Qanunvericilik

İkinci kitab: Əşya (əmlak) hüququ

Gürcüstan Mülki Məcəlləsinin Azərbaycan dilində qeyri-rəsmi tərcüməsindən seçilmiş kitab.

Buradakı Azərbaycan dilində mətn qeyri-rəsmi tərcümədir. Saxlanılan mətnin girişində 23 iyun 2022-ci il tarixi göstərilir; onun hazırkı rəsmi redaksiyaya uyğunluğu təsdiqlənməyib. Hüquqi tətbiqdən əvvəl maddəni və dəyişiklikləri Matsne-dəki rəsmi Mülki Məcəllə ilə yoxlayın.

Bu kitabın maddələri

Kitabın mətni

İkinci kitab

Əşya (əmlak) hüququ

Birinci Qapı

Əmlak

Maddə 147. Anlayışı (konsepsiyası)

Bu məcəlləyə görə əmlak - fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və sərəncamında ola bilən və qanunla qadağan edilmədikdə və ya əxlaq normalarına zidd olmadıqda məhdudiyyətsiz əldə edilə bilən bütün əşyalar və qeyri-maddi əmlak dəyərləridir (sərvətidir).

Maddə 148. Əşya növləri

Əşya daşınan və ya daşınmaz ola bilər.

Maddə 149. Daşınmaz əşya anlayışı

Daşınmaz əşyalara içərisində faydalı qazıntılar olan torpaq sahəsi, yerdə (torpaqda) bitən (böyüyən) bitkilər, həmçinin yerdə möhkəm dayanan binalar (tikililər) daxildir.

Maddə 150. Əşyanın vacib tərkib hissəsi

1. Bütün əşyanı və ya həmin hissəni məhv etmədən və/və ya onların təyinatını yox etmədən (əşyanın vacib tərkib hissəsi) bir-birindən ayrılması mümkün olmayan əşyanın tərkib hissəsi yalnız qanunla nəzərdə tutulmuş hallarda ayrıca hüququn obyekti ola bilər.

2. Torpağa möhkəm bağlı olan və müvəqqəti istifadə üçün nəzərdə tutulmayan, müqavilə ilə də müəyyən edilə bilən binalar-tikililər və əşyalar torpaq sahəsinin vacib tərkib hissəsinə aiddir.

Maddə 151. Mənsub

1. Mənsub - əsas əşyanın tərkib hissəsi olmasa da, əsas əşyaya xidmət etmək üçün nəzərdə tutulmuş daşınan əşyadır, onunla ümumi təsərrüfat təyinatı ilə bağlıdır, məhz buna görə də o, əsas əşya ilə məkanca bağlıdır və qurulmuş baxışa (nəzəriyyəyə) görə, mənsub sayılır.

2. Torpağa bağlı olan və əmtəə dəyərini itirmədən və ya əhəmiyyətli itkiyə məruz qalmadan torpaqdan çıxarıla (ayrıla) bilən əşya da mənsub sayılır.

Maddə 152. Qeyri-maddi əmlak dəyəri anlayışı

Qeyri-maddi əmlak dəyəri - başqa şəxslərə verilə bilən və ya öz sahibinə maddi fayda yaratmaq məqsədi daşıyan və/və ya başqa şəxslərdən nəyisə tələb etmək hüququ verən iddialar və hüquqlardır.

Maddə 153. Aksessor və məhdud hüquqlar

1. Aksessor hüquq başqa hüquqla elə bağlı olan hüquqdur ki, onsuz mövcud ola bilməz.

2. Məhdud hüquq həmin məhdud hüquqla yüklənmiş daha geniş hüququn törəməsidir.

Maddə 154. Əşyanın və hüququn bəhrəsi (meyvəsi)

1. Əşyanın bəhrəsi həmin əşyanın verdiyi (təmin etdiyi) gəlir, qazanc və/və ya üstünlükdür.

2. Hüququn bəhrəsi bu hüququn istifadəsi nəticəsində əldə edilən gəlir və/və ya üstünlükdür.

3. Əşyanın və ya hüququn bəhrəsi həm də bu əşyanın və ya hüququn hüquqi münasibət vasitəsilə əldə edilməsini təmin etdiyi gəlir və üstünlükdür.

4. Əgər qanunla başqa hal nəzərdə tutulmayıbsa, əşya və ya hüquq üzərində səlahiyyət bu səlahiyyətin müddətinə və həcminə uyğun olaraq bu əşyanın və ya hüququn bəhrəsini almağa imkan verir.

5. Əgər şəxs bəhrəni geri qaytarmağa borcludursa, o, bəhrəyə çəkdiyi xərclərin ödənilməsini tələb edə bilər, əgər bu xərclər düzgün təsərrüfat fəaliyyətinin nəticəsidirsə və bəhrənin dəyərini aşmırsa.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

İkinci Qapı

Sahiblik (istifadəçilik)

Maddə 155. Anlayışı. Növləri

1. Sahiblik əşya üzərində faktiki hökmranlığı könüllü (istəkli) əldə etməklə yaranır.

2. Sahib sayılmır o şəxs, hansı ki əşyaya faktiki hökmranlıq edir, lakin başqa şəxsin xeyrinə və hansı ki əşyaya sahib olmaq səlahiyyətini həmin şəxsdən alıb. Yalnız səlahiyyəti verən şəxs sahib sayılır.

3. Əgər şəxs ona müəyyən müddət ərzində əşyaya sahib olmaq hüququ verən və ya onu əşyaya sahib olmağa məcbur edən hüquq münasibəti əsasında əşyaya sahiblik edirsə, bu şəxs birbaşa sahib sayılır, hüququ verən və ya öhdəliyi qoyan isə dolayı sahib sayılır.

4. Bir əşya bir neçə şəxsin müştərək istifadəsindədirsə, onlar ortaq (şərikli) sahib sayılırlar.

5. Bir əşyanın hissələri bir neçə şəxsin istifadəsindədirsə, onlar ayrı-ayrı hissələrin sahibi sayılırlar.

Maddə 156. Sahibliyə xitam verilməsi

Sahibi əşyanı həmişəlik təhvil verərsə (tərk edərsə) və ya başqa yol ilə əşya üzərindəki faktiki hökmranlığını itirərsə, sahibliyə xitam verilmiş sayılır.

Maddə 157. Sahibliyin varislərə (vərəsələrə) keçməsi

Sahiblik hüququ mirası verən şəxsdə (miraslıq malı qoyan şəxsdə) necə mövcud idisə, həmin formada da varislərə keçir.

Maddə 158. Mülkiyyətçi olmaq prezumpsiyası

1. Əşyanın sahibinin onun mülkiyyətçisi olduğu güman edilir.

2. Bu qayda əşya üzərində mülkiyyət münasibətinin xarakteri dövlət reyestrindən aşkar edildiyi halda tətbiq edilmir. Mülkiyyət prezumpsiyası köhnə sahibə də şamil edilmir, əgər o, bu əşyanı itiribsə, ondan oğurlayıblarsa və ya başqa cür onun sahibliyindən çıxıbsa. Mülkiyyət prezumpsiyası köhnə sahibin lehinə (xeyrinə) yalnız onun sahib olduğu dövr ərzində işləyir.

Maddə 159. Vicdanlı sahib

Vicdanlı sahib - əşyaya qanuni sahiblik edən və ya işgüzar münasibətlərdə tələb olunan diqqətli yoxlama əsasında səlahiyyətli şəxs kimi hesab edilə bilən şəxsdir.

Maddə 160. Əşyanın vicdanlı sahib tərəfindən qanunsuz sahiblikdən geri qaytarılması tələbi

Əgər vicdanlı sahib sahiblik hüququndan məhrum edilərsə, o, üç il ərzində əşyanın yeni sahibinə qaytarılmasını tələb edə bilər. Bu qayda yeni sahibin daha yaxşı sahiblik hüququna malik olduğu hallarda da tətbiq edilmir. Sahibliyin geri qaytarılması tələbi, daha yaxşı hüququ olan şəxsə qarşı da tətbiq edilə bilər, əgər o, zorakılıq və ya aldatma yolu ilə əşyanı əldə edibsə.

Maddə 161. Vicdanlı sahib tərəfindən qanunsuz müdaxilənin (maneəçiliyin) qarşısının alınması tələbi

Əgər vicdanlı sahib əşyadan məhrum edilmirsə, lakin onun sahibliyini həyata keçirməsinə başqa cür maneəçilik törədilirsə, o da mülkiyyətçi kimi müdaxilənin (maneəçiliyin) qarşısının alınmasını tələb edə bilər. Bundan əlavə, o, sahiblik hüququnun pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Ziyanın ödənilməsinin bu qaydası hətta müdaxilənin (maneəçiliyin) qarşısının alınmasını tələb etmək mümkün olmadıqda da tətbiq edilir.

Maddə 162. Qanuni sahibin hüquqları

1. Əşyanın geri qaytarılmasını qanuni sahibindən tələb etmək yolverilməzdir. Qanuni sahiblik ərzində əşyanın və hüququn bəhrəsi ona məxsus sayılır.

2. Bu qayda birbaşa sahibin dolayı sahiblə münasibətinə də aiddir.

Maddə 163. Səlahiyyətsiz vicdanlı sahibin vəzifəsi (öhdəliyi)

1. Əşyaya əvvəldən sahiblik hüququ olmayan və ya bu hüququnu itirmiş vicdanlı sahib əşyanı səlahiyyətli şəxsə qaytarmağa borcludur. Səlahiyyətli şəxs özünün bu hüququndan istifadə etmədikcə, əşyanın və hüququn bəhrəsi sahibinə (istifadəçisinə) aiddir.

2. Vicdanlı sahib əşyaya vicdanla sahiblik etdiyi zaman çəkdiyi və bu əşyadan istifadə ilə və ondan əldə edilən bəhrə ilə əvəzi ödənilməmiş təkmilləşdirmələrin və məsrəflərin ödənilməsini səlahiyyətli şəxsdən tələb edə bilər. Sahibin təqsiri üzündən əldə edilməyən bəhrənin dəyəri çıxılmalıdır. Eyni qayda əşyanın dəyərini artıran təkmilləşdirmələrə də şamil edilir, əgər artan dəyər əşyanın geri qaytarıldığı anda hələ də mövcuddursa.

3. Vicdanlı sahib tələbləri təmin edilənə qədər əşyanı qaytarmaqdan imtina edə bilər.

Maddə 164. Vicdansız sahibin öhdəlikləri

Vicdansız sahib həm əşyanı, həm də əldə etdiyi faydanı, əşyanın və ya hüququn bəhrəsini səlahiyyətli şəxsə qaytarmalıdır. Sahib (istifadəçi) təqsiri üzündən almadığı bəhrənin əvəzini ödəməyə borcludur. O, əşyaya edilən məsrəfləri və təkmilləşdirmələri yalnız o zaman tələb edə bilər ki, onlar əşyanın qaytarılması anında səlahiyyətli şəxsin varlanması (zənginləşməsi) ilə nəticələnmiş olsun. Vicdansız sahibə qarşı digər tələblər dəyişməz olaraq qalır.

Maddə 165. Daşınan əşyalar üzərində mülkiyyətin iddia müddəti ilə əldə edilməsi

1. Əgər şəxs beş il ərzində davamlı olaraq daşınan əşyaya özününkü kimi sahib olarsa, onun üzərində mülkiyyət hüququ əldə edər (iddia müddəti ilə mülkiyyətin əldə edilməsi).

2. Əgər alıcı əşyaya vicdansızcasına (pis niyyətlə) sahiblik edibsə və ya o, daha sonra həmin əşyanın ona məxsus olmadığını bilsə, daşınan əşyanın alınmasına yol verilmir.

Maddə 166. Əşyaya sahib olmağın davamlılığının fərziyyəsi

Əgər şəxs müəyyən zaman dövrünün əvvəlində və sonunda əşyaya sahib idisə, o zamanın orta dövründə də onun həmin əşyaya sahib olduğu güman edilir.

Maddə 167. Daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun iddia müddəti ilə əldə edilməsi

Şəxs torpaq sahəsinin və ya digər daşınmaz əmlakın üzərində mülkiyyət hüququ əldə etmədən dövlət reyestrinə mülkiyyətçisi kimi daxil edildikdə, o, bu mülkiyyət hüququnu o halda əldə edir ki, qeydiyyat on beş il ərzində mövcud olub və bu müddət ərzində həmin şəxs onlara öz mülkiyyəti kimi sahib olub.

Maddə 168. Mülkiyyətçinin pretenziyasına (iradına) görə əşyaya sahiblik hüququna xitam verilməsi

Mülkiyyətçi istifadəçiyə (sahibə) qarşı əsaslı tələb irəli sürərsə, əşyaya sahiblik hüququna xitam verilir.

Maddə 169. (çıxarılıb)

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Üçüncü Qapı

Mülkiyyət

Birinci fəsil

Mülkiyyətin məzmunu

Maddə 170. Anlayışı. Mülkiyyət hüququnun məzmunu

1. Mülkiyyətçi, qanuni və ya başqa cür, yəni müqavilə öhdəlikləri çərçivəsində əmlaka (əşyaya) sərbəst sahib ola və istifadə edə bilər, bu əmlakdan başqa şəxslərin faydalanmasına yol verməyə bilər, onun üzərində sərəncam verə bilər, əgər bu, qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını pozmursa və/və ya bu hərəkət hüquqdan sui-istifadəni təşkil etmirsə.

2. Hüquqdan sui-istifadə, mülkiyyətçinin üstün marağı müəyyən edilməmiş, yalnız başqalarına ziyan vuran mülkiyyətdən faydalanmaq sayılır və onun hərəkətinin zəruriliyi əsassızdır.

3. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməmək imkanı da daxildir. Əgər bu əşyadan istifadə etməmək və ya qayğısına qalmamaq (diqqət yetirməmək) ictimai maraqlara toxunursa (pozursa), qanun ondan istifadə etmək və ya ona qulluq etmək və saxlamaq öhdəliyini qoya bilər. Bu halda mülkiyyətçidən öhdəliyi ya özü yerinə yetirməsi tələb oluna bilər, ya da müvafiq ödənişlə (satın alma ilə) əşya başqa şəxsin istifadəsinə ötürülə bilər.

Maddə 171. Əşyanın əsas tərkib hissəsi üzərində mülkiyyət hüququ

Əşya üzərində mülkiyyət hüququ bu əşyanın əsas tərkib hissələrinə də şamil edilir.

Maddə 172. Əşyanın qanunsuz sahiblikdən tələb edilməsi və müdaxilənin (maneəçiliyin) qarşısının alınması tələbi

1. Sahibinin əşyaya sahiblik etmək hüququnun olduğu hallar istisna olmaqla, mülkiyyətçi sahibdən (istifadəçidən) əşyanı geri qaytarmağı tələb edə bilər.

2. Əgər əşyanı götürmədən və ya müsadirə etmədən mülkiyyətə giriş (zərər vurmaq) və ya başqa cür müdaxilə (maneəçilik) baş verərsə, o zaman mülkiyyətçi sərhəd pozucudan (zərər vurandan) bu hərəkəti dayandırmağı tələb edə bilər. Əgər bu cür müdaxilə yenə davam edərsə, mülkiyyətçi məhkəməyə iddia ərizəsi verməklə hərəkətin qarşısının alınmasını tələb edə bilər.

3. (çıxarılıb - 11.12.2015, №4625).

Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3885 - SSM I, №48, 22.12.2006-cı il., maddə.327

Gürcüstanın 11 dekabr 2015-ci il tarixli qanunu №4625 – veb-səhifə, 29.12.2015-ci il.

Maddə 173. Ümumi (ortaq) mülkiyyət

1. Ümumi (şərikli və paylı) mülkiyyət qanunun qüvvəsi ilə və ya əqd əsasında yaranır. Hər bir müştərək (ortaq) mülkiyyətçi ümumi (ortaq) mülkiyyətində olan əmlaka görə üçüncü şəxslərə qarşı iddialar (tələblər) irəli sürə bilər. Hər bir ortaq mülkiyyətçi əşyanı yalnız bütün ortaq mülkiyyətçilərin xeyrinə tələb etmək hüququna malikdir.

2. Ümumi (ortaq) mülkiyyətdə olan əşya müştərək (ortaq) mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və onun maraqları üçün girov qoyula və ya hüquqən başqa cür yüklənə bilər.

3. Əgər qanunla və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, ortaq mülkiyyətçilər ümumi mülkiyyətdə olan əşyanın qulluq edilməsi və saxlanması xərclərini bərabər şəkildə ödəməlidirlər.

4. Gürcüstan qanunvericiliyi ilə birbaşa müəyyən edilməmişdirsə, ümumi mülkiyyət payını imtiyazlı (üstünlük verilən) satınalma hüququ tərəflərin razılaşması ilə müəyyən edilə bilər.

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 - veb-səhifə, 02.07.2019-cu il.

İkinci fəsil

Qonşuluq hüququ

Maddə 174. Anlayışı. Qarşılıqlı hörmət öhdəliyi

Qonşu torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birlərinə hörmət etməyə borcludurlar. Bütün torpaq sahələri və ya digər daşınmaz əmlak, haradan ki ikitərəfli (qarşılıqlı) təsir meydana gələ bilər, qonşu hesab edilir.

Maddə 175. Qonşuluq təsirlərinə dözmək öhdəliyi

1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, vibrasiyanın və ya bu kimi digər hadisələrin onun sahəsinə təsirlərini qadağan edə bilməz, əgər onlar mülkiyyətçinin öz sahəsini istifadə etməsinə mane olmurlarsa və ya onun hüququnu əhəmiyyətsiz dərəcədə (cüzi) pozurlarsa (tapdalayırlarsa).

2. Eyni qayda təsirin əhəmiyyətli olduğu, lakin onun başqa torpaq sahəsindən və ya digər daşınmaz əmlakdan normal istifadə nəticəsində yarandığı və belə istifadəçilər üçün normal təsərrüfat fəaliyyəti hesab edilən tədbirlərlə qarşısı alına bilməyən hərəkətlərə də şamil edilir.

3. Mülkiyyətçi bu cür təsirə dözmək məcburiyyətindədirsə, təsir həmin yerdə normal hesab edilən faydalılıqdan və iqtisadi cəhətdən məqbul həddən artıq olduqda, o, təsirə səbəb olan sahənin mülkiyyətçisindən müvafiq pul kompensasiyası tələb edə bilər.

Maddə 176. Yolverilməz pozuntu

Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahələrdə bu cür tikililərin tikintisinə və ya istismarına qadağa qoyulmasını tələb edə bilər, hansılar ki sahədən istifadə etmək hüququnu yolverilməz şəkildə pozur və bu, eyni şəkildə aydındır.

Maddə 177. Təhlükənin qarşısının alınmasını tələb etmək

Əgər torpaq sahəsinə qonşu ərazidən binanın uçması təhlükəsi yaranarsa, mülkiyyətçi - qonşudan bu təhlükənin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsini tələb edə bilər. Bir neçə torpaq sahəsində axar su və qrunt (torpaq altı) sularının istiqamətinin başqa torpaq sahəsindəki suyun miqdarını azaldacaq və/və ya bu suların keyfiyyətinin pisləşməsinə səbəb olacaq şəkildə dəyişməsi (manipulyasiyası) yolverilməzdir; çayların təbii axınına maneəçilik törətmək yolverilməzdir.

Maddə 178. Qonşu sahənin mülkiyyətçisinin meyvə (məhsul) üzərindəki hüququ

1. Ağacın və ya kolun meyvəsi qonşu torpaq sahəsinə düşərsə, o, həmin (düşdüyü) sahənin meyvəsi sayılacaq.

2. Torpaq sahəsinin mülkiyyətçisi onun sahəsinə keçmiş ağacın və ya kolun köklərini, budaqlarını kəsə bilər.

Maddə 179. Dözmək öhdəliyinə görə pul kompensasiyası

1. Torpaq sahəsinin mülkiyyətçisi tikinti apararkən bilmədən (qəsdi olmadan) qonşu sahənin hüdudlarını keçibsə, qonşu sahənin mülkiyyətçisi əvvəlcədən və ya bildirişlə ona qarşı bəyan etdiyi hallar istisna olmaqla, buna dözməlidir.

2. Sərhədi pozan qonşu hər il əvvəlcədən ödənilməli olan pul kompensasiyasını ödəməyə borcludur.

Maddə 180. Zəruri yol

1. Torpaq sahəsinin ümumi istifadədə olan yollarla, elektrik, neft, qaz və su təchizatı şəbəkəsi ilə müntəzəm istifadə üçün zəruri əlaqəsi olmadıqda, mülkiyyətçi bu cür zəruri əlaqəni təmin etmək üçün qonşusundan onun torpaq sahəsindən istifadə etməsinə dözməsini tələb edə bilər. Torpaqlarından zəruri yol və ya naqil (naqillər) keçən qonşulara müvafiq kompensasiya verilməlidir ki, bu da tərəflərin razılaşması ilə birdəfəlik ödəniş kimi ifadə edilə bilər.

2. Torpaq sahəsi ilə artıq mövcud olan əlaqə mülkiyyətçinin özbaşına hərəkəti ilə ləğv edildikdə, zəruri yola və ya naqillərə dözmək öhdəliyi yaranmır.

Maddə 181. Sərhəd xəttini çəkmək (qurmaq) öhdəliyi

1. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən bərk sərhəd xəttinin çəkilişində və ya artıq mövcud olan, lakin silinmiş və ya zədələnmiş xəttin bərpasında iştirak etməsini tələb edə bilər. Qarşılıqlı razılaşma və ya digər hüquq münasibətləri ilə başqa hal müəyyən edilməyibsə, ayırma xərcləri qonşular arasında bərabər şəkildə bölüşdürülür.

2. Dəqiq sərhədi müəyyən etmək mümkün deyilsə, o zaman qonşuların faktiki sahibliyi ayrılma üçün həlledici əhəmiyyət kəsb edir. Faktiki sahibliyi dəqiq müəyyən etmək mümkün olmadıqda, mübahisəli sahə torpaq sahələrinin arasında bərabər bölünəcək. Əgər bu bölgü ədalətsiz nəticələrə gətirib çıxararsa, o zaman tərəflərdən birinin ərizəsi əsasında sərhədi məhkəmə müəyyən edəcək.

Maddə 182. Sərhəd tikintisindən istifadə hüququ

1. Torpağın iki sahəsi bir-birindən hasarla (çəpərlə) və ya sərhəd kimi istifadə edilən başqa tikili ilə ayrılıbsa, torpaq sahəsinin mülkiyyətçilərinin bu tikilidən istifadə etməkdə bərabər hüquqa malik olduqları güman edilir, əgər tikilinin xarici tərəfi onun qonşulardan yalnız birinin mülkiyyəti olduğunu birbaşa göstərmirsə.

2. Hər iki qonşunun sərhəd kimi istifadə edilən tikilidən birgə istifadə etmək hüququ varsa, onların hər biri tikilidən yalnız o şəkildə istifadə edə bilər ki, bu, digər (ikinci) qonşunun birgə istifadəsinə mane olmasın.

3. Tikilinin qulluğu və saxlanması xərcləri qonşular arasında bərabər şəkildə bölüşdürülür.

4. Nə qədər ki, qonşulardan birinin bu sərhəd strukturunun mövcudluğunda marağı var, qonşunun razılığı olmadan onu götürmək və ya dəyişdirmək olmaz.

Üçüncü fəsil

Əmlakın alınması və itirilməsi

I. Daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun əldə edilməsi

Maddə 183. Əqd əsasında daşınmaz əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi

1. Daşınmaz əşyanı almaq üçün yazılı formada əqd bağlamaq və bu əqdlə müəyyən edilmiş mülkiyyət hüququnu alıcısının adına dövlət reyestrində qeydiyyatdan keçirmək zəruridir.

2. Uşağın mülkiyyətində olan daşınmaz əşya üzərində onun valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən sərəncam verilməsinə məhkəmənin razılığı əsasında uşağın ən yaxşı maraqlarına uyğun olaraq yol verilir.

Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321

Gürcüstanın 23 mart 2010-cu il tarixli qanunu №2799 - SSM I, №14, 30.03.2010-cu il., maddə.94

Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.

Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5013 – veb-səhifə, 27.09.2019-cu il.

Gürcüstanın 21 may 2020-ci il tarixli qanunu №5913 – veb-səhifə, 25.05.2020-ci il.

Maddə 184. Daşınmaz əşya üzərində mülkiyyət hüququnu tərk etmək

Daşınmaz əşya üzərində mülkiyyət hüququndan və ya digər hüquqdan imtina etmək (tərk etmək) üçün səlahiyyətli şəxs tərəfindən bu hüquqdan imtina barədə ərizə təqdim edilməli və bu ərizə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Ərizə reyestr xidmətinə təqdim edilməlidir. Yalnız bundan sonra hüquqdan imtina (tərk etmək) ərizəsi məcburi qüvvə qazanır.

Maddə 185. Alıcının maraqlarının müdafiəsi

Alıcının maraqlarına əsasən, özgəninkiləşdirən (satıcı) dövlət reyestrində belə qeydiyyata alınmışsa, mülkiyyətçi sayılır, o hal istisna olmaqla – nə vaxt ki, alıcı bilirdi ki, özgəninkiləşdirən (satıcı) mülkiyyətçi deyil. (Konstitusiyaya zidd elan edildi 185-ci maddənin o normativ məzmunu, hansına ki əsasən, „Özgəninkiləşdirən şəxs dövlət reyestrində belə qeydiyyata alındıqda, mülkiyyətçi sayılır - o halda, nə vaxt ki, reyestrin qeydindən şikayət verilib və bu fakt alıcıya məlumdur) – Gürcüstanın Konstitusiya Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli Qərarı №3/4/550 – veb-səhifə, 26.10.2017-ci il.

II. Daşınan əşyalar üzərində mülkiyyət hüququnun əldə edilməsi

Maddə 186. Daşınan əşya üzərində mülkiyyət hüququnun əldə edilməsinin əsasları

1. Daşınan əşya üzərində mülkiyyət hüququnu ötürmək üçün mülkiyyətçinin əşyanı alıcıya real hüquq əsasında təhvil verməsi zəruridir.

11. Uşağın mülkiyyətində olan - dəyəri 1 000 laridən artıq olan daşınan əşya üzərində onun valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən sərəncamın verilməsinə məhkəmənin razılığı əsasında uşağın ən yaxşı maraqlarına uyğun olaraq yol verilir.

2. Əşyanın ötürülməsi sayılır: əşyanı alıcının birbaşa sahibliyinə (istifadəsinə) təhvil vermək; dolayı sahibliyin müqavilə ilə ötürülməsi, nə zaman ki, əvvəlki mülkiyyətçi birbaşa sahib olaraq qala bilər; mülkiyyətçi tərəfindən alıcıya üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnun verilməsi.

Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5013 – veb-səhifə, 27.09.2019-cu il.

Gürcüstanın 21 may 2020-ci il tarixli qanunu №5913 – veb-səhifə, 25.05.2020-ci il.

Maddə 187. Vicdanlı (yaxşı niyyətli) alıcı

1. Özgəninkiləşdirən şəxs əşyanın mülkiyyətçisi (sahibi) olmadığı halda belə, alıcı əşyanın mülkiyyətçisi (sahibi) olur, amma alıcı bu fakta vicdanla yanaşır. Alıcı, özgəninkiləşdirən şəxsin mülkiyyətçi (sahib) olmadığını bilirdisə və ya bilməli idisə, vicdanlı sayılmayacaq. Əşyanın təhvil verilməsindən əvvəl vicdanlılıq faktı mövcud olmalıdır.

2. Əşyanı mülkiyyətçi (sahib) itirdikdə, oğurlatdıqda və ya başqa şəkildə, iradəsinin əleyhinə onun sahibliyindən çıxdıqda və/və ya alıcı onu təmənnasız (pulsuz) aldıqda, vicdanlı alıcı əşyanın mülkiyyətçisi (sahibi) ola bilməz. Bu məhdudiyyətlər pula, qiymətli kağızlara və hərracda satılan əşyalara şamil edilmir.

Gürcüstanın 28 dekabr 2011-ci il tarixli qanunu №5667– veb-səhifə, 30.12.2011-ci il.

Maddə 188. Şərti mülkiyyətçilik (sahiblik)

1. Əgər özgəninkiləşdirən şəxs mülkiyyət hüququnun yalnız əşyanın qiyməti ödənildikdən sonra alıcıya keçəcəyini şərt qoyubsa, qiymət tam ödənildikdən sonra mülkiyyətin alıcıya keçəcəyi güman edilir. Alıcı qiymətin ödənilməsini gecikdirirsə və özgəninkiləşdirən şəxs müqavilədən imtina edirsə, tərəflər artıq ikitərəfli (qarşılıqlı) şəkildə həyata keçirilmiş icranı qaytarmalıdırlar.

2. Birinci hissədə qeyd olunan şərt, özgəninkiləşdirən şəxs qiymətin ödənilməsindən başqa hər hansı şəkildə təmin edildikdə və ya alıcı tələbin iddia müddətini göstərdikdə, yerinə yetirilmiş sayılır.

Maddə 189. Qiymətli kağızlar vasitəsilə mülkiyyət hüququnun ötürülməsi

Əgər mülkiyyət hüququnun alıcıya keçməsi üçün əşyanın təhvil verilməsi müqabilində qiymətli kağızı təhvil vermək lazımdırsa, özgəninkiləşdirən şəxs qiymətli kağızı alıcıya verdiyi andan mülkiyyət hüququ ötürülmüş (alıcıya keçmiş) sayılır.

Maddə 190. Sahibsiz daşınan əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi

1. Şəxs sahibsiz daşınan əşyaya sahiblik etdikdə, onun mənimsənilməsi qanunla qadağan edilmədikdə və ya bu əşyanı mənimsəmək hüququna malik olan şəxsin hüquqları mənimsənilmə ilə pozulmadıqda, o, həmin əşya üzərində mülkiyyət hüququ əldə edir.

2. Daşınan əşya, əgər əvvəlki sahibi mülkiyyət hüququndan imtina etmək məqsədi ilə həmin əşyaya sahiblikdən imtina edərsə (əl çəkərsə), sahibsiz sayılır.

Maddə 191. Tapıntı

1. İtirilmiş əşyanı tapan şəxs əşyanı itirmiş şəxsə, sahibinə, səlahiyyətli şəxsə və ya onların şəxsiyyəti (kimliyi) məlum deyilsə – polisə və ya digər yerli orqana dərhal məlumat verməli (bildirməli) və həmin əşyanı təhvil verməlidir.

2. Ərizə verildiyi vaxtdan bir il keçdikdən sonra tapan şəxs tapılan əşyanın üzərində mülkiyyət hüququ əldə edir, o hal istisna olmaqla - nə vaxt ki, mülkiyyətçi (sahib) ona məlum oldu və ya mülkiyyətçinin (sahibin) əşya üzərində hüququ artıq polisə bəyan edilmişdi. Mülkiyyət hüququnun əldə edilməsi ilə yanaşı, bu əşya üzərindəki bütün digər hüquqlar ləğv edilir.

3. Səlahiyyətli şəxs əşyanı özünə geri qaytararsa (geri alarsa), tapan şəxs ondan tapılmalı əşyanın dəyərinin beş faizinə qədər mükafat tələb edə bilər. Bundan əlavə, tapan şəxs səlahiyyətli şəxsdən və ya müvafiq orqandan əşyanın saxlanması xərclərinin ödənilməsini tələb edə bilər.

4. Tapan şəxs mülkiyyətdən imtina etdikdə, səlahiyyətli orqan bir ildən sonra əşyanı hərracda satıb qazanc əldə edə bilər və ya əgər dəyəri az olan əşyadan söhbət gedirsə - onu təmənnasız olaraq özgəninkiləşdirə və ya məhv edə bilər.

5. Heyvanlar, tez xarab olan və ya saxlanması yüksək xərc tələb edən (baha başa gələn) əşyalar tapılarsa, o zaman bir illik müddət tətbiq edilmir, onların satışından əldə edilən məbləğ isə sahibinə qaytarılır.

Maddə 192. Dəfinə

Sahibini müəyyən etmək mümkün olmayan, uzun müddət ərzində basdırılmış əşya (dəfinə) tapılıbsa, o zaman mülkiyyətin yarısı tapan şəxsə və ərazisində (torpağında) dəfinənin tapıldığı mülkiyyətçiyə (sahibə) keçir.

Maddə 193. Torpaq sahəsinin əsas tərkib hissəsi üzərində mülkiyyət hüququ əldə etmək

Əgər daşınan əşya torpaq sahəsinə elə bağlıdırsa ki, o, bu sahənin əsas (vacib) tərkib hissəsinə çevrilmişdir, o zaman 150-ci maddənin 2-ci hissəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda bu əşyanın da mülkiyyətçisi olur.

Maddə 194. Daşınan əşyaların birləşməsi nəticəsində yaranan əşya üzərində ortaq mülkiyyət hüququ

1. Əgər daşınan əşyalar bir-biri ilə yeni tək bir əşyanın əsas tərkib hissələrinə çevriləcək şəkildə bağlanarlarsa və ya daşınan əşyalar bir-biri ilə birləşdirilərsə, əvvəlki sahiblər bu yeni əşyanın ortaq sahibləri olurlar. Pay - əşyaların birləşdiyi anda malik olduqları dəyərə uyğun olaraq müəyyən edilir.

2. Müəyyən edilmiş baxışa görə, əşyalardan biri əsas əşya hesab edilərsə, o zaman onun sahibi mənsubun üzərində də mülkiyyət hüququ əldə edəcək.

Maddə 195. Materialın yenidən işlənməsi nəticəsində yaranan yeni daşınan əşya üzərində ortaq mülkiyyət hüququ

Əgər materialın yenidən işlənməsi və/və ya dəyişdirilməsi nəticəsində yeni daşınan əşya yaranarsa, o zaman istehsalçı və materialın sahibi yeni əşyanın ortaq mülkiyyətçiləri olurlar. Sazişdə başqa hal müəyyən edilməyibsə, pay - materialın dəyərinə və istehsal xərclərinə mütənasib olaraq müəyyən edilir.

Maddə 196. Mülkiyyətin ötürülməsi zamanı hüquqların ləğv edilməsi

Mülkiyyət 193-195-ci maddələrə uyğun olaraq ötürülərsə, bu əşyaya dair mövcud olan bütün digər hüquqlar qüvvədən düşür.

Maddə 197. Yeni sahibdən dəymiş zərərin ödənilməsi tələbi

1. 193-195-ci maddələrə uyğun olaraq öz mülkiyyətini itirən və ya başqa cür hüququ pozulan şəxs, mülkiyyətçiyə çevrilmiş şəxsdən dəymiş zərərin ödənilməsini tələb edə bilər. İlkin vəziyyətin bərpası tələbi yolverilməzdir.

2. Yeni mülkiyyətçi əşyanı təmənnalı müqavilə (alqı-satqı müqaviləsi) ilə üçüncü şəxsdən almışdırsa, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş tələb yaranmır.

III. Hüquqlar və tələblər üzrə mülkiyyətin əldə edilməsi

Maddə 198. Anlayışı. Mövzusu

1. Təslim edilə (vaz keçilə) və girov qoyula bilən tələblər və ya hüquqlar onların sahibi tərəfindən mülkiyyət kimi başqa şəxsə verilə bilər. Tələblər və hüquqlar köhnə sahibin əlində olduğu vəziyyətdə yeni şəxsə keçir.

2. Köhnə sahib tələblərə və hüquqlara aid onda olan bütün sənədləri və bu tələb və hüquqların tətbiqi üçün zəruri olan bütün məlumatları yeni sahibə təhvil verməyə borcludur.

3. Köhnə sahib həm də bu hüquqdan və tələbdən vaz keçmək haqqında lazımi qaydada təsdiq edilmiş sənədi, tələb əsasında, alıcıya təhvil verməyə borcludur. Bu sənədin təsdiqlənməsi xərclərini yeni sahib ödəməlidir.

Maddə 199. İddiadan (tələbdən) vaz keçmək

1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə təslim edə bilər, əgər bu, öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanuna zidd deyilsə (tələbdən vaz keçmək). Vaz keçmənin yolverilməzliyi haqqında borclu ilə razılaşma yalnız borclunun üzrlü (hörmətli) marağı olduqda mümkündür.

2. Tələbdən vaz keçmək iddia sahibi və üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda, ilkin sahibin yerini üçüncü şəxs tutur.

Maddə 200. Tələbdən vaz keçərkən borclunun hüququ

Tələbdən vaz keçmək haqqında borcluya məlumat verilməzdən əvvəl, o, tələbin ilkin sahibi qarşısında öhdəliyi yerinə yetirmək hüququna malikdir.

Maddə 201. Tələbdən vaz keçərkən təminat vasitələrinin keçidi

1. Tələbdən vaz keçməklə, onun təmin edilməsi vasitələri və tələb ilə bağlı digər hüquqlar da yeni sahibə keçir.

2. Borclu, tələbdən vaz keçmək haqqında arayışı aldığı zaman, ilkin sahibə qarşı olan bütün cavab ərizələrini yeni sahibə təqdim etmək hüququna malikdir.

Maddə 202. İddianın (tələbin) sahiblərinin sırası (ardıcıllığı)

İddianın sahibi eyni iddianın bir neçə şəxsə təslim edilməsinə razılıq verdikdə, iddia sahibinin başqalarından daha tez münasibət qurduğu şəxs borclunun qarşısında səlahiyyətli olacaqdır. Bunu müəyyən etmək mümkün olmadıqda, üstünlük borcluya əvvəllər haqqında məlumat verilmiş şəxsə verilir.

Maddə 203. Borcun yenidən tapşırılması

1. İddianın sahibi ilə bağlanmış müqaviləyə əsasən üçüncü şəxs də borcu öz üzərinə götürə bilər (borcun yenidən tapşırılması). Belə olan halda ilkin borclunun yerini üçüncü şəxs tutacaq.

2. İlkin borclu iddia sahibi ilə üçüncü şəxs arasında bağlanmış bu razılaşma ilə razılaşmamaq və borcu özü ödəmək hüququna malikdir.

Maddə 204. Borc yenidən tapşırılarkən iddia sahibinin razılığı

Üçüncü şəxs və borclu borcun yenidən tapşırılması barədə razılaşdıqda, onun yenidən tapşırılmasının etibarlılığı iddiaçının (tələb sahibinin) razılığından asılıdır. “Kommersiya banklarının fəaliyyəti haqqında” Gürcüstan Qanunu, “Mikromaliyyə təşkilatları haqqında” Gürcüstan Qanunu və “Ödəniş sistemi və ödəniş xidmətləri haqqında” Gürcüstan Qanunu ilə nəzərdə tutulmuş hallarda borcun yenidən tapşırılmasının etibarlılığı üçün iddia sahibinin razılığı tələb olunmur.

Gürcüstanın 23 dekabr 2017-ci il tarixli qanunu №1901 – veb-səhifə, 11.01.2018-ci il.

Maddə 205. Yeni borclunun hüquqları

Yeni borclu iddiaçıya (tələb sahibinə) qarşı bütün cavab ərizələrini irəli sürə bilər, hansılar ki tələb sahibi ilə ilkin borclu arasındakı münasibətdən (əlaqədən) qaynaqlanır. Onun ilkin borcluya məxsus olan tələbləri əvəzləşdirmək hüququ yoxdur.

Maddə 206. Borc yenidən tapşırılarkən iddianın təmin edilməsi vasitəsinə xitam verilməsi

Borc yenidən tapşırıldıqdan dərhal sonra iddianın təmin edilməsi üçün nəzərdə tutulan zaminlik və ya girov ləğv edilir, əgər zamin və ya girovu qoyan bu münasibətin davam etdirilməsinə razılıq verməzsə. “Kommersiya banklarının fəaliyyəti haqqında” Gürcüstan Qanunu, “Mikromaliyyə təşkilatları haqqında” Gürcüstan Qanunu və “Ödəniş sistemi və ödəniş xidmətləri haqqında” Gürcüstan Qanunu ilə nəzərdə tutulmuş hallarda zaminin və ya girovu qoyanın razılığı tələb olunmur.

Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1902 – SSM I, №4, 22.01.2003-cü il., maddə.20

Gürcüstanın 20 dekabr 2019-cu il tarixli qanunu №5667 – veb-səhifə, 31.12.2019-cu il.

Maddə 207. Qanun gücü ilə tələbdən vaz keçmək

Hüquqlar və tələblər üzrə mülkiyyət hüququnun əldə edilməsi qaydaları müvafiq olaraq o tələblərdən vaz keçməklə (başqasına təslim etməklə) bağlı tətbiq edilir, hansılar ki qanunun gücü ilə, məhkəmənin və ya səlahiyyətli dövlət orqanının qərarı əsasında həyata keçirilir.

Dördüncü fəsil

Çoxmənzilli yaşayış evindəki mənzil üzərində mülkiyyət hüququ

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

I. Ümumi müddəalar

Maddə 208. Çoxmənzilli yaşayış evində fərdi mülkiyyət obyektinin (mənzil və/və ya qeyri-yaşayış sahəsi) alınmasının əsasları

Fərdi mülkiyyət obyektini (mənzil və/və ya qeyri-yaşayış sahəsini) almaq üçün yazılı formada əqd bağlamaq və alıcıya bu əqdlə müəyyən edilmiş mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaq zəruridir.

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 209. Kirayəyə verilmiş mənzili almaq

Əgər şəxs kirayəyə verilmiş mənzili alarsa, o zaman o, kirayəyə verənin yerini tutur.

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 210. (çıxarılıb)

Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 211. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 212. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 213. (çıxarılıb)

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 214. (çıxarılıb)

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 215. (çıxarılıb)

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 216. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 217. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 218. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 219. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 220. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 221. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 222. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 223. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 224. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 225. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 226. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 227. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 228. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 229. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 230. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 231. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Maddə 232. (çıxarılıb)

Gürcüstanın 11 iyul 2007-ci il tarixli qanunu №5278 - SSM I, №29, 27.07.2007-ci il., maddə.322

Beşinci fəsil

Başqasının mülkiyyətindən məhdud istifadə

I. Torpaq sahəsində tikinti

Maddə 233. Anlayışı (konsepsiyası)

1. Torpaq sahəsi müəyyən müddətə başqa şəxsin istifadəsinə verilə bilər ki, o, bu sahədə və ya onun altında hər hansı tikili tikmək hüququna, habelə bu hüququ özgəninkiləşdirmək, vərəsəliklə ötürmək, tələb etmək, kirayəyə vermək hüququna malik olsun (tikinti hüququ).

2. Tikinti hüququ torpaq sahəsinin tikinti üçün lazım olmayan, lakin tikilidən (binadan) daha yaxşı istifadə imkanı verən hissəsinə də şamil edilə bilər.

3. Tikinti hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyən edilir və doxsan doqquz ildən artıq olmamalıdır.

Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144

Maddə 234. Tikinti hüququnun yaranması, əldə edilməsi və xitam verilməsi. Tikinti üzərində mülkiyyət hüququ

1. Tikinti hüququnun yaranmasına və əldə edilməsinə müvafiq olaraq daşınmaz əşyanın əldə edilməsi qaydaları tətbiq edilir.

2. Tikinti hüququ əsasında tikilmiş tikinti (bina) tikinti hüququnun vacib tərkib hissəsi hesab edilir və tikinti hüququna malik olan şəxsin mülkiyyəti kimi qeydiyyata alınır.

3. Tikinti hüququna xitam verildikdə, tikinti hüququ əsasında tikilmiş tikili (bina) torpaq sahəsinin vacib tərkib hissəsinə çevrilir.

Gürcüstanın 27 aprel 2010-cu il tarixli qanunu №2978 - SSM I, №24, 10.05.2010-cu il., maddə.144

Maddə 235. Tikinti hüququnun özgəninkiləşdirilməsi

Tərəflərin razılaşması ilə tikinti hüququnun özgəninkiləşdirilməsi və ya kirayəyə verilməsi üçün torpaq sahəsinin mülkiyyətçisinin razılığı tələb olunduqda, mülkiyyətçi bu razılığı verməkdən yalnız bunun üçün əhəmiyyətli (ciddi) əsas mövcud olduqda imtina edə bilər.

Maddə 236. Tikinti hüququ üçün ödəniş

1. Tikinti hüququnun sahibinə müqavilə əsasında ödəniş ödəmək öhdəliyi qoyula bilər. Torpaq sahəsinin mülkiyyətçisinin bu hüququ sahənin üzərində mülkiyyət hüququndan ayrılmazdır.

2. Ödəniş ödənilmədiyinə görə, tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, bu öhdəliyi 2 il ərzində yerinə yetirmədikdə, tikinti hüququna mülkiyyətçi tərəfindən birtərəfli qaydada xitam verilə bilər.

3. Tərəflər tikinti hüququ üçün ödənişi on il fasilə (ara) ilə müəyyən edə bilərlər. İqtisadi şərtlər əhəmiyyətli dərəcədə dəyişərsə, tərəflər ödəniş barədə yenidən (başdan) razılaşmağa borcludurlar.

Gürcüstanın 16 oktyabr 2015-ci il tarixli qanunu №4336 – veb-səhifə, 20.10.2015-ci il.

Maddə 237. Tikinti hüququnun qeydiyyatı

Tikinti hüququ dövlət reyestrinə torpaq sahəsi üzrə mülkiyyətçi olmayanların əşyavi hüquqları arasında yalnız birinci növbəli hüquq kimi daxil edilir. Bu sıra dəyişdirilə bilməz.

Maddə 238. Tikinti hüququna xitam verilməsi

1. Tikinti hüququna xitam verilməsi üçün mülkiyyətçinin razılığı tələb olunur.

2. Torpaq üzərində ucaldılan tikilinin (binanın) sökülməsi (uçurulması) ilə tikinti hüququ yox olmur.

Maddə 239. Təmənnalı (satın alınan) tikinti hüququna xitam verilməsi

1. Təmənnalı tikinti hüququnun müddəti keçdiyi halda, tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, torpaq sahəsinin mülkiyyətçisi tikinti hüququnun sahibinə bu sahədə ucaldılmış tikilinin (binanın) dəyərinin üçdə ikisi məbləğində kompensasiya (ödəniş) verməlidir.

2. Torpaq sahəsinin mülkiyyətçisi tikinti hüququnu kompensasiyanın ödənilməsi müqabilində tikinti hüququnun sahibinə bu sahədə ucaldılmış tikilinin (binanın) mövcud olduğu təxmini müddətə uzada bilər, əgər tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa. Tikinti hüququnun sahibi tikinti hüququnun müddətini uzatmaqdan imtina etdikdə, o, kompensasiya tələb etmək hüququnu da itirir.

3. Tikinti hüququna xitam verildikdə, tikinti hüququnun sahibinin tikilini (binanı) və ya onun tərkib hissələrini götürmək (aparmaq) hüququ yoxdur.

Gürcüstanın 16 oktyabr 2015-ci il tarixli qanunu №4336 – veb-səhifə, 20.10.2015-ci il.

Maddə 240. Ödəniş tələbinin dövlət reyestrində qeydiyyatı

1. Tikinti hüququna xitam verildikdən sonra tikintidən yaranan ödənişin (kompensasiyanın) ödənilməsini tələb etmək hüququ (əgər varsa) dövlət reyestrində tikinti hüququnun yerini tutur və eyni ardıcıllıqla onu əvəz edir.

2. Tikinti hüququ onun müddəti keçdiyi vaxtda hələ də ipoteka ilə yüklüdürsə, ipoteka qoyan şəxs ödəniş tələbi üzrə girov qoymaq hüququna malikdir.

Gürcüstanın 16 oktyabr 2015-ci il tarixli qanunu №4336 – veb-səhifə, 20.10.2015-ci il.

Maddə 241. Tikinti hüququna xitam verildikdə hüquqi vərəsəlik (əvəz etmək)

Tikinti hüququna xitam verildikdə, torpaq sahəsinin mülkiyyətçisi tikinti hüququ olan şəxsin bağladığı kirayə və ya icarə müqaviləsinin iştirakçısına çevrilir.

II. Uzufrukt

Maddə 242. Anlayışı (konsepsiyası)

Daşınmaz əşya başqa şəxsə elə istifadə üçün verilə bilər ki, o, mülkiyyətçi kimi bu əşyadan istifadə etmək səlahiyyətinə malik olsun və ondan üçüncü şəxslərin istifadə etməsinə icazə verməsin, amma mülkiyyətçidən fərqli olaraq, onun bu əşyanı özgəninkiləşdirmək, ipoteklə yükləmək və ya vərəsəliklə (miras olaraq) vermək hüququ yoxdur (uzufrukt). Bu əşyanı kirayəyə və ya icarəyə vermək üçün mülkiyyətçinin razılığı tələb olunur. Uzufrukt ləğv edildikdən sonra, mülkiyyətçi mövcud kirayə və ya icarə münasibətlərinin iştirakçısı olur.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 243. Uzufruktun müəyyənləşdirilməsinin hüquqi tənzimlənməsi

Uzufruktun müəyyən edilməsi zamanı - daşınmaz əşyaların alınması zamanı olduğu kimi, eyni qaydalar tətbiq edilir.

Maddə 244. Uzufruktun növləri

1. Uzufrukt təmənnalı və təmənnasız ola bilər.

2. Uzufrukt müvəqqəti və ya onu qəbul edənin (uzufruktuarın) ömrü boyu mövcud ola bilər. Uzufrukt fiziki şəxs öldükdə və ya xeyrinə uzufrukt müəyyən edilmiş hüquqi şəxs ləğv edildikdə, ləğv edilir.

Maddə 245. Uzufruktuarın hüquq və vəzifələri

1. Uzufrukt başlamazdan əvvəl tərəflər uzufruktla veriləcək obyektlərin vəziyyətini təsvir edə bilərlər.

2. Mülkiyyətçinin razılığı olmadan uzufruktuarın istifadə məqsədini dəyişmək hüququ yoxdur.

3. Uzufruktuar bu əşyadan normal (adi) təsərrüfat istifadəsi nəticəsində əldə edilməmiş məhsulu (meyvəni) və faydanı da almaq hüququna malikdir. Bu halda o, belə istifadə nəticəsində əşyaya dəymiş ziyanı mülkiyyətçiyə ödəməyə borcludur.

4. Uzufruktuar əşyanın normal köhnəlməsinə (aşınmasına) görə məsuliyyət daşımır. O, cari xərcləri ödəməyə, əşyanı təmir etməyə, habelə əşyanın normal təsərrüfat saxlanmasının (qulluğunun) qayğısına qalmağa borcludur.

5. Uzufruktuar, əgər bu, qanunla və ya tərəflərin razılaşması ilə nəzərdə tutulmuşdursa, uzufruktun mövcud olduğu müddətdə əşyanı sığortalamağa borcludur. Əgər uzufrukt predmeti dövlət və ya bələdiyyə mülkiyyətində olan daşınmaz əşyadırsa və uzufruktuar ictimai hüququn hüquqi şəxsidirsə, bələdiyyədirsə (uzufrukt predmetinin sahibi başqa bələdiyyə olduqda) və ya dövlət və ya bələdiyyə tərəfindən təsis edilmiş qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsidirsə, əşyanın sığortası məcburi deyil.

6. Əşya məhv olarsa, zədələnərsə və ya onun saxlanması üçün gözlənilməz xərclər yaranarsa, uzufruktuar bu barədə dərhal mülkiyyətçiyə məlumat verməlidir. O, bu vəziyyətdən qaçmaq üçün (qarşısını almaq üçün) mülkiyyətçi tərəfindən görülən tədbirlərə dözməlidir. Mülkiyyətçi müvafiq tədbirlər görməyə (ölçülər götürməyə) borclu deyil. Əgər uzufruktuar bu tədbirləri özü həyata keçirirsə, uzufrukt başa çatdıqdan sonra o, bu tədbirlər nəticəsində əlavə etdiyi predmetləri əşyadan (obyektdən) çıxara (uzaqlaşdıra) və ya mülkiyyətçidən həmin predmetlərin əvəzinin lazımi qaydada ödənilməsini tələb edə bilər.

7. Əgər uzufruktuar normal təsərrüfat fəaliyyəti çərçivəsində ayrı-ayrı predmetləri özgəninkiləşdirirsə, bu zaman özgəninkiləşdirilən predmetlərin yerini onun əldə etdiyi predmetlər tutmalıdır.

Gürcüstanın 17 iyul 2009-cu il tarixli qanunu №1541 - SSM I, №21, 03.08.2009-cu il., maddə.124

Gürcüstanın 15 iyul 2020-ci il tarixli qanunu №6989 – veb-səhifə, 28.07.2020-ci il.

Maddə 246. Uzufrukta xitam verilməsi

1. Uzufruktuar uzufruktun müddəti başa çatdıqdan sonra əşyanı mülkiyyətçiyə qaytarmağa borcludur.

2. Uzufrukt mülklə (əmlakla) birlikdə bir adamın əlinə keçərsə, yox olur.

III. Servitutlar

Maddə 247. Anlayışı (konsepsiyası)

1. Torpaq sahəsi və ya digər daşınmaz əmlak başqa torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisinin xeyrinə elə istifadə edilə (yüklənə) bilər ki, bu mülkiyyətçinin ayrı-ayrı hallarda bu sahədən istifadə etmək və ya bu sahə üzrə bəzi hərəkətlərin həyata keçirilməsinə qadağa qoymaq və/və ya yüklü torpaq sahəsinin mülkiyyətçisinin başqa bir sahəyə münasibətdə bəzi hüquqlarından istifadəsini istisna etmək hüququ olsun (servitut). Servitutun müəyyən edilməsinə daşınmaz əşyanın alınması üçün nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

2. Ödəniş (təzminat) dövri ödəniş formasında müəyyən edilə bilər.

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 248. Servitutun şərtləri

1. Servitut yalnız səlahiyyətli şəxsə öz torpaq sahəsindən istifadə etmək imtiyazını verdikdə mövcud ola bilər.

2. Servitutun həyata keçirilməsi zamanı səlahiyyətli şəxs istifadə olunan (yüklü) torpaq sahəsinin mülkiyyətçisinin maraqlarını qorumalıdır.

Maddə 249. Tikiliyə (binaya) qulluq etmək öhdəliyi

Əgər servitutun lazımi qaydada həyata keçirilməsinə yüklü torpaq sahəsində yerləşən tikili də daxildirsə, o zaman səlahiyyətli şəxs bu tikilini lazımi qaydada saxlamaq (qulluq etmək) öhdəliyi daşıyır. Eyni zamanda, tərəflər razılığa gələ bilərlər ki, tikilinin saxlanılması (qulluğu) öhdəliyi yüklü torpaq sahəsinin mülkiyyətçisinə həvalə edilsin, əgər səlahiyyətli şəxsin maraqları bunu tələb edirsə.

Maddə 250. Torpaq sahəsinin bölünməsinin nəticələri

Əgər səlahiyyətli şəxsin torpaq sahəsi bölünürsə, o zaman hər bir sahə üzrə ayrı-ayrılıqda servitut davam etdiriləcək. Bu zaman servitutdan istifadəyə yalnız o şərtlə yol verilir ki, bu, yüklü torpaq sahəsinin mülkiyyətçisinin vəziyyətini pisləşdirməsin.

Maddə 251. Bölünmə nəticəsində servitutdan azad olan hissə

Əgər yüklü torpaq sahəsi bölünübsə və servitut yalnız bir hissəyə şamil edilirdisə, o zaman bölündükdən sonra da torpaq sahəsinin üzərində servitut olmayan hissəsi ondan azad qalacaq.

Maddə 252. Səlahiyyətli şəxsin hüquqlarının müdafiəsi

Səlahiyyətli şəxsin öz hüququnu həyata keçirməsinə maneə törədildikdə, o zaman bunun qarşısını almaq üçün o, vicdanlı sahiblə (istifadəçi ilə) eyni hüquqlara malikdir.

Maddə 253. Şəxsi servitut

1. Daşınmaz əşya 247-ci maddədə nəzərdə tutulmuş şərtlə bu və ya digər şəxsin xeyrinə servitutla yüklənə bilər. Bu cür yüklülük ondan ibarət ola bilər ki, səlahiyyətli şəxs, mülkiyyətçi istisna olmaqla, binanı və ya bu binanın bir hissəsini özü və ya öz ailəsi üçün mənzil (ev) kimi istifadə edə bilər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş bu cür məhdud şəxsi servitut - başqa şəxslərə verilmir.

Altıncı fəsil

Mülkiyyət, tələbin təmin edilməsi vasitəsi kimi

I. Girov

Maddə 254. Anlayışı (konsepsiyası)

1. Borclunun və ya üçüncü şəxsin başqa şəxslərə verilə bilən daşınan əşyası və/və ya qeyri-maddi əmlak dəyəri (sərvəti) həm pul, həm də qeyri-pul tələbinin təmin edilməsi vasitəsi kimi istifadə edilə bilər, elə ki, kreditor (girov qoyan) girov qoyulmuş əmlakı (girov predmetini) satmaqla tələbi təmin etmək hüququnu əldə edir və ya tərəflərin razılaşması ilə – onu mülkiyyətinə almaqla (ona yiyələnməklə) borclu öhdəliyi yerinə yetirmədikdə və ya düzgün olmayan şəkildə yerinə yetirdikdə.

2. Girovu qoyanın girov predmetindən tələbinin digər kreditorlarla müqayisədə üstünlüklə təmin edilməsi hüququ var.

3. Girovla gələcək və ya şərti iddialar (tələblər) təmin edilə bilər.

31. Qeyri-maddi əmlak dəyəri (sərvəti) girov qoyulduğu halda, Gürcüstanın “Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyəti haqqında” Üzvi Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş qayda da nəzərə alınmalıdır.

4. Qeyri-pul tələbini təmin edən girov yalnız pul formasında ifadə oluna bildiyi halda realdır (həqiqidir).

41. Girov hüququ həm əşyaya və ya onun bir hissəsinə, əşyalar toplusuna və ya onların bir hissəsinə və/və ya qeyri-maddi əmlak dəyərinə (sərvətinə), həm də bütün daşınan əmlaka şamil edilə bilər.

5. Girovu qoyanın gələcəkdə əldə edəcəyi əşyalar və qeyri-maddi əmlak dəyəri (sərvəti) tələbin təminat vasitəsi kimi istifadə edilə bilər (gələcək əmlak). Gələcək əmlak satın alındıqdan dərhal sonra tələbin təmin edilməsi vasitəsinə çevrilir, gələcək əmlak üzərində girov hüquqlarının ardıcıllığı isə girov hüququnun qeydiyyata alınma anına uyğun olaraq müəyyən edilir.

6. "Yol hərəkəti haqqında" Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş nəqliyyat vasitəsi və/və ya kənd təsərrüfatı avtomobilinin köməkçi texniki qurğusu, habelə dəmir yolu nəqliyyat vasitəsi fiziki şəxsə (o cümlədən, fərdi sahibkara) veriləcək/verilmiş borc/kredit müqaviləsindən irəli gələn tələbin təmin edilməsi vasitəsi kimi istifadə edilə bilməz.

(Qüvvədən düşmüş elan edildi 254-cü maddənin 6-cı hissəsi) – Gürcüstanın Konstitusiya Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli Qərarı №1/4/1380 – veb-səhifə, 22.12.2020-ci il.

7. (çıxarılıb - 22.07.2021, №808).

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 9 mart 2011-ci il tarixli qanunu №4323 – veb-səhifə, 22.03.2011-ci il.

Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 - veb-səhifə, 02.07.2019-cu il.

Gürcüstanın Konstitusiya Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli Qərarı №1/4/1380 – veb-səhifə, 22.12.2020-ci il.

Gürcüstanın 22 iyul 2021-ci il tarixli qanunu №808 – veb-səhifə, 26.07.2021-ci il.

Maddə 255. Girovun növləri

Girov növləri bunlardır:

a) Sahiblik (istifadəçilik) girovu;

b) Qeydiyyatdan keçmiş girov.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 – SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 256. Girovun əhatə dairəsi

1. Əgər qanunla və ya tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, girov - tələbi və onunla bağlı digər əlavə hüquqları (o cümlədən, faizi və cəriməni), habelə əmlakın saxlanması-qulluğu, məhkəmə və satış xərclərini təmin edir.

2. Girov hüququ, əgər tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, girov predmetindən əldə edilmiş meyvəyə (bəhrəyə) şamil edilir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 9 mart 2011-ci il tarixli qanunu №4323 – veb-səhifə, 22.03.2011-ci il.

Gürcüstanın 28 dekabr 2011-ci il tarixli qanunu №5668 – veb-səhifə, 16.01.2012-ci il.

Maddə 257. Sahiblik (istifadəçilik) girovu

1. Daşınan əşyaya sahiblik (istifadəçilik) girovu tərəflərin razılaşması yolu ilə və əşyanın girovu ödəyənin və ya girov qoyanın müəyyənləşdirdiyi üçüncü şəxsin sahibliyinə (istifadəsinə) keçməsi yolu ilə yaranır.

2. Əşya artıq girovu ödəyənin və ya girov qoyanın müvafiq olaraq səlahiyyət verdiyi şəxsin sahibliyindədirsə (istifadəsindədirsə), tərəflərin razılaşması girovun yaranması üçün kifayətdir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 258. Qeydiyyatdan keçmiş girov

1. Qeydiyyatdan keçmiş girovun yaranması üçün yazılı formada əqd bağlamaq və bu əqdlə müəyyən edilmiş girov hüququnu dövlət reyestrində qeydiyyatdan keçirmək zəruridir (bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla). Bu halda, daşınan əşyanın girovu ödəyənin sahibliyinə (istifadəsinə) verilməsi məcburi deyildir.

2. Əqddə qeyd edilməlidir:

a) onun tərtib olunma tarixi;

b) girovu ödəyənin, girov qoyanın, mümkün borclu olan üçüncü şəxsin haqqında məlumatlar;

q) girov predmetinin ümumi və ya xüsusi (spesifik) əlamətlərlə təsviri, elə bir şəkildə ki, onu müəyyənləşdirmək mümkün olsun. Əgər girovun predmeti bütün daşınan əmlakdırsa, tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, onun təsviri tələb olunmur;

d) təmin edilmiş əsas tələbin ümumi və ya konkret təsviri və təmin edilmiş tələbin təmin edilməli olduğu maksimum məbləğ.

3. Girov hüququnun qeydiyyata alınması qaydası qanunla müəyyən edilir.

31. Maliyyə girovu ilə bağlı münasibətlər Gürcüstanın “Maliyyə girovu, qarşılıqlı çıxılma və törəmələr haqqında” Qanununa uyğun olaraq tənzimlənir.

4. Gürcüstanın “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş nəqliyyat vasitəsinə və kənd təsərrüfatı maşınının köməkçi texniki qurğusuna qeydiyyatdan keçmiş girovun yaradılması üçün əqdi yazılı formada bağlamaq və bu əqdlə müəyyən edilmiş girov hüququnu ictimai hüququn hüquqi şəxsində – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində qeydiyyata almaq zəruridir. Bundan əlavə, əqdin etibarlılığı (həqiqiliyi) üçün əqdin və ya əqddə iştirak edən tərəflərin imzalarının etibarlılığının (həqiqiliyinin) təsdiqi tələb olunmur, əgər:

a) əqddə iştirak edən tərəflər qeydiyyat orqanında səlahiyyətli şəxsin yanında əqdi imzalayırlarsa;

b) girovu ödəyən və ictimai hüququn hüquqi şəxsi – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi arasında elektron sənəd dövriyyəsi sistemindən istifadə etməklə nəqliyyat vasitəsinə girov qoyulmasının qeydiyyata alınması haqqında müqavilə bağlanılıbsa.

5. İctimai hüququn hüquqi şəxsi – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin, maddi və ya elektron sənədlər əsasında, Gürcüstanın “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş nəqliyyat vasitəsinə və kənd təsərrüfatı maşınının köməkçi texniki qurğusuna girov hüququnun qeydiyyata alınma qaydasını Gürcüstanın Daxili İşlər naziri müəyyənləşdirir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4310 - SSM I, №2, 04.01.2007-ci il., maddə.35

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Gürcüstanın 2 oktyabr 2008-ci il tarixli qanunu №314 - SSM I, №24, 20.10.2008-ci il., maddə.160

Gürcüstanın 9 mart 2011-ci il tarixli qanunu №4323 – veb-səhifə, 22.03.2011-ci il.

Gürcüstanın 25 may 2012-ci il tarixli qanunu №6311 – veb-səhifə, 12.06.2012-ci il.

Gürcüstanın 24 dekabr 2013-cü il tarixli qanunu №1833 - veb-səhifə, 03.01.2014-cü il.

Gürcüstanın 20 dekabr 2019-cu il tarixli qanunu №5674 – veb-səhifə, 31.12.2019-cu il.

Maddə 2581. Girov şəhadətnaməsi (vəsiqəsi)

1. Bu məcəllənin 281-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş öhdəlik - girovu ödəyənin yazılı tələbindən sonra iki həftə müddətində borclu tərəfindən yerinə yetirilmədikdə, ictimai hüququn hüquqi şəxsi – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi girovu ödəyənin ərizəsi əsasında girov şəhadətnaməsi verir.

2. Girov şəhadətnaməsi icranın tabeliyində olan aktdır, hansı ilə ki bu məcəllənin 258-ci maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş girov hüququnun ictimai hüququn hüquqi şəxsi – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində qeydiyyata alınma faktı təsdiqlənir və Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş hallar mövcud olduqda, girovu ödəyən girovla təmin edilmiş tələbi təmin etmək məqsədilə səlahiyyətli orqandan (vəzifəli şəxsdən) girov qoyulmuş əşyanın onun sahibliyinə (istifadəsinə) verilməsini tələb etmək hüququna malikdir.

3. Qeydiyyatdan keçmiş girov əqdində, bu məcəllənin 283-cü maddəsinin birinci hissəsinə və/və ya 2601cı maddəsinə iddianın (tələbin) təmin edilməsi üçün müəyyən edilmiş tərəflərin razılaşması daxil olmadıqda, girov şəhadətnaməsi verilmir.

4. İctimai Hüququn Hüquqi Şəxsi – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində girovu ödəyənin girov şəhadətnaməsinin verilməsi tələbinin düzgünlüyünə görə girovu ödəyən cavabdehdir.

5. Girov şəhadətnaməsinin forması və verilmə qaydası Gürcüstan Daxili İşlər nazirinin fərmanı (əmri) ilə müəyyən edilir.

Gürcüstanın 17 iyul 2009-cu il tarixli qanunu №1541 - SSM I, №21, 03.08.2009-cu il., maddə.124

Gürcüstanın 24 dekabr 2013-cü il tarixli qanunu №1833 – veb-səhifə, 03.01.2014-cü il.

Maddə 259. Tələblərin və qiymətli kağızların girov qoyulması qaydası

1. Tələbin girov qoyulması əqdin yazılı formada bağlanması və bu əqdlə müəyyən edilmiş hüququn dövlət reyestrində qeydiyyata alınması yolu ilə həyata keçirilir. Qeyd olunan əqdə bu məcəllənin 258-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş tələblər şamil edilir.

2. Borcluya tələbin girov qoyulması barədə yazılı məlumat verilməmişdən əvvəl, o, tələb sahibi qarşısında öhdəliyi yerinə yetirmək hüququna malikdir. Belə halda 264-cü maddənin birinci hissəsində nəzərdə tutulmuş qayda tətbiq edilir.

3. Qiymətli kağızların girov qoyulması onların alınması üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Dövlət qiymətli kağızlarının girov qoyulması qaydası Gürcüstanın “Qiymətli kağızlar bazarı haqqında” Qanunu ilə müəyyən edilir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321

Maddə 260. Lombardda əşyaların girov qoyulması qaydası

1. Lombardda əşyaların girov qoyulması tərəflər arasında yazılı razılaşma və əşyanın birbaşa lombardın sahibliyinə verilməsi yolu ilə həyata keçirilir.

2. (çıxarılıb - 21.07.2018, №3315).

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.

Maddə 2601. Girov qoyulmuş əşyanın girovu ödəyənin mülkiyyətinə keçməsi

Girov qoyulmuş əşya girovu ödəyənin mülkiyyətinə bu qanunla nəzərdə tutulmuş əsaslarla yalnız qeydiyyata alınmış girov olduqda keçirilə bilər və bu barədə, müqavilədə birbaşa (açıq şəkildə) göstərilməlidir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 261. Girovu ödəyənin və girov qoyanın hüquq və vəzifələri

1. Qeydiyyatlı girov zamanı girovu qoyan və ya girov ödəyən, sahiblik girovu zamanı isə – girovu ödəyən və ya girovu ödəyənin müəyyən etdiyi üçüncü şəxs öz sahibliyində olan girov predmetini lazımi qaydada saxlamağa-qulluq etməyə borcludur. Hər bir tərəfin digər tərəfin sahibliyində olan girov predmetinin vəziyyətini (o cümlədən ölçüsünü, çəkisini, saxlanma şəraitini və s.) yoxlamaq hüququ var.

2. Girov predmeti girov qoyanın sahibliyindədirsə, onun girov predmetindən fayda almaq hüququ var. Girovu ödəyən onun sahibliyinə keçən girov predmetindən, əgər bu, tərəflərin razılaşması ilə nəzərdə tutulmuşdursa, faydalana bilər. Ehtimal edilir ki, girovu ödəyən girov predmetindən meyvə (bəhrə) almaq hüququna malikdir, əgər meyvənin (bəhrənin) alınması girov predmetinin xüsusiyyətindən qaynaqlanırsa (irəli gəlirsə). Girovu ödəyənin aldığı fayda təmin edilmiş tələbin hesabına sayılacaqdır. Girovu ödəyən girov qoyanın tələbi ilə ona aldığı fayda barədə hesabat təqdim etməyə borcludur.

3. Girovu ödəyən girov qoyandan girov predmetinə çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Digər xərclərin ödənilməsi qaydası başqalarının işlərini tapşırıqsız yerinə yetirmək qaydalarına uyğun olaraq müəyyən edilir.

4. Girov qoyan girov predmetini lazımi qaydada saxlamaq-qulluq etmək öhdəliyini yerinə yetirmədikdə, girovu ödəyən girov predmetinin özünə və ya üçüncü şəxsə verilməsini tələb etmək hüququna malikdir, girovu ödəyən girov predmetinin lazımi qaydada saxlanması-qulluq edilməsi öhdəliyini yerinə yetirmədikdə isə - girov qoyan girov predmetinin üçüncü şəxsə verilməsini tələb etmək hüququna malikdir.

5. Əgər girov predmeti sahibkarlıq cəmiyyətində səhm və ya paydırsa, girov qoyan, sahibkarlıq cəmiyyəti ilə bağlı qərarlar qəbul edərkən və ya əqd bağlayarkən özünün və girovu ödəyənin maraqlarını nəzərə alaraq vicdanlılıq prinsipi əsasında hərəkət etməlidir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 262. Girov predmetinin sığortalanması

Girov qoyan girov predmetini yalnız qanunla və ya tərəflərin razılaşması ilə nəzərdə tutulduğu təqdirdə sığortalamağa borcludur.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 263. O girov qoyanın hüquqları, hansı ki girovu ödəyənin şəxsi borclusunu təmsil etmir

Girovla təmin edilmiş tələb üzrə şəxsi borclu olmayan girov qoyan şəxs - şəxsi borclunun qaldırmaq hüququna malik olduğu etirazları (tələbləri), o cümlədən girovu ödəyən şəxsin şəxsi borclusunun girov yarandıqdan sonra imtina etdiyi etirazları (tələbləri) girovu ödəyənə qarşı qaldıra bilər.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 264. Surroqatlıq

1. Əgər tələb girov qoyulubsa və borclu girovun müddəti bitənə qədər öhdəliyi yerinə yetirirsə, tərəflərin razılaşmasında başqa hal nəzərdə tutulmayıbsa, icra tələbin yerini tutur.

2. Girov predmetinin itirilməsi, zədələnməsi, məhv olması və ya dəyərsizləşməsi ilə əlaqədar alınan hər hansı kompensasiya (ödəniş), o cümlədən sığorta kompensasiyası, əgər tərəflər arasında başqa cür razılaşdırılmayıbsa, girov predmetinin yerini tutur.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallarda girov qoyan itmiş, zədələnmiş, məhv edilmiş, dəyərsizləşmiş, girov predmetinin yerini tutacaq əvəzedici əşyanı əldə etdiyi məbləğlə almaq hüququna malikdir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 9 mart 2011-ci il tarixli qanunu №4323 – veb-səhifə, 22.03.2011-ci il.

Maddə 265. Girov predmetinin yenidən işlənilməsinin və/və ya başqa daşınan əşya ilə birləşdirilməsinin (qarışmasının) hüquqi nəticələri

1. Girov predmetinin yenidən işlənilməsi və/və ya başqa daşınan əşya ilə elə birləşməsi (qarışması) ki, onları ilkin vəziyyətində bərpa etmək qeyri-mümkündür və ya əhəmiyyətli (xeyli) xərclərlə bağlıdır - girov hüququna xitam verilməsinə səbəb olmayacaq, əgər tərəflərin razılaşmasında başqa hal nəzərdə tutulmayıbsa. Girov predmetinin yenidən işlənilməsi və ya başqa daşınan əşya ilə birləşməsi (qarışması) nəticəsində mülkiyyət hüququ keçdikdə, bu məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qayda tətbiq edilir.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş halda girov predmetinin yenidən işlənilməsi və/və ya başqa daşınan əşya ilə birləşməsi (qarışması) üçün girovu ödəyənin əvvəlcədən razılığı tələb olunur, əgər tərəflərin razılaşmasında başqa hal nəzərdə tutulmayıbsa.

3. Bu maddədə nəzərdə tutulmuş halda girovdan irəli gələn tələblərin növbəsi (sırası) girov predmeti yenidən işlənilənə və ya başqa daşınan əşya ilə birləşənə (qarışana) qədər mövcud olan girov hüquqlarının yaranma anına uyğun olaraq müəyyən edilir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 9 mart 2011-ci il tarixli qanunu №4323 – veb-səhifə, 22.03.2011-ci il.

Maddə 266. Girov predmeti üzrə əqdin bağlanması

1. Tərəflər razılaşa bilərlər ki, girov qoyan girov predmetini girov hüququna xitam verilənədək özgəninkiləşdirməyəcək və girov qoymayacaq.

2. Girov qoyan bu maddənin birinci hissəsində nəzərdə tutulmuş öhdəliyi yerinə yetirmədikdə, girovu ödəyən öz tələbini dərhal təmin etmək hüququna malikdir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 267. Predmetin (əşyanın) bir neçə dəfə girov qoyulması və girov hüquqlarının sırası

1. Eyni əmlak bir neçə dəfə girov qoyula bilər. Girov hüquqlarının sırası onların qeydiyyata alınmaq üçün təqdim olunduğu vaxta uyğun olaraq müəyyən edilir.

2. Əgər girov predmeti gələcək əmlakdırsa, əmlakın girov qoyan tərəfindən alınması halında əvvəlki mülkiyyətçinin dövründə yaranmış girov hüququ yeni mülkiyyətçinin dövründə yaranmış girov hüququnu qabaqlayır, onların yaranma tarixindən asılı olmayaraq.

3. Bu məcəllənin 568, 586, 596, 634, 685 və 796-cı maddələrində nəzərdə tutulmuş hallarda girovu ödəyən bütün digər girov ödəyənlərlə müqayisədə girov predmetindən öz tələblərini üstünlüklə təmin etmək hüququna malikdir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 268. Girovu ödəyənin hüquqlarının müdafiəsi

Girovu ödəyənin öz hüquqlarını həyata keçirməsinə maneə törədiblərsə, o, mülkiyyətçi kimi eyni hüquqlardan istifadə edə bilər.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 269. Girov hüququnun yeni kreditora keçməsi

1. Tələb başqa şəxsə verilməklə, girov hüququ da bu şəxsə (yeni kreditora) keçir.

2. Sahiblik girovu ilə təmin edilmiş tələb tərk edildikdə (imtina edildikdə), tələbin tərk edildiyi andan ağlabatan müddətdə yeni kreditor girov predmetinin ona və ya onun səlahiyyət verdiyi şəxsə verilməsini və ya girov hüququnun qeydiyyata alınmasını tələb etmirsə, girov hüququna xitam verilir.

3. Girov predmetinin satışı nəticəsində hüquqi vəziyyəti pisləşə bilən hər üçüncü şəxs, girovu ödəyənin tələbini təmin etmək və bu yolla girov qoyana və mümkün borclu üçüncü şəxsə qarşı öz hüquqlarını əldə etmək (almaq) səlahiyyətinə malikdir.

4. Müvafiq tələbin ötürülməsi olmadan girov hüququ başqa şəxsə verilə bilməz. Əgər tələbin ötürülməsi zamanı girov hüququnun ötürülməsi (keçməsi) istisna olunarsa, girov hüququna xitam verilir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 270. Tələbin ləğvinə görə girov hüququna xitam verilməsi

Girov hüququ - təmin etmək üçün mövcud olduğu tələbin ləğvi ilə birlikdə sona çatır (xitam verilir).

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 271. Girov predmetinin həlak olmasına görə girov hüququna xitam verilməsi

Girov predmeti fiziki olaraq mövcudluğunu dayandırdıqda, girov hüququna xitam verilir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 272. Girovdan imtina etməklə girov hüququna xitam verilməsi

1. Girovu ödəyən qeydiyyat yolu ilə girovdan imtina etdikdə, qeydiyyatdan keçmiş girov hüququna xitam verilir.

2. Sahiblik girovu hüququna xitam verilir o halda – nə vaxt ki, mülkiyyət girov qoyana qaytarılır və ya girovu ödəyən girov hüququndan imtina edir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 273. Girov predmetinin girovu ödəyənin mülkiyyətinə keçməsinə görə girov hüququna xitam verilməsi (konsolidasiya)

Girov predmeti girovu ödəyənin mülkiyyətinə keçdikdə, girov hüququna xitam verilir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 274. Girov predmetinin özgəninkiləşdirilməsi

1. Girov predmeti özgəninkiləşdirildikdə, bu maddənin 3-cü və 4-cü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, girovla yüklü olan mülkiyyət alıcıya keçir.

2. Qeydiyyatdan keçmiş girov zamanı girov predmeti özgəninkiləşdirildikdə, girov qoyan və alıcı dövlət reyestrində qeydiyyatdan keçmək öhdəliyini birgə daşıyırlar, ,,Yol hərəkəti haqqında” Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş nəqliyyat vasitəsi və kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsi üzrə isə – ictimai hüququn hüquqi şəxsində – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində alıcının girov qoyan kimi qeydiyyata alınması öhdəliyini daşıyırlar, hansının ki yerinə yetirilmədiyi təqdirdə bu öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş hər hansı zərərə görə həmrəyliklə (birgə) məsuliyyət daşıyırlar.

3. Sahiblik girovu zamanı girov predmeti girov qoyan tərəfindən özgəninkiləşdirildikdə girov hüququna xitam verilir və yüksüz mülkiyyət alıcıya keçir, əgər girovu ödəyən və ya onun müvafiq olaraq səlahiyyət verdiyi şəxs girov predmetinin sahibliyini alıcıya keçirirsə (verirsə).

4. Girov predmeti girov qoyan tərəfindən adi sahibkarlıq fəaliyyəti çərçivəsində özgəninkiləşdirildikdə, alıcının girovdan xəbəri olub-olmamasından asılı olmayaraq, yüksüz mülkiyyət alıcıya keçir. Əgər alıcı və girov qoyan pis niyyətlə (vicdansızcasına) hərəkət etmişlərsə, bu qayda tətbiq edilmir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4310 - SSM I, №2, 04.01.2007-ci il., maddə.35

Gürcüstanın 24 dekabr 2013-cü il tarixli qanunu №1833 – veb-səhifə, 03.01.2014-cü il.

Maddə 275. Girov hüququna xitam verildikdə girovu ödəyənin öhdəliyi

1. Girov hüququna xitam verildikdə, girovu ödəyən əlində (sahibliyində) olan predmeti girov qoyana qaytarmağa borcludur.

2. Qeydiyyatdan keçmiş girov hüququna xitam verildikdə, girov qoyan girovu ödəyəndən girov hüququna xitam verilməsinin dövlət reyestrində dərhal qeydiyyata alınmasını tələb etmək hüququna malikdir, ,,Yol hərəkəti haqqında” Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş nəqliyyat vasitəsi və kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsi üzrə qeydiyyatdan keçmiş girov hüququna xitam verildikdə isə – ictimai hüququn hüquqi şəxsində – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində. Girov qoyanın girov hüququna xitam verilməsinin dərhal qeydiyyata alınması barədə tələbi olmadıqda, girovu ödəyən, girov hüququna xitam verilməsinin qeydiyyata alınması məqsədilə, girov hüququna xitam verildikdən sonra 5 iş günü ərzində dövlət reyestrinə və ya ictimai hüququn hüquqi şəxsinə – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə müraciət etməyə borcludur. Bu öhdəlik yerinə yetirilmədikdə, girov qoyanın girovu ödəyəndən zərərin ödənilməsini tələb etmək hüququ var.

3. Girovu ödəyən də girov hüququna xitam verilməsinin qeydiyyata alınmasını tələb etmək hüququna malikdir. Belə halda, girovu ödəyən tərəfindən verilmiş, girov hüququna xitam verilməsini təsdiq edən yazılı sənəd - girov hüququna xitam verilməsi haqqında qeydiyyat ərizəsinə əlavə edilməlidir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4310 - SSM I, №2, 04.01.2007-ci il., maddə.35

Gürcüstanın 24 dekabr 2013-cü il tarixli qanunu №1833 – veb-səhifə, 03.01.2014-cü il.

Maddə 276. Girovu ödəyəni qane etmək (təmin etmək)

1. Əgər qanunla başqa hal nəzərdə tutulmayıbsa, girov tələbini təmin etmək məqsədilə, girovu ödəyən - predmetin satılması və ya girov qoyulmuş əşyanın girovu ödəyənin mülkiyyətinə verilməsi ilə qane edilir.

2. Girov predmetinin satışından əldə edilmiş məbləğ girovla təmin edilmiş tələbi ödəmək (örtmək) üçün kifayət etmədikdə (yetərli olmadıqda) və ya girov predmetinin dəyəri bu tələbin miqdarını tam ödəmədikdə (örtmədikdə) də tələb təmin edilmiş sayılır, əgər tərəflər başqa cür razılaşmayıblarsa.

3. Əgər borc verən/kredit təminatçısı Gürcüstan Milli Bankının nəzarəti altında olan subyekt deyilsə, fiziki şəxsə (o cümlədən, fərdi sahibkara) verilən borc/kredit müqaviləsindən irəli gələn tələb o halda da təmin edilmiş sayılır – nə vaxt ki, girov predmetinin (predmetlərinin) və ya girov predmetinin (predmetlərinin) və ipoteka ilə yüklənmiş daşınmaz əşyanın (əşyaların) satışından əldə edilən məbləğ girovla və ya girov və ipoteka ilə təmin edilmiş tələbi ödəmək (örtmək) üçün kifayət etmir və ya girov predmetinin (predmetlərinin) dəyəri və ya girov predmetinin (predmetlərinin) və ipoteka ilə yüklənmiş daşınmaz əşyanın (əşyaların) dəyəri bu tələbin miqdarını tam ödəmir (örtmür). Tərəflər arasında başqa cür razılaşma yolverilməzdir. Gürcüstan Milli Bankı nəzarət etdiyi subyektlərə bu hissədə nəzərdə tutulmuş qaydalardan fərqli qayda və/və ya əlavə qayda müəyyən etmək səlahiyyətinə malikdir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.

Maddə 277. (çıxarılıb)

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 278. Girov predmetinin satılmasını və girovu ödəyənin mülkiyyətinə verilməsini tələb etmək hüququ

Girovla təmin edilmiş tələb borclu tərəfindən yerinə yetirilmədikdə və ya lazımınca (düzgün) yerinə yetirilmədikdə, girovu ödəyən girov predmetinin satılmasını və ya onun mülkiyyətinə verilməsini tələb etmək hüququna malikdir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 279. Bir neçə dəfə girov qoyulmuş predmetin satış hüququ

1. Girov predmeti bir neçə dəfə girov qoyulduqda, tələbin yerinə yetirilmə müddəti gəlib çatdıqda, hər hansı girov ödəyənin onu satmaq hüququ var.

2. Girovu ödəyən, hansının ki girov hüququ satışı həyata keçirən girov ödəyənin hüququnu qabaqlayır (ondan əvvəl olub), girov predmetinin mümkün satışı haqqında sonrakı girov ödəyənin yazılı bildirişini aldığı gündən iki həftə ərzində, sonrakı girov ödəyənə o barədə məlumat verə bilər ki:

a) o, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş girov predmetini satmaq hüququndan istifadə edir. Bu halda, sonrakı girov ödəyən satışı həyata keçirə bilməyəcək və satışı həyata keçirmək öhdəliyi əvvəlki girov ödəyənin üzərinə düşəcək;

b) o, girov predmetinin sonrakı girov ödəyən tərəfindən satılmasına razıdır, lakin bu şərtlə ki, onun tələbi satışdan əldə edilən məbləğdən üstünlüklə təmin ediləcək.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş satış hallarında, satışdan əldə edilən məbləğdən, sonrakı girov ödəyənin tələbi əvvəlki girov ödəyənin tələbinə üstünlük verilməklə təmin ediləcək.

4. Əvvəlki girov ödəyən bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etmədikdə, girov predmeti o girov ödəyənlərin hüquqları ilə yüklü olaraq qalır, hansıların ki girov hüququ satışı həyata keçirən girov ödəyənin hüququnu qabaqlayır.

5. Satışı həyata keçirən girov ödəyən və alıcı dövlət reyestrində, qanunla nəzərdə tutulmuş halda isə – ictimai hüququn hüquqi şəxsində – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində alıcını girov qoyan kimi qeydiyyata almaq öhdəliyi daşıyırlar, hansını ki yerinə yetirmədikləri təqdirdə bu öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş hər hansı zərərə görə həmrəyliklə (birgə) məsuliyyət daşıyırlar (cavabdehdirlər).

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4310 - SSM I, №2, 04.01.2007-ci il., maddə.35

Maddə 280. Satışdan əldə edilən məbləğin bölüşdürülməsi

1. Girov predmetinin satışından əldə edilən məbləğdən ilk növbədə satış xərcləri ödənəcək (örtüləcək) və satışı həyata keçirən girov ödəyənin tələbi təmin ediləcək.

2. Bir neçə dəfə girovla yüklənmiş predmetin satışını həyata keçirən girov ödəyən sonrakı girov ödəyənlərin tələblərinin ödənilməsini təmin etmək üçün satış xərclərini ödədikdən və notariusda depozit üzrə öz tələbini təmin etdikdən sonra qalan məbləği saxlamağa borcludur. Hər bir sonrakı girov ödəyənin tələbi əvvəlki girov ödəyənin tələbi tam təmin edildikdən sonra təmin ediləcək.

3. Girovla təmin edilmiş bütün tələblər tam təmin edildikdən sonra, eləcə də sonrakı girov ödəyənlər mövcud olmadıqda, əldə edilən gəlirdən qalan məbləğ girovu qoyana verilməlidir.

4. Girov predmetinin satışını həyata keçirən girov ödəyən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranmış zərərə görə, digər girov ödəyənlərin qarşısında məsuliyyət daşıyır.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 281. Satmaq hüququ olan girov ödəyənə girov predmetinin verilməsi

1. Girov predmetinin satılmasını və ya mülkiyyətə verilməsini tələb etmək hüququna malik olan girov ödəyən girov predmetinin onun sahibliyinə verilməsini tələb etmək hüququna malikdir. Girov ödəyənin - girov predmetinin onun sahibliyinə verilməsi barədə tələbi dərhal təmin edilməlidir.

2. Əgər tələbin həyata keçirilməsi bu və ya digər hüquqi hərəkətin yerinə yetirilməsindən asılıdırsa, girov ödəyən girovu qoyandan bunun həyata keçirilməsini tələb edə bilər. Girovu qoyan iki həftə müddətində girovu ödəyənin tələbini yerinə yetirmədikdə, girovu ödəyən girov qoyanın adından üçüncü şəxslərə qarşı bu hərəkəti həyata keçirməyə səlahiyyətlidir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 17 iyul 2009-cu il tarixli qanunu №1541 - SSM I, №21, 03.08.2009-cu il., maddə.124

Maddə 2811. Girov qoyulmuş nəqliyyat vasitəsinin və/və ya kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsinin girovu ödəyənə verilməsi

1. Girovu ödəyən, məhkəmə olmadan, girov şəhadətnaməsinin icra qurumuna təqdim edilməsi əsasında, ,,Yol hərəkəti haqqında” Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş girov qoyulmuş nəqliyyat vasitəsinin və/və ya kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsinin məcbur etmə qaydası ilə onun sahibliyinə verilməsini tələb etmək hüququna malikdir.

2. ,,Yol hərəkəti haqqında” Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş girov qoyulmuş nəqliyyat vasitəsinin və/və ya kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsinin icra qurumu tərəfindən girovu ödəyənə verilməsi "İcra icraatları haqqında" Gürcüstan Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

3. ,,Yol hərəkəti haqqında” Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş eyni nəqliyyat vasitəsinin və/və ya kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsinin sahibliyə verilməsi üçün icra qurumuna müxtəlif girov ödəyənlər tərəfindən girov şəhadətnaməsi təqdim edildikdə, girov predmeti girovla təmin edilmiş tələbin təmin edilməsində üstünlük hüququ olan girov ödəyənə verilir.

4. Girov şəhadətnaməsindən şikayət verilməsi onun icrasını dayandırmır.

5. Girovu ödəyən, hansının ki sahibliyinə, bu maddənin 2-ci hissəsinə uyğun olaraq, ,,Yol hərəkəti haqqında” Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş nəqliyyat vasitəsi və/və ya kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsi verilib, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun satışını həyata keçirməyə və ya mülkiyyət kimi qeydiyyata almağa borcludur.

6. ,,Yol hərəkəti haqqında” Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndi ilə müəyyən edilmiş nəqliyyat vasitəsinin və/və ya kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsinin girovu ödəyənə məcbur etmə qaydasında verilməsi ilə bağlı xərcləri borclu ödəyəcək.

7. Girovu ödəyən tərəfindən girov şəhadətnaməsinin icra qurumuna təqdim edilməsinin düzgünlüyünə görə girovu ödəyən məsuliyyət daşıyır.

Gürcüstanın 17 iyul 2009-cu il tarixli qanunu №1541 - SSM I, №21, 03.08.2009-cu il., maddə.124

Gürcüstanın 24 dekabr 2013-cü il tarixli qanunu №1833 – veb-səhifə, 03.01.2014-cü il.

Maddə 282. Girov predmetinin gözlənilən satışı haqqında xəbərdar etmək (məlumat vermək) öhdəliyi

1. Girovu ödəyən, girov predmetinin satılması barədə, satmağa iki həftə qalmış, girovu qoyana və digər girov ödəyənlərə yazılı xəbərdarlıq etməyə borcludur.

2. (çıxarılıb - 11.05.2007, №4744).

3. Satış - girovu qoyana və digər girov ödəyənlərə əvvəlcədən yazılı xəbərdarlıq edilmədən də həyata keçirilə bilər, əgər:

a) girov predmetinin bazar və ya birja qiymətinin düşməsinin real təhlükəsi varsa;

b) girov predmeti tez xarab olandırsa.

4. Girovu ödəyən girov predmetini satmaq hüququnu itirir - bu maddənin birinci hissəsində nəzərdə tutulmuş bildirişin girovu qoyana təhvil verildiyi gündən hər hansı bir vaxtda girov predmetinin satışı həyata keçirilmədikcə, təmin edilmiş tələb isə yerinə yetiriləcək.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 29 dekabr 2006-cı il tarixli qanunu №4310 - SSM I, №2, 04.01.2007-ci il., maddə.35

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 283. Girov predmetinin satışı

1. Girovu ödəyən girov predmetini bilavasitə satmaq səlahiyyətinə malikdir, əgər girovu ödəyənlə girov qoyan arasında bu barədə razılaşma varsa. Girov predmeti bilavasitə girovu ödəyən tərəfindən birbaşa satış yolu ilə satıldıqda, girovu ödəyən özünün, girovu qoyanın və digər girov ödəyənlərin maraqlarını nəzərə alaraq, girov predmetini ədalətli və ağlabatan (münasib) qiymətə özgəninkiləşdirməyə borcludur, bu öhdəliyi yerinə yetirmədikdə girovu ödəyən - girovu qoyana və digər girov ödəyənlərə dəymiş zərərə görə məsuliyyət daşıyır.

2. Girov predmetinin birja və ya bazar qiyməti varsa, girovu ödəyən, girov predmetinin satışını xüsusi ticarət müəssisəsinə etibar edə bilər.

3. Əgər girov qoyulmuş tələbin satışı borclu tərəfindən girovu ödəyənin xeyrinə yerinə yetirilməklə həyata keçirilirsə, girovu ödəyən girov qoyana borclunun onun xeyrinə həyata keçirdiyi icraat haqqında hesabat təqdim etməyə borcludur.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 284. Satışın başqa qaydasına dair tərəflərin razılaşması

1. Girovu ödəyən və girov qoyan yazılı formada bağlanmış əqddə nəzərə ala bilərlər ki, girov predmetinin girovu ödəyənə verilməsi və satışı notarius tərəfindən verilmiş icra vərəqəsi əsasında həyata keçirilə bilər. Belə halda, tərəflər arasında bağlanmış əqd notarial qaydada təsdiq edilməlidir.

2. Girovu qoyan və girovu ödəyən, girov predmetinin bu fəsildə verilən qaydalardan fərqli satış qaydası haqqında da razılığa gələ bilərlər. Belə halda, girov predmeti girovu qoyanın və digər girov ödəyənlərin maraqları nəzərə alınmaqla, ağlabatan (münasib) və ədalətli qiymətə satılmalıdır.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321

Maddə 285. Girov predmetinin satılmasının nəticələri

1. 279-cu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, girov predmeti satıldıqda, yüklü olmayan mülkiyyət alıcıya keçir.

2. Girov predmeti girovu ödəyən tərəfindən düzgün (lazımi qaydada) satılmadıqda, alıcı bu faktla bağlı vicdanlı olduqda mülkiyyət hüququnu əldə edir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

Maddə 2851. Girov predmetinin satılması haqqında hesabat

Satışı həyata keçirən girov ödəyən, satış həyata keçirildikdən sonra ağlabatan müddətdə, əsassız gecikdirmə olmadan, girovu qoyana girov predmetinin satışı barədə yazılı hesabat təqdim etməyə borcludur, hansı ki satış xərclərini, satışdan əldə edilən məbləği və bu məbləğin istifadəsi barədə məlumatları özündə əks etdirməlidir.

Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284

II. İpoteka

Maddə 286. Anlayışı (konsepsiyası)

1. Daşınmaz əşya tələbi ödəmək (təmin etmək) üçün elə istifadə edilə (yüklənə) bilər ki, bu əşyanın satışı ilə və ya onun mülkiyyətə verilməsi ilə, təminatlı kreditora digər kreditorlarla müqayisədə ilk növbədə öz tələbinin ödənilməsini əldə etmək hüququ verilsin (ipoteka).

2. İpotekadan gələcək və ya şərti tələblə bağlı da istifadə oluna bilər, əgər bu tələbi ipotekanın qoyulduğu anda müəyyən etmək mümkündürsə.

3. İpoteka ilə təmin edilmiş tələb başqa tələblə dəyişdirilə (əvəz edilə) bilər. Bunun üçün mülkiyyətçi və kreditor (ipoteka qoyan) arasında razılaşma və bu razılaşmanın reyestrdə qeydiyyata alınması tələb olunur.

31. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tələbin ödənilməsi (təmin edilməsi) üçün istifadəsi (yüklənməsi) halında Gürcüstanın “Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyət hüququ haqqında” üzvi qanunu ilə müəyyən edilmiş qayda da nəzərə alınmalıdır.

4. Fiziki şəxsə (o cümlədən, fərdi sahibkara) veriləcək/verilmiş borc/kredit müqaviləsindən irəli gələn tələbin təmin edilməsi vasitəsi kimi onun və ya digər fiziki şəxsin mülkiyyətində olan daşınmaz əmlak, habelə su və hava nəqliyyatı vasitələri istifadə edilə bilməz.

5. "Gürcüstan Milli Bankı haqqında" Gürcüstanın üzvi qanununa uyğun olaraq, Gürcüstan Milli Bankının nəzarəti altında olan kommersiya bankı, mikromaliyyə təşkilatı, qeyri-bank depozit müəssisəsi − kredit ittifaqı və borcu (krediti) verən subyekt tərəfindən bağlanacaq/bağlanmış borc/kredit müqaviləsindən irəli gələn tələbin təmin edilməsinə bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş məhdudiyyət şamil edilmir.

6. Əgər tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilirsə ki, ipoteka ilə yüklənmiş daşınmaz əşya yaşayış yeri kimi istifadə məqsədilə ipoteka qoyan fiziki şəxsin (o cümlədən, fərdi sahibkarın) istifadəsinə veriləcək və ya yerləşdiyi yer (hüquqi ünvan) kimi istifadə məqsədilə ipoteka qoyan hüquqi şəxsə veriləcək, bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş məhdudiyyət tətbiq edilmir. Bundan əlavə, eyni fiziki şəxsin (o cümlədən, fərdi sahibkarın) və ya hüquqi şəxsin xeyrinə iki ipoteka hüququ qeydiyyata alındıqda, bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş məhdudiyyət üçüncü və hər bir sonrakı ipoteka müqaviləsinə şamil edilir.

7. İpoteka müqaviləsinin tərəfləri, ipoteka hüququnun qeydiyyata alınması məqsədilə qeydiyyat orqanına təqdim edilmiş ipoteka müqaviləsinin məzmununa, orada göstərilən faktiki halların həqiqiliyinə və düzgünlüyünə görə bilavasitə məsuliyyət daşıyırlar.

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 - veb-səhifə, 02.07.2019-cu il.

Maddə 287. Ümumi ipoteka

Əgər tələb bir neçə daşınmaz əşya üzərində mövcud olan ipoteka ilə təmin olunubsa (ümumi ipoteka), hər bir əşya ümumi tələbin ödənilməsi üçün istifadə olunur. Tərəflər başqa bir şey haqqında razılığa gəlməmişlərsə, kreditor, öz istəyi ilə, tələbi hər hansı bir əşya ilə təmin edə bilər.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 288. Mülkiyyətçinin ipotekası

Təmin edilməsi üçün ipotekanın mövcud olduğu tələb yaranmadıqda, o, ləğv edilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə keçir, bu zaman ipoteka da bu sonuncuya keçir (mülkiyyətçinin ipotekası).

Maddə 289. İpotekanın qeydiyyatı

1. İpoteka dövlət reyestrində qeydiyyata alındığı andan hüquqi qüvvə əldə edir. Qeydiyyat tərəflərdən birinin əqdi təqdim etməsi əsasında aparılır, hansı ki bu məcəllənin 3111-ci maddəsi ilə müəyyən edilmiş qaydada bağlanıb. Əqddə daşınmaz əşyanın mülkiyyətçisi, ipotekanı qoyan, borclu olduğu iddia edilən üçüncü şəxs qeyd edilməlidir. Tərəflərin razılaşması ilə, əqddə təmin edilmiş tələbin miqdarı, fayda, yerinə yetirilmə müddəti və digər şərtlər də qeyd edilə bilər.

11. Borc (kredit) müqaviləsindən irəli gələn tələbi təmin etmək üçün bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməlidir. İpoteka müqaviləsini təsdiq edərkən notarius, müqavilənin tərəflərinə onların borc (kredit) və ipoteka müqavilələrində nəzərdə tutulmuş öhdəlikləri pozmalarının hüquqi nəticələrini izah etməyə borcludur.

12. İpotekanın dövlət reyestrində qeydiyyata alınması məqsədilə notarius Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş prosedurların həyata keçirilməsini təmin edir. İpotekanın dövlət reyestrində qeydiyyata alınması qaydası və şərtləri Gürcüstan Ədliyyə nazirinin əmri (fərmanı) ilə müəyyən edilir.

13. Bu maddənin 11-ci hissəsində müəyyən edilmiş şərt kommersiya bankının, mikromaliyyə təşkilatının və bank olmayan (qeyri-bank) depozit qurumunun − kredit ittifaqının tələblərinin təmin edilməsi üçün bağlanmış ipoteka müqavilələrinə şamil edilmir.

2. Tərəflər arasında razılaşma olduqda, kreditorun tələbi ilə dövlət reyestri ipoteka şəhadətnaməsi verir. İpoteka şəhadətnaməsinin verilməsi dövlət reyestrində qeydiyyata alınır.

3. Tərəflərin razılaşması ilə, haqqında ipoteka şəhadətnaməsinin verildiyi ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməlidir. İpoteka müqaviləsindən irəli gələn və notarial qaydada təsdiq tələb edən hər hansı hüquqi hərəkəti (əməli), qeyd olunan ipoteka müqaviləsini təsdiq etmiş (eyni) notarius təsdiq etməlidir.

4. Ümumi ipotekaya dair yalnız bir ipoteka şəhadətnaməsi verilir.

Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 25 dekabr 2013-cü il tarixli qanunu №1864 – veb-səhifə, 30.12.2013-cü il.

Gürcüstanın 23 dekabr 2017-ci il tarixli qanunu №1901 – veb-səhifə, 11.01.2018-ci il.

Maddə 2891. İpoteka şəhadətnaməsi

1. İpoteka şəhadətnaməsi onun qanuni sahibinin aşağıdakı hüquqlarını təsdiq edən qiymətli kağızdır:

a) ipoteka müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməsini tələb etsin;

b) öhdəlik yerinə yetirilmədikdə, tələbi ipoteka predmetindən özü üçün təmin etsin.

2. İpoteka şəhadətnaməsi bir nüsxədə tərtib edilir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 2892. İpoteka şəhadətnaməsinin məzmunu

İpoteka şəhadətnaməsi bunları özündə əks etdirməlidir:

a) başlığında "İpoteka şəhadətnaməsi" qeydi;

b) ipotekanı qoyanın adı və ünvanı;

q) borclunun adı və ünvanı;

d) daşınmaz əşyanın mülkiyyətçisinin adı və ünvanı;

e) ipoteka ilə yüklənmiş əmlakın qeydiyyat kodu, ipoteka predmetinin ünvanı;

v) müvafiq rekvizitlər göstərilməklə, ipoteka şəhadətnaməsinin dövlət reyestrində qeydiyyata alınması haqqında qeyd;

z) ipoteka predmetinin və ya onun bir hissəsinin başqa ipoteka ilə və ya başqa əmlak və ya başqa əşya və ya öhdəlik hüququ ilə yüklü olub-olmaması barədə göstəriş;

t) ipoteka müqaviləsinin tərtib edildiyi yer və tarix;

i) təmin edilmiş tələbin həcmi;

k) ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsinin müddəti, əgər öhdəlik hissə-hissə yerinə yetirilməlidirsə, – onun yerinə yetirilməsinin müddətləri;

l) ipoteka şəhadətnaməsinin verildiyi tarix.

2. İpoteka şəhadətnaməsinin həqiqiliyi dövlət reyestrinin möhürü ilə təsdiq edilir.

3. Bu maddənin birinci və 2-ci hissələrində qeyd olunan tələblərin pozulması ipoteka şəhadətnaməsinin batil (etibarsız) olmasına səbəb olur.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 2893. İpoteka şəhadətnaməsindən irəli gələn hüququn həyata keçirilməsi

1. İpoteka şəhadətnaməsinin faktiki sahibi, bunun əksi təsdiq edilənədək, onun qanuni sahibi sayılır.

2. İpoteka şəhadətnaməsi mövcud olduqda, təminatlı tələb yalnız ipoteka şəhadətnaməsi təqdim edildikdə yerinə yetiriləcəkdir. Kreditor - onun tələbi təmin edilən kimi ipoteka şəhadətnaməsini öhdəliyi yerinə yetirənə verməyə borcludur.

3. Tələb qismən təmin edilən kimi kreditor ipoteka şəhadətnaməsinə müvafiq qeydi daxil etməyə borcludur.

4. İpoteka əqdini təsdiq edən notariusun depozit hesabına pul (məbləğ) yatırmaqla, borclu olan şəxs kreditor qarşısında öhdəliyindən azad edilir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 2894. İpoteka şəhadətnaməsi üzrə hüququn ötürülməsi

1. İpoteka şəhadətnaməsində göstərilən tələbin tərk edilməsi (güzəştə gedilməsi) ipoteka şəhadətnaməsi üzrə hüququ ötürənin notarial qaydada təsdiq edilmiş imzası ilə baş verir.

2. İpoteka şəhadətnaməsi hərracda satılmaqla tələbin tərk edilməsi (güzəştə gedilməsi) baş verərsə, ipoteka şəhadətnaməsinə “hərracda satılıb” qeydi (yazısı) qoyulur və mütəxəssisin notarial qaydada təsdiq edilmiş imzası ilə təsdiq edilir.

3. İpoteka şəhadətnaməsinin başqa şəxsə verilməsini qadağan etmək batildir.

4. Xeyrinə tələbdən imtina edilmiş (güzəştə gedilmiş) şəxs - borclu olan şəxsə bu barədə məlumat verməyə borcludur.

5. Tələb tərk edilərkən (güzəştə gedilərkən) Gürcüstanın "Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyət hüququ haqqında" üzvi qanunu ilə müəyyən edilmiş qayda da nəzərə alınmalıdır.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 – veb-səhifə, 02.07.2019-cu il.

Maddə 2895. İpoteka şəhadətnaməsinin qüvvədən düşmüş elan edilməsi

İpoteka şəhadətnaməsi zədələndikdə, itirildikdə və ya məhv edildikdə, ipoteka şəhadətnaməsinin sahibi bu barədə dövlət reyestrinə məlumat verməyə borcludur. Belə halda, məhkəmə ümumi qaydaya əsasən onu qüvvədən düşmüş elan edir (çağırıcı icraat).

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 2896. İpoteka şəhadətnaməsinin girov qoyulması

1. İpoteka şəhadətnaməsi onun sahibinin və ya hər hansı digər şəxsin xeyrinə, qiymətli kağızların girov qoyulması üçün müəyyən edilmiş qaydada girov qoyula bilər.

2. İpoteka şəhadətnaməsinin girovu dövlət reyestrində qeydiyyata alınır.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 2897. İpoteka şəhadətnaməsinin ləğv edilməsi

1. İpoteka şəhadətnaməsi ləğv edilir:

a) tələbin ipoteka şəhadətnaməsi əsasında ödənilməsi halında;

b) ipoteka şəhadətnaməsi könüllü olaraq daşınmaz əşyanın mülkiyyətçisinə verildikdə.

2. İpoteka şəhadətnaməsinin ləğvi dövlət reyestrində qeydiyyata alınır.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 2898. İpoteka şəhadətnaməsinin dövlət reyestrinin qeydindən üstün olması

İpoteka şəhadətnaməsi və dövlət reyestrinin qeydi arasında fərq olduqda, ipoteka şəhadətnaməsinə üstünlük verilir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 290. Daşınmaz əşyanın bir neçə dəfə ipoteka ilə yüklənməsi

Bir daşınmaz əşya bir neçə dəfə ipoteka ilə yüklənə bilər. Ardıcıllıq ipoteka ərizəsinin qeydiyyata alındığı tarixə görə müəyyən edilir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 291. İpoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmayan daşınmaz əşya mülkiyyətçisinin hüququ

1. Daşınmaz əşyanın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmadıqda, o, hələ də ipotekanı qoyana o cavabı (tələbi) irəli sürə bilər, hansının ki hüququ yalnız şəxsi borclu olan şəxsdə var, o cümlədən pul öhdəliklərinin tutulması və tələbin şikayət edilməsi ilə əlaqədar cavabları.

2. Tələbin yerinə yetirilmə müddəti hüquq münasibətinin pozulması barədə bildirişdən asılıdırsa, pozulma yalnız o halda həqiqi sayılacaq - nə vaxt ki, mülkiyyətçi bu barədə kreditora və ya kreditor – mülkiyyətçiyə xəbər verəcəkdir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 292. Kreditoru təmin (qane) edərkən mülkiyyətçinin hüququ

1. Daşınmaz əşyanın mülkiyyətçisi, tələbin yerinə yetirilmə müddəti artıq gəlib çatdıqda və ya şəxsi borclu müvafiq hərəkəti yerinə yetirmək səlahiyyətinə malik olduqda, kreditoru təmin etmək hüququna malikdir.

2. Əgər mülkiyyətçi şəxsi borclu deyilsə, mülkiyyətçi kreditoru təmin (qane) etdikdə, tələb ona keçir.

3. (çıxarılıb - 11.05.2007, №4744).

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 293. Daşınmaz əşyanın meyvəsinə (məhsuluna) ipotekanın yayılması

Tərəflərin razılaşmasında başqa hal nəzərdə tutulmayıbsa, ipoteka daşınmaz əşyanın meyvəsinə (məhsuluna) şamil edilmir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 294. İpoteka ilə yüklənmiş əşyaya qulluq etmək (baxım) öhdəliyi

1. Mülkiyyətçi əşyanı elə saxlamağa-qulluq etməyə borcludur ki, ipotekanın məqsədi təhlükə altına düşməsin. Təhlükə yarandıqda, kreditor bu təhlükənin qarşısını almaq üçün mülkiyyətçiyə müvafiq müddət təyin edə bilər. İpoteka ilə yüklənmiş əşya kreditorun sahibliyindədirsə (istifadəsindədirsə), əşyaya qulluq etmək-saxlamaq öhdəliyi elə onun üzərinə düşür.

2. Əgər əşya sığortalanıbsa, sığortaçı sığorta məbləğini sığortalıya vəziyyətin pisləşməsindən sonra yalnız o zaman ödəyə bilər – nə vaxt ki, zərərin dəyməsi faktı barədə kreditora artıq məlumat verilib. Kreditor məbləğin əşyanı bərpa etmək üçün istifadə olunmayacağından qorxduğu təqdirdə, məbləğin ödənişinin qarşısında dura bilər.

3. Əgər məlum olsa ki, mülkiyyətçi əşyaya qulluq etmək öhdəliyini yerinə yetirə bilmir, kreditor həmin əşyanın idarə olunması üçün ona təhvil verilməsini tələb etmək hüququna malikdir. Belə bir tələb haqqında qərarı məhkəmə qəbul edir.

4. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyətçinin daşınmaz əşyanı özgəninkiləşdirməməyi, ondan istifadə etməməyi və ya başqa cür yükləməməyi kreditor qarşısında öhdəsinə götürdüyü razılaşma (müqavilə) batildir. Üçüncü şəxslər üçün belə əqdlərin həqiqiliyi kreditorların razılığından asılı ola bilməz.

5. İpoteka müqaviləsinə əsasən, mülkiyyətçi kreditor qarşısında onun mülkiyyətində olan torpaq sahəsini tikinti hüququ ilə yükləməyəcəyi barədə öhdəlik götürə bilər.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 1 iyul 2011-ci il tarixli qanunu №5017 – veb-səhifə, 14.07.2011-ci il.

Maddə 295. İpotekanın və onun əsasını təşkil edən tələbin başqa şəxsə verilməsi

İpoteka və onun əsasını təşkil edən tələb yalnız eyni vaxtda və birlikdə başqa şəxsə ötürülə bilər. Tələbin ötürülməsi ilə yanaşı, ipoteka da yeni kreditora keçir. Tələbin ötürülməsi yalnız ipotekanı müəyyən edən yazılı formada bağlanmış əqd və ya ipoteka şəhadətnaməsi (əgər varsa) yeni kreditora verildikdə həqiqi sayılacaq (bu məcəllənin 2894 maddəsində nəzərdə tutulmuş tələblərə əməl etməklə). İpoteka şəhadətnaməsinin verildiyi hal istisna olmaqla, tələbin ötürülməsi dövlət reyestrində qeydiyyata alınır.

Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 296. Borclunun yeni kreditor qarşısında öhdəliyi

Əgər tələb yeni kreditora keçdikdən sonra borclu olan şəxs köhnə kreditora pul ödəyirsə, bu ödəniş onu yeni kreditor qarşısında öhdəliyindən azad etmir, hətta onun köçürmə (keçmə) haqqında heç bir məlumatı olmasa da.

Maddə 297. İpotekanın və tələbin yeni kreditora ötürülməsi zamanı dövlət reyestrinin qeydinin düzgünlüyü prezumpsiyası

İpoteka və tələb yeni kreditora köhnə kreditorun əlində olduğu kimi keçir. Dövlət reyestrində qeydiyyatdan keçmiş məlumat kreditorun maraqları baxımından düzgün hesab edilir. Bu halda, borclu olan şəxs tələbin olmadığını göstərə bilməz. Yeni kreditor reyestrdə səhv (yanlış) qeyd edildiyini bildikdə, bu qayda tətbiq edilmir.

Maddə 298. Üçüncü şəxsin hüquqları

1. (çıxarılıb - 11.05.2007, №4744).

2. Şəxsi borclu kreditoru qane (təmin) edərsə, ipoteka ona mülkiyyətçidən kompensasiya (ödəniş) tələb edə biləcəyi hədlər daxilində keçir.

Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1902 – SSM I, №4, 22.01.2003-cü il., maddə.20

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 299. Kreditorun tələbdən və ya ipotekadan imtina etməsi

1. Mülkiyyətçi şəxsi borclu deyilsə və kreditor tələbdən və ya ipotekadan imtina edirsə, mülkiyyətçi ipotekanı qoyan olur. İmtina dövlət reyestrində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə malikdir.

2. Əgər kreditor tələbdən deyil, ipotekadan imtina edirsə, şəxsi borclu öz növbəsində ipotekadan kompensasiya (ödəniş) ala bilərdisə, yenə də azad olacaqdır.

3. Mülkiyyətçinin ipotekanın uzunmüddətli istifadəsini istisna edən geri çəkilmək hüququ varsa, o zaman o, kreditordan ipotekadan imtina etməsini tələb edə bilər.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 300. İpoteka ilə yüklənmiş daşınmaz əşyanın kreditorun (ipotekanı qoyanın) mülkiyyətinə keçməsi

1. İpoteka ilə yüklənmiş daşınmaz əşyanın mülkiyyətçisi ipoteka ilə təmin edilmiş tələbin ödənilməsini gecikdirdikdə, kreditor (ipotekanı qoyan) və ipoteka ilə yüklənmiş daşınmaz əşyanın mülkiyyətçisi birgə ərizə ilə qeydiyyat orqanına bu barədə müraciət etdikdə, ipoteka ilə yüklənmiş daşınmaz əşya kreditorun (ipotekanı qoyanın) mülkiyyətinə keçirilə bilər.

11. Əgər ipoteka ilə yüklənmiş daşınmaz əşya kənd təsərrüfatı təyinatlı torpaq sahəsidirsə, o, "Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyəti haqqında" Gürcüstanın üzvi qanunu ilə müəyyən edilmiş tələb nəzərə alınmaqla, kreditorun (ipotekanı qoyanın) mülkiyyətinə keçirilə bilər.

2. İpoteka ilə yüklənmiş daşınmaz əşya kreditorun (ipotekanı qoyanın) mülkiyyətinə keçdikdə, ipoteka ilə təmin edilmiş tələb, hətta ipoteka ilə yüklənmiş daşınmaz əşyanın dəyəri bu tələbin miqdarını tam ödəmədiyi (örtmədiyi) halda da təmin edilmiş sayılır, əgər qanunla və ya tərəflərin razılaşması ilə başqa hal müəyyən edilməyibsə.

21. Əgər borc/kredit verən Gürcüstanın Milli Bankının nəzarəti altında olan subyekt deyilsə, fiziki şəxsə (o cümlədən, fərdi sahibkara) verilmiş borc/kredit müqaviləsindən irəli gələn tələb - ipoteka ilə yüklənmiş daşınmaz əşya (əşyalar) və ya ipoteka ilə yüklənmiş daşınmaz əşya (əşyalar) və girov predmeti (predmetləri) kreditorun (ipotekanı qoyanın) mülkiyyətinə keçərkən ipoteka ilə yüklənmiş daşınmaz əşyanın (əşyaların) və ya ipoteka ilə yüklənmiş daşınmaz əşyanın (əşyaların) və girov predmetinin (predmetlərinin) dəyəri ipoteka ilə və ya ipoteka və girov ilə təmin edilmiş tələbin miqdarını tam ödəmədikdə (örtmədikdə) belə, təmin edilmiş sayılır. Tərəflər arasında başqa cür razılaşma yolverilməzdir. Gürcüstanın Milli Bankı nəzarəti altında olan subyektlərə bu hissədə nəzərdə tutulandan fərqli qayda və/və ya əlavə qayda müəyyən etmək səlahiyyətinə malikdir.

3. İpoteka ilə yüklənmiş daşınmaz əşyanın mülkiyyətçisi ipoteka ilə təmin edilmiş tələbin ödənilməsini gecikdirdikdə və ipoteka ilə yüklənmiş daşınmaz əşya bu maddənin birinci hissəsinə uyğun olaraq kreditorun (ipotekanı qoyanın) mülkiyyətinə keçmədikdə, notarius icra vərəqəsini verir, əgər tərəflər arasında bu barədə razılaşma varsa və notarius notariat aktında icra vərəqəsinin verilməsinin hüquqi nəticələrini yazılı şəkildə izah etmişsə. Notarius tərəfindən verilmiş icra vərəqəsinin əsasında məcburi icra “İcra icraatları haqqında” Gürcüstan Qanununa uyğun olaraq həyata keçiriləcək.

Gürcüstanın 5 dekabr 2000-ci il tarixli qanunu №638 – SSM I, №48, 16.12.2000-ci il., maddə.138

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 4 dekabr 2009-cu il tarixli qanunu №2284 - SSM I, №45, 21.12.2009-cu il., maddə.329

Gürcüstanın 25 dekabr 2013-cü il tarixli qanunu №1864 – veb-səhifə, 30.12.2013-cü il.

Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 - veb-səhifə, 02.07.2019-cu il.

Maddə 301. İpoteka ilə yüklənmiş daşınmaz əşyanın satılması tələbi

1. Borclu olan şəxs ipoteka ilə təmin edilmiş tələbi ödəmədikdə, ipotekanı qoyan daşınmaz əşyanın satılmasını tələb etmək hüququna malikdir, əgər ipoteka müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa.

11. İpoteka ilə təmin edilmiş tələb, hətta ipoteka ilə yüklənmiş daşınmaz əşyanın satışından əldə edilən məbləğ ipoteka ilə təmin edilmiş tələbin ödənilməsi (örtülməsi) üçün kifayət etmədikdə (yetərli olmadıqda) belə, təmin edilmiş sayılır, əgər qanunla və ya tərəflərin razılaşması ilə başqa hal müəyyən edilməyibsə.

12. Əgər borc/kredit verən Gürcüstanın Milli Bankının nəzarəti altında olan subyekt deyilsə, fiziki şəxsə (o cümlədən, fərdi sahibkara) verilmiş borc/kredit müqaviləsindən irəli gələn tələb - ipoteka ilə yüklənmiş daşınmaz əşyanın (əşyaların) və ya ipoteka ilə yüklənmiş daşınmaz əşyanın (əşyaların) və girov predmetinin (predmetlərinin) satışından əldə edilən məbləğ ipoteka ilə və ya ipoteka və girov ilə təmin edilmiş tələbi ödəmədikdə (örtmədikdə) belə, təmin edilmiş sayılır. Tərəflər arasında başqa cür razılaşma yolverilməzdir. Gürcüstanın Milli Bankı nəzarəti altında olan subyektlərə bu hissədə nəzərdə tutulandan fərqli qayda və/və ya əlavə qayda müəyyən etmək səlahiyyətinə malikdir.

2. Satış bu fəsildəki qaydalara və Gürcüstanın “İcra icraatları haqqında” Qanununa uyğun olaraq həyata keçirilir.

3. Tərəflər, yalnız bu məcəllənin 302-ci maddəsinin 6-cı hissəsində, 3061–3063 maddələrində, 3065 maddəsinin birinci hissəsində və 307-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş tələblər nəzərə alınmaqla, hərracın keçirilməsinin başqa qaydası haqqında razılığa gələ bilərlər.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Gürcüstanın 4 dekabr 2009-cu il tarixli qanunu №2284 - SSM I, №45, 21.12.2009-cu il., maddə.329

Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.

Maddə 302. İpoteka ilə yüklənmiş daşınmaz əşyanın satılması

1. İpoteka ilə yüklənmiş daşınmaz əşyanın satışı kreditorun və mülkiyyətçinin yazılı razılaşması əsasında hərracda həyata keçirilir, hansılar ki hərracı keçirmək üçün mütəxəssis təyin edirlər, elə onun öz razılığı ilə. Mütəxəssisin əmək haqqı razılaşma ilə müəyyən edilir.

11. Tərəflərin razılaşması əsasında mütəxəssis tərəfindən hərracda əşyanın satılması məcburi icra sayılmır.

2. Üçüncü şəxslərə onların razılığı olmadan öhdəliklər qoyan hər qeyd-şərt batildir, bu, hərrac haqqında razılaşmanın batil olmasına səbəb olmur.

3. Kreditor və mülkiyyətçi arasında razılaşmaya əsasən, hərracdan fərqli satış forması müəyyən edilə bilər.

31. Kreditor və mülkiyyətçi arasında yazılı formada bağlanan əqddə tərəflər nəzərə ala bilərlər ki, ipoteka ilə yüklənmiş daşınmaz əşyanın kreditora verilməsi və satışı notarius tərəfindən verilmiş icra vərəqəsinin əsasında həyata keçirilə bilər. Belə halda, tərəflər arasında bağlanmış əqd notarial qaydada təsdiq edilməlidir.

4. Kreditor və mülkiyyətçi daşınmaz əşyanın hərracının və ya satışının başqa formasının keçirilməsi barədə razılığa gələ bilmədikdə, kreditorun ərizəsi əsasında məhkəmə daşınmaz əşyanın hərracda məcburi satışı məsələsini həll edir. Daşınmaz əşyanın hərracda məcburi satılması haqqında məhkəmənin qərarı Gürcüstanın “İcra icraatları haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada icra edilir.

5. Mütəxəssis - hər hansı fəaliyyət (iş) qabiliyyəti olan şəxs, o cümlədən kreditor, borclu və ya mülkiyyətçi ola bilər.

6. Mütəxəssis hərrac haqqında dövlət reyestrinə daxil edilmiş səlahiyyətli şəxsləri xəbərdar etməyə borcludur.

7. Üzərinə həbs (qadağa) qoyulmuş əşyanın mütəxəssis vasitəsilə satılması yolverilməzdir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Gürcüstanın 4 dekabr 2009-cu il tarixli qanunu №2284 - SSM I, №45, 21.12.2009-cu il., maddə.329

Gürcüstanın 6 iyul 2010-cu il tarixli qanunu №3368 - SSM I, №39, 19.07.2010-cu il., maddə.241

Maddə 303. İpoteka ilə yüklənmiş daşınmaz əşyanın meyvəsi (məhsulu)

Mülkiyyətçi, daşınmaz əşyaya dair hərrac elan edildikdən və ya məhkəmənin qərarından sonra, həmin əşyanın meyvəsini (məhsulunu) özünə saxlamaq hüququnu itirir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 304. Hərracdan qaçmaq (yayınmaq)

1. Mülkiyyətçi və ya mülkiyyətçi ilə razılaşaraq hər hansı şəxs və/və ya üçüncü şəxs, hansının ki hərrac nəticəsində hüququ pozula bilər, tələbi hərracdan əvvəl ödəməklə hərracdan yayınmaq hüququna malikdir.

2. Üçüncü şəxsin hüququnun pozulması faktını məhkəmə müəyyən edir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 305. Kreditorun, borclunun və mülkiyyətçinin hərracda iştirakı

Kreditorun, borclunun və mülkiyyətçinin özləri də hərracda iştirak etmək hüququna malikdirlər, bu zaman borclu və kreditor ekspertin düzgün (adekvat) hesab etdiyi təminatı təqdim etməlidirlər.

Maddə 306. Hərracın keçirilməsi haqqında ərizə

Müqavilə əsasında kreditor (kreditorlar) mütəxəssisə hərracın keçirilməsi haqqında ərizə verir. Ərizədə ipoteka ilə yüklənmiş daşınmaz əşya, mülkiyyətçi, borclu, tələb və müqavilə qeyd edilməlidir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Gürcüstanın 6 iyul 2010-cu il tarixli qanunu №3368 - SSM I, №39, 19.07.2010-cu il., maddə.241

Maddə 3061. Hərracın ləğv edilməsi və ya xitamlanması

1. Hərrac haqqında ərizəni təqdim etmiş kreditor onu geri götürərsə, hərrac ləğv edilir.

2. Borclu və ya kreditoru təmin etmək səlahiyyətinə malik olan üçüncü şəxs hərracdan əvvəl onu təmin etmək və bütün digər xərcləri ödəmək üçün lazım olan məbləği ödədikdə, hərraca xitam verilir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 3062. Hərracın keçirilmə vaxtının və yerinin müəyyən edilməsi

1. Hərracın keçirilmə vaxtını və yerini mütəxəssis müəyyənləşdirir, bu barədə o, hərracın keçirilməsinə ən azı 7 gün qalmış bəyanat (elan) dərc edir, hansında ki qeyd edilməlidir:

a) daşınmaz əşyanın mülkiyyətçisinin adı və ünvanı;

b) mütəxəssisin adı və ünvanı;

q) hərracın keçirilmə vaxtı və yeri;

d) daşınmaz əşyanın başlanğıc qiyməti;

e) daşınmaz əşyanın yerləşdiyi yer və qısa təsviri;

v) daşınmaz əşya üzərində hüquqları olan bütün digər şəxslərin hərrac başlamazdan əvvəl bu hüquqları təsdiqləyən sübutları təqdim etməyə borclu olduqları barədə bəyanat;

z) hərracın şərtləri.

11. Hərrac kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satışı üçün keçirilirsə, bəyanatda onu da qeyd etmək lazımdır ki, hərracda iştirak edən şəxs "Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyəti haqqında" Gürcüstanın üzvi qanunu ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

2. Hərracın keçirilmə vaxtı və yeri haqqında elan kütləvi informasiya vasitələrində açıq şəkildə dərc olunur.

3. Mütəxəssis Gürcüstanın Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada hərracın keçirilmə vaxtı və yeri barədə tərəflərə məlumat verir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 – veb-səhifə, 02.07.2019-cu il.

Maddə 3063. Hərracın keçirilmə qaydaları

1. Hərrac mütəxəssis tərəfindən keçirilir. O, hərracı açıq elan edir və başlanğıc qiymətini təklif edir.

2. Mütəxəssis hərrac keçirilməzdən əvvəl müəyyən edir: dövlət reyestrində qeydiyyatdan keçmiş hüquqlardan hansı üstünlük hüququndan istifadə edir o kreditorun iradı (iddiası) ilə müqayisədə, hansı üçün ki, icra həyata keçirilir.

3. Hərracda mütəxəssis elan edir:

a) dövlət reyestrində qeydiyyatdan keçmiş üstünlük hüquqları o kreditorun tələbi ilə müqayisədə, hansı üçün ki, icra həyata keçirilir - qüvvədə qalır və ödənişlə təmin edilməyəcək (qane olmayacaq);

b) keçid hüquqların dəyəri nədir (kreditorun tələbi ilə müqayisədə üstün olan hüquqlar və ya daşınmaz əşya hərrac qaydasında satıldıqdan sonra ondan yaranan hüquqlar).

4. Mütəxəssis, hərrac prosesi başlamazdan əvvəl, iştirakçı tərəflərə hərracın şərtlərini izah edəcək.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Maddə 3064. Hərracın keçirilməsi

1. Hərrac kreditor tərəfindən mütəxəssisə ərizə verildikdən sonra bir ay müddətində keçirilir.

2. Daşınmaz əşyanın başlanğıc qiyməti proses xərclərinin və kreditorun tələbinin toplam (cəmi) miqdarı ilə müəyyən edilir. Hərrac başqa təklif gəlməyənə qədər davam edir. Mütəxəssis son qiymət təklifini və hərracın bitdiyini elan etməlidir.

3. Son qiymət təklifi üç dəfə və yüksək səslə elan edilməlidir.

4. Hərracda iştirak etmək istəyənlərin hamısı, hərracda qalib gəldiyi təqdirdə, iştirakçının məbləği tam şəkildə ödəyəcəyini təmin edən bank zəmanəti təqdim etməlidir. Bank zəmanətinin miqdarı (məbləği) daşınmaz əşyanın başlanğıc qiymətinin onda birini təşkil edir. Bank zəmanətinin ilkin benefisiarı kreditordur.

5. Hərrac kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satışı üçün keçirilirsə, hərracda iştirak etmək istəyən şəxs Gürcüstanın “Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyət hüququ haqqında” üzvi qanunu ilə müəyyən edilmiş tələblərə cavab verdiyini təsdiq edən məlumat təqdim etməlidir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 – veb-səhifə, 02.07.2019-cu il.

Maddə 3065. Hərracda alınmış əmlak üzərində mülkiyyət hüququnun yaranması

1. Hərracda əmlakın alıcısına: satın alınan əmlak, hərracda əmlakın alıcısı, qiyməti və hərracın şərtləri göstərilməli olan mütəxəssisin müvafiq sərəncamı verilir. Hərracla bağlı sərəncamlarda mütəxəssisin imzasının notarial qaydada təsdiqlənməsi məcburidir.

2. Hərracda əmlakın alıcısı bir həftə ərzində mütəxəssisin depozit hesabına ödənilməli olan məbləği daxil etməyə (yatırmağa) borcludur. İpoteka müqaviləsinin tərəflərinin razılaşması ilə hərracın şərtlərində qabaqcadan müəyyən edilməli olan məbləğ ödənişinin başqa qaydası müəyyən edilə bilər.

3. Sərəncam hərracda elan olunur.

4. Sərəncam elan olunduqdan dərhal sonra qüvvəyə minir. Sərəncam qüvvəyə mindikdən sonra hərracda olan əmlakın alıcısı yalnız qiymət tam ödənildikdən sonra mülkiyyət hüququna malik olacaq.

5. Mülkiyyətin keçməsi nəticəsində, daşınmaz əşyanın yüklü olduğu və icranı həyata keçirən kreditorun ipotekasından sonra qeydiyyatdan keçmiş bütün ipotekalar və əşyavi hüquqlar ləğv edilir. Əşya üzərində əvvəllər qeydiyyatdan keçmiş hüquqlar dəyişməz olaraq qalır.

6. Hərracda satılan daşınmaz əşyanın yeni mülkiyyətçisi köhnə mülkiyyətçinin yerini tutur və mülkiyyət keçərkən bu əşya ilə bağlı hüquqi münasibətlərin iştirakçısına çevrilir.

7. İpoteka ilə yüklənmiş daşınmaz əşya yeni mülkiyyətçiyə keçdiyi andan köhnə mülkiyyətçi bu əşya üzərində bütün (hər cür) hüquqlarını itirir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Gürcüstanın 7 dekabr 2010-cu il tarixli qanunu №3887 - SSM I, №67,09.12.2010-cu il., maddə.415

Maddə 3066. Hərracda alınmış əmlak üzərində hüququn verilməsinin ləğvi

Mütəxəssis hərracda əmlakın alıcısı tərəfindən ödənilməli olan məbləği onun göstərdiyi depozit hesabına hərracın şərtləri ilə müəyyən edilmiş müddətdə almadıqda və/və ya kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alıcısının Gürcüstanın “Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyəti haqqında,, üzvi qanunu ilə müəyyən edilmiş tələblərə cavab vermədiyini müəyyən etdikdə, mütəxəssis hərracda alınmış əmlak üzərində hüququn verilməsi haqqında sərəncamı ləğv edir və təkrar hərrac sayılmayan yeni hərracı keçirir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 – veb-səhifə, 02.07.2019-cu il.

Maddə 307. İkinci hərrac

1. İlk (birinci) hərrac zamanı uyğun təklif olmadıqda, mütəxəssis 10 gün ərzində ikinci hərracı təyin edir.

2. İkinci hərrac birinci hərracla eyni formada elan edilməlidir. Əlavə olaraq, qeyd etmək lazımdır ki, hərrac ikinci dəfədir keçirilir.

3. İkinci hərrac keçirilən zaman daşınmaz əşyanın başlanğıc qiyməti birinci hərracda təklif olunan başlanğıc qiymətin yarısı və ya kreditorun yazılı razılığı olduqda – daha az məbləğ olmalıdır.

4. (çıxarılıb - 19.12.2008, №826).

5. Əgər ipoteka ilə yüklənmiş daşınmaz əşyanı ikinci hərracda satmaq mümkün olmayıbsa, kreditorun və borclunun (daşınmaz əşyanın mülkiyyətçisinin) razılaşması ilə, daşınmaz əşyanın kreditorun mülkiyyətinə verilməsi yolu ilə tələbin ödənilməsi mümkündür. Bu halda, xərclərin ödənilməsi öhdəliyi kreditorun üzərinə düşəcək.

6. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş razılaşmaya nail olmadıqda, mütəxəssis bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş müddətdə üçüncü hərracı keçirir. Daşınmaz əşyanın üçüncü hərracda satışının qaydasını mütəxəssis müəyyən edir. Üçüncü hərrac elə təşkil edilməlidir ki, daşınmaz əşya satılsın.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Maddə 308. Xərclərin ödənilməsi

İpoteka ilə yüklənmiş daşınmaz əşyanın satışı nəticəsində əldə edilən gəlirdən (qazancdan) tələblər aşağıdakı ardıcıllıqla (sıra ilə) ödənilməlidir: xərclər, kreditorun tələbi tam həcmdə. Əgər əldə edilən məbləğ xərcləri tam ödəmirsə, fərqi ödəmək öhdəliyi kreditorun üzərinə düşəcək.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Maddə 309. Hərracın düzgün keçirilməməsinə görə məsuliyyət

Mütəxəssis hərracın keçirilməsi ilə əlaqədar ona həvalə edilmiş (tapşırılmış) vəzifələri yerinə yetirə bilmədikdə, yaranmış zərərə görə o, iştirakçıların qarşısında məsuliyyət daşıyır (cavabdehdir).

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 15 iyul 2008-ci il tarixli qanunu №219 - SSM I, №17, 28.07.2008-ci il., maddə.135

Gürcüstanın 19 dekabr 2008-ci il tarixli qanunu №826 - SSM I, №41, 30.12.2008-ci il., maddə.304

Maddə 310. Əşyanın məcbur etmə yolu ilə idarə edilməsi (Sekvestr)

1. Məcburi icra üçün səlahiyyəti olan ipotekanı qoyanın ərizəsi əsasında məhkəmə hərracda əşyanın məcburi özgəninkiləşdirilməsi əvəzinə məcburi idarə edilməsini (sekvestrini) müəyyən edə bilər. Belə halda, məhkəmə idarəetmə funksiyasını idarəçiyə verir, hansı ki ipotekanı qoyan da ola bilər.

2. Məhkəmə qərar qəbul etməzdən əvvəl, dövlət reyestrində qeydiyyatda olan, məcburi idarə etməklə hüquqları pozula bilən şəxsləri dinləməlidir.

3. İdarəçi əşyanın meyvəsini (məhsulunu) alır və özü tərəfindən müəyyən edilmiş və məhkəmə tərəfindən təsdiq edilmiş paylanma (bölgü) planı əsasında, ilin sonunda bütün xərclər çıxılmaqla bölüşdürür (paylayır), hansılara ki idarəetmə xərcləri də daxildir.

4. Kreditor razı qaldıqda və ya idarəetmə yolu ilə kreditoru qane etmənin mümkün olmayacağı aydın olduqda, məcburi idarəetmə ləğv edilməlidir.

5. Gürcüstanın Ədliyyə Nazirliyinin idarəçiliyi sahəsində fəaliyyət göstərən ictimai hüququn hüquqi şəxsi − Milli İcra Bürosu tərəfindən əşyanın məcburi idarə edilməsindən (sekvestrdən) istifadə qaydası və şərtləri Gürcüstanın “İcra icraatları haqqında” Qanunu ilə müəyyən edilir.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Gürcüstanın 25 dekabr 2013-cü il tarixli qanunu №1864 – veb-səhifə, 30.12.2013-cü il.

Dördüncü Qapı

Dövlət reyestri

Maddə 311. Dövlət reyestrinin təyinatı

1. Dövlət reyestri (ictimai reyestr) - maddi (əşyavi) və qeyri-maddi əmlak dəyəri (sərvəti) üzrə hüquqların, həbsin (qadağanın) və vergi girovunun/ipotekasının yaranması, onlara dəyişiklik edilməsi və xitam verilməsi, həmçinin, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tərk edilməsinin yaranması və ona dəyişiklik edilməsi haqqında məlumatların məcmusudur (toplusudur).

2. Dövlət reyestrinin aparılması (iş icraatı) və əlçatanlığı qaydaları və şərtləri qanunla müəyyən edilir.

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 3111. Əqdin dövlət reyestrinə təqdim edilməsi qaydası

1. Əşya və qeyri-maddi əmlak dəyəri (sərvəti) üzrə müvafiq hüququn dövlət reyestrində qeydiyyata alınması üçün yazılı formada bağlanmış əqd təqdim edilməlidir. Əqd (sövdələşmə) və ya əqddə iştirak edən tərəflərin imzalarının həqiqiliyi qanunla müəyyən edilmiş qaydada təsdiq edilməlidir.

2. Əgər əqddə iştirak edən tərəflər qeydiyyat orqanında səlahiyyətli şəxsin yanında əqdi imzalayırlarsa, o zaman əqdin həqiqiliyi üçün əqdin və ya əqddə iştirak edən şəxslərin imzalarının həqiqiliyinin təsdiqi tələb olunmur.

3. Qanunla nəzərdə tutulmuş hallarda, əşya və qeyri-maddi əmlak dəyəri (sərvəti) üzrə bağlanmış əqdlər bu əqdlərlə müəyyən edilmiş hüquqların dövlət reyestrində qeydiyyata alındığı andan qüvvəyə minir.

Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 312. Reyestr məlumatlarının dəqiqliyi (doğruluğu) və tamlığı prezumpsiyası

1. Reyestr məlumatlarına dəqiqlik (doğruluq) və tamlıq prezumpsiyası şamil edilir, yəni reyestrdəki qeydlər (yazılar) səhv olduğu sübut edilənə qədər düzgün sayılır.

2. Əqd əsasında başqa şəxsdən hər hansı hüququ alan (əldə edən) şəxsin xeyrinə və bu hüquq özgəninkiləşdirənin adına reyestrdə qeydiyyata alındıqda, reyestrin qeydi düzgün sayılır, o hal istisna olmaqla – nə vaxt ki, bu qeydin əleyhinə şikayət ərizəsi verilib və ya alıcı qeydin dəqiq olmadığını bilirdi.

3. Mülkiyyətçi daşınmaz əmlakı özgəninkiləşdirirsə və ya hüquqi baxımdan yükləyirsə, əqdin bağlanması (hüququn qeydiyyatı) zamanı şərikli (ortaq) mülkiyyətçidən razılıq tələb edilməsinə, əgər o, dövlət reyestrində belə qeydiyyata alınmayıbsa, yol verilmir.

4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş halda, alıcının maraqlarına uyğun olaraq, özgəninkiləşdirən yeganə mülkiyyətçi sayılır - əgər o, dövlət reyestrində belə qeydiyyata alınmışdırsa, o hal istisna olmaqla – nə vaxt ki, alıcı bilirdi ki, özgəninkiləşdirəndən başqa digər ortaq (şərikli) mülkiyyətçi də var.

Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260

Maddə 313. (çıxarılıb)

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 314. (çıxarılıb)

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 315. (çıxarılıb)

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158