Üçüncü kitab: Öhdəlik hüququ və müqavilələr
Gürcüstan Mülki Məcəlləsinin Azərbaycan dilində qeyri-rəsmi tərcüməsindən seçilmiş kitab.
Buradakı Azərbaycan dilində mətn qeyri-rəsmi tərcümədir. Saxlanılan mətnin girişində 23 iyun 2022-ci il tarixi göstərilir; onun hazırkı rəsmi redaksiyaya uyğunluğu təsdiqlənməyib. Hüquqi tətbiqdən əvvəl maddəni və dəyişiklikləri Matsne-dəki rəsmi Mülki Məcəllə ilə yoxlayın.
Bu kitabın maddələri
Kitabın mətni
Üçüncü kitab
Öhdəlik qoyucu hüquq
Ümumi hissə
Öhdəliklər haqqında ümumi müddəalar
Maddə 316. Anlayışı (Konsepsiyası)
1. Öhdəliyin gücü (qüvvəsi) ilə kreditor borcludan hər hansı hərəkəti yerinə yetirməsini tələb etmək hüququna malikdir. Yerinə yetirmə hərəkətdən çəkinməklə də ifadə edilə bilər.
2. Məzmununu və xarakterini nəzərə alaraq, öhdəlik hər bir tərəfin digər tərəfin hüquqlarına və əmlakına xüsusi diqqətlilik (qayğı) göstərməsini tələb edə bilər.
Maddə 317. Öhdəliyin yaranmasının əsasları
1. Öhdəliyin yaranması üçün iştirakçılar arasında müqavilə zəruridir, o hal istisna olmaqla – nə vaxt ki, öhdəlik ziyan vurmaqdan (deliktdən), əsassız varlanmadan və ya qanunla nəzərdə tutulmuş digər əsaslardan yaranır.
2. 316-cı maddədə nəzərdə tutulmuş vəzifələrlə bağlı öhdəlik müqavilənin hazırlanması əsasında da yarana bilər.
3. Danışığın iştirakçısı digər iştirakçıdan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu müqavilə digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmamışdır.
Maddə 318. Məlumat vermək öhdəliyi
Bu və ya digər məlumatı almaq hüququ öhdəlikdən irəli gələ bilər. Məlumatın verilməsi - öhdəliyin məzmununu müəyyən etmək üçün vacib olduqda və əks tərəf (kontrahent) bu məlumatı öz hüququna xələl gətirmədən təqdim edə bildikdə təmin edilməlidir. Məlumatın verilməsi xərclərini öhdəliyi daşıyan şəxsə onu alan şəxs ödəməlidir.
Birinci Qapı
Müqavilə hüququ
Birinci hissə
Birinci fəsil
Ümumi müddəalar
Maddə 319. Müqavilə azadlığı (sərbəstliyi). Müqavilə bağlamaq öhdəliyi
1. Özəl (xüsusi) hüququn subyektləri qanun çərçivəsində sərbəst şəkildə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyən edə bilərlər. Onlar qanunla nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilənin həqiqiliyi (etibarlılığı) cəmiyyətin və ya şəxsin mühüm maraqlarının qorunması üçün dövlətin icazəsindən asılıdırsa, o zaman bu, ayrıca qanunla tənzimlənməlidir.
2. Müqavilənin tərəflərindən biri bazarda dominant mövqe tutduqda, bu fəaliyyət sahəsində o, müqavilə bağlamaq öhdəliyini daşıyır. O, əsassız olaraq, əks tərəfə (kontrahentə) qeyri-bərabər müqavilə şərtləri təklif edə bilməz.
3. Qeyri-sahibkarlıq məqsədləri və ya yaşayış ehtiyaclarını ödəmək üçün əmlak və xidmətlər əldə edən və ya ondan istifadə edən şəxslərə müqavilə bağlamaqdan əsassız olaraq imtina edilə bilməz, əgər müqavilənin digər tərəfi özünün sahibkarlıq fəaliyyəti çərçivəsində hərəkət edirsə.
Maddə 320. Gələcək əmlaka dair bağlanmış müqavilənin batilliyi
Tərəflərdən birinin özünün gələcək əmlakının hamısını və ya bir hissəsini başqasına vermək və/və ya uzufruktla yükləmək öhdəliyini qoyan müqavilə batildir, o hal istisna olmaqla – nə vaxt ki, müqavilə gələcək əmlakın ayrı-ayrı əşyaları üzrə bağlanmışdır.
Maddə 321. Əmlakın təhvil verilməsi haqqında müqavilə
Tərəflərdən birinin özünün indiki əmlakının hamısını və ya bir hissəsini başqasına vermək və/və ya uzufruktla yükləmək öhdəliyini üzərinə götürdüyü müqavilə yazılı formada olmalıdır, o hallar istisna olmaqla – nə vaxt ki, müqavilə indiki əmlakın ayrı-ayrı əşyaları üzrə bağlanmışdır.
Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321
Maddə 322. Miras əmlakı haqqında bağlanmış müqavilənin batilliyi
1. Şəxsin sağlığında (həyatında) onun mirası barədə başqa şəxslər tərəfindən bağlanmış müqavilə batildir. Eyni qayda şəxsin sağlığında onun mirasından irəli gələn məcburi pay və/və ya vəsiyyət öhdəliyi ilə bağlı müqavilələrə də tətbiq edilir.
2. Bu maddənin birinci hissəsinin qaydası gələcək qanuni vərəsələr arasında onlardan birinin qanunla miras payına və məcburi payına dair bağlanan müqaviləyə tətbiq edilmir.
Maddə 323. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi qaydası
Tərəflərdən birinin daşınmaz əşya üzərində mülkiyyət hüququnu başqasına keçirməyi və ya onu satın almağı öhdəsinə götürdüyü müqavilə yazılı formada olmalıdır.
Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321
Maddə 324. Əşyanın yüklənməsi haqqında müqavilənin əhatə dairəsi
Əgər şəxs öz əşyasını özgəninkiləşdirməyi və ya yükləməyi öhdəsinə götürürsə, bu öhdəlik əşyanın mənsubuna da şamil edilir, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa.
Maddə 325. Öhdəliyin şərtlərinin ədalətlilik əsasında müəyyənləşdirilməsi
1. Əgər öhdəliyin yerinə yetirilmə şərtləri müqavilənin tərəflərindən biri və ya üçüncü şəxs tərəfindən müəyyən edilməlidirsə, şübhə yarandıqda, bu cür müəyyənləşmənin ədalətlilik əsasında aparılmalı olduğu güman edilir.
2. Əgər tərəf, şərtləri ədalətli hesab etmirsə və ya onların müəyyən edilməsi gecikirsə, qərarı məhkəmə verir.
Maddə 326. Müqavilə öhdəlikləri haqqında qaydaların müqavilədən kənar öhdəliklərə tətbiqi
Müqavilə öhdəliyi haqqında qaydalar müqavilədən kənar digər öhdəliklərə də tətbiq edilir, əgər öhdəliyin mahiyyətindən başqa bir şey çıxmırsa.
İkinci fəsil
Müqavilənin bağlanması
Maddə 327. Müqavilənin mühüm şərtləri haqqında razılaşma
1. Tərəflər bu məqsəd üçün nəzərdə tutulmuş formada onun bütün mühüm şərtləri barədə razılığa gəlsələr, müqavilə bağlanmış sayılır.
2. Müqavilənin o şərtləri mühüm sayılır, hansılar üzrə ki razılaşma tərəflərdən birinin tələbi ilə əldə edilməlidir və/və ya hansılar ki qanunla belə hesab olunur.
3. Müqavilədən gələcəkdə müqavilə bağlamaq öhdəliyi yarana bilər. Müqavilə üçün nəzərdə tutulmuş forma əvvəlki müqaviləyə də şamil edilir.
Maddə 328. Müqavilənin forması
1. Əgər qanunla müqavilənin həqiqiliyi (etibarlılığı) üçün konkret forma müəyyən edilibsə və ya tərəflər müqavilə üçün belə bir formanı nəzərə alıblarsa, müqavilə yalnız bu forma haqqında tələb yerinə yetirildikdən sonra qüvvəyə minir.
2. Tərəflər yazılı forma haqqında razılaşdıqda, müqavilə - tərəflərin imzaladığı bir sənəd tərtib etməklə bağlana bilər; Formanı təmin etmək üçün teleqraf mesajı, telekopiya və ya məktublar mübadiləsi də kifayətdir.
Maddə 329. Ofert (təklif) etmək
1. Müqavilə bağlamaq haqqında təklif (ofert) təklif edilmiş sayılır, əgər bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə - təklifi edənin (oferentin), razılıq olduğu halda, öz təklifini yerinə yetirməyə hazır olduğu ifadə edilirsə.
2. Qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış təklif, əgər bu təklifdə başqa hal birbaşa nəzərdə tutulmayıbsa, ofertə (təklifə) dəvətdir.
Maddə 330. Müşayiət edən və müşayiət etməyən şəxslərə edilmiş ofert
1. Müşayiət edən şəxsə edilən təklifə (ofertə) dərhal cavab alınmalıdır.
2. Müşayiət etməyən şəxsə edilən təklif (ofert) yalnız təklifi edənin adətən cavabı gözləyə bildiyi müddətə qədər qəbul edilə bilər.
Maddə 331. Aksept (qəbul)
Əgər təklifi edən (oferent) aksept üçün müddət müəyyən edibsə, aksept yalnız bu müddətdə həyata keçirilə bilər.
Maddə 332. Gecikmiş aksept
Əgər təklifi edənə (oferentə) aksept gec çatacaqsa, akseptdən isə onun vaxtında göndərildiyi aydın olursa, aksept yalnız o zaman gecikmiş sayılacaq - əgər təklifi edən (oferent) bu barədə dərhal digər tərəfə məlumat veribsə.
Maddə 333. Yeni ofert
1. Təklifin gec qəbul edilməsi yeni təklif (yeni ofert) hesab olunur.
2. Cavabda müqavilənin bağlanmasına razılıq bildirildikdə, ancaq təqdim edilən təklifdə nəzərdə tutulandan fərqli şərtlərlə - belə bir cavab ofertin rədd edilməsi və eyni zamanda – yeni təklif kimi sayılacaq.
Maddə 334. Təklifi edənin (oferentin) razılıq ehtimalı
Əgər işgüzar münasibətlərdə aksept dəyişdirilmiş şərtlərlə həyata keçirilirsə, akseptant (qəbul edən) təklifi edənin (oferentin) razılığını ehtimal etmək hüququna malik idisə və bu sonuncu dərhal imtina (etiraz) etmədikdə, müqavilə bağlanmış sayılır.
Maddə 335. Susmaq (sükut), qəbul forması kimi
1. Başqa şəxslərin işgüzar əməliyyatlarını yerinə yetirməli olan sahibkar işgüzar əlaqədə olduğu şəxsdən bu cür işlərin yerinə yetirilməsinə dair təklifi aldıqda, o, bu təklifə ağlabatan müddətdə cavab verməyə borcludur; onun susması qəbul sayılacaq. Eyni qayda, sahibkarın bu cür işlərin yerinə yetirilməsi üçün sifarişlər tələb etdiyi şəxsdən belə bir təklifi aldığı halda da tətbiq edilir.
2. Sahibkar təklifi rədd edirsə, mal isə artıq göndərilibsə, zərərin qarşısını almaq üçün o, malı təklifi edənin xərci ilə müvəqqəti saxlamağa borcludur elə ki, bununla ona zərər dəyməsin.
Maddə 336. (çıxarılıb)
Gürcüstanın 29 mart 2022-ci il tarixli qanunu №1456 – veb-səhifə, 06.04.2022-ci il.
Maddə 337. Müqavilənin ayrı-ayrı ifadələrinin izahı
Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür başa düşülə (anlaşıla) bilərsə, üstünlük adətən müqaviləni bağlayan tərəflərin yaşayış yerində qəbul edilənə verilməlidir. Əgər tərəflərin müxtəlif yaşayış yerləri varsa, akseptantın yaşayış yeri həlledicidir.
Maddə 338. Müqavilədə bir-birini istisna edən və çoxmənalı ifadələr
Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa ən çox uyğun gələn ifadəyə üstünlük verilməlidir.
Maddə 339. Ticarət adət və ənənələri
Müqavilənin tərəflərinin hüquq və vəzifələri müəyyən edilərkən ticarət adətləri və ənənələri nəzərə alına bilər.
Maddə 340. Qarışıq müqavilələrin izahı
Qarışıq müqavilələr izah edilərkən, yerinə yetirmənin mahiyyətinə ən yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar nəzərə alınır.
Maddə 341. Borcun mövcudluğunu etiraf etmək
1. Öhdəlik münasibətinin mövcudluğunun tanındığı müqavilənin həqiqiliyi (etibarlılığı) üçün (borcun mövcudluğunun tanınması), yazılı etiraf zəruridir. Mövcudluğu tanınmış öhdəlik münasibətinin yaranması üçün başqa forma nəzərdə tutulmuşdursa, tanınma (etiraf) da bu formanı tələb edir.
2. Əgər borcun mövcudluğu hesablaşma (ödəniş) əsasında və ya razılaşma yolu ilə tanınıbsa, o zaman formaya riayət etmək zəruri deyil.
Üçüncü fəsil
Müqavilənin standart şərtləri
Maddə 342. Anlayışı (konsepsiyası)
1. Müqavilənin standart şərtləri əvvəlcədən formalaşdırılmış, çoxlu (dəfələrlə) istifadə edilmək məqsədi daşıyan şərtlərdir, hansıları ki bir tərəf (təklifi edən) digər tərəfə təyin edir və hansıların ki vasitəsilə qanunla müəyyən edilmiş normalardan fərqli və ya onları tamamlayan qaydalar müəyyən edilməlidir.
2. Əgər müqavilənin şərtlərini tərəflər təfərrüatlı şəkildə müəyyən ediblərsə, bu, müqavilələrin standart şərti hesab edilmir.
3. Standart şərtlərlə müqayisədə, tərəflərin bilavasitə razılaşdıqları şərtlərə üstünlük verilir.
Maddə 343. Müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi
1. Müqavilənin standart şərtləri - onları təklif edən və müqavilənin digər tərəfi arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız aşağıdakı hallarda çevrilir:
a) təklifi edən müqavilənin bağlandığı yerdə görünən bir yazı düzəldəcək və bu şərtləri göstərəcək və
b) müqavilənin digər tərəfi bu şərtlərin məzmunu ilə tanış olmaq və razılaşdığı təqdirdə, bu şərtləri qəbul etmək imkanına malikdir.
2. Müqavilənin digər (ikinci) tərəfi sahibkardırsa, o, işgüzar münasibətlərdə lazımi diqqət (qayğı) göstərərkən bunu nəzərə almalı idisə, müqavilələrin standart şərtləri müqavilənin tərkib hissəsinə çevrilir.
Maddə 344. Müqavilənin standart şərtlərinin qeyri-adi müddəaları
Müqavilənin standart şərtlərinin formaya görə ikinci tərəfin onları nəzərə ala bilməyəcəyi qədər qeyri-adi olan müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.
Maddə 345. Müəmmalı mətnin ikinci tərəfin xeyrinə izah (şərh) edilməsi
Əgər müqavilənin standart şərtlərinin mətni müəmmalıdırsa, o zaman o, ikinci tərəfin xeyrinə izah (şərh) olunacaq.
Maddə 346. Etimad (inam) və vicdanlılıq prinsiplərinə zidd olan şərtlərin batilliyi
Müqavilələrin standart şərti - etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq, müqavilənin ikinci tərəfi üçün zərərlidirsə, müqaviləyə daxil edilməsindən asılı olmayaraq batildir. Bundan əlavə, bu şərtlərin müqaviləyə daxil edildiyi hallar, tərəflərin qarşılıqlı maraqları və digərləri nəzərə alınmalıdır.
Maddə 347. Müqavilənin standart şərtlərinin batil olması
Təklifi edənin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə tətbiq etdiyi - müqavilənin standart şərtlərində batil hesab edilir:
a) müddəa, hansıyla ki təklifi edən edilmiş təklifi qəbul etmək və ya rədd etmək üçün və yaxud bu və ya digər işi yerinə yetirmək üçün qeyri-adekvat uzun və ya aydın şəkildə qısa müddətlər qoyur (təklifin qəbul edilməsi və yerinə yetirilməsi müddətləri);
b) müddəa, hansıyla ki təklifi edən öz öhdəliklərinin yerinə yetirilməsi üçün qanunla müəyyən edilmiş normalardan fərqli, qeyri-adekvat uzun və ya kifayət qədər müəyyən edilməmiş müddətlər qoyur (öhdəliyin pozulması halında müddətlər);
q) müddəa, hansı ki təklifi edənə müqavilədə göstərilən əsas olmadan öz öhdəliyini yerinə yetirməkdən əsassız imtina etmək hüququ verir (müqavilədən imtina etmək şərti);
d) müddəa, hansı ki təklifi edənə - vəd edilmiş işi dəyişdirməyə və ya ondan yayınmağa hüquq (icazə) verir, əgər bu barədə razılaşma müqavilənin digər tərəfi üçün məqbul deyilsə (dəyişiklik etmək şərti);
e) müddəa, hansı ki təklifi edənə müqavilənin digər tərəfindən çəkilmiş xərclərə görə qeyri-münasib yüksək kompensasiya ödənilməsini tələb etməyə hüquq (icazə) verir (çəkilmiş xərclərə görə qeyri-münasib yüksək kompensasiya).
Maddə 348. Müqavilənin standart şərtlərinin batil olması üçün digər əsaslar
Müqavilənin standart şərtlərində - təklifi edənin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə tətbiq etdiyində, həmçinin, batil hesab edilir:
a) əsassız olaraq qısa müddətdə qiymət artımını (qiymətlərin qısamüddətli artımını) nəzərdə tutan müddəa;
b) müddəa, hansıyla ki məhdudlaşdırılır və ya istisna edilir:
bu qanuna əsasən müqavilə tərəfinin malik olduğu icradan (yerinə yetirməkdən) imtina etmək hüququ,
və ya
müqavilə tərəfinin digər tərəf öhdəliyi yerinə yetirənə qədər icradan (yerinə yetirməkdən) imtina etmək hüququ (icradan imtina etmək hüququ);
q) müddəa, hansı ki müqavilənin tərəfini mübahisəsiz və ya məhkəmə qərarı ilə müəyyən edilmiş tələbi çıxmaq (əvəz etmək) hüququndan məhrum edir (qarşılıqlı tələblərin nəzərə alınmasının qadağan edilməsi);
d) müddəa, hansıyla ki təklifi edən, müqavilənin tərəfinə xəbərdarlıq etməyə və ya öhdəliyin yerinə yetirilməsi üçün ona müddət təyin etməyə dair qanunla nəzərdə tutulmuş öhdəlikdən azad edilir (öhdəliyin yerinə yetirilməsi barədə xəbərdarlıq; müddətin təyin edilməsi);
e) zərərin miqdarından daha çox məbləğ tələb etmək barədə razılaşma (zərərin ödənilməsinə dair həddindən artıq tələb);
v) müddəa, hansı ki təklifi edənin və ya onun nümayəndəsinin kobud ehtiyatsızlığı nəticəsində öhdəliyin pozulması üzündən dəymiş ziyana görə məsuliyyəti istisna edir və ya məhdudlaşdırır (ehtiyatsızlığa görə məsuliyyət);
z) müddəa, hansıyla ki təklifi edən tərəf əsas öhdəliyi pozduqda:
müqavilənin digər tərəfi müqavilədən imtina etmək hüququndan məhrum edilir və ya məhdudlaşdırılır,
və ya
müqavilənin digər tərəfi müqavilənin yerinə yetirilmədiyinə görə zərərin ödənilməsini tələb etmək hüququndan məhrum edilir və ya „v“ alt bəndinə zidd olaraq (əksinə) məhdudlaşdırılır (əsas öhdəliyin yerinə yetirilməsinin pozulması);
t) müddəa, hansı ki təklifi edənin öhdəliyi qismən yerinə yetirdiyi hallarda, müqavilənin digər tərəfini bütün müqaviləni yerinə yetirmədiyinə görə dəymiş ziyanı ödəməyi tələb etmək və ya müqavilədən imtina etmək hüququndan məhrum edir, əgər o, qismən icraya (yerinə yetirməyə) marağını itirmişsə (öhdəliyin qismən yerinə yetirilməsi zamanı marağın itirilməsi);
i) qanunla nəzərdə tutulmuş qaydalardan fərqli olaraq, yeni istehsal olunmuş malların təhvil verilməsi (çatdırılması) və işlərin yerinə yetirilməsi zamanı əşyanın qüsuruna görə təklifi edənin məsuliyyətini məhdudlaşdıran müddəalar.
Dördüncü fəsil
Üçüncü şəxslərin xeyrinə bağlanmış müqavilə
Maddə 349. Anlayışı (konsepsiyası)
Qanunda və ya müqavilədə başqa heç nə nəzərdə tutulmayıbsa və/və ya öhdəliyin özünün mahiyyətindən başqa heç nə irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanan müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.
Maddə 350. Üçüncü şəxslərin xeyrinə bağlanmış müqavilənin izahı
1. Xüsusi qeyd-şərt mövcud olmadıqda, işin vəziyyətindən, xüsusən də, müqavilənin məqsədindən müəyyən edilməlidir:
a) hüququn üçüncü şəxs tərəfindən alınmalı və ya alınmamalı olması;
b) bu hüquq ona dərhal yaranır yoxsa müəyyən ilkin şərtlərin mövcudluğunda;
q) müqavilənin tərəflərinin üçüncü tərəfin razılığı olmadan onun hüququnu ləğv etmək və ya dəyişdirmək hüquqlarının olub-olmaması.
2. Müqavilədə üçüncü şəxsin xeyrinə qeyd-şərt qoymuş tərəf, əks tərəfin (kontrahentin) razılığından asılı olmayaraq, müqavilədə göstərilən üçüncü şəxsi dəyişdirmək hüququnu özündə saxlayır.
Maddə 351. Üçüncü şəxsin müqavilə ilə əldə etdiyi hüquqdan imtina etməsi
Üçüncü şəxs müqavilə üzrə əldə etdiyi hüquqdan imtina edirsə, əgər müqavilədən və ya öhdəliyin mahiyyətindən başqa heç nə irəli gəlmirsə, kreditor öhdəliyin yerinə yetirilməsini özü tələb edə bilər.
Beşinci fəsil
Müqavilədən çıxmaq
Maddə 352. Müqavilədən imtinanın nəticələri
1. Müqavilənin tərəflərindən biri 405-ci maddədə nəzərdə tutulmuş şərtlər mövcud olduqda müqavilədən imtina edərsə, o zaman qəbul edilən icra və fayda tərəflərə qaytarılır (natura şəklində qaytarmaq).
2. Natura şəklində qaytarmaq əvəzinə, borclu - pul kompensasiyası ödəməlidir, əgər:
a) alınan əşyanın xüsusiyyətinə görə, onu geri qaytarmaq mümkün deyilsə;
b) alınan predmeti tərəf istifadə edəcək, özgəninkiləşdirəcək, hüquqi baxımdan yükləyəcək, təkrar emal edəcək və ya yenidən işləyib-hazırlayacaqsa;
q) alınan predmet xarab oldu və ya həlak oldusa; düzgün istifadə nəticəsində yaranan köhnəlmə (aşınma) nəzərə alınmır.
3. Müqavilədə cavab icrası nəzərdə tutulmuşdusa, pul kompensasiyası bu icra ilə dəyişəcək.
4. Pul kompensasiyası öhdəliyi yaranmır, əgər:
a) predmetin müqavilədən imtina etmək hüququ verən qüsuru bu predmetin işlənməsi və ya dəyişdirilməsi zamanı aşkar edilmişdirsə;
b) predmetin (əşyanın) xarab olması və ya həlak olması kreditorun təqsiri üzündən baş vermişsə;
q) predmet səlahiyyətli şəxsin yanında xarab olmuş və ya həlak olmuşsa, baxmayaraq ki, o, ona öz əşyası kimi eyni cür qayğı ilə yanaşırdı (davranırdı), qalanı isə geri qaytarılmalıdır.
5. Bu maddənin birinci hissəsindən irəli gələn öhdəliklərin pozulmasına görə, 394-cü maddəyə əsasən, kreditor zərərin ödənilməsini tələb edə bilər.
Maddə 353. Predmetdən düzgün istifadə qaydalarının pozulmasına görə faydaların alınmaması (qəbul edilməməsi) halında borclunun öhdəliyi
1. Əgər borclunun fayda almaq imkanı olsa da, predmetdən düzgün istifadə qaydalarını pozduğuna görə fayda almırsa, o, faydanın alınmaması nəticəsində yaranmış zərəri kreditora ödəməyə borcludur.
2. Borclu - predmeti geri qaytardıqda, pulla kompensasiya etdikdə və ya 352-ci maddənin 4-cü hissəsinin “a” və “b” alt bəndlərinə əsasən, zərərin ödənilməsi tələbinə yol verilmədikdə, ona zəruri məsrəflər (xərclər) ödənilməlidir. Digər məsrəflər yalnız kreditorun onlardan faydalandığı halda ödənilməlidir.
Maddə 354. Müqavilədən çıxmaq nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsi
Müqavilədən çıxmaq nəticəsində yaranan öhdəlikləri tərəflər eyni vaxtda yerinə yetirməlidirlər.
Maddə 355. Müqavilədən çıxdıqda xəbər vermək (bildiriş) öhdəliyi
Müqavilədən çıxmaq müqavilənin digər (ikinci) tərəfinə xəbər verməklə həyata keçirilir.
Maddə 356. Müqavilədən çıxmaq müddəti
Əgər müqavilədən çıxmaq müddəti müəyyən edilməmişdirsə, o zaman müqavilənin digər tərəfi çıxan şəxsə belə müddət müəyyən edə bilər. Müddət ağlabatan olmalıdır. İmtina müddət bitməzdən əvvəl elan edilmədikdə, müqavilədən çıxmaq hüququ ləğv edilir (qüvvədən düşür).
Maddə 357. Bir neçə şəxsin müqavilədən çıxması
Əgər müqavilənin bu və ya digər tərəfində bir neçə şəxs iştirak edirsə, o zaman müqavilədən imtina etmək hüququ müqavilədən çıxan tərəfin bütün iştirakçıları tərəfindən qarşı tərəfin bütün iştirakçılarına xəbərdarlıq edilməklə həyata keçirilə bilər. Əgər səlahiyyətli şəxslərdən biri üçün müqavilədən çıxmaq hüququ ləğv edilirsə (qüvvədən düşürsə), bu hüquq hamı üçün ləğv edilir (qüvvədən düşür).
Maddə 358. Müqavilədən geri çəkilməyin yolverilməzliyi
Borclu öhdəliyi tutma yolu ilə yerinə yetirə bilərdisə və çıxdıqdan sonra dərhal öhdəliyin tutulması haqqında bəyan etsə (ərizə versə), öhdəliyin yerinə yetirilməməsinə görə müqavilədən çıxmağa (geri çəkilməyə) yol verilmir.
Maddə 359. Kreditorun müqavilədən imtina etməsi
Əgər müqavilə - müqavilənin əsasında borclunun öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hüquqlarını itirməsi şərti ilə bağlanıbsa, bu baş verdikdə kreditor müqavilədən çıxa bilər.
Maddə 360. Barışmanın (razılaşmanın) əsaslarında səhv
1. Tərəflər arasında mübahisənin və ya qeyri-müəyyənliyin (əmin olmamağın) qarşılıqlı güzəşt (barışıq) yolu ilə həll edildiyi (aradan qaldırıldığı) müqavilə batildir, əgər müqavilənin məzmununa əsasən, bu barışıq reallığa (həqiqətə) uyğun olmayan hallara əsaslanırsa və əgər tərəflər işin əsl vəziyyətini bilsəydilər, mübahisə və ya qeyri-müəyyənlik yaranmazdısa.
2. Hər hansı tələbin həyata keçirilməsi şübhə doğurduqda, bu da qeyri-müəyyənliyə bərabərdir.
İkinci Qapı
Öhdəliyin yerinə yetirilməsi
Birinci fəsil
Ümumi müddəalar
Maddə 361. Öhdəliyin mövcudluğu prezumpsiyası
1. Hər bir yerinə yetirmə (icra) öhdəliyin mövcudluğu (olması) deməkdir.
2. Öhdəlik düzgün, vicdanla, müəyyən edilmiş vaxtda və yerdə yerinə yetirilməlidir.
Maddə 362. Öhdəliyin yerinə yetirildiyi yer
Əgər yerinə yetirmə (icra) yeri müəyyən edilməyibsə və öhdəlik münasibətinin mahiyyətindən də irəli gəlmirsə, predmetin təhvil verilməsi aşağıdakı qaydada həyata keçirilməlidir:
a) fərdi olaraq müəyyən edilmiş predmet olduqda – onun öhdəliyin yarandığı an etibarilə olduğu yerdə;
b) cinsi ilə (soyadı ilə) müəyyən edilmiş predmet olduqda – borclunun müəssisəsinin yerləşdiyi yerdə; əgər belə bir şey yoxdursa, o zaman – onun yaşayış yerinə (hüquqi ünvanına) görə.
Maddə 363. Borclunun və ya kreditorun yerinin dəyişdirilməsi
1. Əgər öhdəliyin yerinə yetirilməsinə qədər borclunun yaşayış yeri və ya iş yeri (müəssisəsinin yerləşdiyi yer) dəyişirsə və buna görə kreditor əlavə xərclər çəkirsə, borclu bu xərcləri kreditora ödəməlidir.
2. Öhdəliyin yerinə yetirilməsinə qədər kreditorun yaşayış yeri və ya hüquqi ünvanı dəyişdikdə və bununla əlaqədar olaraq xərclər artarsa və ya icraya (yerinə yetirməyə) təhlükə yaranarsa, o zaman kreditor həm artan xərclərin ödənilməsi, həm də predmetin təhvil verilməsi ilə bağlı gözlənilən təhlükə riskini daşıyır.
Maddə 364. Öhdəliyin vaxtından əvvəl yerinə yetirilməsi
Kreditor üzrlü səbəbdən icranı (yerinə yetirməni) qəbul etməkdən imtina etmədikdə, borclunun öhdəliyi vaxtından əvvəl yerinə yetirmək hüququ var.
Maddə 365. Müəyyən edilmiş icra müddəti olmadıqda öhdəliyin yerinə yetirilməsi
Əgər öhdəliyin yerinə yetirilməsi üçün vaxt müəyyən edilməmişdirsə və o, digər hallardan da aydın olmursa, kreditor istədiyi vaxt onun yerinə yetirilməsini tələb edə bilər, borclu isə dərhal onu yerinə yetirə bilər.
Maddə 366. Öhdəliyin vaxtından əvvəl yerinə yetirilməsi tələbinin yolverilməzliyi
Əgər vaxt müəyyən edilibsə, şübhə yarandıqda, kreditorun bu müddətdən əvvəl icranı tələb edə bilməyəcəyi, borclunun isə öhdəliyi müəyyən edilmiş müddətdən əvvəl yerinə yetirə biləcəyi ehtimal (güman) edilir.
Maddə 367. Öhdəliyin dərhal yerinə yetirilməsini tələb etmək hüququ
Əgər öhdəliyin yerinə yetirilməsi üçün borclunun xeyrinə hər hansı müddət müəyyən edilibsə və əgər borclu müflisləşibsə və ya vəd edilən təminatı azaldıbsa və/və ya onu ümumiyyətlə (heç cür) təqdim edə bilmədisə, kreditor icranı dərhal tələb edə bilər.
Maddə 368. Şərti əqd olduqda öhdəliyin yerinə yetirilməsi
Əgər əqdin həqiqiliyi (etibarlılığı) hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik bu şərtin baş verdiyi gündən yerinə yetirilməlidir.
Maddə 369. Öhdəliyi yerinə yetirməkdən imtina etmək
İkitərəfli müqaviləyə əsasən öhdəliyi olan şəxs cavab hərəkəti həyata keçirilənə qədər öhdəliyi yerinə yetirməkdən imtina edə bilər, o hal istisna olmaqla – nə vaxt ki, o, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirməyə borclu idi.
Maddə 370. İstehlak krediti
1. İstehlak krediti zamanı krediti alan şəxs, əgər bu kreditlə bağlı təmənnalı müqavilədən irəli gələn cavab ərizəsi ona satıcı qarşısında öhdəliyini yerinə yetirməkdən imtina etmək hüququ verərsə, krediti qaytarmaqdan imtina edə bilər.
2. Əgər kredit alış qiymətinin maliyyələşdirilməsinə xidmət edirsə və hər iki müqavilə iqtisadi vəhdət kimi sayılırsa, alqı-satqı müqaviləsi kredit müqaviləsi ilə birlikdə bir-biri ilə əlaqəli (bir-birinə bağlı) əqd yaradır. Kredit müqaviləsinin hazırlanması və ya bağlanması zamanı, krediti verən satıcının iştirakından istifadə etdikdə, bu, iqtisadi vəhdət sayılacaq.
Maddə 371. Üçüncü şəxs tərəfindən öhdəliyin yerinə yetirilməsi
1. Əgər qanundan, müqavilədən və ya öhdəliyin xarakterindən borclunun öhdəliyi şəxsən yerinə yetirməli olduğu irəli gəlmirsə, bu öhdəliyi üçüncü şəxs də yerinə yetirə bilər.
2. Əgər borclu buna qarşıdırsa, kreditor üçüncü şəxsin təklif etdiyi icranı qəbul etməyə bilər.
Maddə 372. Kreditorun üçüncü şəxs tərəfindən qane (təmin) edilməsi
Kreditor borcluya məxsus olan əşyaya dair məcburi icraya müraciət etdikdə, bu əşya üzərindəki hüququnu məcburi icra yolu ilə itirmək təhlükəsi ilə üzləşən hər bir şəxs kreditoru təmin (qane) etmək hüququna malikdir. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ bu şəxsə keçir.
Maddə 373. Öhdəliyin yerinə yetirilməsinin səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi
1. Borclu - kreditorun qarşısında və ya qanunla və ya məhkəmə qərarı ilə icranı qəbul etməyə səlahiyyət verilmiş şəxsin qarşısında öhdəliyini yerinə yetirməyə borcludur.
2. Əgər öhdəliyin icrası səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilibsə, kreditor buna razılığını verdikdə və ya belə icradan faydalandıqda, öhdəlik yerinə yetirilmiş sayılacaq.
Maddə 374. Alternativ öhdəliklər
Bir neçə öhdəlikdən biri yerinə yetirilməlidirsə (alternativ öhdəliklər), borclunun seçim etmək hüququ var - əgər müqavilədən, qanundan və ya öhdəliyin xarakterindən başqa bir şey irəli gəlmirsə.
Maddə 375. Yerinə yetirilməli öhdəliklərin seçilməsi
Borclunun iki öhdəlikdən birindən imtina edə biləcəyi məlum olarsa, o zaman ikinci hərəkəti yerinə yetirmək öhdəliyi qüvvədə qalır.
Maddə 376. Alternativ öhdəliklərin seçilməsi qaydası
374-cü maddəyə görə, seçki müqavilənin ikinci tərəfinin qarşısında bəyannamə (ərizə) ilə və ya icra yolu ilə (yerinə yetirməklə) həyata keçirilir. Seçilmiş öhdəlik ən başdan (başlanğıcdan) yerinə yetirilməli öhdəlik kimi hesab edilir.
Maddə 377. İkidən çox yerinə yetirilməli olan öhdəliyin seçilməsi
374 – 376-cı maddələrin qaydaları öhdəliyin seçim predmeti iki icradan çox (artıq) olduğu hallarda da tətbiq edilir.
Maddə 378. Öhdəliyin qismən yerinə yetirilməsi
Əgər kreditor bununla razılaşırsa, borclunun öhdəliyi qismən (hissə-hissə) yerinə yetirmək (öhdəliyin qismən yerinə yetirilməsi) hüququ var.
Maddə 379. Kreditorun başqa icranı qəbul etmək hüququ
Kreditor müqavilədə nəzərdə tutulandan başqa digər icranı qəbul etməyə borclu deyil. Bu qayda hətta icranın böyük dəyərə malik olduğu halda da tətbiq edilir.
Maddə 380. Öhdəliyin yerinə yetirilmə keyfiyyəti
Əgər müqavilədə yerinə yetirmə keyfiyyəti təfərrüatlı müəyyən edilməyibsə, o zaman borclu, ən azı, orta keyfiyyətli işi yerinə yetirməyə və orta keyfiyyətli əşyanı təhvil verməyə borcludur.
Maddə 381. Fərdi olaraq müəyyən edilmiş predmet olduqda öhdəliyin yerinə yetirilməsi
Müqavilənin predmeti fərdi olaraq müəyyən edilmiş əşyadırsa, kreditor, daha yüksək qiymətə (dəyərə) malik olsa belə, başqa əşyanı qəbul etməyə borclu deyil.
Maddə 382. Ailə əşyası olduqda öhdəliyin yerinə yetirilməsi
Əgər icra predmeti dəyişdirilə bilən əşyadırsa (ailə əşyası), borclu öhdəliyi həmişə (hər zaman) yerinə yetirməlidir.
İkinci fəsil
Pul öhdəliyinin yerinə yetirilməsi
Maddə 383. Anlayışı (konsepsiyası)
Pul öhdəliyi milli valyutada ifadə edilir. Tərəflər pul öhdəliyini, qanunla qadağan edilmədiyi təqdirdə, xarici valyutada da müəyyən edə bilərlər.
Maddə 384. (çıxarılıb)
Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260
Maddə 385. Öhdəlik olmadan ödənilmişi geri tələb etmək qaydası
Öhdəlik olmadan ödənilmiş - əsassız varlanma haqqında qaydalara əsasən geri tələb oluna bilər.
Maddə 386. Pul öhdəliyinin yerinə yetirildiyi yer
1. İcra yerinə dair şübhə yarandıqda, pul öhdəliyi kreditorun olduğu yerə (yaşayış yeri və ya hüquqi ünvan) uyğun olaraq yerinə yetirilməlidir.
2. Kreditorun ödənişin aparılacağı (baş tutacağı) yerdə və ya ölkədə pul yatırmaq (köçürmək) üçün nəzərdə tutulmuş bank hesabı varsa, borclu bu hesaba köçürməklə öz pul öhdəliyini yerinə yetirə bilər, o hal istisna olmaqla – nə vaxt ki, kreditor buna qarşıdır.
Maddə 387. Pul öhdəliyinin ödənilməsinin ardıcıllığı (sırası)
1. Əgər borclunun müxtəlif öhdəliklərə görə kreditora bir neçə oxşar icra borcu varsa və yerinə yetirilmiş olan isə bütün borcları ödəməyə kifayət etmirsə, icra zamanı borclunun seçdiyi öhdəlik ödəniləcəkdir; borclu seçim etmədikdə isə ödəniş müddəti ilk dəfə gəlib çatmış borc ödəniləcəkdir.
2. Tələblərin yerinə yetirilməsi üçün müddət (son tarix) eyni vaxtda gəlib çatmışdırsa, o zaman borclu üçün yerinə yetirilməsi ən çətin olan tələb ilk növbədə yerinə yetirilməlidir.
3. Tələblər eyni dərəcədə ağırdırsa, ilk növbədə ən az təmin olunan tələb yerinə yetirilməlidir.
Maddə 388. Məhkəmə xərclərinin ödənilməsinin prioriteti
Borclunun müddəti gəlib çatmış borcun hamısını ödəməyə kifayət etməyən ödənişindən əvvəlcə məhkəmə xərcləri, sonra – əsas icra (borc) və sonda – faizlər ödənilir.
Maddə 389. Pul vahidinin məzənnəsi (kursu) dəyişdikdə pul öhdəliyinin ödənilməsi
Pul vahidi (məzənnə) ödəniş müddətindən əvvəl artıb və ya azalıbsa və ya valyuta dəyişibsə, borclu öhdəliyin yarandığı vaxta uyğun gələn valyuta məzənnəsi ilə ödəməyə borcludur. Valyuta dəyişdirilərkən, mübadilə münasibətləri valyutanın dəyişdirildiyi gün bu pul vahidləri arasında mövcud olan məzənnə əsasında qurulmalıdır.
Üçüncü fəsil
Kreditor tərəfindən gecikdirmə
Maddə 390. Anlayışı (konsepsiyası)
1. Kreditor ona təklif edilən, müddəti gəlib çatmış icranı qəbul etmədikdə, bu, kreditor tərəfindən gecikdirmə sayılır.
2. Əgər öhdəliyin yerinə yetirilməsi üçün kreditorun bu və ya digər hərəkəti tələb olunursa, o, bu hərəkəti yerinə yetirmədikdə də gecikdirmə sayılacaq.
Maddə 391. Kreditorun zərəri ödəmək öhdəliyi
Kreditor yerinə yetirilmiş öhdəliyi qəbul etmək müddətini təqsirli gecikdirdiyinə görə borcluya dəymiş zərəri ödəməlidir.
Maddə 392. Kreditor tərəfindən müddət gecikdirildiyində borclunun məsuliyyəti
Kreditor tərəfindən müddət gecikdirildiyində, borclu yalnız öhdəliyin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır, əgər borclunun niyyəti və ya kobud ehtiyatsızlığı səbəbindən icranın qeyri-mümkün olduğu müəyyən edilmişdirsə.
Maddə 393. Kreditor tərəfindən müddətin gecikdirilməsinin nəticələri
Təqsirindən asılı olmayaraq, kreditor tərəfindən müddət gecikdirilmişdirsə:
a) o, borcluya müqavilə predmetinin saxlanmasına görə yaranmış həddindən artıq çox (gərəksiz) xərcləri ödəməyə borcludur;
b) o, əşyanın təsadüfən xarab olması və ya həlak olması riskini öz üzərinə götürür (daşıyır);
q) artıq onun pul öhdəlikləri üçün faiz almaq hüququ yoxdur.
Üçüncü Qapı
Öhdəliyin pozulması
Birinci fəsil
Ümumi müddəalar
Maddə 394. Öhdəliyin pozulması halında zərərin ödənilməsi tələbi
1. Borclu öhdəliyi pozduqda, kreditor onun vurduğu zərərin ödənilməsini tələb edə bilər. Bu qayda borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımadığı hallarda tətbiq edilmir.
2. Borclu tərəfindən müddət gecikdirildiyində, kreditor borcluya öhdəliyi yerinə yetirməsi üçün zəruri olan vaxtı təyin edə bilər. Borclu bu vaxt ərzində də öhdəliyi yerinə yetirmədikdə, kreditor öhdəliyi yerinə yetirmək əvəzinə zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
3. Hər hansı bir nəticə verməyəcəyi aydın olduqda və ya hər iki tərəfin maraqlarını nəzərə alaraq zərərin ödənilməsi tələbinin dərhal tətbiq edilməsini əsaslandıran xüsusi hallar mövcud olduqda, əlavə müddət müəyyən etməyə ehtiyac yoxdur.
Maddə 395. Zərərin ödənilməsi öhdəliyindən azad etmək haqqında əvvəlcədən razılaşmanın yolverilməzliyi
1. Borclu, əgər başqa hal nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən də başqa heç nə irəli gəlmirsə, yalnız qəsdən və ya ehtiyatsızlıqdan vurulmuş zərərə görə məsuliyyət daşıyacaq.
2. Öhdəlik qəsdən hərəkətlə pozulduqda, borclunun zərəri ödəməkdən azad edilməsi barədə tərəflərin əvvəlcədən razılaşması yolverilməzdir.
Maddə 396. Borclunun öz nümayəndəsinin hərəkətinə görə məsuliyyəti
Borclu öz qanuni nümayəndəsinin və öz öhdəliklərini yerinə yetirmək üçün istifadə etdiyi şəxslərin hərəkətinə görə özünün təqsirli hərəkəti zamanı olduğu qədər cavabdeh olmalıdır.
Maddə 397. Borclunun icra predmetini başqa şəxsdən alması zamanı məsuliyyəti
Borclu icra predmetini başqa şəxsdən almalı idisə və onu ala bilməsə belə, icraya görə məsuliyyət daşıyır (cavabdehdir), əgər müqavilədən və ya digər hallardan başqa bir şey irəli gəlmirsə.
Maddə 398. Müqavilənin dəyişən vəziyyətlərə (şəraitlərə) uyğunlaşdırılması
1. Əgər müqavilənin bağlanması üçün əsas olmuş hallar müqavilə imzalanandan sonra açıq-aydın dəyişdisə və əgər bu dəyişikliklər nəzərə alınsaydı tərəflər bu müqaviləni bağlamazdılarsa və ya başqa məzmunda bağlayardılarsa, o zaman müqavilənin dəyişdirilmiş vəziyyətə (şəraitə) uyğunlaşdırılması tələb oluna bilər. Əks təqdirdə, ayrı-ayrı halları nəzərə alaraq, dəyişdirilməyən müqaviləyə ciddi riayət edilməsini müqavilənin tərəfindən tələb etmək olmaz.
2. Müqavilənin əsasını təşkil edən təqdimatların yanlış olduğu ortaya çıxanda, bu, vəziyyətin dəyişməsinə bərabərdir.
3. Tərəflər ilk növbədə müqaviləni dəyişmiş vəziyyətə uyğunlaşdırmağa çalışmalıdırlar. Müqaviləni dəyişmiş şəraitə uyğunlaşdırmaq mümkün olmadıqda və ya ikinci tərəf bununla razılaşmadıqda, maraqları pozulmuş tərəf müqavilədən imtina edə bilər.
Maddə 399. Uzunmüddətli öhdəlik münasibətindən imtina
1. Müqavilənin hər hansı tərəfi üzrlü səbəbə əsaslanaraq, müqavilənin ləğvi üçün müəyyən edilmiş müddətə riayət etmədən uzunmüddətli öhdəlik münasibətindən imtina edə bilər. Əsas (səbəb) o zaman üzrlü olur - nə vaxt ki, konkret vəziyyət, o cümlədən fors-major və qarşılıqlı maraqlar nəzərə alınmaqla, müqaviləyə xitam verən tərəfdən razılaşdırılmış müddət və ya müqavilənin ləğvi üçün müəyyən edilmiş müddət bitənə qədər müqavilə münasibətini davam etdirmək tələb oluna bilməz.
2. Əsas (səbəb) - həm də müqavilə öhdəliklərinin pozulmasıdırsa, müqavilənin ləğvinə yalnız qüsurların aradan qaldırılması üçün müəyyən edilmiş müddət nəticəsiz keçdikdən və ya nəticəsiz xəbərdarlıqdan sonra yol verilir. Müvafiq olaraq, 405-ci maddənin 2-ci hissəsi tətbiq edilir.
3. Səlahiyyətli şəxs müqaviləyə xitam verilməsinin səbəbi ona məlum olduqdan sonra ağlabatan müddətdə müqavilədən imtina edə bilər.
4. Əgər artıq yerinə yetirilmiş öhdəlik müqavilənin ləğvi nəticəsində səlahiyyətli şəxs üçün hər hansı maraq ifadə etmirsə, müqavilənin ləğvi bu icraya da şamil edilə bilər. Artıq yerinə yetirilmiş öhdəliyin qaytarılmasını təmin etmək üçün 352-354-cü maddələr müvafiq olaraq tətbiq edilir.
5. Zərərin ödənilməsi tələbinə müvafiq olaraq 407-ci maddə tətbiq edilir.
İkinci fəsil
Borclunun müddəti gecikdirməsi
Maddə 400. Anlayışı (konsepsiyası)
Borclu öhdəliyin yerinə yetirilməsi müddətini gecikdirmiş sayılır, əgər:
a) öhdəlik icra üçün müəyyən edilmiş vaxtda yerinə yetirilməyəcəksə;
b) icra müddəti gəlib çatdıqdan etibarən kreditorun xəbərdarlığından sonra da, o, öhdəliyi yerinə yetirmirsə.
Maddə 401. Öhdəliyin yerinə yetirilməsinin mümkünsüzlüyü
Əgər öhdəlik borclunun təqsiri üzündən baş vermədiyi hallar üzündən yerinə yetirilməmişdirsə, müddət gecikdirilmiş sayılmayacaq.
Maddə 402. Borclunun məsuliyyəti
Gecikdirilmiş (vaxtı keçmiş) müddət ərzində hər cür ehtiyatsızlığa görə borclu məsuliyyət daşıyır. O, hətta öhdəliyi vaxtında yerinə yetirsə belə, zərərin baş verə biləcəyini sübut etmədikdə, təsadüfiliyə görə də məsuliyyət daşıyır.
Maddə 403. Pul məbləğinin ödəniş vaxtı gecikdirildikdə faizin ödənilməsi
1. Pul məbləğinin ödəniş müddətini gecikdirən borclu, kreditor başqa əsaslarla daha çox tələb edə bilmədikdə, gecikmiş (keçmiş) vaxt üçün tərəflərin razılaşması ilə müəyyən edilmiş faizi ödəməyə borcludur.
2. Pul məbləğinin ödəniş müddəti gecikdirildikdə, faizdən faizin ödənilməsinə yalnız müqavilədə birbaşa nəzərdə tutulmuş halda yol verilir.
Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260
Maddə 404. Zərərin ödənilməsinə dair kreditorun hüququ
Kreditor gecikdirmə nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Üçüncü fəsil
İkitərəfli müqavilə zamanı öhdəliyin pozulması
Maddə 405. Öhdəlik pozulduqda əlavə müddətin müəyyən edilməsi
1. Müqavilənin bir tərəfi ikitərəfli müqavilədən irəli gələn öhdəliyi pozarsa, müqavilənin digər tərəfi öhdəliyin yerinə yetirilməsi üçün onun əlavə olaraq müəyyən etdiyi müddət nəticəsiz keçdikdən sonra, müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulmasının xarakterinə görə əlavə müddət tətbiq edilmirsə, o zaman xəbərdarlıq əlavə müddətin müəyyən edilməsinə bərabərdir. Öhdəlik yalnız qismən pozulduqda, kreditor müqavilədən yalnız o halda imtina edə bilər - əgər öhdəliyin qalan hissəsinin yerinə yetirilməsi onun üçün marağını itiribsə.
2. Əlavə müddət təyin etmək və ya xəbərdarlıq etmək zəruri deyil, əgər:
a) bunun heç bir nəticəsinin olmayacağı açıq-aydınsa (aşkardırsa);
b) öhdəlik müqavilə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməmiş, kreditor isə münasibətin davam etdirilməsini müqavilə ilə öhdəliyin vaxtında yerinə yetirilməsi ilə əlaqələndirmişdirsə;
q) xüsusi əsaslar mövcud olduqda, qarşılıqlı maraqlar nəzərə alınmaqla, müqaviləyə dərhal xitam verilməsi əsaslandırılmışdırsa.
3. Müqavilədən imtina etməyə yol verilmir, əgər:
a) öhdəliyin pozulması əhəmiyyətsizdirsə (cüzidirsə);
b) 316-cı maddənin 2-ci hissəsinin tələbləri pozulmuşdursa və buna baxmayaraq, kreditordan müqavilənin qüvvədə qalması tələb oluna bilərsə;
q) kreditor öhdəliyin pozulmasına görə tam və ya əsasən özü məsuliyyət daşıyırsa (cavabdehdirsə);
d) Cavab tələb tələbə (iddiaya) qarşı çıxırsa, hansını ki borclu artıq təqdim etmişdir və ya müqavilədən imtina edildikdən sonra dərhal təqdim edəcəkdir.
4. Müqavilədən imtina üçün əsasların olacağı aydındırsa, kreditor icra müddəti gəlib çatana qədər müqavilədən imtina etmək hüququna malikdir.
5. Borclu, kreditorun müqavilədən imtina etməsi üçün ağlabatan müddət müəyyən etmək hüququna malikdir.
Maddə 406. Cavab icranı qəbul etmək hüququ
1. Əgər ikitərəfli müqavilədə borclu ona həvalə edilmiş öhdəlikdən imtina etmək hüququna malikdirsə və ona bu hüququnu verən hal kreditorun təqsiri üzündən yaranıbsa, o, cavab (qarşı) icranı qəbul etmək hüququnu özündə saxlayır.
2. Əgər cavab icra üçün əsas kreditorun icranın qəbulunu gecikdirdiyi vaxt yaranıbsa, o zaman bu qayda tətbiq edilmir.
Maddə 407. Müqavilədən çıxdıqda zərərin ödənilməsi
1. Müqavilədən çıxdıqda kreditor müqavilənin yerinə yetirilməməsi nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb edə bilər.
2. Müqavilədən çıxmaq səbəbi borclunun təqsiri ilə bağlı olmadıqda, bu qayda tətbiq edilmir.
Dördüncü Qapı
Zərəri ödəmək (təzminat) öhdəliyi
Maddə 408. İlkin vəziyyəti bərpa etmək öhdəliyi
1. Zərəri ödəmək öhdəliyini daşıyan şəxs o vəziyyəti bərpa etməlidir, hansı ki əgər təzminat öhdəliyini yaradan hal olmasaydı, mövcud olardı.
2. Bədənin zədələnməsi və ya sağlamlığa xəsarət yetirilməsi nəticəsində zərərçəkmiş şəxs əmək qabiliyyətindən məhrum qalıbsa və ya əmək qabiliyyəti azalıbsa və/və ya ehtiyacları artarsa, zərərçəkmiş şəxsə zərər hər aylıq aliment ödənilməklə ödənilməlidir.
3. Zərərçəkmiş şəxs müalicə xərclərini əvvəlcədən tələb etmək hüququna malikdir. Eyni qayda peşəkar təlim (hazırlıq) zərurəti yarandıqda da tətbiq edilir.
4. Zərərçəkmiş şəxs, alimentin əvəzinə, ciddi (əhəmiyyətli) əsas mövcud olduqda, kompensasiya tələb edə bilər.
Maddə 409. İlkin vəziyyəti bərpa etmənin mümkünsüzlüyü
İlkin vəziyyəti bərpa etməklə zərəri ödəmək mümkün olmadıqda və ya bu, qeyri-mütənasib şəkildə böyük məsrəflər tələb etdikdə, kreditora pul təzminatı verilə bilər.
Maddə 410. Zərərin ödənilməsi üçün tələbdən qabaqcadan imtina etmək
Öhdəliyin pozulmasına görə zərərin ödənilməsini tələb etmək hüququndan qabaqcadan imtinaya qanunla və ya tərəflərin razılaşması ilə nəzərdə tutulduğu halda yol verilir.
Gürcüstanın 4 dekabr 2009-cu il tarixli qanunu №2284 - SSM I, №45, 21.12.2009-cu il., maddə.329
Maddə 411. Əldə edilməmiş gəlir (qazanc) üçün zərərin ödənilməsi
Zərər təkcə faktiki olaraq baş vermiş əmlak itkisinə görə deyil, həm də əldə edilməmiş gəlirə görə ödənilməlidir. Şəxsin almadığı və öhdəliyi lazımi qaydada (düzgün) yerinə yetirdiyi təqdirdə əldə edəcəyi (alacağı) gəlir əldə edilməmiş sayılır.
Maddə 412. Təzminat öhdəliyinin şamil edildiyi zərər
Ödənilməli olan yalnız o zərərdir, hansı ki borclu üçün əvvəlcədən ehtimal edilmişdi və zərərə səbəb olan hərəkətin bilavasitə nəticəsidir.
Maddə 413. Qeyri-əmlak zərərinə görə zərərin ödənilməsi
1. Qeyri-əmlak zərərinə görə pul təzminatı yalnız qanunla dəqiq müəyyən edilmiş hallarda ağlabatan və ədalətli təzminat şəklində tələb oluna bilər.
2. Bədənin zədələnməsi və ya sağlamlığa xəsarət yetirilməsi hallarında zərərçəkmiş şəxs qeyri-əmlak zərərinə görə də təzminat tələb edə bilər.
Maddə 414. Zərərin miqdarının müəyyən edilməsi
Zərərin miqdarı müəyyən edilərkən kreditorun öhdəliyin düzgün yerinə yetirilməsinə dair marağı nəzərə alınmalıdır. Zərərin miqdarını müəyyən etmək üçün müqavilənin yerinə yetirilmə vaxtı və yeri nəzərə alınmalıdır.
Maddə 415. Zərərin vurulmasında zərərçəkmiş şəxsin təqsiri
1. Zərər həm də zərərçəkmiş şəxsin hərəkəti nəticəsində vurulmuşsa, o zaman zərəri ödəmək öhdəliyi və bu təzminatın həcmi - zərərin yaranmasında hansı tərəfin daha çox günahkar (təqsirli) olmasından asılıdır.
2. Bu qayda hətta zərərçəkmiş şəxsin təqsiri onun hərəkətsizliyində təzahür etdikdə də – zərərin qarşısını almaq və ya zərəri azaltmaq üçün hərəkətsiz qaldığında da istifadə olunur.
Beşinci Qapı
Tələbin təmin edilməsi üçün əlavə vasitələr
Maddə 416. Öhdəliyin yerinə yetirilməsini təmin edən əlavə vasitələrin növləri
Öhdəliyin yerinə yetirilməsini təmin etmək üçün tərəflər müqavilədə əlavə vasitələri də nəzərə ala bilərlər: penya, beh və borclunun zəmanəti.
Birinci fəsil
Penya
Maddə 417. Anlayışı (konsepsiyası)
Penya – tərəflərin razılaşması ilə müəyyən edilən pul məbləği – borclu olan şəxs öhdəliyin yerinə yetirilməməsinə və ya düzgün (vaxtında) yerinə yetirilməməsinə görə ödəməlidir.
Maddə 418. Penyanı müəyyənləşdirmə forması
1. Müqavilənin tərəfləri, bu məcəllənin 625-ci maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mümkün zərərdən artıq ola biləcək penyanı sərbəst müəyyən edə bilərlər.
11. „Maliyyə girovu, qarşılıqlı tutmalar (çıxılmalar) və törəmələr haqqında” Gürcüstan Qanunu ilə nəzərdə tutulmuş qarşılıqlı tutmanın (çıxılmanın) və ya yekun qarşılıqlı tutmanın (çıxılmanın) aparılması nəticəsində hesablanmış tərəfin öhdəliyi və ya oxşar məzmunlu digər cərimə sanksiyası – penya deyil və bu - penya kimi və ya oxşar məzmunlu digər cərimə sanksiyası kimi hesab edilməməlidir.
2. Penya haqqında razılaşma yazılı formada olmalıdır.
Gürcüstanın 29 dekabr 2016-cı il tarixli qanunu №239 – veb-səhifə, 13.01.2017-ci il.
Gürcüstanın 20 dekabr 2019-cu il tarixli qanunu №5674 – veb-səhifə, 31.12.2019-cu il.
Maddə 419. Penyanın ödənilməsinin və öhdəliyin yerinə yetirilməsinin eyni vaxtda tələb edilməsinin yolverilməzliyi
1. Borclunun öz öhdəliklərini müəyyən edilmiş vaxtda yerinə yetirmədiyi hallar üçün penya nəzərdə tutulmayıbsa, kreditor eyni vaxtda penyanın ödənilməsini və öhdəliyin yerinə yetirilməsini tələb edə bilməz.
2. Kreditor həmişə zərərin əvəzini tələb etmək hüququna malikdir.
Maddə 420. Penyanın məhkəmə tərəfindən azaldılması
Məhkəmə, işin hallarını nəzərə alaraq, qeyri-mütənasib dərəcədə yüksək penyanı azalda bilər.
İkinci fəsil
Beh
Maddə 421. Anlayışı (konsepsiyası)
Beh - müqavilənin tərəflərindən birinin digər tərəfə verdiyi və bununla da müqavilənin bağlanması faktını təsdiq edən pul məbləği hesab olunur.
Maddə 422. Behin vergi hesabatına sayılması
Beh - öhdəliklə nəzərdə tutulmuş ödənişin hesabatına sayılacaq, sayılmayacağı təqdirdə isə – müqavilə yerinə yetirildikdən sonra o, geri qaytarılmalıdır.
Maddə 423. Behin zərərin ödənilməsi hesabatına sayılması
1. Behi verən onun üzərinə qoyulmuş öhdəliyi təqsirli şəkildə pozarsa, beh onun alıcısına qalır. Bununla da, beh zərərin ödənilməsinin hesabatına sayılacaq.
2. Əgər öhdəliyin yerinə yetirilməməsi behi alanın təqsirli hərəkəti üzündən baş veribsə, o, behi ikiqat geri qaytarmalıdır. Üstəlik, behi verən zərərin ödənilməsini tələb edə bilər.
Üçüncü fəsil
Borclunun zəmanəti (qarantiyası)
Maddə 424. Anlayışı (konsepsiyası)
Borclu olan şəxs hər hansı şərtsiz hərəkəti və ya müqavilənin predmetindən kənara çıxan hərəkəti yerinə yetirmək öhdəliyini öz üzərinə götürdükdə - borclunun zəmanəti (qarantiyası) sayılır.
Maddə 425. Zəmanətin həqiqiliyi (etibarlılığı)
Zəmanət (qarantiya) - qanunla nəzərdə tutulmuş qaydalara zidd olmadıqda və ya borcluya həddən artıq öhdəlik yaratmadıqda, həqiqi (etibarlı) sayılacaq.
Maddə 426. Zəmanətin forması
Zəmanət yazılı şəkildə olmalıdır (rəsmiləşdirilməlidir).
Altıncı Qapı
Öhdəliyə xitam verilməsi
Birinci fəsil
İcra yolu ilə (yerinə yetirməklə) öhdəliyə xitam verilməsi
Maddə 427. Kreditorun xeyrinə icra etməklə öhdəliyə xitam verilməsi
Öhdəlik münasibətinə öhdəliyin kreditorun xeyrinə yerinə yetirilməsi ilə xitam verilir (yerinə yetirmək).
Maddə 428. Başqa icraatın qəbul edilməsi ilə öhdəliyə xitam verilməsi
Kreditor bu öhdəlikdə nəzərdə tutulmuş icra yerinə (əvəzinə) başqa icranı qəbul etdikdə də, öhdəlik münasibətinə xitam verilir.
Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1902 – SSM I, №4, 22.01.2003-cü il., maddə.20
Maddə 429. Öhdəliyin yerinə yetirilməsini qəbul etmək
1. Borclunun tələbi ilə kreditor icranın (yerinə yetirmənin) bütövlükdə (tam) və ya qismən qəbul edilməsini təsdiq edən sənəd verməlidir.
2. Faiz haqqında heç nə deyilməyən borcun qəbulu haqqında tərtib edilmiş sənəd o deməkdir ki, faiz də ödənilib və pul öhdəliyinə də tamamilə xitam verilib.
3. Borc vaxtaşırı, hissə-hissə ödənildikdə, onun sonuncu hissəsinin ödənilməsi haqqında sənəd, əgər başqa hal sübut olunmayıbsa, əvvəlki hissənin də ödənildiyi ehtimalını verir.
Maddə 430. İcranın (yerinə yetirmənin) qəbul edilməsi sənədlərinin rekvizitləri
Kreditorun və ya lazımi qaydada səlahiyyətli şəxsin tərəfindən tərtib edilmiş icra haqqında sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı və soyadı, icra (yerinə yetirmə) vaxtı və yeri haqqında məlumatlar olmalıdır.
Maddə 431. Borc sənədini tələb etmək hüququ
Əgər tələb haqqında borc sənədi verilibsə, borclu olan şəxs icra sənədi ilə birlikdə, bu sənədin geri qaytarılmasını və ya onun ləğv edilməsini tələb edə bilər. Kreditor bu sənədi geri qaytara bilmədikdə, borclu olan şəxsin öhdəliyə xitam verilməsi haqqında rəsmi təsdiq edilmiş arayışı (bəyanatı) tələb etmək hüququ var.
Maddə 432. İcra (yerinə yetirmə) haqqında sənədlərin verilməsi xərclərinin ödənilməsi
1. Əgər onunla kreditor arasında bağlanmış müqavilədən başqa heç nə irəli gəlmirsə, icra haqqında sənədin verilməsi xərclərini borclu olan şəxs ödəməlidir.
2. Kreditor yaşayış yerini dəyişdikdə və ya vəfat edib vərəsələrini (varislərini) başqa yaşayış yerində qoyub getdikdə, icra sənədinin verilməsi ilə bağlı artan xərcləri kreditor və ya onun vərəsələri (varisləri) ödəməlidir.
Maddə 433. Kreditorun öz vəzifələrini yerinə yetirməməsi səbəbindən icradan imtina edilməsi
Kreditor icra sənədini verməkdən, borc sənədini qaytarmaqdan və ya onu ləğv etməkdən imtina etdikdə, yaxud icra sənədində onun qaytarılmasının qeyri-mümkünlüyünü göstərdikdə və ya borcun ləğv olunduğunu (silindiyini) etiraf etdikdə, borclu olan şəxsin icradan (yerinə yetirməkdən) imtina etmək hüququ var. Belə hallarda kreditor müddəti gecikdirmiş sayılacaq.
İkinci fəsil
Depozitlə öhdəliyə xitam verilməsi
Maddə 434. Anlayışı (konsepsiyası)
1. Kreditor icranın qəbulunu gecikdirdikdə və ya onun yeri məlum olmadıqda, borclu olan şəxsin icra predmetini məhkəmədə və ya notariat kontorunda saxlamaq, pulu və ya qiymətli kağızı isə notariusun depozit hesabına yerləşdirmək hüququ var.
2. Borclu olan şəxs depozit qoymaqla kreditorun qarşısında öhdəliyindən azad edilir.
Maddə 435. Depozitə qoyulmuş əmlakın kreditora təhvil verilməsi
Depozitə qoyulmuş əmlakı hakim və ya notarius kreditora təhvil verməlidir. Məhkəmə və ya notarius saxlayıcı (mühafizəçi) seçir və sənədlər onların yanında qalır.
Maddə 436. Depozit qoyula bilən əşyalar
Əşya (predmet) saxlamaq üçün yararlı olmalıdır. Tez xarab olan əşyalar saxlanmağa qəbul edilmir.
Maddə 437. Saxlama yeri
Saxlama icra yerinə uyğun olaraq baş verməlidir.
Maddə 438. Kreditordan əşyanın qəbul edilməsini tələb etmək
Məhkəmə və ya notarius icra predmetinin saxlanmağa qəbul edilməsi barədə kreditora məlumat verir və ondan predmeti qəbul etməyi tələb edir.
Maddə 439. Saxlama ilə bağlı xərclərin ödənilməsi
Saxlama ilə bağlı bütün xərcləri kreditor ödəməlidir.
Maddə 440. Saxlanılan predmetin borclu tərəfindən geri tələb olunması
1. Əgər borclu əvvəldən onu geri qaytarmaqdan imtina etməmişdirsə, kreditor onu qəbul etməzdən əvvəl saxlanılan əşyanı geri tələb etmək hüququna malikdir. Əgər borclu predmeti geri tələb edirsə, saxlama baş tutmamış sayılır.
2. Kreditor ondan imtina etdikdə və ya 441-ci maddə ilə müəyyən edilmiş müddət keçdikdə, borclu təhvil verilmiş predmeti geri ala bilər.
3. Əgər borclu predmeti geri alırsa, saxlama xərcləri də onun üzərinə düşür.
Maddə 441. İcra predmetinin saxlanma müddəti
Məhkəmə və ya notarius icra predmetini üç ilə qədər müddətə saxlayır. Kreditor bu müddət ərzində predmeti qəbul etmədikdə, bu barədə borcluya məlumat verilir və təhvil verilmiş predmetin geri qaytarılması tələb olunur. Borclu, qaytarılması üçün tələb olunan müddət ərzində predmeti qəbul etmədikdə, o, dövlət əmlakı sayılacaq.
Üçüncü fəsil
Qarşılıqlı tələblərin tutulması (çıxılması) yolu ilə öhdəliyə xitam verilməsi
Maddə 442. Öhdəlikləri tutmaq (çıxmaq) imkanı
1. İki şəxs arasında mövcud olan qarşılıqlı tələbə (qarşılıqlı iddiaya), bu tələblərin yerinə yetirilmə müddəti gəlib çatdıqda, tutmaq (çıxmaq) yolu ilə xitam verilə bilər.
2. Öhdəliklərin tutulması (çıxılması) hətta o zaman da mümkündür, nə vaxt ki tələblərdən birinin yerinə yetirilmə müddəti hələ gəlib çatmayıb, lakin bu tələbi etmək hüququna malik olan şəxs tutmağı (çıxmağı) dəstəkləyir. Öhdəliklərin tutulması (çıxılması) digər tərəfə bildiriş göndərməklə həyata keçirilir.
Maddə 4421. Qarşılıqlı tutulma (çıxılma) və yekun qarşılıqlı tutulma (çıxılma)
Qarşılıqlı tutulma (çıxılma) razılaşması çərçivəsində bağlanmış ixtisaslaşdırılmış maliyyə müqaviləsindən irəli gələn ikitərəfli öhdəliklər qarşılıqlı tutulma (çıxılma) və/və ya yekun tutulma (çıxılma) yolu ilə yerinə yetirilə bilər, hansı ki Gürcüstanın „Maliyyə girovu, qarşılıqlı tutulma (çıxılma) və törəmələr haqqında“ Qanunu ilə tənzimlənir.
Gürcüstanın 20 dekabr 2019-cu il tarixli qanunu №5674 – veb-səhifə, 31.12.2019-cu il.
Maddə 443. Tələbin (iddianın) vaxtı keçmiş olduqda tutulma (çıxılma) imkanı
Tələbin (iddianın) vaxtının keçmiş olması, əgər tələb hələ də onun tutulması (çıxılması) mümkün ola bildiyi zaman etibarilə vaxtı keçmiş deyildisə, öhdəliklərin tutulmasını (çıxılmasını) istisna etmir.
Maddə 444. Tutulmalı (çıxılmalı) tələblər
Tutulmalı (çıxılmalı) tələblər bir-birini tamamilə örtə bilmirlərsə, tutulur (çıxılır) yalnız o - hansının ki həcmi ikinci tələbin həcmindən azdır.
Maddə 445. Bir neçə tutulmalı (çıxılmalı) tələb
1. Tutmaq (çıxmaq) barədə xəbərdar edilmiş müqavilə tərəfinin bir neçə tutulmalı (çıxılmalı) tələbi varsa, o zaman 387-ci maddənin qaydaları tətbiq edilir.
2. Əgər tərəf əsas öhdəliyə əlavə olaraq digər tərəfin qarşısında faizləri və digər xərcləri də ödəməyə borcludursa, o zaman 388-ci maddənin qaydaları tətbiq edilir.
Maddə 446. Müxtəlif icra (yerinə yetirmə) yeri olduqda öhdəliklərin tutulması (çıxılması)
Tələblər üçün müxtəlif yerinə yetirmə yerləri nəzərdə tutulduqda belə, öhdəliklərin tutulmasına yol verilir.
Maddə 447. Tələblərin tutulmasının yolverilməzliyi
Tələblərin tutulmasına yol verilmir:
a) əgər tələblərin tutulması razılaşma ilə əvvəlcədən istisna edilmişdisə;
b) əgər öhdəliyin predmeti üzrə ödəniş həyata keçirilə bilməzsə və ya öhdəliyin predmeti alimentdirsə;
q) əgər öhdəlik sağlamlığa xəsarət və ya ölüm nəticəsində vurulmuş zərərin ödənilməsini nəzərdə tutursa;
d) qanunla nəzərdə tutulmuş digər hallarda.
Dördüncü fəsil
Borcun bağışlanması ilə öhdəliyə xitam verilməsi
Maddə 448. Anlayışı (konsepsiyası)
Tərəflər arasında razılaşma ilə borcun bağışlanması öhdəliyə xitam verilməsinə səbəb olur.
Maddə 449. Digər müştərək (ortaq) borclular üçün borcun bağışlanmasının nəticələri
Müştərək (ortaq) borclulardan birinin borcunun bağışlanması, kreditorun onlara qarşı tələbini saxladığı (vaz keçmədiyi) hallar istisna olmaqla, digər müştərək (ortaq) borcluları da azad edir. Bu halda kreditor, azad edilmiş borclunun payını çıxmaqla, qalan müştərək (ortaq) borclulara qarşı yalnız bir tələbdən istifadə edə bilər.
Maddə 450. Əsas borclu üçün borcun bağışlanmasının nəticələri
1. Əsas borclu üçün borcun bağışlanması zamin şəxsləri də azad edir.
2. Zaminin borcun ödənilməsindən azad edilməsi əsas borclunu öhdəliyi yerinə yetirməkdən azad etmir.
3. Zaminlərdən birinin borcun ödənilməsindən azad edilməsi digər zamin şəxsləri də azad edir.
Maddə 451. İkitərəfli müqavilələrdə tələbdən imtinanın nəticələri
İkitərəfli müqavilələrdə tərəflərdən birinin öz tələbindən imtina etməsi öhdəliyin xitamına səbəb olmur. İkinci tərəf öz tələbindən imtina etməyənə qədər o, müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməyə borcludur.
Beşinci fəsil
Öhdəliyə xitam verilməsinin digər əsasları
Maddə 452. Borclu və kreditor eyni şəxs olduqda öhdəliyə xitam verilməsi
Borclu və kreditor eyni şəxs olduqda, öhdəlik münasibətinə xitam verilir.
Maddə 453. Borclunun ölümü ilə əlaqədar öhdəliyə xitam verilməsi
1. Borclunun ölümü öhdəliyin xitamına səbəb olur, əgər onun şəxsi iştirakı olmadan icra etmək (yerinə yetirmək) mümkün deyilsə.
2. Əgər icra (yerinə yetirmə) şəxsən kreditor üçün nəzərdə tutulmuşdusa, kreditorun ölümü öhdəliyin xitamına səbəb olur.
Maddə 454. Hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar öhdəliyə xitam verilməsi
Hüquqi şəxsin öhdəliyinə onun ləğvinin başa çatmasının qeydiyyata alındığı andan xitam verilir.
Yeddinci Qapı
Öhdəlikdə kreditorların və ya borcluların çoxluğu
Birinci fəsil
Müştərək (ortaq) kreditorlar
Maddə 455. Müştərək (ortaq) səlahiyyət
Əgər bir neçə şəxs öhdəliyin yerinə yetirilməsini tələb etmək səlahiyyətinə malikdirsə elə ki, onlardan hər biri bütövlükdə (tam) icranı (yerinə yetirməni) tələb edə bilər, borclu olan şəxs isə yalnız bir dəfə icra etməyə (yerinə yetirməyə) borcludursa, o zaman onlar müştərək (ortaq) səlahiyyətli şəxslərdir – müştərək (ortaq) kreditorlardır.
Maddə 456. Müştərək (ortaq) səlahiyyətin yaranmasının əsasları
Müştərək (ortaq) səlahiyyət müqavilədən, qanundan və ya öhdəliyin predmetinin bölünməzliyindən yaranır.
Maddə 457. Hər hansı kreditor qarşısında öhdəliyin yerinə yetirilməsi
Borclu olan şəxs öz istəyinə görə hər hansı kreditor qarşısında öhdəliyini yerinə yetirə bilər, əgər kreditorlardan biri ona qarşı 455-ci maddədə nəzərdə tutulmuş tələblə cavab iddiasını (ərizəsini) irəli sürməmişdirsə.
Maddə 458. Kreditorlardan biri üçün öhdəliyin yerinə yetirilməsi
Müştərək (ortaq) kreditorlardan biri üçün öhdəliyin tam yerinə yetirilməsi borclu olan şəxsi qalan kreditorlar qarşısında öhdəliyindən azad edir.
Maddə 459. Müştərək (ortaq) kreditorlardan birinin imtina etməsinin nəticələri
Müştərək (ortaq) kreditorlardan biri borclu olan şəxsin qarşısında tələbdən imtina edərsə, borclu olan şəxs yalnız həmin kreditora ödənilməli olan hissəni ödəməkdən azad edilir.
Maddə 460. Başqa kreditorla bağlı faktlardan istifadənin yolverilməzliyi
Borclu olan şəxs başqa kreditorla bağlı faktlardan kreditorlardan birinə qarşı istifadə edə bilməz.
Maddə 461. Müştərək (ortaq) kreditorun vərəsələrinin (varislərinin) hüquqları
Müştərək (ortaq) kreditorun bir neçə vərəsəsi varsa, o zaman hər bir vərəsəyə borc üzərindəki hüququn yalnız onun miras payına uyğun olan hissəsi keçir.
Maddə 462. Müştərək (ortaq) kreditorun qalan müştərək (ortaq) kreditorlar qarşısında öhdəliyi
1. Borclu olan şəxsdən tam icraat almış müştərək (ortaq) kreditor digər müştərək (ortaq) kreditorlara onlara aid olan payı ödəməyə borcludur.
2. Müştərək (ortaq) kreditorlar, əgər aralarında başqa hal müəyyən edilməmişdirsə, bir-birinə münasibətdə bərabər paya malikdirlər.
İkinci fəsil
Müştərək (ortaq) borclular
Maddə 463. Müştərək (ortaq) öhdəlik
Əgər bir neçə şəxs öhdəliyi yerinə yetirməyə borcludursa elə ki, onlardan hər biri bütün öhdəliyin yerinə yetirilməsində iştirak etməlidir (ortaq öhdəlik), kreditor isə yerinə yetirməyə (icraya) dair yalnız birdəfəlik tələb hüququna malikdirsə, o zaman onlar müştərək (ortaq) borclulardır.
Maddə 464. Müştərək (ortaq) öhdəliyin yaranmasının əsasları
Müştərək (ortaq) öhdəlik müqavilədən, qanundan və ya öhdəliyin predmetinin bölünməzliyindən yaranır.
Maddə 465. Kreditorun hər hansı borcludan icranı tələb etmək hüququ
Kreditor öz istəyinə görə hər hansı borcludan həm tam, həm də qismən icraat tələb edə bilər. Öhdəlik tam yerinə yetirilənə qədər qalan borcluların öhdəliyi qüvvədə qalır.
Maddə 466. Müştərək (ortaq) borclunun kreditora qarşı cavab iddiası (ərizəsi)
Müştərək (ortaq) borclu öhdəliyin mahiyyətindən irəli gələn və ya yalnız onun hüququ olan və ya bütün müştərək (ortaq) borclular üçün ümumi olan bütün cavab iddialarını (ərizələrini) kreditora təqdim etmək hüququna malikdir.
Maddə 467. Borclulardan biri tərəfindən öhdəliyin tam icrasının nəticələri
Borclulardan birinin öhdəliyi tam yerinə yetirməsi digər borcluları icradan azad edir. Eyni qayda borclunun kreditorla apardığı tutmalara (çıxmalara) da şamil edilir.
Maddə 468. Başqa müştərək (ortaq) borclu ilə bağlı faktlardan istifadə edilməsinin yolverilməzliyi
Müştərək (ortaq) borclulardan biri ilə bağlı faktlar, əgər öhdəlik münasibətindən başqa heç nə irəli gəlmirsə, yalnız bu şəxsə tətbiq edilə bilər.
Maddə 469. Müştərək (ortaq) borclulardan birinə qarşı (birinin əleyhinə) iddia (şikayət) ərizəsi
Müştərək (ortaq) borclulardan birinə qarşı iddia (şikayət) ərizəsinin verilməsi kreditoru qalan borclulara qarşı da iddia (şikayət) ərizəsi vermək hüququndan məhrum etmir.
Maddə 470. İcraatın qəbulunu gecikdirmənin nəticələri
1. Kreditorun müştərək (ortaq) borclulardan birindən icraatın qəbulunu gecikdirməsinin nəticələri digər müştərək (ortaq) borclular üçün də keçərlidir (qüvvədədir).
2. Müştərək (ortaq) borclulardan biri tərəfindən icra müddətinin gecikdirilməsinin nəticələri digər müştərək (ortaq) borclulara da tətbiq edilə bilməz.
Maddə 471. Müştərək (ortaq) borclunun vərəsələrinin hüquqları
Müştərək (ortaq) borclulardan birinin bir neçə vərəsəsi varsa, onların hər biri özünün miras payına uyğun olaraq tələbi yerinə yetirməyə borcludur. Tələb bölünməz olduqda, bu qayda tətbiq edilmir.
Maddə 472. Kreditorun tələbinin ortaq borclulardan birinin borcu ilə birləşdirilməsi
Kreditorun tələbi müştərək (ortaq) borclulardan birinin borcu ilə birləşdirilirsə, o zaman digər borclulara qarşı öhdəliyə bu borclunun payına düşmüş məbləğdə (miqdarda) xitam verilir.
Maddə 473. Borclulardan biri öhdəliyi tam yerinə yetirdikdə geri tələb etmək (əks tələb) hüququ
1. Müştərək (ortaq) öhdəliyi yerinə yetirmiş borclu, müqavilədə və ya qanunda başqa hal nəzərdə tutulmayıbsa, öz payını çıxmaqla, digər borclulardan payların bərabərliyi cığırında geri tələb etmək (əks tələb) hüququna malikdir.
2. Borcluların məsuliyyətinin məbləğini (miqdarını) müəyyən etmək mümkün olmadıqda, onlar bir-birləri qarşısında bərabər payda məsuliyyət daşıyırlar.
Maddə 474. Müştərək (ortaq) borclunun borcu ödəyə bilməməsinin nəticələri
Əgər borclulardan birinin borcu ödəyə bilməməsi ortaya çıxarsa, onun üçün müəyyən edilmiş pay bütün digər ödəmə qabiliyyəti olan borclular arasında mütənasib olaraq bölünür.
Maddə 475. Müştərək (ortaq) borclunun kompensasiyası
Müştərək (ortaq) borclu müştərək (ortaq) öhdəlikdən fayda əldə edibsə, bu cür faydanı almamış müştərək (ortaq) borclu ondan özünün öhdəliyinin yerinə yetirilməsi üçün təminat tələb edə bilər.
Maddə 476. İddia müddətinin keçməsinin nəticələri
Müştərək (ortaq) borclulardan birinə qarşı iddia müddətinin dayandırılmasının və ya ona xitam verilməsinin digər borclulara qarşı qüvvəsi yoxdur.
Xüsusi (özəl) hissə
Birinci Qapı
Müqavilə hüququ
İkinci hissə
Birinci fəsil
Alqı-satqı. Mübadilə (dəyişdirmək)
I. Ümumi müddəalar
Maddə 477. Anlayışı (konsepsiyası). Məzmunu
1. Alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya əmlak üzərində mülkiyyət hüququnu, onunla bağlı sənədləri təhvil verməyə və malı çatdırmağa borcludur.
2. Alıcı satıcıya razılaşdırılmış qiyməti ödəməyə və aldığı əmlakı almağa (qəbul etməyə) borcludur.
3. Müqavilədə qiymət birbaşa (açıq şəkildə) göstərilmədikdə, tərəflər onun müəyyən edilməsi vasitələri haqqında razılığa gələ bilərlər.
Maddə 478. Daşınar əşyanın satış xərcləri
Satılan əşyanın təhvil verilməsi ilə bağlı xərclər, xüsusən də çəkinin çəkilməsi, ölçülməsi və qablaşdırılması xərcləri satıcı tərəfindən, malın müqavilə bağlandığı yerdən başqa yerdə qəbulu və göndərilməsi ilə bağlı xərclər isə – alıcı tərəfindən ödənilməlidir, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa.
Maddə 479. Daşınmaz əşyanın satış xərcləri
Torpaq sahəsinin və digər daşınmaz əşyanın satıcısı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi, dövlət reyestrində qeydiyyata alınması və bunun üçün zəruri sənədlərin təqdim edilməsi xərclərini ödəməlidir, əgər tərəflərin razılığı əsasında müqavilədə başqa heç nə nəzərdə tutulmayıbsa.
Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321
Maddə 480. Malı göndərərkən satıcının öhdəlikləri
1. Satıcı malı müqavilə üzrə daşıyıcıya təhvil verdikdə və bu mal nə tanınma nişanı ilə, nə də daşınma üçün lazım olan sənədlərlə və nə də hər hansı digər vasitə ilə aydın şəkildə qeyd edilmədikdə, satıcı malın göndərilməsi barədə alıcıya məlumat verməli (bildiriş etməli) və eyni zamanda, yükün ətraflı siyahısını göndərməlidir.
2. Satıcı malı göndərməyə borcludursa, o, yükün müəyyən edilmiş yerə daşınması və belə daşınma üçün adi şərtlərdə zəruri olan müqavilələr bağlamalıdır.
3. Satıcı daşınma zamanı yükü sığortalamağa borclu deyilsə, alıcının xahişi ilə o, belə sığorta müqaviləsinin bağlanması üçün zəruri olan əlindəki bütün məlumatları ona verməlidir.
Maddə 481. Torpaq sahəsinin satıcısının öhdəlikləri
1. Torpaq sahəsinin satıcısı, ödəniş öhdəliyinin yarandığı andan asılı olmayaraq, müqavilə bağlanana qədər bu sahənin istifadəsinə (mənimsənilməsinə) və bu kimi tədbirlərə görə çəkilmiş xərcləri ödəməyə borcludur.
2. (çıxarılıb - 11.05.2007, №4744).
Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158
Maddə 482. Əşyanın təsadüfən həlak olması riskinin ötürülməsi
1. Əgər tərəflər başqa cür razılaşmayıblarsa, satılan əşyanın təhvil verilməsi ilə birlikdə əşyanın təsadüfən həlak olması və ya xarab olması riski alıcıya keçir (ötürülür).
2. Satıcı satılan əşyanı alıcının tələbi ilə müqavilədə nəzərdə tutulandan başqa yerə göndərirsə, o zaman əşyanın təsadüfən həlak olması və ya xarab olması riski - satıcının əşyanı daşıyıcıya və ya bunun yerinə yetirilməsinə görə məsul (cavabdeh) şəxsə təhvil verdiyi andan alıcıya keçir.
Maddə 483. Malın qəbulu fərziyyəsi (ehtimalı)
Alıcı malın qəbulunu sübut edən bir hərəkət edərsə, mal qəbul edilmiş sayılacaq.
Maddə 484. Müqavilədən imtina etmənin əsası
1. Müqavilə bağlandıqdan sonra digər tərəfin öz öhdəliklərinin əhəmiyyətli hissəsini yerinə yetirməyəcəyinə dair real təhlükənin mövcud olduğu ortaya çıxarsa, müqavilənin hər bir tərəfi öz öhdəliklərini yerinə yetirməkdən imtina edə bilər.
2. Bu tərəfin təhlükəsizliyi təmin edildikdə, imtinaya yol verilmir.
Maddə 485. Malın bir neçə şəxsə satılması
Satıcı eyni malı bir neçə şəxsə satıbsa, malın ilk dəfə mülkiyyətinə keçdiyi alıcıya, əgər mal onlardan heç birinə verilməyibsə – daha əvvəl müqavilə bağlanmış şəxsə üstünlük verilir.
Maddə 486. Satılan malın hissə-hissə çatdırılması
Satılan malın hissə-hissə çatdırılması zamanı bir tərəfin yalnız bir çatdırma öhdəliyini yerinə yetirməməsinə görə gələcək çatdırma öhdəliklərinin də yerinə yetirilməyəcəyinə real təhlükə yaranarsa, digər tərəf müqavilədən imtina edə bilər.
Maddə 487. Qüsursuz əşyanın təhvil verilməsi öhdəliyi
Satıcı alıcıya əşyavi (maddi) və hüquqi qüsurlardan azad olan əşyanı təhvil verməlidir.
Maddə 488. Əşyavi (maddi) cəhətdən qüsursuz əşya
1. Əşya razılaşdırılmış keyfiyyətdə olarsa, o, maddi (əşyavi) cəhətdən qüsursuzdur. Keyfiyyət qabaqcadan razılaşdırılmadıqda, əgər o, müqavilə ilə nəzərdə tutulmuş və ya adi istifadəyə yararlıdırsa, o zaman əşya qüsursuz sayılacaq.
2. Satıcı əşyanın yalnız bir hissəsini, tamamilə başqa əşyanı, az miqdarda təhvil verirsə və ya əgər əşyanın bir hissəsi qüsurludursa (nasazdırsa) – bu da qüsura bərabərləşdirilir, o hal istisna olmaqla – nə vaxt ki, qüsur icraya (yerinə yetirməyə) əhəmiyyətli dərəcədə təsir etməyəcəkdir.
Maddə 489. Hüquqi cəhətdən qüsursuz əşya
1. Əgər üçüncü şəxs alıcıya qarşı öz hüquqlarına görə irad (tələb) irəli sürə bilmirsə, əşya hüquqi cəhətdən qüsursuzdur.
2. Əgər mövcud olmayan hüquq dövlət reyestrində qeydiyyata alınıbsa - bu da hüquqi cəhətdən qüsura bərabərləşdirilir.
Maddə 490. Qüsurlu əşyanı satarkən satıcının öhdəlikləri
1. Əgər satılan əşyanın qüsuru varsa, satıcı ya bu qüsuru düzəltməli, ya da əgər söhbət ailə (soyad) əşyasından gedirsə, buna görə zəruri olan müddətdə əşyanı dəyişdirməlidir.
2. Satıcı qüsuru aradan qaldırmaq üçün lazım olan xərclərin əvəzini, o cümlədən nəqliyyat (daşınma), yol, işin yerinə yetirilməsi və materialın dəyəri xərclərini ödəməlidir.
3. Satıcı həm qüsuru düzəltməkdən, həm də əgər bu qeyri-mütənasib yüksək xərclər tələb edərsə, əşyanı dəyişdirməkdən imtina edə bilər.
4. Əgər satıcı qüsuru düzəltmək üçün alıcıya qüsursuz bir əşya verirsə, o zaman o, alıcıdan qüsurlu əşyanı geri qaytarmağı tələb edə bilər.
Maddə 491. Alıcının müqaviləni ləğv etmək hüququ
1. Alıcı, 352-ci maddəyə uyğun olaraq, əşyanın qüsuruna görə müqavilənin ləğvini tələb edə bilər.
2. Satıcı alıcıya çəkilmiş xərclərin (məsrəflərin) əvəzini ödəməlidir.
Maddə 492. Qiymətin aşağı salınması (endirilməsi) tələbi
Bunun üçün verilən müddət keçdikdən sonra alıcı satıcıdan əşyanın qüsurunu düzəltməyi və ya onu yenisi ilə dəyişdirməyi və nə də müqavilənin ləğvini tələb etmədikdə, o, qüsuru düzəltmək üçün lazım olan həddə qiymətin aşağı salınmasını (qiymət endirimini) tələb edə bilər. Müqavilənin imzalanması anında mövcud olan qiymət nəzərə alınır.
Maddə 493. Malı qəbul etməkdən imtina etmək (rədd) hüququ
1. Satıcı malı ona müqavilədə nəzərdə tutulduğundan az miqdarda təhvil verərsə (çatdırarsa), alıcı malı qəbul etməkdən imtina etmək hüququna malikdir. Əgər alıcı bu cür malı qəbul edərsə, o zaman qiyməti müqavilə qiymətinə mütənasib olaraq (proporsional) ödəyəcək.
2. Malın miqdarı müqavilədə nəzərdə tutulduğundan artıq olduqda, alıcı bu miqdarı qəbul edə bilər və müqavilə qiymətinə mütənasib olaraq ödəməyə borcludur və ya yalnız müqavilədə nəzərdə tutulmuş miqdarı götürə bilər, artıqlığı isə satıcının xərci ilə (satıcının hesabına) geri qaytara bilər.
Maddə 494. Alqı-satqı nəticəsində dəymiş zərərin ödənilməsi qaydası
1. Əşyanın qüsuru və ya müqavilə ilə müəyyən edilmiş digər şərtlərin pozulması nəticəsində dəymiş zərər ümumi qaydalara uyğun olaraq ödənilir.
2. Alıcının əşyanın qüsuruna görə hüquqları yaranmır, əgər müqavilə bağlanarkən o, bu haqda bilirdisə (məlumatı var idisə).
Maddə 495. Qüsurlu əşyanın alıcı tərəfindən qəbul edilməsi
1. Əgər alıcı sahibkardırsa, o, dərhal əşyanı yoxlamağa borcludur; o, qüsur aşkar edildikdən sonra müvafiq müddətdə və ya qüsurun mövcudluğu ona məlum olmalı olan müddət ərzində satıcıya irad (tələb) təqdim etmədikdə (irəli sürmədikdə), o, əşyanı qüsura görə tələb etmək hüququndan məhrum edilir.
2. Əgər satıcı əşyanın qüsuru barədə bilərəkdən susmuşdusa, o zaman o, bu maddədə nəzərdə tutulmuş hüquqa əsaslana (söykənə) bilməz.
Maddə 496. Əşyanın yararlılıq müddəti
Satıcı əşyanın yararlılıq müddətini müəyyən edərsə, o zaman güman edilir ki, bu müddət ərzində aşkar edilən qüsur alıcıya iddia (tələb) hüququ verir.
Maddə 497. Satıcının məsuliyyətinin istisna edilməsi
Qüsurlu əşyanın satışı zamanı müqavilə satıcının məsuliyyətini məhdudlaşdıra və ya istisna edə bilər, lakin satıcı əşyanın qüsuru barədə qəsdən (bilərəkdən) susurdusa, belə müqavilə batil olacaq.
Maddə 498. Hüququn və ya digər əmlakın ötürülməsi
1. Əşyanın alqı-satqısını tənzimləyən qaydalar müvafiq olaraq hüququn və ya digər əmlakın alqı-satqısına da tətbiq edilir.
2. Hüquq satıldıqda, bu hüququn həqiqiliyinin (etibarlılığının) əsaslandırılması və ötürülməsi xərclərini satıcı öz üzərinə götürür.
3. Əgər əşyaya sahiblik (istifadə) hüququ satılıbsa, satıcı alıcıya maddi (əşyavi) və hüquqi cəhətdən qüsursuz əşya təhvil verməyə borcludur.
Maddə 499. Əşyanın bir neçə dəfə satılması
Əşya bir neçə dəfə satılırsa, öhdəliyi təmin edən hüquq hər bir növbəti (sonrakı) alıcıya ötürülür. Alıcı öz hüquqları çərçivəsində bu alqı-satqıların növbəsində müvafiq satıcıya tələblər təqdim edə (irəli sürə) bilər.
Maddə 500. Əşyanın tutulması hüququ
Alıcı əşyanı vaxtında qəbul etmədikdə və ya onun qiymətini vaxtında ödəmədikdə, satıcı əşyanı saxlamağa borcludur; alıcı müvafiq xərcləri ödəyənə qədər satıcı əşyanı özündə saxlamaq və ya yolda tutmaq hüququna malikdir.
Maddə 501. Alıcı tərəfindən əşyanın geri qaytarılması
Əgər alıcı əşyanı qəbul edibsə, lakin onu qanuni yolla geri qaytarmaq istəyirsə, o, əşyanın saxlanmasının qeydinə qalmalıdır; satıcı müvafiq xərcləri ödəyənə qədər alıcı əşyanı özündə saxlamaq hüququna malikdir.
Maddə 502. Əşyanın saxlanması xərcləri
Əşyanı saxlamağa borclu olan tərəf, əgər buradan qeyri-mütənasib xərclər yaranmırsa, əşyanı üçüncü şəxsin anbarında digər (ikinci) tərəfin xərci ilə saxlaya bilər.
Maddə 503. Əşyanı saxlayanın hüququ
1. 500-502-ci maddələrdə göstərilən qaydalara uyğun olaraq əşyanı saxlayan şəxs həmin əşyanı müvafiq qaydalara riayət etməklə sata bilər, əgər digər tərəf əşyanın qəbulunu və ya saxlanma xərclərinin ödənilməsini gecikdirirsə, bu barədə o, digər tərəfə məlumat verməlidir.
2. Əşyanı satan tərəf əşyanın saxlanması və satılması xərclərinə uyğun olan məbləği satış (ticarət) məbləğindən özünə saxlamaq hüququna malikdir; qalan məbləği isə digər tərəfə verməlidir.
Maddə 504. Tez xarab olan əşyanın saxlanmasının xüsusiyyətləri
500 və 501-ci maddələrdə nəzərdə tutulmuş hallarda əşya tez xarab olandırsa və ya onun dəyərsizləşəcəyi (dəyərdən düşəcəyi) gözlənilirsə və/və ya onun saxlanması yüksək xərclərlə bağlıdırsa, əşyanın saxlanmasına cavabdeh olan şəxs onu 503-cü maddədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq satmağa borcludur.
II. Hissə-hissə ödənişlə alqı-satqı
Maddə 505. Anlayışı (konsepsiyası)
Hissə-hissə ödənişlə alqı-satqı zamanı satıcı əşyanı qiyməti ödəməzdən əvvəl alıcıya təhvil verməyə borcludur. Əşyanın qiymətinin ödənilməsi müəyyən olunmuş vaxt intervallarında alıcı tərəfindən hissə-hissə həyata keçirilir.
Maddə 5051. Hissə-hissə ödənişlə alqı-satqı zamanı satıcının öhdəliyi
1. Əgər satıcı sahibkardırsa, hissə-hissə ödənişlə alqı-satqı zamanı o, bu məcəllənin 625-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsi, komisyon haqqı, penya və hər hansı formada maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı tələblərə əməl etməyə borcludur.
2. Hissə-hissə ödənişlə alqı-satqı zamanı, alıcının hissə-hissə ödənişlə alqı-satqı nəticəsində eyni satıcı qarşısında cəmi öhdəlikləri 200 000 (iki yüz min) laridən çox olmadıqda, satıcının 200 000 (iki yüz min) lariyə qədər olan əşyanın qiymətini qəbul etməsi hər hansı formada xarici valyuta ilə əlaqələndirilməməli və ya indeksləşdirilməməlidir.
Gürcüstanın 29 dekabr 2016-cı il tarixli qanunu №239 – veb-səhifə, 13.01.2017-ci il.
Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.
Gürcüstanın 22 dekabr 2018-ci il tarixli qanunu №4104 – veb-səhifə, 10.01.2019-cu il.
Maddə 506. Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin forması
1. Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi yazılı şəkildə bağlanmalıdır.
2. Müqavilədə qeyd edilməlidir:
a) nağd ödənişin məbləği;
b) hissə-hissə ödəniləcək pulun məbləği və ödəmə vaxtı;
q) illik faizin məbləği.
3. Satıcı alıcıya alqı-satqı sənədlərinin surətini verməlidir.
Maddə 507. Əşyanın təhvil verildiyi andan müqavilənin bağlanması prezumpsiyası
Əgər müqavilə 506-cı maddənin tələbləri pozulmaqla bağlanıbsa, o zaman müqavilə əşyanın təhvil verildiyi andan bağlanmış sayılacaq. Bu halda alıcı yalnız əşyanın qiymətini faizsiz ödəməyə borcludur.
Maddə 508. Öhdəlik yerinə yetirilmədikdə ikitərəfli restitusiya
Alıcının öz öhdəliklərini yerinə yetirməməsi halında satıcı müqavilədən imtina etmək hüququnu özündə saxlayırsa, imtina edildiyi təqdirdə hər bir tərəf müqavilə üzrə aldıqları şeyi bir-birinə qaytarmağa borcludur. Bunun əksinə olan razılaşma batildir.
III. Geri satınalma
Maddə 509. Anlayışı (konsepsiyası)
Əgər alqı-satqı müqaviləsinə əsasən satıcının geri satın almaq hüququ varsa, bu hüququn həyata keçirilməsi satıcının iradəsindən asılıdır.
Maddə 510. Geri satınalma qiyməti
Geri satınalma ilkin qiymətlə həyata keçirilir. Bundan əlavə, alıcı, geri satınalma anına qədər faydalı xərclər (məsrəflər) nəticəsində malın dəyərinin artdığı məbləği də tələb etmək hüququna malikdir, geri satın alan isə malın geri satın alınmasına qədər dəyərinin azaldığı məbləğin çıxılmasını tələb edə bilər.
Maddə 511. Alqı-satqı zamanı mənsubun taleyi
Alıcı satın aldığı əşyanı mənsubu ilə birlikdə qaytarmağa borcludur.
Maddə 512. Geri satın alana qədər yaranmış zərərin ödənilməsi
Alıcı geri satınalma hüququnu həyata keçirənə qədər satın aldığı əşyanı xarab edərsə (zədələyərsə) və ya dəyişdirərsə, o, bunun nəticəsində dəymiş zərəri ödəməlidir.
Maddə 513. Geri satın alınana qədər əşyanın özgəninkiləşdirilməsinin batilliyi
Əgər alıcı satın aldığı əşyanı geri satınalma hüququ həyata keçirilməzdən əvvəl özgəninkiləşdirərsə, bu cür özgəninkiləşdirmə batildir.
Maddə 514. Geri satınalma hüququnun iddia müddəti
Geri satınalma müddəti on ildən çox olmamalıdır. Bu müddətin uzadılması yolverilməzdir.
Gürcüstanın 9 dekabr 2011-ci il tarixli qanunu №5445 – veb-səhifə, 20.12.2011-ci il.
Maddə 515. Opsiya (Seçim)
Tərəflər razılaşa bilərlər ki, alıcı birtərəfli qaydada bu və ya digər predmeti müəyyən edilmiş vaxta və ya müəyyən edilmiş hadisəyə qədər almaq hüququna malikdir (satınalma opsiyası) və yaxud eyni şərtlərdə satıcı predmeti alıcıya satmaq hüququna malikdir (satmaq opsiyası). Opsiya müqaviləsinə, əgər tərəflər başqa cür razılaşmayıbsa, alqı-satqı müqaviləsinin normaları tətbiq edilir.
IV. İmtiyazlı (üstün) alış hüququ
Maddə 516. Anlayışı (konsepsiyası)
1. Borclu olan şəxs həmin əşyanın alqı-satqı müqaviləsini üçüncü şəxslə bağladıqda, imtiyazlı (üstün) alış hüququ olan şəxs bu hüququ həyata keçirə bilər.
2. Əgər başqa hal nəzərdə tutulmayıbsa, imtiyazlı (üstün) alış hüququ nə başqa şəxsə ötürülə, nə də miras (vərəsəliklə) keçə (verilə) bilməz.
Maddə 517. Əşyanın gözlənilən satışı barədə xəbərdar etmək öhdəliyi
1. Borclu olan şəxs üçüncü şəxslərlə bağlamaq niyyətində olduğu (bağlamağa hazırlaşdığı) müqavilənin məzmununu imtiyazlı (üstün) alış hüququnun sahibinə dərhal bildirməlidir.
2. İmtiyazlı (üstün) alış hüququ borclu olan şəxsə bildiriş etməklə həyata keçirilir. Bildiriş vasitəsilə səlahiyyətli şəxs və borclu olan şəxs arasında alqı-satqı müqaviləsi borclu olan şəxsin üçüncü şəxsə təklif etdiyi şərtlərlə bağlanır.
3. İmtiyazlı (üstün) alış hüququna malik olan şəxs bu hüququ yalnız borclu olan şəxsin müəyyən etdiyi müddətdə həyata keçirə bilər.
Maddə 518. İmtiyazlı (üstün) alış hüququndan istifadə etməmək haqqında razılaşmanın batilliyi
Borclu olan şəxs və üçüncü şəxs arasındakı razılaşma batildir, əgər bununla alqı-satqı müqaviləsi imtiyazlı (üstün) alış hüququndan istifadə edilməməsindən asılı olursa və ya borclu olan şəxs müqavilədən imtina etmək hüququna malikdirsə, əgər imtiyazlı (üstün) alış hüququndan istifadə ediləcəksə.
Maddə 519. Əlavə öhdəliyin yerinə yetirilməsi
1. Əgər üçüncü şəxs müqavilə üzrə imtiyazlı (üstün) alış hüququna malik olan şəxsin yerinə yetirmək imkanı olmayan əlavə öhdəliyi öz üzərinə götürmüşdürsə, o zaman o, əlavə öhdəliyin əvəzinə onun dəyərini ödəməlidir.
2. Əlavə öhdəliyin pulla qiymətləndirilməsi mümkün olmadıqda, imtiyazlı (üstün) alış hüququndan istifadə etmək yolverilməzdir; əgər müqavilə imtiyazlı (üstün) alış hüququndan boyun qaçırmaq (yayınmaq) üçün bağlanıbsa, əlavə öhdəliyə dair razılaşma qüvvəsini itirir.
Maddə 520. Əşyanın bəyənilməsi şərti ilə alqı-satqı
Əgər alıcı razılaşdırılmış müddətdə əşyanı bəyənmədiyini bildirməzsə (əşyanı qüsurlu saymazsa), alqı-satqı müqaviləsi əşyanın bəyənilməsi şərti ilə bağlana bilər. Bəyənilmədiyi təqdirdə (narazılıq halında) tərəflər müqavilə üzrə aldıqları şeyi bir-birinə qaytarmağa borcludurlar.
V. Mübadilə (dəyişdirmək)
Maddə 521. Anlayışı (konsepsiyası)
1. Mübadilə müqaviləsinə əsasən, tərəflər əmlak üzərində mülkiyyət hüququnu qarşılıqlı olaraq ötürməyə borcludurlar.
2. Mübadilə müqaviləsinin hər bir tərəfi mübadilə etdiyi əmlakın satıcısı və müqabilində (əvəzində) qəbul etdiyi əmlakın alıcısı sayılır.
Maddə 522. Dəyişdiriləcək (mübadilə ediləcək) əmlakın qeyri-bərabərliyi (ekvivalent olmaması)
Dəyişdiriləcək (mübadilə ediləcək) əmlak qeyri-bərabərdirsə, tərəflərin razılaşması ilə əmlakın bir hissəsi pulla ödənilə bilər.
Maddə 523. Mübadilələrə tətbiq edilən qaydalar
Mübadilə müqaviləsinə alqı-satqının müvafiq qaydaları tətbiq edilir.
İkinci fəsil
Hədiyyə etmək
Maddə 524. Anlayışı (konsepsiyası)
Hədiyyə müqaviləsinə əsasən, hədiyyəni verən şəxs hədiyyəni qəbul edən şəxsə əmlakı onun razılığı ilə pulsuz (təmənnasız) olaraq mülkiyyət kimi verir.
Maddə 525. Hədiyyə müqaviləsinin bağlanması. Hədiyyəni vəd etmək (söz vermək)
1. Daşınar əşya üzrə hədiyyə müqaviləsi əmlakın təhvil verildiyi andan bağlanmış sayılır.
2. Daşınmaz əşya üzrə hədiyyə müqaviləsi müqavilə ilə müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alındığı andan bağlanmış sayılır.
3. Hədiyyə vədi yalnız yazılı formada bağlandığı təqdirdə hədiyyəni vermək öhdəliyini yaradır.
Gürcüstanın 8 dekabr 2006-cı il tarixli qanunu №3879 - SSM I, №48, 22.12.2006-cı il., maddə.321
Maddə 526. Hədiyyə etmənin yolverilməzliyi
Əmlakın hədiyyə edilməsi hədiyyəni verənin və ya onun himayəsində olan şəxslərin dolanışıq mənbəyini məhv edirsə (yox edirsə), şəxsin əmlakı hədiyyə etmək hüququ yoxdur.
Maddə 527. Hədiyyə edilmiş əmlakın qüsuru
Hədiyyəni verən şəxs hədiyyə edilmiş əmlakın qüsurunu bəd (pis) niyyətlə gizlədirsə, o, bunun nəticəsində dəymiş zərəri hədiyyəni qəbul edənə ödəməyə borcludur.
Maddə 528. İanə (Bağış)
1. Tərəflər şərt qoya bilərlər ki, hədiyyə müqaviləsinin həqiqiliyi (etibarlılığı) bu və ya digər şərtin yerinə yetirilməsindən və ya müəyyən məqsədə nail olunmasından asılıdır. Bu məqsəd ümumi- mənfəət də (ümumi-fayda da) ola bilər (ianə).
2. Vədin yerinə yetirilməsini - hədiyyəni verənlə yanaşı, o şəxs də tələb edə bilər, kimin ki maraqları üçün o vəd edilib.
3. Əgər hədiyyəni qəbul edən şəxs şərti yerinə yetirməsə, hədiyyəni verən müqavilədən imtina edə bilər.
Maddə 529. Hədiyyəni qəbul edənin nankorluğu səbəbindən hədiyyənin ləğv edilməsi
1. Hədiyyəni qəbul edən şəxs hədiyyəni verənə və ya onun yaxın qohumuna qarşı ağır təhqir edirsə və ya böyük nankorluq edirsə, hədiyyə ləğv edilə bilər.
2. Hədiyyə ləğv edilərsə, hədiyyə edilmiş əmlak hədiyyəni verən tərəfindən geri tələb oluna bilər.
3. Hədiyyəni verən şəxs ona hədiyyəni ləğv etmək hüququnu verən hal barədə məlumat əldə etdikdən sonra bir il ərzində hədiyyə ləğv edilə bilər.
Maddə 530. Hədiyyə edilmiş əşyanın geri tələb edilməsi
1. Hədiyyə etdikdən sonra hədiyyəni verən çətin vəziyyətə düşərsə və özünü və ya himayəsində olan şəxsləri dolandıra bilmirsə, o, hədiyyə edilmiş əşyanı hədiyyəni qəbul edəndən tələb etmək hüququna malikdir, əgər bu sonuncu real olaraq mövcuddursa və geri qaytarılması hədiyyəni qəbul edən şəxsi çətin vəziyyətə salmayacaqsa.
2. Əgər hədiyyəni verən qəsdən və ya kobud ehtiyatsızlıq üzündən özünü çətin vəziyyətə salıbsa, hədiyyə edilmiş əşya geri tələb oluna bilməz.
Üçüncü fəsil
Kirayə
Maddə 531. Anlayışı (konsepsiyası)
Kirayə müqaviləsinə əsasən, kirayəyə verən şəxs əşyanı müəyyən müddətə kirayəçinin istifadəsinə verməyə borcludur. Kirayəçi vəd edilmiş kirayə haqqını kirayəyə verən şəxsə ödəməyə borcludur.
Maddə 532. Kirayəyə verilən əşyanın yararlı vəziyyətdə təhvil verilməsi
Kirayəyə verən şəxs kirayəyə verilmiş əşyanı kirayəçiyə müqavilədə nəzərdə tutulmuş istifadəyə yararlı vəziyyətdə verməyə və bütün kirayə müddəti ərzində əşyanın bu vəziyyətini qoruyub-saxlamağa borcludur.
Maddə 533. Qüsursuz əşyanın təhvil verilməsi öhdəliyi
Kirayəyə verən şəxs kirayəçiyə hüquqi və əşyavi (maddi) cəhətdən qüsursuz əşya təhvil verməlidir.
Maddə 534. Hüquqi cəhətdən qüsursuz əşya
Əgər üçüncü şəxs bu əşyaya görə kirayəçiyə qarşı tələblər irəli sürə bilmirsə, kirayəyə verilmiş əşya hüquqi cəhətdən qüsursuzdur.
Maddə 535. Əşyavi (maddi) cəhətdən qüsursuz əşya
Kirayəyə verilən əşya vəd edilmiş xassələrə malik olsa, əşyavi (maddi) cəhətdən qüsursuzdur. Əgər bu xassələr vəd edilməyibsə, o zaman kirayəyə verilmiş əşya müqavilədə nəzərdə tutulmuş fəaliyyətə və ya normal (adi) istifadəyə yararlıdırsa, qüsursuz sayılır.
Maddə 536. Əşyanın qüsuruna görə kirayə haqqının azaldılması
1. Kirayəyə verilmiş əşyanın qüsurlu olduğu aşkar edilərsə, kirayəçinin kirayə haqqı həmin əşyanın yararlılığının qüsura görə azaldığı məbləğ qədər azalacaq. Qüsur aradan qaldırıldıqda, bu hüquq qüvvəsini itirir. Əhəmiyyətsiz (kiçik) qüsur nəzərə alınmayacaq.
2. Yaşayış sahəsinin kirayəçisi üçün açıq-aydın zərərli olan kirayə müqaviləsi batildir.
Maddə 537. Əşyanın qüsuru nəticəsində yaranmış zərərin ödənilməsi
1. Əşyanın yararlılığını azaldan qüsur müqavilənin bağlanması anında mövcud olduqda və ya kirayəyə verən şəxsin məsuliyyət daşıdığı (cavabdeh olduğu) hallar səbəbindən sonradan aşkar edildikdə və ya kirayəyə verən şəxs qüsurun aradan qaldırılmasını gecikdirdikdə, kirayəçi kirayə haqqının azaldılmasını tələb etmək hüququnu itirmədən dəymiş zərərin ödənilməsini tələb edə bilər.
2. Kirayəyə verən şəxs əşyanın qüsurunu düzəltməyi gecikdirirsə, kirayəçi özü onu aradan qaldıra bilər və xərclərin ödənilməsini tələb edə bilər.
Maddə 538. Əşyadakı qüsura görə irad (iddia) irəli sürməmənin nəticələri
Əgər müqavilə bağlanarkən kirayəçi əşyanın qüsurundan xəbərdardırsa və buna görə o, tələb (irad) irəli sürmürsə, onun 536-cı maddədə nəzərdə tutulmuş hüququ yaranmır.
Maddə 539. Məsuliyyətdən azad etmə haqqında razılaşmanın batilliyi
Əgər kirayəyə verən şəxs qüsuru qəsdən gizlətmişsə, kirayəyə verən şəxsi kirayəyə verilmiş əşyanın qüsuruna görə məsuliyyətdən azad edən və ya məhdudlaşdıran razılaşma batildir.
Maddə 540. Sahə (dayanacaq yeri) kirayəyə verilərkən təsirlərə dözmək öhdəliyi
Sahənin (dayanacaq yerinin) kirayəçisi kirayəlik əşyaya qarşı edilən təsirlərə dözməlidir (tab gətirməlidir), hansılar ki kirayəyə verilmiş yaşayış sahəsinin və ya binanın saxlanması üçün zəruridir. Kirayəyə verən şəxs, mümkün olduqda, bu tədbirlər barədə kirayəçini xəbərdar etməli və zəruri olmayan (zəruriyyətdən yaranmamış) hərəkətlərə yol verməməlidir.
Maddə 541. Müqavilədən imtina etmək hüququ
1. Kirayəyə götürülmüş əşyanın kirayəçiyə verilməsi tam və ya qismən gecikdirildikdə və ya əgər o, sonradan istifadə hüququndan məhrum edilibsə, kirayəçi - müqaviləyə xitam verilməsi üçün nəzərdə tutulmuş müddətə riayət etmədən müqavilədən imtina edə bilər. Müqavilədən imtinaya yalnız kirayəyə verən şəxs kirayəçinin müəyyən etdiyi müddətdə istifadəyə mane olan halların qarşısını almadıqda yol verilir.
2. Müqavilədən imtina etməyə əsas verən hallar nəticəsində kirayəçinin bu müqaviləyə marağı itirildiyi təqdirdə, müddəti müəyyən etmək lazım deyil.
3. Yaşayış sahəsi kirayəyə verilərkən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müqaviləni ləğv etmək hüququnu qadağan edən və ya məhdudlaşdıran razılaşma batildir.
Maddə 542. Kirayəçi tərəfindən yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi
Əgər yaşayış üçün və ya insanların məskunlaşması üçün nəzərdə tutulmuş başqa sahənin (mənzilin) istifadəsi onların sağlamlığına əhəmiyyətli (ciddi) təhlükə yaradan vəziyyətdədirsə, kirayəçi müddətə riayət etmədən kirayə müqaviləsini poza bilər (ləğv edə bilər). Kirayəçi, müqaviləni bağlayarkən, təhlükə barədə bilsə, lakin irad (iddia) irəli sürmədikdə belə, bu hüquqa malikdir.
Maddə 543. Kirayəyə verilmiş əşyada qüsur aşkar edildikdə kirayəçinin öhdəlikləri
Kirayəyə verilmiş əşyada qüsur aşkar edildikdə və ya əşyanı əvvəlcədən nəzərə alınmamış təhlükədən qorumaq üçün zəruri tədbirlərin görülməsi lazım olarsa, kirayəçi bu barədə dərhal kirayəyə verən şəxsə (ev sahibinə) məlumat verməlidir. Eyni qayda - üçüncü tərəf əşya üzərində öz hüquqlarını iddia etdikdə də, tətbiq edilir.
Maddə 544. Kirayəyə verilmiş əşyanın üzərindəki hüquqi yükün taleyi
Kirayəyə verən şəxs kirayəyə verilmiş əşyanın üzərindəki hüquqi yükün daşıyıcısıdır.
Maddə 545. Kirayəyə verən şəxsin öhdəliyi
1. Kirayəyə verən şəxs kirayəçiyə əşya üzrə çəkdiyi zəruri xərcləri ödəməyə borcludur.
2. Digər xərclərin ödənilməsi öhdəliyi başqasının işlərini tapşırıqsız yerinə yetirmək qaydalarına uyğun olaraq müəyyən edilir.
Maddə 546. Kirayəçinin kirayəlik əşyaya əlavə edilmiş əşyalar üzərində hüququ
1. Kirayəçi kirayəyə götürdüyü əşyanı təchiz etdiyi şeyi özünə saxlamaq hüququna malikdir.
2. Yaşayış üçün sahəni kirayəyə verən şəxs qeyd olunan hüququn həyata keçirilməsini müvafiq kompensasiya ilə əvəz edə bilər, o hal istisna olmaqla – nə vaxt ki, kirayəçi, möhtərəm (üzrlü) əsasdan qaynaqlanaraq, kirayəyə verən şəxslə (ev sahibi ilə) razılaşmır.
Maddə 547. Əşyanın normal aşınmasına (köhnəlməsinə) görə məsuliyyət
Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilədə nəzərdə tutulmuş istifadə nəticəsində baş vermiş dəyişikliklərinə və ya pisləşməsinə görə məsuliyyət daşımır.
Maddə 548. Cari təmir xərcləri
1. Cari təmir işlərinin aparılması, adətən, kirayəçinin üzərinə düşür (öhdəsində olur). Kirayəyə verən şəxsin razılığı olmadan, onun yaşayış sahəsini dəyişdirmək (başqa cür formaya salmaq) və ya yenidən qurmaq hüququ yoxdur.
2. Kirayəçi bu işləri öz hesabına (öz xərcləri ilə) yerinə yetirməyə borcludur.
3. Kirayəyə verən şəxs, kirayəçinin bu maddənin birinci hissəsində nəzərdə tutulmuş vəzifəni yerinə yetirməməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Maddə 549. Kirayəyə verən şəxsin alt kirayəyə dair razılığı
Kirayəçinin kirayəyə götürdüyü əşyanı, kirayəyə verən şəxsin razılığı olmadan, üçüncü şəxsə vermək hüququ yoxdur (alt kirayə). Kirayəçinin ailə üzvləri üçüncü şəxslər sayılmırlar.
Maddə 550. Kirayəyə verənin (ev sahibinin) alt kirayəyə verməkdən imtinasının yolverilməzliyi
Üzrlü səbəb mövcud olduqda kirayəçi kirayəyə götürdüyü yaşayış sahəsini bütövlükdə və ya onun bir hissəsini üçüncü şəxsə kirayəyə vermək istəyirsə, kirayəyə verən şəxs yaşayış sahəsinin alt kirayəyə verilməsindən imtina edə bilməz. Əgər alt kirayəçi kirayəyə verən şəxs üçün arzuolunmaz şəxsdirsə və ya yaşayış sahəsi həddindən artıq yüklənirsə və ya başqa səbəblərə görə alt kirayə kirayəyə verən şəxs üçün qəbuledilməzdirsə, bu qayda tətbiq edilmir.
Maddə 551. Kirayə münasibətinin sonunda alt kirayənin taleyi
Əgər alt kirayə - kirayə müqaviləsinin ləğvinin zəmanətlərindən (qarantiyalarından) yan keçmək (boyun qaçırmaq) məqsədi daşıyırsa, o zaman kirayə münasibətinin sonunda: kirayəyə verən şəxs - kirayəçi və alt kirayəçi arasında mövcud olan hüquq və öhdəlikləri öz üzərinə götürür.
Maddə 552. Kirayə münasibətinin təmin edilməsinin məbləği
1. Yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayə müqaviləsi üzrə öhdəliyi təmin etmək üçün kirayəçidən vasitə təqdim etmək tələb olunursa, o zaman təminatın məbləği bir aylıq kirayə haqqının üç mislindən çox olmamalıdır. Əgər pul məbləği əvvəlcədən ödənilməlidirsə, kirayəçi onu üç ay ərzində hər aylıq bərabər hissələrlə ödəmək hüququna malikdir.
2. Əvvəlcədən ödənilmiş təminata qanunla müəyyən edilmiş faizlər köçürülməlidir və kirayə münasibəti başa çatdıqdan sonra faizlərlə birlikdə kirayəçiyə qaytarılmalıdır.
3. Kirayəçinin zərərinə bağlanmış başqa cür razılaşma batildir.
Maddə 553. Kirayə haqqının ödənilməsi qaydası
1. Kirayə haqqı kirayə müqaviləsinin müddəti başa çatdıqda ödənilməlidir. Kirayə haqqının ödənişi zaman dövrləri ilə müəyyən edilirsə, o, bu zaman dövrləri keçdikdən sonra ödənilməlidir.
2. Əlavə xərclərin ödənilməsi yalnız tərəflər arasında bu barədə razılaşma olduqda məcburidir.
Maddə 554. Kirayəçinin təqsiri üzündən kirayə haqqının ödənilməməsinin nəticələri
Kirayəçiyə istifadədə maneəçilik öz səbəbi üzündən törənərsə, o, kirayə haqqını ödəməkdən azad edilmir.
Maddə 555. Yaşayış sahəsinin kirayəçisinin təşəbbüsü ilə müqavilənin vaxtından əvvəl ləğv edilməsi
Yaşayış sahəsinin kirayəçisi kirayə müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir, əgər o, kirayəyə verən şəxsə bir ay əvvəldən bu barədə xəbər versə və ona ödəmə qabiliyyətinə malik olan və məqbul bir kirayəçi təklif etsə, hansı ki kirayənin qalan vaxtında kirayəçi olmağa razıdır.
Maddə 556. Kirayəçinin kirayəyə verən şəxsə qarşı əks iddiaları (əks tələbləri)
Mənzilin (binanın) kirayə haqqını tələb etmənin əksinə, kirayəçi - tutmaq və ya kirayə münasibətindən irəli gələn digər tələbləri çıxmaq (əvəz etmək) hüququna malikdir, hətta müqavilədə başqa hal nəzərdə tutulsa belə - kirayəçi bu hüquqdan istifadə edə bilər, əgər o, kirayəyə verən şəxsə bu barədə əvvəlcədən xəbərdarlıq etsə.
Maddə 557. Kirayəyə verən şəxsin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi
Kirayəyə verən şəxsin xəbərdarlığına baxmayaraq, kirayəçi kirayəyə götürdüyü əşyaya əhəmiyyətli dərəcədə (ciddi) ziyan vurursa və ya əhəmiyyətli dərəcədə (ciddi) ziyanın real təhlükəsini yaradırsa, kirayəyə verən şəxs müqaviləni vaxtından əvvəl ləğv edə bilər.
Maddə 558. Kirayə haqqının ödənilməməsi səbəbindən müqavilənin ləğv edilməsi
Kirayəçi üç ay ərzində kirayə haqqını ödəmədikdə, kirayəyə verən şəxs müqaviləni vaxtından əvvəl ləğv edə bilər.
Maddə 559. Müddətin başa çatması ilə kirayə münasibətinə xitam verilməsi
1. Müqavilənin müddəti başa çatdıqdan sonra kirayə münasibətinə xitam veriləcək.
2. Kirayəçi əşyadan müqavilənin müddəti başa çatdıqdan sonra da istifadə edirsə və kirayəyə verən şəxs bununla mübahisə (dava) etmirsə, o zaman müqavilə qeyri-müəyyən müddətlə yenilənəcək (təzələnəcək).
3. Əgər kirayə müqaviləsinin müddəti müəyyən edilməyibsə, müqavilənin ləğv edilməsi barədə bəyanat (ərizə) verməklə kirayə münasibətinə xitam veriləcək.
Maddə 560. Kirayə müqaviləsinin qeyri-müəyyən müddətlə uzadılmasını tələb etmək hüququ
Yaşayış sahəsinin kirayə müqaviləsi müəyyən müddətlə bağlanıbsa, kirayəçi kirayə münasibətinə xitam verilməsinə ən geci iki ay qalmış yazılı ərizə ilə kirayə müqaviləsinin qeyri-müəyyən müddətlə uzadılmasını tələb edə bilər, əgər kirayəyə verən şəxs buna razılığını bildirsə.
Maddə 561. Müqavilənin ləğvi müddəti
İşin hallarında və ya tərəflərin razılaşmasında başqa hal nəzərdə tutulmadığı hallar istisna olmaqla, kirayə müqaviləsinə xitam vermə müddəti üç aydır.
Maddə 562. Üzrlü səbəblər mövcud olduqda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi
1. Kirayəyə verən şəxs yaşayış sahəsinin kirayə müqaviləsinə yalnız üzrlü səbəblər olduqda xitam verə bilər.
2. Səbəb üzrlüdür, əgər:
a) kirayəçi öz müqavilə öhdəliklərini təqsirli şəkildə əhəmiyyətli dərəcədə pozubsa;
b) yaşayış sahəsi kirayəyə verən şəxsin bilavasitə özü və ya yaxın qohumları üçün lazımdırsa;
q) kirayəçi kirayəyə verən şəxsin təklif etdiyi, bazarda mövcud olan mənzil (bina) kirayə haqqına uyğun artan kirayə haqqını ödəməkdən imtina edirsə;
d) kirayəçi kirayəyə verən şəxsə qarşı aralarındakı münasibəti davam etdirməyi qeyri-mümkün edən elə bir qanunsuz və ya əxlaqsız hərəkət edibsə.
3. Kirayəlik predmet (obyekt) mebellə təchiz edilmiş mənzildirsə, kirayəyə verən şəxs hər zaman müqavilənin xitam müddətinə riayət etməklə kirayə müqaviləsini ləğv edə bilər (xitam verə bilər).
Maddə 563. Müqaviləyə xitam verilməsinin forması
Yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi yazılı şəkildə olmalıdır.
Maddə 564. Kirayə müqaviləsinə xitam verildikdə kirayəçinin öhdəlikləri
Əşyanın kirayə müqaviləsinə xitam verildikdə, kirayəçi əşyanı kirayəyə verən şəxsə ondan aldığı vəziyyətdə, normal köhnəlmə nəzərə alınmaqla və ya müqavilə ilə müəyyən edilmiş vəziyyətdə qaytarmağa borcludur.
Maddə 565. Tutmaq hüququnun yolverilməzliyi
Torpaq sahəsinin kirayəçisinin öz tələblərini təmin etmək məqsədilə onu tutmaq (zəbt etmək) hüququ yoxdur.
Maddə 566. Kirayəyə götürülmüş əşyanın üçüncü şəxsə təhvil verilməsi
Kirayəçi əşyanı istifadə üçün üçüncü şəxsə veribsə, kirayəyə verən şəxs kirayə müqaviləsinə xitam verildikdən sonra üçüncü şəxsdən əşyanı geri qaytarmağı tələb edə bilər.
Maddə 567. Kirayəyə verilmiş əşyanın geri qaytarılmaması nəticəsində yaranmış zərərin ödənilməsi
1. Kirayəçi kirayə münasibəti başa çatdıqdan sonra kirayəyə götürdüyü əşyanı geri qaytarmazsa, kirayəyə verən şəxs gecikmə zamanı ərzində müəyyən edilmiş kirayə haqqının - zərərin əvəzi olaraq ödənilməsini tələb etmək hüququna malikdir.
2. Kirayəçinin dəymiş zərərdən daha çox məbləğdə zərər ödəmək öhdəliyinin olduğu razılaşma batildir.
Maddə 568. Kirayəçinin əşyaları üzərində girov hüququ
Kirayə münasibətlərindən irəli gələn tələbləri təmin etmək üçün torpaq sahəsini, evi və ya mənzili kirayəyə verən şəxsin - kirayəçinin ora gətirdiyi əşyalara girov qoymaq hüququ var. Əşyalar kirayəyə götürülmüş sahədən çıxarıldıqda (sahə boşaldıldıqda) girov hüququ qüvvəsini itirir, əgər bu, adi həyat münasibətlərinə uyğun olaraq həyata keçiriləcəksə.
Maddə 569. Torpaq sahəsinin kirayə müqaviləsinin forması
Torpaq sahəsinin bir ildən artıq müddətə kirayə müqaviləsi yazılı şəkildə olmalıdır. Formaya riayət edilmədiyi halda müqavilənin qeyri-müəyyən müddətə bağlandığı güman edilir. Müqaviləyə xitam verilməsinə yalnız kirayənin birinci ili başa çatdıqdan sonra icazə verilir.
Maddə 570. On ildən artıq müddətə bağlanmış müqavilənin ləğv edilməsi qaydası
Kirayə müqaviləsi on ildən artıq müddətə bağlanıbsa, on ildən sonra hər bir tərəf kirayə müqaviləsini 561-ci maddə ilə müəyyən edilmiş müddətdə ləğv edə bilər.
Maddə 571. Kirayəçinin hüquqlarının onun ailə üzvlərinə ötürülməsi
Kirayə müqaviləsi yaşayış sahəsində bağlanıbsa və orada kirayəçi öz ailə üzvləri ilə birlikdə vahid ailə təsərrüfatını idarə edirsə, kirayəçi vəfat etdikdə onun ailə üzvləri kirayəyə verən şəxslə hüquqi münasibətə girirlər. Onların qanunla müəyyən edilmiş müddətdə kirayə müqaviləsini ləğv etmək (xitam vermək) hüququ var.
Maddə 572. Kirayəyə verilmiş əşya özgəninkiləşdirildikdə hüquq varisliyi
Kirayəyə verən şəxs kirayəyə verilmiş əşyanı kirayəçiyə təhvil verdikdən sonra onu üçüncü şəxsə özgəninkiləşdirərsə, alıcı kirayəyə verən şəxsin yerini tutur və kirayə münasibətindən irəli gələn hüquq və öhdəliklər ona keçir.
Maddə 573. Zərərin ödənilməsi ilə bağlı tələb üzrə iddia müddəti
1. Kirayəyə verilmiş əşyanın dəyişdirilməsinə və ya pisləşməsinə görə kirayəyə verən şəxs zərərin ödənilməsini tələb etmək, kirayəçi isə altı ay ərzində çəkdiyi xərclərin əvəzinin ödənilməsi barədə ona qarşı iddia (irad) irəli sürmək hüququna malikdir.
2. Kirayəyə verən şəxsin dəymiş zərərin ödənilməsinə görə tələbi üzrə iddia müddətinin axını kirayəyə verilmiş əşyanın qaytarıldığı andan, kirayəçinin tələbi üzrə iddia müddətinin axını isə – kirayə müqaviləsinə xitam verildiyi andan başlayır.
Maddə 574. Boşanma zamanı həyat yoldaşları (ər-arvad) arasında dava
1. Boşanma zamanı ər-arvad kirayəyə götürülmüş mənzildə (binada) kimin yaşamalı olduğu barədə razılığa gələ bilmədikdə, mübahisəni (davanı) məhkəmə həll edir.
2. Məhkəmə üçün hansı həyat yoldaşının kirayəçi olmasının əhəmiyyəti yoxdur. Məhkəmə kirayəçi olmayan həyat yoldaşının mənzil (bina) üzərində hüququnu tanıyarsa, o zaman bu həyat yoldaşı kirayə münasibətinin iştirakçısı olur.
Maddə 575. Kirayəçinin hüquqlarının qorunması
Kirayəçinin öz mülkiyyətini (istifadəsində olanı) hər bir pozucudan, o cümlədən mülkiyyətçidən də qorumaq hüququ var.
Dördüncü fəsil
Lizinq
Maddə 576. Anlayışı (konsepsiyası)
1. Əgər Gürcüstan qanunvericiliyində başqa heç nə müəyyən edilməyibsə, lizinq müqaviləsinə əsasən lizinqi verən müəyyən edilmiş əmlakı müqavilədə vəd edilmiş müddətlə lizinqi alanın istifadəsinə verməyə borcludur - bu əmlakı satın almaq hüququ ilə və ya belə bir hüquq olmadan, lizinqi alan isə - müəyyən edilmiş dövriliklə haqqı ödəməyə borcludur, bu şərtlə ki:
a) lizinqi alan - əmlakı müəyyənləşdirir və əmlakın satın alındığı və ya başqa cür alındığı təchizatçını seçir;
b) lizinqi verən - əmlakı lizinqlə vermək üçün alır və bu fakt təchizatçıya məlumdur.
2. Təchizatçının adi işi əmlakın tədarükü (çatdırılması) və ya əmlakın lizinqlə verilməsidirsə, təchizatçı eyni zamanda lizinqi verən də ola bilər. Əmlak lizinqi alandan da satın alına bilər.
3. Lizinqlə verilmiş əmlak lizinq müqaviləsinin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə, təkrar lizinqlə verilə bilər, lakin bu fəslin müddəalarının ona şamil edilməsi üçün lizinqi verən lizinqi alandan əmlakın müstəqil seçiminin təsdiqini əldə etməlidir.
4. Pul, qiymətli kağız, hissə və ya sahibkarlıq cəmiyyətində pay lizinq predmeti ola bilməz.
5. Gürcüstan qanunvericiliyi ilə başqa heç nə müəyyən edilmədikdə və lizinq maliyyələşdirməsi məbləğinin verilməsi nəticəsində lizinqi alanın eyni lizinqi verən qarşısında cəmi öhdəlikləri 200 000 (iki yüz min) laridən az olduqda, lizinqi verən tərəfindən ödənişin alınması heç bir şəkildə xarici valyutaya bağlanmamalı və ya indeksləşdirilməməlidir.
6. Lizinqi verən sahibkardırsa, lizinq verilərkən lizinqin illik səmərəli faiz dərəcəsi 50 faizdən çox olmamalıdır. Bundan əlavə, lizinqi verən - komisyon haqqı, maliyyə xərci, penya və hər hansı formada maliyyə sanksiyası qoymaqla bağlı bu məcəllənin 625-ci maddəsinin 5-ci və 8-ci hissələrində nəzərdə tutulmuş tələblərə əməl etməyə borcludur. Bu məqsədlər üçün Gürcüstan Milli Bankı lizinqin illik səmərəli faiz dərəcəsini, komisyon haqqını, maliyyə xərcini, penyanı və/və ya hər hansı formada maliyyə sanksiyasını hesablamaq qaydasını hüquqi aktla müəyyən etmək səlahiyyətinə malikdir.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.
Gürcüstanın 22 dekabr 2018-ci il tarixli qanunu №4104 – veb-səhifə, 10.01.2019-cu il.
Maddə 577. Lizinqi alanın təchizatçı qarşısında hüquqları
1. Lizinqi verən və təchizatçı arasında bağlanmış müqavilə üzrə müəyyən edilmiş təchizatçının öhdəlikləri lizinqi alanın qarşısında da mövcuddur, baxmayaraq ki, təchizatçı eyni zərərə görə eyni zamanda həm lizinqi verənin, həm də lizinqi alanın qarşısında cavabdeh deyildir (məsuliyyət daşımır).
2. Lizinqi verən tələb əsasında öz hüquqlarını lizinqi alana verməyə (güzəştə getməyə) borcludur, hansılar ki təchizatçı ilə bağlanmış müqavilənin yerinə yetirilməsi tələbinə bağlıdır.
3. Təchizatçı ilə bağlanmış müqaviləyə lizinqi alanın hüquqlarına təsir edən dəyişikliklərin edilməsinə yalnız lizinqi alanın razılığı ilə icazə verilir.
4. Tərəflərin bu maddənin 1-3-cü hissələrinin müddəalarına zidd razılaşması batildir.
5. Təchizatçı ilə bağlanmış müqavilənin dəyişdirilməsinə, xitam verilməsinə və ya ləğv edilməsinə, lizinqi verənin razılığı olmadan, lizinqi alanın razılaşmaq hüququ yoxdur.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 - veb-səhifə, 31.10.2011-ci il.
Maddə 578. Lizinq predmetinə dair hüquqlar
1. Lizinq predmeti başqa bir əşyanın və ya qeyri-maddi əmlak dəyərinin mühüm tərkib hissəsinə çevrilsə belə, ayrıca hüququn obyektidir.
2. Lizinq predmetinin alıcısı lizinqi verənin yerini tutur və lizinq müqaviləsindən irəli gələn hüquq və öhdəliklər ona keçir.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Maddə 579. Öhdəliyin yerinə yetirilməsindən imtinanın yolverilməzliyi
Lizinq müqaviləsinə əsasən, tərəflərdən heç biri digər tərəfin öz öhdəliyini yerinə yetirmədiyini əsas (səbəb) gətirərək, öhdəliyi yerinə yetirməkdən imtina etmək hüququna malik deyil, o hal istisna olmaqla – nə vaxt ki, lizinqi alanın sahiblik (istifadə) hüququ bu məcəllənin 5805 maddəsinin 2-ci hissəsinə uyğun olaraq məhdudlaşdırılır.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Maddə 580. Əmlakı qəbul etmək
1. Əmlak – lizinqi alanın lizinqi verənə və ya təchizatçıya onu təsdiq etməsi ilə qəbul edilir ki, əmlak təchizatçı ilə bağlanmış müqavilənin şərtlərinə uyğundur və ya nə vaxt ki, lizinqi alan əmlakı yoxlamaq üçün ağlabatan fürsət (imkan) əldə etdikdən sonra ondan (əmlakdan) imtina etmir və ya nə vaxt ki, lizinqi alan əmlakdan istifadə etməyə başlayır.
2. Əmlak təchizatçı ilə bağlanmış müqavilənin şərtlərinə uyğun gəlmədikdə, əmlakı aldıqdan sonra lizinqi alan təchizatçıdan zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
3. Əmlak alındıqdan sonra əmlakın həlak olması və ya zədələnməsi riski lizinqi alana keçir.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Maddə 5801. Əmlakın çatdırılma şərtlərinin pozulması
1. Əmlak lizinqi alana çatdırılmadıqda, gecikdirilərək çatdırıldıqda və ya lizinq müqaviləsinin şərtlərinə uyğun gəlmədikdə, lizinqi alan əmlakı almamaq və təchizatçıdan müqavilənin şərtlərinə uyğun olacaq əmlakı tələb etmək və/və ya ondan zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
2. Əmlakın çatdırılma şərtləri pozulduqda, əmlakın həlak olması və ya zədələnməsi riski bu məcəllənin 5805 maddəsinin müddəaları nəzərə alınmaqla təchizatçının üzərində qalır.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Maddə 5802. Tələbdən vaz keçilərkən (güzəştə gedilərkən) lizinqi alanın hüquqları
Lizinq müqaviləsində nəzərdə tutulmuş lizinqi verənin tələbindən vaz keçilərkən (güzəştə gedilərkən) tərəflər bu məcəllənin 201-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş qaydadan fərqli qayda haqqında razılaşa bilərlər.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Maddə 5803. Qüsursuz əmlakın təhvil verilməsi öhdəliyi
1. Təchizatçı əmlakın lizinq müqaviləsində müəyyən edilmiş vəziyyətdə olacağına və belə əmlakın, adətən, nəzərdə tutulduğu istifadəyə yararlı olacağına görə məsuliyyət daşıyır (cavabdehdir).
2. Lizinqi alan, onun lizinqi verənə və ya təchizatçıya verdiyi təsvirə uyğunluğu ilə əmlakın vurduğu ziyana görə məsuliyyət daşıyır (cavabdehdir).
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Maddə 5804 . Lizinqi alanın lizinq predmetinə qulluq etmək və qaytarmaqla bağlı öhdəlikləri
1. Lizinqi alan lizinq predmetinə lazımi qulluq etməli, ondan bu əmlakın adi (normal) istifadə edildiyi məqsəd üçün təyinatı üzrə istifadə etməli və onu aldığı vəziyyətdəki kimi, normal köhnəlmə (aşınma) nəzərə alınmaqla, qoruyub-saxlamalıdır.
2. Əgər lizinq müqaviləsi lizinq predmetindən lazımi istifadə öhdəliyini müəyyənləşdirirsə və/və ya istehsalçı və ya təchizatçı əmlakın istifadəsi qaydalarını müəyyən edirsə, lizinqi alanın lizinq predmetindən lazımi istifadə etmək öhdəliyinə və ya əmlakdan istifadə qaydalarına uyğunluğu - bu maddənin birinci hissəsində müəyyən edilmiş lizinqi alanın öhdəliyi yerinə yetirməsi sayılacaq.
3. Lizinq müqaviləsinin müddəti keçdikdə və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə, lizinqi alan, əgər o, əmlakdan istifadə etmirsə və ya onun əmlakı satın almaq və ya onu əlavə müddətə lizinqlə özündə saxlamaq hüququ yoxdursa, əmlakı bu maddənin birinci hissəsində müəyyən edilmiş vəziyyətdə lizinqi verənə qaytarmağa borcludur.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Maddə 5805. Lizinq müqaviləsinin ləğv edilməsi
1. Lizinqi alan öz öhdəliklərini əhəmiyyətli dərəcədə (ciddi şəkildə) pozursa, lizinqi verən lizinq müqaviləsini ləğv edə bilər.
2. Lizinqi alanın lizinq predmetini aldıqdan sonra lizinq müqaviləsini ləğv etmək hüququ yoxdur, o hal istisna olmaqla – nə vaxt ki, o, lizinq predmeti üzərində sahiblik hüququnu həyata keçirə bilmir və ya sahiblik hüququ əmlak üzərində imtiyazlı (üstün) hüququ olan şəxs tərəfindən məhdudlaşdırılmışdır, əgər bu hüquq və ya iradlar lizinqi verənin təqsirli hərəkətindən yaranırsa. Bütün digər hallarda, lizinqi verən öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda, lizinqi alan lizinq müqaviləsinin ləğvini deyil, yalnız zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Maddə 5806. Əmlaka sahiblik (istifadə) və sərəncam vermək
1. Lizinq müqaviləsinin müddəti keçdikdə və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə, lizinqi verən əmlakı öz sahibliyinə qaytarmaq (əmlaka sahiblik etmək) və ona dair sərəncam vermək hüququna malikdir.
11. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş halda, lizinqi verənin bu məcəllənin 5807 maddəsində nəzərdə tutulmuş lizinq predmetinin onun sahibliyinə qaytarılması barədə tələbi dərhal təmin edilməlidir.
2. Lizinqi alan lizinqi verəndən onun hərəkəti nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir, əgər lizinqi verən lizinqi alanın sahibliyini qanunsuz müdaxilə (maneəçilik) yolu ilə əngəlləyərsə və ya əgər lizinqi verən bu məcəllənin 405-ci maddəsinin birinci hissəsinə uyğun olaraq əlavə müddət təyin etməmişdirsə, o hal istisna olmaqla – nə vaxt ki, 405-ci maddənin 2-ci hissəsinə uyğun olaraq belə müddətin təyin edilməsinə ehtiyac yoxdur. Bundan əlavə, lizinqi alanın lizinq predmeti üzərində sahiblik hüququnun bərpasını tələb etmək hüququ yoxdur.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 – veb-səhifə, 31.10.2011-ci il.
Gürcüstanın 30 iyun 2017-ci il tarixli qanunu №1195 - veb-səhifə, 14.07.2017-ci il.
Maddə 5807. “Yol hərəkəti haqqında” Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin və/və ya kənd təsərrüfatı maşınının yardımçı texniki vasitəsinin lizinqi verənin sahibliyinə qaytarılması
1. Əgər lizinq predmeti Gürcüstanın “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsinin birinci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsi və/və ya kənd təsərrüfatı maşınının yardımçı texniki vasitəsidirsə, lizinqi verən - lizinq şəhadətnaməsinin icra qurumuna təqdim edilməsi əsasında, məhkəməyə müraciət etmədən, lizinq predmetinin onun sahibliyinə məcburi qaydada qaytarılmasını tələb etmək hüququna malikdir.
2. İcra qurumu tərəfindən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş lizinq predmetinin lizinqi verənə qaytarılması “İcra icraatları haqqında” Gürcüstan Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
3. Lizinq şəhadətnaməsindən şikayət edilməsi onun icrasını dayandırmır.
4. Bu maddənin 2-ci hissəsinə uyğun olaraq lizinqi verən, hansının ki sahibliyinə lizinq predmeti qaytarılıb, Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş halda, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş lizinq predmetini Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirməyə borcludur.
5. Lizinqi verənə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş lizinq predmetinin məcburi qaydada sahibliyinə qaytarılması ilə bağlı xərcləri lizinqi alan ödəməlidir.
Gürcüstanın 30 iyun 2017-ci il tarixli qanunu №1195 – veb-səhifə, 14.07.2017-ci il.
Maddə 5808. Lizinq şəhadətnaməsi
1. İctimai hüququn hüquqi şəxsində – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində „Yol hərəkəti haqqında“ Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsi və kənd təsərrüfatı maşınının yardımçı texniki vasitəsinə dair lizinq qeydiyyatı mövcud olduqda, lizinqi verənin yazılı tələbini aldıqdan sonra 10 iş günü müddətində, lizinqi alan bu məcəllənin 5806 maddəsinin 11 hissəsində müəyyən edilmiş öhdəliyi yerinə yetirmədikdə, lizinqi verənin ərizəsi əsasında, ictimai hüququn hüquqi şəxsi – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi lizinq şəhadətnaməsini verir.
2. Lizinq şəhadətnaməsi icranın tabeliyində olan aktdır, hansıyla ki ictimai hüququn hüquqi şəxsində – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində „Yol hərəkəti haqqında“ Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsi və kənd təsərrüfatı maşınının yardımçı texniki vasitəsinə dair lizinqin qeydiyyat faktı təsdiqlənir və hansının ki əsasında Gürcüstan qanunvericiliyinə uyğun olaraq, lizinqi verənin səlahiyyətli orqandan (vəzifəli şəxsdən) lizinq predmetinin onun sahibliyinə qaytarılmasını tələb etmək hüququ var.
3. İctimai hüququn hüquqi şəxsinə – Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə lizinqi verənin təqdim etdiyi lizinq şəhadətnaməsinin verilməsi tələbinin qanuniliyinə görə lizinqi verən məsuliyyət daşıyır.
Gürcüstanın 30 iyun 2017-ci il tarixli qanunu №1195 – veb-səhifə, 14.07.2017-ci il.
Beşinci fəsil
İcarə
Maddə 581. Anlayışı (konsepsiyası)
1. İcarə müqaviləsinə əsasən, icarəyə verən müəyyən əmlakı icarəçiyə müvəqqəti istifadəyə verməyə və icarə müddəti ərzində məhsulun əldə edilməsi (alınması) imkanını təmin etməyə borcludur, əgər o, təsərrüfatın düzgün aparılması (idarə olunması) nəticəsində gəlir şəklində əldə edilibsə. İcarəçi icarəyə verənə razılaşdırılmış (vəd edilmiş) icarə haqqını ödəməyə borcludur. İcarə haqqı həm pulla, həm də natura ilə müəyyən edilə bilər. Tərəflər icarə haqqının müəyyən edilməsinin digər üsulları barədə də razılığa gələ bilərlər.
2. 581-606-cı maddələrdə başqa hal müəyyən edilməyibsə, kirayə müqaviləsinin qaydaları icarə müqaviləsinə tətbiq edilir.
Maddə 582. On ildən çox müddətə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi
İcarə müqaviləsi on ildən artıq müddətə bağlanarsa, on il keçdikdən sonra tərəflərdən hər biri bu məcəllənin 561-ci maddəsi ilə müəyyən edilmiş müddətdə icarə münasibətini ləğv edə bilər, əgər qeyd olunan şərt icarə müqaviləsində nəzərdə tutulmuşdursa.
Gürcüstanın 5 may 2011-ci il tarixli qanunu №4627 – veb-səhifə, 18.05.2011-ci il.
Maddə 583. Torpağın inventarla birlikdə icarəsi
1. Əgər torpaq sahəsi inventarla birlikdə icarəyə verilirsə, o zaman icarəçi inventarın hər bir hissəsinin saxlanmasına-qulluğuna görə məsuliyyət daşıyır.
2. İcarəyə verən, icarəçidən asılı olmayan səbəblərdən istifadəyə yararsız hala düşmüş inventar hissələrini dəyişdirməyə borcludur. İcarəçi, təsərrüfatın düzgün aparılmasına baxmayaraq, inventara aid olan mal-qaranın itkisini doldurmağa borcludur.
3. İcarəçi inventarı elə vəziyyətdə saxlamalı və icarə müddəti ərzində elə həcmlə doldurmalıdır, hansı ki nizamlı (səliqəli) təsərrüfata uyğundur. Onun aldığı ayrıca inventar ümumi inventarla birləşərək icarəyə verənin mülkiyyətinə çevrilir.
Maddə 584. İnventarın təsadüfən həlak olması riski
1. Torpaq sahəsinin icarəçisi inventarı qiymətləndirmə ilə (smeta ilə) alırsa və icarə müqaviləsinin sonunda da qiymətləndirmə ilə (smeta ilə) geri qaytarmağı öhdəsinə götürürsə, o zaman o, təsadüfən həlak olmanın və xarab olmanın riskini daşıyır. Təsərrüfatın düzgün idarə olunması çərçivəsində o, inventarın ayrı-ayrı hissələrinin üzərində sərəncam verə bilər.
2. İcarə müqaviləsinin müddəti keçdikdə, icarəçi inventarı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən, icarəçinin aldığı inventarın torpaq sahəsində düzgün təsərrüfatın aparılması üçün həddindən artıq (gərəksiz) olması və ya çox baha olması halında, onu qəbul etməkdən imtina edə bilər; imtina ilə birlikdə, qəbul edilməmiş inventarın üzərində mülkiyyət hüququ icarəçiyə keçir. Qəbul edilmiş və qaytarılmış inventar qiymətləndirmələri arasında fərq varsa, bu fərq pulla ödənilməlidir. Qiymətləndirmə icarə müqaviləsinin sona çatdığı anda qüvvədə olan qiymətlərə əsaslanmalıdır.
Maddə 585. İnventarın ayrı-ayrı hissələrinin üzərində sərəncam vermənin qadağan edilməsinin yolverilməzliyi
İcarəçiyə inventarın hissələri üzərində sərəncam verməmək və ya yalnız icarəyə verənin razılığı ilə sərəncam vermək öhdəliyini qoyan müqavilə şərtləri yalnız o zaman doğrudur (həqiqidir), əgər icarəyə verən icarə münasibətinin sonunda inventar qiymətləndirməsi ilə inventarı satın almağı öhdəsinə götürürsə.
Maddə 586. İnventar üzərində girov hüququ
1. Torpaq sahəsinin icarəçisi, icarəyə verənə qarşı icarə ilə qəbul edilmiş inventarla bağlı irəli sürdüyü tələblərinə görə, onun sahibliyində olan inventar üzərində girov qoymaq hüququna malikdir.
2. İcarəyə verən başqa təminat vasitəsi təqdim edərsə, icarəçinin girov hüququndan yayına bilər. O, inventarın hər bir hissəsini həmin hissələrin dəyərinə müvafiq təminat vasitəsi təklif etməklə girov hüququndan azad edə bilər.
Maddə 587. Alt icarə
1. İcarəyə verənin razılığı olmadan, icarəçinin alt icarəyə vermək hüququ yoxdur.
2. İcarəyə verən icarəlik əmlakın ayrı-ayrı hissələrini kirayəyə verməkdən imtina edə bilər, əgər bu, ona əhəmiyyətli ziyan vurarsa.
3. Alt icarəçinin və ya kirayəçinin əşyadan icarəyə verənin icazə verdiyi üsuldan fərqli (başqa cür) istifadə etdiyinə görə, icarəçi icarəyə verənin qarşısında məsuliyyət daşıyır. İcarəyə verən alt icarəçinin və ya kirayəçinin əmlakdan bu cür istifadəsini bilavasitə dayandıra bilər.
Maddə 588. İcarəlik əmlakın vaxtından əvvəl geri qaytarılması
1. İcarəçi əmlakı icarə münasibətinə xitam verilməmişdən əvvəl geri qaytarırsa, o, icarə haqqını ödəməkdən yalnız o zaman azad edilir - əgər özünün əvəzinə, ödəmə qabiliyyətinə malik olan və icarəyə verənə məqbul olan yeni icarəçini təklif edirsə. Yeni icarəçi icarə müqaviləsini eyni şərtlərlə qəbul etməyə razı olmalıdır.
2. İcarəçi belə bir icarəçini təklif edə bilmirsə, o, icarə haqqını icarə münasibətləri sona çatana qədər ödəməlidir.
Maddə 589. Müddətsiz icarə müqaviləsinin ləğv edilməsi
1. Torpaq sahəsinin və ya hüququn icarəsi zamanı icarə müddəti müəyyən edilmədikdə, müqavilənin ləğvinə yalnız icarə ilinin sonunda icazə verilir; o, icarə ilinin sona çatmasından sonra bir aydan gec olmayaraq ləğv edilə bilər.
2. Bu qaydalar hətta icarə münasibətinə qanunla müəyyən edilmiş müddətdən tez xitam verilə bildiyi hallarda da tətbiq edilir.
Maddə 590. İcarəçinin ölümü ilə əlaqədar müqavilənin ləğv edilməsi
1. İcarəçi vəfat etdikdə, həm onun vərəsələri, həm də icarəyə verən təqvim ilinin sonundan altı ay ərzində icarə münasibətinə xitam verə bilərlər.
2. Vərəsələr - icarə ilə verilmiş əmlakdan bilavasitə və ya üçüncü şəxslərin vasitəsilə düzgün təsərrüfat (iqtisadi) təyinatlı istifadə edə bildikləri halda, müqaviləyə xitam verməkdən imtina edə və icarə münasibətinin davam etdirilməsini tələb edə bilərlər.
Maddə 591. İcarəlik əmlakın qaytarılmamasına görə dəymiş ziyanın ödənilməsi
İcarəçi icarə ilə götürdüyü əmlakı icarə münasibəti sona çatdıqdan sonra qaytarmadıqda, icarəyə verən əmlakın qaytarılmasının gecikdirilməsinə görə nəzərdə tutulmuş icarə haqqının ödənilməsini tələb edə bilər; icarəyə verən başqa növ zərərin ödənilməsini də tələb edə bilər.
Altıncı fəsil
Kənd təsərrüfatı torpağının icarəsi
Maddə 592. Anlayışı (konsepsiyası)
1. Kənd təsərrüfatı təyinatlı torpağın icarə müqaviləsinə əsasən torpaq sahəsi - kənd təsərrüfatı məqsədləri üçün təsərrüfat istifadəsinə nəzərdə tutulmuş yaşayış və ya təsərrüfat tikililəri (müəssisə) ilə birlikdə və ya belə tikili olmadan veriləcəkdir.
2. Kənd təsərrüfatı təyinatlı torpağın icarəsinə icarə qaydaları şamil edilir, əgər kənd təsərrüfatı təyinatlı torpağın icarəsi üçün başqa heç nə müəyyən edilməyibsə.
Maddə 593. Müqavilənin forması
Kənd təsərrüfatı təyinatlı torpağın icarə müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Bu formaya əməl edilmədikdə, müqavilənin qeyri-müəyyən müddətlə bağlandığı güman edilir.
Maddə 594. İcarəlik əmlakın nüsxəsi
İcarə münasibətinin başlanğıcında tərəflər birgə icarəlik əmlakın nüsxəsini tərtib etməlidirlər, hansında ki onun miqdarı və icarəyə verildiyi andakı vəziyyəti göstərilir. Eyni qayda, icarə münasibəti sona çatdıqda da tətbiq edilir. Nüsxəni hər iki tərəf imzalamalı və onun tərtib olunma tarixi göstərilməlidir.
Maddə 595. İcarəlik əmlakın vəziyyəti. Onun təmiri
İcarəyə verən icarəlik əmlakı müqavilə ilə nəzərdə tutulmuş istifadəyə yararlı vəziyyətdə icarəçiyə verməli və bütün icarə müddəti ərzində onu bu vəziyyətdə qoruyub-saxlamalıdır. İcarəçi öz xərcləri ilə əmlakın cari təmirini həyata keçirməli, yaşayış və təsərrüfat binalarını, yolları, arxları, boruları, hasarları təmir etdirməlidir. O, icarəyə götürdüyü əmlakdan təsərrüfat təyinatı ilə istifadə etməyə borcludur.
Maddə 596. Məhsul üzərində girov hüququ
İcarəyə verən icarə münasibətlərindən irəli gələn öz tələblərini ödəmək (təmin etmək) üçün icarəçi tərəfindən əlavə edilmiş əşyalar və icarəlik əmlakdan əldə etdiyi gəlir (məhsul) üzərində girov qoymaq hüququna malikdir.
Maddə 597. İcarə haqqının azaldılması tələbi
İcarəlik torpaqda təbii fəlakət və ya digər fors-major hallar nəticəsində icarəçinin məhsulunun yarıdan çoxu məhv olarsa, o, icarə haqqının müvafiq nisbətdə azaldılmasını tələb etmək hüququna malikdir. İcarəçi icarə haqqının azaldılmasını yalnız zərərin miqdarı və səbəbləri haqqında məhsul yığımına qədər (məhsulu götürənə qədər) imzalanmış akt əsasında tələb etmək hüququna malikdir.
Gürcüstanın 14 fevral 2002-ci il tarixli qanunu №1282 – SSM I, №4, 05.03.2002-ci il., maddə.18
Səhvin düzəldilməsi - SSM I, №5, 21.03.2002-ci il., səh.11
Gürcüstanın 18 noyabr 2008-ci il tarixli qanunu №496 - SSM I, №33, 01.12.2008-ci il., maddə.210
Maddə 598. Zəruri kapital xərclərin ödənilməsi öhdəliyi
İcarəyə verən icarə müqaviləsində nəzərdə tutulmuş icarəlik əmlakın (o cümlədən, torpağın) vəziyyətinin yaxşılaşdırılması üçün çəkilmiş kapital xərcləri icarəçiyə ödəməyə borcludur.
Gürcüstanın 14 fevral 2002-ci il tarixli qanunu №1282 – SSM I, №4, 05.03.2002-ci il., maddə.18
Maddə 599. İcarəyə verənin razılığı ilə çəkilmiş xərclərin ödənilməsi
598-ci maddədə göstəriləndən əlavə, icarəyə verənin razılaşdığı digər lazımi xərcləri də, o, icarə münasibəti sona çatdıqdan sonra icarəçiyə ödəməlidir.
Maddə 600. Yığılmamış (götürülməmiş) məhsul üçün kompensasiya (ödəniş)
İcarə ili ərzində icarə münasibətinə xitam verildikdə, icarəyə verən icarəçiyə hələ yığılmamış (götürülməmiş), lakin cari icarə ilinin sonuna qədər yığılacaq (götürüləcək) məhsulun dəyərinin əvəzini təsərrüfatın düzgün aparılması qaydalarına uyğun olaraq ödəməlidir.
Maddə 601. İcarəçinin yeni icarəçi qarşısında vəzifəsi
1. Kənd təsərrüfatı icarəsi müqaviləsinin müddəti keçdikdən sonra icarəçi onu əvəz edən icarəçiyə tikilini (binanı) lazımi vəziyyətdə buraxmalıdır, avadanlığı və kənd təsərrüfatı məhsullarını isə – gələn ilin məhsul yığımına qədər təsərrüfatın davam etdirilməsi üçün zəruri olan miqdarda buraxmalıdır.
2. İcarəçi məhsulu icarə müddətinin əvvəlində aldığından daha çox miqdarda və ya daha keyfiyyətli olanı buraxmağa borcludursa, o, icarəyə verəndən dəyərin əvəzinin ödənilməsini tələb edə bilər.
Maddə 602. İcarəlik əmlakı qaytarmaq öhdəliyi
İcarə münasibətinin sonunda icarəçi icarəyə götürdüyü əmlakı qaytarılmamışdan əvvəl mövcud təsərrüfatın lazımi qaydada davam etdirilməsini təmin edəcək vəziyyətdə qaytarmağa borcludur.
Maddə 603. İcarəlik əmlakın ayrı-ayrı hissələrinə dair icarəçinin hüquqları
1. İcarəçi icarəyə götürdüyü əmlakdan təchiz etdiyi avadanlığı ayırmaq hüququna malikdir; icarəyə verən ayırmaq hüququnu müvafiq ödənişlə əvəz edə bilər, o hal istisna olmaqla – nə vaxt ki, icarəçinin ayırmaq üçün üzrlü (sanballı) marağı var.
2. İcarəçinin bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hüququnu istisna edən müqavilə yalnız belə müqavilədə müvafiq kompensasiya nəzərdə tutulduğu halda etibarlıdır (həqiqidir).
Maddə 604. İcarə münasibətinin davam etdirilməsi tələbi
İcarəçi icarəyə verəndən icarə münasibətini davam etdirməyi tələb edə bilər, əgər:
a) təsərrüfatın icarəsi icarəçinin təsərrüfatının dolanışıq əsasını təşkil edirsə;
b) torpaq sahəsi icarəçinin təsərrüfatının qorunub-saxlanması üçün həyati əhəmiyyət kəsb edirsə və icarənin hətta müqaviləyə uyğun olaraq ləğvi - icarəçi üçün və ya onun ailəsi üçün o qədər ağrılıdır ki, hətta icarəyə verənin özünün üzrlü (sanballı) maraqları ilə də əsaslandırılmır (doğrulmur).
Maddə 605. Müddəti keçdiyinə görə icarə münasibətinə xitam verilməsi
İcarə münasibətinə müqavilənin müddəti keçdikdən (sona çatdıqdan) sonra xitam verilir. Bir tərəfin icarə münasibətinin uzadılması ilə bağlı təklifini digər tərəf üç ay ərzində rədd etmədikdə, üç ildən artıq müddətlə bağlanmış müqavilə qeyri-müəyyən müddətlə uzadıla bilər. Təklif və ondan imtina (onu rədd etmək) yazılı şəkildə bağlanmalıdır.
Maddə 606. Ömürlük müqavilə halında icarə münasibətinə xitam verilməsi
1. İcarənin müddəti müəyyən edilmədikdə, müqavilənin hər bir tərəfi icarə ilinin başlanmasından sonra on gündən gec olmayaraq növbəti icarə ili üçün icarə müqaviləsinin ləğv edilməsi barədə müraciət edə (ərizə verə) bilər. Təqvim ili icarə ili sayılır. Əgər tərəflər daha qısa müddətlə razılaşırlarsa, o zaman bunu yazılı şəkildə imzalamaq lazımdır.
2. İcarə münasibətinə qanunla müəyyən edilmiş müddətdən tez xitam verilə bilərsə, ona yalnız icarə ilinin sonunda icazə verilir.
Yeddinci fəsil
Frenşayzinq
Maddə 607. Anlayışı (konsepsiyası)
Frenşayzinq müqaviləsi müstəqil müəssisələrin ehtiyac olduqda malların istehsalını, satışını və xidmətlərin həyata keçirilməsini asanlaşdırmaq üçün xüsusi (spesifik) öhdəlikləri qarşılıqlı şəkildə yerinə yetirdiyi uzunmüddətli öhdəlik münasibətidir.
Maddə 608. Frenşayzinqi verənin öhdəlikləri
1. Frenşayzinqi verən frenşayzinqi alana onun istifadə etdiyi formada qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, nümunələri, qablaşdırmanı, malın istehsalının, əldə edilməsinin (alınmasının), satışının və fəaliyyətin təşkilinin konsepsiyasını, habelə satışı asanlaşdırmaq üçün lazım olan digər məlumatları təqdim etməyə borcludur.
2. Frenşayzinqi verən vahid hərəkət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumağa, onu davamlı (fasiləsiz) inkişaf etdirməyə və işgüzar vərdişləri bölüşməklə, məlumatları çatdırmaqla və ixtisasını yüksəltməklə frenşayzinqi alanı dəstəkləməyə borcludur.
Maddə 609. Frenşayzinqi alanın öhdəlikləri
Frenşayzinqi alan haqqı ödəməyə borcludur, hansının ki miqdarı (məbləği) əsasən frenşayzinq sisteminin tətbiqinə verilən töhfə nəzərə alınmaqla hesablanır ki, vicdanlı sahibkarın səmimiyyəti (çalışqanlığı) ilə fəaliyyətini fəal şəkildə həyata keçirsin, frenşayzinqi verənin və ya onun adını çəkdiyi şəxslərin vasitəsilə xidmətləri və malı alsın - əgər bu, müqavilənin məqsədi ilə bilavasitə əlaqədardırsa.
Maddə 610. Etibar edilmiş məlumatı saxlamaq öhdəliyi
Müqaviləni bağlayarkən tərəflər frenşayzinqlə bağlı işin halları, xüsusən də – frenşayzinq sistemi haqqında bir-birini açıq və tam şəkildə məlumatlandırmalı, bir-birinə vicdanla məlumat verməlidirlər. Onlar müqavilə bağlanmadıqda belə, onlara etibar edilmiş məlumatı açıqlamamağa borcludurlar.
Maddə 611. Müqavilənin forması
Frenşayzinq müqaviləsi - etibarlı (həqiqi) olması üçün yazılı formada olmalıdır. Tərəflərin qarşılıqlı öhdəliklərini, müqavilənin müddətini (uzunluğunu), ləğv edilməsini və ya müddətinin uzadılmasını və müqavilənin digər vacib elementlərini aydın ifadə etməklə yanaşı, tərəflər müqavilənin mətninə frenşayzinq sisteminin tam təsvirini daxil etməlidirlər.
Maddə 612. Müqavilənin müddətinin uzunluğu
1. Müqavilənin müddətinin uzunluğu bu malın və xidmətin satışı ilə bağlı ehtiyaclar (tələbatlar) nəzərə alınmaqla tərəflər tərəfindən müəyyən edilir.
2. Müqavilənin müddəti on ildən artıq olduqda, hər bir tərəf müqaviləni ləğv etmək üçün zəruri olan bir illik müddətə riayət etməklə müqaviləni ləğv etmək hüququna malikdir. Əgər tərəflərdən heç biri müqaviləni ləğv etmək hüququndan istifadə etmirsə, müqavilə iki il davam edəcək. Müqavilənin müddətinin sona çatması (keçməsi) səbəbindən və ya tərəflərin təşəbbüsü ilə ləğv edildiyi halda, tərəflər işgüzar münasibətlərin faktiki sona çatmasına qədər, qarşılıqlı etimad prinsiplərinə riayət etməklə, eyni və ya dəyişdirilmiş şərtlərlə müqaviləni davam etdirməyə çalışmalıdırlar.
Maddə 613. Ədalətli rəqabət
1. Müqavilə münasibətləri sona çatdıqdan sonra da tərəflər bir-biri ilə ədalətli rəqabət aparmağa borcludurlar. Bu çərçivədə frenşayzinqi alanın müəyyən edilmiş ərazi daxilində rəqabət aparması qadağan edilə bilər, bu müddət bir ildən çox ola bilməz.
2. Rəqabətin qadağan edilməsi peşə fəaliyyətinə təhlükə yarada bilərsə, frenşayzinqi verənə, müqavilənin müddətinin sona çatmasına baxmayaraq, müvafiq maliyyə kompensasiyası verilməlidir.
Maddə 614. Frenşayzinqi verənin məsuliyyəti
Frenşayzinqi verən frenşayzinq sistemi ilə nəzərdə tutulmuş hüquqlara və məlumatlara görə məsuliyyət daşıyır. Əgər o, müqavilə öhdəliyini təqsirli şəkildə pozursa, frenşayzinqi alan haqqı azaltmaq hüququna malikdir. Azalma məbləği nəhayət (yekun olaraq) müstəqil ekspertin rəyi ilə müəyyən edilməlidir, hansının ki xərclərini tərəflər ödəməlidirlər.
Səkkizinci fəsil
Xahişlə almaq
Maddə 615. Anlayışı (konsepsiyası)
Xahiş müqaviləsinə əsasən xahiş edilən şəxs əmlakı xahiş edən şəxsə pulsuz (təmənnasız) müvəqqəti istifadəyə vermək öhdəliyini öz üzərinə götürür.
Maddə 616. Xahiş edilən şəxsin məsuliyyəti
Xahiş edilən şəxs yalnız qəsdən və ya kobud ehtiyatsızlıq nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıyır.
Maddə 617. Əşyanın qüsurunu ört-basdır etdiyinə görə dəymiş zərəri ödəmək öhdəliyi
Əgər xahiş edilən şəxs xahiş edən şəxsə hüquqdakı çatışmazlığı və ya xahişlə verilmiş əşyanın qüsurunu bilə-bilə açıqlamırsa (üzə çıxarmırsa), o zaman o, dəymiş zərəri ödəməyə borcludur.
Maddə 618. Xahişlə verilmiş əşyanın məqsədyönlü istifadəsi
Xahiş edən şəxs xahişlə verilmiş əşyadan müqavilədə nəzərdə tutulduğundan fərqli şəkildə (başqa cür) istifadə edə bilməz. O, xahiş edilən şəxsin razılığı olmadan, əşyanı üçüncü şəxsə istifadə üçün vermək hüququna malik deyil.
Maddə 619. Adi xərcləri ödəmək öhdəliyi
1. Xahiş edən şəxs xahişlə verilmiş əşyanın saxlanması (qulluğu) üçün lazım olan adi xərcləri ödəməlidir.
2. Xahiş edilən şəxsin digər xərcləri ödəmək öhdəliyi başqasının işlərini tapşırıqsız yerinə yetirmək qaydaları ilə müəyyən edilir.
Maddə 620. Xahişlə verilmiş əşyanın köhnəlməsi (aşınması)
Əgər bu, müqaviləyə uyğun istifadə nəticəsində yaranıbsa, xahiş edən şəxs xahişlə verilmiş əşyanın dəyişikliklərinə və ya pisləşməsinə görə məsuliyyət daşımır.
Maddə 621. Xahişlə verilmiş əşyanı geri qaytarmaq öhdəliyi
1. Xahiş edən şəxs, xahiş müqaviləsi ilə müəyyən edilmiş müddət keçdikdən sonra, xahişlə verilmiş əşyanı geri qaytarmağa borcludur.
2. Müqavilədə müddət müəyyən edilmədikdə, xahiş edilən şəxs əşyanı məqsədyönlü istifadə üçün tələb olunan vaxt keçdikdən sonra geri (özünə) qaytara bilər, əgər məqsəd müəyyənləşdirilməyibsə, o, istənilən vaxt onu geri tələb edə bilər.
3. Xahiş edən şəxs istədiyi vaxt əşyanı geri qaytara bilər.
Maddə 622. Xahiş edən şəxsin ölümünün nəticələri
Əgər xahiş edən şəxs ölübsə və ya xahiş edilən şəxsə nəzərə alınmamış hallara görə əşya lazımdırsa, o, müqaviləni ləğv edə bilər.
Doqquzuncu fəsil
Borc (kredit)
Maddə 623. Anlayışı (konsepsiyası)
Borc (kredit) müqaviləsinə əsasən, borc verən pul və ya digər maddi əşyanı borc alanın mülkiyyətinə verir, borc alan isə eyni növdə, keyfiyyətdə və kəmiyyətdə olan əşyanı geri qaytarmağı öhdəsinə götürür.
Maddə 624. Borc müqaviləsinin forması
Borc müqaviləsi şifahi şəkildə bağlanılır. Tərəflərin razılaşması ilə yazılı forma da istifadə edilə bilər. Şifahi müqavilə zamanı onun həqiqiliyi yalnız şahidlərin ifadələri ilə müəyyən edilə bilməz.
Maddə 6241. Təminatlı borcun/kreditin verilməsi qaydası
Daşınmaz əmlakla və/və ya „Yol hərəkəti haqqında“ Gürcüstan Qanununun 53-cü maddəsinin birinci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsi və/və ya kənd təsərrüfatı maşınının yardımçı texniki vasitəsilə, həmçinin su, hava və dəmir yolu nəqliyyatı ilə təmin edilmiş borc/kredit verildiyi halda, borc verənin/kredit verənin borc alana/kredit alana pul vəsaitlərini nağdsız ödəniş (hesablaşma) formasında verməsi məcburidir.
Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.
Maddə 625. Borc verənin öhdəliyi və borc üçün faiz
1. Tərəflərin razılaşması ilə borc üçün faiz nəzərdə tutula bilər. İpoteka ilə təmin edilmiş borc müqaviləsində tərəflərin razılaşması ilə nəzərdə tutulan hər aylıq faiz dərəcəsi göstərilməlidir.
2. Tərəflərin razılaşması ilə borc üçün faiz müəyyən edilərkən, borcun illik səmərəli faiz dərəcəsi 50 faizdən çox olmamalıdır.
3. İpoteka ilə təmin edilmiş borc müqaviləsində göstərilən və tərəflərin razılaşması ilə nəzərdə tutulmuş hər aylıq faiz dərəcəsi, borcdan (kreditdən) istifadə ilə bağlı xərclər də daxil olmaqla (ipotekanın notariat qaydasında təsdiqlənməsi və ipotekanın qeydiyyatı ilə bağlı xərclər istisna olmaqla), Gürcüstan Milli Bankının rəsmi internet saytında (veb-səhifəsində) hər ay dərc edilən kommersiya bankları tərəfindən verilmiş kreditlər üzrə bazar faiz dərəcələrinin əvvəlki təqvim ilinin orta arifmetikinin 2.5-misli məbləğin on ikidə birindən artıq olmamalıdır, hansı ki hər il martın 1-dən qüvvədədir.
31. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş tələb kreditlərin bütün növlərinə, habelə bu maddənin 3-cü hissəsinə uyğun olaraq tərəflərin razılaşması ilə nəzərdə tutulmuş hər aylıq faiz dərəcəsinin illik məbləğinə şamil edilir.
4. Gürcüstan qanunvericiliyində başqa hal müəyyən edilməyibsə, bu maddənin 3-cü hissəsində müəyyən edilmiş şərtlər kommersiya bankı, mikro maliyyə təşkilatı və qeyri-bank depozit müəssisəsi – kredit ittifaqı tərəfindən bağlanmış borc (kredit) müqavilələrinə şamil edilmir.
5. Gürcüstan qanunvericiliyində başqa hal müəyyən edilməyibsə, borc (kredit) verildiyi təqdirdə hər hansı komisyon haqqının, hər hansı maliyyə xərcinin (kredit üzrə səmərəli faiz dərəcəsinin hesablanmasına daxil edilən xərclər istisna olmaqla), borc (kredit) müqaviləsinin hər hansı şərtinin pozuntusuna görə - borc alan üçün müqavilə ilə nəzərdə tutulmuş/qoyulmuş penyanın və hər hansı formada maliyyə sanksiyasının məbləği kreditin hər gün üçün qalan əsas məbləğinin 0.27 faizindən çox olmamalıdır. Kredit müqaviləsi ilə nəzərdə tutulmuş/qoyulmuş 0.27 faizin məqsədləri üçün, kreditin müddəti keçmiş olduqda (müddətin keçmiş olması tamamilə aradan qaldırılana qədər) birdəfəlik penya şəklində 20 laridən çox olmamaq şərtilə (və ya xarici valyutada onun ekvivalenti qədər), həmçinin bu maddənin 8-ci hissəsinə uyğun olaraq kreditin yenidən maliyyələşdirilməsi və ya kreditin öz vəsaitləri ilə və/və ya üçüncü şəxs tərəfindən vaxtından əvvəl ödənilməsi halında erkən (qabaqcadan) ödəmə komisyonu haqqının qoyulması - borc verən tərəfindən borc alana qarşı müqavilə ilə nəzərdə tutulmuş/qoyulmuş penya və hər hansı formada maliyyə sanksiyasında nəzərə alınmır. Kreditin müddəti keçmiş olduqda müddətin keçmiş olması tamamilə aradan qaldırılana qədər hər hansı komisyon haqqının, hər hansı maliyyə xərcinin (o cümlədən, kredit üzrə faiz dərəcəsinin və kredit üzrə səmərəli faiz dərəcəsinin hesablanmasına daxil edilən xərclərin), kredit müqaviləsinin hər hansı şərtinin pozulmasına görə borc alan üçün müqavilə ilə nəzərdə tutulmuş/qoyulmuş penyanın və hər hansı formada maliyyə sanksiyasının məbləği hər müddət keçmiş olduqda cəmi kreditin cari qalığı əsas məbləğin 1.5 mislindən çox olmamalıdır. Bu hissənin məqsədləri üçün, kreditin müddəti keçmiş olduqda kreditin təxirə salınması, kreditin yenidən maliyyələşdirilməsi və/və ya kreditin restrukturizasiyası halında kreditin qalan əsas məbləğinin artımı nəzərə alınmır, kreditin restrukturizasiyası, kreditin yenidən maliyyələşdirilməsi (əgər yenidən maliyyələşdirmə ilkin kreditorla müqavilə bağlamaqla həyata keçirilirsə) və/və ya təxirə salınması yolu ilə gecikmələrin aradan qaldırılması isə kreditin müddətinin keçmiş olmasını tamamilə aradan qaldırmaq sayılmır. Bu hissənin məqsədləri üçün, kreditin restrukturizasiyası, kreditin yenidən maliyyələşdirilməsi (əgər yenidən maliyyələşdirmə ilkin kreditorla müqavilə bağlamaqla həyata keçirilirsə) və təxirə salınması yalnız o halda kreditin müddətinin keçmiş olmasını tamamilə aradan qaldırmaq sayılır - əgər borc alan müddətin keçməsinə görə qoyulmuş penyanı, hər hansı formada maliyyə sanksiyasını, komisyon haqqını və maliyyə xərcinə uyğun pul vəsaitlərini tam ödəmişdirsə.
6. Bu maddənin məqsədləri üçün “səmərəli faiz dərəcəsi” Gürcüstan Milli Bankının hüquqi aktı ilə izah edilir.
61. Bu maddənin 5-ci hissəsinin məqsədləri üçün, Gürcüstan Milli Bankı kreditin cari qalan əsas məbləğinin hesablanmasının və komisyon haqqının, maliyyə xərcinin, penyanın və/və ya hər hansı formada maliyyə sanksiyasının nəzərə alınmasının bu maddənin 5-ci hissəsi ilə müəyyən ediləndən fərqli qaydasını müəyyən etmək səlahiyyətinə malikdir.
7. Gürcüstan qanunvericiliyində başqa hal müəyyən edilmədikdə, 200 000 (iki yüz min) lariyə qədər olan kredit yalnız lari ilə verilməlidir, o hal istisna olmaqla – nə vaxt ki, kreditin verilməsinin nəticəsində borc alanın eyni kreditor qarşısında cəmi öhdəlikləri 200 000 (iki yüz min) laridən çoxdursa (artıqdırsa). Bu hissənin məqsədləri üçün, hər hansı formada xarici valyuta ilə əlaqəli və ya indeksləşdirilmiş kredit lari ilə verilmiş kredit hesab edilmir.
8. Gürcüstan qanunvericiliyində başqa hal müəyyən edilmədikdə, kredit verildiyi halda kreditorun verdiyi borcun yenidən maliyyələşdirilməsi zamanı və ya kreditin bu məcəllə ilə müəyyən edilmiş qaydada istifadəçinin öz vəsaitləri ilə və/və ya üçüncü şəxs tərəfindən ödənilməsi zamanı, müştəridən (istifadəçidən) erkən (qabaqcadan) ödəmənin komisyon haqqını və/və ya penya və ya hər hansı cərimə sanksiyasını tələb etmək borc verənə (kreditora) qadağan edilir, hansı ki məzmun baxımından erkən ödəmənin komisyon haqqıdır və/və ya penyadır və hansı ki kreditin qalan əsas məbləğinin 2 faizindən çoxdur.
Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260
Gürcüstanın 25 dekabr 2013-cü il tarixli qanunu №1864 – veb-səhifə, 30.12.2013-cü il.
Gürcüstanın 29 dekabr 2016-cı il tarixli qanunu №239 – veb-səhifə, 13.01.2017-ci il.
Gürcüstanın 23 dekabr 2017-ci il tarixli qanunu №1901 – veb-səhifə, 11.01.2018-ci il.
Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.
Gürcüstanın 22 dekabr 2018-ci il tarixli qanunu №4104 – veb-səhifə, 10.01.2019-cu il.
Maddə 626. Müqaviləyə xitam verilməsi və borcun qaytarılması
1. Əgər borcun qaytarılma müddəti müəyyən edilməmişdirsə, o zaman müqaviləyə xitam verildikdə borc kreditor və ya borclu tərəfindən qaytarılmalıdır.
2. Müqaviləyə xitam verilmə müddəti üç aydır. Əgər faizlər vəd edilməmişdirsə, borclu borcunu vaxtından əvvəl qaytara bilər. Faizli borcun vaxtından əvvəl qaytarılmasına yalnız tərəflərin əvvəlcədən razılaşması ilə və ya borc verənin razılığı ilə yol verilir.
3. Faizlər hər ilin sonunda ödənilməlidir. Əgər borc əvvəlcədən müddətlə müəyyən edilibsə, o zaman həm borc və həm də faiz müddəti çatdıqda ödənilməlidir.
Maddə 627. Borcu dərhal tələb etmək hüququ
Borc alanın əmlak (maddi) vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bununla da borcun qaytarılması tələbi təhlükə altına düşərsə, borc verən borcun qaytarılmasını dərhal tələb etmək hüququna malikdir. Borc alanın əmlak (maddi) vəziyyətinin pisləşməsi müqavilə bağlanmazdan əvvəl baş vermiş və bu, yalnız müqavilə bağlandıqdan sonra borc verənə məlum olduqda belə, bu hüquq mövcuddur.
Maddə 628. Borcun vəd edilməsi
Borcu vəd edərkən, əgər digər tərəfin əmlak (maddi) vəziyyəti borcun qaytarılmasına təhlükə yarada biləcək dərəcədə pisləşibsə, vəd edən borc verməkdən imtina edə bilər. Borcun vəd edilməsi yazılı şəkildə olmalıdır.
Maddə 6281. Pul vəsaitlərini cəzb etmənin məhdudlaşdırılması
1. Sahibkarlıq subyekti 20-dən çox fiziki şəxsdən (o cümlədən, fərdi sahibkardan) geri qaytarıla bilən pul vəsaitlərini yalnız Gürcüstanın "Gürcüstan Milli Bankı haqqında" Üzvi Qanunu ilə müəyyən edilmiş qaydada və müəyyən edilmiş tələblərə uyğun olaraq cəzb etmək (toplamaq) hüququna malikdir.
2. Mikro maliyyə təşkilatı hər hansı formada 20-dən çox fiziki şəxsdən (o cümlədən, fərdi sahibkardan) pul vəsaitlərini cəzb etdikdə (topladıqda), hər bir fiziki şəxsdən (o cümlədən, fərdi sahibkardan) cəzb edilmiş məbləğ 100 000 (yüz min) laridən (və ya xarici valyutada onun ekvivalentindən) az olmamalıdır. Mikro maliyyə təşkilatının bu hissənin tələblərinə əməl etmək öhdəliyi yarandıqda, o, 20-dən az fiziki şəxsdən (o cümlədən, fərdi sahibkardan) toplanmış 100 000 (yüz min) laridən (və ya xarici valyutada onun ekvivalentindən) az məbləği qeyd olunan öhdəliyin yaranmasından 1 il ərzində ödəməlidir.
Gürcüstanın 29 dekabr 2016-cı il tarixli qanunu №239 – veb-səhifə, 13.01.2017-ci il.
Gürcüstanın 23 dekabr 2017-ci il tarixli qanunu №1901 – veb-səhifə, 11.01.2018-ci il.
Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.
Onuncu fəsil
Sifariş
Maddə 629. Anlayışı (konsepsiyası)
1. Sifariş müqaviləsinə əsasən, sifarişi alan şəxs müqavilədə nəzərdə tutulmuş işi yerinə yetirməyi öhdəsinə götürür, sifarişi verən şəxs isə sifarişi alan şəxsə razılaşdırılmış haqqı ödəməlidir.
2. Əgər sifariş hər hansı əşyanın (malın) hazırlanmasını nəzərdə tutursa və sifarişi alan şəxs onu özünün aldığı materialla hazırlayırsa, o zaman o, hazırlanmış əşya (mal) üzərində mülkiyyət hüququnu sifarişi verən şəxsə ötürür. Əgər soyadı (cinsi) olan əşya hazırlanmışsa, alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilir.
3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sifarişlə bağlı xərclər smetasının tərtib edilməsinin haqqı ödənilməyəcək.
Maddə 630. Kompensasiya (ödəniş) haqqında razılaşma
1. Əgər şəraitə görə, sifariş yalnız əmək haqqı ilə gözlənilirsə, ödəniş sözsüz də razılaşdırılmış sayılır.
2. Əgər əmək haqqının məbləği razılaşdırılmayıbsa, tarif mövcud olduqda - tarif dərəcəsi, tariflər mövcud olmadıqda isə – adi əmək haqqı razılaşdırılmış hesab edilir.
Maddə 631. Təxmini xərc smetasının həddini aşmasının nəticələri
1. Əgər sifarişi alan şəxs təxmini xərc smetasını əhəmiyyətli dərəcədə aşarsa, o, yalnız razılaşdırılmış haqqı tələb edə bilər, o hal istisna olmaqla – nə vaxt ki, həddindən artıq məsrəfləri əvvəlcədən proqnozlaşdırmaq (nəzərə almaq) mümkün deyildi.
2. Sifarişi alan şəxs, müqaviləni bağlayarkən nəzərə alınması mümkün olmayan təxmini xərclər smetasının belə bir artımı barədə dərhal sifarişi verən şəxsə məlumat (xəbər) verməlidir. Əgər sifarişi verən şəxs xərclər smetasının artması səbəbindən müqaviləyə xitam verirsə, o zaman o, təxmini xərclər smetasına görə yerinə yetirilmiş işin əmək haqqını ödəməyə borcludur.
Maddə 632. İşi şəxsən yerinə yetirmək öhdəliyi
Sifarişi alan şəxs işi yalnız konkret şəraitdən və ya işin xarakterindən irəli gələn hallarda şəxsən yerinə yetirməlidir.
Maddə 633. Sifarişi verən şəxsin (müştərinin) zərəri ödəmək öhdəliyi
1. Sifarişi verən şəxs (müştəri) görülən işi qəbul etməzsə, sifarişi alan şəxs zərərin ödənilməsini tələb edə bilər. Sifarişi verən şəxs (müştəri) işin yerinə yetirilməsi üçün zəruri olan hərəkəti etmədikdə belə, zərəri ödəməyə borcludur.
2. Zərərin məbləği, bir tərəfdən, gecikmə müddətinin uzunluğuna və kompensasiyanın miqdarına uyğun olaraq müəyyən edilir, digər tərəfdən isə – ona uyğun olaraq ki, sifarişi verən şəxs (müştəri) müddəti gecikdirməsəydi, sifarişi alan şəxs öz işçi qüvvəsindən başqa cür istifadə edərək nə qazanardı.
Maddə 634. Daşınar əşyalar üzərində girov hüququ
Sifarişi alan şəxs öz tələblərini təmin etmək üçün onun hazırladığı və ya təmir etdiyi daşınar əşya üzərində girov hüququndan istifadə edə bilər, əgər bu əşya - hazırlamaq və ya təmir etmək məqsədilə sifarişi alan şəxsin sahibliyindədirsə.
Maddə 635. Tikinti üçün torpaq sahəsi üzərində ipoteka hüququ
Müqavilənin predmeti tikili (bina) və ya bu binanın ayrı-ayrı hissələridirsə, o zaman sifarişi alan şəxs müqavilədən irəli gələn öz tələblərinə görə tikinti üçün torpaq sahəsinin ipotekasını tələb edə bilər.
Maddə 636. Müqavilənin ləğv edilməsi
Sifarişi verən şəxs iş sona çatana qədər istənilən vaxt müqavilədən imtina etmək hüququna malikdir, lakin o, sifarişi alan şəxsə yerinə yetirilmiş işi təhvil verməli və müqavilənin ləğvi nəticəsində dəymiş zərəri ödəməlidir.
Maddə 637. Sifarişi alan şəxsin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi
Sifarişi alan şəxs müqaviləyə iş sona çatmamışdan əvvəl yalnız elə xitam verə bilər ki, sifarişi verən şəxs xidməti başqa cür əldə edə bilsin, o hal istisna olmaqla – nə vaxt ki, xitam vermək üçün hər hansı mühüm (əhəmiyyətli) əsas var. Bu halda zərərin ödənilməsi öhdəliyi istisna edilir.
Maddə 638. Əmək haqqının bir hissəsini tələb etmək hüququ
Sifarişi alan şəxs 637-ci maddəyə əsasən öhdəliyə xitam verərsə, o zaman o, əmək haqqının onun əvvəlki xidmətinə uyğun olan hissəsini tələb edə bilər, əgər sifarişi verən şəxsin əvvəllər göstərilmiş xidmətdə hər hansı marağı varsa.
Maddə 639. Qüsursuz əşyanın təqdim edilməsi öhdəliyi
Əgər xidmət hər hansı əşyanın (malın) hazırlanmasını əhatə edirsə, o zaman sifarişi alan şəxs sifarişi verən şəxsə maddi (əşyavi) və hüquqi cəhətdən qüsursuz mal təqdim etməlidir.
Maddə 640. Hüquqi cəhətdən qüsursuz mal
Üçüncü şəxslər sifarişi verən şəxsə qarşı heç bir hüquqdan istifadə edə bilmədikdə, mal hüquqi cəhətdən qüsursuzdur.
Maddə 641. Maddi (əşyavi) cəhətdən qüsursuz mal
1. Razılaşdırılmış şərtlərə uyğundursa - mal maddi cəhətdən qüsursuzdur; bu şərtlər razılaşdırılmadıqda isə, mal maddi cəhətdən qüsursuz sayılır - əgər o, müqavilədə nəzərdə tutulmuş və ya adi (normal) istifadə üçün yararlıdırsa.
2. Sifarişi alan şəxs sifariş ediləndən fərqli və ya daha az miqdarda (sayda) mal (əşya) hazırlayarsa, maddi cəhətdən qüsura bərabərdir.
Maddə 642. Əlavə icra (yerinə yetirmə) tələbi
1. Əgər mal qüsurludursa, sifarişi verən şəxs əlavə icra tələb edə bilər. Sifarişi alan şəxs ya qüsuru aradan qaldırmağı, ya da yeni mal (əşya) hazırlamağı seçə bilər.
2. Sifarişi alan şəxs əlavə icra məqsədilə zəruri xərcləri, o cümlədən daşınma (nəqliyyat), iş və materialların xərclərini çəkməyə borcludur. Əgər bu, qeyri-mütənasib xərclər tələb edərsə, sifarişi alan şəxs əlavə icradan imtina edə bilər.
3. Sifarişi alan şəxs yeni mal (əşya) hazırlayarsa, o, sifarişi verən şəxsdən qüsurlu malı geri qaytarmağı tələb edə bilər.
Maddə 643. Malın qüsurunun sifarişi verən şəxs tərəfindən düzəldilməsi
1. Sifarişi alan şəxs qeyri-mütənasib xərclərə görə əlavə icradan imtina etmirsə, lakin malda olan qüsura görə əlavə icra üçün müəyyən edilmiş müddət nəticəsiz keçibsə, o zaman sifarişi verən şəxs qüsuru özü aradan qaldıra bilər və çəkdiyi xərclərin ödənilməsini tələb edə bilər.
2. 405-ci maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallarda əlavə müddət müəyyən etmək lazım deyil.
3. Sifarişi verən şəxs qüsuru aradan qaldırmaq üçün lazım olan xərclərə görə sifarişi alan şəxsdən avans tələb edə bilər.
Maddə 644. Malın qüsuruna görə müqavilədən imtina
405-ci maddəyə əsasən, sifarişi verən şəxs malın qüsuruna görə müqavilədən imtina edə bilər. Bu halda, sifarişi alan şəxs müqavilə ilə bağlı xərcləri sifarişi verən şəxsə ödəməyə borcludur.
Maddə 645. Malın qüsuruna görə haqqın azaldılması
Bunun üçün müəyyən edilmiş müddət keçdikdən sonra nə müqavilənin əlavə icrasını qəbul edən, nə də müqavilədən imtina edən - sifarişi verən şəxs, haqqı - qüsurun malın dəyərini azaltdığı məbləğdə azalda bilər.
Maddə 646. Sifarişi alan şəxsin materialı ilə işi yerinə yetirmək
1. Sifarişi alan şəxs işi öz materialı ilə görürsə, o, keyfiyyətsiz materiala görə məsuliyyət daşıyır.
2. Sifarişi alan şəxs sifarişi verən şəxsin materialının düzgün istifadə edilməməsinə görə məsuliyyət daşıyır. Sifarişi alan şəxs sifarişi verən şəxsə materialın istehlak hesabatını təqdim etməyə və qalan materialı ona qaytarmağa borcludur.
Maddə 647. Xəbərdarlıq etmək öhdəliyi
1. Sifarişi alan şəxs sifarişi verən şəxsi vaxtında xəbərdar etməyə borcludur, ki:
a) sifarişi verən şəxsdən alınan material keyfiyyətsizdir və yararsızdır;
b) sifarişi verən şəxsin göstərişlərinə əməl edilərsə, işin nəticəsi (əsər) qeyri-sabit və ya yararsız olacaqdır;
q) sifarişi alan şəxsdən asılı olmayan, əsərin sabitliyinə (möhkəmliyinə) və yararlılığına təhlükə yaradan başqa hal da var.
2. Sifarişi verən şəxs, sifarişi alan şəxsin vaxtında xəbərdarlığına baxmayaraq, yararsız və ya keyfiyyətsiz materialı müvafiq müddət ərzində dəyişdirmədikdə, işin yerinə yetirilməsi qaydası haqqında verilmiş göstərişi dəyişdirmədikdə və yaxud əsərin yararlılığına və ya davamlılığına (möhkəmliyinə) zərər vura biləcək digər halı aradan qaldırmazsa, sifarişi alan şəxs müqavilədən imtina etmək və bununla vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Maddə 648. Görülən iş üçün haqqın ödənilməsi
Müqavilədə hissə-hissə ödəniş nəzərdə tutulmayıbsa, sifarişi verən şəxs iş yerinə yetirildikdən sonra sifarişi alan şəxsə haqqını ödəməyə borcludur.
Maddə 649. İşi qəbul etmək
Müqaviləyə əsasən və ya yerinə yetirilən işin xüsusiyyətinə görə onu təhvil vermək lazımdırsa, sifarişi verən şəxs yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Qəbul etdikdən dərhal sonra sifarişi verən şəxs haqqı ödəməyə borcludur. Sifarişi verən şəxs sifarişi alan şəxsin müəyyən etdiyi müddət ərzində yerinə yetirilmiş işi qəbul etməzsə, iş qəbul edilmiş sayılacaqdır.
Maddə 650. Sifarişi verən şəxsin (müştərinin) əmlakının həlak (məhv) olmasına görə sifarişi alan şəxsin məsuliyyəti
Sifarişi alan şəxs hətta ehtiyatsızlıqdan, sifarişi verən şəxsin (müştərinin) əmlakının həlak (məhv) olmasına və ya zədələnməsinə görə məsuliyyət daşıyır.
Maddə 651. Sifarişi alan şəxsin riski
1. Yerinə yetirilmiş iş (performans) sifarişi verən şəxsə təhvil verilənə qədər, sifarişi alan şəxs yerinə yetirilmiş işin təsadüfi həlakı (məhvi) və ya zədələnməsi riskini daşıyır. Təhvil verməklə yanaşı, təsadüfən həlak (məhv) və ya zədələnmə riski də sifarişi verən şəxsə keçir. Sifarişi verən şəxsin (müştərinin) qəbulu gecikdirməsi təhvil verməyə bərabərdir.
2. Materialın təsadüfən həlak (məhv) və ya zədələnmə riski materialı verən tərəfin üzərinə düşür.
Maddə 652. Qüsurlu malın qəbulunun nəticələri
Əgər malın qüsuru sifarişi verən şəxsə (müştəriyə) məlumdursa və o, hələ də iddia irəli sürmədən onu qəbul edirsə, o zaman sifarişi verən şəxsin (müştərinin) bu qüsura görə heç bir tələb etmək hüququ yaranmır.
Maddə 653. Zəmanət müddəti
Əgər sifarişi alan şəxs mal üçün zəmanət müddətini öz üzərinə götürmüşdürsə, bu müddət ərzində aşkar edilmiş qüsur müvafiq hüquqlar yaradır.
Maddə 654. Sifarişi alan şəxsin qüsuru qəsdən örtməsinin nəticələri
Sifarişi alan şəxs qüsuru qəsdən örtsə, o, malın qüsuruna görə sifarişi verən şəxsin (müştərinin) hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz.
Maddə 655. İddia müddəti
Sifarişi verən şəxs (müştəri) performans qüsurlarına görə bir il ərzində iddia qaldıra (tələb irəli sürə) bilər, tikiliyə (binaya) toxunan tələbi isə – görülən işin qəbul edildiyi gündən beş il ərzində.
Maddə 656. İşi hissə-hissə qəbul edərkən iddia müddətinin hesablanması
Müqaviləyə əsasən iş hissə-hissə qəbul edilibsə, qüsura görə tələbin iddia müddəti işin bütövlükdə qəbul edildiyi gündən başlayır.
On birinci fəsil
Turistik xidmətlər (turizm xidmətləri)
Maddə 657. Anlayışı (konsepsiyası)
1. Turizm müqaviləsinə əsasən səyahət təşkilatçısı (turizm müəssisəsi) turistə (səyahətçiyə) razılaşdırılmış xidməti göstərməyə borcludur. Turist isə səyahət təşkilatçısına göstərdiyi xidmətə görə vəd edilmiş haqqı (məbləği) ödəməyə borcludur.
2. Turistik xidmət paketi (sonradan – paket) turistik xidmətin iki və ya ikidən çox komponentindən (yemək, gecələmə, nəqliyyat xidmətləri və s.) ibarət kompleksdir ki, onların dəyəri paketin qiymətinə daxildir.
Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2946 - SSM I, №15, 16.05.2006-cı il., maddə.99
Maddə 6571. Düzgün olmayan məlumatın verilməsinin qadağan edilməsi
Səyahətlə (paketlə) bağlı hər hansı təsvir formasının, dəyərin və müqavilənin digər şərtlərinin tərkibində, hansılarla ki turist səyahəti təşkil edən tərəfindən təmin edilmişdir - saxta (yalan), düzgün olmayan və aldadıcı (yanıltıcı) məlumat olmamalıdır.
Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2946 - SSM I, №15, 16.05.2006-cı il., maddə.99
Maddə 6572. Ətraflı məlumat vermək zərurəti
1. Səyahət (paket) haqqında ətraflı məlumat müqavilə bağlanmazdan əvvəl turistə yazılı şəkildə və ya turist üçün məqbul olan başqa formada təqdim edilməlidir:
a) dəyəri, onun ödəmə metodları və cədvəli (qrafiki) haqqında;
b) təyinat yeri və məqsədləri, istifadə ediləcək nəqliyyat vasitələri və onların xarakteristikası haqqında;
q) yerləşdirmə tipi, yeri, kateqoriyası, xidmətin keyfiyyəti, onun təsnifatı və digər əsas xüsusiyyətləri haqqında;
d) qidalanma (yemək) haqqında;
e) marşrut haqqında;
v) pasport və viza, habelə səyahət üçün zəruri olan sağlamlıq vəziyyətinə dair tələblər haqqında;
z) paketin qiymətinə daxil olan səfərlər, ekskursiyalar və/və ya digər xidmətlər haqqında;
t) səyahəti təşkil etmək üçün müəyyən sayda turist lazım olduqda və əgər o, toplanmayıbsa, müqaviləyə xitam verilməsi barədə turisti məlumatlandırmaq üçün son müddət haqqında.
2. Səyahəti təşkil edən səyahət başlamazdan əvvəl ağlabatan müddət ərzində turistə aşağıdakı məlumatları verməlidir:
a) aralıq (orta) dayanacaqların vaxtı və yerləri haqqında;
b) səyahəti təşkil edənin və ya onun yerli nümayəndəsinin və ya belə biri olmadığı halda turistin yardım üçün müraciət edə biləcəyi yerli agentliklərin və/və ya müvafiq xidmətlərin (iş yerlərinin) adı, ünvanı və telefon nömrəsi;
q) yetkinlik yaşına çatmayan şəxsin səyahət etməsi halında, yetkinlik yaşına çatmayan və ya ona cavabdeh olan şəxslə birbaşa əlaqənin qurulması vasitələri haqqında;
d) turistin müqaviləyə özünün xitam verməsi nəticəsində yaranmış xərclərin, habelə repatriasiya, bədbəxt hadisə və/və ya xəstəlik zamanı turistə kömək etmək üçün çəkilmiş xərclərin ödənilməsi ilə bağlı öhdəlik haqqında.
3. Turistə yazılı şəkildə və ya digər müvafiq formada verilən məlumat səyahəti təşkil edən üçün (səyahətin təşkilatçısı üçün) məcburi xarakter daşıyır.
Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2946 - SSM I, №15, 16.05.2006-cı il., maddə.99
Maddə 6573. Müqavilənin ilkin qiymətinin dəyişdirilməsi və kalkulyasiya qaydaları və səyahəti təşkil edənin öhdəlikləri
1. Bu məcəllənin 660-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səyahətin (paketin) dəyərinə yenidən baxılmır, habelə o hal istisna olmaqla - nə vaxt ki, müqavilənin özündə yenidən baxmaq (təftiş) imkanları və ilkin qiymətin dəyişdirilməsi və kalkulyasiya qaydaları nəzərdə tutulur, aşağıdakı şərtləri nəzərə almaqla:
a) yanacağın qiyməti də daxil olmaqla, nəqliyyatın dəyəri;
b) limanlarda və hava limanlarında yüklərin daşınması-göndərilməsi kimi konkret nəqliyyat və daşınma xidmətləri üçün vergilər, taksi kirayələmək və s.;
q) paketdə nəzərdə tutulmuş valyuta məzənnəsinin məbləği.
2. Gediş gününə qədər iyirmi gün ərzində səyahətin (paketin) qiyməti artırılmır, səyahətin təşkilatçısı özündən asılı olmayan səbəblərə görə yola düşməzdən əvvəl müqavilənin əsas şərtlərini əhəmiyyətli dərəcədə dəyişdirməyə məcbur olduqda isə - turistə bu barədə dərhal məlumat verməlidir ki, o, müqaviləyə xitam vermək və ya dəyişdirilmiş şərtlərlə onu qəbul etmək barədə düzgün qərar qəbul edə bilsin və bu barədə səyahətin təşkilatçısını vaxtında məlumatlandırsın.
Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2946 - SSM I, №15, 16.05.2006-cı il., maddə.99
Maddə 658. Səyahətdə üçüncü şəxs
1. Turist səyahətə başlamazdan əvvəl onun yerinə üçüncü şəxsin səfərdə iştirakını tələb edə bilər. Səyahətin təşkilatçısı, üçüncü şəxsin səyahət üçün zəruri şərtlərə cavab vermədiyi halda, üçüncü şəxsin iştirakından imtina edə bilər.
2. Səyahətin təşkilatçısı turistdən üçüncü şəxsin səfərdə iştirakı ilə əlaqədar yaranan əlavə xərclərin ödənilməsini tələb edə bilər.
Maddə 659. Səyahətin çatışmazlıqları (nöqsanları)
1. Səyahətin təşkilatçısı səfəri elə təşkil etməyə borcludur ki, onun adi məqsədlər və ya müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün səfərin əhəmiyyətini ucuzlaşdıra biləcək və ya azalda biləcək çatışmazlıqları (nöqsanları) olmasın.
2. Əgər səfərdə belə nöqsanlar varsa, turist onların aradan qaldırılmasını tələb edə bilər. Səyahətin təşkilatçısı nöqsanları düzəltməkdən imtina etmək hüququna malikdir - əgər bu, qeyri-mütənasib böyük xərclər tələb edirsə.
3. Səyahətin təşkilatçısı nöqsanları turistin müəyyən etdiyi ağlabatan müddətdə aradan qaldırmazsa, o zaman turist nöqsanları özü aradan qaldıra bilər və onlar üçün çəkilmiş zəruri xərclərin ödənilməsini tələb edə bilər. Səyahətin təşkilatçısı nöqsanları aradan qaldırmaqdan imtina edərsə və ya nöqsanın dərhal aradan qaldırılmasında turistin marağı varsa, müddəti müəyyən etmək zəruri deyil.
Maddə 660. Səyahətin nöqsanına görə dəyərin azaldılması
1. Səyahət nöqsanlıdırsa, ərzində nöqsanların mövcud olduğu vaxt nəzərə alınmaqla onun dəyəri (qiyməti) azaldılır.
2. Turist öz təqsiri ilə nöqsan barədə səyahətin təşkilatçısını xəbərdar etməzsə, dəyər (qiymət) azalmayacaq.
Maddə 661. Turistin təşəbbüsü ilə nöqsana görə müqaviləyə xitam verilməsi
1. 659-cu maddədə göstərilən nöqsana görə turistə xeyli (əhəmiyyətli) ziyan dəyibsə, o, müqaviləyə xitam verə bilər. Eyni qayda o, səyahətin təşkilatçısının xəbərdar olduğu üzrlü səbəbdən səfərdə iştirak edə bilmədikdə də, tətbiq edilir.
2. Səyahətin təşkilatçısı turistin müəyyən etdiyi müddətdə nöqsanları aradan qaldırmadıqda, müqaviləyə xitam verilməsinə yol verilir. Qüsurları düzəltmək mümkün olmadıqda və ya səyahətin təşkilatçısı onları aradan qaldırmaqdan imtina etdikdə və ya müqaviləyə xitam verilməsi turistin xüsusi maraqları ilə əsaslandırıldıqda, müddəti müəyyən etmək zəruri deyil.
3. Müqaviləyə xitam verildikdə səyahətin təşkilatçısı razılaşdırılmış ödənişi (haqqı) almaq hüququnu itirir, lakin o, artıq göstərilmiş nöqsansız xidmətə görə ödəniş tələb edə bilər.
4. Müqavilədə turistin geri aparılması nəzərdə tutulmuşdusa, müqaviləyə xitam verildikdən sonra səyahətin təşkilatçısı onu geri gətirməyə borcludur. Bu halda əlavə xərcləri səyahətin təşkilatçısı ödəməlidir.
5. Turist bu məcəllənin 6573 maddəsinin 2-ci hissəsinə əsasən səfər başlamazdan əvvəl müqaviləyə xitam verdikdə, paket ləğv edilir və belə halda səyahətin təşkilatçısı borcludur turistə:
a) mümkün olduqda, ilkin paketin ekvivalenti olan və ya daha keyfiyyətli yeni paket təklif etsin;
b) və ya təklif edilən yeni paket aşağı keyfiyyətli olarsa, qiymətdəki fərqi ödəsin;
q) və ya müqavilə üzrə ödənilmiş məbləği dərhal qaytarsın.
Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2946 - SSM I, №15, 16.05.2006-cı il., maddə.99
Maddə 662. Səyahətin nöqsanı nəticəsində dəymiş zərərin ödənilməsi
1. Səyahətin nöqsanları səyahətin təşkilatçısının cavabdeh olduğu (məsuliyyət daşıdığı) hallar nəticəsində yaranarsa, turist - nöqsanlara görə ödənişi azaltmaq və ya müqaviləyə xitam vermək hüququnu məhdudlaşdırmadan, işin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər.
2. Əgər səyahət pozularsa (baş tutmazsa) və ya pis təşkil edilmişdisə, turist həm də məzuniyyətin boş yerə (lüzumsuz) itirilməsi nəticəsində yaranan müvafiq pul ödənişini tələb edə bilər.
3. Müqaviləyə, turistin təqsiri olmadan, səyahət başlamazdan əvvəl xitam verildikdə, turist səyahətin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir, o hal istisna olmaqla – nə vaxt ki:
a) müqaviləyə xitam verilməsinə səbəb (əsas) - səyahətin (paketin) təsvirində göstərilən müddət ərzində turistə haqqında yazılı formada məlumat verilmiş səyahətin təşkili üçün zəruri olan şəxslərin sayının az olmasıdır;
b) müqaviləyə xitam verilməsinin səbəbi fors-majordur (qarşısıalınmaz qüvvədir).
Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2946 - SSM I, №15, 16.05.2006-cı il., maddə.99
Maddə 6621. Turistin şikayətinə cəld reaksiya (cavab) vermək haqqında turistik səyahətin təşkilatçısının öhdəliyi
Səyahətin təşkilatçısı və ya onun nümayəndəsi turistin şikayətinə cəld cavab verməyə və müvafiq qərar qəbul etməyə borcludur.
Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2946 - SSM I, №15, 16.05.2006-cı il., maddə.99
Maddə 6622. Turistik səyahətin təşkilatçısının turistə zəmanətlər təqdim etmək öhdəliyi
Səyahətin təşkilatçısı iflas (müflisləşmə) halında müştərilərin (istifadəçilərin) repatriasiyası və onlara ödənilmiş məbləğlərin geri qaytarılması məqsədilə xərclərin çəkilməsi ilə əlaqədar möhkəm təhlükəsizlik zəmanətləri təqdim etməlidir.
Gürcüstanın 28 aprel 2006-cı il tarixli qanunu №2946 - SSM I, №15, 16.05.2006-cı il., maddə.99
Maddə 663. Səyahət müqaviləsindən irəli gələn tələblərin iddia müddəti
1. Turist müqavilədə göstərilən səyahət müddəti keçdikdən sonra bir ay ərzində 659-662-ci maddələrdə nəzərdə tutulmuş tələbləri səyahətin təşkilatçısına təqdim edə bilər. Müddət keçdikdən sonra turist öz tələblərini yalnız o halda təqdim edə bilər - əgər tələbin təqdim edilmə müddətini gecikdirməkdə onun günahı (təqsiri) yoxdursa.
2. Turistin tələbi üçün iddia müddəti altı aydır. Bu müddət müqaviləyə əsasən səyahətin sona çatmalı olduğu gündən başlayır. Turist tələbləri iddia müddəti başlamazdan əvvəl təqdim edərsə, iddia müddəti səyahətin təşkilatçısının tələbi rədd etdiyi günə qədər dayandırılacaqdır.
Maddə 664. Məsuliyyətin məhdudlaşdırılması
Səyahətin təşkilatçısı turistlə razılaşaraq öz məsuliyyətini xidmətin dəyərinin üç misli qədər məhdudlaşdıra bilər, əgər:
a) turistə dəymiş zərər qəsdən və ya kobud ehtiyatsızlıqdan baş verməyibsə,
və ya
b) səyahətin təşkilatçısı turistin qarşısında təkcə və tamamilə məsuliyyət daşımırsa o zərərə görə, hansı ki səyahətin təşkilatçısının öhdəliyini yerinə yetirənlərdən birinin təqsiri nəticəsində yaranıb.
Maddə 665. Səyahət başlamazdan əvvəl müqavilədən imtina
1. Turist səyahət başlamazdan əvvəl istənilən vaxt müqavilədən imtina edə bilər.
2. Turist müqavilədən imtina etdikdə, səyahətin təşkilatçısı razılaşdırılmış haqqı almaq hüququnu itirir. Eyni zamanda o, öz xidmətlərindən başqa cür istifadə nəticəsində ala biləcəyi məbləğ çıxılmaqla, razılaşdırılmış ödəniş əsasında müəyyən edilən müvafiq kompensasiyanı tələb edə bilər.
Maddə 666. Qarşısıalınmaz qüvvə (fors-major)
1. Əgər səyahət əhəmiyyətli dərəcədə çətinləşərsə və ya başqa təhlükə yaranarsa, yaxud müqavilə bağlanarkən gözlənilməz fors-major halları nəticəsində turistə zərər dəyərsə, o zaman həm turist, həm də səyahətin təşkilatçısı müqaviləyə xitam verə bilərlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş halda müqaviləyə xitam verildikdə, 661-ci maddənin 3-cü hissəsinin və 4-cü hissənin birinci cümləsinin qaydaları tətbiq edilir. Hər bir tərəf geri aparmaqla bağlı əlavə xərclərin yarısını ödəməlidir. Digər hallarda əlavə xərcləri turist ödəməlidir.
Maddə 667. Səyahətçiyə zərərli olan razılaşmaların yolverilməzliyi
Bu fəsildə nəzərdə tutulan qaydalar səyahətçinin zərərinə dəyişdirilə bilməz.
On ikinci fəsil
Daşımaq-göndərmək
I. Daşımaq müqaviləsi
Maddə 668. Anlayışı (konsepsiyası)
Daşımaq müqaviləsinə əsasən daşıyıcı razılaşdırılmış haqqın ödənilməsi nəticəsində yükü daşımağa və ya sərnişini təyinat yerinə çatdırmağa (aparmağa) borcludur.
Maddə 669. Daşıyıcının məsuliyyəti
1. Daşıyıcı sərnişinə dəymiş zərərə görə, habelə onun baqajının zədələnməsinə və ya itirilməsinə görə məsuliyyət daşıyır.
2. Zərər fors-major nəticəsində və ya sərnişinin özü və/və ya onun baqajı tərəfindən törədildikdə, məsuliyyət yaranmayacaq.
3. Daşıyıcının məsuliyyəti müqavilə ilə istisna edilə və ya məhdudlaşdırıla bilməz.
Maddə 670. Müqavilə bağlamaq öhdəliyi
Yükü daşımağı və sərnişin daşımaları açıq şəkildə təklif edən şəxs, imtina üçün əsas olmadıqda, daşımaq-göndərmək müqaviləsini bağlamağa borcludur.
Maddə 671. Bir neçə nəqliyyat vasitəsilə daşımaq
Əgər yüklənmiş avtomobil yolun bir hissəsində dəniz, dəmir yolu və ya hava nəqliyyatı ilə daşınacaqsa və – 682-ci maddədə nəzərdə tutulmuş hallara uyğun olaraq yük boşaldılmayacaqsa, bu fəslin normaları hələ də bütün daşımağa tətbiq edilir.
Maddə 672. Daşımaq müqaviləsinin forması
Daşımaq müqaviləsi fakturalar (və ya digər sənəd) şəklində tərtib edilir. Fakturaların olmamasına, nöqsanına və ya itməsinə baxmayaraq, daşımaq müqaviləsinin məzmunu və həqiqiliyi (etibarlılığı) bu fəslin normaları ilə müəyyən edilir.
Maddə 673. Fakturaların tərtib edilməsi qaydası
1. Faktura üç ədəd olaraq tərtib edilir, hansıları ki göndərən və daşıyıcı imzalayırlar. Birinci üz (nüsxə) göndərəndə qalır, ikincisi yükə yapışdırılır, üçüncünü isə daşıyıcı özündə saxlayır.
2. Daşınacaq yük bir neçə nəqliyyat vasitəsinə bölünürsə və ya söhbət müxtəlif növ və/və ya ayrı-ayrı partiyalara bölünmüş yükdən gedirsə, həm göndərən, həm də daşıyıcı - neçə nəqliyyat vasitəsi və ya yük növü varsa, o qədər faktura tərtib edilməsini tələb edə bilərlər.
Maddə 674. Fakturanın rekvizitləri
Fakturada aşağıdakı məlumatlar olmalıdır:
a) verilmə (buraxılış) günü və yeri;
b) göndərənin adı və ünvanı;
q) daşıyıcının adı və ünvanı;
d) yükün təhvil verildiyi gün və yer, həmçinin yükün çatdırıldığı yer;
e) qəbul edənin adı və ünvanı;
v) yükün növünün adi (ümumi) adı və qablaşdırmanın növü, təhlükəli yüklər zamanı isə - onların hamı tərəfindən tanınmış təyinatı (qeydi);
z) daşınacaq yüklərin sayı, nişanları və nömrələri;
t) yükün çəkisi və ya başqa cür göstərilən miqdar;
i) daşımaqla bağlı xərclər (daşımaq qiyməti, əlavə xərclər, idxal rüsumları və müqavilənin bağlanmasından yükün çatdırılmasına qədər yaranan digər xərclər);
k) Gürcüstan Maliyyə Nazirliyinin idarəetmə sahəsinə daxil olan ictimai hüququn hüquqi şəxsinin – Gəlir Xidmətinin təyinatları (qeydləri);
l) ikitərəfli razılaşmaya baxmayaraq, daşımanın hələ də bu fəslin normalarına tabe olduğunu göstərən qeyd.
2. Lazım olduqda, fakturada əlavə məlumatlar olmalıdır:
a) başqa nəqliyyat vasitəsinə yenidən yükləməyə qadağa;
b) göndərənin öz üzərinə götürdüyü xərclər;
q) yükün göndərilməsi zamanı ödənilməli olan əlavə qiymətin məbləği;
d) yükün dəyəri və çatdırılmada xüsusi marağın göstəricisi;
e) göndərənin yükün sığortası haqqında daşıyıcıya verdiyi göstərişlər;
v) daşımanın sona çatdırılmalı olduğu razılaşdırılmış müddət;
z) daşıyıcıya təhvil verilmiş sənədlərin siyahısı.
3. Tərəflər fakturada məqsədəuyğun hesab etdikləri digər məlumatları da yaza bilərlər.
Gürcüstanın 12 noyabr 2010-cu il tarixli qanunu №3806 - SSM I, №66,03.12.2010-cu il., maddə.414
Maddə 675. Göndərənin məsuliyyəti
1. Yükü göndərən aşağıdakıların yanlış təqdim edilməsi və ya natamamlığı nəticəsində dəymiş bütün xərclərə və zərərlərə görə məsuliyyət daşıyır:
a) 674-cü maddənin birinci hissəsinin „b“, „d“, „e“, „v“, „z“, „t“ və „k“ altbəndlərində göstərilən məlumatlar;
b) 674-cü maddənin 2-ci hissəsində göstərilən məlumatlar;
q) fakturanı tərtib etmək üçün və ya ona daxil etmək üçün bütün digər məlumatlar və ya göndərənin göstərişləri.
2. Əgər daşıyıcı bu maddənin birinci hissəsində sadalanan məlumatları göndərənin tələbi əsasında fakturada yazırsa, əksi sübuta yetirilənə qədər daşıyıcının göndərənin adından hərəkət etdiyi güman edilir.
3. Əgər fakturada 674-cü maddənin birinci hissəsinin „l“ altbəndində göstərilən məlumatlar yoxdursa, göndərən bu məlumatların göstərilmədiyinə görə yükün üzərində hüququ olan şəxsin çəkdiyi bütün xərclərə və zərərlərə görə məsuliyyət daşıyır.
Maddə 676. Daşıyıcının yükü qəbul edərkən öhdəliyi
1. Daşıyıcı yükü qəbul edərkən aşağıdakıları yoxlamağa borcludur:
a) yükün ayrı-ayrılıqda (ədəd olaraq) sayını, onların nişanları və nömrələri haqqında fakturada göstərilən məlumatların düzgünlüyünü;
b) yükün və onun qablaşdırılmasının zahiri vəziyyətini.
2. Daşıyıcının bu maddənin birinci hissəsinin “a” altbəndində göstərilən məlumatları yoxlamaq üçün lazımi vasitələri yoxdursa, o, fakturaya yerinə yetirilməli olan şərtləri daxil edir. Bu minvalla o, yükün zahiri vəziyyətinə və onun qablaşdırılmasına toxunan şərtləri də daxil etməlidir. Bu şərtlər göndərən üçün məcburi deyil, o hallar istisna olmaqla – nə vaxt ki, o, fakturada onları açıq-aydın tanıyıb (etiraf edib).
3. Göndərən daşıyıcıdan yükün çəkisini və ya onun başqa cür verilmiş miqdarını yoxlamağı tələb edə bilər. O, həmçinin daşıyıcıdan daşınan yükün tərkibini (içindəkiləri) yoxlamağı tələb edə bilər. Daşıyıcı bu yoxlama ilə bağlı xərclərin ödənilməsini tələb etmək hüququna malikdir. Yoxlamanın nəticələri fakturada qeyd edilməlidir.
Maddə 677. Daşımaq müqaviləsinin bağlanması prezumpsiyası
1. Əksi sübut olunana qədər, faktura (konosament və ya daşımalarda qəbul edilən digər formalar) daşımaq müqaviləsinin bağlandığını, onun məzmununun müəyyən edildiyini və yükün daşıyıcı tərəfindən qəbul edildiyini sübut edən sübutdur.
2. Əgər fakturada daşımaq şərtləri göstərilməyibsə, əksi sübut olunana qədər güman edilir ki, daşıyıcı yükü qəbul edərkən yük və onun qablaşdırılması zahirən yaxşı vəziyyətdə idi və yükün ədəd olaraq miqdarı, onun qeydləri və nömrələri fakturada yazılmış məlumatlara uyğun gəlir.
Maddə 678. Yükün keyfiyyətsiz qablaşdırılması nəticəsində dəymiş zərərə görə göndərənin məsuliyyəti
Göndərən - yükün keyfiyyətsiz qablaşdırılması nəticəsində insanlara, materiallara və digər əmlaka dəymiş zərərə görə, habelə keyfiyyətsiz qablaşdırma nəticəsində yaranmış xərclərə görə daşıyıcının qarşısında məsuliyyət daşıyır (cavabdehdir), o hallar istisna olmaqla – nə vaxt ki, qüsur göz qabağında idi və ya daşıyıcı yükü qəbul edərkən bu barədə bilirdi və bununla bağlı heç bir şərt qoymadı.
Maddə 679. Göndərən tərəfindən zəruri məlumatların çatdırılması öhdəliyi
1. Göndərən - yükün təhvil verilməsinə qədər gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün və digər bu kimi hərəkətlərin yerinə yetirilməsi üçün zəruri olan bütün sənədləri fakturaya əlavə etməyə və ya bu sənədləri daşıyıcıya təhvil verməyə və ona bütün lazımi məlumatları çatdırmağa borcludur.
2. Daşıyıcı bu sənədlərin və məlumatların düzgün və kifayət qədər (yetərli) olub-olmadığını yoxlamağa borclu deyil. Göndərən - sənədlərin və məlumatların natamamlığı və qeyri-dəqiqliyi nəticəsində dəymiş zərərə görə daşıyıcının qarşısında məsuliyyət daşıyır, o hal istisna olmaqla - əgər bu, daşıyıcının təqsiri üzündən (günahı ucbatından) baş veribsə.
3. Fakturada qeyd olunan və ona əlavə edilən və ya daşıyıcıya verilən sənədlərin itirilməsinə və ya düzgün istifadə edilməməsinə görə məsuliyyət daşıyıcının üzərinə düşür; o, yükün itirilməsi zamanı onun üzərinə düşəcək məsuliyyətdən daha çox məsuliyyət daşıya bilməz.
Gürcüstanın 12 noyabr 2010-cu il tarixli qanunu №3806 - SSM I, №66,03.12.2010-cu il., maddə.414
Gürcüstanın 27 mart 2012-ci il tarixli qanunu №5964 – veb-səhifə, 12.04.2012-ci il.
Gürcüstanın 28 iyun 2019-cu il tarixli qanunu №4925 – veb-səhifə, 04.07.2019-cu il.
Maddə 680. Göndərənin hüquqları
1. Göndərən - yükün üzərində sərəncam vermək, daşımağa (göndərişə) xitam verilməsini (dayandırılmasını) tələb etmək səlahiyyətinə malikdir; o, həmçinin daşıyıcıdan çatdırılma yerini və ya yükü dəyişdirməməyi, onu fakturada göstəriləndən başqa şəxsə verməməyi tələb edə bilər.
2. Fakturanın ikinci üzü (nüsxəsi) yükü qəbul edənə təhvil verildikdə və ya o, 681-ci maddənin birinci cümləsində nəzərdə tutulmuş hüququnu istifadə etdikdə, bu hüquq dərhal ləğv edilir. Bu andan etibarən daşıyıcı yükü qəbul edənin göstərişlərini yerinə yetirməlidir.
3. Göndərən - fakturada müvafiq işarə (qeyd) qoymuşdursa, yükü qəbul edən - fakturanı imzaladıqdan dərhal sonra ona dair sərəncam vermək hüququnu əldə edir.
4. Əgər yükü qəbul edən sərəncam hüququnu həyata keçirərkən yükün üçüncü şəxsə çatdırılması barədə göstəriş vermişsə, bu sonuncu öz növbəsində, başqa qəbul edənin adını çəkmək səlahiyyətinə malik deyil.
5. Sərəncam hüququ aşağıdakı qaydalara riayət etməklə həyata keçirilməlidir:
a) göndərən və ya bu maddənin 3-cü hissəsində göstərilən halda qəbul edən - əgər o, öz sərəncam hüququnu həyata keçirmək istəyirsə, fakturanın birinci üzünü (nüsxəsini) təqdim etməlidir, hansına ki daşıyıcıya verilən yeni göstərişlər daxil edilməlidir və bu göstərişlərə əməl edilməsi nəticəsində yaranmış bütün xərcləri və zərərləri ona ödəməlidir;
b) göstərişlər onları yerinə yetirməli olan şəxsə çatdığı anda icra oluna bilməlidir və daşıyıcının adi istehsalat fəaliyyətinə mane ola bilməz və göndərənin və ya qəbul edənin digər yükünə də ziyan vurmamalıdır;
q) göstərişlər (təlimatlar) yükün bölüşdürülməsinə (parçalanmasına) səbəb olmamalıdır.
6. Daşıyıcı bu maddənin 5-ci hissəsinin “b” altbəndi əsasında alınan göstərişləri yerinə yetirmək iqtidarında olmadıqda, o, bu göstərişləri vermiş şəxsə bu barədə dərhal xəbər verməlidir.
7. Bu maddənin tələblərinə riayət etməklə verilmiş göstərişlərə əməl etməyən və ya fakturanın birinci üzünün tələbi olmadan onlara əməl edən daşıyıcı - buradan yaranmış ziyana görə səlahiyyətli şəxs qarşısında məsuliyyət daşıyır.
Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1902 – SSM I, №4, 22.01.2003-cü il., maddə.20
Maddə 681. Yükün təhvil verilməsi zamanı qəbul edənin hüquqları
Yükün təhvil verilməsi üçün nəzərdə tutulmuş yerə yükü çatdırdıqdan dərhal sonra, qəbul edən daşıyıcıdan yükün qəbulunu təsdiq edən fakturanın ikinci üzünü təhvil verməsini tələb etmək səlahiyyətinə malikdir və bununla yük təhvil verilmiş sayılacaq. Yükün əskik olduğu və ya yükün 688-ci maddədə nəzərdə tutulmuş müddətdə çatdırılmaması aşkar edildikdə, yükü qəbul edən - daşımaq müqaviləsindən irəli gələn hüquqları öz adından daşıyıcıya qarşı istifadə edə bilər.
Maddə 682. Müqavilənin yerinə yetirilməsinin mümkünsüzlüyü
1. Yükün təhvil verilməsi üçün nəzərdə tutulmuş yerdə yükü qəbul etməzdən əvvəl, müqaviləni fakturada göstərilən şərtlərlə yerinə yetirmək mümkün olmadıqda, daşıyıcı 680-ci maddə üzrə səlahiyyətli şəxsin yük haqqında sərəncamını tələb etməlidir.
2. Şərait (vəziyyətlər) fakturada göstərilən şərtlərdən fərqli olaraq daşımaq imkanı yaratdıqda və daşıyıcı müvafiq müddət ərzində səlahiyyətli şəxsin yük haqqında 680-ci maddədə nəzərdə tutulmuş göstərişlərini ala bilmədikdə, o, səlahiyyətli şəxsin maraqlarından irəli gələn ən yaxşı hesab ediləcək tədbirləri görməlidir.
Maddə 683. Yükün təhvil verilməsinə mane olan hallar
1. Əgər yük təyinat yerinə çatdıqdan sonra yükün təhvil verilməsinə mane olan hallar yaranarsa, daşıyıcı yükü göndərənin göstərişlərini tələb etməlidir. Əgər qəbul edən yükü qəbul etməkdən imtina edərsə, göndərən - hətta fakturanın birinci üzünün təqdimatı olmadan da yükün üzərində özü sərəncam vermək səlahiyyətinə malikdir.
2. Daşıyıcı yükü göndərəndən əks göstərişlər almadığı halda yükü qəbul etməkdən imtina etsə belə, qəbul edən yükün təhvil verilməsini tələb edə bilər.
3. Qəbul edənin 680-ci maddənin 3-cü hissəsinə əsasən yükün üçüncü şəxsə təhvil verilməsi barədə göstəriş verməsindən sonra yükün təhvil verilməsinə mane olan hal yaranarsa, o zaman bu maddənin 1-ci və 2-ci hissələrindən istifadə edildikdə qəbul edən göndərənin yerini, üçüncü şəxs isə – qəbul edənin yerini tutur.
Maddə 684. Göndərənin göstərişi əsasında yaranmış xərclərin əvəzinin ödənilməsi hüququ
1. Daşıyıcı göstərişləri alması və ya onları yerinə yetirməsi ilə bağlı yaranmış xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir, o hallar istisna olmaqla – nə vaxt ki, bu xərclər onun təqsiri üzündən yaranıb.
2. 682-ci maddənin birinci hissəsində və 683-cü maddədə nəzərdə tutulmuş hallarda daşıyıcı səlahiyyətli şəxsin xərci ilə yükü təcili olaraq boşalda bilər; boşaldıqdan sonra daşımaq sona çatmış sayılır. Bundan sonra daşıyıcı yükü səlahiyyətli şəxs üçün saxlamalıdır. O, yükün saxlanmasını üçüncü şəxsə etibar edə bilər; belə halda o, yalnız üçüncü şəxsin seçilməsinə görə məsuliyyət daşıyır. Fakturadan irəli gələn bütün tələblər və xərclər yükün dəyərindən ödənilir.
3. Daşıyıcı, əgər mal tez xarab olandırsa və ya yükün vəziyyəti bu cür hərəkətə haqq qazandırırsa (əsas verirsə), yaxud saxlama xərcləri yükün dəyərindən artıq olduqda, səlahiyyətli şəxsin göstərişini gözləmədən, yükü sata bilər. Müəyyən edilmiş müddət ərzində tərəflərdən hər hansı birindən göstərişlər almadıqda, o, yükü başqa hallarda da sata bilər.
4. Əgər yük bu maddənin qaydalarına uyğun olaraq satılıbsa, o zaman məbləğ, yüklə bağlı xərclər çıxıldıqdan sonra, səlahiyyətli şəxsə verilməlidir. Əgər bu xərclər gəlirdən (qazancdan) artıqdırsa (çoxdursa), daşıyıcı fərqin ödənilməsini tələb edə bilər.
5. Satış qaydası yükün yerləşdiyi yerin qanunları və adətləri ilə müəyyən edilir.
Maddə 685. Yükün üzərində girov hüququ
Daşıyıcı, daşımaq müqaviləsindən yaranmış xərclərə görə, ona bu əşyaya dair sərəncam vermək səlahiyyəti verilməzdən əvvəl, yükün üzərinə girov qoymaq hüququna malikdir.
II. Daşıyıcının məsuliyyəti
Maddə 686. Anlayışı (konsepsiyası). Məzmunu
1. Daşıyıcı - yükün qəbulundan təhvil verilməsinə qədər olan vaxt aralığında yükün tam və ya qismən itirilməsinə və zədələnməsinə, habelə – çatdırılma müddətinin keçməsinə (gecikdirilməsinə) görə məsuliyyət daşıyır.
2. Daşıyıcı məsuliyyətdən azad edilir - əgər yükün itirilməsi, zədələnməsi və ya çatdırılma müddətinin keçməsi (gecikdirilməsi) səlahiyyətli şəxsin təqsiri üzündən baş veribsə və yaxud eyni şəxsin elə göstərişi ilə baş veribsə, hansına görə ki daşıyıcı məsuliyyət daşımır (cavabdeh deyil); həmçinin, əgər yükün qüsuru daşıyıcının qarşısını ala bilmədiyi və nəticələrinin qarşısını almaq mümkün olmayan hallardan qaynaqlanırsa.
3. Daşıyıcı, məsuliyyətdən azad olmaq məqsədilə, nə daşımaq üçün istifadə edilən nəqliyyat vasitəsinin qüsurunu, nə də bu nəqliyyat vasitəsini kirayəyə verənin və ya kirayəyə götürənin işçi personalının təqsirini göstərə bilməz (təqsirinə işarə edə bilməz).
4. 687-ci maddənin 2-5-ci hissələrində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, daşıyıcı məsuliyyətdən azad edilir - əgər yükün itməsi və ya zədələnməsi aşağıda adı çəkilən hallarla bağlı xüsusi təhlükədən yaranıbsa, xüsusən, nə vaxt ki:
a) açıq, üstü açıq nəqliyyat vasitəsindən istifadə olunur - əgər onun istifadəsi birbaşa razılaşdırılmışdısa və fakturada qeyd edilmişdisə;
b) yük qablaşdırılmayıb və ya keyfiyyətsiz qablaşdırılıb və bu da yükün xarakterindən qaynaqlanaraq itki və ya zədələnmə təhlükəsi yaradır;
q) yükün yoxlanılması (nəzərdən keçirilməsi), yüklənməsi, üst-üstə yığılması və ya boşaldılması göndərən, qəbul edən və ya onlar üçün fəaliyyət göstərən (hərəkət edən) üçüncü şəxs tərəfindən həyata keçirilir;
d) ayrı-ayrı yüklərin özəlliklərinə (xüsusiyyətlərinə) görə onların tam və ya qismən itməsi və ya zədələnməsi təhlükəsi, xüsusən, qırılma, paslanma, korroziya, quruma (solma), tökülmə, normal itmə və ya həşəratların və gəmiricilərin təsirinə məruz qalma təhlükəsi gözlənilir;
e) daşınacaq yük kifayət qədər işarələnməyib və ya nömrələnməyib;
v) daşınmalı (köçürülməli) olan heyvanlardır.
Maddə 687. Sübut etmə yükü
1. Yükün itirilməsi, zədələnməsi və ya çatdırılma müddətinin pozulmasına 686-cı maddənin 2-ci hissəsində göstərilən halların səbəb olduğunu sübut etmə yükü daşıyıcının üzərinə düşür.
2. Daşıyıcı sübut edərsə ki, konkret işin hallarından qaynaqlanaraq, itki və ya zədələnmə 686-cı maddənin 4-cü hissəsində adı çəkilən təhlükələrin biri və ya bir neçəsi nəticəsində yarana bilərdi -zərərin buradan yarandığı güman edilir. Səlahiyyətli şəxs isə zərərin bu təhlükədən və ya yalnız bu təhlükədən yaranmadığını sübut edə bilər.
3. Bu maddənin ikinci hissəsində verilmiş prezumpsiya 686-cı maddənin 4-cü hissəsinin “a” altbəndində nəzərdə tutulmuş halda daşınacaq yükün ekstremal şəraitdə itməsi və ya həlak (məhv) olması zamanı tətbiq edilmir.
4. Əgər daşımaq yükü istidən, soyuqdan, temperaturun dəyişməsindən və ya küləkdən qorumaq üçün xüsusi avadanlığı olan nəqliyyat vasitəsilə həyata keçirilirsə, daşıyıcı 686-cı maddənin 4-cü hissəsinə yalnız o halda istinad edə bilər - əgər o, bu cihazların seçilməsi, istismarı və istifadəsi üçün zəruri addımlar atdığını və ona qoyulan (ona qarşı irəli sürülən) bütün tələblərə əməl etdiyini sübut etsə.
5. Daşıyıcı 686-cı maddənin 4-cü hissəsinin “d” altbəndindən yalnız o zaman istifadə edə bilər - əgər ona tapşırılan bütün tədbirləri yerinə yetirdiyini və ona verilən bütün göstərişlərə əməl etdiyini sübut etsə.
Maddə 688. Yükün çatdırılma müddətinin keçməsi (gecikdirilməsi)
Yükün çatdırılma müddəti keçmiş (gecikdirilmiş) sayılır - nə vaxt ki, yük razılaşdırılmış müddətdə çatdırılmayıb və ya əgər müddət təyin edilməmişdisə – daşımaq üçün tələb olunan adi vaxt ərzində çatdırılmayıb – o halları nəzərə alaraq, hansılar ki hissə-hissə yükləmə zamanı bu hissələrin yığılması üçün zəruri olan vaxtın müəyyən edilməsi ilə əlaqədardır, əgər ehtiyatlı (irəliyi görən) daşıyıcının adi hallarda riayət etməli olduğu müddət pozulubsa.
Maddə 689. Yükün itirilməsi prezumpsiyası
1. Səlahiyyətli şəxs əlavə dəlillər (sübutlar) təqdim edilmədən də yükü itmiş hesab edə bilər - əgər yük razılaşdırılmış daşımaq müddəti keçdikdən otuz gün ərzində təyinat yerinə çatdırılmazsa və ya əgər belə müddət təyin edilməmişdisə – daşıyıcı yükü qəbul etdikdən altmış gün sonra çatdırılmazsa.
2. Səlahiyyətli şəxs itmiş yükə görə zərərin əvəzini yazılı surətdə tələb edə bilər ki, əgər itmiş yük zərərin ödənilməsindən sonra bir il ərzində ortaya çıxarsa (aşkar edilərsə), ona dərhal məlumat versinlər. Bu tələbə həm də yazılı cavab verilməlidir.
3. Səlahiyyətli şəxs bu cür bildirişi (məlumatı) aldıqdan otuz gün müddətində fakturadan irəli gələn hüquqlar təmin edildikdən sonra və qəbul edilmiş ödənişin geri qaytarılması şərti ilə yükün ona təhvil verilməsini tələb edə bilər, lazım olduqda – zərərin ödənilməsi zamanı yaranmış xərcləri çıxmaqla; daşımaq müddətinin pozulmasına görə zərərin ödənilməsinə dair onun tələbləri 692-ci və 694-cü maddələrə əsasən dəyişməz olaraq qalır.
4. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş tələb təqdim edilmədikdə və ya üçüncü hissədə nəzərdə tutulmuş otuz günlük müddətə görə istinad (göstəriş) yoxdursa və yaxud əgər yük ödənişin edildiyi gündən bir il keçdikdən sonra tapılsa, o zaman daşıyıcı yükün yerləşdiyi yerdə qüvvədə olan qaydalara əsasən yükün üzərində sərəncam verə bilər.
Maddə 690. Əlavə qəbulu tələb etmək hüququ
Əgər yük təyinat yerinə çatdırıldıqdan sonra daşıyıcının almalı olduğu əlavə (müavinət) ödənilmədən, yük qəbul edənə təhvil verilibsə, o zaman daşıyıcı reqres hüququna istinad edərək, göndərəndən zərərin ödənilməsini tələb edə bilər.
Maddə 691. Təhlükəli yükün göndərilməsi qaydası
1. Əgər göndərən təhlükəli yük göndərirsə, o zaman o, daşıyıcıya dəqiq məlumat verməyə və bu yük barədə xəbərdarlıq etməyə, lazım gəldikdə isə – bu yükü sığortalamağa borcludur. Əgər bu öhdəlik fakturaya daxil edilməyibsə, o zaman göndərən və qəbul edən - daşıyıcının yükün növünü və gözlənilən təhlükəni dəqiq bildiyini başqa vasitələrlə sübut etməyə borcludurlar.
2. Təhlükəsi haqqında birinci hissəyə əsasən daşıyıcının heç nə bilmədiyi təhlükəli yükü daşıyıcı istənilən vaxt və istənilən yerdə zərəri ödəmək öhdəliyi olmadan boşalda, yox edə və ya zərərsizləşdirə bilər; göndərən - həmçinin, bu yükün daşınması üçün təhvil verilməsi nəticəsində və ya daşınmaları nəticəsində yaranmış zərər və xərclərə görə məsuliyyət daşıyır.
Maddə 692. Yükün tam və ya qismən itməsi zamanı yükün dəyəri
1. Əgər bu fəslin qaydalarına əsasən, daşıyıcı yükün tam və ya qismən itirilməsinə görə zərəri ödəməyə borcludursa, o zaman zərərin ödənilməsi yükün təhvil verilmə yerində və vaxtında qüvvədə olan yükün qiymətinə uyğun olaraq hesablanır.
2. Yükün dəyəri birja qiyməti ilə, belə qiymət mövcud olmadıqda isə – bazar qiyməti ilə müəyyən edilir; əgər belə bir qiymət yoxdursa, o zaman – oxşar növü və dəyəri olan yüklərə bənzər (analoji).
3. Daşımaq məbləği, habelə gömrük rəsmiləşdirilməsi ilə bağlı və digər, oxşar xərclər yükün tam itməsi halında tam həcmdə, qismən itirildikdə isə – qismən qaytarılmalıdır.
4. Əgər yükün çatdırılma müddəti keçibsə (gecikdirilibsə) və səlahiyyətli şəxs bununla əlaqədar zərərin yarandığını sübut edirsə, daşıyıcı yalnız bu yükün dəyərinin məbləği qədər kompensasiya ödəməlidir. Daha çox kompensasiya tələbi yalnız o zaman irəli sürülə bilər – nə vaxt ki, 694-cü maddəyə əsasən bu daşımaqda xüsusi maraq var idi və ya yükün dəyəri göstərilmişdi.
Gürcüstanın 12 noyabr 2010-cu il tarixli qanunu №3806 - SSM I, №66,03.12.2010-cu il., maddə.414
Gürcüstanın 27 mart 2012-ci il tarixli qanunu №5964 – veb-səhifə, 12.04.2012-ci il.
Gürcüstanın 28 iyun 2019-cu il tarixli qanunu №4925 – veb-səhifə, 04.07.2019-cu il.
Maddə 693. Yük zədələndikdə zərərin ödənilməsi
1. Yük zədələndikdə daşıyıcı yükün dəyərinin azaldığı və 692-ci maddənin birinci, 2-ci və 3-cü hissələrində müəyyən edilmiş yükün dəyərinə uyğun olaraq hesablanmış haqqı ödəməlidir.
2. Zərərin ödənilməsi o məbləğdən artıq olmamalıdır, hansı ki:
a) yük tamamilə itirildikdə ödənilməli idi, əgər zədələnmə nəticəsində bütün yük tamamilə dəyərsizləşdisə;
b) yükün dəyərsizləşmiş hissəsi itirildikdə ödənilməli idi, əgər zədələnmə nəticəsində yükün yalnız bir hissəsi dəyərsizləşdisə.
Maddə 694. Fakturada xüsusi marağın qeyd edilməsi
1. Göndərən, vəd edilmiş əlavənin (müavinətin) ödənilməsi əsasında, yükün itirildiyi və ya zədələndiyi, yaxud onun təhvil verilmə müddətinin keçdiyi (gecikdirildiyi) hallarda bu daşımaqla bağlı öz xüsusi marağını fakturada qeyd edə bilər.
2. Əgər sözügedən daşımaqda xüsusi maraq artıq ifadə edilibsə, 692-ci və 693-cü maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsindən asılı olmayaraq, maraqda ifadə edilmiş məbləğdə əlavə zərərin ödənilməsi tələb oluna bilər.
Maddə 695. Təminatlı zərərin ödənilməsinə dair faiz tələb etmək
1. Yükün üzərində səlahiyyəti olan şəxs onun üçün təmin edilmiş zərərin ödənilməsinə dair illik beş faiz tələb edə bilər. Faizlərin hesablanması daşıyıcıya qarşı reklamasiyanın təqdim edildiyi gündən, reklamasiya təqdim edilmədikdə isə – iddia ərizəsinin daxil edildiyi gündən başlayır.
2. Zərərin ödənilməsi ölkədə qüvvədə olmayan pul vahidində müəyyən edildikdə və ödəniş tələb olunduqda, məzənnə - həmin gün zərərin əvəzinin ödənildiyi yerdə qüvvədə olan məzənnəyə uyğun olaraq müəyyən edilir.
Maddə 696. Daşımalar zamanı müqavilədən kənar tələblər
1. Bu fəslin tənzimlədiyi daşımalar zamanı baş verən itki, zədə və ya müddətin keçməsi (gecikdirilməsi), qüvvədə olan qaydalara əsasən, müqavilədən kənar iddialara (tələblərə) səbəb ola bilərsə, buna cavab olaraq daşıyıcı bu fəslin onun məsuliyyətini istisna edən və yaxud zərərin əvəzinin həcmini müəyyən edən və/və ya məhdudlaşdıran qaydalarına istinad edə bilər.
2. İtki, zədə və ya müddətin gecikdirilməsi ilə bağlı müqavilədən kənar məsuliyyət tələbləri tərəflərdən birinə tətbiq edilərsə, o, bu fəslin onun məsuliyyətini istisna edən və ya zərərin miqdarını müəyyən edən və yaxud onu məhdudlaşdıran qaydalarına əsaslana (söykənə) bilər.
Maddə 697. Daşıyıcının məsuliyyətdən azad edilməsinin yolverilməzliyi
Daşıyıcı bu fəslin o qaydalarına əsaslana bilməz, hansılar ki onun məsuliyyətini istisna edirlər və ya məhdudlaşdırırlar və yaxud onu sübut etmə yükündən azad edirlər, əgər zərər onun təqsiri üzündən baş veribsə.
III. Reklamasiya (iddia) və iddia ərizəsi
Maddə 698. Anlayışı (konsepsiyası). Məzmunu
1. Əgər qəbul edən yükü elə qəbul edirsə ki, onun vəziyyətini daşıyıcı ilə birlikdə yoxlamır və daşıyıcıya itki və zədələnmə haqqında ümumi xarakterli iddia qoymur (irəli sürmür), o zaman əksi sübut olunana qədər güman edilir ki, qəbul edən yükü fakturada göstərilən vəziyyətdə təhvil almışdır; sözügedən iddia yükün təhvil verildiyi gün - əgər söhbət zahirən nəzərə çarpan itkilərdən və zədələnmələrdən gedirsə, zahirən görünməyən itkilər və zədələnmələr halında isə – təhvil verildikdən sonra yeddi gündən gec olmayaraq təqdim edilməlidir. Əgər söhbət zahirən görünməyən itkilərdən və zədələnmələrdən gedirsə, iddia (tələb) yazılı şəkildə təqdim edilməlidir.
2. Əgər qəbul edən və daşıyıcı yükün vəziyyətini birlikdə yoxlamışlarsa, yoxlamanın nəticələrinə zidd olan dəlilə (sübuta) yalnız o zaman yol verilir - əgər söhbət zahirən görünməyən itkilərdən və zədələnmələrdən gedirsə və qəbul edən təhvil verildikdən sonra yeddi gün ərzində yazılı tələblər təqdim etməzsə.
3. Müddətin gecikdirilməsinə görə zərərin ödənilməsi tələbi yalnız o zaman irəli sürülə bilər, əgər qəbul edən, yük təhvil verildikdən sonra iyirmi bir gün ərzində daşıyıcıya yazılı tələblər təqdim edərsə.
4. Bu maddədə nəzərdə tutulmuş müddətlər hesablanarkən bu müddətlərə sayılmayacaq: yükün göndərildiyi, yoxlanıldığı və ya qəbul edənə (alıcıya) təhvil verildiyi günlər.
5. Daşıyıcı və qəbul edən zəruri yoxlamaların aparılmasında və lazımi faktların müəyyən edilməsində bir-birlərinə kömək etməlidirlər.
Maddə 699. Daşımaqdan irəli gələn hüquqların iddia müddəti
Bu fəsildə tənzimlənən daşımalardan irəli gələn hüquqların iddia müddəti bir ildir. Qəsdən və ya kobud ehtiyatsızlıq halında bu müddət üç ildir. İddia müddətinin axını başlayır:
a) yük qismən itirildikdə, zədələndikdə və ya təhvil verilmə müddəti gecikdirildikdə – onun göndərildiyi gündən;
b) yük tamamilə itirildikdə – razılaşdırılmış daşımaq müddətinin keçməsinin otuzuncu günündən və ya əgər belə müddət vəd edilməmişdisə – daşıyıcı yükü qəbul etdikdən altmışıncı gündə;
q) bütün digər hallarda – daşımaq müqaviləsinin bağlandığı gündən üç ay keçdikdən sonra.
Maddə 700. İddia müddətinin axınının dayandırılması
Daşıyıcının reklamasiyanı rədd etdiyi və ona əlavə edilmiş sənədləri geri qaytardığı gün - iddia müddəti yazılı reklamasiya əsasında dayandırılır. Reklamasiya qismən tanındıqda, reklamasiyanın mübahisələndirilən (davalı) hissəsi üzrə iddia müddəti hələ davam edir. Reklamasiyanın qəbuluna və ya ona cavab verilməsinə, habelə sənədlərin geri qaytarılmasına dair sübut etmə yükü onlara əsaslanan (söykənən) şəxsin üzərinə düşür. Eyni mövzuya (eyni predmetə) toxunan digər reklamasiyalar iddia müddətinin axınını dayandıra bilməzlər.
IV. Bir-birinin ardınca gedən (bir-birini izləyən) daşıyıcılar tərəfindən daşımalar
Maddə 701. Bir-birinin ardınca gedən (bir-birini izləyən) daşımalar halında məsuliyyət
Əgər bir müqavilə üzrə daşımaq bir-birini izləyən müxtəlif daşıyıcılar tərəfindən həyata keçirilirsə, onların hər biri bütün daşımanın həyata keçirilməsinə cavabdehdir; ikinci və hər bir sonrakı daşıyıcı yükü və fakturanı qəbul etməklə müqavilənin tərəfinə çevrilir.
Maddə 702. Müvafiq sənədləri təhvil vermək öhdəliyi
1. Əvvəlki daşıyıcıdan yükü qəbul edən daşıyıcı - yükün qəbulunu təsdiq edən, müddəti (tarixi) göstərilmiş və onun tərəfindən imzalanmış sənədi təhvil verməyə borcludur. Fakturanın ikinci (o biri) üzündə o, öz adını və ünvanını göstərməlidir. Lazım olduqda, daşıyıcı 676-cı maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtləri və yükün qəbulunun təsdiqini fakturanın ikinci üzünə daxil edir.
2. Bir-birini izləyən daşıyıcılar arasında münasibətlər 677-ci maddə ilə tənzimlənir.
Maddə 703. Bir-birinin ardınca gedən (bir-birini izləyən) daşıyıcılardan zərərin ödənilməsini tələb etmək
Yükün itməsinə, zədələnməsinə və ya daşımaq müddətinin gecikdirilməsinə görə zərərin ödənilməsinə dair tələblər, əks (cavab) iddia ərizəsinin və ya geri çəkilmənin təqdim edilməsindən başqa, yalnız birinci, sonuncu və ya o daşıyıcıya tətbiq edilə bilər, hansının ki tərəfindən daşımaq zamanı yük itirilmiş, zədələnmiş və ya yükün təhvil verilmə müddəti gecikdirilmişdir; eyni iddia ərizəsi bir neçə daşıyıcıya təqdim oluna bilər.
Maddə 704. Zərərin ödənilməsi zamanı reqres hüququ
Əgər daşıyıcı bu fəsildə nəzərdə tutulmuş zərəri artıq ödəyibsə, o, aşağıdakı hallarda geri tələb etmək hüququna malikdir:
a) əgər yükün itməsinə və ya zədələnməsinə səbəb olan daşıyıcı özünün ödəməli olduğu və ya bir neçə daşıyıcı tərəfindən ödənilməli olan zərəri təkbaşına ödəməlidirsə;
b) yükün itirilməsi və ya zədələnməsi iki və ya bir neçə daşıyıcı tərəfindən törədildikdə, hər biri məsuliyyət payına uyğun gələn məbləği ödəməlidir; əgər bunu müəyyən etmək mümkün deyilsə, hər biri qəbul edilən daşımaq haqqında öz payına mütənasib olaraq məsuliyyət daşıyır;
q) zərəri hansı daşıyıcının ödəməli olduğunu müəyyən etmək mümkün olmadıqda, bütün daşıyıcılar „b“ altbənddə göstərilən nisbətə uyğun olaraq ödəməlidirlər.
Maddə 705. Daşıyıcının ödəmə qabiliyyətinin olmamasının nəticələri
Əgər daşıyıcılardan biri ödəmə qabiliyyəti olmayandırsa, onun ödəməli olduğu, lakin hələ ödənilməmiş məbləğ qalan daşıyıcılar arasında - qəbul edilən daşımaq haqqında (ödənişində) - onların payına mütənasib olaraq bölüşdürülür.
Maddə 706. Həyata keçirilmiş reqres hüququna görə şikayət (etiraz)
Daşıyıcı, hansına qarşı ki 704-cü və 705-ci maddələrə əsasən geri tələb həyata keçirilib, geri tələbi həyata keçirən daşıyıcının məbləği əsassız ödəmiş olduğuna istinad etməklə onu mübahisələndirə (geri çəkilə) bilməz, əgər ödəniş barədə qərar məhkəmə tərəfindən qəbul edilibsə və əgər həmin daşıyıcı bu məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılıbsa (xəbərdarlıq almışsa) və bu prosesdə iştirak edə bilərdisə.
Maddə 707. Bir-birinin ardınca gedən (bir-birini izləyən) daşıyıcıların qarşılıqlı razılaşması
Daşıyıcıların 704-cü və 705-ci maddələrdən fərqli məsələlər üzrə razılaşmaq hüququ var.
Maddə 708. Qanuna zidd olan razılaşmanın batilliyi
1. 707-ci maddədə göstərilən qaydalardan başqa hər razılaşma, hansı ki bu fəslin qaydalarına birbaşa və ya dolayı yolla uyğun gəlmir, batildir. Belə razılaşmaların batilliyi bütövlükdə müqavilənin digər müddəalarının batilliyinə səbəb olmur.
2. Daşıyıcının yükün sığortasından yaranmış iddialardan (tələblərdən) imtina etdiyi (vaz keçdiyi) hər razılaşma və sübut etmə yükünün başqa şəxsə ötürüləcəyinə dair hər bir digər oxşar razılaşma batildir.
On üçüncü fəsil
Tapşırıq
Maddə 709. Anlayışı (konsepsiyası)
Tapşırıq müqaviləsinə əsasən, etibar edilən şəxs ona tapşırılmış (etibar edilmiş) bir və ya bir neçə hərəkəti etibar edən şəxsin adından və onun xərci ilə yerinə yetirməyə borcludur.
Maddə 710. Tapşırıq üçün əmək haqqı
1. Etibar edən şəxs yalnız müqavilədə və ya qanunda nəzərdə tutulmuş hallarda etibar edilən şəxsə əmək haqqı ödəməyə borcludur.
2. Əgər şəraitə görə hərəkətin yerinə yetirilməsi yalnız əmək haqqı ilə gözlənilirsə, əmək haqqı sözsüz razılaşdırılmış sayılacaq.
3. Əgər əmək haqqının məbləği müəyyən edilməmişdirsə, o zaman hər hansı nisbət (stavka) mövcud olduqda - nisbətli (stavkalı) əmək haqqı razılaşdırılmış hesab olunur, nisbət (stavka) mövcud olduğundakı kimi – adi əmək haqqı.
Maddə 711. Tapşırığı üçüncü şəxsə etibar etmək
1. Etibar edilən şəxs tapşırığı şəxsən yerinə yetirməlidir, o hal istisna olmaqla – nə vaxt ki, üçüncü şəxsə etibar etməsinə dair ona icazə veriblər və yaxud yaranmış hallara görə belə davranmağa məcburdur. Köməkçi şəxslərin qoşulmasına yol verilir.
2. Tapşırığın üçüncü şəxsə etibar edilməsinə icazə verildiyi halda, etibar edilən şəxs yalnız o təqsirə görə məsuliyyət daşıyır, hansı ki başqasına etibar edərkən və bu şəxsi seçərkən onun üzündən baş verib.
Maddə 712. Etibar edən şəxsin göstərişindən kənara çıxmaq (sapmaq)
1. Etibar edilən şəxs etibar edən şəxsin göstərişlərini yerinə yetirməyə borcludur.
2. Etibar edilən şəxs etibar edən şəxsin göstərişlərindən kənara çıxa (sapa) bilər - əgər, hallardan qaynaqlanaraq, o, etibar edən şəxsin işin vəziyyətini bildiyi halda bu cür kənara çıxmanı (sapmanı) bəyənəcəyini (təsdiqləyəcəyini) güman edirsə. Etibar edilən şəxs göstərişlərdən kənara çıxmazdan (sapmazdan) əvvəl etibar edən şəxsə məlumat verməyə və onun qərarını gözləməyə borcludur - əgər gecikmə etibar edən şəxsə ziyan vurmaq təhlükəsi yaratmayacaqsa.
3. Etibar edilən şəxs tərəfindən göstərişlərin yerinə yetirilməsi etibar edən şəxsə əhəmiyyətli ziyan vura bilərsə, o, göstərişləri yalnız o zaman yerinə yetirə biləcək – nə vaxt ki, etibar edən şəxsə ziyan barədə məlumat verir, bu sonuncu isə öz göstərişini dəyişmir.
Maddə 713. Məlumat vermək öhdəliyi
1. Etibar edilən şəxs etibar edən şəxsə zəruri məlumatları verməyə borcludur, onun tələbi əsasında isə – tapşırığın yerinə yetirilməsinin gedişi barədə məlumatları çatdırmağa, yerinə yetirildikdən sonra isə ona hesabat verməyə borcludur.
2. Bu maddənin birinci hissəsinə əsasən etibar edilən şəxsin öhdəliklərinin (vəzifələrinin) gələcəkdə məhdudlaşdırılacağı və ya istisna ediləcəyi razılaşma yazılı formada tərtib edilməlidir.
Maddə 714. Sirr saxlamaq öhdəliyi
1. Etibar edilən şəxs öz fəaliyyəti çərçivəsində ona məlum olmuş faktları açıqlamamağa borcludur, hansıları ki sirr kimi saxlamaqda etibar edən şəxsin qanuni olaraq marağı var - əgər qanunun əsasında onun sirri açıqlamaq öhdəliyi yoxdursa və ya etibar edən şəxs etibar edilən şəxsə onu açıqlamağa icazə vermirsə.
2. Faktları açıqlamamaq öhdəliyi müqavilə münasibətləri sona çatdıqdan sonra da mövcuddur.
Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1902 – SSM I, №4, 22.01.2003-cü il., maddə.20
Maddə 715. Tapşırığı yerinə yetirmək üçün təhvil verilənləri geri qaytarmaq öhdəliyi
1. Etibar edilən şəxs etibar edilmiş hərəkəti yerinə yetirmək üçün aldığı və bunun üçün istifadə etmədiyi hər şeyi, habelə etibar edilmiş hərəkəti yerinə yetirməklə əlaqədar əldə etdiklərini - etibar edən şəxsə qaytarmağa borcludur.
2. Etibar edilən şəxs etibar edən şəxsə qaytarmalı olduğu və ya onun xeyrinə istifadə etməli olduğu pulu özü üçün istifadə edirsə, etibar edilən şəxs pulu faizlə birlikdə qaytarmağa borcludur.
Maddə 716. Etibar edən şəxsin əmlakının prezumpsiyası
Etibar edilən şəxsin tapşırılmış hərəkəti yerinə yetirməsi zamanı etibar edən şəxsin xərci ilə və öz adı ilə əldə etdiyi və ya tapşırılmış hərəkəti yerinə yetirməsi üçün etibar edən şəxsin ona verdiyi əmlak - etibar edilən şəxsin kreditorlarla münasibətində - etibar edən şəxsin əmlakı sayılır.
Maddə 717. Xərclərin əvəzini ödəmək öhdəliyi
1. Etibar edən şəxs etibar etdiyi şəxsə etibar edilmiş hərəkəti yerinə yetirmək üçün çəkdiyi zəruri xərcləri ödəməlidir.
2. Xərclər maaşla qarşılanacaqsa (əmək haqqı ilə ödəniləcəksə), bu maddənin birinci hissəsinə əsasən tələb yoxdur.
3. Etibar edilən şəxs, əvəzinin ona ödənilməli olduğu xərclər üçün, etibar edən şəxsdən avans tələb edə bilər.
Maddə 718. Təqsirsiz (günahsız) vurulmuş (dəymiş) zərərin ödənilməsi
1. Etibar edən şəxs onun təqsiri olmadan vurulmuş (dəymiş) zərəri də ödəməyə borcludur, hansı ki tapşırılmış hərəkəti yerinə yetirərkən etibar edilən şəxsə yaranmışdır, - əgər zərər tapşırılmış hərəkətin yerinə yetirilməsi ilə əlaqədar əhəmiyyətli təhlükə nəticəsində, etibar edən şəxsin göstərişinə görə baş vermişsə.
2. Əgər dəymiş zərər maaşla (əmək haqqı ilə) ödənilməlidirsə və ya zərər etibar edilən şəxsin hərəkəti ilə vurulmuşdursa, birinci hissəyə əsasən tələb yoxdur. Əgər zərərin maaşla (əmək haqqı ilə) ödənilməsi mübahisələndirilərsə (davalı olarsa), o zaman sübut etmə öhdəliyi etibar edilən şəxsin üzərinə düşür.
Maddə 719. Təqsirli (günahkar) hərəkət nəticəsində yaranmış zərərin ödənilməsi
Əgər etibar edilən şəxs ona tapşırılmış hərəkətləri təmənnasız (pulsuz) yerinə yetirirsə, o, yalnız qəsdən və ya kobud ehtiyatsızlıq nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıyır.
Maddə 720. Tapşırıq müqaviləsinə xitam verilməsi
1. Tərəflər istənilən vaxt tapşırıq müqaviləsinə xitam verə bilərlər. Bu hüquqdan imtina etmək barədə razılaşma batildir.
2. Əgər etibar edən şəxs öz maraqlarını başqa cür təmin etmək imkanından məhrum olduqda, müqaviləyə etibar edilən şəxs tərəfindən xitam verilmişdirsə, etibar edilən şəxs müqaviləyə xitam verilməsi nəticəsində vurulmuş zərəri ödəməlidir, o hallar istisna olmaqla – nə vaxt ki, etibar edilən şəxsin bunun üçün mühüm əsası (səbəbi) var idi.
3. Müqaviləyə etibar edən şəxs tərəfindən xitam verilirsə, o zaman o, etibar edilmiş hərəkəti yerinə yetirərkən etibar edilən şəxsin çəkdiyi bütün zəruri xərcləri ona ödəməyə borcludur, müqavilə təmənnalı olduqda isə – yerinə yetirilmiş işin həcmində əmək haqqı ödəməyə borcludur.
Maddə 721. Etibar edən şəxsin ölümünün və ya dəstək alan şəxs kimi tanınmasının nəticələri
1. Əgər başqa cür razılaşdırılmayıbsa və ya etibarnamənin məzmunundan başqa bir şey qaynaqlanmırsa, müqaviləyə etibar edən şəxsin ölümünə və ya dəstək alan şəxs kimi tanınmasına görə xitam verilmir.
2. Etibar edən şəxsin ölümünə və ya dəstək alan şəxs kimi tanınmasına görə müqaviləyə xitam verildikdə, etibar edən şəxsin varisi (vərəsəsi) tərəfindən və ya etibar edən şəxsin qanuni nümayəndəsi/dəstək alan şəxs tərəfindən lazımi tədbirlər görülənə qədər, əgər gecikmə etibar edən şəxsə və ya onun varisinə (vərəsəsinə) zərər vura bilərsə, etibar edilən şəxs tapşırılmış hərəkəti yerinə yetirməyə davam etməyə borcludur; bundan əlavə, müqavilə münasibəti davam etdirilmiş sayılır.
3. Əgər müqaviləyə etibar edən şəxsin ölümünə və ya dəstək alan şəxs kimi tanınmasına görə xitam verilirsə, müqaviləyə xitam verilməsinin əsasları ona bildirilənə qədər, etibar edilən şəxs üçün o, davam etdirilmiş sayılır.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 722. Etibar edilən şəxsin ölümünün nəticələri
1. Əgər başqa cür razılaşdırılmayıbsa və ya etibarnamənin məzmunundan başqa bir şey qaynaqlanmırsa, etibar edilən şəxs öldükdə, müqaviləyə xitam verilir.
2. Etibar edilən şəxs öldükdə, onun vərəsələri (varisləri) etibar edən şəxsə bu barədə məlumat verməyə və etibar edən şəxsin maraqlarını qorumaq üçün zəruri tədbirlər görməyə borcludurlar.
Maddə 723. Komissiya müqaviləsi
Komissiya müqaviləsinə “Sahibkarlar haqqında” Qanun tətbiq edilir.
On dördüncü fəsil
Mülkiyyətin etibar edilməsi
Maddə 724. Anlayışı (konsepsiyası)
Mülkiyyətin etibar edilməsi müqaviləsinə əsasən, mülkiyyəti etibar edən şəxs əmlakı etibar edilən mülkiyyətçiyə verir, hansı ki onu (əmlakı) mülkiyyəti etibar edən şəxsin maraqlarına uyğun olaraq qəbul edir və idarə edir.
Maddə 725. Etibar edilən mülkiyyətçinin hüquq və vəzifələri
1. Etibar edilən mülkiyyətçi etibar edilmiş mülkiyyəti öz adı ilə, lakin mülkiyyəti etibar edən şəxsin riski və xərci ilə idarə etməyə borcludur.
2. Etibar edilən mülkiyyətçi üçüncü şəxslərlə münasibətdə mülkiyyətçinin səlahiyyətindən istifadə edir. Əgər etibar edilən mülkiyyətçi, mülkiyyəti etibar edən şəxsin maraqlarına zidd olaraq, onun öz işlərinə göstərməli olduğu qayğını göstərmirsə, o, bu hərəkəti nəticəsində dəymiş zərəri ödəməyə borcludur.
Maddə 726. Mülkiyyətin etibar edilməsi xərclərinin ödənilməsi
1. Tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, etibar edilən mülkiyyətçi etibar edilmiş mülkiyyətlə bağlı fəaliyyətə görə, mülkiyyəti etibar edən şəxsdən əmək haqqı almır.
2. Etibar edilmiş mülkiyyətlə bağlı bütün xərclər mülkiyyəti etibar edən şəxsin üzərinə düşür.
3. Əmlakın meyvəsi (məhsulu) mülkiyyəti etibar edən şəxsə qalır.
Maddə 727. Mülkiyyətin etibar edilməsi müqaviləsinin forması
Mülkiyyətin etibar edilməsi müqaviləsi yazılı formada bağlanılır.
Maddə 728. Etibar edilən mülkiyyətçinin məsuliyyəti
Üçüncü şəxslərlə münasibətdə etibar edilən mülkiyyətçi məsuliyyət daşıyır.
Maddə 729. Tapşırıq müqaviləsi qaydalarının tətbiqi
Mülkiyyətin etibar edilməsinə tapşırıq müqaviləsinin müvafiq qaydaları tətbiq edilir.
On beşinci fəsil
Nəqliyyat ekspedisiyası
Maddə 730. Anlayışı (konsepsiyası)
1. Ekspedisiya müqaviləsinə əsasən, ekspeditor yükün daşınması ilə bağlı hərəkətləri öz adı ilə və sifarişi edənin xərci ilə həyata keçirməyi öz üzərinə götürür. Sifarişi edən isə razılaşdırılmış proviziyanı ödəməyə borcludur.
2. Bu fəsildən başqa hal qaynaqlanmırsa, tapşırıq qaydaları müvafiq olaraq ekspedisiyaya tətbiq edilir.
Maddə 731. Ekspeditordan vicdanlılıq (yaxşı niyyət) tələbi
Ekspeditor yükü vicdanlı ekspeditorun qayğısı (diqqəti) ilə göndərməli, daşımaqda iştirak edən şəxsləri seçməlidir; bundan əlavə, o, göndərənin maraqlarını qorumalı və onun göstərişlərini yerinə yetirməlidir.
Maddə 732. Sifarişi edənin öhdəlikləri
1. Sifarişi edən - ekspeditorun tələbi ilə ona yük haqqında müvafiq məlumatları vaxtında verməlidir, həmçinin daşımaq sənədlərinin imzalanması üçün zəruri göstərişləri verməlidir, gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün və digər hərəkətləri yerinə yetirmək üçün, zəruri hallarda idxal rüsumunu ödəmək üçün lazım olan məlumatları təqdim etməlidir. Bundan əlavə, sifarişi edən - qeyd olunan məlumatların düzgünlüyünü təsdiqləmək üçün lazımi sənədləri ekspeditora təhvil verməlidir.
2. Təhlükəli yük olduqda, sifarişi edən, təhlükənin dəqiq növü barədə ekspeditoru xəbərdar etməli və lazım gəldikdə ona təhlükəsizlik tədbirlərini göstərməlidir.
3. Təhlükəliliyi ekspeditor tərəfindən bilinməyən yük, istənilən vaxt və istənilən yerdə zərərin ödənilməsi öhdəliyi qoyulmadan boşaldıla, məhv edilə və ya zərərsizləşdirilə bilər.
4. Sifarişi edən, əgər bunu yükün növü tələb edirsə, yükü daşımaq tələblərinə uyğun qablaşdırmağa borcludur.
5. Əgər yükün identifikasiyası üçün fərqləndirici nişanlar zəruridirsə, o zaman onlar elə yerləşdirilməlidir ki, yükün çatdırılmasından əvvəl aydın görünsün.
6. Bu maddənin əvvəlki hissələrində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ekspeditora dəyəcək zərərə görə, sifarişi edən məsuliyyət daşıyır, o hallar istisna olmaqla - nə vaxt ki, bu maddənin 3-cü və 4-cü hissələrinə əsasən, ekspeditor qablaşdırmanın və ya fərqləndirici nişanın olmaması və ya qüsuru barədə qeyd etməmişdir (irad bildirməmişdir), halbuki bu aşkar idi və ya yükü qəbul edərkən onun bu barədə məlumatı var idi.
Gürcüstanın 12 noyabr 2010-cu il tarixli qanunu №3806 - SSM I, №66,03.12.2010-cu il., maddə.414
Gürcüstanın 27 mart 2012-ci il tarixli qanunu №5964 – veb-səhifə, 12.04.2012-ci il.
Gürcüstanın 28 iyun 2019-cu il tarixli qanunu №4925 – veb-səhifə, 04.07.2019-cu il.
Maddə 733. Yükün ayrı-ayrılıqda (ədəd olaraq) yoxlanılması
Sifarişi edən, xüsusi əmək haqqı ödəməklə yükü qəbul edərkən, ekspeditordan onu ayrı-ayrılıqda (ədəd olaraq) yoxlamağı tələb edə bilər.
Maddə 734. Yükü sığortalamaq öhdəliyi
Ekspeditor yalnız bu barədə sifarişi edəndən göstəriş aldıqda, yükü sığortalamağa borcludur. Xüsusi göstəriş olmadıqda, ekspeditor yükü yalnız adi şərtlərlə sığortalamağa borcludur.
Maddə 735. Ekspedisiyanın sığortası müqaviləsi
Sifarişi edən yazılı olaraq açıq-aydın imtina (etiraz) etmədikdə, sifarişin icrası zamanı ekspeditorun hərəkəti ilə sifarişi edənə dəyə biləcək zərəri ekspeditor sifarişi edənin xərci ilə sığortalamağa borcludur. Ekspeditor, ekspedisiyanın sığortası müqaviləsini bağladığı - sifarişi edən şəxsə məlumat verməlidir.
Maddə 736. Zərər barədə vaxtında məlumat vermək (bildiriş etmək) öhdəliyi
735-ci maddəyə uyğun olaraq bağlanmış sığorta müqaviləsinin əsasında, sifarişi edən şəxs zərərin vaxtında xəbər edilməsinə (bildirilməsinə) diqqət yetirməlidir. Zərər haqqında bildiriş ekspeditora göndərildikdə, o, sığortaçıya və ya sığortaçılara dərhal bildiriş göndərməyə borcludur.
Maddə 737. Yükün qəbul edilməməsinin nəticələri
Əgər qəbul edən yükü təyinat yerində təhvil almırsa və ya başqa səbəblərə görə yükü qəbul etmək mümkün deyilsə, o zaman ekspeditorun hüquq və vəzifələri daşımaq müqaviləsinin qaydaları ilə müəyyən edilir.
Maddə 738. Yükün qəbulu zamanı onun vəziyyətinin yoxlanılmasının mümkünsüzlüyü
Yükün vəziyyətini tərəflərin iştirakı ilə yoxlamaq mümkün olmadıqda, əksi sübut olunana qədər, yükün qəbulu - yükün itkisiz və zədələnmədən qəbul edildiyinin təsdiqi sayılacaq, o hal istisna olmaqla - əgər yükü qəbul edən şəxs yükü təhvil verən şəxsə zərərin ümumi xarakterini göstərərsə. Əgər söhbət aşkar itkidən və ya zədələnmədən gedirsə, bu barədə yükün qəbulundan dərhal sonra göstərilməlidir, əgər söhbət belə itkidən və ya zədələnmədən getmirsə – yükü qəbul etdikdən sonra üç gündən gec olmayaraq.
Maddə 739. Öz gücləri ilə yükü daşımaq hüququ
1. Əgər başqa razılaşma yoxdursa, ekspeditor yükü öz gücləri ilə daşımaq hüququna malikdir. Bu hüququn həyata keçirilməsi sifarişi edən şəxsin hüquq və maraqlarına zidd olmamalıdır.
2. Əgər ekspeditor bu hüquqdan istifadə edirsə, o zaman o, eyni zamanda yükü daşıyıcının hüquq və vəzifələrinə də malikdir.
Maddə 740. Ekspeditorun məsuliyyəti
Ekspeditor, ekspedisiya müqaviləsindən irəli gələn öhdəliklərə görə, adətən, o zaman məsuliyyət daşıyır - əgər onun və ya köməkçisinin hər hansı günahı (təqsiri) varsa.
Maddə 741. Üçüncü tərəfin vurduğu zərər
Əgər zərər müqavilədə iştirak edən üçüncü şəxs tərəfindən vurulmuşdursa, o zaman sifarişi edən şəxsin tələbi ilə ekspeditor üçüncü şəxsə qarşı tələbini sifarişi edən şəxsə ötürməyə borcludur, o hal istisna olmaqla – nə vaxt ki, ekspeditor xüsusi razılaşma əsasında tələbdən istifadəni sifarişi edən şəxsin xərci və riski ilə öz üzərinə götürür.
Maddə 742. Ekspeditorun təqsirli hərəkəti nəticəsində dəymiş zərərin ödənilməsi
1. Ekspeditor - onun məsuliyyətini istisna edən və ya məhdudlaşdıran və ya sübut etmə yükünü başqa yerə keçirən qaydalara əsaslana (söykənə) bilməz - əgər o, zərəri qəsdən və ya kobud ehtiyatsızlıqla vurmuşsa.
2. Eyni qayda köməkçinin müqavilədən kənar məsuliyyətinə də şamil olunur - əgər o, bu maddənin birinci hissəsinə uyğun olaraq təqsirləndirilibsə.
Maddə 743. Proviziyanın ödənilməsi qaydası
Ekspeditor yükü nəqliyyat təşkilatına təhvil verdikdən sonra proviziya ödənilməlidir.
On altıncı fəsil
Vasitəçilik
I. Ümumi müddəalar
Maddə 744. Anlayışı (konsepsiyası)
Müqavilə bağlamaq üçün başqasına vasitəçilik haqqı vəd edən şəxs bu haqqı yalnız bu vasitəçilik nəticəsində müqavilə bağlandıqda ödəməyə borcludur. Müqavilə təxirə salınma şərti ilə bağlanarsa, əmək haqqı yalnız bu şərt baş verdikdən sonra tələb oluna bilər. Əgər əmək haqqının məbləği müəyyən edilməmişdirsə, adətən, qüvvədə olan əmək haqqı razılaşdırılmış sayılır. Sifarişi edən şəxsin zərərinə bu maddənin birinci və 2-ci cümlələrindən fərqli şəkildə bağlanmış razılaşma batildir.
Maddə 745. Maklerin (dəllalın) göstərdiyi xidmət üçün ödəniş
1. Müqavilədə nəzərdə tutulmuş makler (dəllal) tərəfindən göstərilən, vasitəçilik fəaliyyətinə daxil olmayan xidmətə görə əmək haqqı, müqavilənin bağlanıb-bağlanmamasından asılı olmayaraq, razılaşdırıla bilər.
2. 744-cü maddəyə görə, makler (dəllal) avans vəd edə və ya onu qəbul edə bilməz.
3. Maklerə xərclər yalnız razılaşdırıldığı halda ödəniləcək. Bu qayda hətta müqavilə bağlana bilməyəndə də tətbiq edilir. Vasitəçilik müqaviləsinin həyata keçirilməsi üçün lazım olmayan xərclərin ödənilməsini nəzərdə tutan razılaşma batildir.
Maddə 746. Eksklüziv tapşırıq
1. Əgər sifarişi edən şəxs müəyyən edilmiş vaxt ərzində başqa maklerdən istifadə etməkdən imtina etməlidirsə (eksklüziv tapşırıq), o zaman makler bu vaxt ərzində müqavilənin bağlanmasına kömək etməyə borcludur. Əgər sifarişi edən şəxs birinci cümlədə qeyd olunan öhdəliyə zidd hərəkət edirsə, o zaman makler – əgər müqavilə başqa bir maklerdən istifadə edilərək bağlanmışdırsa – zərərin ödənilməsini tələb edə bilər. Müqavilədə zərərin mövcudluğunun sübuta yetirilməsindən asılı olaraq zərərin ödənilməsinin vahid məbləği nəzərdə tutula bilər. Əgər müqavilə alqı-satqı müqaviləsinin bağlanmasında vasitəçiliyə yönəlmişdisə, bu məbləğ müqavilə qiymətinin iki faizindən çox olmamalıdır.
2. Sifarişi edən şəxs maklerdən istifadə etmədən də üçüncü şəxslə müqavilə bağlamaq hüququna malikdir. Eyni zamanda, razılaşmaq olar ki, sifarişi edən şəxs hətta maklerdən istifadə etmədən müqavilə bağladıqda belə, müvafiq əmək haqqı ödəməyə borcludur. Əgər müqavilə alqı-satqı müqaviləsinin bağlanmasında vasitəçiliyə yönəlmişdisə, əmək haqqı müqavilə qiymətinin iki faizindən çox olmamalıdır.
3. Sifarişi edən şəxsin zərərinə bu qaydalardan fərqli olaraq bağlanmış razılaşma batildir.
4. Eksklüziv tapşırıq haqqında razılaşma yazılı formada olmalıdır.
Maddə 747. Vasitəçilik müqaviləsinin ləğvi
1. Əgər müqavilənin müddəti müəyyən edilməmişdirsə, vasitəçilik müqaviləsi hər hansı müddətə riayət olunmadan istənilən vaxt ləğv edilə bilər.
2. Eksklüziv tapşırıq yalnız əhəmiyyətli əsaslarla ləğv edilə bilər. Altı ay keçdikdən sonra o, istənilən vaxt ləğv edilə bilər.
3. Müqaviləni ləğv etmək hüququ hətta altı aydan çox vaxt keçsə də yolverilməz hesab edilə bilər -əgər bunu vasitəçiliklə bağlanacaq müqavilənin növünün və predmetinin xüsusiyyətləri tələb edirsə.
Maddə 748. Maklerə əmək haqqının verilməsinin yolverilməzliyi
1. Üçüncü şəxslə bağlanmış müqavilədə maklerə məxsus olan predmetdən söhbət gedirsə, maklerə əmək haqqı verilməsinə və ya xərclərin ödənilməsinə yol verilmir; eyni qayda, xüsusi hallara görə, maklerin sifarişi edən şəxsin (müştərinin) maraqlarını həyata keçirməsinə mane olacaq təhlükə yarandıqda da istifadə olunur. Bunlar aşağıdakı hallardır:
a) makler (dəllal) üçüncü şəxsin hüquqi və iqtisadi cəhətdən iştirak etdiyi hüquqi şəxsdir və ya cəmiyyətdir;
b) üçüncü şəxs maklerin hüquqi və iqtisadi cəhətdən iştirak etdiyi hüquqi şəxsdir və ya cəmiyyətdir;
q) makler üçüncü şəxslə xidmət və ya əmək münasibətindədir;
d) makler üçüncü şəxsin həyat yoldaşıdır.
2. Makler üçüncü şəxslə müqavilə bağlamazdan əvvəl bu hallar barədə sifarişi edən şəxsə (müştəriyə) məlumat verdikdə, əmək haqqını almaq və ya xərclərin əvəzini ödəmək hüququna malikdir.
3. Makler - üçüncü şəxsin xeyrinə, müqavilənin məzmununa zidd hərəkət etdikdə - əmək haqqını almaq və ya xərclərin əvəzini ödəmək hüququnu itirir.
4. Bu maddənin birinci və 2-ci hissələrində nəzərdə tutulmuş qaydalara zidd olan razılaşma batildir.
II. Mənzil (bina) kirayəsi zamanı vasitəçilik
Maddə 749. Mənzil makleri
1. Şəxsin (mənzil maklerinin) mənzil kirayəsi müqaviləsinin bağlanmasında vasitəçiliyi öhdəsinə götürdüyü müqaviləyə, əgər mənzil kirayəsi vasitəçiliyindən başqa bir şey irəli gəlmirsə, ümumi vasitəçilik qaydaları tətbiq edilir.
2. Mənzil kirayəsi vasitəçiliyi normaları o müqavilələrə tətbiq edilmir, hansıların ki predmeti turizm və işgüzar səfərlər zamanı mənzil vasitəçiliyidir.
Maddə 750. Əmək haqqının alınmasının yolverilməzliyi
1. Mənzil maklerinin əmək haqqı almaq və ya xərclərin (məsrəflərin) ödənilməsi tələbinə aşağıdakı hallarda yol verilmir:
a) kirayə müqaviləsinə əsasən, artıq mövcud olan kirayə münasibəti eyni mənzil üçün davam edir və ya başqa cür dəyişdiriləcək;
b) mənzil maklerinin idarə etdiyi mənzil sahəsi üçün kirayə müqaviləsi bağlanılır.
2. Sifarişi edən şəxsin zərərinə bağlanmış razılaşma batildir.
III. Borc (kredit) verilərkən vasitəçilik
Maddə 751. Borc (kredit) makleri
Şəxsin (borc maklerinin) başqa şəxs üçün borc (kredit) müqaviləsinin bağlanmasında vasitəçiliyi öhdəsinə götürdüyü müqaviləyə, əgər 752-ci və 753-cü maddələrdən xüsusi qaydalar irəli gəlmirsə, ümumi vasitəçilik qaydaları tətbiq edilir.
Maddə 752. Müqavilənin forması
1. Müqavilə yazılı şəkildə bağlanmalıdır.
2. Borc maklerinin əmək haqqının məbləği borcdan (kreditdən) müəyyən edilmiş faiz göstərilməklə müqavilədə qeyd edilməlidir; bundan əlavə, müqavilədə qeyd edilməlidir: kreditin məbləği, müddəti, faizi, ödəmə vaxtı, ödəmə kursu (məzənnəsi), faiz müddətinin uzunluğu, əlavə xərclər, sifarişi edən şəxs tərəfindən ödənilməli olan bütöv (toplam) məbləğ, borcu (krediti) verənin adı və ünvanı. Bu qaydalar tətbiq edilmir – nə vaxt ki, sifariş ipoteka ilə təmin edilmiş kreditə və ya torpaq sahəsinin alınması üçün verilən kreditə aiddir, hansından ki sifarişi edən şəxs öz müstəqil peşəkar və ya sahibkarlıq və yaxud şöbə və ya xidmət (iş) fəaliyyəti üçün istifadə etməlidir.
3. Müqavilənin mətni kreditin verilməsinə dair müraciətlə bağlı olmamalıdır. Kredit makleri müqavilənin surətini sifarişi edən şəxsə (müştəriyə) verməlidir.
Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284
Maddə 753. Əmək haqqını ödəmək öhdəliyi
1. Sifarişi edən şəxs yalnız vasitəçilik nəticəsində kredit götürdüyü halda əmək haqqı ödəməyə borcludur. Sifarişi edən şəxsin maraqlarına zidd bağlanmış razılaşma batildir.
2. Kredit makleri, kredit götürmək vasitəçiliyi ilə bağlı hərəkətə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulandan əlavə, başqa əmək haqqı tələb edə bilməz.
Maddə 754. Ticarət makleri
“Sahibkarlar haqqında” Qanun ticarət maklerinə tətbiq edilir.
On yeddinci fəsil
Mükafatı ictimaiyyətə (açıqca) vəd etmək. Müsabiqə
Maddə 755. Anlayışı (konsepsiyası)
O kəs ki, ictimai vədlə müəyyən bir hərəkətin yerinə yetirilməsinə, xüsusən də, bu və ya digər nəticəyə nail olunmasına görə mükafat təyin edir, hərəkəti yerinə yetirmiş şəxsə mükafatı ödəməyə borcludur. Şəxs, mükafat vədinə görə hərəkət etməsə belə, mükafatı almaq hüququna malikdir.
Maddə 756. İctimai mükafat vədini ləğv etmək
1. Mükafat barədə ictimaiyyətə verilən vəd elan edilən hərəkət yerinə yetirilməzdən əvvəl ləğv edilə bilər. Mükafat barədə ictimaiyyətə verilən vədin ləğvi o halda həqiqidir - əgər o, mükafat barədə vədin ictimaiyyətə təqdim edilməsi ilə eyni vasitələrlə və ya xüsusi bildirişlə elan ediləcəksə (məlum olacaqsa).
2. Mükafat barədə ictimai (açıq) vəddə onu ləğv etməkdən imtina haqqında göstəriş ola bilər; şübhə yarandıqda, müəyyən edilmiş müddətə qədər hərəkət həyata keçirilmədikdə, vədin ləğv edildiyi güman edilir.
Maddə 757. Hərəkətin bir neçə şəxs tərəfindən yerinə yetirilməsi
1. Əgər mükafat müəyyən edilən hərəkəti bir neçə şəxs yerinə yetiribsə, bu hərəkəti ilk (birinci) yerinə yetirmiş şəxs mükafatlandırılacaq.
2. Əgər hərəkəti eyni vaxtda bir neçə şəxs yerinə yetiribsə, hər bir icraçı bərabər şəkildə mükafatlandırılacaq. Əgər mükafat öz xüsusiyyətlərinə görə bölünə bilməzsə və ya ictimai vədin məzmununa görə - yalnız biri onu almalıdırsa, o zaman mükafatın verilməsi məsələsi püşkatma yolu ilə həll ediləcəkdir.
Maddə 758. Mükafatın (prizin) təsis edilməsi
1. İctimai bəyanatda müəyyən edilmiş işin ən yaxşı icrasına görə mükafat (priz) təyin edən şəxs onu işin ən yaxşı icraçısına verməyə borcludur.
2. Müsabiqənin elan edilməsi yalnız işin yerinə yetirilməsi üçün müəyyən müddəti nəzərdə tutduğu halda qüvvəyə malikdir.
Maddə 759. Müsabiqə şərtlərinə dəyişikliklər daxil edilməsinin yolverilməzliyi
Müsabiqə şərtlərində müsabiqənin iştirakçılarına zərər verəcək dəyişikliklərin edilməsinə yol verilmir.
Maddə 760. Müsabiqənin qalibi olmaq barədə qərar qəbul etmək
Müəyyən edilmiş müddətdə təqdim edilmiş işin müsabiqə şərtlərinə uyğun olub-olmaması və ya bir neçə işdən hansının daha yaxşı olması barədə qərarı müsabiqə elanında göstərilən şəxs qəbul edir, əgər belə bir şey qeyd olunmayıbsa, – müsabiqəni elan edən.
Maddə 761. Müsabiqədə bir neçə şəxsin qələbəsi
Mükafat (priz) təyin edilən işi bir neçə şəxs yerinə yetiribsə, onlara mükafatın ictimai vəd edilməsi üçün nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq edilir.
Maddə 762. Müsabiqəyə təqdim olunmuş əsərlərin geri qaytarılması qaydası
Müsabiqəni elan edən, əgər müsabiqə ərizəsində başqa hal müəyyən edilməyibsə, müsabiqəyə təqdim olunmuş əsərləri müsabiqənin iştirakçılarına qaytarmağa borcludur.
On səkkizinci fəsil
Əmanət (saxlamaq üçün təhvil vermək)
Maddə 763. Anlayışı (konsepsiyası)
Əmanət müqaviləsinə əsasən, saxlayıcı təhvil verənin ona verdiyi daşınar əşyanı saxlamağı öhdəsinə götürür.
Maddə 764. Saxlama haqqı (ödənişi)
1. Razılaşmada başqa hal nəzərdə tutulmayıbsa, saxlama təmənnasızdır. Əgər saxlayıcı saxlamanı sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirirsə, o zaman haqq (ödəniş) sükutla (susmaqla) da razılaşdırılmış sayılacaq.
2. Əgər haqqın (ödənişin) məbləği müəyyən edilməmişdirsə, tariflər mövcud olduqda tarif dərəcəsi razılaşdırılmış hesab olunur, tariflər mövcud olmadıqda isə – adi haqq (adi ödəniş).
Maddə 765. Təmənnasız saxlama zamanı saxlayıcının vəzifəsi
Əgər saxlama təmənnasızdırsa, saxlayıcı - əşyanı öz əşyasını saxladığı kimi eyni vicdanla (yaxşı niyyətlə) saxlamağa borcludur.
Maddə 766. Əşyanın üçüncü şəxsə verilməsinin yolverilməzliyi
1. Saxlayıcı, əmanət edənin (təhvil verənin) razılığı olmadan, əşyanı saxlamaq üçün üçüncü şəxsə vermək hüququna malik deyil.
2. Əgər üçüncü şəxsə əşyanın saxlamaq üçün verilməsi razılıqla baş veribsə, o zaman əmanətçi yalnız o təqsirə görə məsuliyyət daşıyır, hansı ki üçüncü şəxsi və ya saxlama yerini seçərkən onun üzündən baş vermişdir.
Maddə 767. Əmanət edilmiş əşyadan istifadənin yolverilməzliyi
Əmanətçinin, ona təhvil verilmiş əşyadan, əgər əşyanın saxlanması üçün ondan istifadə etmək zərurəti yaranmazsa, əmanət edənin razılığı olmadan istifadə etmək hüququ yoxdur.
Maddə 768. Əşyanın saxlanma qaydasının dəyişdirilməsi
Zəruri hallarda, əmanətçi əşyanın saxlanma qaydasını dəyişdirmək hüququna malikdir. O, bu barədə əmanəti edənə (təhvil verənə) məlumat verməlidir. Əmanətçi, əmanəti edənə həm də əmanət edilmiş əşyaya dair üçüncü şəxslərin tələbləri barədə məlumat verməlidir.
Maddə 769. Əşyanın xassələrinə görə dəymiş zərərin ödənilməsi
Saxlamaq üçün təhvil verilmiş əşyanın xassələrinə görə dəymiş zərəri əmanəti edən (təhvil verən) əmanətçiyə ödəməlidir, o hal istisna olmaqla – nə vaxt ki, o, bu əşyanın təhlükəli xassələrini bilmirdi və bilə də bilməzdi.
Maddə 770. Əmanət edilmiş əşyanın geri qaytarılması müddəti
Saxlama müddəti müəyyən edilmiş olsa belə, əmanəti edən saxlamaq üçün təhvil verilmiş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
Maddə 771. Təhvil verilmiş əşyanı geri götürmək (geri aparmaq) vəzifəsi
1. Saxlama müddəti müəyyən edilməmişdirsə, əmanətçi istənilən vaxt əmanəti edəndən saxlamaq üçün təhvil verilmiş əşyanı geri aparmasını tələb edə bilər.
2. Əmanətçi bu hüququnu yalnız elə həyata keçirə bilər ki, əmanəti edən əşyanı başqa yolla saxlaya bilsin, o hal istisna olmaqla – nə vaxt ki, əmanət edilmiş əşyanı geri qaytarmaq üçün mühüm əsas var.
Maddə 772. Əmanət edilmiş əşyanın qaytarılma yeri
Əgər başqa yerdə qaytarılması barədə razılıq əldə olunmayıbsa, əşya müqavilədə göstərilən yerdə qaytarılmalıdır. Nəqliyyat (daşınma) xərclərini əmanəti edən ödəməlidir.
Maddə 773. Əmanət edilmiş əşyanın meyvəsini (məhsulunu) vermək öhdəliyi
1. Əmanətçi, əmanəti saxladığı müddət ərzində aldığı meyvəni (məhsulu), əmanəti edənə verməyə borcludur.
2. Əmanəti edən, əmanətçiyə əşyanın saxlanması üçün lazım olan zəruri xərcləri ödəməyə borcludur.
Maddə 774. Qəsdən və ya kobud ehtiyatsızlığa görə əmanətçinin məsuliyyəti
Əgər təhvil verilmiş əşyanın götürülməsi (aparılması) üçün müddət müəyyən edilibsə, bu müddət gəlib-çatdıqdan sonra əmanətçi yalnız qəsdən və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır.
Maddə 775. Haqq ödəmək öhdəliyi
Əgər əmanət etmək təmənnalıdırsa, müqaviləyə xitam verildikdə - əmanəti edən əmanətçiyə razılaşdırılmış (vəd edilmiş) haqqı ödəməyə borcludur.
Maddə 776. Əmanət edilmiş əşyanı tutmaq (zəbt etmək) hüququ
Aid olan ödəniş alınana və saxlamaq üçün çəkilmiş xərclər ödənilənə qədər əmanətçi əmanət edilmiş əşyanı qaytarmaqdan imtina edə bilər.
Maddə 777. Ailə (soyad) əşyasını əmanət etmənin özəllikləri
Əgər ailə (soyad) əşyası (genetik əşya) elə əmanət edilibsə ki, mülkiyyət əmanətçiyə keçməlidir və əmanətçi eyni növdə, keyfiyyətdə və kəmiyyətdə olan əşyanı qaytarmağa borcludur, o zaman borc (kredit) müqaviləsinin müvafiq normalarından istifadə olunur.
Maddə 778. Otelə (mehmanxanaya) əmanət etmənin özəllikləri
Otel (mehmanxana), sanatoriya və istirahət evi qonağın yanında olan əmlakın itirilməsi, məhv olması və ya zədələnməsi nəticəsində ona dəymiş zərərə görə məsuliyyət daşıyır (cavabdehdir). Bu qayda - pul və qiymətli əşyalara, onların xüsusi olaraq təhvil verilmədiyi təqdirdə, tətbiq edilmir.
Maddə 779. Fors-majora (qarşısıalınmaz qüvvəyə) görə məsuliyyətdən azad edilmə
Zərərə fors-majorun təsiri, qonağın və ya onun yanındakı şəxsin və yaxud əşyanın özünün xassələri səbəb olarsa, məsuliyyət istisna olunur.
On doqquzuncu fəsil
Əmtəə (mal) anbarına (deposuna) əmanət etmək
Maddə 780. Anlayışı (konsepsiyası)
Əmtəə (mal) anbarına əmanət etmək müqaviləsinə, əgər bu fəsildə başqa hal nəzərdə tutulmayıbsa, əmanət müqaviləsinin müvafiq normaları tətbiq edilir.
Maddə 781. Saxlama öhdəliklərini vicdanla yerinə yetirmək öhdəliyi
Anbardar (anbardakı əmanətçi) malın əmanət edilməsi (təhvil verilməsi) öhdəliklərini vicdanlı təsərrüfatçının (nəzarətçinin) nəzakəti ilə yerinə yetirməlidir.
Maddə 782. Malın miqdarının (sayının) anbardar tərəfindən yoxlanılması
1. Anbardar, əgər bu fəslin qaydalarından başqa hal irəli gəlmirsə, malı qəbul edərkən onun miqdarını (sayını), ölçüsünü, çəkisini, növünü, keyfiyyətini və ya digər xassələrini yoxlamağa borclu deyil.
2. Saxlamaq üçün anbardara təhvil verilmiş malın təhvil verilərkən zədələnmiş və ya natamam olduğu aşkar edilərsə (ortaya çıxarsa) və bu da zahiri yoxlama (baxış) zamanı nəzərə çarpırsa, anbardar bu barədə əmanəti edənə dərhal məlumat verməyə borcludur; əgər o, bu vəzifəni yerinə yetirmirsə, o zaman dəymiş zərəri ödəməlidir.
Maddə 783. Əmanət edilmiş malı yoxlamaq (baxış keçirmək) hüququ
Anbardar, iş vaxtı ərzində, əmanəti edənə - təhvil verilmiş malı yoxlamağa (baxış keçirməyə), nümunələr götürməyə və ya zəruri hərəkətləri həyata keçirməyə icazə verməyə borcludur.
Maddə 784. Məlumat vermək (xəbərdarlıq etmək) öhdəliyi
Anbardar saxlamaq üçün təhvil verilmiş malı başqa anbara keçirdikdə və ya malın xassələrinin dəyişdiyini və yaxud dəyişmə təhlükəsinin olduğunu aşkar etdikdə, əmanəti edənə dərhal məlumat verməyə borcludur. O, bu barədə məlumatı anbar şəhadətnaməsinin ona məlum olan sonuncu sahibinə verməlidir. Bu öhdəliyi yerinə yetirmədikdə o, dəymiş zərəri ödəməyə borcludur.
Maddə 785. Zərəri ödəmək öhdəliyi
Saxlamaq üçün təhvil verilmiş malın itirilməsi və/və ya zədələnməsi nəticəsində dəymiş zərərə görə anbardar cavabdehdir, o hal istisna olmaqla – nə vaxt ki, hətta vicdanlı bir anbardar da bunun qarşısını ala bilməzdi.
Maddə 786. Ailə (soyad) əşyalarını saxlamağın özəllikləri
1. Ailə (soyad) əşyalarını saxlayarkən anbardar onları yalnız əmanət edənin bu barədə icazəsi olduqda eyni tipli və xassəli digər əşyalarla qarışdırmaq hüququna malikdir.
2. Əmanət edənlərin bu qarışdırma nəticəsində yaranmış mal üzərində ümumi mülkiyyət hüquqları var. Hər bir əmanət edənin payı onun təhvil verdiyi malın miqdarına uyğun olaraq müəyyən edilir.
3. Anbardar təhvil verilmiş malı digər əmanət edənlərin razılığı olmadan hər bir əmanət edənə onun payına uyğun olaraq qaytarmağa borcludur.
Maddə 787. Əmanət edilmiş malın satışı
Saxlamaq üçün təhvil verilmiş mal xarab olursa və ya dəyərsizləşəcək dərəcədə dəyişirsə və anbardarın bu barədə səlahiyyətli şəxsi xəbərdar etməyə vaxtı qalmadıqda və ya xəbərdar edə bilmədikdə, o, malı satmaq hüququna malikdir.
Maddə 788. Anbar şəhadətnaməsi
Malı qəbul edərkən anbardar anbar şəhadətnaməsini əmanəti edənə verməyə borcludur.
Maddə 789. Anbar şəhadətnaməsinin rekvizitləri
1. Anbar şəhadətnaməsində qeyd edilməlidir:
a) anbar şəhadətnaməsinin verilmə tarixi və qeydiyyat nömrəsi;
b) tərəflərin kimliyi və ünvanı;
q) saxlama yeri;
d) malın saxlanma qaydası;
e) saxlanılacaq malın təsviri (miqdarı, ölçüsü və ya çəkisi) və keyfiyyəti; malı qablaşdırarkən - qablaşdırmanın təsviri;
v) saxlama haqqının və digər zəruri xərclərin miqdarı;
z) saxlanılacaq mal sığortalanmalıdırsa, o zaman – sığorta məbləği;
t) müqavilənin qüvvədə olma müddəti;
i) anbardarın müvafiq möhürlə təsdiq edilmiş imzası.
2. Bu maddədə adı çəkilən şərtlər anbar şəhadətnaməsində tam əks olunmadıqda, bu - tərəfləri məsuliyyətdən azad etmir. Tərəflər anbar şəhadətnaməsinə digər şərtləri də daxil etmək hüququna malikdirlər.
Maddə 790. Varant
Anbar şəhadətnaməsinin sahibi girov şəhadətnaməsi vasitəsilə anbarda saxlamaq üçün təhvil verilmiş malı başqa öhdəliyi təmin etmək üçün elə girov qoya bilər ki, mal anbardan kənara çıxmasın (varant).
Maddə 791. Orderlik anbar şəhadətnaməsi
Əgər anbardar orderlik anbar şəhadətnaməsi verirsə, bu şəhadətnamə indossament vasitəsilə üçüncü şəxsə verilə bilər.
Maddə 792. Təsdiqlənmiş anbar şəhadətnaməsinə görə məsuliyyət
1. Əgər anbar şəhadətnaməsi indossament vasitəsilə verilmişdirsə, o zaman anbardar bu şəhadətnamənin sahibi qarşısında onda göstərilən şərtlərin düzgünlüyünə görə məsuliyyət daşıyır, o hal istisna olmaqla - əgər şəhadətnamədə bu məlumatların əmanəti edənin (təhvil verənin) və ya üçüncü şəxsin məlumatlarına əsaslandığı aydın şəkildə göstərilibsə.
2. Əgər anbardar (əmanətçi) məlumatların yanlış olduğunu bilirdisə, bu maddənin birinci hissəsində qeyd olunan göstərişi etsə belə, o, məsuliyyət daşıyır.
3. Qarışıq saxlama zamanı anbardarın (əmanətçinin) birinci hissədə qeyd olunan göstərişi etmək hüququ yoxdur.
Maddə 793. İndossamentin düzgünlüyü prezumpsiyası
1. Anbardar (əmanətçi), hansı ki orderlik anbar şəhadətnaməsini verib, saxlamaq üçün təhvil verilmiş malı qaytararkən yalnız anbar şəhadətnaməsinin qanuni sahibinə verməlidir.
2. Əgər girov anbarı şəhadətnaməsi verilmişdirsə, anbardar onun qaytarılmasını tələb etməlidir.
3. Anbardar indossamentin düzgünlüyünü yoxlamağa borclu deyil. Vermək anbar şəhadətnaməsində müvafiq yazı ilə təsdiq edilir.
Maddə 794. Anbar şəhadətnaməsinin itirilməsi
1. Anbar və ya girov şəhadətnaməsi itirildikdə və ya yox olduqda, onun qanuni sahibi məhkəməyə ərizə ilə müraciət edərək, itirilmiş sənədin batil hesab edilməsini və onun yerinə yeni şəhadətnamənin verilməsini tələb etmək hüququna malikdir. Məhkəmə ərizəyə xüsusi icraat qaydasında baxır.
2. Məhkəmənin qərarı əsasında anbardar anbar və ya girov şəhadətnaməsini yenidən verəcək.
Maddə 795. Təhvil verilmiş (əmanət edilmiş) malın girov qoyulması
1. Əmtəə (mal) anbarına saxlamaq üçün təhvil verilmiş malı girov qoymaq üçün mülkiyyətçi girov şəhadətnaməsinə xüsusi yazı (indossament) qoymalı və marağı olan şəxsə elə verməlidir.
2. İndossament əmanəti edənin, kreditorun kimliyini və öhdəliyin həcmini nəzərə almalıdır.
3. Girov şəhadətnaməsinin kreditora verilməsi barədə anbardara (əmanətçiyə) məlumat verilir, hansı ki müvafiq qeydi edəcək.
Maddə 796. Girov hüququnun anbar şəhadətnaməsinin yeni sahibinə ötürülməsi (keçməsi)
1. Saxlama xərclərinə görə anbardarın (əmanətçinin) mal üzərində girov qoymaq hüququ - mal onun sahibliyində olduğu müddətdə yaranır.
2. Əgər anbar şəhadətnaməsi indossament vasitəsilə verilibsə, o zaman girov hüququ anbar şəhadətnaməsinin yeni sahibinə qarşı mövcud olur.
Maddə 797. Təhvil verilmiş malı geri aparmaq tələbinin yolverilməzliyi
Anbardar razılaşdırılmış müddət keçənə qədər əmanəti edəndən təhvil verilmiş malı geri aparmağı tələb edə bilməz, əgər belə bir müddət müəyyən edilməmişdirsə, o zaman – təhvil verilmə tarixindən üç ay keçməmişdən əvvəl.
Maddə 798. Malı qəbul edərkən əlavə müddətin təyin edilməsi
1. Anbar şəhadətnaməsinin sahibi saxlama müddəti keçdikdən sonra malı anbardan aparmaqdan boyun qaçırırsa (yayınırsa), anbardar ona malı aparması üçün əlavə iki həftəlik müddət təyin etməlidir; şəhadətnamənin sahibi bu müddət ərzində də malı aparmadıqda, anbardar malı satmaq hüququna malikdir.
2. Malın satışı nəticəsində əldə edilmiş məbləğ, anbardara məxsus xərclər çıxılmaqla, anbar şəhadətnaməsinin sahibinə keçir (ötürülür).
İyirminci fəsil
Sığorta
I. Ümumi müddəalar
Maddə 799. Anlayışı (konsepsiyası)
1. Sığorta müqaviləsinə əsasən, sığortaçı - sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya dəymiş zərəri müqavilənin şərtlərinə uyğun olaraq ödəməyə borcludur. Sabit sığorta məbləği ilə sığorta edərkən sığortaçı sığorta məbləğini ödəməyə və ya vəd edilmiş başqa hərəkəti yerinə yetirməyə borcludur.
2. Sığortalı, sığorta məbləğini (premiya) ödəməyə borcludur.
3. Derivativ (törəmə) sığorta müqaviləsi deyil. Derivativlə bağlı münasibətlər Gürcüstanın “Maliyyə girovu, qarşılıqlı çıxılma və törəmələr haqqında” Qanununa uyğun olaraq tənzimlənir. Bu maddənin və bu məcəllənin 800-858-ci maddələrinin qüvvəsi qeyd olunan qanundan irəli gələn münasibətlərə şamil edilmir.
Gürcüstanın 20 dekabr 2019-cu il tarixli qanunu №5674 – veb-səhifə, 31.12.2019-cu il.
Maddə 800. Sığorta müqaviləsi bağlamaq öhdəliyi
Sığorta müqaviləsi bağlamağı açıq şəkildə təklif edən şəxs, imtina üçün əhəmiyyətli əsas (səbəb) mövcud olmadıqda, bu müqaviləni bağlamağa borcludur.
Maddə 801. Məcburi sığorta
Bu fəslin qaydalarının tətbiq olunduğu məcburi sığorta, məcburi sığorta haqqında qanunvericiliyə zidd olmadıqda, qanunla nəzərdə tutula bilər. Təkrar (yenidən) sığorta ilə bağlı münasibətlər qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.
Maddə 802. Sığorta şəhadətnaməsi (polis)
1. Sığortaçı sığorta müqaviləsi haqqında imzalanmış sənədi (sığorta şəhadətnaməsi – polis) sığortalıya təhvil verməyə borcludur.
2. Sığorta şəhadətnaməsində aşağıdakılar olmalıdır:
a) müqavilənin tərəflərinin kimliyi və onların olduğu yer (yaşayış yeri və ya hüquqi ünvanı);
b) sığorta predmetinin və sığorta olunan şəxsin (sığortalının) adı;
q) sığorta riskinin müəyyən edilməsi;
d) sığortanın başlanğıcı və müddəti (uzunluğu);
e) sığorta məbləğinin miqdarı;
v) sığorta məbləğinin (depozitinin) həcmi, onun ödənilmə yeri və müddəti.
3. Əgər sığortanın predmeti şəxsin həyatıdırsa, o zaman sığortaçının mənfəətinin (uduşunun) hesablanması və bu mənfəətin (uduşun) bölüşdürülməsi şərtləri haqqında məlumatlar əlavə olaraq zəruridir.
Maddə 803. Sığorta şəhadətnaməsinin növləri
Sığorta şəhadətnaməsi – təqdim edənə nominativ (adlı) və ya orderlik şəhadətnamə şəklində verilmişdirsə, sığortaçı ilkin sığortalıya qarşı irəli sürə bildiyi bütün tələbləri bu şəhadətnamənin sahibinə qarşı da irəli sürə bilər. Sığorta şəhadətnaməsinin sahibi sığortaçıya sığorta ilə bağlı hüquqların ona keçməsi (ötürülməsi) barədə məlumat verdikdə və bu sonuncu öz tələblərini dərhal bildirmədikdə, bu qayda tətbiq edilmir.
Maddə 804. Sığorta şəhadətnaməsinin itirilməsinin nəticələri
1. Əgər müqavilədə müəyyən edilibsə ki, sığortaçı öz vəzifəsini yalnız sığorta şəhadətnaməsini təqdim etdikdən sonra yerinə yetirməlidir, lakin şəhadətnamə itirilmiş və ya məhv edilmişdir, o zaman - sığortalı yalnız sığorta şəhadətnaməsi xüsusi icraat qaydasında qüvvədən düşmüş elan edildikdə icranı tələb edə bilər.
2. Sığorta şəhadətnaməsi itirildikdə və ya məhv edildikdə, sığortalı sığortaçıdan onun surətini tələb edə bilər. Surətin verilməsi xərclərini sığortalı ödəməlidir.
Maddə 805. Sığorta agentinin hüquqları
1. Sığorta agenti (nümayəndə) sığorta müqaviləsi bağlamaq səlahiyyətinə malikdirsə, o, həmçinin, müqavilənin şərtlərini dəyişdirə, onun qüvvədə olma müddətini uzada və ya onu ləğv edə bilər.
2. Sığorta müqaviləsinin bağlanmasında vasitəçi funksiyasını yerinə yetirən sığorta agenti belə müqavilə bağlamaq hüququna malikdir.
Maddə 806. Sığortanın başlama vaxtı
1. Sığorta - müqavilənin bağlandığı gündən iyirmi dörd saatda başlayır və müqavilədə nəzərdə tutulmuş müddətin sonuncu gününün iyirmi dörd saatında başa çatır.
2. Sığorta müqaviləsi beş ildən artıq müddətə bağlanarsa, tərəflərdən hər biri bu barədə xəbərdarlıq edildikdən üç ay keçdikdən sonra müqaviləni ləğv edə bilər.
Maddə 807. Sığorta haqqının artırılmasının nəticələri
Sığortaçı sığorta haqqını artırıbsa, sığortalı – müqavilənin ləğvinin bir aylıq müddətinə riayət etməklə müqaviləyə xitam verə bilər. Sığorta haqqının cüzi artımı belə bir hüququ yaratmır.
Maddə 808. Məlumat vermək öhdəliyi
1. Sığortalı, müqavilə bağlayarkən, sığortaçıya - ona məlum olan bütün hallar barədə məlumat verməlidir, hansılar ki təhlükənin və ya sığortada nəzərdə tutulmuş hadisənin baş verməsi üçün mühüm əhəmiyyət kəsb edir. Sığortaçının müqavilədən imtina etmək və ya onu dəyişdirilmiş məzmunla bağlamaq qərarına təsir edə biləcək hallar mühümdür (vacibdir).
2. Sığortaçının sığortalıdan aydın və birmənalı şəkildə yazılı formada soruşacağı hallar da vacib sayılır.
3. Bu maddənin birinci hissəsinin qaydalarına zidd olaraq sığortaçıya mühüm hallar barədə məlumat verilmədikdə, o, müqavilədən imtina edə bilər. Sığortalının mühüm hallar barədə xəbərdarlıq etməkdən qəsdən yayındığı hal da eyni məna daşıyır.
4. Sığortaçı ört-bas edilmiş hallar barədə bildikdə və ya sığortalının onları xəbər verməməkdə təqsirli olmadığı halda, müqaviləyə xitam verilməsinə yol verilmir.
Maddə 809. Yanlış məlumatların bildirilməsinin nəticələri
1. Sığortaçı, mühüm hallar haqqında bildirişdə yanlış məlumatlar olduqda da, müqavilədən imtina edə bilər.
2. Məlumatların qeyri-dəqiqliyi sığortaçıya məlum idisə və ya yanlış məlumatların verilməsində sığortalının təqsiri yoxdursa, müqavilədən imtina etməyə yol verilmir. Sığortaçı bu məlumatların bildirildiyi gündən bir ay ərzində müqaviləni ləğv edə bilər.
Maddə 810. Məlumatın bildirilməməsinə görə sığorta müqaviləsinin ləğvi
Əgər sığortalı təhlükəli hal barədə yazılı suallara cavab verməli idisə, sığortaçı, heç bir sual qoyulmamasına baxmayaraq, sığortalının qəsdən susduğu hallar barədə məlumat (xəbər) verilmədiyinə görə müqaviləni ləğv etmək hüququna malikdir.
Maddə 811. Məlumatın bildirilməməsinə görə müqavilənin ləğvi müddəti
1. Bu fəsildə nəzərdə tutulmuş məlumatları bildirmədikdən sonra bir ay müddətində sığortaçı müqaviləni ləğv edə bilər. Bu müddət xəbərdar etmək öhdəliyinin pozulduğunu sığortaçının öyrəndiyi andan başlayır.
2. Müqavilənin ləğvi barədə sığortalıya məlumat verilməlidir.
Maddə 812. Sığorta hadisəsi baş verdikdən sonra müqavilənin ləğvi
Sığortaçı sığorta hadisəsi baş verdikdən sonra müqaviləni ləğv edərsə, o, öz vəzifəsini yerinə yetirməkdən azad edilmir - əgər xəbərdarlıq öhdəliyinin pozulduğu hal sığorta hadisəsinin baş verməsinə və sığortaçının öhdəliyinin yerinə yetirilməsinə təsir göstərməyibsə.
Maddə 813. Artan təhlükə haqqında məlumat vermək öhdəliyi
1. Sığortalı, müqavilə bağlandıqdan sonra yaranmış təhlükənin artması barədə, əgər bu, müqavilənin bağlanmasına əhəmiyyətli təsir göstərərdisə, dərhal sığortaçıya məlumat verməyə borcludur.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş halda sığortaçı bir aylıq ləğv müddətinə riayət etməklə müqaviləni ləğv etmək və ya sığorta haqqının müvafiq olaraq artırılmasını tələb etmək hüququna malikdir. Əgər sığortalı, təhlükənin artmasına qəsdən səbəb olubsa, sığortaçı müddətə riayət etmədən müqaviləni ləğv edə bilər.
Maddə 814. Sığorta hadisəsinin baş verməsi haqqında xəbərdar etmək öhdəliyi
1. Sığorta hadisəsinin baş verməsini öyrənən (xəbər tutan) sığortalı bu barədə dərhal sığortaçıya məlumat verməyə borcludur.
2. Sığortaçı sığorta hadisəsi baş verdikdən sonra sığorta hadisəsinin və ya öhdəliyin həcmini (əhatə dairəsini) müəyyən etmək üçün zəruri olan hər cür məlumatı sığortalıdan tələb edə bilər.
3. Sığortalı xəbərdar etmək öhdəliyini yerinə yetirmədikdə, lakin bununla sığortaçının maraqları əsaslı şəkildə pozulmadıqda, sığortaçı onu mahiyyətcə öz vəzifəsindən azad edən razılaşmaya əsaslana (söykənə) bilməz.
4. Sığortaçı sığorta hadisəsini və kompensasiyanın (ödənişin) məbləğini müəyyən etdikdən sonra öz vəzifəsini yerinə yetirməlidir.
II. Sığorta haqqı
Maddə 815. Sığorta haqqını ödəmək öhdəliyi
1. Sığortalı yalnız sığortanı təsdiqləyən sənədi aldıqdan sonra sığorta haqqını ödəməyə borcludur.
2. Sığorta marağı itirildikdə, sığortaçı sığorta haqqının o hissəsini tələb edə bilər, hansı ki öhdəsinə götürülmüş riskin müddətinin uzunluğuna uyğundur. Sığortaçı, xidmət üçün müvafiq kompensasiyanın ödənilməsini tələb edə bilər.
Maddə 816. İlk (birinci) sığorta haqqı
İlk və ya birdəfəlik sığorta haqqı vaxtında ödənilənə qədər sığortaçı öz öhdəliyindən azaddır.
Maddə 817. Sığorta haqqının vaxtında ödənilməməsi (vaxtsız ödənilməsi)
1. Sığorta haqqı vaxtında ödənilmədikdə, sığortaçı ödəniş üçün iki həftəlik müddəti yazılı şəkildə müəyyən edə bilər, eyni zamanda, müddət keçdikdən sonra baş verəcək nəticələri də göstərməlidir.
2. Əgər sığorta hadisəsi müddət keçdikdən sonra baş verərsə və bu vaxt üçün sığortalı tərəfindən haqqın və ya faizlərin ödənilməsi müddəti keçibsə, sığortaçı öz vəzifələrindən azad edilir.
Maddə 818. Sığorta haqqının vaxtında ödənilməməsinə görə müqavilənin ləğvi
Sığortalı sığorta haqqını vaxtında ödəmədikdə, sığortaçı müqavilənin ləğvi barədə sığortalıya bir ay əvvəl xəbərdarlıq edə və bu müddət nəticəsiz keçdikdən sonra onu ləğv edə bilər.
Maddə 819. Sığorta haqqının ödənilməsinə xitam verilməsi
Əgər müqavilə bağlandıqdan sonra sığortaçının iqtisadi vəziyyətinin - sığorta hadisəsi baş verdikdə onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinin real təhlükəsini yaradacaq dərəcədə pisləşdiyi məlum olarsa, sığortalı sığorta haqqının ödənilməsinə xitam verə bilər.
III. Zərər sığortası
a) Müqavilənin məzmunu
Maddə 820. Zərəri pulla ödəmək öhdəliyi
Zərər sığortası zamanı sığortaçı zərəri pulla ödəməlidir.
Maddə 821. Zərərin ödənilməsinin əhatə dairəsi (hüdudları)
Sığortaçı zərəri yalnız sığorta məbləğinin daxilində ödəyir.
Maddə 822. Sığorta müqayisəsi
1. Sığorta məbləğinin sığorta olunmuş marağın dəyərindən (sığorta dəyərindən) əhəmiyyətli dərəcədə yüksək (artıq) olduğu ortaya çıxdıqda, həddindən artıq sığortanın qarşısını almaq üçün həm sığortalı, həm də sığortaçı sığorta haqqının dərhal müvafiq olaraq azaldılması yolu ilə sığorta məbləğinin azaldılmasını tələb edə bilərlər.
2. Sığortalı sığortanı artırmaq yolu ilə qanunsuz gəlir əldə etmək niyyəti ilə müqavilə bağladıqda, müqavilə batil sayılacaq. Müqavilə batil olana qədər sığortaçıya ödənilmiş töhfələr (haqqlar) onun özünə qalır, əgər onun müqavilə imzalanan zaman batillik barədə xəbəri yox idisə.
Maddə 823. Əmlak sığortasının özəllikləri
Əmlak sığortalanıbsa və işin halları ilə başqa heç nə müəyyən edilməyibsə, sığorta məbləği əmlakın dəyəri hesab olunacaq.
Maddə 824. Qəbul edilməmiş fayda sığortası
Sığorta, razılaşmada nəzərdə tutulduğu halda, sığorta hadisəsinin baş verməsi nəticəsində yaranan qəbul edilməmiş (qazanılmamış) faydaya da şamil edilir.
Maddə 825. Əşyalar toplusunun sığortası
Əgər əşyalar toplusu (kombinasiyası) sığortalanıbsa, o zaman sığorta ona daxil olan bütün əşyalara şamil edilir.
Maddə 826. Sığorta kompensasiyasının (ödənişinin) miqdarı
Sığortaçı, sığorta hadisəsinin baş verdiyi zaman sığorta məbləği sığorta dəyərindən artıq olsa belə, sığortalıya yaranmış zərərin miqdarından artıq (çox) məbləğ ödəməyə borclu deyil.
Maddə 827. Azaldılmış və ya natamam sığorta. İkiqat sığorta
1. Sığorta məbləği sığorta hadisəsinin baş verdiyi zaman sığorta dəyərindən az olarsa (azaldılmış və ya natamam sığorta), o zaman sığortaçı zərəri sığorta məbləğinin və sığorta dəyərinin nisbətinə uyğun olaraq ödəyəcək.
2. Eyni vaxtda bir neçə sığortaçıda eyni marağı sığortalayan şəxs, hər bir sığortaçıya bu barədə dərhal məlumat verməlidir. Bildirişdə bütün sığortaçıların kimliyi və sığorta məbləğinin miqdarı qeyd olunmalıdır.
3. Verilmiş maraq bir neçə sığortaçıda eyni riskdən sığortalanıbsa və sığorta məbləğləri ümumilikdə sığorta dəyərini aşırsa (üstələyirsə) və ya əgər başqa səbəblərə görə başqa müqavilə olmadığı təqdirdə hər bir sığortaçı tərəfindən ödəniləcək kompensasiyaların cəmi bütün zərəri aşırsa (ikiqat sığorta), o zaman sığortaçılar sığortalı qarşısında borcludurlar – ortaq (müştərək) borclular kimi – sığortalı ilə bağladıqları müqavilə ilə rəsmiləşdirilmiş məbləğin hüdudları daxilində, lakin sığortalının faktiki (real) zərərin cəmi məbləğindən çox (artıq) məbləğ almaq hüququ yoxdur.
Maddə 828. İkiqat sığortanın batilliyi
Sığortalı qeyri-qanuni gəlir əldə etmək məqsədilə ikiqat sığorta bağlayıbsa, bu məqsədlə bağlanmış hər bir müqavilə batil sayılacaq.
Maddə 829. Sığorta hadisəsi baş verdikdə sığortalının təqsiri
Sığortalı qəsdən və ya kobud ehtiyatsızlıqdan sığortada nəzərdə tutulmuş hadisəsinin baş verməsinə səbəb olduqda, sığortaçı öz öhdəliyini yerinə yetirməkdən azad edilir.
Maddə 830. Sığortaçının göstərişini yerinə yetirmək öhdəliyi
1. Sığortada nəzərdə tutulmuş hadisə baş verdikdə, sığortalı mümkün qədər zərərin qarşısını almağa və ya azaltmağa və bununla bağlı sığortaçının göstərişlərini yerinə yetirməyə borcludur.
2. Sığortaçı onun göstərişi ilə çəkilmiş xərcləri ödəməyə borcludur.
Maddə 831. Müharibə və ya digər fors-major (qarşısıalınmaz qüvvə) nəticəsində dəymiş zərərin sığortası
Sığortaçı yalnız müharibə və ya digər fors-major nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıyır - əgər bu, xüsusi razılaşma ilə nəzərdə tutulubsa.
Maddə 832. Üçüncü şəxsdən zərərin ödənilməsini tələb etmək
1. Sığortalı zərərin ödənilməsi barədə üçüncü şəxsə qarşı tələb irəli sürə bilərsə, bu tələb sığortaçıya keçir - əgər o, sığortalıya zərəri ödəyəcəksə. Sığortalı üçüncü şəxsə qarşı öz tələbindən və ya tələbini təmin etmək hüququndan imtina etdikdə, sığortaçı - hüququn həyata keçirilməsi və ya tələbin irəli sürülməsi ilə əlaqədar xərclərini kompensasiya etmək üçün ala bildiyi həddə (miqdarda) zərərin ödənilməsi öhdəliyindən azad edilir.
2. Sığortalının zərərin ödənilməsi barədə hüququ onunla birlikdə yaşayan ailə üzvlərinə aiddirsə, ailə üzvü qəsdən zərər vurduqda (zərərə səbəb olduqda) - hüququn keçməsi (ötürülməsi) istisna edilir.
Maddə 833. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsinin nəticələri
Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, sığortalının hüquq və vəzifələri alıcıya keçir.
Maddə 834. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi zamanı məlumat vermək öhdəliyi
Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi barədə sığortaçıya dərhal məlumat verilməlidir. Alıcı və ya özgəninkiləşdirən sığortaçıya bu barədə dərhal məlumat vermədikdə, o, ödəmək öhdəliyindən azad edilir - əgər sığorta hadisəsi sığortaçının bildiriş almalı olduğu andan iki həftə sonra baş vermişsə.
Maddə 835. Əmlak özgəninkiləşdirildikdə sığortaya xitam verilməsi
1. Sığortaçı - müqavilənin ləğvinin bir aylıq müddətinə riayət etməklə, alıcı ilə sığorta münasibətinə xitam vermək hüququna malikdir. Sığortaçı - əmlakın özgəninkiləşdirilməsi barədə xəbər tutduğu andan bir ay ərzində bundan istifadə etmədikdə, müqaviləni ləğv etmək hüququ qüvvəsini itirir.
2. Alıcı sığorta müqaviləsini ləğv etmək hüququna malikdir; o, ləğvi yalnız dərhal və ya cari sığorta dövrünün sonunda həyata keçirə bilər. Alıcı, satın aldıqdan sonra bir ay müddətində, bu hüququndan istifadə etmədikdə - ləğv etmək hüququ qüvvədən düşür; əgər alıcı sığortadan xəbərsiz idisə, o zaman ləğv etmək hüququ alıcının sığorta münasibətindən xəbərdar olduğu andan bir ay keçənədək qüvvədədir.
3. Sığorta müqaviləsi bu qaydalara əsasən ləğv edildikdə, özgəninkiləşdirən sığortaçıya sığorta haqqını ödəməyə borcludur, lakin sığorta dövrü ərzində ödəməli olduğu məbləğdən çox olmamaq şərtilə, müqavilənin ləğv edildiyi an da daxil olmaqla; bu halda alıcı sığorta haqqının ödənilməsinə görə məsuliyyət daşımır.
b) Başqa şəxsin xeyrinə sığorta
Maddə 836. Başqa şəxsin xeyrinə sığorta müqaviləsinin bağlanması
Sığortalı öz adına sığortaçı ilə başqa şəxsin xeyrinə sığorta müqaviləsi bağlaya bilər. Bu şəxsin adını çəkmək məcburi deyil.
Maddə 837. Sığorta müqaviləsində başqa şəxsin hüquqları
1. Başqa şəxsin xeyrinə sığorta edildikdə, bu müqavilədən yaranan hüquqlar həmin şəxsə məxsusdur (aiddir). Yalnız sığortalı sığorta şəhadətnaməsini tələb etmək hüququna malikdir.
2. Sığortalı şəxs öz hüquqlarından sığortaçı ilə razılaşmadan istifadə edə bilər və yalnız sığorta şəhadətnaməsi onun əlində olduqda öz hüquqlarının həyata keçirilməsini məhkəmə vasitəsilə tələb edə bilər.
Maddə 838. Sığortaçının hüquqları
1. Sığortaçı sığorta müqaviləsinə əsasən sığortalı şəxsə məxsus hüquqlardan öz adından istifadə edə bilər.
2. Əgər sığorta şəhadətnaməsi verilibsə, o zaman sığortaçı sığortalı şəxsin razılığı olmadan kompensasiya ala bilər və ya hüququ - sığortalı şəxsə yalnız sığortaçı sığorta şəhadətnaməsinə sahib olduqda verə bilər.
3. Sığortaçı yalnız sığortalı şəxsin sığorta müqaviləsinə razı olduğunu sübut etdikdə, sığortaçıya sığortalının xeyrinə ödəniş etməyə borcludur.
q) Mülki məsuliyyətin sığortası
Maddə 839. Anlayışı (konsepsiyası)
Mülki məsuliyyətin sığortası müqaviləsinə əsasən, sığortaçı sığorta dövrü ərzində yaranan məsuliyyətə görə sığortalını üçüncü şəxs qarşısında götürdüyü öhdəlikdən azad etməyə borcludur.
Maddə 840. Zərərin bilavasitə ödənilməsini tələb etmək
Sığortaçı öz öhdəliyi çərçivəsində zərəri bilavasitə ödəməyə borcludur - əgər zərərçəkmiş şəxs ona tələb (iddia) irəli sürərsə.
Maddə 841. Məhkəmə və qeyri-məhkəmə xərcləri
Sığorta üçüncü şəxsin tələbindən (iddiasından) qorunmaq üçün çəkilmiş məhkəmə və qeyri-məhkəmə xərclərini də əhatə edir - əgər işin hallarından asılı olaraq bu cür xərcləri çəkmək zərurəti yaranarsa.
Maddə 842. Sığortaçının məsuliyyətdən azad edilməsi
Sığortaçı, üçüncü şəxsin qarşısında məsuliyyət daşıdığı halların baş verməsinə sığortalının bilərəkdən səbəb olduğu halda, məsuliyyətdən azad edilir.
Maddə 843. Məcburi sığorta zamanı məsuliyyət
1. Sığortaçı sığortalının qarşısında öhdəliyindən tam və ya qismən azad olduqda, onun üçüncü şəxs qarşısında məsuliyyəti məcburi sığorta haqqında qanunda nəzərdə tutulmuş hallarda qüvvədədir.
2. Əgər sığortaçı üçüncü şəxsin tələbini təmin edərsə, o zaman üçüncü şəxsin sığortalıya qarşı tələbi sığortaçıya keçir.
III1. Sağlamlıq sığortası
Gürcüstanın 28 iyun 2017-ci il tarixli qanunu №1115 – veb-səhifə, 10.07.2017-ci il.
Maddə 8431. Anlayışı (konsepsiyası)
1. Sağlamlıq sığortası müqaviləsinə əsasən, sığortaçı sığortalı şəxsin səhhətinin (sağlamlıq vəziyyətinin) pisləşməsi və ya sağlamlığının zədələnməsi ilə əlaqədar müalicə xərclərini və bu müqavilə ilə razılaşdırılmış digər tibbi xidmətlərin xərclərini elə bu müqavilə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun olaraq ödəməyə borcludur.
2. Sağlamlıq sığortası müqaviləsini sığortaçı sığortalı şəxsin xeyrinə bağlaya bilər.
Gürcüstanın 28 iyun 2017-ci il tarixli qanunu №1115 – veb-səhifə, 10.07.2017-ci il.
Maddə 8432. Üçüncü şəxsdən zərərin ödənilməsi tələbi
1. Sığortalı şəxs zərərin ödənilməsi tələbini üçüncü şəxsə qarşı irəli sürə bilərsə, bu tələb sığortaçıya keçir - əgər sığortalı şəxsə zərəri o ödəyəcəksə.
2. Sığortaçı, zərərin ödənilməsi tələbini üçüncü şəxsə qarşı yalnız sığortalı şəxsə zərər ödənildikdən sonra, ödənilmiş zərərin miqdarı çərçivəsində irəli sürə bilər. Sığortalı şəxs üçüncü şəxsə qarşı irəli sürülmüş zərərin ödənilməsi tələbindən imtina edərsə, sığortaçı zərəri ödəmək öhdəliyindən azad edilir.
Gürcüstanın 28 iyun 2017-ci il tarixli qanunu №1115 – veb-səhifə, 10.07.2017-ci il.
Maddə 8433. Zərər sığortası normalarının sağlamlıq sığortasına şamil edilməsi
Zərərin sığortası normalarından sağlamlıq sığortasına yalnız bu məcəllənin 820-ci və 821-ci maddələri şamil edilir.
Gürcüstanın 28 iyun 2017-ci il tarixli qanunu №1115 – veb-səhifə, 10.07.2017-ci il.
IV. Həyat sığortası
Maddə 844. Anlayışı (konsepsiyası)
1. Həyat sığortası sığortaçıya və ya başqa şəxsə toxuna bilər.
2. Həyat sığortası müqaviləsi başqa şəxsin xeyrinə bağlanıbsa, o zaman bu şəxsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı lazımdır.
Maddə 845. Müqavilə bağlamaqdan imtinanın yolverilməzliyi
Sığortalı müqavilənin bağlanması zamanı məlumatları bildirmək öhdəliyini pozarsa, əgər müqavilənin bağlanmasından beş il keçibsə, sığortaçı müqavilədən imtina edə bilməz. Xəbərdarlıq öhdəliyi qəsdən yerinə yetirilmədikdə, müqavilədən imtinaya yol verilir.
Maddə 846. Sığorta haqqlarını vaxtaşırı (dövri olaraq) ödəyərkən müqavilənin ləğvi
Sığorta haqqları vaxtaşırı ödənilibsə, sığortaçı istənilən vaxt sığorta münasibətini ləğv edə bilər, amma cari sığorta dövrünün sonuna qədər.
Maddə 847. Kompensasiya (ödəniş) hüququnun üçüncü şəxsə ötürülməsi
1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığortaçı kumulyativ (yığım) sığorta zamanı fayda almaq hüququnu üçüncü şəxsə ötürə bilər, həmçinin üçüncü şəxsi başqa şəxslə dəyişdirə bilər.
2. Fayda almaq hüququ olan üçüncü şəxs, sığortaçının başqa göstəriş vermədiyi təqdirdə, onu yalnız sığorta hadisəsi baş verdikdə həyata keçirə bilər.
Maddə 848. Uyğun (müvafiq) olmayan üçüncü şəxs
1. Əgər kumulyativ (yığım) sığortada sığortaçının öhdəliyi üçüncü şəxsin hüququna uyğun gəlmirsə, bu hüquq sığortaçıya qalır.
2. Əgər kumulyativ (yığım) sığortada üçüncü şəxs öz fayda almaq hüququndan istifadə etmirsə, bu hüquq sığortaçıya qalır.
Maddə 849. Sığortaçının zərərin ödənilməsi öhdəliyindən azad edilməsi
1. Sığorta müqaviləsi başqa şəxsin ölüm halı (ölüm hadisəsi) üçün bağlanmışsa, sığortaçı öz öhdəliyindən o halda azad edilir – nə vaxt ki, sığortalı şəxs qanunsuz hərəkətlə belə şəxsin ölümünə qəsdən səbəb olmuşdur.
2. Həyat sığortası zamanı üçüncü şəxsin fayda almaq hüququ varsa, bu hüquq tanınmayacaq - əgər o, qanunsuz hərəkətlə qəsdən o şəxsin ölümünə səbəb olubsa, hansının ki həyatı sığortalanmışdı.
Maddə 850. İntihar halında kompensasiyadan azad edilmə
1. Həyat sığortası zamanı həyatı sığortalanmış şəxs intihar etdikdə, sığortaçı öz öhdəliyindən azad edilir.
2. Sığortalı şəxsin vərəsəsi ödənilmiş sığorta haqqlarının qaytarılmasını tələb etmək hüququna malikdir.
Maddə 851. Sığorta müqaviləsinin dəyişdirilməsi
1. Sığortalı şəxs cari sığorta dövrünün bitməsinə qədər istənilən vaxt sığorta müqaviləsinin sığorta haqqlarından azad olan müqavilə ilə dəyişdirilməsini tələb edə bilər.
2. Sığortalı şəxs belə dəyişikliyi tələb edirsə, bu andan etibarən müqavilədə nəzərdə tutulmuş sığorta məbləğinin və ya fayda məbləğinin yerini tutur elə məbləğ, hansı ki sığortalı şəxsin yaşı nəzərə alınmaqla sığortaçının öhdəliyinə uyğundur - əgər yığılmış mükafatlar (premiyalar) ehtiyatına birdəfəlik haqq kimi baxılarsa.
Maddə 852. Müqaviləyə xitam verildikdə tutulmalar (çıxılmalar)
Həyat sığortası müqaviləsinə imtina, ləğvetmə və ya şikayətə görə xitam verildikdə, sığortaçı bu müqavilə üzrə aldığı haqq məbləğini qaytarmağa borcludur. Sığortaçı müvafiq tutulmalar (çıxılmalar) da edə bilər.
Maddə 853. Məcburi icranın nəticələri
1. Əgər qərarın məcburi icrası sığorta tələbi ilə bağlı baş verirsə və ya hüquq icraatı sığortalı şəxsin iflası (müflisləşməsi) ilə əlaqədar həyata keçirilirsə, o zaman benefisiar kimi (fayda alan kimi) konkret olaraq adı çəkilən şəxs sığorta müqaviləsində sığortalı şəxsin yerini tutmaq hüququna malikdir. Əgər fayda almaq hüququ olan şəxs müqavilədə iştirak edirsə, o, kreditorun bütün tələblərini təmin etməli və ya sığorta müqaviləsi ləğv edildikdə sığortalının sığortaçıdan ala biləcəyi məbləğ çərçivəsində iflas kütləsini (iflas materialını) təqdim etməlidir.
2. Əgər fayda almaq hüququ olan şəxsin fayda almaqda marağı yoxdursa və ya adı ilə göstərilməyibsə, o zaman sığortalının həyat yoldaşı və uşaqları belə hüququ əldə edirlər.
V. Bədbəxt hadisə sığortası
Maddə 854. Anlayışı (konsepsiyası)
1. Bədbəxt hadisədən sığorta müqaviləsi həm sığortalının, həm də başqa şəxsin bədbəxt hadisəsi üçün bağlana bilər.
2. Sığorta müqaviləsi sığortalı tərəfindən deyil, lakin onun xeyrinə bağlanmışsa, o zaman ona həyat sığortası haqqında qaydalar şamil olunur.
Maddə 855. Sağlamlığa zərər vurmanın nəticələri
Sığortaçının öhdəliyi sağlamlığa qəsdən zərər (ziyan) vurmaqdan asılıdırsa, o zaman əksi sübut olunana qədər niyyətin (qəsdin) olmaması ehtimal edilir.
Maddə 856. Bədbəxt hadisənin qəsdən törədilməsinin nəticələri
1. Başqa şəxsin sığortası zamanı fayda alan şəxs qanunsuz hərəkətlə qəsdən bədbəxt hadisə törətdikdə, sığortaçı öz öhdəliyini yerinə yetirməkdən azad edilir.
2. Başqa şəxsin fayda almaq hüququ varsa, qəsdən qanunsuz hərəkətlə bədbəxt hadisə törətdikdə, o, bu hüquqdan məhrum ediləcək.
Maddə 857. Bədbəxt hadisə haqqında məlumat vermək öhdəliyi
Əgər öhdəliklər fayda alan şəxsin xeyrinə yerinə yetirilməlidirsə, o zaman bu şəxs bədbəxt hadisə haqqında məlumat verməyə borcludur. Bu qayda məlumatların bildirilməsi və sənədlərin ötürülməsi (təhvil verilməsi) öhdəliklərinə də şamil olunur.
Maddə 858. Reqres hüququnun yolverilməzliyi
Sığortalının zərərə görə məsuliyyət daşıyan (cavabdeh olan) şəxsə qarşı reqres hüququ yoxdur.
İyirmi birinci fəsil
Bank xidməti
I. Hesablaşma
Maddə 859. Anlayışı (konsepsiyası)
1. Hesablaşma müqaviləsinə əsasən, kredit qurumu hesabda mövcud olan məbləğlər çərçivəsində öz müştərisinin hesablaşma hesabından ödənişləri həyata keçirməyə və daxil olan məbləğləri hesaba köçürməyə borcludur.
2. Hesab sahibinin göstərişi əsasında eyni əməliyyatları nağd pulla həyata keçirmək mümkündür.
3. Tərəflərin razılaşması ilə, hesab sahibindən xidmət xərclərini ödəmək tələb oluna bilər.
Maddə 860. Hesab çıxarışlarını vermək öhdəliyi
1. Kredit qurumu həm nağd, həm də nağdsız hesablaşmalar haqqında mühasibat kitabı tərtib etməyə borcludur.
2. Kredit qurumu müqavilədə nəzərdə tutulmuş müddətlərdə hesab sahibinə hesabın vəziyyəti haqqında məlumatı (hesabın çıxarışlarını) verməyə borcludur; hesab sahibi isə istənilən vaxt hesabın vəziyyəti və kredit-debet mühasibat qeydləri (yazıları) haqqında məlumat tələb etmək hüququna malikdir.
Maddə 861. Hesabdan pul vəsaitlərinin silinməsi
Kredit qurumu hesab sahibinin icazəsi və ya göstərişi əsasında hesabdan pul vəsaitlərini silməyə borcludur. Əks halda, o, vurulmuş zərəri və yanlış köçürülmüş məbləği hesab sahibinin aktivinə yenidən daxil etməyə borcludur.
Maddə 862. Hesab sahibinin tapşırığının ləğv edilməsinin nəticələri
1. Hesab sahibinin, köçürmə faktiki olaraq baş tutmadığı müddətcə, kredit qurumuna verilmiş tapşırığı ləğv etmək hüququ var. Digər hallarda kredit qurumu icradan imtina barədə müvafiq şəxslərə dərhal məlumat verməyə borcludur.
2. Tapşırıq vaxtında ləğv edildikdə, kredit qurumu məbləği sahibin hesabında yenidən bərpa etməyə borcludur.
Maddə 863. Sirri qorumaq öhdəliyi
1. Kredit qurumu hesabla əlaqədar olan və hesab sahibi ilə işgüzar münasibət zamanı ona məlum olmuş digər bu kimi faktların sirrini qorumağa borcludur, o hallar istisna olmaqla – hansı ki qanunla nəzərdə tutulub və ya əgər söhbət hesab sahibinin maraqlarına xələl gətirməyən adi bank məlumatından gedirsə.
2. Kredit qurumunun bu öhdəliyi müqaviləyə xitam verildikdən sonra da qüvvədədir.
Maddə 864. Bank hesablaşması müqaviləsinə xitam verilməsi
1. Bank hesablaşması müqaviləsinə istənilən vaxt hər iki tərəf xitam verə bilər.
2. Kredit qurumu bank hesablaşması müqaviləsinə yalnız hesab sahibinin başqa cür hesablaşma xidmətləri ala bildiyi şəkildə xitam verə bilər, o hal istisna olmaqla – nə vaxt ki, ona xitam verilməsi üçün mühüm əsas (səbəb) var və ya kredit qurumu tərəfindən müqaviləyə xitam verilməsi qanunla müəyyən edilmişdir.
Gürcüstanın 28 oktyabr 2015-ci il tarixli qanunu №4463 – veb-səhifə, 11.11.2015-ci il.
Maddə 865. Çek əsasında ödəmə
Müvafiq razılaşma olduqda kredit qurumu, çek haqqında qanuna uyğun olaraq, hesab sahibinin imzaladığı çeki aktivin çərçivəsində ödəməyə borcludur. Bu vaxt nağdsız hesablaşma müqaviləsinin qaydaları tətbiq edilir.
Maddə 866. Çekin inkassasiyası
Kredit qurumu, əlavə razılaşma olmadan da, hesablaşma müqaviləsinə əsasən, hesab sahibinin qarşısında bu sonuncunun təqdim etdiyi çekləri kredit qurumuna vaxtında təqdim etməklə inkassasiya etməyə, ödəniş edilmədikdə isə – lazımi təminat tədbirləri görməyə borcludur.
II. Bank krediti
Maddə 867. Anlayışı (konsepsiyası)
Bank krediti müqaviləsinə əsasən, krediti verən krediti (borcu) alana kredit formasında təmənnalı kredit verir və ya verməyə borcludur.
Maddə 868. Bank kreditinin faiz dərəcələri
1. Tərəflərin razılaşması ilə kreditor üçün sabit və ya indeksləşdirilmiş faiz dərəcəsi müəyyən edilə bilər.
2. Bu maddənin məqsədləri üçün sabit faiz dərəcəsi - müqavilədə müəyyən edilmiş və müqavilənin bütün qüvvədə olduğu dövr ərzində dəyişməz qalan və ya müqavilədə nəzərdə tutulmuş bəzi hallar baş verdikdə dəyişdirilə bilən faiz dərəcəsidir (ictimai indeks dəyişikliyi istisna olmaqla). Müqavilədə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun olaraq istifadəçinin hərəkəti ilə bağlı halların baş verməsi nəticəsində faiz dərəcəsinin avtomatik dəyişikliyi faiz dərəcəsinin dəyişməsi hesab edilmir.
3. Bu maddənin məqsədləri üçün indeksləşdirilmiş faiz dərəcəsi ictimai indekslə müəyyən bir qaydada əlaqəli olan və dəyişikliyi sözügedən indeksin dəyişməsi nəticəsində yaranan faiz dərəcəsidir.
4. Kredit müqaviləsi bağlanarkən sabit faiz dərəcəsinin artım və azalma hədləri və dəyişikliklərin minimum intervalı müəyyən edilməlidir.
5. Krediti verən krediti alana kredit üzrə faiz dərəcəsi barədə məqbul formada məlumat verməyə borcludur.
6. Əgər illik faiz dərəcəsi göstərilməyibsə, o zaman yalnız qanunla nəzərdə tutulmuş illik faiz istifadə edilir. İllik faiz hesablanarkən xərclərin tutulması nəzərə alınmayıbsa, bu xərclər ödənilməyəcək.
7. Bank krediti verilərkən bu məcəllənin 625-ci maddəsində faiz dərəcəsi, penya, maliyyə xərci və hər hansı formada maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı nəzərdə tutulmuş tələblərə əməl edilməlidir.
8. Gürcüstan qanunvericiliyi ilə başqa heç nə müəyyən edilməyibsə, 200 000 (iki yüz min) lariyə qədər bank krediti yalnız lari ilə verilməlidir, o hal istisna olmaqla – nə vaxt ki, bank kreditinin verilməsi nəticəsində krediti alanın eyni bank kreditini verən qarşısında ümumi öhdəlikləri 200 000 (iki yüz min) laridən artıq (çox) olur. Bu hissənin məqsədləri üçün hər hansı formada xarici valyuta ilə əlaqələndirilmiş və ya indeksləşdirilmiş bank krediti lari ilə verilmiş bank krediti hesab edilmir.
Gürcüstanın 29 dekabr 2016-cı il tarixli qanunu №239 – veb-səhifə, 13.01.2017-ci il.
Gürcüstanın 23 dekabr 2017-ci il tarixli qanunu №1901 – veb-səhifə, 11.01.2018-ci il.
Gürcüstanın 21 iyul 2018-ci il tarixli qanunu №3315 – veb-səhifə, 07.08.2018-ci il.
Gürcüstanın 22 dekabr 2018-ci il tarixli qanunu №4104 – veb-səhifə, 10.01.2019-cu il.
Maddə 869. (çıxarılıb)
Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260
Maddə 870. Əlavə təminatdan istifadə
1. Əgər kredit verilərkən maddi (əşyavi) və ya şəxsi təminat razılaşdırılıbsa, o zaman kreditin tam ödənilməməsi halında, krediti verən əlavə təminatın istifadəsini tələb edə bilər.
2. Krediti alanın tələbi ilə, krediti verən razılaşdırılmış ödəniş həddini aşan təminatı qaytarmağa borcludur.
Maddə 871. Müqaviləyə xitam verilməsi
1. Kredit üçün müəyyən müddətə sabit faiz dərəcəsi razılaşdırılıbsa, krediti alan kredit müqaviləsinə xitam verə bilər - əgər faiz öhdəliyi qaytarılma müddətindən əvvəl bitərsə və faiz dərəcəsi barədə hər hansı yeni razılaşma bağlanmamışdırsa. Xitam müddəti bir aydır.
2. Əgər krediti alan istehlakçıdırsa (istifadəçidirsə) və kredit ipoteka ilə təmin edilməyibsə, xitam hüququ kreditin alınmasından altı ay sonra yaranır. Xitam müddəti isə üç aydır.
3. On il keçdikdən sonra xitam hüququ istənilən halda mövcuddur. Xitam müddəti altı aydır.
4. Borclu, üç aylıq xitam müddətinə riayət etməklə, dəyişkən faiz dərəcəsi ilə götürdüyü kreditə istənilən vaxt xitam verə bilər.
Maddə 872. Kreditin vaxtından əvvəl qaytarılmasına görə zərərin ödənilməsi
Krediti alan - krediti kredit münasibəti bitməmişdən əvvəl geri qaytarırsa, o zaman krediti verən - zərərin müvafiq şəkildə ödənilməsini tələb edə bilər. Bununla da, qənaət edilmiş xərclərin dəyəri, eləcə də krediti verənin kredit valyutasının başqa cür istifadəsindən əldə edə biləcəyi və ya krediti alanın almağa qəsdən icazə vermədiyi fayda zərərin kompensasiyasına sayılmalıdır.
Maddə 873. Krediti hissə-hissə qaytararkən kredit münasibətinə xitam verilməsi
Kreditin hissə-hissə qaytarılması nəzərdə tutulubsa və krediti alan ardıcıl olaraq (üst-üstə) ən azı iki müddəti qaçırmışsa (gecikdirmişsə), krediti verən kredit münasibətinə xitam verə bilər. İki həftəlik əlavə müddət verildikdən sonra da ödəniş edilmədikdə, xitam qüvvəyə minir.
III. Depozit
Maddə 874. Anlayışı (konsepsiyası). Kredit qurumu rəhbərlərinin məsuliyyəti
1. Pul məbləği (depozit) qoymaqla kredit qurumu onun üzərində mülkiyyət hüququnu əldə edir və vaxtı çatdıqda alınan məbləği eyni valyutada qaytarmağa borcludur.
2. Əgər müddət müəyyən edilməmişdirsə, pul məbləği istənilən vaxt geri tələb oluna bilər.
3. Depozitlərə müvafiq olaraq faizlər köçürülməlidir.
4. Depoziti qəbul edən və kredit qurumunun direktorları (menecerləri) bankın likvidliyi və boniteti (kredit qabiliyyəti) haqqında məlumatı əmanətçiyə çatdırmağa borcludurlar.
5. Təqsirli şəkildə yanlış məlumat verən və ya lazımi məlumatları çatdırmaqdan imtina edən şəxs yanlış məlumat verməsi və ya məlumat verməməsi nəticəsində yaranmış zərəri əmanətçiyə ödəməyə borcludur.
6. Reklam broşürləri vasitəsilə və ya başqa cür bankın likvidliyi və boniteti haqqında yanlış məlumatları ictimaiyyətə yayan bank direktorları da (menecerləri də) ortaq (müştərək) məsuliyyət daşıyırlar.
Maddə 875. Əmanət kitabçası
Əmanət kitabçasını verərkən, kredit qurumu onu yalnız adla (konkret şəxs üçün) doldurmaq səlahiyyətinə malikdir.
Gürcüstanın 23 iyul 2003-cü il tarixli qanunu №2617 – SSM I, №22, 08.08.2003-cü il., maddə.167
IV. Sənədli (əmtəəlik) akkreditiv. Sənədli inkasso
Maddə 876. Anlayışı (konsepsiyası)
1. Akkreditiv açmaqla kredit qurumu (açan bank) - müştərinin (akkreditiv tapşırığını verənin) xahişi və sərəncamı ilə, göstərilən sənədin müqabilində üçüncü şəxsə (remitentə) bu şəxsin əmri ilə pul məbləği ödəməyə və ya remitentdən vəd edilmiş vekseli nağdlaşdırmağa, qəbul etməyə və yaxud kredit şərtləri yerinə yetirildikdə bu əməliyyatı həyata keçirməyi başqa banka tapşırmağa borcludur.
2. Müştəri razılaşdırılmış haqqı ödəməyə borcludur.
Maddə 877. İnkasso tapşırığı
İnkasso tapşırığı ilə inkasso əməliyyatını həyata keçirmək səlahiyyəti olan kredit qurumu (bank) müştərinin (etibar edən şəxsin) tapşırığı ilə aksept və/və ya zərurət yarandıqda - ödəyici tərəfindən ödəniş müqabilində ticarət qiymətli kağızları buraxmaq öhdəliyini öz üzərinə götürür.
Maddə 878. Beynəlxalq dövriyyə adətləri
Əgər başqa hal razılaşdırılmayıbsa, tərəflərin hüquq və öhdəlikləri beynəlxalq dövriyyədə sənədli akkreditivin və ya sənədli inkassonun təsis edilmiş adətlərinə görə müəyyən edilir.
V. Bank zəmanəti (qarantiyası)
Maddə 879. Anlayışı (konsepsiyası)
Bank zəmanətinin gücü ilə bank, digər kredit qurumu və ya sığorta təşkilatı (qarant) başqa şəxsin (prinsipalın) xahişi ilə benefisiarın ödəniş haqqında yazılı tələbi əsasında prinsipalın kreditoruna (benefisiara) öhdəliyə uyğun olaraq pul məbləğini ödəyəcəyinə dair yazılı öhdəliyi öz üzərinə götürür.
Maddə 880. Bank zəmanəti üçün ödəniş
1. Bank zəmanəti prinsipalın benefisiar qarşısında öz öhdəliyini lazımi qaydada yerinə yetirməsini təmin edir.
2. Bank zəmanətinin verilməsi üçün prinsipal zəmanətçiyə (qaranta) razılaşdırılmış haqqı ödəyir.
Maddə 881. Zəmanətçinin öhdəliyinin əsas öhdəlikdən müstəqilliyi
Bank zəmanəti ilə nəzərdə tutulmuş zəmanətçinin benefisiar qarşısında öhdəliyi onların arasında olan münasibət zamanı həmin əsas öhdəlikdən asılı deyil, hansının ki yerinə yetirilməsini təmin etmək üçün o verilmişdir, hətta zəmanətdə bu öhdəliyə istinad olduqda belə.
Maddə 882. Bank zəmanətinin geri tələb edilməsinin yolverilməzliyi
Zəmanətdə başqa hal nəzərdə tutulmayıbsa, bank zəmanəti zəmanətçi tərəfindən geri götürülə bilməz.
Maddə 8821. Kommersiya bankı tərəfindən verilmiş bank zəmanətini başqa kommersiya bankına köçürmək hüququ
Kommersiya bankının ləğvi məqsədləri üçün kommersiya bankının ləğvedicisi kommersiya bankı tərəfindən verilmiş bank zəmanətini benefisiarın və prinsipalın razılığı olmadan başqa kommersiya bankına köçürmək hüququna malikdir.
Gürcüstanın 23 dekabr 2017-ci il tarixli qanunu №1901 – veb-səhifə, 11.01.2018-ci il.
Maddə 883. Benefisiara məxsus (aid) olan tələbin başqa şəxsə verilməsinin yolverilməzliyi
Zəmanətdə başqa hal nəzərdə tutulmayıbsa, bank zəmanəti əsasında benefisiara məxsus olan, zəmanətçiyə qarşı tələb hüququ başqa şəxsə verilə bilməz.
Maddə 884. Bank zəmanətinin qüvvəyə minməsi
Zəmanətdə başqa hal nəzərdə tutulmayıbsa, bank zəmanəti verildiyi gündən qüvvəyə minir.
Maddə 885. Tələbin təqdim edilməsinin forması
1. Bank zəmanəti ilə benefisiarın pulun ödənilməsinə dair tələbi, zəmanətdə göstərilən sənədlər əlavə edilməklə, zəmanətçiyə yazılı formada təqdim edilməlidir. Tələbdə və ya onun əlavəsində benefisiar prinsipalın əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu, zəmanətin nəyi təmin etmək üçün verildiyini göstərməlidir.
11. Benefisiar və zəmanətçi arasında elektron sənəd dövriyyəsi sistemindən istifadə etməklə pulun ödənilməsi tələbinin alınması (qəbulu) barədə razılaşma mövcud olduqda, benefisiarın zəmanətçiyə pulun ödənilməsi barədə tələbi yazılı formada təqdim etməsi lazım deyil.
2. Benefisiar tələbi zəmanətçiyə zəmanətlə müəyyən edilmiş müddət bitməmiş təqdim etməlidir, nə müddətlə ki, o, verilmişdir.
Gürcüstanın 21 iyul 2010-cu il tarixli qanunu №3537 - SSM I, №47, 05.08.2010-cu il., maddə.304
Maddə 886. Benefisiarın tələbi qəbul edildikdə zəmanətçinin öhdəliyi
1. Benefisiarın tələbini qəbul etdikdən sonra zəmanətçi dərhal bu barədə prinsipalı xəbərdar etməli və tələbin surətini onunla bağlı bütün sənədlərlə birlikdə verməlidir.
2. Zəmanətçi, əlavə edilmiş sənədlərlə birlikdə benefisiarın tələbinə ağlabatan müddət ərzində baxmalıdır və tələbin və ona əlavə edilmiş sənədlərin zəmanət şərtlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün əsaslı diqqət (qayğı) göstərməlidir.
Maddə 887. Benefisiarın tələbini təmin etməkdən zəmanətçinin imtinası (rəddi)
1. Bu tələb və ya ona əlavə edilmiş sənədlər zəmanətin şərtlərinə uyğun gəlmədikdə və yaxud zəmanətdə müəyyən edilmiş müddət bitdikdən sonra zəmanətçiyə təqdim edildikdə, zəmanətçi benefisiarın tələbini təmin etməkdən imtina (rədd) etməlidir. Zəmanətçi onun tələbini təmin etməkdən imtina (rədd) barədə benefisiara dərhal məlumat verməlidir.
2. Benefisiarın tələbi təmin edilənə qədər zəmanətçi bank zəmanəti ilə təmin edilmiş əsas öhdəliyin müvafiq hissədə artıq tam yerinə yetirildiyini, digər əsaslarla xitam verildiyini və ya batil olduğunu bildikdə, o, bu barədə benefisiara və prinsipala dərhal məlumat verməlidir. Zəmanətçi tərəfindən belə bildiriş edildikdən sonra qəbul edilmiş benefisiarın ikinci (təkrar) tələbini zəmanətçi təmin etməlidir.
Maddə 888. Zəmanətçinin öhdəliyinin əhatə dairəsi
Zəmanətçinin bank zəmanəti ilə nəzərdə tutulmuş benefisiar qarşısında öhdəliyi zəmanətin verildiyi məbləğin ödənilməsi ilə məhdudlaşır.
Maddə 889. Zəmanətçinin öhdəliyinə xitam verilməsinin əsasları
1. Zəmanətçinin benefisiar qarşısında öhdəliyinə xitam verilir:
a) benefisiara zəmanətin verildiyi məbləği ödəməklə;
b) zəmanətdə müəyyən edilmiş, onun verildiyi müddət keçdikdən sonra;
q) benefisiar zəmanətdən irəli gələn hüquqlarından imtina etdikdə və onları zəmanətçiyə qaytardıqda.
2. Zəmanətə xitam verilməsindən xəbərdar olan zəmanətçi bu barədə dərhal prinsipala məlumat verməlidir.
Maddə 890. Reqressiv kompensasiya tələb etmək hüququ
1. Zəmanətçinin reqress qaydasında prinsipaldan bank zəmanəti ilə benefisiara qaytarılmış məbləğin ödənilməsini tələb etmək hüququ zəmanətçinin prinsipalla razılaşması ilə müəyyən edilir, hansının ki yerinə yetirilməsi üçün zəmanət verilmişdir.
2. Zəmanətçinin prinsipalla razılaşmasında başqa hal nəzərdə tutulmayıbsa, zəmanətçinin - zəmanətin şərtlərinə zidd olaraq və ya zəmanətçinin benefisiar qarşısında öhdəliyinin pozulması səbəbindən benefisiara qaytarılmış məbləğin ödənilməsini prinsipaldan tələb etmək hüququ yoxdur.
İyirmi ikinci fəsil
Zaminlik
Maddə 891. Anlayışı (konsepsiyası)
1. Zaminlik müqaviləsinə əsasən, zamin üçüncü şəxsin öhdəliyini yerinə yetirməsi üçün kreditor qarşısında zamin durmaq öhdəliyini öz üzərinə götürür.
2. Zaminlik, həmçinin, gələcək və şərti öhdəliklər üçün də istifadə edilə bilər.
Maddə 892. Zaminlik forması
1. Zaminliyin həqiqiliyi (etibarlılığı) üçün zaminin yazılı bəyanatı (ərizəsi) və zəmanət sənədinin özündə (müqavilədə) zaminin məsuliyyətinin kəmiyyətcə müəyyən edilmiş maksimum məbləğini göstərmək lazımdır.
2. Əgər kimsə öz peşə fəaliyyətinin yerinə yetirilməsi çərçivəsində zaminlik barədə bəyanat (ərizə) verirsə, o zaman formaya riayət etmək zəruri deyil.
Maddə 893. Zaminin öhdəliyinin əsası
Müvafiq əsas öhdəliyin mövcudluğu zaminin öhdəliyi üçün müəyyənedicidir. Əsas borclunun zaminliyi götürdükdən sonra bağlayacağı əqdlə zaminin öhdəliyi artmayacaq və bu əqddən yaranan münasibətlərə şamil edilməyəcək.
Maddə 894. Zaminin kreditoru təmin etməkdən imtinası
Kreditor əsas borcluya qarşı məcburi icraya cəhd edənə qədər, zamin kreditoru təmin etməkdən imtina edə bilər.
Maddə 895. Zaminin ortaq (müştərək) məsuliyyəti
Əgər zamin məsuliyyəti ortaq (müştərək) və ya digər bərabər dərəcədə əhəmiyyətli (ekvivalent) formada öz üzərinə götürürsə, məcburi icraya cəhd etmədən də ona tələb irəli sürülə bilər - əgər əsas borclu ödəmə müddətini qaçırıbsa (gecikdiribsə) və nəticəsiz xəbərdarlıq edilibsə və yaxud onun ödəmə qabiliyyətinin olmaması aşkardırsa.
Maddə 896. Eyni öhdəliyə görə bir neçə zaminin məsuliyyəti
Eyni öhdəliyin zamini bir neçə şəxs olduqda, onlar zaminliyi öz üzərlərinə birgə götürmüş olmasalar belə, ortaq (müştərək) borclular kimi məsuliyyət daşıyırlar.
Maddə 897. Əvvəlki zaminlərin götürdükləri öhdəliklər üzrə məsuliyyət
Əvvəlki zaminlər tərəfindən götürülmüş öhdəliyin yerinə yetirilməsini kreditor qarşısında öz öhdəsinə götürmüş zamin onlarla birlikdə eyni dərəcədə məsuliyyət daşıyır - həmişəki kimi – zamin əsas borclu ilə birlikdə.
Maddə 898. Zaminin məsuliyyətinin əhatə dairəsi
1. Bütün hallarda zamin yalnız zaminlik sənədində göstərilən hədd məbləğinin miqdarına qədər məsuliyyət daşıyır.
2. Əgər başqa cür razılaşma yoxdursa, zamin qeyd olunan hədd məbləğinin miqdarına qədər məsuliyyət daşıyır:
a) əsas borca uyğun olan məbləğə görə, xüsusən də əsas borclunun təqsiri üzündən və ya ödəmə müddətinin gecikdirilməsinə görə əsas borc dəyişdikdə. Müqavilənin sona çatması vaxtı üçün nəzərdə tutulmuş müqavilə üzrə penyanın və ya zərərin ümumi məbləğinə görə zamin yalnız bunun xüsusi olaraq razılaşdırılacağı təqdirdə məsuliyyət daşıyır;
b) müqaviləyə xitam verilməsinə və məhkəmə xərclərinə görə, hansılar ki əsas borclu tərəfindən ödənilməlidir - əgər zaminin kreditoru təmin etməklə onun qarşısını almaq imkanı var idisə;
q) əgər bu birbaşa razılaşdırılmışdısa, əsas borclu tərəfindən müqavilə üzrə ödənilməli olan faizlərə görə.
Maddə 899. Cavab ərizəsinə dair zaminin hüququ
1. Zamin əsas borcluya məxsus cavab ərizələri verə (irəli sürə) bilər. Əsas borclu vəfat edərsə, zamin vərəsənin məhdud məsuliyyətinə istinad edə bilməz.
2. Əsas borclu ondan imtina etdiyinə görə, zamin cavab ərizəsinə dair hüququnu itirmir.
Maddə 900. Zaminin kreditoru təmin etməkdən imtinası
Əsas borclu öz öhdəliyinin əsasını təşkil edən əqdi mübahisələndirmək hüququna malik olduğu müddət ərzində zamin kreditoru təmin etməkdən imtina edə bilər.
Maddə 901. Zaminin məsuliyyətinin azaldılması
Kreditor girov hüquqlarını və ya digər təminat vasitələrini və güzəştləri zaminin zərərinə azaltdıqda, zaminin məsuliyyəti yuxarıda qeyd olunan azalmaya uyğun məbləğdə azaldılır.
Maddə 902. Əsas borclunun ödəmə müddətini gecikdirməsinin nəticələri
1. Əsas borclu ödəmə müddətini qaçırıbsa (gecikdiribsə), kreditor bu barədə zaminə məlumat verməlidir. Zaminin tələbi ilə kreditor istənilən vaxt ona əsas borcun vəziyyəti barədə məlumatları çatdırmalıdır.
2. Kreditor bu hərəkətlərdən birini yerinə yetirmədikdə, o, zaminə qarşı öz tələblərini - yerinə yetirməməyin zərərə səbəb olacağı miqdarda itirir.
Maddə 903. Ömürlük zaminlik zamanı müqaviləyə xitam verilməsi
1. Zaminlik ömürlükdürsə, zamin müqaviləyə xitam verilməsinin üç aylıq müddətinə riayət etməyə borcludur.
2. Müddətli zaminlik zamanı beş il keçdikdən sonra üç aylıq müddətə riayət etməklə müqaviləyə xitam verilə bilər.
3. Birtərəfli xitam verildiyi halda zamin xitam verilənə qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur.
Maddə 904. Zaminlik öhdəliyindən azad edilmənin əsasları
I. Əgər zamin əsas borclunun tapşırığı ilə zaminliyi öz üzərinə götürürsə və ya tapşırılmadan başqalarının işlərini idarə etmə qaydalarına uyğun olaraq zaminliyə görə etibar edilən şəxsin hüquqları əsas borcluya qarşı veriləcəksə, o zaman o, zaminlikdən azad edilməsini tələb edə bilər, əgər:
a) əsas borclunun əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdisə;
b) zaminlik müəyyən edildikdən sonra əsas borcludan ödəniş yaşayış yerinin və ya yerləşdiyi yerin dəyişməsinə görə əhəmiyyətli dərəcədə çətinləşdisə;
q) kreditorda zaminə qarşı yerinə yetirməyə dair icra yazısı olan sənəd varsa.
2. Əsas öhdəliklərin yerinə yetirilmə müddəti hələ gəlib-çatmamışdırsa, borclu azad etmək əvəzinə zaminə təminat verə bilər.
Maddə 905. Zamin tərəfindən kreditorun təmin (qane) edilməsinin nəticələri
Zamin kreditoru təmin (qane) edərsə, kreditorun əsas borcluya qarşı tələbi ona keçir. Əsas borclunun onunla zamin arasında mövcud olan hüquqi münasibətdən irəli gələn cavab ərizələri toxunulmaz olaraq qalır.
İyirmi üçüncü fəsil
Kontokorent
Maddə 906. Anlayışı (konsepsiyası). Məzmunu
1. Kontokorent müqaviləsinə əsasən, tərəflər işgüzar əlaqələrdən yaranmış tələblərin və ödənişlərin hesaba daxil edilməsinə və hesab bağlanana qədər toxunulmaz sayılmasına görə məsuliyyəti öz üzərlərinə götürürlər.
2. Hesabın qalığı (saldo) razılaşdırılmış müddətdə ödənilməlidir. Hesab bağlanarkən məbləğin qalığının aid olduğu tərəf ödənişi tələb etmədikdə, o, kontokorentə daxil ediləcək.
3. Hesabın bağlanması saldo tələbi ilə nəticələnəcək, hansı ki yerinə yetirmək məqsədilə kontokorentə yerləşdirilmiş tələbin yerini tutur.
4. Başqa hal müəyyən edilməyibsə, hesab ildə bir dəfə bağlanır.
Maddə 907. Kontokorentin ləğv edilməsi
Şübhə mövcud olduqda, kontokorent istənilən vaxt ləğv edilə bilər və hesab bağlana bilər.
Maddə 908. Edilən ödənişlər üçün faizlər
Əgər müqavilə başqa halı nəzərdə tutmursa, nəzərdə tutulan ödənişlər üçün faizlər qanunla nəzərdə tutulmuş faiz dərəcəsi məbləğində ödənilməlidir.
Maddə 909. Kontokorentə daxil edilmiş tələbin şəxsi və ya maddi (əşyavi) təminatı
1. Kontokorentə daxil edilən tələb üçün şəxsi və ya maddi (əşyavi) təminat mövcuddursa, o zaman hesabı bağladıqdan sonra da kreditor bu təminatdan öz xeyrinə mövcud olan qalıq məbləğinin ödənilməsini tələb edə bilər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qayda hətta tələb üzrə ortaq (müştərək) məsuliyyət mövcud olduqda da qüvvədədir.
Maddə 910. Qadağa (həbs) qoyulması
Müqavilənin iştirakçılarından birinin kreditoru qalıq məbləğinin təsvirinə (qadağanın qoyulmasına) nail olduqda - hansı ki kontokorentdən borcluya verilməlidir (aiddir), o zaman kreditora qarşı nəzərə alınmayacaq borcun o hissələri, hansılar ki təsvirdən (qadağa qoyulduqdan) sonra yeni əqdlərlə yaranıb. Əqddən əvvəlki tələblərə əsasən artıq həyata keçirilmiş əqd yeni əqd hesab edilmir.
İyirmi dördüncü fəsil
Qiymətli kağızların dövriyyəsindən yaranan öhdəliklər
I. Təqdim edilə bilən qiymətli kağızlardan yaranan öhdəlik
Maddə 911. Anlayışı (konsepsiyası).
1. Əgər kimsə sənədin sahibinə ödənişi vəd edən sənəd verərsə, o zaman sahib vədə əsasən ödəniş tələb edə bilər, o hal istisna olmaqla – nə vaxt ki, onun buna haqqı (hüququ) yox idi.
2. Verilmiş sənəddəki imzanın həqiqiliyi sənəddə göstərilən xüsusi formaya riayət etməkdən asılı ola bilər. İmzalama texniki cəhətdən mümkün olan hər hansı bir yolla edilə bilər.
Maddə 912. Emitentin cavab ərizələri
Sənədi buraxan (emitent) qiymətli kağızın sahibinə yalnız imzanın (rəsmiləşdirmənin) həqiqiliyinə, sənədin özünə toxunan və ya emitentin bilavasitə sahibə qarşı malik olduğu cavab ərizələrini təqdim edə bilər.
Maddə 913. Hüquqların ötürülməsi qaydası
1. Sənəddə verilmiş hüquq daşınar əmlakın verilməsi üçün müəyyən edilmiş qaydalara uyğun olaraq ötürülür. O, həmçinin, üçüncü şəxslə bağlanmış müqavilə əsasında verilə bilər.
2. Hər hansı yolla itirilmiş sənədi əldə edən (alan) şəxs qanuni sahib sayılacaq, o hal istisna olmaqla – nə vaxt ki, o, sənədi alarkən qəsdən və ya kobud ehtiyatsızlıqla hərəkət edirdi.
Maddə 914. Emitentin hüquqları
1. Emitent qiymətli kağızı özünün vermədiyinə dair istənilən (hər hansı) sahiblə mübahisə edə bilər. Bundan əlavə, o, sənəddən irəli gələn istənilən tələbi (cavab ərizəsini) sahibə qarşı irəli sürə bilər.
2. Əgər emitent sənədi imzalamaq üçün texniki vasitədən istifadə edirsə, o - bu vasitədən istifadə etmək hüququnun olmadığını deyərək sahib qarşısında özünə haqq qazandıra bilməz, o hal istisna olmaqla – nə vaxt ki, alıcının saxtakarlıqdan xəbəri var idi və ya kobud ehtiyatsızlıqla hərəkət edirdi.
3. Əgər sənəd sahibin mülkiyyətinə verilmişdirsə, emitent əvvəlki sahibi ilə onun bilavasitə münasibətlərindən irəli gələn cavab ərizələrini ona qarşı çıxara (əleyhinə qoya) bilməz, o hallar istisna olmaqla – nə vaxt ki, sonrakı sahib sənədi alarkən bilə-bilə emitentin ziyanına hərəkət edirdi.
4. Əgər cavab ərizəsi bilavasitə münasibətlərdən irəli gəlmirsə, o, yalnız o sahibə təqdim edilə bilər, hansı ki sənədin üzərində mülkiyyət hüququnu özgəninkiləşdirmə yolu ilə əldə etmişdir və onu alarkən qəsdən və ya kobud ehtiyatsızlıqla hərəkət edirdi.
Maddə 915. Emitentin öhdəliyi
1. Emitent öz öhdəliyini yalnız qiymətli kağız ona təhvil verildiyi halda yerinə yetirməyə borcludur.
2. Sənədin sahibi qarşısında öhdəlikləri yerinə yetirən borclu qəsdən və ya kobud ehtiyatsızlıqla hərəkət etmədikdə və sahibin vicdansızlığını sübut etmək imkanına malik olduqda, öz öhdəliyindən (vəzifə borcundan) azad edilir.
3. Sənədin sahibi qarşısında öz öhdəliklərindən azad olan borclu ona təhvil verilmiş sənəd üzərində mülkiyyət hüququnu əldə edir.
Maddə 916. Təqdim edilə bilən qiymətli kağızın yenidən rəsmiləşdirilməsi
Təqdim edilə bilən qiymətli kağızı müəyyən edilmiş şəxsin adına yenidən rəsmiləşdirməyi yalnız emitent həyata keçirə bilər. Bununla da, emitent təqdim edilə bilən qiymətli kağızı (təqdim edənə) yenidən rəsmiləşdirməyə borclu deyil.
Maddə 917. Dövriyyəyə yararsız qiymətli kağızın mübadiləsi
Əgər təqdim edilə bilən qiymətli kağız zədələndiyinə görə dövriyyəyə yararlı deyilsə, sahib - əgər sənədin məzmununu və əsas fərqləndirici əlamətlərini hələ də tanımaq mümkündürsə, zədələnmiş sənədi təhvil vermək əvəzinə yeni təqdim edilə bilən qiymətli kağızı tələb edə bilər. Bununla bağlı xərcləri sahib çəkməlidir və məbləği əvvəlcədən ödəməlidir.
Maddə 918. Qiymətli kağızın qüvvədən düşmüş elan edilməsi
1. Əgər sənəddə başqa hal nəzərdə tutulmayıbsa, itirilmiş və ya məhv edilmiş qiymətli kağızı məhkəmə qüvvədən düşmüş elan edə bilər.
2. Emitent qiymətli kağızın qüvvədən düşmüş elan edilməsi haqqında işə məhkəmədə baxılması və ödənişin qadağan edilməsi üçün zəruri olan məlumatları tələb əsasında əvvəlki sahibə verməyə borcludur; o, müvafiq şəhadətnaməni də verməyə borcludur. Şəhadətnamənin verilməsi xərclərini əvvəlki sahib əvvəlcədən ödəyir.
Maddə 919. Yeni təqdim edilə bilən sənədin verilməsi
Təqdim edilə bilən borc öhdəliklərinin qüvvədən düşmüş elan edilməsinə nail olmuş şəxs, sənəd əsasında tələbin həyata keçirilməsinə baxmayaraq, emitentdən qüvvədən düşmüşün əvəzinə yeni təqdim edilə bilən sənədin verilməsini tələb edə bilər. Elə o, verilmə xərclərini əvvəlcədən ödəməlidir.
Maddə 920. Tələblərin iddia müddəti
Qiymətli kağızlardan irəli gələn tələblər üzrə iddia müddəti sənədlərdə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirildiyi müddət gəlib-çatdıqdan etibarən otuz ildir.
Maddə 921. Az dəyərli borc sənədlərinin verilməsi
Əgər emitent az dəyərli borc sənədi və ya kreditorun adı qeyd olunmayan digər oxşar sənədləri buraxmışdırsa və işin hallarından aydın olursa ki, emitent sahibə ödəniş etmək istəyir, o zaman 911-ci maddənin birinci hissəsinin, 913-915-ci və 920-ci maddələrin qaydaları tətbiq edilir.
II. Orderlik qiymətli kağızlardan yaranan öhdəlik
Maddə 922. Anlayışı (konsepsiyası)
1. Emitentin sənədi təqdim etdikdə adı çəkilən şəxsə ödəməyi vəd etdiyi borc sənədi orderlik qiymətli kağız şəklində verilə bilər.
2. İmza texniki cəhətdən mümkün olan hər hansı bir yolla edilə bilər.
Maddə 923. Hüquqların ötürülməsi. İndossamentin növləri
1. Sənəddə verilmiş hüquq indossamentlə və sənədin ötürülməsi ilə verilə bilər.
2. İndossament sənəddə və ya onun əlavəsində edilir. Texniki vasitədən istifadəyə icazə verilir.
3. İndossament indosserin qeydini tələb etmir və yalnız imzadan ibarət ola bilər (blanket indossamenti). Blanket indossamentini səlahiyyətli sahib özünün və ya başqasının adından doldura, sənədi doldurmadan verə və yaxud müəyyən edilmiş şəxsə onu özü sonradan təsdiq edə bilər.
Maddə 924. İndossamentlə alınmış sənəddən istifadə qaydası
Əgər orderlik borc sənədi indossament əsasında alınmışdırsa, o zaman müvafiq olaraq 914-cü maddə tətbiq edilir.
Maddə 925. Ardıcıl indossamentlər olduqda ödəniş
1. Ardıcıl indossamentlər vasitəsilə təsdiq edilmiş orderlik qiymətli kağızın sahibi imzalanmış sənədin təhvil verilməsi müqabilində vəd edildiyinə görə ödəniş tələb edə bilər, o hal istisna olmaqla – nə vaxt ki, onun buna səlahiyyəti yoxdur.
2. Ardıcıl indossamentlər vasitəsilə öz hüququnu sübuta yetirmiş səlahiyyətsiz şəxsə ödəniş borclunu azad edir - əgər o, qəsdən və ya kobud ehtiyatsızlıqla hərəkət etmirdisə.
3. İndosser qarşısında öz borcunu yerinə yetirmiş borclu ona verilmiş sənədin mülkiyyətçisi olur.
Maddə 926. Yazılı şəkildə zəmanət verilmiş tələblər
Əgər orderlik qiymətli kağızlarda yazılı şəkildə zəmanət verilmiş təkcə az dəyərli tələblər deyilsə, müvafiq olaraq, təqdim edilə bilən borc sənədini əvəz edən sənədin verilməsi və qüvvədən düşmüş elan edilməsi qaydaları tətbiq edilir.
Maddə 927. Tələblərin iddia müddəti
Orderlik borc sənədlərindən irəli gələn tələblərin iddia müddətinə, müvafiq olaraq, təqdim edilə bilən borc sənədlərinə dair qüvvədə olan qaydalar tətbiq edilir.
III. Şəxsi qiymətli kağızlar
Maddə 928. Anlayışı (konsepsiyası)
1. Müəyyən edilmiş şəxsin adına tərtib edilmiş sənəd o şərtlə verilə bilər ki, borclu yalnız bu şəxsin sənədinin təhvil verilməsi müqabilində ödəniş etməli olacaq.
2. Əgər başqa hal müəyyən edilməyibsə, sənəddə verilmiş hüquq bu hüquq üçün müəyyən edilmiş qaydalara uyğun olaraq verilir.
3. Əgər başqa hal nəzərdə tutulmayıbsa, sənəd itirildikdə və ya məhv edildikdə, o, xüsusi icraat yolu ilə qüvvədən düşmüş elan ediləcək. Bu qayda az dəyərli sənədlərin itirilməsi zamanı tətbiq edilmir.
Maddə 929. Vəd edilmiş ödənişə istinad
Əgər müəyyən edilmiş ada yazılmış (abunə olan) sənəddə istinad varsa ki: vəd edilmiş ödəniş istənilən təqdim edənlə bağlı yerinə yetirilə bilər, o zaman borclu və sənədin sahibi arasında hər hansı əqd, o cümlədən ödəniş həqiqidir - əgər borclu qəsdən və ya kobud ehtiyatsızlıqla hərəkət etmirdisə.
İyirmi beşinci fəsil
Birgə fəaliyyət (yoldaşlıq)
Maddə 930. Anlayışı (konsepsiyası)
Birgə fəaliyyət (yoldaşlıq) müqaviləsinə əsasən, iki və ya bir neçə şəxs - hüquqi şəxs yaratmadan, ümumi təsərrüfat və ya digər məqsədlərə müqavilə ilə müəyyən edilmiş vasitələrlə nail olmaq üçün birgə hərəkət etməyi öhdəsinə götürür.
Maddə 931. Birgə fəaliyyət (yoldaşlıq) müqaviləsinin forması
1. Birgə fəaliyyət (yoldaşlıq) müqaviləsi yazılı və ya şifahi formada bağlana bilər.
2. Əgər müqavilə yazılı formada bağlanıbsa, onda aşağıdakılar olmalıdır:
a) iştirakçıların adı və ünvanı;
b) birgə fəaliyyətin növü və məqsədi haqqında məlumatlar;
q) iştirakçıların hüquq və öhdəlikləri;
d) idarəetmə orqanlarının strukturu və funksiyaları;
e) iştirakçılar arasında gəlirlərin və zərərin bölüşdürülməsi qaydası və şərtləri;
v) müqavilədən çıxmaq qaydası;
z) fəaliyyət müddətinin uzunluğu;
t) müqavilənin ləğvi və qalan əmlakın bölüşdürülməsi qaydası.
Maddə 932. Töhfəni daxil etmək öhdəliyi
1. İştirakçılar müqavilədə nəzərdə tutulmuş töhfələri daxil etməlidirlər. Əgər töhfənin miqdarı müqavilə ilə müəyyən edilməyibsə, hər bir iştirakçı onu bərabər şəkildə daxil etməyə borcludur.
2. Töhfə həm əmlakla, həm də xidmətlər göstərməklə daxil edilə bilər.
3. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, töhfələr iştirakçıların ümumi mülkiyyətidir. İştirakçıların ümumi mülkiyyəti ümumi mülkiyyətdə olan hüquq əsasında alınmış və yaxud ümumi əmlakın məhv edilməsi, zədələnməsi və ya götürülməsinə görə kompensasiya şəklində qəbul edilən şeylərdən ibarətdir.
Maddə 933. Payın üçüncü şəxsə verilməsinin yolverilməzliyi
1. Əmlak və ya hüquq şəklində pay müqavilənin digər iştirakçılarının razılığı olmadan üçüncü şəxsə verilə bilməz. Razılığın rədd edilməsinə yalnız üzrlü səbəb mövcud olduqda yol verilir.
2. Müqavilənin digər (qalan) iştirakçıları üçüncü şəxsə veriləcək payı üstünlüklə satın almaq hüququna malikdirlər.
Maddə 934. İşləri birgə idarə etmək öhdəliyi
1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilənin iştirakçıları işləri birgə idarə edir və üçüncü şəxslərlə münasibətdə yoldaşlığı təmsil edirlər. Hər bir əqdi bağlayan zaman müqavilənin bütün iştirakçılarının razılığı lazımdır. Müqavilədə qərar qəbul etmək üçün səs çoxluğunun yetərli olduğu nəzərdə tutulursa, o - töhfənin miqdarı ilə deyil, müqavilənin iştirakçılarının ümumi sayına görə müəyyən edilir.
2. Əgər işlərin idarə edilməsi müqavilə ilə birgə fəaliyyətin bir və ya bir neçə iştirakçısına elə həvalə edilibsə ki, onların hər biri müstəqil hərəkət etmək hüququna malik olsun, o zaman onların hər biri əqd bağlanarkən digərinə etiraz edə bilər. Belə etiraz olduqda, əqd bağlanmayacaq.
3. Müqaviləyə əsasən yoldaşlığın işlərinin idarə edilməsi iştirakçılardan birinə həvalə edildikdə, şübhə olduqda, o, üçüncü şəxslərlə münasibətdə yoldaşlığı təmsil edir və onun bağladığı əqdlər həqiqidir.
4. Birgə fəaliyyətin iştirakçısı səs çoxluğu ilə və yalnız müqavilə ilə ona həvalə edilmiş öhdəlikləri kobud şəkildə pozduqda, işləri idarə etmək səlahiyyətindən məhrum edilə bilər. Müqavilənin iştirakçısı işlərin idarə edilməsində iştirakdan imtina etmək hüququna malikdir. Belə şəxs istənilən vaxt idarəçilikdən (şuradan) ona lazım olan məlumatları tələb edə bilər.
5. Müqavilədən başqa heç nə irəli gəlmirsə, rəhbər şəxslərin hüquq və vəzifələri tapşırıq qaydalarına uyğun olaraq müəyyən edilir.
Maddə 935. Gəlirlərin bölüşdürülməsi qaydası
1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, gəlirlər iştirakçılar arasında onların payına uyğun olaraq bölünür.
2. Hər bir iştirakçı bütün iştirakçılardan birgə fəaliyyətdən irəli gələn vəzifələri vicdanla yerinə yetirməsini tələb etmək hüququna malikdir.
Maddə 936. İştirakçıların qarşılıqlı tələblərinin üçüncü şəxsə ötürülməsinin yolverilməzliyi
Birgə fəaliyyət iştirakçılarının bir-birinə qarşı birgə fəaliyyət müqaviləsindən irəli gələn tələbləri başqa şəxslərə ötürülə (verilə) bilməz.
Maddə 937. İştirakçıların ortaq (müştərək) məsuliyyəti
1. Müqavilənin iştirakçıları birgə fəaliyyətdən yaranan borclara görə ortaq (müştərək) məsuliyyət daşıyırlar. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bir-birinə münasibətdə məsuliyyətin miqdarı (həcmi) iştirakçıların payına uyğun olaraq müəyyən edilir.
2. Birgə fəaliyyət iştirakçıları bu fəaliyyət nəticəsində əldə etdikləri məxfi məlumatları açıqlamamağa borcludurlar.
Maddə 938. Birgə fəaliyyət müqaviləsindən imtina
1. Müqavilədə birgə fəaliyyətin müddəti birbaşa müəyyən edilmədikdə, hər bir iştirakçı istənilən vaxt birgə fəaliyyətdə iştirakdan imtina edə bilər. Müqavilədən çıxmaq birgə fəaliyyətə xələl gətirə biləcək (zərərli ola biləcək) bir vaxtda və ya şəraitdə yolverilməzdir.
2. Əgər birgə fəaliyyətin müddəti iştirakçıların razılaşması ilə müəyyən edilibsə, müqavilədən çıxmağa yalnız üzrlü səbəblər mövcud olduqda yol verilir.
3. İştirakçılardan birinin çıxması birgə fəaliyyətə xitam verilməsinə səbəb olur. Müqavilədə birgə fəaliyyətə xitam verilmədən iştirakçılardan birinin çıxması nəzərdə tutula bilər. Belə halda çıxan iştirakçının payı digər iştirakçılar arasında bölüşdürülür. Çıxan iştirakçıya pay kompensasiyası pul şəklində veriləcək. Bundan əlavə, çıxış zamanı yerinə yetirilməmiş əqdlər nəzərə alınır. Çıxış anında ümumi əmlak ümumi borcları ödəyə bilmirsə, çıxan şəxs qalan iştirakçılara öz payına uyğun məbləği ödəməyə borcludur. Çıxış anında mövcud kreditorlar qarşısında çıxan şəxsin öhdəliyi dəyişməzdir.
4. İştirakçının müqavilədən çıxmaq hüququnu ləğv edən və ya məhdudlaşdıran razılaşma batildir.
Maddə 939. Birgə fəaliyyətə xitam verilməsinin əsasları
1. Birgə fəaliyyətə xitam verilməsi üçün əsaslardır:
a) birgə fəaliyyətin razılaşdırılmış müddətinin keçməsi;
b) iştirakçıların qərarı;
q) birgə fəaliyyət əmlakı üzrə iflas prosedurunun açılması;
d) birgə fəaliyyət məqsədlərinin həyata keçirilməsinin qeyri-mümkün olması.
2. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, birgə fəaliyyətə xitam verilməsi üçün əsaslar, həmçinin, bunlardır:
a) müqavilənin tərəflərindən birinin ölümü;
b) iştirakçılardan birinin əmlakı üzrə iflas prosedurunun açılması;
q) müqavilənin ləğvi.
Maddə 940. Birgə fəaliyyətə xitam verilməsi qaydası
1. Birgə fəaliyyətə xitam verildikdə hələ də yerinə yetirilməmiş əqdlər tamamlanmalı, inventar siyahısı tərtib edilməli, qalan əmlak isə iştirakçılar arasında onların payına uyğun olaraq bölünməlidir.
2. Əmlak bölüşdürülərkən birgə fəaliyyət zamanı yaranan borclar ödənilməlidir. Əgər əmlak borcları ödəmək üçün kifayət deyilsə, müqavilənin iştirakçıları borcları öz paylarına uyğun olaraq ödəməyə (qaytarmağa) borcludurlar.
İyirmi altıncı fəsil
Ömürlük dolanışıq
Maddə 941. Anlayışı (konsepsiyası)
Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, ömürlük alimenti ödəməyi öhdəsinə götürən şəxs (çörək verən - dolandıran) bütün ömrü boyu onu alimenti alana (çörək verilənə - dolandırılana) ödəməyə borcludur. Ömürlük aliment pul şəklində və ya təbii şəkildə müəyyən edilə bilər (mənzillə, qida ilə, qulluq etməklə və digər zəruri yardımla).
Maddə 942. Müqavilənin forması
Ömürlük dolanışıq müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Daşınmaz əmlakın təhvil verilməsi halında müqavilə notarial qaydada təsdiq edilməlidir.
Maddə 943. Alimentin miqdarı
Ömürlük alimentin miqdarı tərəflərin razılaşması ilə müəyyən edilir.
Maddə 944. Alimentin ödəmə müddətləri
Alimentin ödəmə müddətləri, onun xarakterindən və məqsədlərindən asılı olaraq, tərəflərin razılaşması ilə müəyyən edilir.
Maddə 945. Təhvil verilən əmlakın özgəninkiləşdirilməsinin yolverilməzliyi
1. Çörək verilənin - dolandırılanın həyatında (sağlığında) çörək verənin - dolandıranın təhvil verilmiş əmlakı özgəninkiləşdirməyə, girov qoymağa və ya başqa cür yükləməyə, çörək verilənin - dolandırılanın yazılı razılığı olmadan, hüququ yoxdur. Çörək verənin – dolandıranın borclarına görə bu əmlak üzrə ödənişlərin edilməsi yolverilməzdir.
2. Çörək verilən - dolandırılan daşınmaz əmlakı çörək verənə - dolandırana təhvil verdikdə, tələbi təmin etmək üçün, o, həmin əmlak üzərində ipoteka hüququna malikdir.
Gürcüstanın 30 iyun 2005-ci il tarixli qanunu №1826 - SSM I, №41, 19.07.2005-ci il., maddə.284
Maddə 946. Alimentin ödənilməsinə görə etiraz
Ömürlük alimentin ödənilməsinə başqa şəxslər etiraz edə (mübahisələndirə) bilərlər, hansıların ki çörək verəndən - dolandırandan aliment almaq üçün qanuni hüququ var idi, amma çörək verən - dolandıran ömürlük aliment ödədiyi üçün ala bilməyiblər. Müqavilənin ləğvi halında əmlak çörək verilənə - dolandırılana qayıdır.
Maddə 947. Təbii alimentin ödənilməsi
Təbii alimentin ödənilməsi müqaviləsində tərəflər təbii alimenti pulla əvəz etməyi nəzərə ala bilərlər.
Maddə 948. Təhvil verilmiş əmlakın təsadüfən həlak olma və ya zədələnmə riski
Çörək verənə - dolandırana təhvil verilmiş əmlakın təsadüfən həlak olması və ya zədələnməsi onu aliment ödəməkdən azad etmir.
Maddə 949. Ömürlük dolanışıq müqaviləsindən imtina
1. Müqavilə öhdəliklərinin pozulması nəticəsində tərəflər arasında münasibət dözülməz hal aldıqda və yaxud digər mühüm səbəblər onun davam etdirilməsini son dərəcə çətinləşdirdikdə və ya qeyri-mümkün etdikdə həm çörək verən - dolandıran, həm də çörək verilən - dolandırılan ömürlük dolanışıq müqaviləsindən imtina edə bilərlər.
2. Təhvil verilmiş daşınmaz əmlak müqaviləyə xitam verildikdə çörək verənə - dolandırana qaytarılır və müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqaviləyə xitam verilənədək çəkilmiş xərclər çörək verənə - dolandırana ödənilmir.
Maddə 950. Çörək verənin – dolandıranın ölümünün nəticələri
1. Çörək verən - dolandıran öldükdən sonra dolandırmaq (saxlamaq) öhdəliyi onun təhvil verilmiş əmlakı almış (qəbul etmiş) vərəsələrinə keçir.
2. Vərəsə bu öhdəlikdən imtina edərsə, bu əmlak çörək verilənə - dolandırılana qaytarılır. Bu zaman müqaviləyə xitam verilir.
İyirmi yeddinci fəsil
Oyun. Mərc
Maddə 951. Anlayışı (konsepsiyası)
1. Oyun və ya mərc tələb etmək hüququ yaratmır. Bu qayda oyun və ya mərc üçün bilə-bilə verilmiş kreditlərə və avanslara şamil edilir.
2. Oyun və ya mərc əsasında həyata keçirilmiş icra (performans) geri tələb edilə bilməz.
3. İxtisaslı maliyyə müqaviləsi oyun və ya mərc deyil və bu maddənin qüvvəsi ona şamil edilmir. İxtisaslı maliyyə müqaviləsi Gürcüstanın “Maliyyə girovu, qarşılıqlı tutulma və törəmələr haqqında” Qanunu ilə tənzimlənir.
Gürcüstanın 20 dekabr 2019-cu il tarixli qanunu №5674 – veb-səhifə, 31.12.2019-cu il.
Maddə 952. Lotereya
Lotereya müqaviləsi və ya oxşar oyunlar dövlət tərəfindən icazə verildiyi təqdirdə öhdəlik doğururlar (oynamaq, püşkatma, səsvermə).
İkinci qapı
Qanuna uyğun öhdəlik münasibətləri
Birinci fəsil
Paylaşılan hüquqlar
Maddə 953. Anlayışı (konsepsiyası)
Əgər hüquq bir neçə şəxsə birgə məxsusdursa, qanundan başqa hal irəli gəlmirsə, bu fəslin qaydaları tətbiq edilir.
Maddə 954. Payların bərabərliyi
Əgər xüsusi olaraq başqa hal müəyyən edilməyibsə, hər bir səhmdara (pay sahibinə) bərabər pay məxsusdur (aiddir).
Maddə 955. Məhsul (meyvə) üzərində hüquq
1. Hər bir səhmdara (pay sahibinə) onun öz payına bərabər ölçüdə olan məhsulun hissəsi məxsusdur (aiddir).
2. Hər bir səhmdar (pay sahibi), digər səhmdarların (pay sahiblərinin) istifadəsinə zərər vermədən, paylaşılan predmetdən istifadə etmək hüququna malikdir.
Maddə 956. Paylaşılan predmetin idarə edilməsi
1. Paylaşılan predmeti səhmdarlar (pay sahibləri) birgə idarə edirlər.
2. Hər bir səhmdar (pay sahibi), digər səhmdarların (pay sahiblərinin) razılığı olmadan da, predmetin saxlanması üçün lazımi tədbirləri həyata keçirmək hüququna malikdir.
Maddə 957. Paylaşılan predmeti idarə edərkən qərar qəbul etmək
1. Səs çoxluğu ilə, paylaşılan predmetin xüsusiyyətlərinin müvafiq şəkildə idarə edilməsi və istifadəsi barədə qərar qəbul edilə bilər. Səslərin çoxluğu paylara görə hesablanır.
2. Əgər bu - razılaşma ilə və ya çoxluğun (əksəriyyətin) qərarı ilə tənzimlənməmişdirsə, hər bir səhmdar (pay sahibi) ədalətli baxışa (fikrə) görə bütün səhmdarların (pay sahiblərinin) marağına uyğun olan idarəetmə və istifadə tələb edə bilər.
3. Ayrı-ayrı səhmdarın (pay sahibinin) razılığı olmadan onun istifadə (faydalanma) payı üzərindəki hüququnu azaltmaq olmaz.
Maddə 958. Paylaşılan predmetin idarə edilməsi qaydasının hüquq varisinə ötürülməsi (keçməsi)
Əgər paylaşılan predmetin idarə edilməsi və istifadəsi qaydasını səhmdarlar (pay sahibləri) müəyyən ediblərsə, bu qayda hüquq varisinə də tətbiq edilir.
Maddə 959. Paylaşılan predmetə dair sərəncam vermək qaydası
Hər bir səhmdar (pay sahibi) öz payına dair sərəncam verə bilər, paylaşılan predmetə dair isə yalnız birgə sərəncam verilir. Əgər Gürcüstan qanunvericiliyi ilə birbaşa müəyyən edilməyibsə, səhm (pay) satıldıqda digər səhmdarların (pay sahiblərinin) imtiyazlı (üstünlüklə) satınalma hüququ tərəflərin razılaşması ilə müəyyən edilə bilər.
Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 – SSM I, №18, 22.05.2007-ci il., maddə.158
Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 – veb-səhifə, 02.07.2019-cu il.
Maddə 960. Paylaşılan predmetə qulluq xərcləri
Hər bir səhmdar (pay sahibi) paylaşılan predmetlə bağlı xərcləri digər səhmdarlara (pay sahiblərinə) münasibətdə öz payına bərabər ölçüdə ödəməyi öz üzərinə götürməyə borcludur.
Maddə 961. Paylaşılan hüququn ləğv edilməsi
1. Hər bir səhmdar (pay sahibi) paylaşılan hüququn ləğv edilməsini istənilən vaxt tələb edə bilər.
2. Ləğvi tələb etmək hüququ razılaşma ilə həmişəlik və ya müəyyən müddətə istisna edilərsə, o zaman üzrlü səbəb mövcud olduqda ləğv hələ də tələb oluna bilər.
3. Bu qaydalara zidd olaraq ləğvi tələb etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşma batildir.
Maddə 962. Ləğv haqqında razılaşma
Əgər səhmdarlar (pay sahibləri) hər hansı bir müddət ərzində paylaşılan hüququn ləğvini tələb etmək hüququndan kənarlaşdırılarsa, əgər başqa hal müəyyən edilməyibsə, razılaşma səhmdarın (pay sahibinin) ölümü ilə qüvvədən düşür.
Maddə 963. Naturayla (təbii) bölərkən paylaşılan hüququn ləğvi
Paylaşılan hüquq natura şəklində bölündükdə ləğv edilir, əgər paylaşılan predmet (predmetlər) dəyəri aşağı salınmadan bircinsli (vahid) hissələrə bölünə bilirsə, iştirakçılar arasında bərabər payların bölüşdürülməsi səsvermə ilə həyata keçirilir.
Maddə 964. Predmetin satılması ilə paylaşılan hüququn ləğv edilməsi
1. Əgər natura şəklində bölmək istisna edilirsə, o zaman paylaşılan hüquq - hüququnun paylaşıldığı (ortaq) predmeti, girov qoyulmuş əşyanı və ya torpaq sahəsini satmaqla və qazancın bölüşdürülməsi ilə ləğv ediləcək. Torpaq sahəsinə münasibətdə daşınmaz əmlakın hərracda məcburi satış qaydaları tətbiq edilir. Paylaşılan predmetin üçüncü şəxsə özgəninkiləşdirilməsinə yol verilmirsə, o zaman predmet səhmdarların (pay sahiblərinin) arasında hərracda satılmalıdır.
2. Əgər predmet satılmazsa, o zaman hər bir səhmdar (pay sahibi) təkrar hərracın keçirilməsini tələb edə bilər; bundan əlavə, yenidən (təkrar) cəhd nəticəsiz bitdikdə, o, xərcləri çəkməlidir.
Maddə 965. Səhmdarların (pay sahiblərinin) ortaq (müştərək) məsuliyyəti
1. Əgər səhmdarlar (pay sahibləri), ortaq (müştərək) borclular kimi, 600-cü maddəyə əsasən yerinə yetirməli olduqları öhdəliyə görə öz paylarına mütənasib olaraq məsuliyyət daşıyırlarsa və ya belə bir öhdəliyi yerinə yetirməyi öhdələrinə götürüblərsə, o zaman hər bir səhmdar (pay sahibi) pay hüququnu ləğv etdikdə borcun paylaşılan predmetdən ödənilməsini tələb edə bilər.
2. Borcu ödəmək üçün paylaşılan (ortaq) predmeti satmaq zərurəti yaranarsa, bu, 964-cü maddəyə uyğun olaraq həyata keçirilməlidir.
Maddə 966. Səhmdarların (pay sahiblərinin) həmkarlarına (ortaqlarına) qarşı mövcud olan tələbinin təmin edilməsi
Səhmdarın (pay sahibinin) başqa bir səhmdara (pay sahibinə) qarşı paylaşılan hüquqa əsaslanan tələbi varsa, o zaman bu hüquq ləğv edildikdə, o, öz tələbinin ödənilməsini paylaşılan (ortaq) əmlakın borclunun payına düşən hissəsindən tələb edə bilər.
Maddə 967. Paylaşılan hüququn ləğvi zamanı səhmdarların (pay sahiblərinin) məsuliyyəti
Əgər paylaşılan (ortaq) hüquq ləğv edildikdə, ortaq predmet səhmdarlardan (pay sahiblərindən) birinə məxsusdursa, o zaman qalan hər bir səhmdar (pay sahibi) öz payına uyğun olaraq, satıcı kimi - əşyanın və ya hüququn qüsuruna görə məsuliyyət daşıyır.
Maddə 968. Paylaşılan hüququn ləğvi tələbinin iddia müddəti
Paylaşılan hüququn ləğvi tələbi iddia (məhdudiyyət) müddətinə tabe deyil.
İkinci fəsil
Başqasının işlərini tapşırıqsız yerinə yetirmək
Maddə 969. Başqasının işlərini tapşırıq olmadan vicdanla yerinə yetirmək
Başqa şəxsin (sahibin) işlərini tapşırıq və ya başqa əsas olmadan yerinə yetirən şəxs (icraçı) onları vicdanla yerinə yetirməyə borcludur.
Maddə 970. Zərəri ödəmək öhdəliyi
1. Əgər işlərin icrası sahibi təhdid edən təhlükənin qarşısını almağa yönəlibsə, icraçı yalnız qəsdə və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır.
2. Başqa şəxsi və ya əmlakı faktiki olaraq təhdid edən təhlükənin qarşısını alarkən icraçıya zərər dəymişsə və təhlükənin qarşısını almaq icraçının hüquqi vəzifəsi (öhdəliyi) deyildisə, zərər - təhlükəni yaradan şəxsdən ödənilməlidir və ya o şəxsdən, hansının ki sərvətini (malını) xilas etməyə icraçı çalışırdı.
Maddə 971. Sahibə bildiriş etmək (məlumat vermək) öhdəliyi
İcraçı işləri yerinə yetirməyi öhdəsinə götürdüyü barədə sahibə ilk fürsətdə məlumat verməyə borcludur. Sahibin özü hərəkət edə bilənə qədər icraçı başlayan işləri davam etdirməlidir.
Maddə 972. Yerinə yetirilmiş iş barədə hesabatın təqdim edilməsi
İcraçı sahibə icra barədə hesabat təqdim etməyə və icra nəticəsində əldə etdiyi hər şeyi təhvil verməyə borcludur.
Maddə 973. Çəkilmiş xərclərin əvəzinin ödənilməsi hüququ
İcraçı, işin vəziyyətindən asılı olaraq, zəruri hesab edilən, çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
Maddə 974. Çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinin yolverilməzliyi
1. Əgər onun tərəfindən işlərin yerinə yetirilməsi sahibin iradəsinə ziddirsə və ya onun maraqlarına uyğun gəlmirsə, icraçı çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilməz. Əgər icraçının bu barədə xəbəri olsaydı (bilə bilsəydi), o zaman o, icra nəticəsində dəymiş zərərin əvəzini ödəməyə borcludur.
2. Sahibin iradəsi qanunun normalarına zidd olduqda, bu qayda tətbiq edilmir.
Maddə 975. Öz işini yerinə yetirmək ehtimalı (fərziyyəsi)
Bir şəxs başqasının işini yerinə yetirərkən bunun onun öz işi olduğunu güman edirdisə, bu fəslin qaydaları tətbiq edilmir.
Üçüncü fəsil
Əsassız varlanma (zənginləşmə)
Maddə 976. Özünü kreditor kimi göstərəndən (qondarma kreditordan) tələbin əsasları
1. Öhdəliyin yerinə yetirilməsi üçün başqasına bir şey vermiş şəxs onun geri qaytarılmasını qondarma kreditordan (qəbul edəndən) tələb edə bilər, əgər:
a) əqdin batilliyinə və ya başqa əsasa (səbəbə) görə öhdəlik mövcud deyilsə, yaranmırsa və ya sonradan xitam verilibsə;
b) öhdəliyin əleyhinə elə cavab ərizəsi təqdim edilibsə ki, uzun müddət ərzində tələbi təqdim etmək istisna edilir (mümkün deyil).
2. Geri qaytarma tələbi istisna edilir, əgər:
a) performans (icra) əxlaqi vəzifələrə uyğundursa, və ya
b) iddia müddəti keçibsə, və ya
q) qəbul edən, bu maddənin birinci hissəsinin şərtlərinin mövcud olub-olmamasından asılı olmayaraq, icraçının təhvil vermək istədiyini güman edə bilərdisə, və yaxud
d) batil borc müqaviləsinin icrası zamanı geri qaytarma tələbi batillik barədə normaların qoruyucu funksiyasına ziddirsə.
Maddə 977. Təhvil verilmiş əmlakın geri qaytarılması tələbinin yolverilməzliyi
1. İkinci bir şəxsə öhdəliyi yerinə yetirmək üçün deyil, onun hər hansı hərəkəti etməsi və ya etməməsi üçün bir şey verən şəxs, əgər ikinci şəxsin hərəkəti gözlənilən məqsədə uyğun gəlmirsə, təhvil verilmişi geri tələb edə bilər.
2. Geri qaytarma tələbi istisna edilir, əgər:
a) əvvəldən də məqsədə çatmaq mümkün deyildisə və təhvil verən bunu bilirdisə, və ya
b) təhvil verən məqsədə çatmağa vicdansızcasına mane oldusa.
Maddə 978. Məcburiyyət və ya təhdid (hədə-qorxu) əsasında təhvil verilmişin geri qaytarılmasını tələb etmək
İkinci bir şəxsə öhdəliyi yerinə yetirmək üçün deyil, məcburiyyət və ya hədə-qorxu ilə bir şey verən şəxs onun geri qaytarılmasını tələb edə bilər, o hallar istisna olmaqla – nə vaxt ki, qəbul edənin təhvil verilən üzərində hüququ var idi.
Maddə 979. Geri qaytarma tələbinin əhatə dairəsi
1. Geri qaytarma tələbi - satın alınmış, qəbul edilmiş faydaya, habelə qəbul edənin aldığı əşyanın məhv edilməsinə, zədələnməsinə və ya müsadirə edilməsinə (götürülməsinə) görə kompensasiya kimi əldə etdiyi hər şeyə şamil edilir.
2. Əgər təhvil verilmiş əşyanın vəziyyətinə görə geri qaytarılması mümkün deyilsə və ya qəbul edən hər hansı səbəbdən əşyanı geri qaytara bilmirsə, o zaman o, əşyanın ümumi dəyərini ödəməlidir. Dəyər təzminat tələb etmək hüququnun yaranma vaxtına uyğun olaraq müəyyən edilir.
3. Əgər qəbul edən əşyanın istehlakı (istifadəsi), başqasına təhvil verilməsi, məhv olması, pisləşməsi və ya digər əsaslara görə nə əşya ilə və nə də onun dəyəri ilə varlanmayıbsa (zənginləşməyibsə), ödəmək öhdəliyi yoxdur.
4. Əgər ikitərəfli müqavilənin tərəfləri müqavilənin batilliyinə görə, bu müqavilə ilə aldıqları şeyi geri qaytarmalıdırlarsa, lakin tərəflərdən biri bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş əsaslara görə geri qaytara bilmirsə, o zaman onun geri qaytarmaq öhdəliyi yoxdur - əgər bu, müqavilənin batil elan edildiyi hüquq normasının mahiyyətindən irəli gəlirsə.
5. Müqavilənin qüvvədə olduğu müddət ərzində icraçının məsuliyyət daşıdığı icra predmetinin həlak (məhv) olması və ya xarab olması qəbul edəni əvəz ödəmək öhdəliyindən həmişə azad edir.
Maddə 980. Xərclərin və itkinin ödənilməsi qaydası
1. Əgər qəbul edən, əşyanı əbədi olaraq satın alınmış hesab etməklə əlaqədar xərclər çəkibsə və ya əmlak itkisinə məruz qalıbsa, o zaman o, xərclərin və itkilərin əvəzini ödəmək şərtilə əşyanı qaytarmağa borcludur. Təhvil verilmiş əşya onun əbədi olaraq (daimi) satın alınmış hesab edilməsinə əsas vermədikdə, bu qayda tətbiq edilmir.
2. 979-cu və 980-ci maddələrə əsasən ödəmə öhdəlikləri eyni vaxtda yerinə yetirilməlidir. Geri qaytarma xərcləri və riski icraçının üzərinə düşür.
Maddə 981. Zərəri ödəmək öhdəliyi
1. Əgər qəbul edən qəbul zamanı bilirdisə və ya o, hüquqi bazanın (əsasın) qüsurunun mövcudluğundan kobud ehtiyatsızlıq ucbatından xəbərsiz olubsa və bu barədə daha sonra məlumat əldə edibsə və ya təhvil vermə haqqında tələb ərizəsi məhkəmə icraatına qəbul edilibsə, o zaman qəbul edən qüsur haqqında məlumatları aldığı və ya onun məhkəmə icraatına verildiyi vaxtdan – 979-cu maddənin birinci və 2-ci hissələrinin, 980-ci maddənin, habelə aşağıda göstərilən qaydalar əsasında məsuliyyət daşıyır.
2. Əgər qəbul edən, təsərrüfatın düzgün idarə edilməsi nəticəsində ala biləcəyi faydaları almırsa, ödəmək öhdəliyi onun üzərinə yalnız o təqsirli olduğu halda düşür. Pul borcuna faiz ödənilməlidir. Əşyadan əldə olunan gəlir (qazanc) qaytarılmalıdır.
3. İcra zamanı təhvil verilmiş əşyanın həlak olmasına və ya xarab olmasına görə, qəbul edən zərərin əvəzini yalnız təqsirli olduğu halda ödəməyə borcludur. Qəbul edən o xərclərin əvəzinin tapşırıq olmadan başqasının işinin yerinə yetirilməsi qaydalarına uyğun olaraq ödənilməsini tələb edə bilər, hansıları ki o, icra predmeti ilə bağlı çəkmişdir. Zəruri olandan başqa, digər xərclərin əvəzi ödənilməyəcək.
4. Bu qaydalar borclunun müddəti gecikdirməsinə görə məsuliyyətinə şamil edilmir.
Maddə 982. Başqasının qanuni sərvətinə qəsd etməyin (təcavüzün) nəticələri
1. İkinci şəxsin razılığı olmadan onun qanuni sərvətinə sərəncam vermək, xərcləmək, istifadə etmək, birləşdirmək, qarışdırmaq, emal etməklə və ya başqa üsulla qəsd edən şəxs bununla dəymiş zərəri səlahiyyətli şəxsə ödəməyə borcludur.
2. Batil sərəncam verilən halda, səlahiyyətli şəxs qəsd edəndən (təcavüzkardan) dərhal təzminat tələb edə bilər.
Maddə 983. İcranın (performansın) səlahiyyətsiz şəxs tərəfindən qəbulu
Səlahiyyətli şəxs üçün nəzərdə tutulmuş icranı səlahiyyətsiz şəxs qəbul edirsə, o zaman o, qəbul edilənləri səlahiyyətli şəxsə qaytarmağa borcludur.
Maddə 984. Məsuliyyətdən azad etmək
1. Qəsd edən (təcavüzkar), kobud ehtiyatsızlıq istisna olmaqla, səlahiyyətin qüsurunu bilmirdisə, kompensasiya tələbinə məhkəmədə baxılan zaman varlanma əlamətləri mövcud olmadıqda, o, məsuliyyətdən azad edilir.
2. Qəsd edənin (təcavüzkarın) istifadə etdiyi sərvətlə (malla) bağlı çəkilmiş xərclər onun varlanma məbləğini azaltmır.
Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1902 – SSM I, №4, 22.01.2003-cü il., maddə.20
Maddə 985. Uduş (mənfəət) tələb etmək hüququ
1. Qəsd edən (təcavüzkar) başqa şəxsin səlahiyyətinə qəsdən etinasızlıq göstərmişsə (məhəl qoymamışsa), o zaman bu sonuncu - əmlak itkisindən artıq olan (aşan) mənfəəti tələb edə bilər.
2. Qəsd edən (təcavüzkar) başqasının əmlakından istifadə etməklə əldə etdiyi mənfəət haqqında məlumatları təqdim etməlidir.
Maddə 986. Səhvən başqasının borclarını ödəmək
Bilə-bilə və ya səhvən başqasının borclarını ödəyən şəxs həmin şəxsdən öz xərclərinin əvəzini ödəməsini tələb edə bilər.
Maddə 987. Səhvən başqa şəxsin əmlakına xərclər çəkmək
1. İkinci şəxsin əmlakına bilərəkdən və ya səhvən xərclər çəkmiş şəxs, əgər ikinci şəxs bununla varlanmışsa, ondan öz xərclərinin (məsrəflərinin) əvəzini ödəməyi tələb edə bilər.
2. Varlanmanın mövcudluğu borcluya öz əşyasının qaytarılması və ya dəyərin artması nəticəsində onun başqa cür fayda əldə etdiyi an etibarilə müəyyən edilir.
3. Tələb istisna edilir, əgər:
a) barəsində tələb irəli sürüləcək şəxs xərclərin çıxarılmasını (götürülməsini) tələb edə bilərsə və onu çıxaracaqsa (götürəcəksə), və ya
b) iddianı (iradı) təqdim edən şəxs xərclərin tələb olunması barədə bildirişi təqsirli şəkildə gecikdiribsə (yubadıbsa), və yaxud
q) barəsində iddia (irad) irəli sürüləcək şəxs xərcləri onlar həyata keçirilməzdən əvvəl mübahisələndiribsə (davalayıbsa).
Maddə 988. Qondarma-kreditorun göstərişi ilə icranın nəticələri
1. 976-cı maddəyə əsasən qondarma-kreditora istinad edərək üçüncü şəxsə nəyisə verən şəxs, ona nəyisə verilmiş kimi, qondarma-kreditordan icra edilmişi (yerinə yetirilmişi) geri tələb edə bilər. Qondarma-kreditorun göstərişi şübhəlidirsə, o zaman geri qaytarma tələbi yalnız üçüncü şəxsə qarşı istifadə edilə bilər.
2. 976-cı maddəyə uyğun olaraq tələb irəli sürüldükdən sonra yeni qondarma-kreditora nəyisə verən şəxs, ilkin qondarma-kreditordan əşyanın ona verilmiş kimi qaytarılmasını tələb edə bilər. İlkin qondarma-kreditorun göstərişi şübhəlidirsə, geri tələb yalnız yeni qondarma-kreditora qarşı edilə bilər.
3. Əvəz ödəmə öhdəliyinə, müvafiq olaraq, 979-cu və 980-ci maddələr tətbiq edilir.
Gürcüstanın 28 dekabr 2002-ci il tarixli qanunu №1902 – SSM I, №4, 22.01.2003-cü il., maddə.20
Maddə 989. Üçüncü şəxsin əsassız olaraq qəbul ediləni geri qaytarmaq öhdəliyi
1. 976-cı və 988-ci maddələrdə nəzərdə tutulmuş hallarda, qəbul ediləni qaytarmağa borclu olan qəbul edən - onu təmənnasız olaraq üçüncü şəxsə verərsə, o zaman üçüncü şəxs də qanuni əsas olmadan kreditordan bir şey almış kimi aldığını qaytarmağa borcludur - əgər alıcıdan təminat (qane etmək) mümkün deyilsə.
2. Zərərin ödənilməsinə, müvafiq olaraq, 979-981-ci maddələrin tələbləri tətbiq edilir.
Maddə 990. Səlahiyyətsiz şəxs tərəfindən əşyaya dair təmənnasız sərəncam verilməsinin nəticələri
1. Səlahiyyətsiz şəxs əşyaya dair hər hansı təmənnasız sərəncam verərsə və bu sərəncam səlahiyyətli şəxsə qarşı həqiqidirsə, o zaman bu sərəncam nəticəsində bilavasitə hüquqi fayda əldə etmiş şəxs aldığını səlahiyyətli şəxsə verməyə borcludur.
2. Təqsir mövcud olduqda, müvafiq olaraq, 984-cü və 985-ci maddələrin tələbləri də tətbiq edilir.
Maddə 991. Başqasının xərci ilə əsassız varlanmanın nəticələri
Bu fəsildə nəzərdə tutulandan başqa vasitələrlə başqasının hesabına əsassız varlanan şəxs aldığı şeyi ona qaytarmağa borcludur.
Üçüncü qapı
Delikt öhdəlikləri
Birinci fəsil
Ümumi müddəalar
Maddə 992. Anlayışı (konsepsiyası)
Qanunsuz, qəsdən və ya ehtiyatsız hərəkətlə başqa şəxsə zərər vuran şəxs ona bu zərəri ödəməyə borcludur.
Maddə 993. Ziyan gətirən məlumatların səsləndirilməsinin (açıqlanmasının) nəticələri
1. Qəsdən və ya ehtiyatsızlıqdan başqa şəxsə əmlak ziyanı vuran faktları yayan və ya açıqlayan şəxs, əgər bu faktlar açıq-aşkar yanlışdırsa, buradan yaranmış zərəri ödəməyə borcludur.
2. Qanuni ictimai maraqların müdafiəsinə xidmət edən ifadələr zamanı zərəri ödəmək öhdəliyi yaranmır.
Maddə 994. Yetkinlik yaşına çatmayan şəxsin dəymiş zərərə görə məsuliyyəti
1. On yaşına çatmamış şəxs başqasına vurduğu zərərə görə məsuliyyət daşımır.
2. Valideynlər və ya on yaşına çatmamış şəxsə nəzarət etməli olan digər şəxslər bu şəxsin qanunsuz hərəkətlə başqasına vurduğu zərəri ödəməyə borcludurlar. Nəzarət etməli olan şəxslər zərərin qarşısını ala bilmədikdə, onların məsuliyyəti istisna edilir.
3. On yaşından yuxarı, lakin yetkinlik yaşına çatmayan şəxs başqasına vurduğu zərərə görə məsuliyyət daşıyır, o hallar istisna olmaqla – nə vaxt ki, ziyan vurarkən o öz hərəkətinin mənasını başa düşə bilmirdi. Bu şəxsin dəymiş ziyanı ödəmək üçün kifayət qədər əmlakı və ya gəliri olmadıqda, onun nümayəndələri də əlavə məsuliyyət daşıyırlar.
Maddə 995. Dəstək alanın vurduğu ziyanın əvəzi (kompensasiyası)
1. Dəstək alanın vurduğu ziyanın əvəzinin ödənilməsinə görə öhdəlik dəstək alanın üzərinə düşür, o hal istisna olmaqla – nə vaxt ki, dəstək verən ona ziyanın qarşısını almaq üçün məhkəmənin qərarı ilə təyin edilmişdir.
2. Əgər dəstək alana məhkəmənin qərarı ilə dəstək verən ziyanın qarşısını almaq üçün təyin edilmişdirsə, onun vurduğu ziyanın əvəzini ödəmək öhdəliyi dəstək verənin üzərinə düşür, o hal istisna olmaqla – nə vaxt ki, bu ziyanın qarşısını almaq mümkün deyildi.
3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş halda dəstək alanın vurduğu ziyanın əvəzinin ödənilməsi öhdəliyi dəstək verənin üzərinə qoyulmayacaq - əgər o, ziyanın vurulduğu anda ziyanın qarşısını almaq üçün dəstək alanın dəstəyə artıq ehtiyacı olmadığını sübut edərsə.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 996. Müvəqqəti ruhi pozğunluq vəziyyətində vurulmuş ziyanın kompensasiyası
Müvəqqəti olaraq huşunu itirmiş və ya ruhi pozğunluq vəziyyətində olan şəxs vurulmuş ziyana görə məsuliyyət daşımır. Əgər şəxs spirtli içkilərdən və ya bənzər vasitələrdən istifadə etməklə özünü belə vəziyyətə salıbsa, məsuliyyətdən azad edilmir, o hallar istisna olmaqla – nə vaxt ki, o, günahı (təqsiri) olmadan bu vəziyyətə düşüb.
Maddə 997. Xidməti vəzifələrin yerinə yetirilməsi zamanı vurulmuş zərərin ödənilməsi
Şəxs öz əmək (xidmət) vəzifəsini yerinə yetirərkən öz işçisinin qanunsuz hərəkəti ilə üçüncü şəxsə dəymiş zərəri ödəməyə borcludur. İşçi təqsirsiz hərəkət edirdisə, məsuliyyət yaranmayacaq.
Maddə 998. Vurulmuş zərərə görə ortaq (müştərək) məsuliyyət
1. Zərərin yaranmasında bir neçə şəxs iştirak edirsə, onlar ortaq (müştərək) borclular kimi məsuliyyət daşıyırlar.
2. Zərərə görə təkcə bilavasitə onu vurmuş şəxs deyil, onu həvəsləndirən və ya ona yardımçı olmuş, habelə başqasına dəymiş ziyandan bilərəkdən faydalanan şəxs də məsuliyyət daşıyır.
Maddə 999. Nəqliyyat vasitəsinin istismarı nəticəsində dəymiş zərərin ödənilməsi
1. Sərnişinlərin və yüklərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin sahibi, əgər onun nəqliyyat vasitəsinin istismarı insanın ölümü, şikəstliyi və ya sağlamlığının pozulması və yaxud əşyanın zədələnməsi ilə nəticələnibsə, zərərçəkmiş şəxsə buradan yaranmış zərəri ödəməyə borcludur.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş zərərin ödənilməsi öhdəliyi tətbiq edilmir, nə vaxt ki:
a) daşınmalı yük zədələnir, sərnişinin bu yükü özü ilə aparması halları istisna olmaqla;
b) nəqliyyat vasitəsinin sahibi tərəfindən saxlanmaq üçün götürülmüş əşya zədələnir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş zərərin ödənilməsi öhdəliyi zərərin fors-major nəticəsində vurulduğu halda tətbiq edilmir, o hallar istisna olmaqla – nə vaxt ki, zərər hava nəqliyyatının istismarı zamanı baş verib.
4. Əgər şəxs nəqliyyat vasitəsini sahibinin icazəsi olmadan istifadə edirsə, o, sahibin əvəzinə zərəri ödəməyə borcludur. Bundan əlavə, nəqliyyat vasitəsinin istifadəsi onun təqsiri üzündən mümkün olubsa, sahib vurulmuş zərəri ödəməyə borcludur. Əgər istifadəçi nəqliyyat vasitəsini idarə etmək üçün sahib tərəfindən təyin edilibsə və ya bu nəqliyyat vasitəsi ona sahib tərəfindən verilmişdisə, bu hissənin birinci cümləsi tətbiq edilmir.
Maddə 1000. Binadan (tikilidən) yaranan artan təhlükə nəticəsində dəymiş zərərə görə məsuliyyət
1. Bu və ya digər binadan bu binada istehsal olunan, yerləşdirilən və ya verilən enerjidən və yaxud tez alışan və ya partlayıcı, zəhərli və ya zəhərləyici maddədən artan təhlükə yaranarsa, o zaman bu təhlükənin praktiki həyata keçirilməsi insanın ölümü, bədənə və ya sağlamlığa xəsarət yetirilməsi və yaxud əşyanın zədələnməsi ilə nəticələnərsə, bu binanın sahibi zərərçəkmişə buradan yaranmış zərəri ödəməyə borcludur. Bu maddələrdən artan təhlükə yarandıqda, eyni məsuliyyət tez alışan və ya partlayıcı, zəhərli və ya zəhərləyici maddənin sahiblərinə də tətbiq edilir.
2. Bu və ya digər tikilidən (binadan) və ya əşyadan bu maddənin birinci hissəsində göstəriləndən fərqli əsaslarla artan təhlükə yaranarsa, binanın və ya əşyanın sahibi təhlükənin baş verməsi nəticəsində yaranmış zərəri eyni qaydada ödəməyə borcludur.
3. Bu maddənin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş zərəri ödəmək öhdəliyi istisna edilir - əgər zərərə fors-major səbəb olubsa, o hallar istisna olmaqla – nə vaxt ki, zərər elektrik ötürücü xətlərin sıradan çıxması (qəzası) və ya neft, qaz, su və ya neft məhsulları ilə təmin edən avadanlıqların zədələnməsi nəticəsində baş verib.
4. Radioaktiv maddənin istifadəsi nəticəsində dəymiş zərəri onun istifadəçisi ödəməlidir.
Maddə 1001. Yanğınsöndürmə zamanı yaranmış zərərin ödənilməsi
Yanğının söndürülməsi və onun qonşu mənzillərə və tikililərə yayılmasının qarşısının alınması zamanı digər şəxslərə vurulmuş zərəri yanğının başlanmasında təqsiri (günahı) olan şəxs ödəməlidir.
Maddə 1002. Zərərin ödənilməsinə görə öhdəlikdən qabaqcadan azad edilmənin yolverilməzliyi
999-cu və 1000-ci maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi öhdəliyi - əgər o, şəxsə vurulmuş zərərə aiddirsə, qabaqcadan istisna edilə və ya məhdudlaşdırıla bilməz. Eyni qayda əşyaya vurulmuş zərərə də tətbiq edilir, o hallar istisna olmaqla – nə vaxt ki, məsuliyyətdən azad edilmə və ya məsuliyyətin məhdudlaşdırılması zərərin ödənilməsinə görə məsuliyyət daşıyan şəxslə ictimai hüququn hüquqi şəxsi, ictimai hüquq fondu və ya müəssisə arasında razılaşdırılmışdı. Buna zidd olan razılaşmalar və müddəalar batildir.
Maddə 1003. Heyvanın vurduğu zərərin ödənilməsi
Heyvanın sahibi öz heyvanının başqasına vurduğu zərəri ödəməyə borcludur. Bundan əlavə, heyvanın nəzarət altında olub-olmamasının, itmiş və ya qaçmış olmasının fərqi yoxdur. Heyvanın sahibi üçüncü şəxsləri qorumaq üçün zəruri tədbirlər gördükdə, zərəri ödəmək öhdəliyi tətbiq edilmir.
Maddə 1004. Binanın uçması (çökməsi) nəticəsində dəymiş zərərin ödənilməsi
1. Binanın mülkiyyətçisi (sahibi) binanın uçması və ya onun ayrı-ayrı hissələrinin uçması nəticəsində dəymiş zərəri ödəməyə borcludur, o hallar istisna olmaqla – nə vaxt ki, zərər binaya düzgün qulluq edilməməsi və ya binanın qüsuru səbəbindən yaranmamışdır.
2. Zərər əşyanın binadan atılması, yıxılması (düşməsi) və ya dağılması (tökülməsi) nəticəsində vurulubsa, dayanacaq yerini tutan şəxs məsuliyyət daşıyır, o hallar istisna olmaqla – nə vaxt ki, zərər fors-majorun təsiri və ya zərərçəkmişin təqsiri nəticəsində baş verib.
Maddə 1005. Dövlət qulluqçularının və məmurların vurduğu zərərə görə dövlətin (bələdiyyənin) məsuliyyəti
1. Dövlət qulluqçusu və ya məmur öz xidmət vəzifəsini başqa şəxsə qarşı qəsdən və ya kobud ehtiyatsızlıqla pozduqda, həmin işçinin işlədiyi dövlət (bələdiyyə) və ya orqan vurulmuş zərəri ödəməyə borcludur. Qəsdən və ya kobud ehtiyatsızlıqla törədildikdə, dövlət qulluqçusu və ya məmur dövlətlə (bələdiyyə ilə) birlikdə ortaq (müştərək) məsuliyyət daşıyır.
2. Zərərçəkmiş qəsdən və ya kobud ehtiyatsızlıqla qanuni yollarla zərərin qarşısını almağa cəhd etmədikdə, zərərin ödənilməsi öhdəliyi yaranmır.
3. Reabilitasiya olunmuş şəxsə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi dustaqlıqdan qanunsuz istifadə etmə, inzibati həbs, intizam tənbehinə məhkum etmə və ya islah işləri növündə inzibati cərimənin düzgün tətbiq edilməməsi nəticəsində vurulmuş zərəri dövlət ödəyəcək - istintaqın, prokurorluğun və məhkəmənin vəzifəli şəxslərinin təqsirinə baxmayaraq. Qəsdən və ya kobud ehtiyatsızlıq zamanı bu şəxslər dövlətlə birlikdə ortaq (müştərək) məsuliyyət daşıyırlar.
Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2719 - SSM I, №12, 24.03.2010-cu il., maddə.56
Gürcüstanın 24 sentyabr 2010-cu il tarixli qanunu №3619 - SSM I, №51, 29.09.2010-cu il., maddə.332
Gürcüstanın 27 oktyabr 2015-ci il tarixli qanunu №4369 – veb-səhifə, 11.11.2015-ci il.
Gürcüstanın 21 dekabr 2016-cı il tarixli qanunu №161 – veb-səhifə, 28.12.2016-cı il.
Gürcüstanın 1 iyun 2017-ci il tarixli qanunu №947 - veb-səhifə, 20.06.2017-ci il.
Maddə 1006. Zərərçəkmişin ölümü halında zərərin ödənilməsi
1. Zərərçəkmiş şəxs vəfat etdikdə, zərəri vuran şəxs zərərçəkmişin saxlamağa (dolandırmağa) borclu olduğu şəxslərə zərəri aliment təyin etməklə ödəməlidir. Bu öhdəlik zərərçəkmişin aliment ödəməsi öhdəliyi yaranmazdan əvvəl qüvvədədir.
2. Zərərçəkmiş, bunun üçün əhəmiyyətli əsas (səbəb) mövcud olduqda, aliment əvəzinə birdəfəlik ödəmə tələb edə bilər.
Maddə 1007. Tibb müəssisəsi tərəfindən vurulmuş zərərin ödənilməsi
Tibb müəssisəsində müalicə zamanı (cərrahi əməliyyat və ya yanlış diaqnozun nəticəsi və s.) şəxsin sağlamlığına vurulmuş zərər ümumi əsaslarla ödənilir. Zərər vuran şəxs zərərin baş verməsində onun təqsirinin olmadığını sübut edərsə, məsuliyyətdən azad edilir.
Maddə 1008. Zərərin ödənilməsi tələbi üzrə iddia müddəti
Delikt nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququnun iddia müddəti üç ildir o andan – nə vaxt ki, zərərçəkmiş zərəri və ya zərərin əvəzini ödəməli olan şəxsin kim olduğunu öyrəndi.
İkinci fəsil
Qüsurlu (nasaz) məhsulun vurduğu zərərə görə məsuliyyət
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
Maddə 1009. Qüsurlu məhsulun istehsalçısının məsuliyyəti
1. Qüsurlu məhsulun istehsalçısı, zərərçəkmiş şəxslə müqavilə əlaqəsində olub-olmamasından asılı olmayaraq, həmin məhsulun vurduğu zərərə görə məsuliyyət daşıyır, o hal istisna olmaqla – nə vaxt ki:
a) o, bu məhsulu satışa çıxarmayıb;
b) işin hallarına əsasən güman etmək olar ki, məhsulun satışa çıxarılan zaman zərərə səbəb olan qüsuru olmayıb;
q) istehsalçı məhsulu nə satış üçün, nə də başqa kommersiya məqsədi üçün, nə də öz peşə fəaliyyəti çərçivəsində istehsal etməmişdir;
d) məhsulun satışa çıxarıldığı zaman o vaxt qüvvədə olan normalara uyğun qüsuru var;
e) məhsul satışa çıxarıldığı zaman mövcud olan elm və texnikanın səviyyəsini nəzərə alsaq, qüsuru aşkar etmək mümkün deyildi.
2. Əgər qüsur o məhsulun konstruksiyası nəticəsində yaranıbsa, hansının ki bu hissə tərkib hissəsinə çevrildi - məhsulun hissəsinin istehsalçısının məsuliyyəti də istisna edilir.
3. İstehsalçının zərəri ödəmək öhdəliyi, əgər zərər - zərərçəkmişin və ya onun əvəzinə cavabdeh olan (məsuliyyət daşıyan) şəxsin təqsirli hərəkəti ilə vurulmuşdursa, azaldılır və ya ümumiyyətlə istisna edilir.
4. Zərər məhsulun qüsuru və eyni zamanda üçüncü şəxsin hərəkəti nəticəsində yaranıbsa, istehsalçının məsuliyyəti azalmır.
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
Maddə 1010. Qüsurlu məhsul anlayışı
1. Məhsul qüsurlu hesab olunur - əgər o, bütün halları nəzərə alaraq bu məhsuldan gözlənilən etibarlılığı təmin etmirsə.
2. Sonradan daha yaxşı məhsul dövriyyəyə daxil edildiyinə görə, məhsul qüsurlu sayılmır.
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
Maddə 1011. Məhsul anlayışı
1. Məhsul - bütün daşınar əşyalar və əşya ilə əlaqəli xidmətlərdir, hətta bu əşya başqa bir daşınar və ya daşınmaz əşyanın tərkib hissəsi olsa belə. Bu məcəllənin məqsədləri üçün “əşya”ya ilkin ərzaq məhsulları və ov nəticəsində əldə edilmiş məhsullar daxil deyil. “Məhsul” həmçinin bazara çıxarılan malları əhatə edir, onun bilavasitə son istifadəçi üçün nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, hansı ki kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün verilmişdir (çatdırılmışdır) və ya başqa cür əlçatandır.
2. İstehsalçı - son məhsulu, əsas elementi və ya məhsulun bir hissəsini istehsal etmiş şəxs sayılır. Öz adı, əmtəə nişanı və ya digər fərqləndirici nişanı ilə istehsalçı kimi çıxış edən hər kəs də istehsalçı sayılır.
3. İstehsalçı həm də bu məcəllədə nəzərdə tutulmuş şərtlərə riayət etməklə öz fəaliyyəti sahəsində təsərrüfat məqsədləri üçün məhsulu satış, kirayə və ya başqa formada çıxaran şəxs sayılır.
4. İstehsalçının kimliyini müəyyən etmək mümkün olmadıqda, hər bir təchizatçı istehsalçı sayılır, o hal istisna olmaqla – nə vaxt ki, o, zərərçəkmişə istehsalçını və ya onu bu məhsulla təchiz edən şəxsi tələb edildikdən sonra 1 ay müddətində təqdim edir. Bu qayda idxal olunan mallara da tətbiq edilir – nə vaxt ki, ilkin satıcının kimliyini müəyyən etmək mümkün deyil, baxmayaraq ki, istehsalçının adı məlumdur.
Gürcüstanın 13 oktyabr 2011-ci il tarixli qanunu №5119 - veb-səhifə, 31.10.2011-ci il.
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
Maddə 1012. Sübut etmə yükü
Qüsurlu məhsulun vurduğu zərərə görə məsuliyyət yarandıqda, sübut etmə yükü zərərçəkmişin üzərinə düşür.
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
Maddə 1013. Qüsurlu məhsul istehsalçılarının ortaq (müştərək) məsuliyyəti
Əgər eyni zərərə görə bir neçə istehsalçı zərəri ödəmək öhdəliyini daşıyırsa, onlar ortaq (müştərək) borclular kimi məsuliyyət daşıyırlar.
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
Maddə 1014. Sağlamlığa ziyan vurmaqla yaranmış zərərin ödənilməsi
Bu məcəllənin 1009-cu maddəsinə əsasən zərəri ödəmək öhdəliyi ölüm nəticəsində və ya bədənə və yaxud sağlamlığa ziyan vurmaq (xəsarət yetirmək) nəticəsində yaranmış zərərə şamil edilir.
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
Maddə 1015. Tələb üzrə iddia müddəti
1. Bu məcəllənin 1009-cu maddəsinə əsasən, tələb üzrə iddia müddəti zərəri ödəmək hüququ olan şəxsin zərər, qüsur və ya zərəri ödəməli olan şəxs haqqında bildiyi və ya bilməli olduğu andan 3 ildir.
2. Bu məcəllənin 1009-cu maddəsinə əsasən, tələb o andan 10 il sonra ləğv olur (qüvvədən düşür) – nə vaxt ki, istehsalçı zərəri törədən məhsulu satışa çıxardı.
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
Maddə 1016. İstehsalçının məsuliyyətinin əvvəlcədən istisna edilməsinin və məhdudlaşdırılmasının yolverilməzliyi
İstehsalçının qüsurlu məhsulların vurduğu zərərə görə məsuliyyəti əvvəlcədən istisna edilə və məhdudlaşdırıla bilməz. Buna zidd olan razılaşma batildir.
Gürcüstanın 8 may 2012-ci il tarixli qanunu №6151 – veb-səhifə, 25.05.2012-ci il.
