılması), qarışması (birləşdirilməsi, qoşulması) və ləğvi - sahibkarlıq subyektinin ləğvi/yenidən təşkili üçün Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
2. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin ləğvi nəticəsində qalan əmlakı almaq səlahiyyəti olan şəxsi, qeydiyyat haqqında ərizə ilə, qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin təsisçiləri/üzvləri müəyyən edirlər. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs ləğv edilərkən əmlak özgəninkiləşdirilə bilər, əgər:
a) özgəninkiləşdirmə onun qarşıya qoyduğu məqsədlərə nail olunmasına kömək edirsə;
b) özgəninkiləşdirmə xeyriyyə məqsədlərinə xidmət edirsə;
q) əmlak başqa qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsə verildikdə.
3. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin ləğv edilməsi nəticəsində qalan əmlakın onun təsisçiləri/üzvləri arasında, rəhbərlik və nümayəndəlik səlahiyyətinə malik olan şəxslər arasında bölüşdürülməsi qadağandır.
4. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin təsisçiləri/üzvləri onun ləğvi nəticəsində qalan əmlakı almaq səlahiyyətinə malik olan şəxsi müəyyən etmədikdə, məhkəmə qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin ləğvi nəticəsində qalan əmlakı - ləğv edilmiş qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin məqsədləri ilə eyni və ya oxşar məqsədləri olan bir və ya bir neçə qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsə verir. Belə hüquqi şəxs (şəxslər) olmadıqda və ya belə hüquqi şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadıqda, həmin əmlakın dövlətə verilməsi haqqında qərar qəbul edilə bilər. Məhkəmə, qeyd olunan əmlakı, ləğvetmə prosesinin başlanmasının qeydiyyatından 6 ay sonra bölüşdürə bilər.
5. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin ləğvini cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü əsasında məhkəmə tərəfindən təyin edilmiş ləğvedici (ləğvedicilər) həyata keçirir (həyata keçirirlər). Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsə qarşı cinayət işi başlandığı andan məhkəmənin ittiham hökmü qanuni qüvvəyə minənədək və ya cinayət işinə xitam verilənədək, ona qarşı ləğvetmə və yenidən təşkil ilə bağlı prosedurların həyata keçirilməsi qadağandır.
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Gürcüstanın 30 may 2013-cü il tarixli qanunu №651 - veb-səhifə, 12.06.2013-cü il.
Maddə 381. (çıxarılıb)
Gürcüstanın 3 noyabr 2009-cu il tarixli qanunu №1964 – SSM I, №35, 19.11.2009-cu il., maddə.253
Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144
Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.
Maddə 39. Qeydiyyatdan keçməmiş ittifaq (birlik)
1. Qeydiyyatdan keçməmiş ittifaqın (birliyin) təşkili və strukturu məsələləri onun üzvlərinin qarşılıqlı razılığı ilə müəyyən edilir. Qeydiyyatdan keçməmiş ittifaq (birlik) hüquqi şəxs deyildir.
2. Üzvlərin üzvlük haqları və bu töhfələrlə əldə edilmiş əmlak qeydiyyatdan keçməmiş ittifaqın (birliyin) ümumi əmlakını təşkil edir.
3. Qeydiyyatdan keçməmiş ittifaq (birlik) məhkəmədə və ya məhkəmədənkənar münasibətlərdə onun üzvləri ilə və ya buna səlahiyyətli şəxslərlə təmsil oluna bilər.
4. Kreditorların tələbləri qeydiyyatdan keçməmiş ittifaqın (birliyin) ümumi əmlakından təmin edilə bilər. Bundan əlavə, qeydiyyatdan keçməmiş ittifaqın (birliyin) adından çıxış etmiş şəxslər də şəxsən və müştərək (birgə) borclular kimi məsuliyyət daşıyırlar.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 25 may 2006-cı il tarixli qanunu №3140 - SSM I, №18, 31.05.2006-cı il., maddə.134
Gürcüstanın 25 iyul 2006-cı il tarixli qanunu №3536 - SSM I, №37, 07.08.2006-cı il., maddə.277
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 40. (çıxarılıb)
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 41. (çıxarılıb)
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 42. (çıxarılıb)
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 43. (çıxarılıb)
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 44. (çıxarılıb)
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 45. (çıxarılıb)
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 46. (çıxarılıb)
Gürcüstanın 25 may 2006-cı il tarixli qanunu №3140 - SSM I, №18, 31.05.2006-cı il., maddə.134
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 47. (çıxarılıb)
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 48. (çıxarılıb)
Gürcüstanın 25 may 2006-cı il tarixli qanunu №3140 - SSM I, №18, 31.05.2006-cı il., maddə.134
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
Maddə 49. (çıxarılıb)
Gürcüstanın 25 may 2006-cı il tarixli qanunu №3140 - SSM I, №18, 31.05.2006-cı il., maddə.134
Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il, maddə.336
III. Ortaq (birgə) investisiya (sərmayə) fondu, İnvestisiya fondunun alt fondu
Gürcüstanın 14 iyul 2020-ci il tarixli qanunu №6814 – veb-səhifə, 22.07.2020-ci il.
Maddə 491. Ortaq (birgə) investisiya fondu
1. Ortaq (birgə) investisiya fondunun təşkili və strukturu məsələləri Gürcüstanın “İnvestisiya fondları haqqında” Qanunu ilə müəyyən edilir. Ortaq (birgə) investisiya fondu hüquqi şəxs olmayan təşkilati quruluşdur.
2. Ortaq (birgə) investisiya fondu məhkəmədə və ya məhkəmədənkənar münasibətlərdə onun aktivlərini idarə edən şirkət tərəfindən təmsil olunur.
Gürcüstanın 14 iyul 2020-ci il tarixli qanunu №6814 – veb-səhifə, 22.07.2020-ci il.
Maddə 492. İnvestisiya fondunun alt fondu (alt-fond)
1. Çətirvari fondun alt fondu çətirvari fondun (investisiya şirkətinin və ya müştərək investisiya fondunun) müstəqil hissəsidir, hansının ki təşkili və strukturu məsələləri Gürcüstanın “İnvestisiya fondları haqqında” Qanunu ilə müəyyən edilir. İnvestisiya fondunun alt fondu hüquqi şəxs deyil.
2. Müştərək investisiya fondunun alt fondunu məhkəmədə və ya məhkəmədənkənar münasibətlərdə müştərək investisiya fondunun aktivlərini idarə edən şirkət təmsil edir.
3. İnvestisiya şirkətinin alt fondunu məhkəmədə və ya məhkəmədənkənar münasibətlərdə investisiya şirkətini təmsil etmək səlahiyyəti olan şəxs və ya investisiya şirkəti tərəfindən təyin edildiyi təqdirdə aktivlərin idarə edilməsi şirkəti təmsil edir.
Gürcüstanın 14 iyul 2020-ci il tarixli qanunu №6814 – veb-səhifə, 22.07.2020-ci il.
İkinci Qapı
Əqdlər (Sövdələşmələr)
Birinci fəsil
Ümumi normalar
Maddə 50. Anlayışı (konsepsiyası)
Əqd (sövdələşmə) hüquqi münasibətin yaradılması, dəyişdirilməsi və ya xitam verilməsinə yönəlmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradənin təzahürüdür.
Maddə 51. Birtərəfli iradənin təzahürünün həqiqiliyi (etibarlılığı)
1. Qarşı (ikinci) tərəfin qəbul etməsini tələb edən iradənin təzahürü qarşı (ikinci) tərəfə çatdığı andan həqiqi (etibarlı) sayılacaq.
2. Qarşı tərəf qabaqcadan və ya dərhal imtina (etiraz) edərsə, iradə təzahürü həqiqi (etibarlı) sayılmayacaq.
3. Əqdi (sövdələşməni) həyata keçirən (bağlayan) şəxsin ölümü və ya bu məcəllənin 1293-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş hal, əgər bu hadisə iradə təzahür (ifadə) edildikdən sonra baş vermişsə, iradənin təzahürünün həqiqiliyinə (etibarlılığına) təsir göstərməyə bilər.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 52. İradənin təzahürünün tərifi (izahı)
İradənin təzahürü izah edilərkən iradə yalnız deyimin (sözün) hərfi mənasından deyil, ağlabatan mühakimə nəticəsində müəyyən edilməlidir.
Maddə 53. Məzmununun qeyri-müəyyənliyinə görə əqdin yoxluğu (olmaması)
Əgər nə xarici ifadə etməkdən, nə də başqa hallardan əqdin məzmunu dəqiq müəyyən edilə bilmirsə, əqd yoxdur (mövcud deyil).
Maddə 54. Qeyri-qanuni və mənəviyyatsız (əxlaqsız) əqdlər
Qanunla müəyyən edilmiş qayda və qadağaları pozan, ictimai asayişə və ya əxlaq normalarına zidd olan əqd batildir.
Maddə 55. Təsirdən sui-istifadəyə görə əqdin batilliyi
Onların münasibəti xüsusi etimada (inama) əsaslandıqda, bir tərəfin digər tərəfə təsirdən sui-istifadə etməklə bağlanmış əqd batildir.
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
Maddə 56. Saxta (xəyali) və riyakar əqdlər
1. Müvafiq hüquqi nəticələr doğurmaq niyyəti olmadan, yalnız xəyali olaraq (saxtakarcasına) bağlanmış əqd (xəyali əqd) batildir.
2. Əgər saxta (xəyali) əqdlə tərəflər başqa əqdi əhatə etmək (örtmək) istəyirlərsə, o zaman əhatə olunan (örtülən) əqdə qüvvədə olan qaydalar tətbiq edilir (riyakar əqd).
Maddə 57. İradənin təzahürünün qeyri-ciddiliyinə görə əqdin batilliyi
1. Batildir iradənin təzahürü, hansı ki qeyri-ciddiliyin təxmin ediləcəyini (başa düşüləcəyini) güman etməklə, qeyri-ciddi (zarafatla) edilmişdir.
2. İradəni qəbul edənə iradənin təzahürünün ciddiliyinə güvənməsi nəticəsində dəymiş zərər, əgər o, qeyri-ciddilikdən xəbərsiz idisə və bilə bilməzdisə, ödənilməlidir.
Maddə 58. Azyaşlılığa və ya psixi pozğunluğa görə əqdin batilliyi
1. Azyaşlı şəxsin iradə ifadəsi (təzahürü) batildir.
2. Şüurun itirilməsi və ya müvəqqəti psixi pozğunluq zamanı insanın iradəsinin təzahürü batil sayıla bilər.
3. Psixi pozğunluğu olan şəxsin əqd bağlayarkən iradəsinin təzahürü batildir, nə vaxt ki, bu, real vəziyyətin düzgün qavranılmasına (dərk edilməsinə) uyğun gəlmir, əgər bu şəxs bu əqddən faydalanmırsa, hətta o, məhkəmə tərəfindən dəstək alan kimi tanınmasa belə.
Gürcüstanın Konstitusiya Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli Qərarı №2/4/532,533 – veb-səhifə, 28.10.2014-cü il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.
Maddə 581. Dəstək alan şəxs tərəfindən əqdin bağlanması
1. Dəstək alan şəxs məhkəmənin qərarı ilə müəyyən edilmiş dəstəyi almadan əqd bağlayırsa, əqdin həqiqiliyi (etibarlılığı) sonradan dəstəkləyən şəxsin onu təsdiq edib-etməməsindən (bəyənib-bəyənməməsindən) asılıdır, o hal istisna olmaqla – nə vaxt ki, dəstək alan şəxs bu əqddən faydalanır.
2. Dəstək alan şəxs tərəfindən məhkəmənin qərarı ilə müəyyən edilmiş dəstəyi almadan əqdin bağlanmasına bu məcəllənin 64-cü və 66-cı maddələrində müəyyən edilmiş qayda şamil edilir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.
Maddə 59. Formaya riayət edilmədən bağlanmış əqd
1. Qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş zəruri formaya riayət edilmədən bağlanmış əqd, həmçinin, icazəsiz bağlanmış əqd, əgər bu əqd üçün icazə lazımdırsa, batildir.
2. Boyun qaçırılacaq (yayınılacaq) əqd bağlandığı andan batildir, əgər ondan boyun qaçırılacaqsa (yayınılacaqsa). Boyun qaçırma (yayınma) müqavilənin qarşı (ikinci) tərəfinə qarşı həyata keçirilir.
3. Marağı olan şəxs boyun qaçırmaq (yayınmaq) hüququna malikdir.
Maddə 60. Əqdin konversiyası
Əgər batil əqd başqa əqd üçün nəzərdə tutulmuş tələblərə cavab verirsə, bu sonuncu istifadə edilir, əgər əqdin batilliyi barədə bildiriş (xəbər) verildikdə tərəflər onun həqiqi (etibarlı) olmasını istəyirlərsə.
Maddə 61. Əqdlərin batilliyi zamanı təsdiqin əhəmiyyəti
1. Boyun qaçırılmadan (yayınılmadan) batil (heç olmamalı) əqd bağlandığı andan batil sayılır.
2. Boyun qaçırılmadan (yayınılmadan) batil əqdi bağlayan şəxs onu təsdiq edirsə, o zaman onun hərəkətinə əqdin yenidən bağlanması kimi baxılır.
3. Əgər əqdi boyun qaçırmaq (yayınmaq) hüququ olan şəxs təsdiq edirsə, o zaman, o, bununla boyun qaçırmaq (yayınmaq) hüququnu itirir.
4. Tərəflər boyun qaçırılmadan (yayınılmadan) batil ikitərəfli əqdi təsdiq etdikdə, o zaman şübhə olduqda, əgər əqd başdan (əvvəldən) həqiqi olsaydı, onlar rastlaşdıqları hər şeyi bir-birlərinə təhvil verməyə borcludurlar.
5. Təsdiq yalnız o zaman gerçəkləşəcək, nə vaxt ki, müqavilə və ya əqd əxlaq normalarına və ictimai asayişin tələblərinə zidd deyil.
Maddə 62. Əqdin bir hissəsinin batilliyi
Əqdin bir hissəsinin batil olması onun digər hissələrinin batil olmasına səbəb olmur, əgər əqdin onun batil hissəsi olmadan da bağlanacağı ehtimal edilirsə.
İkinci fəsil
Fəaliyyət (iş) qabiliyyəti, əqdin həqiqiliyinin (etibarlılığının) şərti kimi
Maddə 63. Yetkinlik yaşına çatmayan şəxs tərəfindən bağlanmış əqd
1. Yetkinlik yaşına çatmayan şəxs qanuni nümayəndəsinin zəruri razılığı olmadan ikitərəfli əqd bağladıqda, müqavilənin həqiqiliyi onun nümayəndəsinin sonradan onu təsdiq edib-etməməsindən asılıdır, o hal istisna olmaqla – nə vaxt ki, o, fayda əldə edir (qazanır).
2. Yetkinlik yaşına çatmayan şəxs yetkinləşirsə (fəaliyyət qabiliyyətinə çatdıqda), o, öz iradəsinin təzahürünün etibarlılığı məsələsini özü həll edir.
Maddə 64. Yetkinlik yaşına çatmayan şəxsin bağladığı əqddən imtina edilməsi
1. Yetkinlik yaşına çatmayan şəxsin bağladığı müqaviləni təsdiq etməzdən əvvəl ikinci tərəfin müqavilədən imtina etmək hüququ var.
2. Əgər ikinci tərəf həmin şəxsin yetkinlik yaşına çatmamış olmasından xəbərdar idisə, o, yalnız o halda imtina edə bilər, nə vaxt ki, yetkinlik yaşına çatmayan şəxs ona yalan deyirdi ki, nümayəndədən razılıq alıb.
Maddə 65. Yetkinlik yaşına çatmayan şəxsin emansipasiyası
1. Yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin razılığı olmadan bağladığı müqavilə həqiqi (etibarlı) sayılır, əgər yetkinlik yaşına çatmayan şəxs müqavilədə nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmək üçün ona qanuni nümayəndələrin və ya - bu nümayəndələrin razılığı ilə – üçüncü şəxslərin bu məqsədlə və/və ya sərbəst sərəncam vermək məqsədi ilə verdikləri vasitələri (vəsaitləri) xərcləyibsə (üzərində sərəncam veribsə).
2. Qanuni nümayəndə - on altı yaşına çatmış yetkinlik yaşına çatmayan şəxsə müəssisəni müstəqil idarə etmək hüququ verdikdə, bu sahə üçün adi (normal) münasibətlərdə, o, qeyri-məhdud fəaliyyət (iş) qabiliyyətinə malik olur. Bu qayda həm müəssisənin yaradılması, həm də ləğv edilməsi və əmək münasibətlərinin başlanması və ya başa çatması üçün də istifadə olunur.
3. Müəssisəni idarə etmək üçün icazəyə, qəyyumluq və himayə orqanı ilə razılaşdırılmaqla, qanuni nümayəndənin razılığı tələb olunur.
Maddə 66. Nümayəndənin zəruri razılığı olmadan bağlanmış əqdin batilliyi
Yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin zəruri razılığı olmadan bağladığı birtərəfli əqd batildir. Belə bir əqd o zaman da batildir, nə vaxt ki, qanuni nümayəndənin razılığı var, lakin yetkinlik yaşına çatmayan şəxs bunu təsdiq edən yazılı sənəd təqdim etməyib, ona görə də əqdin ikinci tərəfi dərhal ondan imtina edib. Qanuni nümayəndənin bu razılığı qarşı (ikinci) tərəfə bildirildiyi təqdirdə, belə imtinaya yol verilmir.
Maddə 67. Fəaliyyət (iş) qabiliyyətinin məhdudlaşdırılmasından əvvəl icazə öhdəliyi
Fəaliyyət (iş) qabiliyyətinin məhdudlaşdırılmasından əvvəl bağlanmış əqd icazə tələb edir, əgər müəyyən edilərsə ki, fəaliyyət (iş) qabiliyyətinin məhdudlaşdırılması üçün əsaslar əqdin bağlanması zamanı da aydın şəkildə mövcud idi.
Üçüncü fəsil
Əqdin forması
Maddə 68. Əqdin həqiqiliyi (etibarlılığı) üçün formanın əhəmiyyəti
Əqdin həqiqi (etibarlı) olması üçün qanunla müəyyən edilmiş formaya riayət etmək lazımdır. Əgər belə bir forma müəyyən edilməyibsə, tərəflər özləri bunu müəyyən edə bilərlər.
Maddə 69. Əqdin forması
1. Əqd şifahi və ya yazılı formada bağlana bilər.
2. Qanunvericiliklə və ya tərəflərin razılaşması ilə nəzərdə tutulmuş hallarda əqd yazılı formada bağlana bilər.
3. Əqdin yazılı forması olduqda, əqddə iştirak edən tərəflərin imzası kifayətdir (yetərlidir).
31. Əqd dəstək alan şəxs tərəfindən yazılı formada bağlandıqda, tərəflərdən əlavə, dəstək verən şəxs də onu imzalayır. Əqdi bağlayarkən dəstək alan şəxsin məhkəmənin qərarı ilə müəyyən edilmiş dəstəyi təmin etdiyini dəstək verən şəxs öz imzası ilə təsdiq edir.
4. İmzanın mexaniki vasitələrlə bərpasına, təkrarlanmasına və ya çap olunmasına adət olduğu yerdə, o cümlədən, külli miqdarda buraxılan qiymətli kağızların imzalanması zamanı yol verilir.
5. Yazılı forma olduqda, qanunla nəzərdə tutulmuş hallarda və ya tərəflərin razılaşması ilə, əqdi və ya əqddə iştirak edən tərəflərin imzalarının həqiqiliyini (etibarlılığını) notarius və ya qanunda nəzərdə tutulmuş digər şəxs təsdiq etməlidir.
Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 70. İmzanın başqa şəxsə etibar (həvalə) edilməsi
Savadsızlığına (oxuma-yazma bilməməsinə), fiziki qüsuruna, xəstəliyinə görə və ya qanunla nəzərdə tutulmuş digər hallarda əqdi özü imzalaya bilməyən şəxs imzanı başqasına etibar (həvalə) edə bilər. Bu sonuncunun imzası rəsmi şəkildə təsdiq edilməlidir. Bundan əlavə, əqdi bağlayan şəxsin əqdi imzalaya bilməməsinin səbəbi qeyd edilməlidir.
Gürcüstanın 15 oktyabr 2010-cu il tarixli qanunu №3709 - SSM I, №57, 25.10.2010-cu il., maddə.366
Maddə 71. Bir neçə sənəd tərtib etməklə əqd bağlamaq
Əqd bağlanarkən eyni məzmunlu bir neçə sənəd tərtib edildikdə, hər bir tərəfin müvafiq tərəf üçün nəzərdə tutulan sənədin nüsxəsini imzalaması kifayətdir.
Dördüncü fəsil
Boyun qaçırılmalı (yayınılmalı) əqdlər
I. Səhvən bağlanmış əqdlər
Maddə 72. Anlayışı (konsepsiyası)
Əgər iradə - əhəmiyyətli səhv əsasında ifadə (təzahür) olunarsa, əqd boyun qaçırılmalı (yayınılmalı) ola bilər.
Maddə 73. Əhəmiyyətli səhvin növləri
Əhəmiyyətli (ciddi) səhv sayılır, nə vaxt ki:
a) Şəxs razılığını bildirdiyi əqddən fərqli (başqa) bir əqd bağlamaq istəyirdi;
b) Şəxs bağlamaq istədiyi əqdin məzmununda yanılır;
q) Tərəflərin, vicdanlılıq prinsiplərinə əsaslanaraq, əqdin əsası kimi qəbul etdikləri hallar yoxdur.
Maddə 74. Qarşı tərəfin şəxsiyyətindəki səhv
1. Qarşı tərəfin şəxsiyyəti ilə bağlı səhv yalnız o zaman vacib hesab olunur, nə vaxt ki qarşı tərəfin özünün şəxsiyyətini və ya onun şəxsi xassələrini (keyfiyyətlərini) nəzərə almaq əqdin bağlanması üçün mühüm əsasdır.
2. Obyektin (əşyanın) əsas xassələrindəki xəta (səhv) yalnız o zaman vacib hesab ediləcək, əgər obyektin dəyərini müəyyən etmək üçün onların əhəmiyyəti varsa (vacibdirlərsə).
Maddə 75. Hüquqda səhv
Hüquqda səhv yalnız o halda əhəmiyyətlidir, əgər o, əqdin bağlanması zamanı yeganə və mühüm əsas idisə.
Maddə 76. Əqdin motivində səhv
Motiv - razılaşmanın (sazişin) mövzusunu təşkil etdiyi hallar istisna olmaqla, əqdin motivində səhv vacib sayılmayacaq.
Maddə 77. Səhvən (yanlışlıqla) bağlanmış əqdlərdə qarşı tərəfin razılığı
Səhvən iradə ifadə etmək ola bilməz, əgər qarşı (ikinci) tərəf əqdi boyun qaçırılmalı (yayınılmalı) etmək istəyən tərəfin istəyinə uyğun olaraq yerinə yetirməyə razıdırsa.
Maddə 78. Kiçik səhvlər (xırda xətalar)
Hesablamalardakı və ya yazılı şəkildə həyata keçirilmiş iradə təzahüründəki kiçik səhvlər yalnız düzəliş etməyə hüquq verir, lakin geri çəkilməyə hüquq vermir.
Maddə 79. Geri çəkilmənin həqiqiliyi (etibarlılığı)
1. Geri çəkilmə - geri çəkilmənin əsası (səbəbi) bildirildiyi andan bir ay müddətində həyata keçirilməlidir.
2. Əgər əqd boyun qaçırılmalı (yayınılmalı) əqdə çevrilibsə və səhv geri çəkilmə hüququna malik olan şəxsin səhlənkarlığından qaynaqlanıbsa, o zaman o, əqdin batil olması nəticəsində yaranan zərəri ikinci tərəfə ödəməyə borcludur. Əgər ikinci tərəf səhvdən xəbərdar idisə və ya səhlənkarlığı ucbatından bu ona məlum deyildisə, zərəri ödəmək öhdəliyi yaranmır.
Maddə 80. Vasitəçi ilə əlaqədar səhv
Vasitəçi kimi istifadə edilən şəxs tərəfindən düzgün olmayan şəkildə bildirilən iradənin təzahürü 73-cü maddəyə uyğun olaraq səhvən bağlanmış əqd kimi eyni şərtlərlə boyun qaçırılmalı (yayınılmalı) ola bilər.
II. Aldatma yolu ilə bağlanmış əqdlər
Maddə 81. Anlayışı (konsepsiyası)
1. Əgər şəxs əqd bağlamaq üçün aldadılıbsa, o, bu əqdin batilliyini tələb etmək hüququna malikdir. Bu, aldatma olmasaydı, əqdin bağlanmayacağı aydın olduqda baş verir.
2. Tərəflərdən biri açıqlaması zamanı ikinci tərəfin öz iradəsini ifadə etməyəcəyi vəziyyətlərə (hallara) görə susursa, o zaman aldadılmış şəxs əqdin batilliyini tələb edə bilər. Açıqlama öhdəliyi yalnız tərəf bunu vicdanla gözlədiyi zaman mövcuddur.
Maddə 82. Aldatma səbəbindən əqdi batil saymaq
Aldatma yolu ilə bağlanmış əqdi batil elan etmək üçün tərəfin yanlış məlumatlar verməklə hər hansı mənfəət əldə etmək, yaxud – ikinci tərəfə zərər vurmaq niyyətinin (məqsədinin) olub-olmamasının əhəmiyyəti yoxdur.
Maddə 83. Üçüncü şəxs tərəfindən aldadılma
1. Üçüncü şəxs tərəfindən aldadıldığı halda, bu əqddən faydalanan şəxs aldatma haqqında bilirdisə və ya bilməli idisə, əqdin batilliyi tələb oluna bilər.
2. Əgər əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət edirdisə (fırıldaqçılıq edibsə), onların heç birinin aldatmağa istinad edərək əqdin batilliyini və ya zərərin ödənilməsini tələb etmək hüququ yoxdur.
Maddə 84. Geri çəkilmə müddəti
Aldatma yolu ilə bağlanmış əqd bir il ərzində mübahisələndirilə (dava açıla) bilər. Müddət - geri çəkilmək hüququ olan şəxsin geri çəkilmək üçün əsasların mövcudluğunu öyrəndiyi andan hesablanır.
III. Məcburən (zorla) bağlanmış əqdlər
Maddə 85. Anlayışı (konsepsiyası)
Əqd bağlamaq məqsədi ilə şəxsi məcbur etmək (zorakılıq və ya hədə-qorxu), həmin şəxsə məcburiyyət hətta üçüncü şəxsdən gəldikdə belə, əqdin batilliyini tələb etmək hüququ verir.
Maddə 86. Məcburiyyətin xarakteri
1. Əqdin batilliyinə elə məcburiyyət səbəb olur, hansı ki öz xarakteri ilə şəxsə təsir edə bilər və onu şəxsiyyətinin və ya əmlakının real təhlükə altında olduğuna inandıra (düşündürə) bilər.
2. Məcburiyyətin xarakteri qiymətləndirilərkən şəxslərin yaşı, cinsi və həyat şəraiti nəzərə alınır.
Maddə 87. Şəxsi qohumlarının (yaxınlarının) əleyhinə zorlama (məcbur etmə)
Məcbur etmə - əqdin tərəflərindən birinin həyat yoldaşının, digər ailə üzvlərinin və ya yaxın qohumlarının əleyhinə yönəldilmiş olduqda da, əqdin batilliyi haqqında tələbin verilməsi üçün əsasdır.
Maddə 88. Qanuni vasitələrlə məcbur etmə
85-87-ci maddələrə əsasən, vasitənin və məqsədin bir-birinə uyğun gəlmədiyi hallar istisna olmaqla, nə qanunsuz məqsədlə, nə də qanunsuz vasitələrdən istifadə etməklə həyata keçirilməyən hərəkətlər məcbur etmə sayılmayacaq.
Maddə 89. Geri çəkilmə müddəti
Məcburiyyətlə bağlanmış əqd məcburiyyətin başa çatdığı andan bir il ərzində mübahisələndirilə bilər.
Beşinci fəsil
Şərti əqdlər
Maddə 90. Anlayışı (konsepsiyası)
Gələcək və naməlum hadisədən asılı olan əqd şərti sayılır, belə ki, ya əqdin yerinə yetirilməsi o baş verənə qədər təxirə salınır, ya da əqdə xitam verilir – bu hadisə baş verdikdən dərhal sonra.
Maddə 91. Qeyri-qanuni və/və ya əxlaqsız şərtin batilliyi
Qanunun tələblərinə və ya əxlaq normalarına zidd olan və/və ya yerinə yetirilməsi mümkün olmayan şərt batildir. Hər hansı bir belə şərtdən asılı olan əqd tamamilə batildir.
Maddə 92. İradədən asılı olan şərt
Baş verməsi və ya baş verməməsi yalnız əqdin tərəflərindən asılı olan şərt iradədən asılı sayılır. Belə şərtlə bağlanmış əqd batildir.
Maddə 93. Pozitiv şərt
1. Əgər əqd müəyyən müddət ərzində hansısa hadisənin baş verməsi şərti ilə bağlanıbsa, bu müddət keçibsə və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır.
2. Əgər müddət müəyyən edilməmişdirsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin artıq qeyri-mümkün olduğu aydın olduqda, şərt qüvvədən düşmüş sayıla bilər.
Maddə 94. Neqativ şərt
1. Əgər əqd müəyyən edilmiş müddətdə hər hansı bir hadisənin baş verməyəcəyi şərti ilə bağlanıbsa, o zaman şərt yerinə yetirilmiş sayılır, əgər həmin müddət hadisə baş vermədən keçsə; müddətin keçməsinə qədər hadisənin baş verə bilməyəcəyi aydın olduqda da, şərt yerinə yetirilmiş sayılır.
2. Əgər müddət müəyyən edilməmişdirsə, şərt yalnız hadisənin baş verməyəcəyi aydınlaşdıqda (bəlli olduqda) yerinə yetirilmiş sayılır.
Maddə 95. Şərtin baş verməsinə təsir göstərmənin yolverilməzliyi
1. Müəyyən edilmiş şərtlə əqd bağlamış şəxsin şərt baş verməmişdən əvvəl öhdəliyinin yerinə yetirilməsinə mane ola biləcək hər hansı hərəkəti etmək hüququ yoxdur.
2. Əgər şərt müəyyən edilmiş vaxtda baş verirsə və şəxs artıq belə hərəkət edibsə, o zaman o, ikinci tərəfə bu cür hərəkətlə dəymiş zərəri ödəməyə borcludur.
Maddə 96. Təxirə salınmaq şərti ilə əqd
Əgər əqddə nəzərdə tutulmuş hüquq və vəzifələrin yaranması gələcək və naməlum hadisədən və/və ya artıq baş vermiş, lakin tərəflərə hələ də məlum olmayan hadisədən asılıdırsa, əqd təxirə salınmaq şərti ilə bağlanmış sayılır.
Maddə 97. Ləğv edilmək şərti ilə əqd
Bu şərtin baş verməsi əqdə xitam verilməsinə səbəb olduqda və əqd bağlanmazdan əvvəl mövcud olan vəziyyəti bərpa etdikdə, əqd ləğv edilmək şərti ilə bağlanmış sayılır.
Maddə 98. Şərt baş verdikdə vicdanlılığın (dürüstlüyün) əhəmiyyəti
1. Şərtin baş verməsinə - şərtin baş verməsi xeyrinə (əlverişli) olmayan tərəf vicdansızcasına maneə (əngəl) törətdikdə, şərt baş vermiş sayılacaq.
2. Şərtin baş verməsinə - şərtin baş verməsi xeyrinə (əlverişli) olan tərəf vicdansızcasına kömək etmişsə (şərait yaratmışdırsa), şərt baş vermiş sayılmayacaq.
Altıncı fəsil
Əqdlərdə razılıq
Maddə 99. Anlayışı (konsepsiyası)
1. Əgər əqdin həqiqiliyi (etibarlılığı) üçüncü şəxsin razılığından asılıdırsa, o zaman necə ki razılıq, eləcə də ondan imtina həm bir tərəfin, həm də digər tərəfin qarşısında ifadə edilə bilər.
2. Razılığın əqd üçün müəyyən edilmiş formaya riayət etməsi (uyğun olması) lazım deyil.
3. Həqiqiliyi (etibarlılığı) üçüncü şəxsin razılığından asılı olan əqd onun razılığı ilə bağlanıbsa, müvafiq olaraq 66-cı maddənin 2-ci və 3-cü cümlələri tətbiq edilir.
Maddə 100. Əvvəlcədən verilmiş razılıq (icazə)
Əvvəlcədən verilmiş razılıq (icazə), əgər tərəflər başqa cür razılaşmayıblarsa, əqd bağlanmazdan əvvəl ləğv edilə bilər. Razılığın (icazənin) ləğvi barədə hər iki tərəfə məlumat verilməlidir.
Maddə 101. Sonrakı razılıq (təsdiqləmə)
Sonrakı razılıq (təsdiqləmə), əgər başqa hal müəyyən edilməyibsə, əqdin bağlandığı andan geriyə qüvvəyə malikdir.
Maddə 102. Obyektin (əşyanın) üzərində səlahiyyəti olmayan şəxs tərəfindən sərəncam verilməsi
1. Obyektin (əşyanın) üzərində səlahiyyəti olmayan şəxs tərəfindən sərəncam verməsi səlahiyyətli şəxsin əvvəlcədən razılığı ilə həyata keçirildiyi təqdirdə həqiqidir (etibarlıdır).
2. Səlahiyyətli şəxs onu təsdiqləsə, sərəncam reallaşır (həqiqi olur).
Yeddinci fəsil
Əqdlərdə təmsilçilik (nümayəndəlik)
Maddə 103. Anlayışı (konsepsiyası)
1. Əqd nümayəndə vasitəsilə də bağlana bilər. Nümayəndənin səlahiyyəti ya qanundan irəli gəlir, ya da tapşırıq (etibarnamə) əsasında yaranır.
2. Əqdin xarakterinə görə o bilavasitə şəxs tərəfindən bağlanmalı olduqda və ya nümayəndə vasitəsilə əqdin bağlanması qanunla qadağan edildikdə, bu qayda tətbiq edilmir.
Maddə 104. Təmsilçilik (nümayəndəlik) zamanı əqdin nəticələrinin ünvanı olan şəxs
1. Nümayəndənin öz səlahiyyəti daxilində və təmsil etdiyi şəxsin adından bağladığı əqdlə hüquq və vəzifələr yalnız təmsil olunan şəxsdə yaranır.
2. Əgər əqd başqa şəxsin adından bağlanıbsa, o zaman nümayəndəlik hüququnun olmamasından əqdin ikinci tərəfi istifadə edə bilməz, əgər təmsil olunan şəxs belə bir səlahiyyətin mövcud olduğuna əqdin ikinci tərəfinin inandığı halları vicdanla yaratmışsa.
3. Nümayəndə - əqd bağlayarkən öz nümayəndəlik səlahiyyətini göstərmədikdə, əqd bilavasitə təmsil olunan şəxs üçün yalnız o halda nəticələr doğurur, əgər ikinci tərəf təmsilçilik (nümayəndəlik) haqqında təxmin etməliydisə. Əqdi kiminlə bağlayacağı ikinci tərəf üçün fərq etmədikdə də eyni qayda keçərlidir.
Maddə 105. Nümayəndənin məhdud fəaliyyət (iş) qabiliyyəti
Nümayəndə məhdud fəaliyyət (iş) qabiliyyətinə malik olduqda da nümayəndənin bağladığı əqd həqiqidir.
Maddə 106. Təmsilçilik (nümayəndəlik) zamanı iradə təzahürünün qüsuru
1. İradənin təzahürünün qüsurlu olması səbəbindən əqd ləğv edilməli olduğu təqdirdə, nümayəndənin iradəsi həlledicidir.
2. Əgər iradənin təzahürünün qüsuru təmsil olunan şəxs tərəfindən əvvəlcədən müəyyən edilmiş hallara toxunursa, həmin qüsur - yalnız bu qüsurun təmsil olunan şəxsdən qaynaqlandığı təqdirdə, ondan geri çəkilmək hüququ verir.
Maddə 107. Nümayəndəlik səlahiyyəti
1. Səlahiyyət (etibarnamə) müvəkkilə (etibar edənə) və ya təmsil olunmalı olan üçüncü şəxsə qarşı iradə ifadə etməklə verilir.
2. İradə ifadə edilərkən səlahiyyətin verildiyi əqdin bağlanması üçün zəruri olan formaya ehtiyac yoxdur. Xüsusi forma müəyyən edildikdə bu qayda tətbiq edilmir.
Maddə 108. Səlahiyyət dəyişikliyi zamanı bildiriş (xəbər) etmək öhdəliyi
Səlahiyyətdə dəyişikliklər və onun ləğvi üçüncü şəxslərə bildirilməlidir. Bu tələb yerinə yetirilmədikdə, bu dəyişikliklər və səlahiyyətin ləğvi üçüncü şəxslərə qarşı istifadə edilə bilməz, o hal istisna olmaqla – nə vaxt ki, müqavilə bağlayarkən tərəflər bu barədə bilirdilər və ya bilməli idilər.
Maddə 109. Nümayəndəlik səlahiyyətinə xitam verilməsinin əsasları
Nümayəndəlik səlahiyyətinə xitam verilir:
a) səlahiyyətin verildiyi müddət keçdikdən sonra;
b) səlahiyyətli şəxsin imtinası (etirazı) ilə;
q) səlahiyyəti verən şəxs tərəfindən səlahiyyətin ləğv edilməsi ilə;
d) səlahiyyəti verən şəxs vəfat etdikdə;
e) yerinə yetirməklə;
v) səlahiyyəti verən şəxsin dəstək alan şəxs kimi tanınması ilə, əgər ona dəstək - nümayəndəlik səlahiyyətini və ya əmlak üzərində sərəncam vermək hüququnu həyata keçirməsi üçün müəyyən edilmişdirsə.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 110. Səlahiyyət ləğv edilərkən nümayəndənin öhdəliyi
Səlahiyyət ləğv edildikdən sonra nümayəndə səlahiyyət sənədini səlahiyyəti verənə qaytarmalıdır; onun sənədi saxlamaq (özündə tutmaq) hüququ yoxdur.
Maddə 111. Nümayəndəlik səlahiyyəti olmadan əqd bağlamaq
1. Nümayəndəlik səlahiyyəti olmayan şəxs başqasının adından müqavilə bağladıqda, bu müqavilənin həqiqiliyi (etibarlılığı) təmsil olunan şəxsin razılığından asılıdır.
2. Əgər ikinci tərəf təmsil olunan şəxsdən razılıq tələb edərsə, bu razılıq haqqında yalnız ona məlumat verilməlidir. Razılıq tələbdən sonra iki həftə müddətində verilə bilər; bu baş vermədikdə, razılıq tələbi rədd edilmiş sayılır.
Maddə 112. Müqavilədən imtina etmək hüququ
Müqavilənin bağlanmasına razılıq verməzdən əvvəl ikinci tərəfin müqavilədən imtina etmək hüququ var, o hal istisna olmaqla – nə vaxt ki, o, nümayəndəlik səlahiyyətinin qüsuru barədə müqavilə bağlanan zaman bilirdi. Müqavilə bağlamaqdan imtina nümayəndəyə qarşı da ifadə edilə bilər.
Maddə 113. Nümayəndəlik səlahiyyətində qüsur olduqda nümayəndənin öhdəliyi
1. Nümayəndə kimi müqavilə bağlayan şəxs öz nümayəndəlik səlahiyyətini sübut edə bilməsə, ikinci tərəfin istəyi ilə ya tapşırılmış öhdəliyi yerinə yetirməyə, ya da ziyanı ödəməyə borcludur, əgər təmsil olunan şəxs müqaviləyə razılıq verdiyini inkar edirsə (danırsa).
2. Nümayəndənin nümayəndəlik səlahiyyətində olan qüsurdan xəbəri olmadıqda (bilmirdisə), o, yalnız o ziyanı ödəməyə borcludur, hansı ki ikinci tərəfə onun bu səlahiyyətə güvəndiyinə görə dəymişdir.
3. Əgər nümayəndəlik səlahiyyətinin qüsuru barədə ikinci tərəf bilirdisə və ya bilməli idisə, nümayəndə məsuliyyət daşımır. Məhdud fəaliyyət (iş) qabiliyyətinə malik olduqda da, nümayəndə məsuliyyət daşımır, o hallar istisna olmaqla – nə vaxt ki, o, öz qanuni nümayəndəsinin razılığı ilə hərəkət edirdi.
Maddə 114. İnsanın özü ilə əqd bağlamasının yolverilməzliyi
Razılıqda başqa hal nəzərdə tutulmayıbsa, nümayəndə təmsil olunan şəxsin adından özü ilə - öz adından və ya üçüncü şəxsin nümayəndəsi kimi əqd bağlaya bilməz, o hallar istisna olmaqla – nə vaxt ki, hər hansı öhdəliyi yerinə yetirmək üçün əqd artıq mövcuddur.
Üçüncü Qapı
Hüququn həyata keçirilməsi
Maddə 115. Hüquqdan sui-istifadənin yolverilməzliyi
Mülki hüquq düzgün (qanuni şəkildə) həyata keçirilməlidir. Hüquqdan yalnız başqasına zərər vurmaq məqsədilə istifadə etmək yolverilməzdir.
Maddə 116. Zəruri dəfetmə (müdafiə) çərçivəsində vurulmuş ziyan
1. Zəruri dəfetmə çərçivəsində həyata keçirilmiş hərəkət qanunsuz deyil və həmin vaxt dəymiş ziyan ödənilmir.
2. Zəruri dəfetmə - özünə və ya başqalarına qarşı faktiki (real) qanunsuz hücumu dəf etmək üçün zəruri olan özünümüdafiə hesab edilir.
Maddə 117. Son dərəcə zərurətdən irəli gələn ziyan
1. Verilən şəraitdə başqa vasitələrlə qarşısı alına bilməyən təhlükənin qarşısını almaq üçün ziyan vurulmuşsa və əgər vurulan ziyan qarşısı alınmış ziyandan daha az əhəmiyyət kəsb edirsə, zərər verən (ziyanı vuran) şəxs kompensasiya ödəməlidir (son dərəcə zərurət).
2. Ziyanın vurulduğu faktiki hallar nəzərə alınmaqla, onun əvəzinin ödənilməsi üçüncü şəxsə tapşırıla bilər, hansının ki maraqları naminə hərəkət edirdi ziyanı vuran və yaxud necə ki üçüncü şəxs, eləcə də ziyanı vuran kompensasiya ödəməkdən tam və ya qismən azad edilə bilər.
Maddə 118. Özünə kömək
Səlahiyyətli orqanların köməyi vaxtında çatmazsa və tez müdaxilə edilmədikdə hüququn həyata keçirilməsinin mümkünsüzlüyü və ya onun həyata keçirilməsinin əhəmiyyətli dərəcədə çətinləşməsi təhlükəsi olduqda, o şəxsin hərəkəti qanunsuz sayılmayacaq, hansı ki özünə kömək məqsədilə əşyanı götürəcək (digər şəxsin əlindən qoparacaq), məhv edəcək və ya zədələyəcək və yaxud eyni məqsədlə gizlənə biləcək mükəlləf (borclu, öhdəliyi olan) şəxsi tutacaq və yaxud onun yerinə yetirməli (icra etməli) olduğu hərəkətə qarşı öhdəliyi olan şəxsin müqavimətinin qarşısını alacaq.
Maddə 119. Özünə köməyin hüdudları
1. Özünə kömək təhlükənin qarşısını almaq üçün zəruri olan hüdudlardan kənara çıxa bilməz.
2. Əşya götürüldükdə (digər şəxsin əlindən qoparıldıqda) əşyanın üzərinə həbs (qadağa) qoyulması haqqında dərhal bəyanat (ərizə) vermək zəruridir.
3. Öhdəliyi olan şəxs tutulduğu halda, o, dərhal müvafiq orqanlara təqdim edilməlidir.
Maddə 120. Ziyanı ödəmək öhdəliyi
118-ci maddədə nəzərdə tutulmuş hərəkəti - qanunsuz hərəkətin qarşısını almaq üçün bunun zəruri olduğunu yanlış ehtimalla həyata keçirən şəxs, həmin vaxt yaranmış ziyanı ikinci tərəfə ödəməyə borcludur.
Dördüncü Qapı
Müddətlər
Birinci fəsil
Müddətlərin hesablanması
Maddə 121. Müddətlərin hesablanması qaydalarının tətbiqi sahəsi
Qanunlarda, məhkəmə qərarlarında və əqdlərdə göstərilən müddətlərə münasibətdə bu fəsildə nəzərdə tutulan qaydalar tətbiq edilir.
Maddə 122. Müddətin başlanğıcını göstərən vaxt
Bu və ya digər hadisə və ya günün hər hansı bir hissəsi müddətin başlanğıcı kimi götürülərsə, müddət hesablanarkən bu hadisənin baş verdiyi gün və ya günün yuxarıda qeyd olunan vaxtı hesablanmır.
Maddə 123. Müddətin tamamlanması (başa çatması)
1. Günlərlə müəyyən edilən müddət müddətin sonuncu gününün keçməsi ilə başa çatır.
2. Həftələrlə, aylarla və ya bir neçə ayı özündə birləşdirən vaxtla – il, yarım il, rüb ilə müəyyən edilən müddət hadisənin baş verdiyi günə və ya günün yuxarıda qeyd olunan vaxtına uyğun gələn son həftənin və ya son ayın həmin gününün tamamlandığından dərhal sonra başa çatır.
3. Aylarla müəyyən edilmiş müddətdə, müddətin keçdiyini qeyd etmək üçün konkret bir gün çatışmırsa, müddət həmin ayın son günü tamamlandıqda başa çatır.
Maddə 124. Anlayışlar (konsepsiyalar)
1. Yarım il altı aylıq müddət, rüb - ilin əvvəlindən hesablanan üç aylıq müddət, yarım ay isə - on beş günlük müddət deməkdir.
2. Müddət bir və ya bir neçə tam və yarım aydan ibarətdirsə, sonda on beş gün hesablanmalıdır.
Maddə 125. Müddəti uzadarkən müddətin hesablanması
Müddət uzadıldıqda, yeni müddət keçmiş müddətin sonundan hesablanır.
Maddə 126. Müddətin aylar üzrə hesablanması
1. Əgər vaxt aylar və ya illər üzrə elə müəyyən edilibsə ki, onların birlikdə keçməsinə ehtiyac yoxdur, o zaman bir ay otuz günlə, bir il isə – üç yüz altmış beşlə hesablanır.
2. Ayın əvvəli ayın birinci günü, ayın ortası – ayın on beşinci günü, ayın sonu isə – ayın sonuncu günü sayılır.
Maddə 127. Tətil və bayram günləri
Hərəkət müəyyən edilmiş gündə yerinə yetirilməlidirsə və bu gün və ya müddətin sonuncu günü qeyri-iş gününə və ya hərəkətin yerinə yetirildiyi yerdə elan edilmiş bayram və/və ya başqa tətil günlərinə təsadüf edirsə, bu günün əvəzinə növbəti iş günü istifadə edilməlidir.
İkinci fəsil
İddia müddəti
Maddə 128. Anlayışı. Növləri
1. İddia müddəti başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməsini və ya hərəkətdən çəkinməsini tələb etmək hüququna şamil edilir.
2. İddia müddəti şamil edilmir:
a) şəxsi qeyri-əmlak hüquqlarına, qanunla başqa hal nəzərdə tutulmayıbsa;
b) əmanətçilərin banka və digər kredit qurumlarına qoyulmuş əmanətlər üzrə tələbə.
3. Ümumi iddia müddəti on ildir.
Maddə 129. Müqavilə üzrə tələblərin iddia müddəti
1. Müqavilə üzrə tələblərin iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə üzrə tələblərin müddəti isə – altı ildir.
2. Dövri olaraq yerinə yetirilməli olan öhdəliklərdən yaranan tələblər üzrə iddia müddəti üç ildir.
3. Ayrı-ayrı hallarda qanunla digər iddia müddətləri də nəzərdə tutula bilər.
Maddə 130. İddia müddətinin başlanması
1. İddia müddəti tələbin yarandığı andan başlayır. Hüququn pozulduğunu şəxsin öyrəndiyi və ya bilməli olduğu vaxt tələbin yaranma anı sayılır.
2. Yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi, iqtisadi, məişət (ailə) zorakılığı və ya zorakılığın digər formaları zamanı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun iddia müddəti - yetkinlik yaşına çatmayan şəxs yetkinlik yaşına çatana qədər və ya yetkinlik yaşına çatmadığı dövrdə məhkəməyə müraciət edənə qədər dayandırılır.
Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5013 – veb-səhifə, 27.09.2019-cu il.
Gürcüstanın 21 may 2020-ci il tarixli qanunu №5913 – veb-səhifə, 25.05.2020-ci il.
Maddə 131. Tələbatın mənşəyi (yaranması)
Əgər tələbin yaranması kreditorun hərəkətindən asılıdırsa, iddia müddəti kreditorun bu hərəkəti həyata keçirə biləcəyi vaxtdan başlayır.
Maddə 132. İddia müddətinin axınının dayandırılması
İddia müddətinin axını dayanır, əgər:
a) öhdəliyin yerinə yetirilməsi icra hakimiyyəti və ya Gürcüstanın Milli Bankı tərəfindən “Gürcüstanın Milli Bankı haqqında” Gürcüstanın Üzvi Qanununa əsasən kommersiya bankının rezolyusiya rejimində (moratorium) təxirə salınıbsa;
b) iddia ərizəsinin verilməsinə xüsusi və verilmiş şəraitdə qaçılmaz olan qarşısıalınmaz qüvvə mane (əngəl) olursa;
q) kreditor və ya borclu Gürcüstan Müdafiə Qüvvələrinin müharibə vəziyyətinə keçmiş hissəsindədirsə;
q1) Gürcüstanın “Mediasiya haqqında” Qanununda nəzərdə tutulmuş özəl mediasiya başlanmışsa;
d) qanunla nəzərdə tutulmuş digər hallarda.
Gürcüstanın 31 oktyabr 2018-ci il tarixli qanunu №3607 – veb-səhifə, 21.11.2018-ci il.
Gürcüstanın 18 sentyabr 2019-cu il tarixli qanunu №4956 – veb-səhifə, 27.09.2019-cu il.
Gürcüstanın 20 dekabr 2019-cu il tarixli qanunu №5667 – veb-səhifə, 31.12.2019-cu il.
Maddə 133. Evlilik dövründə (nikah zamanı) iddia müddətinin axınının dayandırılması
Nikah mövcud olduğu müddətcə, ər-arvad arasındakı tələblər üzrə iddia müddətinin axını dayanır. Eyni qayda uşaqlar yetkinlik yaşına çatana qədər valideynlər və uşaqlar arasında, habelə bütün qəyyumluq dövrü ərzində qəyyumlar (himayədarlar) və qəyyuma ehtiyacı olan şəxslər arasında tələblərə də şamil edilir.
Maddə 134. Əlillərin (məhdud fəaliyyət qabiliyyəti olan və dəstək alan şəxsin) iştirakı zamanı iddia müddətinin axınının dayandırılması
Tələb (müraciət) qanuni nümayəndəsi olmayan məhdud fəaliyyət qabiliyyəti olan şəxsdən və ya dəstəyi lazımi qaydada təmin edilməyən dəstək alan şəxsdən irəli gələrsə və/və ya tələb (müraciət) həmin şəxsə ünvanlanıbsa, iddia müddətinin axını şəxs tam qabiliyyətinə çatanadək və ya ona qanuni nümayəndə və ya dəstəkçi təyin olunana qədər dayandırılmış sayılır.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 135. İddia müddətinin axınının dayandırıldığı vaxt
İddia müddətinin axınının dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir (sayılmır).
Maddə 136. İddia müddətinin axınının dayandırılması anı
1. İddia müddətinin axını dayandırılır o halda, əgər 132-ci maddədə nəzərdə tutulmuş hallar iddia müddətinin son altı ayı ərzində yaranmış və ya mövcud olmaqda davam etmişsə; bu müddət altı aydan az olduqda isə – iddia müddətinin ərzində.
2. İddia müddətinin axınının dayandırılması üçün əsas olmuş hallara xitam verildiyi gündən iddia müddəti altı aya qədər uzadılır; iddia müddəti altı aydan az olduqda isə – iddia müddətinə qədər.
Maddə 137. İddia müddətinin axınına xitam verilməsi
Borclu şəxs avansı, faizi ödəməklə, zəmanət verməklə və ya səlahiyyətli şəxs qarşısında tələbinin mövcudluğunu başqa cür etiraf etdikdə, iddia müddətinin axınına xitam verilir.
Maddə 138. İddia ərizəsi verməklə iddia müddətinin axınına xitam verilməsi
İddia müddətinin axınına xitam verilir - səlahiyyətli şəxs tələbin təmin edilməsi və ya müəyyən edilməsi üçün iddia ərizəsi verdikdə və/və ya tələbin mövcudluğu barədə dövlət orqanına və ya məhkəməyə ərizə ilə müraciət etmək və/və ya icra tədbiri görmək kimi digər vasitələrlə tələbin təmin edilməsinə cəhd göstərdikdə. Müvafiq olaraq 139-cu və 140-cı maddələr tətbiq edilir.
Maddə 139. İddia müddətinin axınının xitam müddətinin uzunluğu
1. İddia ərizəsi əsasında iddia müddətinin axınına xitam verilməsi məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək və ya proses başqa cür başa çatanadək davam edir.
2. Prosesə - tərəflərin razılaşması nəticəsində və ya bundan sonra davam etdirilməsinin mümkünsüzlüyü ilə əlaqədar xitam verildikdə, iddia müddətinin axınına tərəflərin və ya məhkəmənin sonuncu prosessual hərəkətinin başa çatması ilə xitam verilir. Əgər tərəflərdən biri prosesi yenidən davam etdirsə, xitam verildikdən sonra başlayan yeni iddia müddətinə - iddia ərizəsi verməklə iddia müddətinin axınına xitam verildiyi kimi xitam veriləcək.
Maddə 140. İddia ərizəsindən imtina
1. İddia ərizəsi vermək iddia müddətinin axınına xitam verilməsinə səbəb olmur - iddiaçı iddia ərizəsindən imtina etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iddia ərizəsi müzakirəsiz (baxılmamış) qaldıqda.
2. Səlahiyyətli şəxs altı ay müddətində yeni iddia ərizəsi verdikdə, iddia müddətinə birinci iddia ərizəsinin verildiyi vaxtdan xitam verilmiş sayılır.
Maddə 141. İddia müddətinin axınının başlanmasının başdan sayımı (hesablanması)
İddia müddətinin axınına xitam verilərsə, xitamdan əvvəl keçən vaxt nəzərə alınmayacaq və müddət başdan başlayacaq.
Maddə 142. Məhkəmə qərarı ilə təsdiq edilmiş tələb üzrə iddia müddəti
1. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmiş tələb üzrə iddia müddəti, hətta bu tələb daha qısa iddia müddətinə tabe olduqda belə, on ildir.
2. Təsdiq gələcəkdə yerinə yetirilməli olan vaxtaşırı təkrarlanan hərəkətlərə toxunursa, o zaman onlara 129-cu maddənin ikinci hissəsində müəyyən edilmiş iddia müddəti tətbiq edilir.
Maddə 143. Əşyavi tələblər üzrə iddia müddəti
Üzərində əşyavi tələb mövcud olan əşya - hüquqların ötürülməsi (hüquq varisliyi) yolu ilə üçüncü şəxsin mülkiyyətinə keçdikdə, hüquqi sələfin (əvvəlkinin) ixtiyarına keçmiş iddia müddəti hüquqi varisə münasibətdə də tətbiq edilir.
Maddə 144. İddia müddəti keçdikdə borclu (öhdəliyi olan) şəxsin hüququ
1. İddia müddəti keçdikdən sonra borclu şəxs hərəkəti yerinə yetirməkdən imtina etmək hüququna malikdir.
2. Borclu şəxs öhdəliyi iddia müddəti keçdikdən sonra yerinə yetirdikdə, onun görülən işin geri qaytarılmasını tələb etmək hüququ yoxdur, hətta öhdəliyini yerinə yetirərkən iddia müddətinin keçmiş olduğunu bilməsə belə.
3. Eyni qayda borclu şəxsin tanınması və təmin edilməsi vasitələrinə də tətbiq edilir.
Maddə 145. Əlavə tələb üzrə iddia müddəti
Əsas tələb üzrə iddia müddəti keçdikdə, hətta bu tələblər üzrə iddia müddəti hələ keçməmiş olsa belə, əlavə tələblər üzrə iddia müddəti keçmiş sayılır.
Maddə 146. Tərəflərin razılaşması ilə iddia müddətinin dəyişdirilməsinin yolverilməzliyi
Tərəflərin razılaşması ilə iddia müddətlərinin və onların hesablanması qaydasının dəyişdirilməsinə yol verilmir.
