Beşinci kitab: Ailə hüququ
Gürcüstan Mülki Məcəlləsinin Azərbaycan dilində qeyri-rəsmi tərcüməsindən seçilmiş kitab.
Buradakı Azərbaycan dilində mətn qeyri-rəsmi tərcümədir. Saxlanılan mətnin girişində 23 iyun 2022-ci il tarixi göstərilir; onun hazırkı rəsmi redaksiyaya uyğunluğu təsdiqlənməyib. Hüquqi tətbiqdən əvvəl maddəni və dəyişiklikləri Matsne-dəki rəsmi Mülki Məcəllə ilə yoxlayın.
Bu kitabın maddələri
Kitabın mətni
Beşinci kitab
Ailə hüququ
Birinci qapı
Nikah (Evlilik)
Birinci fəsil
Nikah qaydası və şərtləri
Maddə 1106. Nikah anlayışı
Nikah – Gürcüstan Ədliyyə Nazirliyinin idarəetmə sahəsində fəaliyyət göstərən ictimai hüququn hüquqi şəxsinin – Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmətində qeydiyyata alınmış, kişi və qadının ailə qurmaq məqsədi ilə könüllü əlaqəsidir (sonradan – Agentliyin Ərazi Xidməti).
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 25 may 2012-ci il tarixli qanunu №6317 – veb-səhifə, 19.06.2012-ci il.
Maddə 1107. Nikah şərtləri
Evlənmək üçün (nikah üçün) zəruridir:
a) nikah yaşı;
b) nikahlanacaq (evlənəcək) şəxslərin razılığı.
Maddə 1108. Nikah yaşı
1. 18 yaşından evlənməyə icazə verilir.
2. Məhdud iş qabiliyyətinə malik olan yetkinlik yaşına çatmış şəxsin evlənməsinə qəyyumun (himayəçinin) əvvəlcədən yazılı razılığı ilə icazə verilir.
3. (çıxarılıb - 16.12.2015, №4649).
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 - veb-səhifə, 28.12.2011-ci il.
Gürcüstanın 16 dekabr 2015-ci il tarixli qanunu №4649 - veb-səhifə, 28.12.2015-ci il.
Maddə 1109. Evlənəcək şəxslərin razılığı. Nişanlanma
1. Evlənəcək şəxslərin əvvəlcədən razılığı (nişanlanması) sonradan nikahlanmaq (evlənmək) öhdəliyi yaratmır.
2. Nişanlanma məcburi nikah tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim etmək üçün əsas deyil.
3. Nişan hədiyyələri evlənilmədiyi (nikah olmadığı) halda tərəflərə geri qaytarılır.
Maddə 1110. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1111. (çıxarılıb)

Maddə 1112. (çıxarılıb)

Maddə 1113. (çıxarılıb)

Maddə 1114. (çıxarılıb)

Maddə 1115. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1116. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1117. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1118. (çıxarılıb)
Gürcüstanın 11 iyul 2009-cu il tarixli qanunu №1393 - SSM I, №21,03.08.2009-cu il., maddə.111
Maddə 1119. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1120. Evlənməyə (nikaha) mane olan (əngəl törədən) hallar
1. Evlənməyə (nikaha) icazə verilmir:
a) o şəxslər arasında, hansılardan ki ən azı biri başqa şəxslə evlidir (nikahlıdır);
b) birbaşa yüksələn və ya enən xəttin qohumları arasında;
q) bioloji və qeyri-bioloji bacı-qardaş arasında;
d) övladlığa götürən və övladlığa götürülən arasında;
e) o şəxslər arasında, hansılardan ki ən azı biri dəstək alandır və hansılar ki bu məcəllənin 1172-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nikah müqaviləsini bağlamamışlar.
2. Bu maddənin birinci hissəsinin “b”, “q”, “d” alt bəndləri hətta övladlığa götürmə nəticəsində qohumluq münasibəti pozulduqda da tətbiq edilir.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın Konstitusiya Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli Qərarı №2/4/532,533 – veb-səhifə, 28.10.2014-cü il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1121. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
İkinci fəsil
Nikaha xitam verilməsi
Maddə 1122. Nikaha xitam verilməsinin əsasları
Nikaha xitam verilir:
a) ər-arvaddan (həyat yoldaşlarından) birinin ölümü ilə;
b) ər-arvaddan (həyat yoldaşlarından) birinin qanunla müəyyən edilmiş qaydada ölmüş elan edilməsi ilə;
q) boşanmaqla.
Maddə 11221. Ər-arvaddan birinin ölümü və ya ölmüş elan edilməsi nəticəsində nikaha xitam verilməsi
1. Ər-arvaddan birinin vəfat etdiyi tarixdən nikaha xitam verilmiş sayılır.
2. Ər-arvaddan birinin ölmüş elan edilməsi haqqında məhkəmə qərarında ölümün dəqiq tarixi göstərilmədikdə, məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi andan nikaha xitam verilmiş sayılır.
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1123. Boşanmanın yolverilməzliyi
1. Boşanma ər-arvad arasında mübahisə (dava) olduqda - məhkəmə qaydasında, digər halda isə - mülki aktların qeydiyyatı orqanında həyata keçirilir.
2. Arvadın hamiləliyi dövründə və uşaq doğulduqdan sonra bir il ərzində ərin - arvadın razılığı olmadan - boşanma iddiası ilə müraciət etmək hüququ yoxdur.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 28 dekabr 2007-ci il tarixli qanunu №5672 - SSM I, №1, 03.01.2008-ci il., maddə.4
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1124. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 28 dekabr 2007-ci il tarixli qanunu №5672 - SSM I, №1, 03.01.2008-ci il., maddə.4
Gürcüstanın 11 iyul 2009-cu il tarixli qanunu №1393 - SSM I, №21,03.08.2009-cu il., maddə.111
Gürcüstanın 15 dekabr 2010-cu il tarixli qanunu №4055 - SSM I, №76,29.12.2010-cu il., maddə.499
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1125. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1126. (çıxarılıb)
Gürcüstanın 28 dekabr 2007-ci il tarixli qanunu №5672 - SSM I, №1, 03.01.2008-ci il., maddə.4
Maddə 1127. Boşanma işlərinə məhkəmə tərəfindən baxılması
1. Boşanma işlərinə məhkəmə Gürcüstanın Mülki Hüquq Prosessual Məcəlləsi ilə müəyyən edilmiş iddia ərizəsinin icraatı qaydasında baxır.
2. Məhkəmə ər-arvadı barışdırmaq üçün tədbirlər görür; o, işə baxılmasını təxirə salmaq və ər-arvadın barışması üçün altı aydan çox olmayan müddət təyin etmək hüququna malikdir.
3. Barışıq üçün görülən tədbirlərə baxmayaraq, məhkəmə ər-arvadın gələcəkdə birlikdə yaşamağa davam etməsinin və ailənin qorunub-saxlanmasının qeyri-mümkün olduğunu müəyyən edərsə, boşanma baş verəcək.
4. Boşanma haqqında qərar qəbul edərkən məhkəmə, zərurət yarandıqda, azyaşlı uşaqların və əmək qabiliyyəti olmayan həyat yoldaşının (ərin və ya arvadın) maraqlarını qorumaq üçün tədbirlər görür.
5. Bu məcəllənin 142-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş iddia müddəti boşanma haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilməli olan boşanmanın qeydiyyata alınmasına şamil edilmir.
Gürcüstanın 27 iyun 2018-ci il tarixli qanunu №2635 – veb-səhifə, 06.07.2018-ci il.
Maddə 1128. Uşaqların yaşayış yeri və onları dolandırmaq (saxlamaq) haqqında qərarın qəbulu
1. Boşandıqdan sonra ər-arvad uşaqların yaşayış yeri və onların saxlanması üçün ödəniləcək vəsaitlər barədə razılığa gəlmədikdə, məhkəmə boşanma ilə yanaşı, həm də hansı uşağın hansı valideynin yanında qalmalı və hansı valideynin nə məbləğdə aliment ödəməli olduğunu müəyyən etməyə borcludur.
2. Bu maddədə nəzərdə tutulmuş halda, lazım olduqda, işdə iştirak etmək üçün qəyyumluq və himayəçilik orqanı cəlb edilməlidir.
Maddə 1129. Həyat yoldaşının (ərin və ya arvadın) saxlanmasına (dolandırılmasına) dair qərar qəbul etmək
Digər həyat yoldaşından aliment almaq hüququ olan həyat yoldaşının tələbi ilə, məhkəmə boşanma işinin həlli ilə yanaşı, digər həyat yoldaşına ödənilməli olan vəsaitlərin miqdarını müəyyən etməyə borcludur.
Maddə 1130. Ər-arvadın əmlakının bölünməsinə dair qərarın qəbul edilməsi
1. Məhkəmə, ər-arvadın və ya onlardan birinin tələbi ilə boşanma işinin həlli ilə yanaşı, ər-arvadın birgə (ortaq) mülkiyyətində olan əmlakın bölünməsi məsələsinə baxmağa borcludur.
2. Əgər belə bölgü üçüncü şəxsin hüquqlarına toxunursa, əmlakın bölünməsi haqqında mübahisə (dava) boşanma işi ilə birlikdə həll edilə bilməz.
Maddə 1131. (çıxarılıb)
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1132. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1133. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1134. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1135. Ölmüş və ya izsiz itkin düşmüş elan edilmiş həyat yoldaşının geri qayıtması ilə nikahın bərpası
1. Qanunla müəyyən edilmiş qaydada ölmüş və ya izsiz itkin düşmüş elan edilmiş və bu əsasla nikahına xitam verilmiş həyat yoldaşı ortaya çıxdıqda (gəldikdə) və onun ölmüş və ya izsiz itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarı ləğv edildikdə, agentliyin ərazi xidməti ər-arvadın birgə ərizəsi ilə nikahı bərpa edə bilər, əgər onlar məhkəmə qaydasında boşanmışdılarsa - məhkəmə onların ərizəsi ilə boşanma haqqında qərarı ləğv edir.
2. Ölmüş və ya izsiz itkin düşmüş elan edilmiş şəxsin həyat yoldaşı artıq başqa şəxslə nikahdadırsa, nikah bərpa edilə bilməz.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Maddə 1136. Yenidən evlənmək (yenidən nikahlanmaq) hüququ
Boşanmış ər-arvadın yenidən evlənmək (yenidən nikahlanmaq) hüququ var.
Maddə 1137. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1138. (çıxarılıb)

Maddə 1139. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2719 - SSM I, №12, 24.03.2010-cu il., maddə.56
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Maddə 11391. (çıxarılıb)
Gürcüstanın 1 oktyabr 2010-cu il tarixli qanunu №3657 - SSM I, №53, 11.10.2010-cu il., maddə.341
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 - veb-səhifə, 28.12.2011-ci il.
Üçüncü fəsil
Nikahın batilliyi
Maddə 1140. Nikahın batil sayılması üçün əsas
1. Əgər 1107, 1108 və 1120-ci maddələrlə müəyyən edilmiş şərtlər pozulubsa və nikahın qeydiyyatı ailə qurmaq məqsədi daşımırdısa (uydurma nikah), nikah batil elan edilə bilər.
2. Nikahı yalnız məhkəmə batil elan edə bilər.
Maddə 1141. Nikahın həqiqiliyi prezumpsiyası
Əgər ər-arvad nikah bağlayarkən onların nikahının batilliyi üçün əsas olan – nikahın bağlanmasına mane olan hal barədə bilmirdilərsə, bu hal məhkəmədə müəyyən edildiyi andan nikaha xitam verilir, ancaq bu vaxta qədər nikah həqiqi nikahın doğurduğu bütün hüquqi nəticələri doğurur.
Maddə 1142. Nikah yaşına çatmamış şəxslə nikahın batilliyi
1. Nikah yaşına çatmamış və nikah yaşı azaldılmamış şəxslə bağlanan nikah, əgər nikah yaşına çatmazdan əvvəl nikah bağlamış həyat yoldaşının (ərin və ya arvadın) maraqları bunu tələb edirsə, batil elan edilə bilər.
2. Bu əsasla yetkinlik yaşına çatmayan həyat yoldaşı (ər və ya arvad), onun valideynləri və ya qəyyum (himayəçi), habelə qəyyumluq və himayəçilik orqanı nikahın batil elan edilməsini tələb etmək hüququna malikdir.
3. Əgər yetkinlik yaşına çatmayan həyat yoldaşı (ər və ya arvad) işə baxılan zaman nikah yaşına çatmışdırsa və ya hamilədirsə, nikah yalnız onun tələbi ilə batil elan edilə bilər.
Maddə 1143. Nikahın bağlanmasına mane olan hallara görə nikahın batil elan edilməsi
1. 1120-ci maddədə nəzərdə tutulmuş şərtlər pozulmaqla bağlanan nikahı məhkəmə batil elan edə bilər.
2. Əgər işə baxılarkən nikaha artıq heç bir maneə qalmayıbsa (yoxdursa), məhkəmə bu hallar aradan qaldırıldığı andan etibarən nikahı həqiqi elan edə bilər. Bu nikahla hüquqları pozulmuş ər-arvad və şəxslər, habelə qəyyumluq və himayəçilik orqanları bu cür əsasla nikahın batil elan edilməsini tələb etmək hüququna malikdirlər.
3. Dəstək alan şəxslə nikahın batilliyi haqqında işə baxılarkən onun həyat yoldaşı olmayan dəstək verəni işə cəlb etmək zəruridir - belə biri mövcud olduğu halda, həmçinin, lazım olduqda, qəyyumluq və himayəçilik orqanını cəlb etmək zəruridir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1144. Məcburi nikahın batil elan edilməsi
1. Məcbur etmə nəticəsində baş vermiş nikah halında həyat yoldaşı (ər-arvad) nikahın batil elan edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
2. Məcburi nikah faktını məhkəmə müəyyən etməlidir.
Maddə 1145. Uydurma nikahın batil elan edilməsi
1. Ailə qurmaq məqsədi daşımadan bağlanmış nikah batil elan edilə bilər.
2. Agentliyin ərazi xidməti uydurma nikahın batil elan edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir, əgər həyat yoldaşlarından biri ailə qurmaq niyyəti olmadan nikah bağlamışsa - digər həyat yoldaşı da belə bir iddia ərizəsi qaldıra bilər.
3. Əgər məhkəmə işə baxana qədər qeydiyyatda olan şəxslər faktiki olaraq artıq ailə qurmuşlarsa, nikah uydurma elan edilə bilməz.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Maddə 1146. Nikahın batil olması anı
1. Batil elan edilmiş nikah nikahın qeydiyyata alındığı gündən batil sayılır və ər-arvadın hüquq və vəzifələrini doğurmur.
2. Nikahı batil elan edilmiş şəxslərin əmlak münasibətləri ümumi mülkiyyət haqqında bu məcəllə ilə müəyyən edilmiş qaydada tənzimlənir.
3. Nikahın batil elan edilməsi haqqında qərar çıxararkən məhkəmənin hüququ var: nikahın bağlanmasına mane olan halların mövcudluğunu bilməyən və bilə bilməyən həyat yoldaşına (vicdanlı həyat yoldaşı) 1182-ci və 1186-cı maddələrə uyğun olaraq digər həyat yoldaşından aliment almaq hüququnu təyin etsin, nikah batil elan edilənə qədər alınmış əmlakı bölərkən 1158-ci və 1171-ci maddələrdə nəzərdə tutulmuş qaydaları tətbiq etsin.
4. Nikahın batil elan edilməsi bu cür nikahdan doğulan uşaqların hüquqlarını pozmur.
Maddə 1147. Vicdanlı həyat yoldaşına vurulmuş zərərin ödənilməsi
Batil elan edilmiş nikah nəticəsində əmlak zərərinə məruz qalmış vicdanlı həyat yoldaşı bu zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Maddə 1148. Nikahın yalnız məhkəmə tərəfindən batil elan edilməsi
Əgər nikah məhkəmə tərəfindən batil elan edilməyibsə, heç kim nikahın batilliyinə istinad (işarə) edə bilməz.
Maddə 1149. Ər-arvadın ölümündən sonra nikahın batilliyinin yolverilməzliyi
Hər iki həyat yoldaşı vəfat etdikdən sonra nikahın batil sayılması tələb oluna bilməz.
Maddə 1150. Batil nikah halında yenidən evlənmək (yenidən nikahlanmaq)
Nikahı batil sayılmış şəxslər ümumi qaydada yenidən nikaha girə bilərlər - əgər nikahın batil olmağının əsası artıq yoxdursa.
Dördüncü fəsil
Ər-arvadın hüquqları və vəzifələri
I. Ümumi müddəalar
Maddə 1151. Nikahın qeydiyyatının əhəmiyyəti
Ər-arvadın hüquq və vəzifələri yalnız Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmış nikahdan yaranır.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 1 oktyabr 2010-cu il tarixli qanunu №3657 - SSM I, №53, 11.10.2010-cu il., maddə.341
Maddə 1152. Həyat yoldaşlarının (ər-arvadın) bərabər hüquqluluğu
Ailə münasibətlərində ər-arvad bərabər şəxsi və əmlak hüquqlarından istifadə edirlər və bərabər vəzifələr (öhdəliklər) daşıyırlar.
Maddə 1153. Ayrı-seçkiliyin qadağan edilməsi
Nikahlanarkən (evlənərkən) və ailə münasibətlərində hüquqların birbaşa və ya dolayı məhdudlaşdırılmasına, mənşəyə, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətə, cinsiyyətə, təhsilə, dilə, dinə, fəaliyyət növünə və xarakterinə, yaşayış yerinə və digər hallara görə birbaşa və ya dolayı üstünlük verilməsinə yol verilmir.
II. Şəxsi hüquqlar
Maddə 1154. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 - veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1155. Ailə məsələlərini birgə həll etmək
Ər-arvad uşaqları böyütmək və digər ailə məsələlərini birgə həll edirlər.
Maddə 1156. Fəaliyyət (iş) seçmək azadlığı
Hər bir həyat yoldaşı sərbəst şəkildə fəaliyyət və peşə seçə bilər.
Maddə 1157. Yaşayış yerinin sərbəst seçilməsi
Hər bir həyat yoldaşı, əgər bu - ailənin maraqlarına zidd deyilsə, öz mülahizəsinə uyğun olaraq yaşayış yeri seçə bilər.
III. Qanunla müəyyən edilmiş əmlak hüquqları və vəzifələri
Maddə 1158. Ər-arvadın ortaq mülkiyyəti
1. Əgər onların arasında nikah müqaviləsi ilə başqa hal müəyyən edilməyibsə, ər-arvadın nikah dövründə aldıqları əmlak onların ümumi əmlakıdır (ortaq mülkiyyətdir).
2. Hətta onlardan biri ailə işləri ilə məşğul olsa, uşaqlara qulluq etsə və ya digər üzrlü səbəbə görə müstəqil gəliri olmasa da, belə əmlak üzərində ər-arvadın ortaq mülkiyyət hüququ yaranır.
Maddə 1159. Ortaq mülkiyyətdə olan əmlakın qarşılıqlı razılaşma ilə idarə edilməsi
Ortaq mülkiyyətdə olan əmlak üzərində ər-arvad bərabər hüquqlara malikdirlər. Bu əmlaka sahiblik, istifadə və sərəncam vermək ər-arvadın qarşılıqlı razılaşması ilə həyata keçirilir.
Maddə 1160. Ortaq mülkiyyətdə olan əmlaka dair qarşılıqlı razılaşma əsasında sərəncam verilməsi
1. Ər-arvadın ortaq mülkiyyətində olan əmlaka dair sərəncam ər-arvadın razılaşması ilə verilir - bu əmlaka hansı həyat yoldaşının sərəncam verməsindən asılı olmayaraq.
2. Ər-arvadın ortaq mülkiyyətində olan əmlaka dair sərəncam verilməsi ilə bağlı onlardan birinin bağladığı əqd digərinin tələbi ilə aşağıdakı əsaslarla batil elan edilə bilməz:
a) onun əqddən (sövdələşmədən) xəbəri yox idi;
b) o, əqdlə razılaşmırdı.
3. Həyat yoldaşı (ər və ya arvad), ortaq mülkiyyətçi kimi, əmlaka sərəncam verməkdən əldə edilmiş faydaları tələb etmək hüququna malikdir.
Gürcüstanın 29 iyun 2007-ci il tarixli qanunu №5127 - SSM I, №27, 17.07.2007-ci il., maddə.260
Maddə 1161. Ər-arvadın fərdi mülkiyyəti
Hər bir həyat yoldaşının mülkiyyətidir:
a) onların hər birinə nikahdan əvvəl məxsus olan əmlak;
b) evlilik (nikah) dövründə vərəsəlik və ya hədiyyə yolu ilə qəbul edilən əmlak.
Maddə 1162. Evlilik (nikah) dövründə alınmış fərdi istifadə əşyaları
Zinət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları hətta nikah dövründə ər-arvadın ümumi vəsaiti ilə alınsa belə, həmin əşyalardan istifadə edən həyat yoldaşının (ərin və ya arvadın) mülkiyyəti sayılacaq.
Maddə 1163. Ərin və ya arvadın əmlakının ər-arvadın ortaq mülkiyyətinə çevrilməsi
Hər bir həyat yoldaşının əmlakı - nikah dövründə çəkilən xərclər (yenidən planlaşdırma, tikintinin başa çatdırılması, yenidən qurulması və s.) nəticəsində bu əmlakın dəyərinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilərsə, ər-arvadın ortaq mülkiyyəti sayıla bilər. Əgər nikah müqaviləsində başqa hal nəzərdə tutulursa, bu qayda tətbiq edilmir.
Maddə 1164. Ər-arvadın ümumi əmlakının bölünməsi
Ər-arvadın ümumi əmlakı hər bir həyat yoldaşının tələbi ilə həm nikah dövründə, həm də onun xitamından sonra bölünə bilər.
Maddə 1165. Ortaq mülkiyyətin bölünməsi zamanı peşə fəaliyyəti üçün lazım olan əşyaların taleyi
Ər-arvadın ortaq mülkiyyəti ər-arvadın qarşılıqlı razılaşması ilə bölünür, belə bir razılaşmaya nail olunmadıqda isə – məhkəmə tərəfindən bölünür. Hansı əşyanın hansı həyat yoldaşına aid olduğunu məhkəmə müəyyən edir. Peşə fəaliyyəti üçün lazım olan əşyalar (musiqi alətləri, tibbi avadanlıq, kitabxana və s.) hətta nikah dövründə ər-arvadın ümumi vəsaitləri ilə alınmış olsa belə, öz fəaliyyəti üçün bu əşyalara ehtiyacı olan həyat yoldaşına veriləcək.
Maddə 1166. Mülkiyyət bölünərkən payın təzminatı
Əgər ümumi əmlakın bölüşdürülməsi zamanı həyat yoldaşlarından birinə dəyəri onun payından artıq olan əşyalar verilərsə, digər həyat yoldaşına müvafiq pul və ya başqa cür təzminat verilir.
Maddə 1167. Evlilik (nikah) dövründə ümumi əmlakın bölünməsi
Əgər nikah dövründə ümumi əmlak bölünürsə, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, əmlakın bölünməmiş hissəsi və habelə onların gələcəkdə alacaqları əmlak ər-arvadın ortaq mülkiyyəti sayılacaq.
Maddə 1168. Ortaq mülkiyyətin bölünməsi zamanı yetkinlik yaşına çatmayan uşaqların maraqlarının nəzərə alınması
1. Ər-arvadın ortaq mülkiyyəti olan əmlakın bölünməsi zamanı, əgər onların arasında razılaşmada başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın payı bərabərdir.
2. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların maraqlarını və ya həyat yoldaşlarından birinin diqqətəlayiq maraqlarını nəzərə alaraq, ər-arvadın payının bərabərliyinin başlanğıcından kənara çıxa bilər; xüsusilə, həyat yoldaşlarından birinin payı yetkinlik yaşına çatmayan övladlarının onunla yaşaması, əmək qabiliyyətinin olmaması və yaxud – digər həyat yoldaşının ümumi əmlakı ailənin maraqlarının zərərinə xərcləməsi nəzərə alınmaqla, artırıla bilər.
3. Bu əsasla məhkəmə hər bir həyat yoldaşının nikaha faktiki xitam verildiyi və ya ayrı-ayrılıqda yaşadıqları müddətdə aldığı əmlakı onun mülkiyyəti kimi tanıya bilər.
Maddə 1169. Ər-arvadın ümumi borclarının bölünməsi qaydası
Ər-arvadın ümumi borcları onların hər birinin ümumi əmlakdakı payına mütənasib olaraq onların arasında bölünür.
Maddə 1170. Həyat yoldaşlarından birinin borcunun ödənilməsi qaydası
1. Həyat yoldaşlarından birinin borcunun ödənilməsi onun əmlakından və/və ya əmlak bölgüsü zamanı alacağı ortaq mülkiyyətdəki payından həyata keçirilə bilər.
2. Əgər məhkəmə öhdəliyə görə alınanın bütün ailənin ümumi maraqları üçün istifadə edildiyini müəyyən edərsə, qeyd olunan borclara görə ödəniş ər-arvadın ümumi əmlakından edilə bilər.
3. Həyat yoldaşlarından birinin cinayəti nəticəsində dəymiş zərərin ödənilməsi zamanı ər-arvadın ortaq mülkiyyətindən ödəniş yalnız o halda həyata keçirilə bilər - əgər həmin əmlakın cinayət törətmək nəticəsində əldə edilmiş vəsaitlərlə satın alındığı məhkəmə hökmü ilə müəyyən edilsə.
Maddə 1171. Ortaq mülkiyyətdə olan əmlakın bölünməsinə dair tələb üzrə iddia müddəti
Boşanmış ər-arvadın ortaq mülkiyyətində olan əmlakın bölünməsinə dair tələblər üçün üç illik iddia müddəti müəyyən edilib.
IV. Ər-arvadın müqaviləli əmlak münasibətləri
Maddə 1172. Nikah müqaviləsi
1. Ər-arvad həm nikah dövründə, həm də boşanma zamanı özlərinin əmlak hüquq və vəzifələrini müəyyən edən nikah müqaviləsi bağlaya bilərlər.
2. Əgər ər-arvaddan ən azı biri dəstək alandırsa, nikah müqaviləsi nikahın qeydiyyatından əvvəl bağlanmalıdır. Nikah müqaviləsinin bağlanması prosesində qəyyumluq və himayəçilik orqanının, habelə dəstək verənin məhkəmənin müvafiq qərarı ilə müəyyən edilmiş hissədə cəlb edilməsi zəruridir.
3. Dəstək alan şəxslə bağlanmış nikah müqaviləsinin icrası zamanı dəstək verənin vəzifələrinin yerinə yetirilməsinə nəzarət etmək üçün qəyyumluq və himayəçilik orqanı məsuliyyət daşıyır.
4. Dəstək alan şəxslə bağlanmış nikah müqaviləsi onun əmlak hüquqlarını məhkəmənin müvafiq qərarı ilə müəyyən edildiyindən artıq məhdudlaşdırmamalıdır.
5. Nikah müqaviləsi dəstək verən və dəstək alan arasında bağlandıqda, qəyyumluq və himayəçilik orqanı onun bağlanması prosesində qəyyumluq və himayəçilik orqanının səlahiyyətli şəxsini müvəqqəti dəstək verən kimi təyin edir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1173. Nikah müqaviləsinin imzalanması (bağlanması)
1. Nikah müqaviləsi həm nikahın qeydiyyatından əvvəl, həm də qeydiyyatdan sonra istənilən vaxt bağlana bilər.
2. Nikah qeydiyyata alınmadan əvvəl bağlanmış nikah müqaviləsi nikah qeydiyyata alındıqdan sonra qüvvəyə minir.
Maddə 1174. Müqavilənin forması
Nikah müqaviləsi yazılı şəkildə bağlanır və notarial qaydada təsdiq edilir.
Maddə 1175. Məhdud fəaliyyət qabiliyyəti olan şəxs tərəfindən nikah müqaviləsinin bağlanması
Fəaliyyət qabiliyyəti məhdud olan şəxs yalnız qanuni nümayəndəsinin razılığı ilə, nikah qeydiyyata alınana qədər nikah müqaviləsi bağlaya bilər.
Maddə 1176. Nikah müqaviləsinin məzmunu
1. Nikah müqaviləsi həm mövcud, həm də gələcəkdə alınacaq əmlaka dair bağlana bilər.
2. Nikah müqaviləsi ilə ər-arvad özlərinin ümumi mülkiyyətinə dair qanunla müəyyən edilmiş qaydanı dəyişə bilərlər.
3. Ər-arvad özlərinin bütün əmlaklarını, o cümlədən nikah dövründə aldıqları əmlakı (ümumi əmlakı) birləşdirə və yaxud bu cür birləşmədən tamamilə və ya qismən imtina edərək əmlakın üzərində onların hər birinin paylı və ya ayrıca (ayrılmış) mülkiyyət hüququnu müəyyən edə bilərlər.
Maddə 1177. Ailə xərclərinin ödənilməsi qaydası
Ər-arvadın: gəlirlərdə iştirak şərtlərini, onların hər birinin ailə xərclərini ödəmə qaydasını və nikaha xitam verildikdə hər bir həyat yoldaşına veriləcək əmlakı nikah müqaviləsi ilə müəyyən etmək hüququ var.
Maddə 1178. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələrin məhdudlaşdırılması
Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlə və yaxud bu və ya digər şərtlərin baş verməsi ilə məhdudlaşdırıla bilər.
Maddə 1179. Nikah müqaviləsi ilə dəyişdirilə bilməyən öhdəliklər
1. Nikah müqaviləsi ər-arvadın qarşılıqlı təminat (saxlamaq) öhdəliyini, valideynlərin övladları qarşısında hüquq və vəzifələrini, aliment öhdəliklərini və mübahisə (dava) yarandıqda - məhkəməyə müraciət etmək hüququnu dəyişdirə bilməz.
2. Müqavilə ilə həyat yoldaşlarından birini çətin (ağır) vəziyyətə salan şərtlər nəzərdə tutula bilməz.
Maddə 1180. Nikah müqaviləsinə xitam verilməsi
1. Nikah müqaviləsi ər-arvadın qarşılıqlı razılaşması ilə istənilən vaxt dəyişdirilə və ya xitam verilə bilər.
2. Nikah müqaviləsindən birtərəfli imtina yolverilməzdir.
3. Nikah müqaviləsinə boşanma zamanı xitam verilir.
Maddə 1181. Nikah müqaviləsinin şərtlərinin məhkəmə tərəfindən dəyişdirilməsi
Marağı olan həyat yoldaşının ərizəsinə əsasən, üzrlü səbəblər mövcud olduqda, məhkəmə nikah müqaviləsinin həyat yoldaşlarından birini son dərəcə əlverişsiz vəziyyətə salan şərtlərini dəyişdirə bilər.
Beşinci fəsil
Ər-arvadın qarşılıqlı saxlamaq (dolandırmaq) vəzifəsi
Maddə 1182. Aliment almaq hüququ olan şəxs
Ər-arvad bir-birlərinə maddi köməklik etməyə borcludurlar. Belə yardımdan (köməkdən) imtina edildikdə və/və ya ər-arvad arasında alimentin verilməsi haqqında razılaşma olmadıqda, məhkəmə qaydasında aliment almaq hüququ var:
a) maddi köməyə ehtiyacı olan, əmək qabiliyyəti olmayan həyat yoldaşının;
b) hamiləlik dövründə və uşaq doğulduqdan sonra üç il ərzində həyat yoldaşının (arvadın).
Maddə 1183. Əmək qabiliyyəti olmayan həyat yoldaşının aliment almaq hüququ
Həyat yoldaşının köməyinə ehtiyacı olan, əmək qabiliyyəti olmayan ər və ya arvad boşanmadan əvvəl və ya boşandığı gündən bir il ərzində əmək qabiliyyətini itirmişsə, o, boşandıqdan sonra da aliment almaq hüququnu qoruyub-saxlayır.
Maddə 1184. Saxlamaq (dolandırmaq) öhdəliyindən məhkəmə tərəfindən azad edilmə
Əgər ər-arvad qısa müddətə nikahda idilərsə və yaxud maddi yardım tələb edən həyat yoldaşı aliment ödəyicisinə qarşı ləyaqətsiz rəftar (nalayiq hərəkət) etmişsə, habelə əgər maddi yardım tələb edən həyat yoldaşının əmək qabiliyyətinin olmamasına spirtli içkilərdən və ya narkotik maddələrdən istifadə etməsi və ya qəsdən cinayət törətməsi səbəb olmuşsa - məhkəmə həyat yoldaşını saxlamaq (dolandırmaq) öhdəliyindən azad edə və ya bu öhdəliyi müəyyən müddətlə dəyişdirə bilər.
Maddə 1185. Alimentin miqdarının müəyyən edilməsi
1. Həyat yoldaşının xeyrinə ödənilməli olan alimentin miqdarı ər-arvadın maddi və ailə vəziyyəti nəzərə alınmaqla hər ay ödənilməli olan pul məbləği şəklində müəyyən edilir.
2. Həyat yoldaşlarından birinin maddi və ya ailə vəziyyəti dəyişdikdə, hər bir həyat yoldaşı alimentin miqdarının dəyişdirilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir.
Maddə 1186. Aliment almaq hüququnun yox olması (aradan qalxması)
1182-ci və 1183-cü maddələrdə nəzərdə tutulmuş əsaslar artıq mövcud olmadıqda, habelə aliment alan həyat yoldaşı yenidən nikaha girdikdə (yenidən evləndikdə), həyat yoldaşından aliment almaq hüququ kəsilir.
İkinci qapı
Valideynlər, uşaqlar və digər qohumlar arasındakı münasibət
Birinci fəsil
Uşaqların mənşəyinin müəyyən edilməsi
Maddə 1187. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranmasının əsasları
Valideynlərin və uşaqların qarşılıqlı hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş uşaqların mənşəyinə əsaslanır.
Maddə 1188. Atanın ölümündən sonra uşağın mənşəyinin müəyyən edilməsi
Atanın ölümündən sonra on aydan gec olmayaraq doğulduğu halda, uşaq nikahda olan valideynlərdən yaranmış sayılacaq.
Maddə 1189. Uşağın evli (nikahda olan) valideynlərdən yarandığının təsdiqi
Uşağın nikahda olan valideynlərdən yarandığı ər-arvadın birgə bəyanatı ilə və ya onlardan birinin ərizəsi ilə, uşağın doğulmasını və valideynlərin nikahını təsdiq edən sənədlərlə təsdiq edilir.
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 - veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1190. Bir-biri ilə nikahda olmayan valideynlərdən uşağın yarandığının müəyyən edilməsi
1. Bir-biri ilə nikahda olmayan valideynlərdən uşağın yarandığı valideynlərin birgə ərizəsi ilə və uşağın doğumunu təsdiq edən sənədlə müəyyən edilir.
2. Valideynlərin birgə bəyanatı olmadıqda və ya onu təqdim etmək mümkün olmadıqda, uşağın atalığı valideynlərdən birinin, uşağın qəyyumunun (himayəçisinin) və ya o şəxsin ərizəsinin əsasında məhkəmə qaydasında müəyyən edilə bilər, hansının ki himayəsindədir uşaq, habelə yetkinlik yaşına çatdıqdan sonra uşağın özünün ərizəsi ilə müəyyən edilə bilər.
3. Məhkəmə uşağın atalığının müəyyən edilməsi məsələsini bioloji (genetik) və ya antropoloji tədqiqatın nəticələrinə (sübutlara) uyğun olaraq həll edir, hansı ki uşağın atalığının müəyyən edilməsi məsələsinə toxunur.
4. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş əsasla uşağın atalığını müəyyən etmək mümkün olmadıqda, məhkəmə uşağın anasının və atalığın müəyyən edilməsi üçün müraciət edən şəxsin (ərizədə göstərilən şəxsin) uşaq doğulana qədər birlikdə yaşadıqlarını və ümumi təsərrüfatın aparılmasını və yaxud onların uşağı birlikdə böyütmələrini və/və ya saxlamaq (dolandırmaq) faktlarını və yaxud digər təsdiqedici sənədləri və/və ya halları nəzərə alır, hansılar ki ərizədə göstərilən şəxs tərəfindən uşağın atalığının tanınmasını (etiraf etməsini) tam təsdiq edir.
5. (çıxarılıb – 20.12.2011, №5568).
6. Uşağın bir-biri ilə nikahda olmayan valideynlərdən yarandığını, qanunla müəyyən edilmiş qaydada, mülki aktların qeydiyyatı orqanı da müəyyən vaxt və şəraitdə şəxsin hüquqi əhəmiyyət kəsb edən doğum faktı (anadan olması faktı) müəyyən edilərkən, müəyyən edə bilər.
7. Uşağın atasının onun özü olduğuna dair əsaslı ehtimalı (gümanı) olan şəxs uşağın atası haqqında mülki aktların qeydiyyatı orqanında tərtib edilmiş qeydi (yazını) eşitdiyi və ya eşitməli olduğu vaxtdan bir il ərzində həmin qeydi bu maddəyə uyğun olaraq mübahisələndirə (davalaya) bilər.
8. Məhkəmə uşağın atalığını müəyyən etməkdən imtina edə bilər - əgər onun müəyyən edilməsi uşağın maraqlarına ziddirsə.
9. Uşağın atalığı bu maddədə nəzərdə tutulmuş qaydada müəyyən edilərkən, uşaqlar valideynlərinə və qohumlarına münasibətdə bir-biri ilə nikahda olan valideynlərdən yaranmış uşaqlarla eyni hüquq və vəzifələrə malikdirlər.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 1 oktyabr 2010-cu il tarixli qanunu №3657 - SSM I, №53, 11.10.2010-cu il., maddə.341
Gürcüstanın 9 dekabr 2011-ci il tarixli qanunu №5445 – veb-səhifə, 20.12.2011-ci il.
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 - veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1191. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 - veb-səhifə, 28.12.2011-ci il.
Maddə 11911. Tənha (yalnız) valideyn
1. Tənha valideyn bu maddədə nəzərdə tutulmuş tənha ana və ya tənha ata statusuna malik olan şəxsdir.
2. Tənha ana/tənha ata aşağıdakılardır:
a) 18 yaşına çatmamış övladı olan şəxs, uşağın doğum aktının qeydində uşağın digər valideyni haqqında qeyd olmadıqda;
b) 18 yaşına çatmamış uşağı övladlığa götürmüş şəxs, uşağın doğum aktının qeydində uşağın digər valideyni haqqında qeyd olmadıqda;
q) yetkinlik yaşına çatmayan övladının digər valideyni ölmüş, ölmüş elan edilmiş və ya izsiz itkin düşmüş elan edilmiş şəxs;
d) yetkinlik yaşına çatmayan övladının digər valideyni bütün valideyn hüquq və vəzifələrindən məhrum edilmiş şəxs.
3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq halın/halların aradan qaldırılması tənha ana/tənha ata statusunun ləğv edilməsi üçün əsasdır.
4. Məhkəmə bu maddənin 2-ci hissəsinin “q” və ya “d” alt bəndində nəzərdə tutulmuş halın aradan qaldırılmasını təsdiq edən məhkəmə aktını qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində Gürcüstanın Ədliyyə Nazirliyinin idarəetmə sahəsində fəaliyyət göstərən ictimai hüququn hüquqi şəxsinə − Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə göndərir.
5. Tənha valideynin sosial və hüquqi müdafiəsinin zəmanətləri Gürcüstan qanunvericiliyi ilə müəyyən edilir.
6. Tənha ana/tənha ata statusunun müəyyən edilməsi və müvafiq şəxslər haqqında məlumatların hazırlanması qaydası Gürcüstanın Ədliyyə nazirinin və Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin birgə əmri ilə müəyyən edilir.
Gürcüstanın 11 dekabr 2014-cü il tarixli qanunu №2892 – veb-səhifə, 23.12.2014-cü il.
Gürcüstanın 1 aprel 2015-ci il tarixli qanunu №3422 - veb-səhifə, 07.04.2015-ci il.
Gürcüstanın 22 dekabr 2017-ci il tarixli qanunu №1819 – veb-səhifə, 11.01.2018-ci il.
Gürcüstanın 5 iyul 2018-ci il tarixli qanunu №3076 – veb-səhifə, 11.07.2018-ci il.
Gürcüstanın Konstitusiya Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli Qərarı №1/6/1320 – veb-səhifə, 30.12.2021-ci il.
Gürcüstanın 9 iyun 2022-ci il tarixli qanunu №1651 – veb-səhifə, 23.06.2022-ci il.
Maddə 11912. Çox övladı olan (çox uşaqlı) valideyn
1. Çox uşaqlı valideyn dörd və ya daha çox uşağı və/və ya övladlığa götürülmüş uşaqları olan şəxsdir.
2. 18 yaşına çatmamış dörd və ya daha çox uşağı və/və ya övladlığa götürülmüş uşaqları olan çox uşaqlı valideynin sosial müdafiəsinin təminat qaydası və şərtləri Gürcüstan qanunvericiliyi ilə müəyyən edilir.
3. Çox uşaqlı valideyn statusunun müəyyən edilməsi və ləğvi və müvafiq şəxslər haqqında məlumatların hazırlanması qaydası Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilir.
Gürcüstanın 27 iyun 2018-ci il tarixli qanunu №2606 – veb-səhifə, 06.07.2018-ci il.
Maddə 1192. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 - veb-səhifə, 28.12.2011-ci il.
Maddə 1193. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 - veb-səhifə, 28.12.2011-ci il.
Maddə 11931. Uşağı tərk edilmiş (atılmış) kimi tanımaq
Uşağın tərk edilmiş (atılmış) kimi tanınması qaydası Gürcüstanın "Övladlığa götürmə və etibarnamə ilə böyütmə haqqında" Qanunu ilə müəyyən edilir.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6494 – veb-səhifə, 02.07.2012-ci il.
Maddə 1194. Uşağın adının müəyyən edilməsi
1. Valideynlər övladına qarşılıqlı razılaşma əsasında ad qoyurlar.
2. (çıxarılıb - 19.06.2012, №6494)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6494 – veb-səhifə, 02.07.2012-ci il.
Maddə 1195. Uşağın soyadının müəyyən edilməsi
1. Uşağın soyadı valideynlərin soyadına uyğun müəyyən edilir. Valideynlərin ümumi soyadı yoxdursa, uşağa ananın və ya atanın soyadı və yaxud valideynlərin razılaşması ilə birləşmiş soyad verilir.
2. (çıxarılıb - 19.06.2012, №6494)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6494 – veb-səhifə, 02.07.2012-ci il.
Maddə 1196. Uşağın soyadının dəyişdirilməsi
1. Valideynlər arasında nikaha xitam verilməsi uşağın soyadının dəyişdirilməsi ilə nəticələnmir.
2. Nikaha xitam verildikdən və ya batil elan edildikdən sonra, yetkinlik yaşına çatmayan uşağı olan (yaşamaq üçün yanında qalan) valideyn, uşağın maraqlarına uyğun olaraq, uşağa öz soyadının verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 10 yaşınadək uşağın soyadı dəyişdirilərkən, onun yetkinlik dərəcəsi nəzərə alınaraq, onun istəyi (arzusu) nəzərə alınır. 10 və ya daha yuxarı yaşda olan uşağın soyadının dəyişdirilməsi üçün onun özünün də razılığı tələb olunur.
Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5013 – veb-səhifə, 27.09.2019-cu il.
Gürcüstanın 21 may 2020-ci il tarixli qanunu №5913 – veb-səhifə, 25.05.2020-ci il.
İkinci fəsil
Valideynlərin övladları qarşısında hüquq və vəzifələri
Maddə 1197. Valideynlərin övladları qarşısında bərabər hüquqluluğu
Valideynlər övladları qarşısında bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaq ailədə yaşamaq və böyümək hüququna malikdir.
Maddə 1198. Valideynlərin övladları qarşısında öhdəlikləri
1. Valideynlər övladlarını tərbiyə etmək, onların fiziki, əqli, mənəvi (ruhi) və sosial inkişafının qayğısına qalmaq, onların maraqlarını üstünlüklə nəzərə alaraq onları cəmiyyətin layiqli üzvləri kimi yetişdirmək hüququna malikdirlər və borcludurlar.
11. Yetkinlik yaşına çatmayan uşağı böyüdərkən valideyn/qanuni nümayəndə tərəfindən yetkinlik yaşına çatmayan uşağın fiziki və/və ya psixi iztirablarına səbəb olan tərbiyə üsullarından istifadə edilməsinə yol verilmir.
2. Valideynlər uşağı saxlamaq (dolandırmaq) öhdəliyinə malikdirlər.
3. Valideynlər övladının kiminlə və harada yaşayacağını müəyyən etmək hüququna malikdirlər.
4. Valideynlər yetkinlik yaşına çatmayan övladlarının hüquq və maraqlarını qorumağa, o cümlədən övladlarının əmlakını idarə və istifadə etməyə borcludurlar.
5. Valideynlər öz övladları ilə ünsiyyət qurmaq, üçüncü şəxslərin onların övladları ilə ünsiyyət hüququnu müəyyən etmək hüququna və öhdəliyinə malikdirlər.
6. Valideynlər yetkinlik yaşına çatmayan övladlarının qanuni nümayəndələridir və xüsusi etibarnamələri olmadan üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə onların hüquq və maraqlarını müdafiə edirlər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 17 oktyabr 2014-cü il tarixli qanunu №2703 – veb-səhifə, 31.10.2014-cü il.
Maddə 11981. Yetkinlik yaşına çatmayanın müdafiə hüququ
1. Yetkinlik yaşına çatmayan şəxsin öz valideyni/digər qanuni nümayəndəsi tərəfindən hüquqlarının sui-istifadəsindən müdafiə olunmaq hüququ var. Yetkinlik yaşına çatmayanın hüquqları və qanuni maraqları pozulduqda, o cümlədən valideynlərdən hər ikisi və ya biri uşağın tərbiyəsi və təhsili ilə bağlı vəzifələri yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, yetkinlik yaşına çatmayan şəxs qəyyumluq və himayəçilik orqanlarına müstəqil müraciət etmək hüququna malikdir, “Valideynlərin məsuliyyətinin və uşaqların müdafiəsi tədbirlərinin icrası ilə bağlı yurisdiksiya, tətbiq edilməli qanun, tanınma, icra və əməkdaşlıq haqqında” 19 oktyabr 1996-cı il tarixli Haaqa Konvensiyasında nəzərdə tutulmuş hallarda isə − mərkəzi orqana və məhkəməyə müraciət etmək hüququna malikdir.
2. Yetkinlik yaşına çatmayanın hüquqlarının və qanuni maraqlarının pozulması hallarından xəbərdar olmuş (məlumatlı olan) fiziki və hüquqi şəxslər yetkinlik yaşına çatmayanın faktiki olduğu yer üzrə qəyyumluq və himayəçilik orqanlarına onlar haqqında məlumat verməyə borcludurlar. Qəyyumluq və himayəçilik orqanları bu cür bildirişi (məlumatı) aldıqdan sonra Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş tədbirləri həyata keçirməyə, “Valideynlərin məsuliyyətinin və uşaqların müdafiəsi tədbirlərinin icrası ilə bağlı yurisdiksiya, tətbiq edilməli qanun, tanınma, icra və əməkdaşlıq haqqında” 19 oktyabr 1996-cı il tarixli Haaqa Konvensiyasında nəzərdə tutulmuş hallarda isə − mərkəzi orqana müraciət etməyə borcludurlar.
21. Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş uşaqların müdafiəsi üzrə müraciət (yönləndirmə) prosedurlarında iştirak edən subyekt və uşaq məsələləri ilə məşğul olan başqa subyekt tərəfindən uşağa qarşı zorakılığın aşkar edilməsi və uşağa qarşı zorakılıq haqqında məlumatın müvafiq dövlət orqanına çatdırılma öhdəliyinin yerinə yetirilməməsi Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
3. “Valideynlərin məsuliyyətinin və uşaqların müdafiəsi tədbirlərinin icrası ilə bağlı yurisdiksiya, tətbiq edilməli qanun, tanınma, icra və əməkdaşlıq haqqında” 19 oktyabr 1996-cı il tarixli Haaqa Konvensiyası ilə müəyyən edilmiş mərkəzi orqan - Gürcüstan Ədliyyə Nazirliyinin struktur bölməsidir.
Gürcüstanın 20 iyun 2003-cü il tarixli qanunu №2446 – SSM I, №20, 11.07.2003-cü il., maddə.138
Gürcüstanın 19 mart 2014-cü il tarixli qanunu №2110 – veb-səhifə, 01.04.2014-cü il.
Gürcüstanın 17 oktyabr 2014-cü il tarixli qanunu №2703 - veb-səhifə, 31.10.2014-cü il.
Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5013 – veb-səhifə, 27.09.2019-cu il.
Gürcüstanın 21 may 2020-ci il tarixli qanunu №5913 – veb-səhifə, 25.05.2020-ci il.
Maddə 1199. Uşağın maraqlarının müdafiəsi
Valideynlərin hüquqları uşağın maraqlarına xələl gətirəcək (zərər vuracaq) şəkildə həyata keçirilməməlidir.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1200. Valideynlərin qarşılıqlı razılaşması ilə uşaqları böyütmək (tərbiyə etmək)
1. Valideynlər övladlarının tərbiyəsi ilə bağlı bütün məsələləri qarşılıqlı razılaşma yolu ilə həll edirlər.
2. Valideynlərin arasında fikir ayrılığı olduqda, mübahisəli məsələni valideynlərin iştirakı ilə məhkəmə həll edir. Bu halda valideynin uşağı məhkəmə proseslərində təmsil etmək hüququ dayandırılır. Qəyyumluq və himayəçilik orqanı dedikdə, işə məhkəmədə baxılarkən uşağın maraqlarını təmsil edən - uşağın nümayəndəsi başa düşülür.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1201. Valideynlər boşandıqda yetkinlik yaşına çatmayan uşağın yaşayış yeri
1. Valideynlər boşanma və ya digər səbəblərə görə ayrı yaşayırlarsa, yetkinlik yaşına çatmayan uşağın kiminlə yaşaması barədə qərarı kimin verəcəyi - onların razılaşmasından asılıdır.
2. Fikir ayrılığı yarandıqda, məhkəmə uşağın maraqlarını nəzərə alaraq, yetkinlik yaşına çatmayan uşağın kiminlə yaşaması ilə bağlı mübahisəni həll edir. Bu halda valideynin uşağı məhkəmə proseslərində təmsil etmək hüququ dayandırılır. Qəyyumluq və himayəçilik orqanı dedikdə, işə məhkəmədə baxılarkən uşağın maraqlarını təmsil edən - uşağın nümayəndəsi başa düşülür.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1202. Boşanmış və ya ayrı yaşayan valideynlərin övladları qarşısında hüquq və vəzifələri
1. Valideynlər, boşanmalarından və ya ayrı yaşamalarından asılı olmayaraq, övladları qarşısında bərabər hüquq və vəzifələrə malikdirlər.
2. Uşağın birlikdə yaşadığı valideyn digər valideynin hüquq və vəzifələrini məhdudlaşdırmaq hüququna malik deyil.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1203. Baba və nənənin yetkinlik yaşına çatmayan nəvələri qarşısında hüquqları
Nənə və baba nəvələrinin tərbiyəsi ilə bilavasitə məşğul olmadıqda belə, yetkinlik yaşına çatmayan nəvələri ilə əlaqə saxlamaq (təmasda olmaq) hüququna malikdirlər. Valideynlər və ya qəyyum/himayəçi nənə və babanın nəvələri ilə əlaqə saxlamasına icazə vermədikdə (etiraz etdikdə), məhkəmə - bunun uşaqların normal tərbiyəsinə mane olmayacağını və onlara mənfi (pis) təsir göstərməyəcəyini müəyyən etdikdə, məhkəmənin müəyyən etdiyi qaydada valideynlərə və ya qəyyuma/himayəçiyə nənə və babanın nəvələri ilə əlaqə saxlamasına icazə verməyi tapşıra bilər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1204. Yetkinlik yaşına çatmayan uşağın qaytarılmasını tələb etmək hüququ
Valideynlər yetkinlik yaşına çatmayan uşağı (övladlarını) qanuni əsaslar olmadan götürən (yanında saxlayan) şəxsdən geri qaytarılmasını tələb etmək hüququna malikdirlər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1205. Valideynin hüquq və vəzifələrinin məhdudlaşdırılması
1. Bu məcəllədə başqa hal müəyyən edilməyibsə, valideynin hüquq və vəzifələri yalnız məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər.
2. Məhkəmə valideynin bir və ya bir neçə hüquq və vəzifəsini valideynin digər hüquq və vəzifələrindən asılı olmayaraq məhdudlaşdıra bilər.
3. Qəyyumluq və ya himayəçilik o uşağa təyin edilir, hansının ki hər iki valideyninin valideynlik hüququ və ya vəzifəsi bu məcəlləyə uyğun olaraq məhdudlaşdırılmışdır.
4. Bu məcəllədə nəzərdə tutulmuş aliment öhdəliklərinə uyğun olaraq, valideynlik hüquqları məhdudlaşdırıldıqda, valideyn mümkün qədər (bacardıqca) uşağı saxlamaq (dolandırmaq) öhdəliyini özündə qoruyub-saxlayır.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Maddə 12051. Valideynin hüquq və vəzifələrinin dayandırılması
1. Məhkəmə, bu məcəllənin 1200-cü və 1201-ci maddələrinə uyğun olaraq mübahisə (dava) həll olunana qədər, məhkəmə icraatı zamanı valideynlərin uşağı təmsil etmək hüququnu dayandıra bilər.
2. (çıxarılıb - 18.12.2009, №2382).
3. Kimliyi, valideyninin (valideynlərinin) kimliyi və ya olduğu yer məlum olmayan uşaq tapılıbsa, onun valideyninin (valideynlərinin) hüquq və vəzifələri məhkəmənin qərarı olmadan aşağıdakılara qədər (bu zamanlara qədər) dayandırılmış sayılacaq:
a) uşağın və ya onun valideyninin (valideynlərinin) kimliyi müəyyən edilənə və o, ailəsinə qaytarılana qədər;
b) uşağın valideynlik vəzifələrini yerinə yetirməkdən və hüquqlarını həyata keçirməkdən yayınan valideyninin (valideynlərinin) kimliyi müəyyən edilənə qədər və məhkəmə onun (onların) valideynlik hüquq və vəzifələrini məhdudlaşdırana və ya uşağı tərk edilmiş (atılmış) kimi tanıyana qədər. Bu halda məhkəmə uşağı tərk edilmiş (atılmış) kimi tanımaqla yanaşı, valideynlik hüquqlarından məhrum etmə haqqında da qərar çıxarır;
q) uşaq tərk edilmiş (atılmış) kimi tanınana qədər.
4. (çıxarılıb - 18.12.2009, №2382).
5. Valideyn (valideynlər) öz hərəkəti və ya hərəkətsizliyi ilə uşağı tərk etdikdə, valideynlik hüquq və vəzifələri dayandırılmış sayılır – nə vaxt ki, uşaq 24 saat dövlət qayğısı altına yerləşdirilmişdir. Bu halda valideynlik hüquq və vəzifələrinin dayandırılması - dayandırılma üçün əsasların mövcud olduğu müddət ərzində qüvvədədir.
6. Ailə zorakılığı halında - valideynə qarşı tutucu (məhdudlaşdırıcı) və ya qoruyucu order qüvvədə olduqda, habelə sosial işçi tərəfindən uşağı valideyndən ayırmaq haqqında qərar qəbul edilən kimi, valideynin nümayəndəlik hüququ və/və ya valideynin uşağın kiminlə və harada yaşamalı olduğunu müəyyənləşdirmək hüququ tutucu (məhdudlaşdırıcı) və ya qoruyucu orderin və ya sosial işçinin uşağı valideyndən ayırmaq haqqında qərarının qüvvədə olduğu müddətdə dayandırılmış sayılır. Sosial işçinin uşağı valideyndən ayırmaq barədə qərarından valideynin şikayət etməsi - bu qərarın qüvvəsini dayandırmır.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6494 – veb-səhifə, 02.07.2012-ci il.
Gürcüstanın 22 iyun 2016-cı il tarixli qanunu №5449 - veb-səhifə, 12.07.2016-cı il.
Maddə 1206. Valideynlik hüquq və vəzifələrindən məhrum etmə
1. Valideynlik hüquq və vəzifələrindən məhrum etmə sonuncu tədbirdir. Bu maddədə başqa hal nəzərdə tutulmayıbsa, valideynlik hüquq və vəzifələrindən məhrum etmə haqqında qərar qəyyumluq və himayəçilik orqanının və ya uşağın təşəbbüsü ilə məhkəmənin tərəfindən çıxarılır.
2. Valideynlik vəzifələrini yerinə yetirməkdən sistematik şəkildə yayınan və valideynlik hüquqlarından qeyri-münasib istifadə edən valideyn – uşağa qarşı kobud rəftar edən, əxlaqsız davranışla uşağa mənfi təsir göstərən və ya xroniki alkoqolik və ya narkoman olan və ya uşağı cəmiyyətə zidd hərəkətlərə (o cümlədən dilənçiliyə, avaralığa) cəlb edən valideyn bütün valideynlik hüquq və vəzifələrindən məhrum ediləcək.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 – veb-səhifə, 24.05.2017-ci il.
Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5013 – veb-səhifə, 27.09.2019-cu il.
Gürcüstanın 21 may 2020-ci il tarixli qanunu №5913 – veb-səhifə, 25.05.2020-ci il.
Maddə 1207. Valideynlik hüquq-vəzifələrindən məhrum edilmiş şəxsin övladının hüquqları
Valideynlik hüquq-vəzifələrindən məhrum edilmiş şəxs o uşağa münasibətdə qohumluğa əsaslanan bütün hüquqlarını itirir, hansına qarşı ki o, valideynlik hüquqlarından və vəzifələrindən məhrum edilib. Valideyni valideynlik hüquq və vəzifələrindən məhrum edilmiş uşaq həmin valideyninə qarşı qohumluğa əsaslanan əmlak hüquqlarını, o cümlədən vərəsəlik hüququnu özündə qoruyub-saxlayır.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1208. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1209. Valideynlik hüquq və vəzifələrinin bərpası
1. Valideynlik hüquqları və vəzifələri yalnız məhkəmə qaydasında - uşağın, valideynlərdən birinin və ya qəyyumluq və himayəçilik orqanının təşəbbüsü ilə bərpa edilə bilər.
2. Valideynlik hüquq və vəzifələri yalnız valideynin hüquqlarını məhdudlaşdırmaq və ya məhrum etmək üçün əsasların artıq mövcud olmadığı aşkar edildikdə bərpa edilə bilər.
3. Valideynlik hüquq və vəzifələrini şəxsə bərpa edərkən məhkəmə uşağın istəyini də nəzərə alır.
4. Başqasının övladlığa götürdüyü uşağa qarşı valideynlik hüquq və vəzifələrinin bərpasına yol verilmir, o hal istisna olmaqla - əgər övladlığa götürmə batil elan edilibsə.
5. Bu məcəllədə başqa hal müəyyən edilməyibsə, valideynlik hüquq və vəzifələri - dayandırılma müddəti başa çatdıqdan sonra avtomatik olaraq bərpa edilir.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5013 – veb-səhifə, 27.09.2019-cu il.
Gürcüstanın 21 may 2020-ci il tarixli qanunu №5913 – veb-səhifə, 25.05.2020-ci il.
Maddə 1210. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Maddə 1211. Valideynlik hüquq və vəzifələrinin ötürülməsi
1. Konkret əmlaka münasibətdə - uşağın əmlakını idarə etmək hüququ valideynlərin notarial qaydada təsdiq edilmiş sənədi əsasında, əmlakın qəyyumuna verilə bilər.
2. Konkret əmlaka münasibətdə - uşağın əmlakını idarə etmək hüququ vəsiyyətnamə əsasında, əmlakın qəyyumuna verilə bilər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 15 iyul 2020-ci il tarixli qanunu №6989 – veb-səhifə, 28.07.2020-ci il.
Üçüncü fəsil
Valideynlərin və övladların aliment öhdəlikləri
Maddə 1212. Övladları saxlamaq (dolandırmaq) öhdəliyi
Valideynlər öz yetkinlik yaşına çatmayan övladlarını, habelə köməyə ehtiyacı olan, əmək qabiliyyəti olmayan övladlarını saxlamağa (dolandırmağa) borcludurlar.
Maddə 1213. Alimentin məbləğinin valideynlər tərəfindən müəyyən edilməsi
Yetkinlik yaşına çatmayan və ya yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olmayan uşaqlar üçün ödənilməli olan alimentlərin məbləğini valideynlər qarşılıqlı razılaşma əsasında müəyyən edirlər.
Maddə 1214. Alimentin məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsi
Valideynlər alimentin məbləğinə dair razılığa gələ bilmirlərsə, o zaman mübahisəni (davanı) məhkəmə həll edir. Alimentin məbləğini məhkəmə uşağın normal saxlanması və tərbiyəsi üçün zəruri olan tələblər çərçivəsində ağlabatan, ədalətli qiymətləndirmə əsasında müəyyənləşdirir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən həm valideynlərin, həm də uşağın real maddi vəziyyətini nəzərə alır.
Maddə 1215. Əlavə xərclərdə iştirak etmək öhdəliyi
Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment ödəyən valideynə xüsusi hallarla (uşağın ağır xəstəliyi, xəsarət alması və s.) əlaqədar əlavə xərclərdə iştirak etmək öhdəliyi qoyula bilər.
Maddə 1216. Qəyyumluğa və ya himayə altına verilmiş uşaqların saxlanması xərcləri
Valideynlərə - bu məcəlləyə və ya məhkəmənin qərarına uyğun olaraq onların qəyyumluğuna və ya himayəsinə verilmiş uşağın saxlanması xərclərini çəkmək (ödəmək) tapşırıla bilər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1217. Məhkəmənin uşağın saxlanması vəsaitlərinin ödənilməsi haqqında qərardadı
Əgər cavabdeh olan - bu məcəllənin 1191-ci və 1192-ci maddələrinə uyğun olaraq agentliyin ərazi xidmətində uşağın valideyni kimi qeydiyyata alınıbsa, məhkəmə işə mahiyyəti üzrə baxılana qədər uşağın saxlanması vəsaitlərinin ödənilməsi haqqında qərardad çıxara bilər.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Maddə 1218. Övladların valideynlər qarşısındakı öhdəliyi
1. Övladlar valideynlərinin qayğısına qalmağa və onlara kömək etməyə borcludurlar.
2. Yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olan övladlar köməyə ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa (dolandırmağa) borcludurlar.
3. Valideynlərin valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırdıqları məhkəmə tərəfindən müəyyən edildikdə, övladlar valideynlərini saxlamaq (dolandırmaq) öhdəliyindən azad edilə bilərlər.
4. Valideynlik hüququndan məhrum edilmiş valideyn övladlarından aliment tələb etmək hüququnu itirir.
Maddə 1219. Əmək qabiliyyəti olmayan valideynlərin saxlanmasında (dolandırılmasında) övladların iştirakı
1. Köməyə ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynin saxlanmasında hər bir övladın iştirakını məhkəmə valideynlərin və övladların maddi və ailə vəziyyətini nəzərə alaraq hər ay ödənilməli olan məbləğ formasında müəyyən edir.
2. Məhkəmə bu məbləği müəyyən edərkən, iddia ərizəsinin hamıya, bir neçə və ya bir övlada qarşı irəli sürülməsindən asılı olmayaraq, valideynlərin yetkinlik yaşına çatmış bütün övladlarının öhdəliyini nəzərə alır.
Maddə 1220. Əlavə xərclərdə övladların iştirakı
Başqa cür razılaşma mövcud olmadıqda, əmək qabiliyyəti olmayan valideynlərə aliment ödəyən övladlara xüsusi hallar (valideynlərin ağır xəstəliyi, xəsarət alması və s.) nəticəsində yaranan əlavə xərclərdə iştirak etmək öhdəliyi qoyula bilər.
Maddə 1221. Alimentin məbləğinin azaldılması haqqında iddia ərizəsi
1. Yetkinlik yaşına çatmayan uşağın xeyrinə aliment ödəyən valideynin məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin azaldılması haqqında iddia ərizəsi vermək hüququ var.
2. Sabit məbləğdə aliment ödəyən valideynlərin maddi və ailə vəziyyəti dəyişdikdə, məhkəmə marağı olan şəxsin tələbi ilə alimentin miqdarını azaltmaq və ya artırmaq hüququna malikdir.
Maddə 1222. Maddi və ya ailə vəziyyətinin dəyişməsi ilə əlaqədar aliment məbləğinin dəyişdirilməsi
Valideynlərin – yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olmayan övladlarının xeyrinə və ya övladların – əmək qabiliyyəti olmayan, köməyə ehtiyacı olan valideynlərinin xeyrinə ödəməli olduqları pulun miqdarını məhkəmə müəyyən etdikdən sonra, valideynlərin və ya övladların maddi və ya ailə vəziyyəti dəyişdikdə, məhkəmə onlardan birinin iddia ərizəsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişə bilər.
Dördüncü fəsil
Ailənin digər üzvlərinin aliment öhdəlikləri
Maddə 1223. Bacı-qardaşların bir-birini saxlamaq (dolandırmaq) öhdəliyi
Kifayət qədər vəsaitləri olan bacılar və qardaşlar köməyə ehtiyacı olan və valideynlərindən aliment ala bilməyən - yetkinlik yaşına çatmayan bacılarını və/və ya qardaşlarını saxlamağa (dolandırmağa) borcludurlar. Onlar köməyə ehtiyacı olan, əmək qabiliyyəti olmayan - yetkinlik yaşına çatmış bacılarına və/və ya qardaşlarına qarşı da eyni öhdəliyə malikdirlər - əgər onlar öz valideynlərindən, həyat yoldaşından və ya övladlarından aliment ala bilmirlərsə.
Maddə 1224. Nəvənin əmək qabiliyyəti olmayan babaya və nənəyə qarşı aliment öhdəliyi
Kifayət qədər vəsaitləri olan nəvə köməyə ehtiyacı olan, əmək qabiliyyəti olmayan babasını və nənəsini saxlamağa (dolandırmağa) borcludur - əgər onlar övladlarından və ya bir-birlərindən aliment ala bilmirlərsə.
Maddə 1225. Babanın və nənənin nəvələrə qarşı aliment öhdəlikləri
Kifayət qədər vəsaitləri olan baba və nənə köməyə ehtiyacı olan, yetkinlik yaşına çatmayan nəvəsini saxlamağa (dolandırmağa) borcludurlar - əgər o öz valideynlərindən aliment ala bilmirsə. Onlar köməyə ehtiyacı olan, əmək qabiliyyəti olmayan - yetkinlik yaşına çatmış nəvəsinə qarşı da eyni öhdəliyə malikdirlər - əgər o öz valideynlərindən, həyat yoldaşından və ya övladlarından aliment ala bilmirsə.
Maddə 1226. Ögey atanın və ögey ananın aliment öhdəliyi
Kifayət qədər vəsaitləri olan ögey ata və ögey ana öz yetkinlik yaşına çatmayan və/və ya köməyə ehtiyacı olan, əmək qabiliyyəti olmayan ögey övladını saxlamağa (dolandırmağa) borcludurlar - əgər o, tərbiyə və ya saxlanmaq (dolanmaq) üçün onların yanındadırsa və valideynləri yoxdursa və ya onlardan öz dolanışıq vəsaitlərini ala bilmirsə.
Maddə 1227. Ögey övladın aliment öhdəliyi
1. Kifayət qədər vəsaitləri olan ögey övlad əmək qabiliyyəti olmayan, köməyə ehtiyacı olan ögey atasını və/və ya ögey anasını saxlamağa (dolandırmağa) borcludur - əgər onlar əvvəllər onu böyüdürdülərsə (yetişdirirdilərsə) və ya saxlayırdılarsa (dolandırırdılarsa).
2. Məhkəmə ögey övladı ögey atasını və/və ya ögey anasını saxlamaq (dolandırmaq) öhdəliyindən azad edə bilər - əgər onlar onu böyüdürdülərsə və ya beş ildən az vaxt ərzində saxlayırdılarsa (dolandırırdılarsa), həmçinin əgər onlar ögey övladı tərbiyə etmək vəzifəsini layiqincə yerinə yetirmirdilərsə.
Maddə 1228. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1229. Faktiki tərbiyəçiyə qarşı aliment öhdəlikləri
Daimi tərbiyədə və saxlanmaqda olmuş şəxs öz faktiki tərbiyəçisinə aliment verməyə borcludur - əgər o, əmək qabiliyyəti olmayandırsa, köməyə ehtiyacı varsa, lakin öz övladlarından və ya həyat yoldaşından onu ala bilmirsə.
Maddə 1230. Alimentin miqdarının müəyyən edilməsi qaydası
1. Bu fəsildə göstərilən şəxslərə ödənilməli olan alimentin miqdarını hər bir fərdi (ayrı) halda aliment ödəyicisinin və alimenti alanın maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hər ay ödənilməli olan məbləğ formasında müəyyən edir.
2. Əgər ailəni saxlamaq (dolandırmaq) eyni vaxtda bir neçə nəfərin vəzifəsidirsə, məhkəmə onların maddi və ailə vəziyyətini nəzərə alaraq bu vəzifənin icrasında hər birinin payının miqdarını müəyyən edir; bundan əlavə, bu şəxslərin hamısından və ya yalnız birindən və ya bir neçəsindən aliment tələb olunmasından asılı olmayaraq, məhkəmə alimenti ödəyən bütün şəxsləri nəzərə alır.
Maddə 1231. Aliment miqdarının dəyişdirilməsi
Aliment ödəyicisinin və ya alimenti alanın maddi və ya ailə vəziyyəti dəyişdikdə, bu fəsildə göstərilən şəxslərə ödənilməli olan alimentin miqdarını müəyyən etdikdən sonra, məhkəmə müəyyən edilmiş alimentin miqdarını onlardan birinin iddia ərizəsi əsasında dəyişmək hüququna malikdir.
Beşinci fəsil
Alimenti ödəmək və ödətmək qaydası
Maddə 1232. Alimenti könüllü ödəmək
1. Alimenti ödəməli olan şəxs onu gəlir (qazanc) əldə etdiyi yer üzrə könüllü olaraq şəxsən özü ödəyir.
2. Alimentin könüllü ödənilməsi qaydası - alimenti alanın alimenti ödətmək üçün istənilən vaxt iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.
Maddə 1233. Alimenti ödəyərkən iş verən təşkilatın müdriyyətinin öhdəliyi
1. İş verən təşkilatın müdiriyyəti yazılı ərizə və ya icra vərəqəsi əsasında aliment ödəyicisinin maaşından (təqaüd, yardım və s.) hər ay alimenti tutur və maaş (yardım, təqaüd və s.) verildiyi gündən etibarən üç gündən gec olmayaraq ərizədə və ya icra vərəqəsində göstərilən şəxsə ödəyir və ya göndərir.
2. Alimenti könüllü ödəmək istəyən şəxsin yazılı ərizəsi ərizəçinin iş yeri və ya təqaüdü və ya yardımı aldığı yer üzrə iş verən təşkilatın müdiriyyətinə verilməlidir.
Maddə 1234. Alimenti ödətmək tələbi
1. Qanunla müəyyən edilmiş qaydada alimenti tələb etmək hüququna malik olan şəxs bu hüququn yarandığı vaxtdan keçən müddətdən asılı olmayaraq, bu hüququnu itirməmişdən əvvəl istənilən vaxt alimentin ödənilməsini məhkəmə vasitəsilə tələb edə bilər.
2. Alimenti ödəmək öhdəliyi yalnız gələcək üçün məhkəməyə iddia ərizəsi verildiyi andan qoyulur. Məhkəmə iddia ərizəsi verilənə qədər alimentin alınması üçün tədbirlərin görüldüyünü, lakin öhdəliyi olan (borclu) şəxs onu ödəməkdən yayındığına (qaçdığına) görə alimentin alınmadığını müəyyən etdikdə, keçmiş zamanın alimenti üç il ərzində ödənilə bilər.
Maddə 1235. Aliment borcunun ödənilməsi
1. İcra vərəqəsinə əsasən, keçmiş zaman üçün aliment borcunun ödənilməsi - icra vərəqəsinin ödəniş üçün təqdim edilməsinə qədər üç ildən çox ola bilməz.
2. Borclunun axtarışı ilə əlaqədar ödəniş üçün təqdim edilmiş icra vərəqəsinə əsasən alimenti tutmaq mümkün olmadıqda, aliment borcu - iddia müddətinin keçməsindən və/və ya alimenti alan şəxsin yetkinlik yaşına çatmasından asılı olmayaraq, bütün keçmiş dövr üçün ödənilir.
Maddə 1236. Aliment borcunun müəyyən edilməsi
1. Aliment borcu - ödəniş edilmədiyi dövrdə borclunun aldığı faktiki maaşdan (gəlirdən) müəyyən edilir.
2. Əgər borclu bu dövrdə işləməyibsə və maaşını (gəlirini) təsdiq edən sənədləri təqdim etməyibsə, borc o maaşa (gəlirə) uyğun olaraq müəyyən edilir, hansını ki o, borcun ödənilməsi zamanı alırdı.
Maddə 1237. Alimenti ödəməkdən azad edilmə
1. Alimentin ödənilməsindən azad edilmə və ya aliment borcunun azaldılması yalnız məhkəmənin qərarı ilə həyata keçirilə bilər.
2. Məhkəmə aliment ödəyicisini aliment borcunu ödəməkdən tam və ya qismən azad etmək hüququna malikdir - əgər alimentin ödənilməməsinə bu şəxsin xəstəliyinin və ya digər üzrlü səbəbin mane olduğunu müəyyən edərsə.
Maddə 1238. Aliment öhdəliyinə xitam verilməsi
Tərəflərin razılaşmasından yaranmış aliment öhdəliyinə tərəflərdən birinin ölümü, razılaşmanın (müqavilənin) müddətinin keçməsi və ya bu müqavilədə nəzərdə tutulmuş digər əsaslarla xitam verilə bilər.
Altıncı fəsil
Övladlığa götürmə
Maddə 1239. Anlayışı (konsepsiyası)
1. Övladlığa (övladlığa götürməyə) yalnız yetkinlik yaşına çatmayan uşağın rifahı və maraqları üçün icazə verilir - əgər övladlığa götürən və övladlığa götürülən arasında valideyn və övladları arasında olan münasibət kimi münasibətin yaranacağı gözlənilirsə.
2. Yetkinlik yaşına çatmış şəxsin övladlığa götürülməsi o halda mümkündür ki, övladlığa götürənlə övladlığa götürüləcək şəxs arasında faktiki valideyn-övlad münasibəti artıq mövcud olmuşdur və bu - övladlığa götürənin və ya övladlığa götürüləcək şəxsin maraqlarına zidd olmasın və övladlığa götürmə əxlaqi cəhətdən əsaslandırılmış (düzgün) olsun.
Maddə 1240. Tərbiyəçinin (böyüdənin) ölümü zamanı övladlığa götürmənin təsdiqlənməsi
Tərbiyəçi (böyüdən) öldükdə, övladlığa götürmə faktı məhkəmə qaydasında yalnız o halda təsdiq edilə bilər - əgər yetkinlik yaşına çatmayan uşaq ailədə övlad kimi qəbul edilmişdisə, həmçinin əgər övladlığa götürən şəxs sağlığında övladlığa götürmə haqqında məhkəməyə ərizə veribsə.
Maddə 1241. Uşaq öldükdə övladlığa götürmənin yolverilməzliyi
Uşaq öldükdə, övladlığa götürməyə icazə verilmir.
Maddə 1242. Övladlığa götürmə haqqında qərar qəbul etmək
Övladlığa götürmə haqqında qərarı, övladlığa götürənin ərizəsinə əsasən, qəyyumluq və himayəçilik orqanının rəyindən sonra, övladlığa götürənin və ya övladlığa götürüləcək şəxsin yaşayış yeri üzrə məhkəmə qəbul edir.
Maddə 1243. Nümayəndə vasitəsilə övladlığa götürmənin yolverilməzliyi
1. Övladlığa götürmə heç bir şərtlə, müddətə istinad etməklə və ya nümayəndə vasitəsilə həyata keçirilə bilməz.
2. Bu maddənin birinci hissəsində müəyyən edilmiş məhdudiyyət övladlığa götürənin məhkəmə icraatında vəkillə təmsil olunmaq hüququna şamil edilmir.
3. Bu maddənin birinci hissəsində müəyyən edilmiş məhdudiyyət - övladlığa götürənin Gürcüstanın beynəlxalq müqavilə və sazişlərinə uyğun olaraq övladlığa götürmə prosedurları zamanı akkreditə olunmuş qurumlara müraciət etmək və yardım almaq hüququna şamil edilmir.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1244. Övladlığa götürmə haqqında qərarın qeydiyyatı
1. Övladlığa götürmə haqqında qərarın qeydiyyatını ərizəçinin müraciəti əsasında agentliyin istənilən ərazi xidməti həyata keçirir.
11. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş mülki aktın xaricdə qeydiyyatını Gürcüstanın xaricdəki diplomatik nümayəndəliyi və ya konsulluq müəssisəsi həyata keçirə bilər.
2. Məhkəmə qərar qanuni qüvvəyə mindiyi gündən 5 gün müddətində öz qərarını agentliyin ərazi xidmətinə bildirməyə borcludur.
3. Övladlığa götürmə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən qüvvədədir.
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Gürcüstanın 1 oktyabr 2010-cu il tarixli qanunu №3657 - SSM I, №53, 11.10.2010-cu il., maddə.341
Gürcüstanın 15 dekabr 2010-cu il tarixli qanunu №4055 - SSM I, №76,29.12.2010-cu il., maddə.499
Maddə 1245. Övladlığa götürən
Övladlığa götürən Gürcüstanın “Övladlığa götürmə və etibarnamə ilə böyütmə haqqında” Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən və övladlığa veriləcək uşaqların və övladlığa götürənlərin reyestrində qeydiyyata alınmış şəxs ola bilər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6494 – veb-səhifə, 02.07.2012-ci il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1246. Ər-arvad tərəfindən övladlığa götürmə
1. Ər-arvad birlikdə uşağı övladlığa götürə bilərlər. Bir uşağı ər-arvaddan başqa iki şəxs övladlığa götürə bilməz.
2. Ər-arvaddan biri nikahdankənar doğulmuş uşağını və ya həyat yoldaşının uşağını övladlığa götürə bilər.
Maddə 1247. Uşağı övladlığa götürərkən həyat yoldaşının razılığı
Uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürülərsə, digər həyat yoldaşının razılığı tələb olunur. Əgər ər-arvad 1 ildən artıq müddət ərzində nikah münasibətinə faktiki xitam vermişlərsə və ya digər həyat yoldaşının yaşayış yeri məlum deyilsə, belə razılıq tələb olunmur.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1248. Ər-arvaddan biri tərəfindən övladlığa götürmə
Əgər ər-arvad birlikdə uşağı övladlığa götürürlərsə və ya onlardan biri digər həyat yoldaşının övladını övladlığa götürürsə, uşaq ər-arvadın nikahının ümumi uşağının hüquqi statusunu alır.
Maddə 1249. (çıxarılıb)
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1250. Övladlığa götürənin yaşı
1. Övladlığa götürənlə övladlığa götürüləcək uşaq arasında yaş fərqi 16 yaşdan az olmamalıdır. Üzrlü səbəb varsa, məhkəmə bu yaş fərqini dəyişdirə bilər.
2. Övladlığa götürənlə 10 yaşınadək övladlığa götürüləcək uşaq arasında maksimum yaş fərqi 49 yaşdan (yuxarı yaş həddi) çox olmamalıdır. İstisna halda övladlığa götürənlə 7 yaşdan 10 yaşadək övladlığa götürüləcək uşaq arasında maksimum yaş fərqi, uşağın maraqlarına uyğun olarsa, 49 yaşdan çox ola bilər. Evli (nikahlı) övladlığa götürənlərə yuxarı yaş həddi şamil edilmir – nə vaxt ki, onlardan biri bu hissənin tələblərinə cavab verir.
3. Övladlığa götürməyə imtiyazlı (üstünlüklə) hüququ olan şəxs uşağı övladlığa götürdüyü zaman bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş yaş məhdudiyyətləri tətbiq edilmir.
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 – veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1251. Uşağı övladlığa götürmək üçün valideynin razılığı
Uşağın övladlığa götürülməsinə valideyn tərəfindən razılığın verilməsi qaydası Gürcüstanın “Övladlığa götürmə və etibarnamə ilə böyütmə haqqında” Qanunu ilə müəyyən edilir.
Gürcüstanın 26 avqust 2003-cü il tarixli qanunu №3082 – SSM I, №29, 18.09.2003-cü il., maddə.224
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Maddə 1252. (çıxarılıb)
Gürcüstanın 9 iyun 1999-cu il tarixli qanunu №2078 – SSM I, №24(31), 26.06.1999-cu il., maddə.112
Gürcüstanın 26 avqust 2003-cü il tarixli qanunu №3082 – SSM I, №29, 18.09.2003-cü il., maddə.224
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Maddə 1253. (çıxarılıb)
Gürcüstanın 9 iyun 1999-cu il tarixli qanunu №2078 – SSM I, №24(31), 26.06.1999-cu il., maddə.112
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Maddə 1254. Övladlığa götürülməyə məruz qalan (tabe olan) uşaq
Uşaq övladlığa götürülə bilər, əgər:
a) onun valideynini (valideynlərini) məhkəmə izsiz itkin düşmüş tanıyıbsa;
b) onun heç bir valideyni yoxdursa;
q) o, tərk edilmiş uşaq kimi tanınıbsa;
d) onun valideyni (valideynləri) valideynlik hüququndan məhrum edilibsə (məhrum ediliblərsə);
e) onun bütün qanuni nümayəndələri onun övladlığa götürülməsinə müəyyən edilmiş qaydada razılıq veriblərsə.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6494 – veb-səhifə, 02.07.2012-ci il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1255. Övladlığa götürülməyə uşağın razılığı
1. 10 yaşınadək uşağı övladlığa götürərkən, onun yetkinlik səviyyəsi nəzərə alınmaqla, onun istəyi nəzərə alınır.
2. 10 yaşındakı və ya 10 yaşdan yuxarı uşağı onun razılığı olmadan övladlığa götürməyə icazə verilmir.
3. Uşağın övladlığa götürülməyə razılığı - övladlığa götürmə işi barədə keçirilən məhkəmə iclasında onun dinlənilməsi nəticəsində aydınlaşır.
4. Əgər uşaq övladlığa götürmə haqqında ərizə verilənə qədər övladlığa götürənin ailəsində yaşamışsa və övladlığa götürəni öz valideyni hesab etmişdirsə, övladlığa götürmə istisna hal kimi övladlığa götürüləcək şəxsin razılığı olmadan da həyata keçirilə bilər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Gürcüstanın 19 iyun 2012-ci il tarixli qanunu №6494 – veb-səhifə, 02.07.2012-ci il.
Gürcüstanın 20 sentyabr 2019-cu il tarixli qanunu №5013 – veb-səhifə, 27.09.2019-cu il.
Gürcüstanın 21 may 2020-ci il tarixli qanunu №5913 – veb-səhifə, 25.05.2020-ci il.
Maddə 1256. Övladlığa götürməkdən imtina
Məhkəmə qərar qəbul etməzdən əvvəl valideyn (valideynlər), övladlığa götürən və 10 yaşına çatmış övladlığa götürüləcək şəxs Gürcüstanın “Övladlığa götürmə və etibarnamə ilə böyütmə haqqında” Qanununa uyğun olaraq öz razılıqlarından imtina etmək hüququna malikdirlər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 18 dekabr 2009-cu il tarixli qanunu №2382 - SSM I, №50, 31.12.2009-cu il., maddə.399
Maddə 1257. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1258. (çıxarılıb)
Gürcüstanın 20 dekabr 2011-ci il tarixli qanunu №5568 – veb-səhifə, 28.12.2011-ci il.
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1259. Övladlığa götürülmüşün qohumluq münasibətləri
Övladlığa götürülmüş və onun nəsli – övladlığa götürənə və onun qohumlarına qarşı, övladlığa götürən və onun qohumları isə – övladlığa götürülmüşə və onun nəslinə qarşı şəxsi və əmlak hüquq-vəzifələri ilə nəsilcə qohumlara bərabərdirlər.
Maddə 1260. Övladlığa götürülmüşün bioloji valideynləri ilə münasibətləri
1. Övladlığa götürülmüş şəxsi və əmlak hüquqlarını itirir və öz bioloji valideynlərinə və nəsilcə qohumlarına qarşı öhdəliyindən azad edilir.
2. (çıxarılıb - 04.05.2017, №748).
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1261. Övladlığa götürmənin nəticələri
1. Övladlığa götürmə zamanı övladlığa götürən də bu məcəlləyə əsasən bioloji valideynlərlə eyni hüquq və öhdəliklərə malikdir.
2. Övladlığa götürənin uşağı böyütmək vəzifəsini yerinə yetirməkdən sistematik şəkildə boyun qaçırdığı və ya valideynlik hüquqlarından lazımınca (düzgün) istifadə etmədiyi aşkar edildikdə və ya bu məcəlləyə uyğun olaraq başqa səbəbdən valideynlik hüquqları dayandırıla, məhdudlaşdırıla və ya valideynlik hüquqlarından məhrum edilə bilər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1262. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1263. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1264. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1265. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1266. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1267. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1268. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1269. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1270. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1271. (çıxarılıb)
Gürcüstanın 24 iyun 2004-cü il tarixli qanunu №179 - SSM I, №19, 15.07.2004-cü il., maddə.79
Gürcüstanın 28 dekabr 2005-ci il tarixli qanunu №2626 - SSM I, №3, 16.01.2006-cı il., maddə.20
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1272. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1273. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Maddə 1274. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 4 may 2017-ci il tarixli qanunu №748 - veb-səhifə, 24.05.2017-ci il.
Üçüncü Qapı
Qəyyumluq, himayəçilik və dəstək
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Birinci fəsil
Ümumi müddəalar
Maddə 1275. Qəyyumluq, himayəçilik və dəstək anlayışları
1. Yetkinlik yaşına çatmayan uşağa, hansı ki valideynlərin ölümünə, ölmüş kimi tanınmasına, valideynlərin valideynlik hüququndan məhrum edilməsinə, valideynlik hüququnun dayandırılmasına və ya məhdudlaşdırılmasına, onların izsiz itkin düşmüş tanınmasına və ya uşağın tərk edilmiş (atılmış) tanınmasına görə valideyn himayəsindən məhrum qalıb - tərbiyə etmək (böyütmək) üçün, şəxsi və əmlak hüquqlarını və maraqlarını qorumaq üçün qəyyumluq və himayəçilik təyin edilir.
2. Qəyyumluq və himayəçilik, həmçinin, səhhətinə (sağlamlıq vəziyyətinə) görə öz hüquqlarını müstəqil şəkildə həyata keçirə bilməyən və öz vəzifələrini (öhdəliklərini) yerinə yetirə bilməyən yetkinlik yaşına çatmış şəxsin şəxsi və əmlak hüquqlarını və maraqlarını qorumaq üçün təyin edilir.
3. Dəstək alan şəxsə dəstək təyin edilir.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1276. Qəyyumluq
Qəyyumluq 7 yaşına çatmamış uşağa təyin edilir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1277. Himayəçilik
1. Himayəçilik yeddi yaşından on səkkiz yaşınadək yetkinlik yaşına çatmayan şəxsə təyin edilir. Səhhətinə (sağlamlıq vəziyyətinə) görə öz hüquqlarını müstəqil şəkildə həyata keçirə bilməyən və öz vəzifələrini (öhdəliklərini) yerinə yetirə bilməyən yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olan şəxsə də onun xahişi ilə himayəçilik təyin edilir.
2. Müvafiq olaraq 16-cı maddə tətbiq edilir.
Maddə 12771. Dəstək
Dəstək alan şəxsə dəstəkçi (dəstək verən) təyin edilir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1278. Qəyyumluq və himayəçilik orqanları
1. Mərkəzi və yerli qəyyumluq və himayəçilik orqanları - Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi və/və ya onun sisteminə daxil olan səlahiyyətli qurum (təşkilat), habelə onların ərazi orqanlarıdır.
2. Mərkəzi və yerli qəyyumluq və himayəçilik orqanlarının iş qaydası bu məcəllə ilə, “Sosial iş haqqında” Gürcüstan Qanunu ilə və Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin əmri ilə müəyyən edilir.
3. Qəyyumluq və himayəçilik orqanı dəstək alan şəxsləri qorumaq və gücləndirmək və dəstəkçilərə öz vəzifələrini (öhdəliklərini) yerinə yetirməkdə kömək etmək öhdəliyini daşıyır ki, seçim etməkdə və qərar qəbul etməkdə dəstək alan şəxslərə kömək etsinlər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Gürcüstanın 13 iyun 2018-ci il tarixli qanunu №2520 – veb-səhifə, 29.06.2018-ci il.
Gürcüstanın 5 iyul 2018-ci il tarixli qanunu №3076 – veb-səhifə, 11.07.2018-ci il.
Maddə 1279. Uşağa qəyyumluğun və himayəçiliyin təyin edilməsi
Uşağa qəyyumluq və himayəçilik aşağıdakı hallarda təyin edilə bilər, nə vaxt ki:
a) məhkəmə uşağın hər iki valideyninin valideynlik hüquq və vəzifələrinin məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum edilməsi barədə qəyyumluq və himayəçilik orqanına məlumat verir;
b) valideynlik hüquqları və vəzifələri dayandırılıb;
q) uşağın hər iki valideyni ölüb (vəfat edib);
d) uşağa təyin edilmiş qəyyum ölüb və ya öz funksiyalarından məhrum edilib;
e) məhkəmə uşağı tərk edilmiş kimi tanıyıb;
v) valideyn izsiz itkin düşmüş kimi tanınıb.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1280. Dəstəkçi(lər)in təyin edilməsi
1. Şəxsin dəstək alan kimi tanınması haqqında qərar çıxaran məhkəmə həmin qərarla dəstəkçi (dəstəkçilər) təyin etməyə, dəstəyin hüdudlarını və dəstəkçinin (dəstəkçilərin) hüquq və vəzifələrini müəyyənləşdirməyə borcludur. Bu qərar qanuni qüvvəyə mindiyindən 3 gündən gec olmayaraq dəstək alan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına göndərilir.
2. Şəxsin bu məcəllə ilə müəyyən edilmiş tələblərə cavab verən ailə üzvü, qohumu, yaxını və ya mütəxəssis dəstəkçi kimi təyin edilə bilər.
3. Dəstəkçini seçərkən məhkəmə onun şəxsi keyfiyyətlərini, dəstəkçinin ona həvalə edilmiş vəzifəni (öhdəliyi) yerinə yetirmək qabiliyyətini, dəstəkçi və dəstək alan şəxs arasındakı qarşılıqlı münasibəti, dəstək alan şəxsin maraqlarını və iradəsini, dəstək alanın yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə – habelə onun valideyninin göstərişini nəzərə alır.
4. Şəxs yalnız özünün razılığı ilə dəstəkçi təyin edilə bilər.
5. Dəstəkçini bu maddənin 2-ci hissəsində qeyd olunan şəxslər arasından seçmək mümkün olmadıqda, məhkəmə dəstəkçi qismində qəyyumluq və himayəçilik orqanının səlahiyyətli şəxsini, dəstək alan şəxs ixtisaslaşmış quruma yerləşdirildikdə isə – bu qurumun nümayəndəsini təyin edir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il
Maddə 1281. Qəyyumun və ya himayəçinin təyin edilməsi
1. Qəyyumluq və ya himayəçilik orqanları qəyyum və ya himayəçi vəzifələrini həyata keçirmək üçün qəyyum və ya himayəçi təyin edirlər.
2. Qəyyum və ya himayəçi yalnız özlərinin razılığı ilə təyin edilə bilər.
3. Səhhətinə (sağlamlıq vəziyyətinə) görə müstəqil şəkildə öz hüquqlarını müdafiə edə və öz vəzifələrini yerinə yetirə bilməyən yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olan şəxsə himayəçinin seçilməsi yalnız qayğıya (dəstəyə) ehtiyacı olan şəxsin razılığı ilə həyata keçirilə bilər.
4. Qəyyum və ya himayəçi, vəfat etmiş valideynlərin göstərişinə uyğun olaraq, notariat qaydasında təsdiq edilmiş sənəd (vəsiyyətnamə) əsasında təyin edilə bilər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın 15 iyul 2020-ci il tarixli qanunu №6989 – veb-səhifə, 28.07.2020-ci il.
Maddə 1282. Qəyyumun və ya himayəçinin təyin edilməsi qaydası
1. Qəyyum və ya himayəçi, qəyyumluğun və ya himayəçiliyin təyin edilməsinin zəruriliyi qəyyumluq və himayəçilik orqanına məlum olduğu vaxtdan bir aydan gec olmayaraq, təyin edilməlidir.
2. Qəyyumu və ya himayəçini seçərkən onun şəxsi keyfiyyətləri, tapşırılan vəzifəni yerinə yetirmək bacarığı, onun və qəyyumluğa/himayəyə ehtiyacı olan şəxsin arasında mövcud olan qarşılıqlı münasibət, qəyyumluğa/himayəyə ehtiyacı olan şəxsin maraqları, həmçinin, valideynin və ya mirası qoyanın göstərişi nəzərə alınır.
3. Qəyyum və ya himayəçi təyin olunana qədər qəyyumluq və himayəçilik orqanı qəyyumluğa/himayəyə ehtiyacı olan şəxsin qarşısında qəyyumun və ya himayəçinin müvafiq hüquqi öhdəliklərini daşıyır.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1283. Qəyyum, himayəçi və ya dəstəkçi kimi təyin edilə bilməyən şəxs
Şəxs - qəyyum, himayəçi və ya dəstəkçi təyin edilə bilməz:
a) 18 yaşı tamam olmayan;
b) məhkəmə tərəfindən dəstək alan kimi tanınan;
q) valideynlik hüquqlarını və vəzifələrini yerinə yetirməkdən yayındığına görə valideynlik hüququndan məhrum edilmiş və ya məhdudlaşdırılmış;
d) qəyyum, himayəçi və ya dəstəkçi vəzifəsini lazımınca yerinə yetirmədiyinə görə vəzifəsindən azad edilmiş.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1284. (çıxarılıb)
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1285. (çıxarılıb)
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1286. Əmlak qəyyumunun təyin edilməsi
1. Uşağın əmlak hüquqlarını və maraqlarını qorumaq üçün, lazım olduqda, əmlaka qəyyum təyin edilə bilər, əgər bunu tələb edirsə:
a) valideynlər;
b) əmlakı uşağa verən və əmlaka qəyyum olmalı hər hansı şəxsin adını çəkən – mirası qoyan, valideynlər istisna olmaqla;
q) qəyyum və ya himayəçi.
2. Əmlak qəyyumun və ya himayəçinin yaşayış yerindən uzaqda yerləşirsə və ya əmlaka qəyyumun təyin edilməsi zəruridirsə, qəyyumluğa/himayəyə ehtiyacı olan şəxs üçün təyin edilmiş qəyyumla/himayəçi ilə yanaşı (əlavə), qəyyumluq və himayəçilik orqanı əmlaka qəyyum/himayəçi təyin edə bilər.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
İkinci fəsil
Qəyyumun və himayəçinin hüquq və vəzifələri
Maddə 1287. Qəyyumun və himayəçinin hüquqları
Qəyyum və himayəçi qəyyumluqda və himayə altında olan uşaqları qanuni əsas olmadan öz yanında saxlayan hər kəsdən - onların geri qaytarılmasını məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
Maddə 1288. Qəyyumluğun və himayəçiliyin təmənnasız yerinə yetirilməsi
Qəyyumun və himayəçinin vəzifələri təmənnasız (pulsuz) yerinə yetirilir.
Maddə 1289. Qəyyumun, himayəçinin və dəstəkçinin vəzifələri
1. Qəyyum/himayəçi qəyyumluğa/himayəyə ehtiyacı olan şəxsin rifahının (dolanışığının) qayğısına qalmağa, ona zəruri yaşayış (məişət) şəraiti yaratmağa, onu qulluq və müalicə ilə təmin etməyə, onun hüquq və maraqlarını qorumağa borcludur.
2. Dəstəkçi dəstək alan şəxsin davamlı (daimi) tibbi xidmətinə nəzarət etməyə, onun istəklərini/seçimlərini müəyyən etməyə və müvafiq qərarlar qəbul etməsinə kömək etməyə borcludur, hansı ki dəstək alan şəxs üçün başa düşülən ünsiyyət formasında qərar qəbul etmək üçün zəruri olan məlumatların verilməsində ifadə olunur. Dəstəkçi, həmçinin, qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyən edilmiş 6 aydan çox olmayan müddətdə məhkəmənin qərarı ilə onun üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi barədə məlumatı qeyd olunan orqana təqdim etməyə borcludur. Bu məlumatda dəstəkçi onun tərəfindən dəstəyin göstərilməsi ilə bağlı xüsusiyyətləri göstərir.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1290. Qəyyumun və himayəçinin nümayəndəlik səlahiyyəti
Qəyyumluq və himayəçilik orqanının müəyyənləşdirdiyi qəyyum və himayəçi, hansı ki qəyyumluğa/himayəyə ehtiyacı olan şəxsin qanuni nümayəndəsi kimi təyin edilib, xüsusi səlahiyyət olmadan, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə qəyyumluğa/himayəyə ehtiyacı olan şəxsin hüquqlarını və maraqlarını təmsil edir. (Qüvvədən düşmüşdür 1290-cı maddənin o normativ məzmunu, hansı ki məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi tanınmış şəxsin qəyyumunun üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə qəyyumluğa ehtiyacı olan şəxsin hüquqlarını və maraqlarını təmsil etməsinə toxunur) – Gürcüstanın Konstitusiya Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli Qərarı №2/4/532,533 – veb-səhifə, 28.10.2014-cü il.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 – SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Gürcüstanın Konstitusiya Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli Qərarı №2/4/532,533 – veb-səhifə, 28.10.2014-cü il.
Maddə 1291. Qəyyumluğa ehtiyacı olan, yetkinlik yaşına çatmayan şəxslərlə birlikdə yaşamaq öhdəliyi
1. Qəyyum və himayəçi qəyyumluğa (himayəyə) ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslə birlikdə yaşamağa borcludur. Ayrı-ayrı (bəzi) halda qəyyumluq və himayəçilik orqanının icazəsi ilə himayəçi və himayə altında olan şəxs ayrı-ayrılıqda yaşaya bilərlər - əgər sözügedən orqan belə qənaətə gəlsə ki, onların ayrı-ayrılıqda yaşaması himayə altında olan şəxsin tərbiyəsinə, onun hüquqlarının və maraqlarının qorunmasına mənfi təsir göstərməyəcək.
2. Qəyyum və himayəçi yaşayış yerinin dəyişdirilməsi barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur.
3. Əgər məhkəmənin qərarı ilə başqa bir şey müəyyən edilməyibsə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş öhdəlik fəaliyyət qabiliyyəti olan yetkinlik yaşına çatmış şəxsin himayəçisinin üzərinə qoyulmur və yetkinlik yaşına çatmış şəxsin dəstəkçisinə təyin edilmir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1292. Dəstəyin təyin edilməsi üçün əsas mövcud olmadıqda və ya dəyişdirildikdə dəstəkçinin vəzifəsi
Əgər dəstək alan şəxsə dəstəyin tətbiqi üçün əsas artıq mövcud deyilsə və ya dəyişibsə, dəstəkçi - dəstəyin həcminin dəyişdirilməsi/dəstəyin ləğvi barədə vəsatətlə dərhal məhkəməyə müraciət etməyə borcludur, o hal istisna olmaqla – nə vaxt ki, dəstəyi alan şəxs və ya qəyyumluq və himayəçilik orqanı artıq məhkəməyə müraciət edib.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1293. Qəyyumun və himayəçinin razılığı, əqdin bağlanmasında dəstəkçinin iştirakı
1. Qəyyum - qəyyumluğa ehtiyacı olan şəxsin qanuni nümayəndəsidir və onun maraqlarından çıxış edərək onun adından zəruri əqdləri bağlayır.
2. 7 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayan şəxs qanunla müstəqil şəkildə bağlamaq hüququ olmayan əqdi himayəçinin razılığı ilə bağlayır.
3. Əgər bu, məhkəmənin qərarı ilə müəyyən edilibsə, dəstəkçi dəstəyi alan şəxsin əqdi bağladığı zaman ona əqdin şərtlərini və hüquqi nəticələrini tam başa düşməkdə (qavramaqda) kömək etməyə borcludur.
4. İstisna halda, əgər məhkəmə dəstək alan şəxsin iradəsinin dəstəkçi tərəfindən ortaya qoyulmasının (ifadə edilməsinin) 1 aydan artıq müddət ərzində obyektiv olaraq qeyri-mümkün olduğunu müəyyən edərsə və bunun əvəzində qərarın qəbul edilməsinin qadağan edilməsi dəstək alan şəxsə əhəmiyyətli zərər vurarsa, məhkəmə dəstəkçiyə dəstək alan şəxsin adından onun maraqlarından irəli gələn zəruri əqdləri bağlamağa hüquq verir.
Səhvin düzəldilməsi – Parlament xəbərləri №37-38, 10.09.1997-ci il., səh.21
Gürcüstanın Konstitusiya Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli Qərarı №2/4/532,533 – veb-səhifə, 28.10.2014-cü il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1294. Qəyyumun və himayəçinin səlahiyyətlərinin məhdudlaşdırılması
Qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmadan, qəyyumun qəyyumluqda olan şəxsin adından əqd bağlamaq hüququ yoxdur, himayəçinin isə – himayə altında olan şəxsin adından o əqdi bağlamağa razılaşmaq hüququ yoxdur, hansı ki əmlakın özgəninkiləşdirilməsinə, girov qoyulmasına, on ildən artıq müddətə kirayəyə verilməsinə, xahişlə alınmasına və ya digər borc öhdəliklərinin verilməsinə, vekselə, qəyyumluqda və ya himayə altında olan şəxsə aid hüquqlardan imtina etməyə, sahibkarlıq cəmiyyətinə tərəfdaş (ortaq) kimi daxil olmağa, kredit götürməyə, əmlak bölgüsünə toxunur və ya o əqdə toxunur, hansının ki nəticəsində əmlak azala bilər.
Maddə 1295. Tez xarab olan əmlakın özgəninkiləşdirilməsi qaydası
Tez xarab olan və ya öz xarakterinə görə satış üçün nəzərdə tutulmuş əmlak qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan satıla bilər.
Maddə 1296. Qəyyumluğa ehtiyacı olan şəxsin adından hədiyyə etmənin yolverilməzliyi
Qəyyumluğa (himayəyə) ehtiyacı olan şəxsin adından hədiyyə müqaviləsi bağlamaq olmaz.
Maddə 1297. Qəyyum və himayəçi tərəfindən təmsil olunmanın yolverilməzliyi
Qəyyumun və himayəçinin, onların həyat yoldaşlarının və yaxın qohumlarının qəyyumluğa (himayəyə) ehtiyacı olan şəxslə əqd bağlamalarına yol verilmir, həmçinin, qəyyumluğa (himayəyə) ehtiyacı olan şəxs və qəyyumun və ya himayəçinin həyat yoldaşı və onların yaxın qohumları arasında əqd bağlayarkən və ya məhkəmədə iş apararkən (işin icraatı zamanı) onlar bu şəxsin nümayəndəsi ola bilməzlər.
Maddə 1298. Qəyyumun və himayəçinin hərəkətlərindən şikayət etmək
Qəyyumun və himayəçinin hərəkətindən - maraqlanan şəxs, o cümlədən qəyyumluğa (himayəyə) ehtiyacı olan şəxs qəyyumluq və himayəçilik orqanına, qəyyumluğa (himayəyə) ehtiyacı olan şəxsin yaşayış yerindən asılı olaraq, şikayət edə bilər.
Maddə 1299. Qəyyumun və himayəçinin öz vəzifələrindən azad edilməsi
1. Qəyyumluq və himayəçilik orqanı uşağın valideynlərinin valideynlik vəzifələrini tam bərpa etdikdə və ya uşaq övladlığa götürüldükdə, qəyyumu və himayəçini vəzifələrindən azad edir.
2. Qəyyum və himayəçi şəxsi xahişi (tələbi) əsasında da öz vəzifələrindən azad edilə bilərlər - əgər qəyyumluq və himayəçilik orqanı bu xahişin (tələbin) üzrlü səbəbdən (xəstəlik, maddi vəziyyətin dəyişməsi, qəyyumluğa və ya himayəyə ehtiyacı olan şəxslə uyğunsuzluq və s.) olduğunu tanıyırsa.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414
Maddə 1300. Vəzifələrin lazımınca yerinə yetirilməməsinin nəticələri
1. Qəyyum və ya himayəçi həvalə edilmiş vəzifəni lazımınca yerinə yetirmədikdə, qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini öz vəzifəsini yerinə yetirməkdən kənarlaşdırır və ya azad edir.
2. Qəyyum (himayəçi) qəyyumluqdan (himayəçilikdən) tamah naminə (acgözlük məqsədilə) istifadə etdikdə və ya qəyyumluğa (himayəyə) ehtiyacı olan şəxsi nəzarətsiz və zəruri köməklik olmadan qoyduqda (tərk etdikdə), o, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
3. Dəstəkçi ona həvalə edilmiş vəzifəni lazımınca (düzgün) yerinə yetirmədikdə, qəyyumluq və himayəçilik orqanı, bu məcəllənin 13055-ci maddəsinə uyğun olaraq, reaksiya (cavab) verir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1301. Himayəyə ehtiyacı olan/dəstək alan şəxsin xahişinə/tələbinə əsasən himayəçi/dəstəkçi vəzifəsindən azad olunma
1. Yetkinlik yaşına çatmış şəxsin himayəçisi himayəyə ehtiyacı olan şəxsin xahişi ilə öz vəzifəsindən azad edilə bilər. Belə halda qəyyumluq və himayəçilik orqanı himayəyə ehtiyacı olan şəxslə razılaşaraq ona başqa şəxsi himayəçi kimi təyin edə bilər.
2. Əgər dəstək alan şəxs dəstəkçisini öz vəzifəsindən azad etdirmək istəyirsə, o, müvafiq tələb ilə məhkəməyə müraciət edir. Belə halda məhkəmə qərar çıxarılanadək dəstəkçinin səlahiyyətini dayandırır və onun vəzifələrinin icrasını qəyyumluq və himayəçilik orqanının xüsusi səlahiyyətli şəxsinə tapşırır (hansına ki dəstəkçi üçün qanunla müəyyən edilmiş hüquqlar və vəzifələr şamil edilir).
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1302. Qəyyumluğa xitam verilməsi üçün əsaslar
1. Qəyyumluğa xitam verilir:
a) qəyyumluğa ehtiyacı olan şəxs vəfat etdikdə;
b) yetkinlik yaşına çatmayan qəyyumluğa ehtiyacı olan şəxs 7 yaşına çatdıqda;
q) qəyyumluğa ehtiyacı olan yetkinlik yaşına çatmamış yeddi yaşı tamam olmamış şəxsin valideyninin hüquq və vəzifələri bərpa edildikdə;
d) (çıxarılıb - 20.03.2015, №3339).
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda qəyyumluğa qəyyumluq və himayəçilik orqanının qərarı ilə xitam verilir.
Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1303. Himayə yaşına çatdığına görə qəyyumluğa xitam verilməsi
Qəyyumluğa ehtiyacı olan yetkinlik yaşına çatmamış şəxs yeddi yaşına çatdıqda, qəyyumluğa xitam verilir və qəyyumluq və himayəçilik orqanının xüsusi qərarı olmadan qəyyum himayəçiyə çevrilir.
Maddə 1304. Himayəyə xitam verilməsi üçün əsaslar
1. Himayəyə xitam verilir:
a) himayəyə ehtiyacı olan şəxs vəfat etdikdə;
b) yetkinlik yaşına çatmayan himayəyə ehtiyacı olan şəxs yetkinlik yaşına çatdıqda;
q) yetkinlik yaşına çatmayan himayəyə ehtiyacı olan şəxs evləndikdə (nikahlandıqda);
d) digər himayəyə ehtiyacı olan şəxslərə qarşı – himayəçinin təyin edilməsinə səbəb olan səbəb aradan qalxdıqda.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda himayəyə qəyyumluq və himayəçilik orqanının qərarı ilə xitam verilir.
Maddə 13041. Dəstəyə xitam verilməsi üçün əsaslar
1. Dəstəyə xitam verilir, əgər:
a) dəstəyi alan şəxs vəfat etdisə;
b) dəstəyin tətbiqinin səbəbi artıq mövcud deyilsə (yoxdursa).
2. Bu maddənin birinci hissəsinin “a” alt bəndində nəzərdə tutulmuş halda dəstəyə qəyyumluq və himayəçilik orqanının qərarı ilə xitam verilir, eyni hissənin “b” alt bəndində nəzərdə tutulmuş halda isə – məhkəmənin qərarı ilə.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 1305. Qəyyumluq və himayəçilik məsələlərindən məhkəməyə şikayət etmək
Qəyyumun (himayəçinin) təyin edilməsi, kənarlaşdırılması və vəzifədən azad edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarından, habelə qəyyumluq və himayəçiliklə bağlı bütün digər məsələlərdən - maraqlanan şəxs məhkəməyə şikayət edə bilər.
Üçüncü fəsil
Qəyyumun, himayəçinin və dəstəkçinin fəaliyyətinə nəzarət etmək
Gürcüstanın 21 iyun 2011-ci il tarixli qanunu №4870 – veb-səhifə, 06.07.2011-ci il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 13051. Qəyyumun, himayəçinin və dəstəkçinin fəaliyyətinə nəzarət etmək
1. Qəyyumun/himayəçinin fəaliyyətinə nəzarəti qəyyumluğa/himayəyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı həyata keçirir. 2. Dəstəkçinin fəaliyyətinə nəzarəti dəstək alan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı həyata keçirir. Nəzarətin məqsədi dəstəkçi tərəfindən məhkəmə qərarı və Gürcüstan qanunvericiliyi ilə onun üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini kontrol etmək, dəstək alan şəxsin bacarıqlarının inkişafını qiymətləndirmək və müvafiq reaksiya (cavab) verməkdir.
3. Qəyyumluq və himayəçilik orqanı dəstəkçinin həyata keçirdiyi hərəkətlərin məhkəmə qərarı ilə müəyyən edilmiş həddə uyğunluğunu planlı yoxlama yolu ilə yoxlamağa borcludur, hansı ki bu məcəllənin 13052-ci maddəsinin “a” və “b” alt bəndlərində nəzərdə tutulmuş dövriliklə, dəstəkçi tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsi ilə bağlı aldığı hər hansı məlumatı yoxlamaqla və faktiki nəzarətlə həyata keçirilir.
4. Qəyyumluq və himayəçilik orqanı dəstək alan şəxslə bağlanmış nikah müqaviləsinin icrası zamanı dəstəkçinin öz vəzifələrini həyata keçirməsinə nəzarət etməyə borcludur.
5. Qəyyumun, himayəçinin və dəstəkçinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası və şərtləri bu məcəllə ilə və müvafiq qanunun tabeliyində olan aktlarla müəyyən edilir.
Gürcüstanın 21 iyun 2011-ci il tarixli qanunu №4870 – veb-səhifə, 06.07.2011-ci il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 13052. Qəyyumun, himayəçinin və dəstəkçinin vəzifələrinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmənin dövriliyi (vaxtaşırılığı)
Qəyyumluq və himayəçilik orqanı qəyyumun, himayəçinin və dəstəkçinin öz vəzifələrini yerinə yetirməsinə nəzarət edir:
a) 6 ayda bir dəfə;
b) məhkəmənin müəyyən etdiyi dövriliklə;
q) öz təşəbbüsü ilə, qarşıya çıxan zərurət əsasında, qəyyumluq və himayəçilik orqanının müdaxiləsinə ehtiyac haqqında məlumat mövcud olduqda.
Gürcüstanın 21 iyun 2011-ci il tarixli qanunu №4870 – veb-səhifə, 06.07.2011-ci il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 13053. Dəstəkçinin fəaliyyətinə faktiki nəzarət
1. Qəyyumluq və himayəçilik orqanı bu məcəllənin 1289-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məlumat əsasında, lazım olduqda, öz təşəbbüsü ilə dəstəkçinin fəaliyyətinə faktiki nəzarəti həyata keçirməyə borcludur.
2. Dəstəkçinin fəaliyyətinə faktiki nəzarətin forması və həcmi müvafiq qanunun tabeliyində olan aktlarla müəyyən edilir.
Gürcüstanın 21 iyun 2011-ci il tarixli qanunu №4870 – veb-səhifə, 06.07.2011-ci il.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 13054. Nəzarətin nəticələri haqqında rəy
1. Qəyyumluq və himayəçilik orqanı tərəfindən həyata keçirilən nəzarətin nəticələri nəzarətin nəticələri haqqında rəydə əks etdirilir.
2. Nəzarətin nəticələri haqqında rəy müsbət və ya mənfi ola bilər.
3. Qəyyumluq və himayəçilik orqanı hər hansı formada nəzarətin həyata keçirilməsi nəticəsində qəyyumun/himayəçinin/dəstəkçinin məhkəmə qərarı ilə və/və ya Gürcüstan qanunvericiliyi ilə onun üçün müəyyən edilmiş vəzifələri vicdanla yerinə yetirdiyini müəyyən etdikdə, nəzarətin nəticələri haqqında rəy müsbətdir.
4. Qəyyumluq və himayəçilik orqanı hər hansı formada nəzarətin həyata keçirilməsi nəticəsində qəyyumun/himayəçinin/dəstəkçinin məhkəmə qərarı ilə və/və ya Gürcüstan qanunvericiliyi ilə onun üçün müəyyən edilmiş vəzifələri vicdanla yerinə yetirmədiyini/yerinə yetirə bilmədiyini müəyyən etdikdə və ya dəstək verərkən bəzi qüsurlar görünürsə və bu məcəllənin 13055-ci maddəsi ilə müəyyən edilmiş qaydada reaksiya (cavab) vermək zəruridirsə, nəzarətin nəticələri haqqında rəy mənfidir.
5. Nəzarətin nəticələri haqqında rəyə dair məlumat bu məcəllənin 13056-cı maddəsində göstərilən məlumatlar bazasına daxil edilir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 13055. Qəyyumun/himayəçinin/dəstəkçinin məhkəmə qərarı və/və ya Gürcüstan qanunvericiliyi ilə onun üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməməsinə/lazımınca yerinə yetirməməsinə qəyyumluq və himayəçilik orqanının reaksiyası (cavabı)
Qəyyumluq və himayəçilik orqanı qəyyumun/himayəçinin/dəstəkçinin məhkəmə qərarı və/və ya Gürcüstan qanunvericiliyi ilə onun üçün müəyyən edilmiş vəzifələri yerinə yetirmədiyini/lazımınca yerinə yetirmədiyini, qəyyumluğa ehtiyacı olan/himayəyə ehtiyacı olan/dəstək alan şəxsin hüquqlarını və qanuni maraqlarını pozduğunu müəyyən etdikdə, mənfi rəy çıxarır və aşağıdakı kimi hərəkət edir:
a) qəyyumun/himayəçinin/dəstəkçinin hərəkətlərinin intensivliyi inzibati və ya cinayət məsuliyyətinə cəlb etmək üçün yetərli deyilsə:
a.a) sosial işçi vasitəsilə qəyyumun/himayəçinin/dəstəkçinin öz vəzifələrini daha yaxşı başa düşməsinə və yerinə yetirməsinə kömək edir;
a.b) qəyyumu/himayəçini vəzifəsindən azad edir;
a.q) dəstəkçinin öz vəzifəsindən azad edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Belə halda məhkəmə qərar qəbul edənə qədər dəstəkçinin səlahiyyətini dayandırır və onun vəzifələrinin yerinə yetirilməsini qəyyumluq və himayəçilik orqanının xüsusi səlahiyyətli şəxsinə tapşırır (hansına ki dəstəkçi üçün qanunla müəyyən edilmiş hüquqlar və vəzifələr şamil edilir);
b) qəyyumun/himayəçinin/dəstəkçinin hərəkətlərinin intensivliyinə uyğun olaraq, Gürcüstanın İnzibati Xətalar Məcəlləsi və Cinayət qanunvericiliyi ilə müəyyən edilmiş qaydalarla hərəkət edir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 13056. Qəyyumluğa/himayəyə/dəstəyə nəzarətin məlumatlar bazası
1. Qəyyumluğa/himayəyə/dəstəyə nəzarətin nəticələrini əks etdirmək üçün müvafiq məlumatlar bazası yaradılır.
2. Məlumatlar bazasına daxil edilir:
a) qəyyumluğun/himayənin tətbiqi haqqında məlumatlar;
b) dəstəyin tətbiqi haqqında məhkəmə qərarının məlumatları;
q) qəyyumluğa ehtiyacı olan/himayəyə ehtiyacı olan/dəstək alan şəxsin və qəyyumun/himayəçinin/dəstəkçinin şəxsi məlumatları;
d) qəyyumun/himayəçinin/dəstəkçinin öz vəzifəsindən azad edilməsi, məsuliyyətə cəlb edilməsi barədə məlumatlar;
e) qəyyumluğa/himayəyə/dəstəyə xitam verilməsi haqqında məlumatlar;
v) dəstək alan şəxs tərəfindən əmlak hüquqlarının həyata keçirilməsinə dair məlumatlar;
z) dəstək alan şəxslə bağlanmış nikah müqaviləsinin pozulması haqqında məlumatlar;
t) stasionara yerləşdirilmiş dəstək alan şəxslər haqqında məlumat;
i) nəzarətin nəticələrinin qısa təsviri;
k) digər məlumatlar, hansılar ki qəyyumluğa ehtiyacı olan/himayəyə ehtiyacı olan/dəstək alan şəxsə toxunur və hansılar ki qəyyumluq və himayəçilik orqanının qərarı ilə, qəyyumun/himayəçinin/dəstəkçinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün vacibdir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Dördüncü fəsil
Qeyri-qanuni köçkün və ya qeyri-qanuni həbs edilmiş uşağın qaytarılmasına və uşaqla münasibətə dair hüquqlar
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Maddə 13057. Bu fəsildə istifadə olunan terminlərin izahı
Bu fəsildə istifadə olunan terminlər bu fəslin məqsədləri üçün aşağıdakı mənaları ifadə edir:
a) konvensiya - "Uşaqların beynəlxalq qaçırılmasının mülki aspektləri haqqında" 25 oktyabr 1980-ci il tarixli Haaqa Konvensiyası;
b) mərkəzi orqan – Gürcüstanın Ədliyyə Nazirliyinin struktur bölməsi;
q) uşaq − 16 yaşına çatmamış şəxs;
d) ərizəçi − qeyri-qanuni köçkün və ya qeyri-qanuni həbs edilmiş uşağın qaytarılması və ya uşaqla münasibət hüququndan istifadə ilə bağlı məsələlər üzrə vəsatətlə/iddia ərizəsi ilə mərkəzi orqana və ya məhkəməyə müraciət edən hər hansı şəxs və ya orqan;
e) qəyyumluq hüququ − uşağa qayğı (himayə) göstərməyə və uşağın yaşayış yerini müəyyən etməyə toxunan hüquq. Bu fəslin məqsədləri üçün sayılır ki, şəxs və ya orqan qəyyumluğu həyata keçirir - əgər uşaq, adətən, qanunsuz olaraq köçürülməmişdən/həbs edilməmişdən əvvəl Gürcüstanda və ya Konvensiyaya qoşulan dövlətdə yaşayırdısa və qəyyumluğu bu şəxs və ya orqan real olaraq fərdi və ya birgə həyata keçirirdilərsə, Gürcüstanın və ya Konvensiyaya qoşulan dövlətin qanunvericiliyinə uyğun olaraq, harada ki uşaq, adətən, köçürülməmişdən/həbs edilməmişdən əvvəl yaşayırdı;
v) uşaqla münasibət hüququ − uşaqla hər hansı növ ünsiyyəti, o cümlədən uşağı müəyyən müddət ərzində adi yaşayış yerindən başqa yerə aparmağı nəzərdə tutan hüquq;
z) uşağın qanunsuz köçürülməsi − şəxsə və ya orqana fərdi və ya birgə mənsub olan qəyyumluq hüququnun pozulması, hansı ki həmin dövlətin qanunvericiliyi ilə təmin edilmişdi, harada ki uşaq, adətən, bilavasitə qanunsuz köçürülməmişdən əvvəl yaşayırdı və hansı ki uşağın köçürülməsi zamanı real olaraq fərdi və ya birgə istifadə edilirdi və/və ya bu cür istifadə ediləcəkdi, əgər onun qanunsuz köçürülməsi olmasaydı, bundan əlavə, uşaq qəyyumluq hüququna malik olan şəxsin və ya orqanın icazəsi olmadan bu dövlətdən Konvensiyaya qoşulmuş dövlətə köçübsə və onun tələbindən sonra uşaq ölkəyə qaytarılmayıbsa;
t) uşağın qanunsuz həbs edilməsi – şəxsə və ya orqana fərdi və ya birgə mənsub olan qəyyumluq hüququnun pozulması, hansı ki həmin dövlətin qanunvericiliyi ilə təmin edilmişdi, harada ki uşaq, adətən, bilavasitə qanunsuz həbs edilməmişdən əvvəl yaşayırdı və hansı ki uşağın həbs edilməsi zamanı real olaraq fərdi və ya birgə istifadə edilirdi və/və ya bu cür istifadə ediləcəkdi, əgər o qanunsuz həbs edilməsəydi, bundan əlavə, uşaq qəyyumluq hüququna malik olan şəxsin və ya orqanın icazəsi nəticəsində bu dövlətdən Konvensiyaya qoşulmuş dövlətə müəyyən müddətlə köçübsə, lakin bu müddət keçdikdən sonra, qəyyumluq hüququna malik olan şəxsin və ya orqanın tələbinə baxmayaraq, uşaq adi yaşayış yeri olan ölkəyə qaytarılmırsa.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Gürcüstanın 10 iyun 2020-ci il tarixli qanunu №6053 – veb-səhifə, 19.06.2020-ci il.
Maddə 13058. Qanunsuz köçürülmüş/həbs edilmiş uşağın qaytarılması və ya uşaqla münasibət hüququndan istifadə edilməsi
1. Gürcüstan qanunvericiliyinə uyğun olaraq, Gürcüstandan Konvensiyaya qoşulmuş dövlətlərdən birinə qanunsuz köçürülmüş və ya Konvensiyaya qoşulmuş dövlətlərdən birinin ərazisində qanunsuz həbs edilmiş uşağa qəyyumluq etmək hüququna malik olduğunu sübut edən şəxs və ya orqan mərkəzi orqana müraciət etmək və uşağın qaytarılması haqqında vəsatətin Konvensiyaya qoşulmuş dövlətin mərkəzi orqanına göndərilməsini tələb etmək hüququna malikdir, haraya ki uşaq qanunsuz köçürülmüşdü/hansının ki ərazisində uşaq qanunsuz həbs edilmişdi.
2. Konvensiyaya qoşulmuş dövlətin ərazisində olan uşaqla münasibət hüququna malik olduğunu sübut edən şəxs və ya orqan mərkəzi orqana müraciət etmək və uşaqla münasibət hüququndan istifadə haqqında vəsatətin Konvensiyaya qoşulmuş - ərazisində uşağın olduğu dövlətin mərkəzi orqanına göndərilməsini tələb etmək hüququna malikdir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Gürcüstanın 10 iyun 2020-ci il tarixli qanunu №6053 – veb-səhifə, 19.06.2020-ci il.
Maddə 13059. Gürcüstan ərazisində olan uşağın qaytarılması və ya uşaqla münasibət hüququndan istifadə
1. Gürcüstan ərazisinə Konvensiyaya qoşulmuş dövlətlərin birindən qanunsuz daxil olmuş və ya Gürcüstanda qanunsuz olan uşağa qəyyumluq etmək hüququna malik olduğunu sübut edən şəxs və ya orqan uşağın qaytarılması haqqında vəsatətlə/iddia ərizəsi ilə mərkəzi orqana və ya məhkəməyə müraciət etmək hüququna malikdir.
2. Gürcüstan ərazisində olan uşaqla münasibət hüququna malik olduğunu sübut edən şəxs və ya orqan uşaqla münasibət hüququndan istifadə haqqında vəsatətlə/iddia ərizəsi ilə mərkəzi orqana və ya məhkəməyə müraciət etmək hüququna malikdir.
3. „Qanunsuz köçürülmüş və ya qanunsuz həbs edilmiş uşağın qaytarılması və ya uşaqla münasibət hüququnun həyata keçirilməsi haqqında müraciət (yönləndirmə) və icra prosedurlarını“ Gürcüstan Hökuməti təsdiqləyir.
Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.
Gürcüstanın 10 iyun 2020-ci il tarixli qanunu №6053 – veb-səhifə, 19.06.2020-ci il.