Qanunvericilik

Altıncı kitab: Vərəsəlik (miras) hüququ

Gürcüstan Mülki Məcəlləsinin Azərbaycan dilində qeyri-rəsmi tərcüməsindən seçilmiş kitab.

Buradakı Azərbaycan dilində mətn qeyri-rəsmi tərcümədir. Saxlanılan mətnin girişində 23 iyun 2022-ci il tarixi göstərilir; onun hazırkı rəsmi redaksiyaya uyğunluğu təsdiqlənməyib. Hüquqi tətbiqdən əvvəl maddəni və dəyişiklikləri Matsne-dəki rəsmi Mülki Məcəllə ilə yoxlayın.

Bu kitabın maddələri

Kitabın mətni

Altıncı kitab

Vərəsəlik (miras) hüququ

Birinci fəsil

Ümumi müddəalar

Maddə 1306. Anlayışı (konsepsiyası)

1. Vəfat etmiş şəxsin (varisin) əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsi (ötürülməsi) qanunla və ya vəsiyyətnamə ilə və yaxud hər iki əsasla həyata keçirilir.

2. Qanunla vərəsəlik – vəfat etmiş şəxsin əmlakının qanunda göstərilən şəxslərə keçməsi (ötürülməsi) – qüvvədə olur, əgər varis vəsiyyətnamə qoymayıbsa və ya əgər vəsiyyətnamə mirasın bir hissəsini əhatə edirsə və ya əgər vəsiyyətnamə tam və ya qismən batil elan ediləcəksə.

Maddə 1307. Vərəsələr

Vərəsələr ola bilərlər:

a) qanunla vərəsəlik zamanı – varis vəfat edən zaman sağ olan şəxslər və habelə varisin ölümündən sonra diri doğulacaq övladları;

b) vəsiyyətnamə ilə vərəsəlik zamanı – varis vəfat edən zaman sağ olan şəxslər, habelə onun sağlığında hamilə qalınmış (ana bətninə düşmüş) və onun ölümündən sonra doğulanlar, onun övladları olub-olmamasından asılı olmayaraq, habelə hüquqi şəxslər.

Maddə 1308. Hüquqi şəxs vərəsə kimi

Vəsiyyətnamə ilə vərəsəlik zamanı o hüquqi şəxs mirası almaq (qəbul etmək) üçün dəvət ediləcək, hansı ki mirasın açılışı anı üçün yaradılmışdı.

Maddə 1309. Nikahdankənar doğulmuş uşaq, atasının vərəsəsi kimi

Nikahdankənar doğulmuş uşaq, atalıq qanunla müəyyən edilmiş qaydada tanındıqda, atanın vərəsəsi sayılacaq. Əgər o, atasından əvvəl ölsə (vəfat etsə), onun övladları atalarına məxsus olan mirasdan pay tələb edə bilərlər.

Maddə 1310. Ləyaqətsiz (layiq olmayan) vərəsə

Nə qanunla, nə də vəsiyyətnamə ilə vərəsə ola bilməz şəxs, hansı ki varisin son iradəsinin (istəyinin) həyata keçirilməsinə qəsdən mane olurdu və bu yolla özünü və ya yaxınlarını vərəsələr kimi dəvət etməyə və ya mirasda onların payını artırmağa kömək edirdi və yaxud qəsdən cinayət və ya vəsiyyət edənin vəsiyyətnamədə ifadə etdiyi son iradənin-arzunun əleyhinə digər əxlaqsız davranış törətmişdir - əgər bu hallar məhkəmə tərəfindən təsdiqlənəcəksə (ləyaqətsiz vərəsə).

Maddə 1311. Vərəsə ola bilməyən valideynlər

Valideynlik hüququndan məhrum edilmiş və mirasın açıldığı gün etibarilə bu hüquqları bərpa olunmayan valideynlər övladlarının qanunla vərəsələri ola bilməzlər. Qanunla vərəsələr ola bilməzlər həmçinin o şəxslər, hansılar ki onlara həvalə edilmiş varisi saxlamaq (dolandırmaq) vəzifəsindən pis niyyətlə (zalımcasına) yayınırdılar (boyun qaçırırdılar) - əgər bu hal məhkəmə qaydasında təsdiqlənibsə.

Maddə 1312. Məhkəmə tərəfindən vərəsəlik hüququndan məhrum etmə

Ləyaqətsiz vərəsəni vərəsəlik hüququndan məhrum etmək üçün əsas olan hal məhkəmə tərəfindən o şəxsin iddia ərizəsi ilə müəyyən edilməlidir, hansı üçün ki vərəsəlik hüququndan məhrumetmə ləyaqətsiz vərəsə üçün müəyyən əmlak nəticələrinə səbəb olur.

Maddə 1313. Ləyaqətsiz vərəsənin bağışlanması

Vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətləri törətməkdə ifşa olunan şəxs buna baxmayaraq vərəsə kimi qəbul edilə bilər - əgər varis onu bağışlayır və özünün bu qərarını vəsiyyətnamədə aydın formada ifadə edirsə. Bağışlanma geri götürülə bilməz.

Maddə 1314. Nümayəndəlik hüququ ilə vərəsəlik

Vərəsəlik hüququnun itirilməsi qohumların nümayəndəlik hüququ ilə vərəsəliyinə mane olmur.

Maddə 1315. Başqa varisin əmlakına vərəsəlik hüququ

Vərəsəlik hüququndan məhrumetmə bu hüquqdan məhrum edilmiş şəxsin başqa varisin əmlakına vərəsə olmasına mane olmur.

Maddə 1316. Ləyaqətsiz vərəsə kimi tanınan şəxsin vəzifəsi

Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə kimi tanınarsa, o, vərəsəliklə aldığı hər şeyi meyvəsi (bəhrəsi) və gəliri (qazancı) ilə birlikdə qaytarmağa borcludur.

Maddə 1317. Ləyaqətsiz vərəsə kimi tanınma haqqında iddia ərizəsinin verilməsi üçün müddət

Şəxsin ləyaqətsiz vərəsə kimi tanınması haqqında iddia ərizəsi maraqlanan şəxslər tərəfindən bu şəxs mirasa sahiblik etməyə başladığı andan beş il ərzində təqdim edilməlidir.

Maddə 1318. Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin miras payı

1. Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin miras payı vərəsə kimi dəvət olunmuş digər vərəsələrə keçir və onların arasında bərabər bölünür.

2. Əgər vərəsəlik hüququndan məhrum edilmiş şəxsin təyin edilmiş vərəsəsi var idisə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qayda tətbiq edilmir.

Maddə 1319. Mirasın açılışı

Miras şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi nəticəsində açılır.

Maddə 1320. Mirasın açılma vaxtı

Varisin vəfat etdiyi gün və ya şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açılma vaxtı sayılır.

Maddə 1321. Eyni gündə vəfat etmiş şəxslərin vərəsəliyi

Bir-birindən sonra vərəsəlik hüququ olan şəxslər eyni gündə vəfat etdikdə, miras onların hər birindən sonra müstəqil şəkildə açılacaq.

Maddə 1322. Şəxsin öldüyünü elan etdikdən sonra mirasın açılması

1321-ci maddədə nəzərdə tutulmuş nəticə, hətta eyni şəraitdə izsiz itkin düşmüş şəxslərin məhkəmə tərəfindən ölmüş elan edilməsi nəticəsində də baş verəcək; bununla belə, onların ölmüş elan edilməsi haqqında qərarın qüvvəyə minmə vaxtının əhəmiyyəti yoxdur.

Maddə 1323. (çıxarılıb)

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 – veb-səhifə, 02.07.2019-cu il.

Maddə 1324. Mirasın açıldığı yer

1. Mirasın açıldığı yer varisin yaşayış yeri, o məlum olmadıqda isə – mirasın olduğu (yerləşdiyi) yer sayılır.

2. Əgər miras müxtəlif yerlərdə yerləşirsə, o zaman mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin yerləşdiyi yer hesab olunur, əgər daşınmaz əmlak yoxdursa, o zaman – daşınar əmlakın və ya onun əsas hissəsinin yerləşdiyi yer hesab olunur.

Maddə 1325. Xaricdə yaşayan şəxslərin mirasının açıldığı yer

Müvəqqəti olaraq xaricdə yaşamış və orada vəfat etmiş Gürcüstan vətəndaşının vəfatından sonra mirasının açıldığı yer onun xaricə getməzdən əvvəl Gürcüstanda yaşadığı yerdir, əgər o məlum deyilsə, o zaman – mirasın və ya onun əsas hissəsinin yerləşdiyi yerdir.

Maddə 1326. Xaricdə daimi yaşayan şəxslərin mirasının açılması

Xaricdə daimi yaşayan şəxslər öldükdən sonra mirasın açıldığı yer onların yaşadıqları ölkə sayılır.

Maddə 1327. Xaricdə mirasın açılması

Gürcüstanda yaşayan Gürcüstan vətəndaşı xarici dövlətdə mirası bu dövlətin qanunvericiliyinə uyğun olaraq alacaq.

Maddə 1328. Miras əmlakı

1. Miras (miras əmlakı) həm varisin hüquqlarının (miras aktivi), həm də öhdəliklərinin (miras passivi) toplusunu özündə birləşdirir, hansına ki o, ölüm anında malik idi.

2. Mirasa ümumi mülkiyyətin varisə düşən payı, əmlakı natura şəklində bölmək mümkün olmadıqda isə – bu əmlakın dəyəri daxildir.

Maddə 1329. Gələcək əmlak

Varis vəsiyyətnaməni tərtib edərkən hələ malik olmadığı əmlakı vəsiyyətnamədə nəzərə ala bilər - əgər belə əmlak mirasın açılışı zamanı onun mülkiyyəti olacaqsa.

Maddə 1330. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəliklə ötürülməsinin yolverilməzliyi

Mirasa şəxsi xarakter daşıyan və yalnız varisə məxsus ola bilən əmlak hüquqları və vəzifələri daxil deyil, həmçinin qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquqlar və vəzifələr daxil deyil.

Maddə 1331. Varisin qeyri-əmlak hüquqlarının qorunması

Varisin mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını qanunla nəzərdə tutulmuş qaydada vərəsələr həyata keçirə və qoruya bilərlər.

Maddə 1332. Mirasa daxil olmayan əmlak

1. Şəcərə (nəsil) kitabları (və ya yazıları), ailə salnaməsi (xronikası), ruhu yad edən (memorial) və digər kult əşyaları və məzar (qəbir) mirasa daxil deyil və vərəsələr arasında bölüşdürülməyəcək. Bu əşyalar vərəsəyə mülkiyyət hüququ ilə müəyyən edilmiş adət üzrə verilir. Bu əşyaları mirası almaqdan imtina edən vərəsə də ala bilər.

2. Varisin şəxsiyyəti, ailəsi və ya bütün mirası ilə bağlı sənədlər ümumi əmlak olaraq qalır.

Maddə 1333. Vəsiyyətnamədə nəzərdə tutulmuş daşınmaz əmlakın artırılmasının nəticələri

Əgər vəsiyyət edən şəxs vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulmuş daşınmaz əmlakı vəsiyyət edilmiş daşınmaz əmlakın yanında olan əmlakı satın almaqla artırıbsa, mirasa daxil olmayacaq - əgər vəsiyyətnamə tərtib edildikdən sonra satın alınan əmlakla bağlı yeni sərəncam yoxdursa.

Maddə 1334. Ortaq (şərikli) vərəsələr

Bir neçə vərəsə varsa, onların arasında miras bölünməzdən əvvəl o, vahid əmlak kimi bütün ortaq (şərikli) vərəsələrə məxsusdur. Varisə qulluq etmək və son xəstəliyinin müalicəsi, dəfn mərasimi, mirasın qorunması və idarə edilməsi, maaşın qaytarılması (ödənilməsi), vəsiyyətnamənin icrası üçün zəruri xərclər bu əmlakdan ödənilə bilər. Bu tələblər bütün digər, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə üstünlük verilməklə mirasın dəyərindən təmin edilməlidir.

Maddə 1335. Mirasdan əşya tələb etmək hüququ

1. Əgər vəsiyyət edən vərəsəyə nahaq yerə (səhvən) əşya qoyubsa, bu əşyanın mülkiyyətçisi ümumi qaydaya əsasən onu tələb etmək hüququna malikdir.

2. Əgər mərhumun (ölənin) əmlakında gizlicə başqa şəxsin əmlakı varsa, əmlakın bu hissəsini aşkar edib müvafiq şəxsə vermək zəruridir.

İkinci fəsil

Qanunla vərəsəlik

Maddə 1336. Qanunla vərəsələr

Qanunla vərəsəlik zamanı bərabər hüquqlu vərəsələr sayılırlar:

I. İlk sırada – mərhumun övladları, mərhumun ölümündən sonra doğulmuş övladı, həyat yoldaşı, valideynlər (övladlığa götürənlər).

Övladlığa götürülmüş və onun nəsilləri, övladlığa götürənin və ya onun qohumlarının vərəsələri kimi, övladlığa götürənin övladlarına və onların nəsillərinə bərabərdirlər. Övladlığa götürülmüş - onun valideynləri və yüksələn xətt üzrə digər bioloji qohumları, həmçinin bacıları və qardaşları vəfat etdikdən sonra artıq qanunla vərəsə hesab edilmir.

Nəvələr, nəvənin övladları və bu sonuncuların övladları qanunla vərəsələr sayılırlar - əgər onların valideyni mirasın açıldığı vaxt artıq həyatda deyilsə (sağ deyilsə), hansı ki varisin vərəsəsi olmali idi və onlar qanunla vərəsəlik zamanı vəfat etmiş valideyninə məxsus payı bərabər şəkildə alırlar.

Nəvələr, nəvənin övladları və bu sonuncuların övladları vərəsələr ola bilməzlər - əgər onların valideynləri mirası qəbul etməkdən imtina ediblərsə. Övladlığa götürən və onun qohumları, övladlığa götürülmüşün və onun nəslinin vərəsələri kimi, övladlığa götürülmüşün valideynlərinə və digər bioloji qohumlarına bərabərdirlər. Övladlığa götürülmüşün valideynləri, yüksələn xətt üzrə digər bioloji qohumları və bacı-qardaşları övladlığa götürülmüşün və ya onun nəslinin ölümündən sonra artıq qanunla vərəsəlik hüququna malik deyillər.

II. İkinci sırada – mərhumun bacıları və qardaşları. Varisin bacısının övladları və qardaşının övladları və onların övladları qanunla vərəsələr sayılırlar - əgər onların valideyni mirasın açıldığı vaxt artıq həyatda deyilsə (sağ deyilsə), hansı ki varisin vərəsəsi olacaqdı. Onlar qanunla vərəsəlik zamanı vəfat etmiş valideynlərinə məxsus miras payını bərabər şəkildə alırlar.

III. Üçüncü sırada – nənə və baba, nənənin valideynləri və babanın valideynləri, həm ana tərəfdən, həm də ata tərəfdən. Nənənin valideynləri və babanın valideynləri qanunla vərəsələr sayılırlar - əgər nənə və baba mirasın açıldığı vaxt artıq həyatda deyillərsə.

IV. Dördüncü sırada – əmilər, dayılar (ananın qardaşı və atanın qardaşı), xalalar və bibilər.

V. Beşinci sırada – əmiuşaqları-dayıuşaqları, xalauşaqları və bibiuşaqları, bu sonuncular olmadıqda isə (yoxdursa) – o zaman onların övladları.

Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414

Maddə 1337. Qanunla vərəsəlik zamanı ardıcıllıq

Əvvəlki sıranın vərəsələrindən hətta birinin olması (varlığı) sonrakı sıranın vərəsəliyini istisna edir.

Maddə 1338. Vərəsəlik zamanı əmək qabiliyyəti olmayan şəxslərin hüquqları

Varisin saxladığı (dolandırdığı) və özünü müstəqil şəkildə saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslər, onların haqqında vəsiyyətnamədə göstərilmədiyi təqdirdə, mirasdan məbləğ (aliment) tələb etmək hüququna malikdirlər. Aliment kimi ödənilməli pulun məbləği miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər.

Maddə 1339. Sağ qalan həyat yoldaşının ortaq mülkiyyət payı hüququ

Sağ qalan həyat yoldaşının vərəsəlik hüququ ər-arvadın ortaq mülkiyyətindən ona məxsus olan əmlak hissəsinə toxunmur.

Maddə 1340. Boşanmış ər-arvadın vərəsəlik zamanı vəziyyəti

Boşanmış ər-arvad bir-birinin ölümündən sonra vərəsələr ola bilməzlər.

Maddə 1341. Boşanma zamanı vərəsəlik hüququndan məhrumetmə

Məhkəmənin qərarı ilə həyat yoldaşı qanunla vərəsəlik hüququndan məhrum edilə bilər - əgər varislə nikaha miras açılana qədər ən azı üç il müddətində faktiki olaraq xitam verilmiş olduğu və ər-arvadın ayrı-ayrılıqda yaşadıqları təsdiq edilərsə (sübuta yetirilərsə).

Maddə 1342. Nikahın batilliyinə görə vərəsəlik hüququnun itirilməsi

Nikahın batil elan edilməsi üçün əsaslar mövcud olduqda və varis tərəfindən iddia ərizəsi təqdim edildikdə, sağ qalan həyat yoldaşı vərəsəlik hüququnu itirəcək.

Maddə 1343. Vərəsəsi olmayan əmlakın dövlətə keçməsi

1. Nə qanunla, nə də vəsiyyətnamə üzrə vərəsələr olmadıqda (yoxdursa) və ya vərəsələrdən heç biri mirası almadıqda və yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edildikdə, vərəsəsi olmayan əmlak dövlətə keçir; varis - qocaların, əlillərin, müalicə, tərbiyə və digər sosial müdafiə müəssisələrinin himayəsində olduqda isə – onların mülkiyyətinə keçir.

2. Sahibkarlıq cəmiyyətində və ya kooperativdə vərəsəsi olmayan əmlak, qanunla başqa hal nəzərdə tutulmayıbsa, onların əlinə pay, səhm və ya hissə şəklində keçir.

Gürcüstanın 9 dekabr 2005-ci il tarixli qanunu №2239 - SSM I, №54, 20.12.2005-ci il. maddə.360

Üçüncü fəsil

Vəsiyyətnamə üzrə vərəsəlik

Maddə 1344. Anlayışı (konsepsiyası)

Fiziki şəxs öz əmlakını və ya onun bir hissəsini öldüyü halda vəsiyyətnamə ilə həm vərəsələr dairəsindən olan, həm də kənar bir və ya bir neçə şəxsə qoya (buraxa) bilər.

Maddə 1345. Vəsiyyətçi ola bilən şəxs

Vəsiyyətçi (vəsiyyət edən) yetkinlik yaşına çatmış, iş qabiliyyətinə malik olan, vəsiyyətnaməni tərtib edərkən öz hərəkətini ağlabatan şəkildə mühakimə edə bilən və öz iradəsini aydın şəkildə ifadə edə bilən şəxs ola bilər.

Maddə 1346. Vəsiyyətnaməni şəxsən tərtib etmək

Vəsiyyətnaməni şəxsən vəsiyyətçi tərtib etməlidir. Vəsiyyətnaməni nümayəndə vasitəsilə tərtib etməyə yol verilmir.

Maddə 1347. Birgə vəsiyyətnamə

Vəsiyyətnamədə bir varisin sərəncamı olmalıdır. İki və ya daha çox şəxsin birgə vəsiyyətnamə tərtib etməsinə yol verilmir. Qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnaməni yalnız ər-arvad tərtib edə bilərlər, hansı ki həyat yoldaşlarından birinin tələbi ilə ləğv edilə bilər, lakin hələ də hər iki həyat yoldaşının (ər-arvadın) sağlığında (həyatında).

Maddə 1348. Payın vəsiyyətçi tərəfindən müəyyən edilməsi

1. Vəsiyyətçi vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin mirasdan payını vəsiyyətnamədə müəyyənləşdirə və ya konkret olaraq hansı əmlakın hansı vərəsəyə keçəcəyini göstərə bilər. Əgər vəsiyyətnamədə belə bir işarə (istinad) yoxdursa, o zaman miras vərəsələr arasında bərabər şəkildə bölünür.

2. Əgər vəsiyyətnamədə bir neçə vərəsə təyin edilibsə, lakin orada – digərlərinin deyil, yalnız onlardan birinin payı müəyyən edilibsə, bu sonuncular qalan əmlakı bərabər şəkildə alacaqlar.

Maddə 1349. Vəsiyyətnamə üzrə vərəsələr arasında mirasın bölüşdürülməsi

Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilibsə və vərəsələrdən biri üçün müəyyən edilmiş əmlak bütün mirası əhatə edirsə, o zaman - vəsiyyət üzrə bütün vərəsələr bərabər pay almalıdırlar.

Maddə 1350. Vəsiyyətnamədən kənarda qalan əmlaka vərəsəlik

Əgər vəsiyyətnamədə başqa hal nəzərdə tutulmayıbsa, vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payı bütün mirası əhatə etmirsə, o zaman vəsiyyətnamədən kənarda qalan əmlaka qanunla vərəsəlik həyata keçiriləcək ki, bu da o qanunla vərəsələrə də toxunacaq, hansılara ki əmlakın bir hissəsi vəsiyyət edilib.

Maddə 1351. Vəsiyyətnamə üzrə vərəsələr arasında payın mütənasib artırılması

Əgər yalnız vəsiyyətnamə ilə təyin edilmiş vərəsələr varsa, hər bir vərəsə vəsiyyətnamədə öz payını müəyyən etmişsə, o zaman onların payı mütənasib şəkildə artacaq, lakin onların hamısının payı mirası tam tükətməyəcək.

Maddə 1352. Payın müəyyənləşdirilməsində üçüncü şəxsin iştirakının yolverilməzliyi

Vəsiyyətçi mirasdan kimin və hansı miqdarda pay almalı olduğunu müəyyən etməyi vəsiyyətində başqa şəxsə tapşıra bilməz.

Maddə 1353. Vərəsələrin dəqiq müəyyən edilməsinin mümkünsüzlüyü

Əgər varis (mirası qoyan) vərəsənin şəxsiyyətini bir neçə şəxsə şamil oluna bilən əlamətlərlə müəyyən etmişsə və varisin hansını nəzərdə tutduğunu müəyyən etmək mümkün deyilsə, onların hamısı bərabər pay hüququ ilə vərəsələr sayılacaqlar.

Maddə 1354. Vəsiyyətnamə üzrə vərəsəlik hüququndan məhrumetmə

1. Vəsiyyətçi qanunla vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə üzrə vərəsəlikdən məhrum edə bilər və o, bunun motivini göstərməyə borclu deyil.

2. Vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlikdən məhrum edilmiş şəxs, hətta vəsiyyətnamə üzrə vərəsələr mirası almaqdan imtina etdikdə belə, əmlakın vəsiyyətnaməyə daxil edilməmiş hissəsinə də qanunla vərəsə ola bilməz.

Maddə 1355. Vərəsəlik hüququnun qorunub-saxlanılması

Vəsiyyətnamədə adı çəkilməyən qanunla vərəsələr mirasın o hissəsinə vərəsəlik hüququnu özlərində qoruyub-saxlayırlar, hansına ki vəsiyyətnamə toxunmayıb; onlar vəsiyyətnamədə nəzərdə tutulmuş əmlakı da, əgər mirasın açıldığı anda vəsiyyətnamə üzrə vərəsələr diri (sağ) olmadıqda və ya onların hər biri mirası almaqdan imtina etdikdə, alacaqlar.

Maddə 1356. Qanunla vərəsəliyin yolverilməzliyi

Əgər vəsiyyətnamə ilə bütün miras əmlakı vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülübsə, lakin vərəsələrdən biri miras açılan zaman artıq həyatda deyilsə, qanunla vərəsəlik yaranmır və onun payına düşən əmlakı digər vəsiyyət üzrə vərəsələr bərabər şəkildə alacaqlar.

Dördüncü fəsil

Vəsiyyətnamənin forması

Maddə 1357. Notariat forması

1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Bundan əlavə, notariat forması olan və ya olmayan yazılı vəsiyyətnaməyə icazə verilir.

2. Notariat forması vəsiyyətnamənin vəsiyyətçi tərəfindən tərtib edilməsini və imzalanmasını və notarius tərəfindən təsdiqlənməsini tələb edir.

Gürcüstanın 15 iyul 2020-ci il tarixli qanunu №6989 – veb-səhifə, 28.07.2020-ci il.

Maddə 1358. Vəsiyyətnamənin notarius tərəfindən yazılması

1. Vəsiyyətnaməni iki şahidin iştirakı ilə, vəsiyyətçinin sözləri ilə, notariusun yazmasına icazə verilir. Vəsiyyətnaməni yazarkən ümumi qəbul edilmiş texniki vasitələrdən istifadə edilə bilər.

2. Notarius tərəfindən vəsiyyətçinin dilindən (sözləri ilə) yazılmış vəsiyyətnaməni vəsiyyətçi (mirası qoyan) oxumalı və notariusun və şahidin iştirakı ilə imzalamalıdır.

Maddə 1359. Notariusa bərabər tutulan şəxslər

Vəsiyyətnaməni təsdiq edərkən notariusa bərabər tutulurlar:

a) xəstəxananın, hospitalın və digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, tibb bölməsində onların müavini, növbətçi həkim, qocalar və əlillər evinin direktoru və ya baş həkimi - əgər vəsiyyətçi bu müəssisədə müalicə olunursa və ya yaşayırsa;

b) axtarış, coğrafi və digər oxşar ekspedisiyanın rəhbəri - əgər vəsiyyət edən şəxs (vəsiyyətçi) belə bir ekspedisiyadadırsa (səfərdədirsə);

q) gəmi kapitanı və ya təyyarə (hava gəmisi) komandiri - əgər vəsiyyət edən (vəsiyyətçi) gəmidə və ya hava gəmisindədirsə;

d) hərbi hissə, bölmə, müəssisə və məktəb komandiri (rəisi) - əgər hərbi hissələrin dislokasiya məntəqəsində notarius yoxdursa və əgər vəsiyyət edən hərbi qulluqçu və ya hərbi hissədə xidmət edən mülki şəxs və ya onların ailə üzvüdürsə;

e) cəzaçəkmə müəssisəsinin direktoru - əgər vəsiyyət edən şəxs cəzaçəkmə müəssisəsinə yerləşdirilibsə.

Gürcüstanın 9 mart 2010-cu il tarixli qanunu №2719 - SSM I, №12, 24.03.2010-cu il., maddə.56

Gürcüstanın 1 may 2015-ci il tarixli qanunu №3532 - veb-səhifə, 18.05.2015-ci il.

Maddə 1360. Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması

Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa şəxs imzalaya bilər. Bundan əlavə, vəsiyyət edənin vəsiyyətnaməni imzalaya bilməməsinin səbəbi qeyd edilməlidir.

Maddə 1361. Kar-lal və kor şəxsin vəsiyyətnaməsi

1. Əgər vəsiyyət edən kar-lal və ya kar-lal oxuma-yazma bilməyəndirsə (savadsızdırsa), o, iki şahidin və ona işin mahiyyətini izah edə biləcək şəxsin iştirakı ilə notariusa vəsiyyət sərəncamı verməlidir və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğun olduğunu öz imzası ilə təsdiq etməlidir.

2. Kor və ya savadsız vəsiyyətçi üç şahidin iştirakı ilə notariusa vəsiyyət sərəncamı verməlidir, bu barədə müvafiq qeyd aparılmalıdır, hansını ki ona oxumalıdırlar.

3. Yazan və oxuyan şahidlər də ola bilərlər, lakin yazan – oxuyan olmamalıdır.

4. Qeyddə yazını (qeydi) kimin tərtib etdiyi və vəsiyyət edənə onu oxuyan şəxs göstərilməlidir. Yazını (qeydi) şahidlər imzalamalı və notarius təsdiq etməlidir.

Maddə 1362. Vəsiyyətnamənin şahidləri

Vəsiyyətnamənin şahidləri ola bilməzlər: yetkinlik yaşına çatmayan şəxs, vəsiyyətnamə üzrə vərəsə və onun enən və yüksələn xətt üzrə qohumları, bacı, qardaş, həyat yoldaşı, vəsiyyət haqqını alan (leqator).

Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.

Maddə 1363. Vəsiyyətnamənin sirri

Notarius, vəsiyyətnaməni təsdiq etmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmunu, onun tərtib edilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məlumatları miras açılana qədər açıqlamaq hüququna malik deyillər.

Maddə 1364. Daxili vəsiyyətnamə

Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

Maddə 1365. Vəsiyyətnaməni notariusda saxlamaq

1. Vəsiyyət edən möhürlənmiş zərfdə öz əli ilə yazılmış və imzalanmış vəsiyyətnaməni üç şahidin iştirakı ilə notariusa (və ya digər müvafiq vəzifəli şəxsə) verə bilər və bu, zərfin üzərində imza ilə təsdiqlənir.

2. Bu növ vəsiyyətnamənin saxlanılması onun notariusda (və ya digər müvafiq vəzifəli şəxsin yanında) rəsmi depozitə qoyulması ilə təmin edilməlidir.

Maddə 1366. Texniki vasitələrdən istifadə etməklə vəsiyyətnamənin tərtib edilməsi

Vəsiyyətnamənin mətni ümumi qəbul edilmiş texniki vasitələrlə ötürülə bilər, amma o, vəsiyyət edən tərəfindən imzalanmalıdır. Belə halda vəsiyyətnamə vəsiyyətnamənin texniki vasitələrdən istifadə etməklə onların iştirakı ilə tərtib edildiyini təsdiq edən iki şahidin iştirakı ilə tərtib edilməli və vəsiyyət edən tərəfindən imzalanmalıdır. Şahidlər tərəfindən vəsiyyətnamənin təsdiqi - vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra, vəsiyyət edənin və hər iki şahidin iştirakı ilə vəsiyyətnamədə müvafiq qeyd (yazı) edilməklə, şahidlərin adı, soyadı və yaşayış yeri göstərilməklə baş tutmalıdır.

Maddə 1367. Qapalı vəsiyyətnamə

1. Şahidlər vəsiyyət edənin istəyi ilə vəsiyyətnaməni məzmunu ilə tanış olmadan təsdiq etməlidirlər (qapalı vəsiyyətnamə). Bu halda vəsiyyətnamə tərtib edilərkən şahidlər iştirak etməlidirlər.

2. Qapalı vəsiyyətnamə təsdiq edilərkən şahidlər vəsiyyətnaməni vəsiyyət edənin onların iştirakı ilə şəxsən tərtib etdiyini, lakin onun məzmunu ilə tanış olmadıqlarını göstərməlidirlər.

Maddə 1368. Vəsiyyətnamənin tərtib olunduğu tarix

Vəsiyyətnamədə onun tərtib olunma tarixi göstərilməlidir. Tarixin olmaması vəsiyyətnaməni yalnız o zaman batil edir - əgər vəsiyyətnamə tərtib edilərkən, dəyişdirilərkən və ya ləğv edilərkən, həmçinin bir neçə vəsiyyətnamə mövcud olduqda vəsiyyət edənin iş (fəaliyyət) qabiliyyəti ilə bağlı şübhə aradan qalxmayacaqsa (silinməyəcəksə).

Maddə 1369. Maraqlanan şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış etmək

Vəsiyyət edənin ölümündən sonra notarius gün təyin edir və vəsiyyətnamənin məzmunu ilə maraqlanan şəxsləri tanış edir və bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün bütövlüyü haqqında qeyd edilməlidir.

Beşinci fəsil

Vərəsənin vərəsəsinin təyin edilməsi

Maddə 1370. Ehtiyat (tədarükdə olan) vərəsə

1. Vəsiyyət edən vəsiyyətnamədə o halda başqa vərəsənin (ehtiyat vərəsənin) adını çəkmək hüququna malikdir - əgər onun təyin etdiyi vərəsə miras açılmamışdan əvvəl vəfat edərsə, mirası almazsa və ya vərəsəlik hüququndan məhrum edilərsə.

2. Vərəsə olmayan şəxsin vərəsəsi kimi təyin edilmiş şəxsin xeyrinə vəsiyyətnamə üzrə vərəsənin mirasdan imtina etməsinə yol verilmir.

3. Ehtiyat vərəsə 1307-1309-cu maddələrə əsasən vərəsə ola biləcək hər hansı şəxs ola bilər.

Altıncı fəsil

Məcburi pay

Maddə 1371. Anlayışı (konsepsiyası)

Varisin (mirası qoyanın) övladları, valideynləri və həyat yoldaşı, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, məcburi paya malikdirlər, hansı ki qanunla vərəsəlik zamanı onların hər birinə düşən payın yarısı olmalıdır (məcburi pay).

Maddə 1372. Məcburi pay tələb etmək hüququnun yarandığı an

Məcburi pay tələb etmək hüququ miras açıldığı andan yaranır. Belə tələb hüququ irsi olaraq (miras kimi) ötürülür.

Maddə 1373. Məcburi payın həcminin müəyyən edilməsi

Məcburi payın bütöv həcmi bütün mirasdan müəyyən edilir o əmlak daxil olmaqla, hansı ki vəsiyyət haqqının və ya ümumi faydalı məqsədlə hər hansı hərəkəti yerinə yetirmək üçün nəzərdə tutulub.

Maddə 1374. Hər bir vərəsənin məcburi payının müəyyən edilməsi

Hər bir vərəsənin məcburi payı müəyyən edilərkən, vəsiyyətnamə olmasaydı mirası almağa dəvət olunacaq bütün qanunla vərəsələr nəzərə alınmalıdır. Vəsiyyətnamə üzrə vərəsələr nəzərə alınmayacaqlar.

Maddə 1375. Alınmış əmlakın məcburi paya daxil edilməsi (sayılması)

Məcburi pay almaq hüququna malik olan şəxs sağlığında varisdən aldığı hər şeyi məcburi paya daxil etməyə (saymağa) borcludur – ona istinad etməklə ki, alınan (qəbul edilən) məcburi paya daxil edilsin (sayılsın).

Maddə 1376. Vəsiyyət haqqından imtinanın nəticələri

Məcburi pay almaq hüququ olan və eyni zamanda vəsiyyət haqqını (leqatı) alan şəxs vəsiyyət haqqını qəbul etməkdən imtina etdikdə, məcburi pay tələb edə bilər; əgər o, vəsiyyət haqqından imtina etməzsə, vəsiyyət haqqının dəyəri daxilində məcburi pay hüququnu itirir.

Maddə 1377. Vəsiyyətnamədə nəzərdə tutulmayan əmlakdan məcburi payın ayrılması

Əgər vəsiyyətnamədə bütün əmlak nəzərdə tutulmursa, o zaman məcburi pay ilk növbədə vəsiyyətnamədə nəzərdə tutulmamış əmlakdan ayrılır, bu yetərli olmayacaqsa – vəsiyyətnamədə nəzərdə tutulmuş əmlakdan doldurulacaq.

Maddə 1378. Hədiyyə edilən əşyanın hesabına məcburi payın artırılması

Əgər varis əşyanı üçüncü şəxsə hədiyyə etmişsə, məcburi paya hüququ olan şəxs özünün məcburi payının artacağı məbləğlə onun doldurulmasını tələb edə bilər - əgər hədiyyə edilmiş əşya mirasa daxil olacaqsa. Mirasın açıldığı zaman hədiyyənin verildiyi vaxtdan on il keçibsə, hədiyyə hesaba daxil edilməyəcək (sayılmayacaq).

Maddə 1379. Payın doldurulmasını tələb etmək hüququ

Məcburi pay almaq hüququ olan şəxsə onun qanunla vərəsəlik zamanı alacağı payın yarısından az olan əmlak vəsiyyət edilmişsə, o, həmin payı tələb edə bilər, hansıyla ki vəsiyyətnamə üzrə aldığı pay o payın yarısından azdır, hansını ki o, qanunla vərəsəlik zamanı alacaqdı.

Maddə 1380. Məcburi payı almaqdan imtina

1. Məcburi pay almaq hüququ olan vərəsə onu almaqdan imtina edə bilər, lakin bu, digər ortaq vərəsələrin məcburi payının artmasına səbəb olmayacaq. Onun payı vəsiyyətnamə üzrə vərəsələrə keçir.

2. Məcburi payın qəbulu və ya onun qəbulundan imtina mirasın qəbulu və ya imtinası üçün müəyyən edilmiş vaxtda baş tutmalıdır.

Maddə 1381. Məcburi payı almaq hüququndan məhrumetmə

1. Ümumilikdə vərəsəlik hüququndan məhrum etməyə səbəb olan əsaslar mövcud olduqda, məcburi pay almaq hüququndan məhrum etmək olar.

2. Məcburi pay almaq hüququndan məhrumetmə varisin tərəfindən hələ onun sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirilə bilər.

3. Məcburi pay almaq hüququndan məhrumetmə haqqında məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvəyə minir. Varis (mirası qoyan) hələ sağlığında məhkəməyə müraciət etsə, lakin qərar onun ölümündən sonra qəbul edilibsə, eyni nəticə olacaq.

Maddə 1382. Vəsiyyətnamə üzrə vərəsələrə məcburi payın keçməsi

Məcburi pay almaq hüququndan məhrum edilmiş vərəsənin payı vəsiyyətnamə üzrə vərəsələrə keçir.

Yeddinci fəsil

Vəsiyyətnamə haqqı (leqat)

Maddə 1383. Anlayışı (konsepsiyası)

Vəsiyyət edən (mirası qoyan) vərəsəyə miras hesabına bir və ya bir neçə şəxsin xeyrinə hər hansı öhdəliyi yerinə yetirmək haqqını (tapşırığını) qoya bilər (vəsiyyətnamə haqqı – leqat).

Maddə 1384. Vəsiyyətnamə haqqının (tapşırığının) predmeti

Tapşırığı (öhdəliyi) qəbul edən üçün (leqator üçün) mirasa daxil olan əmlakdan əşyaların mülkiyyətə, istifadəyə və ya digər maddi (əşyavi) hüquqla keçməsi, mirasa daxil olmayan əmlakın satın alınması və verilməsi, müəyyən edilmiş işin yerinə yetirilməsi, xidmətin göstərilməsi və s. vəsiyyətnamə tapşırığının predmeti ola bilər.

Maddə 1385. Yaşayış sahəsindən (dayanacağından) vəsiyyət tapşırığı əsasında istifadə etmək

Vəsiyyət edən (mirası qoyan) yaşayış evinin, mənzilin və ya digər yaşayış sahəsinin keçdiyi vərəsəyə - sahədən və ya onun müəyyən hissəsindən ömürlük istifadə hüququnu miras açılana qədər ən azı bir il ərzində varislə birlikdə yaşamış şəxsə verməyi tapşırmaq hüququna malikdir. Yaşayış sahəsinə mülkiyyət hüququ sonradan ötürüldükdə (keçdikdə), ömürlük istifadə gücünü qoruyub-saxlayır.

Maddə 1386. Yaşayış sahəsindən ömürlük istifadə hüququnun özgəninkiləşdirilməməsi

1. Yaşayış sahəsindən ömürlük istifadə hüququ özgəninkiləşdirilə bilməz və vəsiyyət öhdəliyini alanın vərəsələrinə keçmir.

2. Əgər vəsiyyətnamədə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsindən ömürlük istifadə hüququ vəsiyyət öhdəliyini alanın ailə üzvlərinin bu sahədə yaşaması üçün əsas deyil.

Maddə 1387. Vəsiyyət öhdəliyinin yerinə yetirilməsinin hüdudları

Vəsiyyət öhdəliyinin icrası həvalə edilmiş vərəsə onu vəsiyyət edilmiş mirasın həqiqi dəyəri daxilində varisin borclarının onun ödəməli (qaytarmalı) olduğu hissəsi çıxılmaqla yerinə yetirməlidir.

Maddə 1388. Vəsiyyət öhdəliyinin digər vərəsələr tərəfindən yerinə yetirilməsi

Əgər vəsiyyət öhdəliyini yerinə yetirmək tapşırılan vərəsə miras açılana qədər vəfat edibsə və ya vərəsəlikdən imtina edibsə, vəsiyyət öhdəliyini yerinə yetirmək öhdəliyi digər vərəsələrə keçir, hansılar ki onun payını alıblar, – əgər vəsiyyətnamədən başqa bir şey irəli gəlmirsə.

Maddə 1389. Vəsiyyət öhdəliyinin yerinə yetirilməsinə xitam vermək

Vəsiyyət öhdəliyini yerinə yetirməli olan vərəsə vəfat etdikdə, əgər onun iştirakı olmadan icra mümkün deyilsə, vəsiyyət öhdəliyinin yerinə yetirilməsi öhdəliyinə xitam veriləcək.

Maddə 1390. Vəsiyyət öhdəliyinin miras payına mütənasib olaraq yerinə yetirilməsi

Vəsiyyət öhdəliyini yerinə yetirmək bir neçə vərəsəyə tapşırıldıqda, əgər vəsiyyətnamədə başqa hal nəzərdə tutulmayıbsa, hər biri onu mirasdakı öz payına mütənasib olaraq yerinə yetirir.

Maddə 1391. Vəsiyyət öhdəliyinin yerinə yetirilməsi müddəti

Vəsiyyət öhdəliyini qəbul edən vəsiyyət öhdəliyinin icrasını miras açıldığı gündən hesablanan üç illik iddia müddəti ərzində tələb etmək hüququna malikdir.

Maddə 1392. Məcburi pay alındıqda vəsiyyət öhdəliyi

Əgər vəsiyyət üzrə vəsiyyət öhdəliyinin icrası həvalə edilmiş vərəsə məcburi pay almaq hüququna malikdirsə, o zaman o, vəsiyyət öhdəliyini yalnız ona vəsiyyət edilmiş mirasın məcburi paydan yuxarı aldığı hissəsi çərçivəsində yerinə yetirir.

Maddə 1393. Vəsiyyət öhdəliyini qəbul edən şəxsin məsuliyyəti

Vəsiyyət öhdəliyini qəbul edən şəxs varisin borclarına görə məsuliyyət daşımır.

Maddə 1394. Vəsiyyət öhdəliyini qəbul etməkdən imtina

Vəsiyyət öhdəliyini qəbul edən şəxs öhdəliyi qəbul etməkdən imtina etmək hüququna malikdir. Belə halda, mirasın müvafiq hissəsi öhdəliyin icrasının tapşırılacağı vərəsəyə qalacaq.

Maddə 1395. Vəsiyyət öhdəliyinin icrasından azad olunma

Vəsiyyət öhdəliyini qəbul edən şəxs öhdəliyi qəbul etməkdən imtina etdikdə, vəsiyyət öhdəliyini yerinə yetirmək həvalə edilmiş vərəsə onu yerinə yetirmək vəzifəsindən azad edilir.

Maddə 1396. Vəsiyyət öhdəliyinin vərəsələrə keçməsi

Əgər vəsiyyət öhdəliyini qəbul edən şəxs miras açıldıqdan sonra vəfat edibsə, lakin öhdəliyi qəbul etmək üçün razılığını bildirməyə vaxt tapmayıbsa (çatdıra bilməyibsə), o zaman onu qəbul etmək hüququ onun əvəzinə öhdəliyi qəbul edəcək vərəsələrə keçir.

Maddə 1397. Ümumi faydalı məqsədlə vəsiyyət öhdəliyi

1. Vəsiyyət edən (vəsiyyətçi) vərəsəyə ümumi faydalı məqsədlə həm əmlak, həm də qeyri-əmlak xarakteri daşıya bilən hər hansı hərəkəti yerinə yetirməyi tapşıra bilər.

2. Tapşırılmış hərəkət əmlaka toxunursa, vəsiyyət öhdəliyinin tənzimləyici normaları istifadə olunur.

3. Vəsiyyətnamə ilə, ümumi faydalı məqsədlə, hər hansı hərəkəti yerinə yetirməyə borclu olan vərəsə vəfat etdikdə, bu öhdəliyin yerinə yetirilməsi mirası almış digər vərəsələrə keçir.

4. Vəsiyyətnamənin icraçısı ona həvalə edilmiş hərəkətin yerinə yetirilməsini vərəsədən məhkəmə vasitəsilə tələb edə bilər, əgər o yoxdursa, o zaman − hər bir vərəsə, habelə maraqlanan ictimai və dini təşkilatlar, fondlar (vəqflər), dövlət və bələdiyyə orqanları.

Gürcüstanın 15 iyul 2020-ci il tarixli qanunu №6989 – veb-səhifə, 28.07.2020-ci il.

Səkkizinci fəsil

Vəsiyyətnamənin dəyişdirilməsi və ya pozulması (ləğvi)

Maddə 1398. Vəsiyyətnaməni dəyişdirmək vasitələri

Vəsiyyət edən şəxs vəsiyyətnaməni hər zaman dəyişdirə və ya poza (ləğv edə) bilər:

a) yeni vəsiyyətnamə tərtib etməklə, hansı ki əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnamə ilə ziddiyyət təşkil edən hissəsini birbaşa ləğv edir;

b) notariat orqanına ərizə verməklə;

q) vəsiyyətnamənin bütün nüsxələrini vəsiyyət edən (mirası qoyan) tərəfindən və ya notarius tərəfindən vəsiyyət edənin (mirası qoyanın) sərəncamı ilə yox etməklə (məhv etməklə).

Maddə 1399. Ləğv edilmiş vəsiyyətnamənin bərpa edilməsinin yolverilməzliyi

Hətta daha sonra (daha gec) tərtib edilmiş vəsiyyətnamə sonradan ərizə verməklə ləğv edilsə belə, sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilmiş vəsiyyətnamə bərpa edilə bilməz.

Maddə 1400. Bir neçə vəsiyyətnamə

Əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişsə, lakin onlar bir-birini tamamlayır və tamamilə əvəz etmirlərsə, o zaman bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamə onun sərəncamları sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi dərəcədə qüvvədə qalır.

Maddə 1401. Notarial vəsiyyətnamənin üstünlüyü

1. Əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib edibsə, onlardan biri notariat formasında tərtib edilib, qalanları isə – yox, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir.

2. Notarial vəsiyyətnamə başqa formada olan vəsiyyətnamə ilə ləğv edilə bilməz.

Maddə 1402. Vəsiyyətnamənin qüvvədən düşmüş elan edilməsi üçün əsaslar

Vəsiyyətnamə qüvvəsini itirir, əgər:

a) xeyrinə bu vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edən şəxsdən əvvəl vəfat etmişsə;

b) vəsiyyət edilmiş əmlak vəsiyyət edən şəxsin sağlığında itmişsə və ya vəsiyyət edən şəxs onu özgəninkiləşdirmişsə;

q) yeganə vərəsə mirası qəbul etməkdən imtina edərsə.

Maddə 1403. Vəsiyyətnamənin batilliyi

1. Əqdin tamamilə batil olmasına səbəb olan şərtlər mövcud olduqda, vəsiyyətnamə batil sayılacaq.

2. Qanuna və ya ictimai maraqlara zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan (anlaşılmayan) və ya bir-biri ilə ziddiyyət təşkil edən sərəncamlar – batildir.

3. Vəsiyyətnamə qanunla müəyyən edilmiş qaydalar pozulmaqla tərtib olunduqda, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və onu idarə edə bilmədiyi vəziyyətdə, məhkəmə tərəfindən batil elan edilə bilər.

Maddə 1404. Ayrı-ayrı vəsiyyət sərəncamlarının batilliyi

1. Vəsiyyət sərəncamı, hansının ki əsasında mirasda olmayan əşyanın miras alınması üçün (vərəsəsi olmaq üçün) dəvət olunur - batildir.

2. Əgər kiməsə miras əmlakında olmayan pul məbləği vəsiyyət edilibsə, o zaman vəsiyyətnamənin belə bir sərəncamı (hökmü) batildir.

3. Vərəsənin mirası müəyyən edilmiş vaxtda və ya varisin vəfat etdiyi gündən yox, ancaq daha sonra əldə edəcəyi (alacağı) barədə, həmçinin vərəsə öləndən sonra mirasın keçməli olduğu şəxsə istinad barədə vəsiyyət sərəncamı batildir.

Maddə 1405. Vəsiyyət sərəncamının icrasının mümkünsüzlüyünə görə batil olması

Vərəsənin səhhətinə görə və ya digər obyektiv səbəblərə görə yerinə yetirə bilmədiyi vəsiyyət sərəncamı vərəsənin iddia ərizəsi ilə batil elan edilə bilər.

Maddə 1406. Vəsiyyət sərəncamlarından birinin batil olmasının nəticələri

Əgər bir neçə vəsiyyət sərəncamından biri batildirsə və ya qüvvəsini itiribsə və varis başqa sərəncam qoymayıbsa, o zaman digər vəsiyyət sərəncamları qüvvədə qalır.

Maddə 1407. Vəsiyyətnamə batil olduqda mirasın alınması

Vəsiyyətnamə batil elan edildikdə, bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslarla almaq hüququna malikdir.

Maddə 1408. Vəsiyyətnamənin həqiqiliyinə (etibarlılığına) etiraz etmək

Vəsiyyətnamənin həqiqiliyi (etibarlılığı) əqdin batil olmasına səbəb olan hallara görə qanunla vərəsələr və digər maraqlanan şəxslər tərəfindən mübahisə edilə bilər.

Maddə 1409. İddia ərizəsinin təqdim edilməsi üçün müddət

1. Vəsiyyətnamənin batilliyi barədə iddia ərizəsi mirasın açıldığı gündən hesablanan iki il ərzində təqdim edilməlidir.

2. Bu iddia müddəti mülkiyyətçinin iddia ərizəsinə şamil edilmir – nə vaxt ki, vəsiyyət edən başqasının əmlakını vərəsəyə, özününkü kimi, yanlış olaraq vəsiyyət etmişdir.

Doqquzuncu fəsil

Vəsiyyətnamənin icrası

Maddə 1410. Vəsiyyətnaməni icra edən subyektlər

Vəsiyyətnamədə göstəriş (istinad) olmadıqda, onun icrası vəsiyyətnamə üzrə vərəsələrə həvalə edilir. Onlar qarşılıqlı razılaşma əsasında vəsiyyətnamənin icrasını vərəsələrdən birinə və ya başqa şəxsə etibar edə bilərlər.

Maddə 1411. Vəsiyyətnamənin icraçısını təyin etmək

Vəsiyyət sərəncamlarının dəqiq yerinə yetirilməsi üçün, vəsiyyət edən vəsiyyətnamənin bir və ya bir neçə icraçısını vəsiyyətnamə ilə təyin edə bilər – necə ki vəsiyyətnamə üzrə vərəsələr dairəsindən, eləcə də vərəsə olmayan başqa bir şəxsi. Bu sonuncu halda vəsiyyətnamənin icraçısının razılığı lazımdır, hansını ki o, vəsiyyətnamənin özündə və ya ona əlavə edilmiş ərizədə yazı ilə ifadə etməlidir.

Maddə 1412. Vəsiyyətnamənin icrasından imtina

Vəsiyyətnamənin icraçısı vəsiyyət edənin həvalə etdiyi vəzifəni yerinə yetirməkdən istənilən vaxt imtina etmək hüququna malikdir, bu barədə vəsiyyətnamə üzrə vərəsələri əvvəlcədən xəbərdar etməlidir.

Maddə 1413. Vəsiyyətnamənin icraçısının üçüncü şəxs tərəfindən təyin edilməsi

Vəsiyyət edən vəsiyyətnamənin icraçısının təyin edilməsini üçüncü şəxsə həvalə edə bilər, hansı ki vəsiyyətnamənin icraçısını miras açılan kimi dərhal təyin etməli və bu barədə vərəsələrə məlumat verməlidir. O, bu tapşırığı yerinə yetirməkdən imtina edə bilər ki, bu barədə də vərəsələrə dərhal məlumat (xəbər) verməlidir.

Maddə 1414. Vəsiyyətnamənin tam və ya qismən icrası

Vəsiyyətnamənin icraçısına bütövlükdə vəsiyyətin və ya onun ayrı-ayrı sərəncamlarının (hökmlərinin) icrası tapşırıla bilər.

Maddə 1415. Mirasın qorunması və idarə olunması

Vəsiyyətnamənin icraçısı miras açıldığı andan mirasın mühafizəsinə və idarə olunmasına başlamağa borcludur; o, vəsiyyətnamənin icrası üçün zəruri olan bütün hərəkətləri etmək səlahiyyətinə malikdir. Bu səlahiyyət çərçivəsində vərəsələr mirası idarə etmək hüququnu itirirlər.

Maddə 1416. Mirasın bir neçə icraçı tərəfindən qorunması və idarə olunması

Əgər vəsiyyətnamənin bir neçə icraçısı varsa, birnəfərlik hərəkətə (tək şəxsin hərəkətinə) yalnız mirası qorumaq məqsədilə icazə verilir, digər hallarda onların arasında razılaşma tələb olunur.

Maddə 1417. Vəsiyyətnamənin icrası ilə bağlı xərclərin ödənilməsi

1. Vəsiyyətnamənin icraçısı öz vəzifəsini təmənnasız yerinə yetirir, ancaq vəsiyyətnamədə nəzərdə tutulduğu halda əmək haqqı da ala bilər.

2. Vəsiyyətnamənin icraçısı mirası qorumaq və idarə etmək üçün çəkdiyi zəruri xərcləri mirasdan ödətmək hüququna malikdir.

3. 1427-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, vərəsə olmayan vəsiyyətnamə icraçısı başqa xərcləri mirasdan xərcləmək hüququna malik deyil.

Maddə 1418. İcraçının hesabatı

Vəsiyyətnamə icra edildikdən sonra vəsiyyətnamənin icraçısı vərəsələrin tələbi ilə onlara yerinə yetirilmiş fəaliyyət haqqında hesabat təqdim etməyə borcludur. Bütün vərəsələr mirası alana qədər vəsiyyətnamənin icraçısı öz funksiyalarını yerinə yetirir.

Maddə 1419. Vəsiyyətnamənin icraçısının kənarlaşdırılması

Vəsiyyətnamənin icraçısı öz vəzifəsini yerinə yetirmədikdə, maraqlanan şəxs vəsiyyətnamənin icraçısının vəzifəsindən kənarlaşdırılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Maddə 1420. Vəsiyyətnamənin icraçısının məsuliyyəti

Əgər vəsiyyətnamənin icraçısı qəsdən və ya kobud ehtiyatsızlıqla vəsiyyətnamə ilə tapşırılmış vəzifələri yerinə yetirməkdən yayınarsa və bununla da vərəsələrə ziyan vurarsa, bu zərərə görə o, məsuliyyət daşımalıdır.

Onuncu fəsil

Mirası qəbul etmək və onu qəbul etməkdən imtina etmək

Maddə 1421. Mirası qəbul etmək

1. Mirası vərəsə qəbul edir (alır), o istər qanunla, istərsə də vəsiyyətnamə üzrə vərəsə olsun.

2. Vərəsə mirasın qəbulu haqqında ərizə ilə notariat orqanına müraciət etdikdə və ya faktiki olaraq mirasa sahiblik etməyə və ya onu idarə etməyə başladıqda, miras qəbul edilmiş sayılır ki, bu da onun mirası qəbul etməsini şübhəsiz sübut edir.

3. Əgər vərəsə faktiki olaraq mirasın bir hissəsinə sahiblik etməyə başlamışsa, o mirası tamamilə qəbul etmiş sayılır, nədə ki o, ifadə edilməlidir və harada ki olmalıdır.

4. Əgər vərəsələrdən biri digər vərəsənin xeyrinə mirasdan payını almaqdan imtina edərsə, belə hərəkət mirasın qəbulu sayılacaq.

Gürcüstanın 4 dekabr 2009-cu il tarixli qanunu №2284 - SSM I, №45, 21.12.2009-cu il., maddə.329

Maddə 1422. Fəaliyyət qabiliyyəti olmayan, məhdud qabiliyyətli və dəstək alan şəxs tərəfindən mirasın qəbulu

1. Fəaliyyət qabiliyyəti olmayan və məhdud qabiliyyətli şəxslər öz qanuni nümayəndələri vasitəsilə mirası alırlar.

2. Dəstək alan şəxs mirası dəstəkçinin köməyi ilə alır - əgər ona dəstək əmlak hüquqlarının həyata keçirilməsi üçün məhkəmənin qərarı ilə tətbiq edilibsə.

Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.

Maddə 1423. Nümayəndə vasitəsilə mirasın qəbulu

Vərəsə mirası şəxsən və ya nümayəndəsi vasitəsilə ala (qəbul edə) bilər.

Maddə 1424. Mirası qəbul etmək müddəti

Miras - mirasın açıldığı gündən altı ay ərzində qəbul edilməlidir.

Maddə 1425. Mirası qəbul etmək üçün xüsusi müddət

Əgər mirası almaq hüququ digər vərəsələrin mirası almaması halında yaranırsa, miras mirasın qəbulu üçün müəyyən edilmiş müddətin qalan vaxtı ərzində qəbul edilməlidir, bu vaxt üç aydan az olduqda isə, – üç aya qədər davam etdirilməlidir.

Maddə 1426. Mirasın qəbulu müddətinin uzadılması

1. Müddəti ötmə (gecikdirilmə) səbəbləri üzrlü hesab edildikdə, məhkəmə mirasın qəbulu üçün müəyyən edilmiş müddəti uzada bilər. Müddət keçdikdən sonra mirası alan bütün vərəsələr razılaşarsa, məhkəməyə müraciət etmədən də miras qəbul edilə bilər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş halda mirasın qəbulu müddətini buraxmış vərəsəyə onun payı (qisməti) əmlakdan, hansını ki digər vərəsələr qəbul ediblər və ya dövlətin mülkiyyətinə keçib, nə qorunub-saxlanılırsa o, natura şəklində veriləcək; onun payı olan əmlakın qalan hissəsinin dəyəri də ona veriləcək.

Gürcüstanın 9 dekabr 2005-ci il tarixli qanunu №2239 - SSM I, №54, 20.12.2005-ci il. maddə.360

Maddə 1427. Miras üzərində sərəncam vermənin yolverilməzliyi

Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya mirası idarə etməyə başlayan vərəsə mirasın açıldığı gündən altı ay keçənə qədər və ya miras (vərəsəlik) şəhadətnaməsini alana qədər miras üzərində sərəncam vermək hüququna malik deyil - varisin xəstəliyi zamanı ona qulluq və müalicə, dəfni, varisin himayəsində olan şəxslərin saxlanması, maaşın ödənilməsi (qaytarılması) və mirasın qorunması və idarə edilməsi ilə bağlı xərclər istisna olmaqla.

Maddə 1428. İddia ərizəsini qaldırmazdan əvvəl əldə edilmiş gəlir (qazanc) üzərindəki hüquq

Əgər vəsiyyətnamənin mövcudluğundan xəbəri olmayan qanunla vərəsə mirasa sahiblik etməyə başlamış, vəsiyyətnamə üzrə vərəsə isə vəsiyyətnamənin batil olmasından xəbərsizdirsə və yaxud qanunla və ya vəsiyyətnamə üzrə vərəsələr başqa daha yaxın qanunla vərəsələrin və ya digər vəsiyyətnamələrin mövcudluğundan xəbərsiz olduqda, iddia ərizəsini qaldırmazdan əvvəl mirasdan aldıqları gəlir (qazanc) onlara qalacaq; onlar həmçinin mirasa yatırdıqları bütün kapitalı (investisiya) tələb etmək hüququna malikdirlər.

Maddə 1429. Mirasın ayrı-ayrı əşyalarının satışının nəticələri

Mirasa daxil olan əşyalar dava (mübahisə) açılmamışdan əvvəl satılırsa, o zaman alqı-satqı həqiqi sayılacaq və qüvvədə qalacaq, əşyaların satışından əldə edilən məbləğ isə əsl (həqiqi) vərəsəyə veriləcək.

Maddə 1430. İrsi ötürülmə (transmissiya)

Əgər vərəsə miras açıldıqdan sonra, lakin mirası almamışdan əvvəl vəfat etmişsə, o zaman mirasdan onun payını almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Vəfat etmiş vərəsənin vərəsələri mirası - mirası qəbul etmək müddətinə qədər qalan dövr ərzində almalıdırlar. Əgər bu vaxt üç aydan azdırsa, üç aya qədər uzadılmalıdır.

Maddə 1431. İrsi ötürülmə yolu ilə mirasın qəbul edilməməsinin nəticələri

1. Mirasın irsi ötürülmə yolu ilə qəbul edilməməsi vərəsəni bilavasitə vəfat etmiş vərəsəyə məxsus olan mirası qəbul etmək imkanından məhrum etmir.

2. İrsi ötürülmə yolu ilə əmlakı qəbul etməkdən imtina edildikdə, əmlak vəfat etmiş vərəsələrlə birlikdə mirası almağa dəvət olunmuş şəxslərə keçir.

Maddə 1432. Mirasın təsviri

Vərəsə mirasın təsvirini tələb etmək hüququna malikdir, bunun üçün iki ay müddət verilir, hansı ki mirasın qəbulu üçün müəyyən edilmiş ümumi müddətə daxildir.

Maddə 1433. Miras üzərində mülkiyyətin yaranması

Qəbul edilən miras mirasın (vərəsəliyin) açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Maddə 1434. Mirası qəbul etməkdən imtina müddəti

Vərəsə mirası almaq üçün özünün dəvət olunduğunu öyrəndiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası almaqdan imtina edə bilər. Üzrlü səbəb mövcud olduqda, bu müddəti məhkəmə uzada bilər, lakin iki aydan çox olmamaqla. Mirası almaqdan imtina notariat orqanında imzalanmalıdır.

Maddə 1435. Mirasın qismən qəbul edilməsinin yolverilməzliyi

1. Mirasın qismən, hər hansı qeyd-şərtlə və ya müddətlə qəbul edilməsinə və ya ondan imtina edilməsinə yol verilmir.

2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt irəli sürərsə, o, mirasdan imtina etmiş sayılır.

Maddə 1436. Vərəsənin kənd təsərrüfatı torpağını qəbul etməkdən imtinası

Kənd təsərrüfatı ilə məşğul olmayan vərəsə kənd təsərrüfatı təyinatlı torpağı, avadanlığı, əmək alətlərini və mal-qaranı qəbul etməkdən imtina edə bilər, lakin bu, mirasın qəbulundan ümumi imtina kimi sayılmayacaq.

Maddə 1437. Mirasdan bir neçə pay almaq

Əgər vərəsəyə mirasdan bir neçə pay müxtəlif əsaslarla məxsusdursa, o, bir payı qəbul edib digərindən imtina edə bilər və ya hamısından imtina edə bilər.

Maddə 1438. Mirasın bir hissəsindən imtina etmək

Vərəsə, mirasın qalan hissəsindən asılı olmayaraq, mirasın ona əlavə etmə hüququ ilə məxsus olan hissəsindən imtina etmək hüququna malikdir.

Maddə 1439. Başqa şəxslərin xeyrinə imtina

Vərəsə qanunla və ya vəsiyyətnamə üzrə vərəsələr arasından (sayından) başqa şəxslərin xeyrinə mirası almaqdan imtina edə bilər. Ləyaqətsiz vərəsələr kimi tanınan və ya vəsiyyətnamədə birbaşa göstərilməklə vərəsəlik hüququndan məhrum edilmiş şəxslərin xeyrinə mirası almaqdan imtina etməyə yol verilmir. Bu cür imtinadan başqa vərəsələr məhkəməyə şikayət edə bilərlər.

Maddə 1440. Mirasdan imtina zamanı payın əlavə edilməsi

Vərəsə mirası qəbul etməkdən imtina edərsə, lakin kimin xeyrinə imtina etdiyini bəyan etməzsə, o zaman onun payı vərəsə kimi adları çəkilən qanunla vərəsələrin payına əlavə olunacaq, əgər bütün miras vəsiyyətnamə ilə bölüşdürülübsə, o zaman – vəsiyyətnamə üzrə vərəsələrin payına əlavə olunacaq və onların arasında paylarına mütənasib olaraq bölünəcək, əgər vəsiyyətnamədə başqa hal nəzərdə tutulmayıbsa.

Maddə 1441. Yeganə vərəsənin mirasdan imtina etməsi

Əgər mirası qəbul etməkdən imtina edən vərəsə bu sıranın vərəsələri arasında təkdirsə (yeganədirsə), miras sonrakı sıranın vərəsələrinə keçəcək.

Maddə 1442. Bir neçə vərəsənin xeyrinə imtina

Əgər vərəsə bir neçə vərəsənin xeyrinə mirası qəbul etməkdən imtina edərsə, o, hər birinin payını göstərə bilər. Belə bir göstəriş mövcud olmadıqda, onun payı xeyrinə (lehinə) mirası qəbul etməkdən imtina edilmiş vərəsələr arasında bərabər şəkildə bölünəcək.

Maddə1443. Mirasdan nəvənin xeyrinə imtina

Mirasdan nəvənin xeyrinə imtinaya yol verilir - əgər mirasın açıldığı gün onun varisin vərəsəsi olmalı olan valideyni artıq həyatda deyilsə və ya əgər nəvə vəsiyyətnamə üzrə vərəsədirsə.

Maddə 1444. Dövlətin mirası qəbul etməkdən imtinasının yolverilməzliyi

Dövlətin ona keçmiş mirası qəbul etməkdən imtina etmək hüququ yoxdur.

Gürcüstanın 9 dekabr 2005-ci il tarixli qanunu №2239 - SSM I, №54, 20.12.2005-ci il. maddə.360

Maddə 1445. Ərizə notariat orqanına verildikdən sonra imtinanın yolverilməzliyi

Vərəsə mirası və ya vərəsəlik şəhadətnaməsini almaq haqqında ərizəni notariat orqanına verdikdən sonra mirası qəbul etməkdən imtina etməyə yol verilmir.

Gürcüstanın 4 dekabr 2009-cu il tarixli qanunu №2284 - SSM I, №45, 21.12.2009-cu il., maddə.329

Maddə 1446. Mirasdan imtinanın geri dönməzliyi

1. Vərəsənin mirası qəbul etməkdən imtina etməsi barədə ərizəsi (bəyanatı) geri dönməzdir (geri alınmazdır).

2. Vərəsə fəaliyyət qabiliyyəti olmayan, məhdud qabiliyyətli və ya dəstək alan şəxsdirsə, mirası qəbul etməkdən imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 – veb-səhifə, 31.03.2015-ci il.

Maddə 1447. Mirasa faktiki sahiblik zamanı imtina etmək

Mirasa faktiki sahiblik etməyə və ya onu idarə etməyə başlamış vərəsə mirası qəbul etmək üçün müəyyən edilmiş vaxt ərzində mirası qəbul etməkdən imtina edə bilər, bu barədə notariat orqanına ərizə ilə müraciət etməlidir.

Maddə 1448. İmtina etmək hüququnun vərəsəlik yolu ilə ötürülməsi

1. Mirasdan imtina etmək hüququ vərəsəlik yolu ilə ötürülür.

2. Vərəsə mirası qəbul etməkdən imtina etmək üçün müəyyən edilmiş müddət qurtarana qədər vəfat etdikdə, vərəsədən sonra qalan vaxt qurtarana qədər bu müddət başa çatmayacaq (bitməyəcək).

3. Vəfat etmiş vərəsənin bir neçə vərəsəsindən hər biri yalnız özünün miras payından imtina edə bilər.

Maddə 1449. Mirasdan nümayəndə vasitəsilə imtina etmək

Tapşırıqda (etibarnamədə) imtina etmək barədə səlahiyyət xüsusi olaraq nəzərdə tutulduqda, mirasdan nümayəndə vasitəsilə əmlakdan imtina etmək mümkündür.

Maddə 1450. Mirasın qəbul edilməsinə etiraz müddəti

Mirasın qəbul edilməsi və ya ondan imtina maraqlanan şəxsin bunun üçün müvafiq əsasın mövcud olduğunu bildiyi gündən iki ay ərzində mübahisə edilə bilər.

Maddə 1451. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verdiyi vaxt

Mirasın qəbulunun və ya ondan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verəcək.

On birinci fəsil

Mirasın bölünməsi

Maddə 1452. Anlayışı (konsepsiyası)

Miras - mirası qəbul edən vərəsələrin razılaşması ilə, qanunla və ya vəsiyyətnamə ilə onların hər birinə məxsus paya uyğun olaraq bölünür.

Maddə 1453. Vəsiyyət edən tərəfindən mirasın bölünmə qaydasının müəyyən edilməsi

Vəsiyyət edən mirasın bölünmə qaydasını vəsiyyətnamədə müəyyən edə bilər, xüsusən də o, miras bölgüsünü üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı açıq-aydın ədalətsizdirsə, vərəsələr üçün məcburi deyil. Belə halda bölgü məhkəmənin qərarı ilə həyata keçiriləcək.

Maddə 1454. Mirasdan payın natura şəklində ayrılması

Hər bir vərəsə öz payının həm daşınar, həm də daşınmaz əmlakdan natura şəklində ayrılmasını tələb edə bilər, əgər belə ayırma mümkün olarsa və ya qanunla qadağan olunmursa.

Maddə 1455. Hədiyyəni vərəsənin payına saymaq

Mirasın bölünməsi zamanı hər bir vərəsənin payına o əmlakın dəyəri daxil edilir (sayılır), hansını ki o, mirasın açılışına qədər beş il ərzində varisdən hədiyyə olaraq qəbul edib.

(Qüvvədən düşmüş elan edildi 1455-ci maddənin o normativ məzmunu, hansı ki əmlakın hədiyyə edilməsi zamanı, hədiyyə verilmiş əmlakın dəyərinin miras payına daxil edilməsinə dair varisin açıq şəkildə ifadə edilmiş iradəsi olmadan vərəsəyə hədiyyə olaraq verilmiş əmlakın dəyərinin bu vərəsənin miras payına daxil edilməsini nəzərdə tutur) - Gürcüstanın Konstitusiya Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli Qərarı №2/3/1337 – veb-səhifə, 30.12.2020-ci il.

Gürcüstanın Konstitusiya Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli Qərarı №2/3/1337 – veb-səhifə, 30.12.2020-ci il.

Maddə 1456. Ortaq vərəsələrin razılaşması ilə mirasın satılması

Ortaq vərəsələrin razılaşması ilə bütün mirası satmağa və pulu vərəsələr arasında onların payına uyğun olaraq bölüşdürməyə icazə verilir.

Maddə 1457. Mirasın ortaq vərəsələrdən birinə keçməsi

Ortaq vərəsələrin razılaşması ilə bütün miras ortaq vərəsələrdən birinə keçə bilər, hansı ki öz növbəsində, digər ortaq vərəsələrə müvafiq kompensasiya verməyə borcludur.

Maddə 1458. Mirasın bölünməsinin dayandırılması

Ortaq vərəsələr müəyyən müddət ərzində əmlakın bölünməsini dayandırmaq barədə razılığa gələ bilərlər.

Maddə 1459. Bölünməmiş əmlaka pay mülkiyyəti

Əgər mirası qəbul edən bütün vərəsələrin razılaşmasında başqa hal müəyyən edilməmişdirsə, bölünməsi onun təsərrüfat təyinatının məhvinə (pozulmasına) və ya zəifləməsinə gətirib çıxara bilən əmlak bölünməyə tabe deyil və paylarına uyğun olaraq vərəsələrin ümumi mülkiyyətinə çevrilir.

Maddə 1460. Kənd təsərrüfatı torpağının vərəsələr arasında bölünməsi

1. Mülkiyyətçi üzərində ailə təsərrüfatının qurulduğu kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bir neçə vərəsəyə vəsiyyət edibsə (vəsiyyətnamə ilə) və ya vəsiyyətnamə qoyulmamışdısa və bir neçə qanunla vərəsə varsa, o zaman kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və onun üzərində qurulmuş ailə təsərrüfatı vərəsələr arasında bölünə bilər - əgər belə bölgü nəticəsində hər bir vərəsəyə ayrılan (aid edilən) torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin edirsə.

2. Bölməyə yalnız o halda icazə verilir - əgər vərəsələr təsərrüfatı özləri idarə etmək niyyətindədirlərsə. Əgər heç bir vərəsə təsərrüfatı idarə etmək istəməzsə, o zaman onların razılaşmasına əsasən, torpaq və onun üzərində qurulan təsərrüfat satıla bilər və vərəsələr öz paylarını pul şəklində alacaqlar.

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 – veb-səhifə, 02.07.2019-cu il.

Maddə 1461. Kənd təsərrüfatı təyinatlı torpağın bölünməsinin yolverilməzliyi

Kənd təsərrüfatı təyinatlı torpağı bölmək mümkün olmadıqda, torpaq varislə birlikdə yaşayan və ailə təsərrüfatı ilə məşğul olan vərəsəyə aid edilməlidir (verilməlidir). Əgər belə vərəsə yoxdursa, o zaman torpaq qabiliyyəti olan və təsərrüfatı idarə etmək istəyənə aid edilməlidir (verilməlidir).

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 - veb-səhifə, 02.07.2019-cu il.

Maddə 1462. Pay təzminatı (kompensasiyası)

Torpaq sahəsini ala bilməyən vərəsə digər əmlakdan müvafiq pay alacaq, əgər digər əmlak yetərli olmayacaqsa, o zaman – müəyyən edilmiş qaydaya uyğun olaraq müvafiq kompensasiya alacaq.

Maddə 1463. (çıxarılıb)

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 - veb-səhifə, 02.07.2019-cu il.

Maddə 1464. Ailə təsərrüfatına ümumi mülkiyyət

Ortaq vərəsələrin razılaşması ilə torpaq və onun üzərində qurulmuş ailə təsərrüfatı onların ümumi mülkiyyətində qala bilər.

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 - veb-səhifə, 02.07.2019-cu il.

Maddə 1465. Mirası bölərkən ana bətnindəki (hamilə qalınmış) vərəsənin hüququ

1. Əgər vərəsəyə hamilə qalınıbsa (ana bətnindədirsə), o zaman miras yalnız bu vərəsənin doğulmasından sonra bölünə bilər.

2. Əgər ana bətnindəki vərəsə diri doğulubsa, o zaman digər vərəsələr yalnız ona aid olan payı ayırmaqla mirası bölmək hüququna malikdirlər. Yenidoğulmuşun maraqlarını qorumaq üçün onun nümayəndələri bölgüdə iştirak etmək üçün dəvət edilməlidirlər.

Maddə 1466. Borc tələblərinin vərəsələrdən birinə həvalə edilməsi

Ortaq vərəsələrin razılaşmasına əsasən, vərəsələrdən birinə mirasdan müvafiq olaraq artırılmış payın verilməsi müqabilində borc tələblərinin tamamilə ona həvalə edilməsinə icazə verilir.

Maddə 1467. Payın alınmasını təmin etmək öhdəliyi

Hər bir ortaq vərəsə digər ortaq vərəsələrin də müvafiq payı almasını təmin etməyə borcludur. Ortaq vərəsə mirasın bölünməsi nəticəsində tələb hüququnu əldə etdikdə, digər ortaq vərəsələr bölüşdürülmə anında özlərinin miras payına uyğun olaraq borclunun ödəmə qabiliyyətinə töhfə verməyə (kömək etməyə) borcludurlar, əgər belə bir öhdəliyin yerinə yetirilməsi müddəti gəlib çatmayıbsa, o zaman – öhdəliyin yerinə yetirilməsi anında.

Maddə 1468. Payın mütənasib şəkildə azaldılması

Vəsiyyətnamə ilə müəyyən edilmiş payların cəminin bütün mirasdan artıq olduğu ortaya çıxarsa (aşkar olunarsa), o zaman hər bir vərəsənin payı mütənasib şəkildə azaldılacaq.

Maddə 1469. Əmlakın bölünməsi zamanı mübahisəyə (davaya) baxılması

Ortaq vərəsələr arasında mirasın bölünməsi ilə bağlı fikir ayrılığı yarandıqda, mübahisəyə məhkəmə baxır, hansı ki əmlakı bölərkən: bölünəcək əmlakın xarakterini, hər bir ortaq vərəsənin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

Maddə 1470. Pay üzərində sərəncam vermək hüququ

1. Hər bir ortaq vərəsə özünün mirasdakı payı üzərində sərəncam verə bilər. Ortaq vərəsələrdən birinin öz payı üzərində sərəncam verməsi haqqında müqavilə notarius tərəfindən təsdiq edilməlidir.

2. Ortaq vərəsə öz payından ayrı-ayrı əşyalar üzərində sərəncam verə bilməz.

3. (çıxarılıb - 11.05.2007, №4744).

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 1471. (çıxarılıb)

Gürcüstanın 11 may 2007-ci il tarixli qanunu №4744 - SSM I, №18, 22.05.2007-ci il., maddə.158

Maddə 1472. Pay özgəninkiləşdirildikdə kreditorların qane (təmin) edilməsi

Pay özgəninkiləşdirildikdə varisin kreditorlarının tələbini təmin etmək öhdəliyi alıcıya keçir, satın alınan payın miqdarına uyğun olaraq.

Maddə 1473. Payın bərabərləşdirilməsi

Mirası almağa dəvət olunacaq vərəsələr, payları bərabərləşdirmək üçün, bölgüdən əvvəl, varisdən onun sağlığında valideynlərinin əmlakından ayrılma şəklində aldıqları hər şeyi mirasa daxil etməyə (saymağa) borcludurlar - əgər varis başqa cür müəyyən etməmişdirsə.

Maddə 1474. Nəslin (törəmənin) əskilməsinin nəticələri

Əgər miras açılana qədər və ya açıldıqdan sonra, vərəsə kimi payı bərabərləşdirməyə borclu olan nəsil (törəmə) əskilibsə (qalmayıbsa), o zaman payı bərabərləşdirmək öhdəliyi onun payını almalı olan vərəsənin üzərinə düşəcək.

Maddə 1475. Bərabərləşdirmə zamanı xüsusi töhfənin nəzərə alınması

Ailə təsərrüfatında işləməklə, varisin peşə və kommersiya fəaliyyətində iştirak etməklə, öz növbəsində əhəmiyyətli xərcləri ödəməklə və ya başqa yolla varisin əmlakının qorunub-saxlanmasına və artırılmasına xüsusi töhfə vermiş nəsil (enən xətt üzrə qohum) – miras bölünərkən onunla birlikdə qanunla vərəsələr sayılan və mirası tələb edən qohumları ilə bərabərləşdirilməsini tələb etmək hüququna malikdir.

Maddə 1476. Bərabərləşdirmə tələbinin yolverilməzliyi

Əgər qohum xidmətə görə əmək haqqı alırdısa və ya əmək haqqı əvvəlcədən razılaşdırılmışdısa və yaxud əgər qohum başqa hüquqi əsasla göstərdiyi xidmətə əsasən hər hansı iddia (tələb) irəli sürə bilərsə, bərabərləşdirmə tələb oluna bilməz.

Maddə 1477. Ədalətli bölüşdürülmə tələbi

1. Göstərilən xidmətə və mirasın həcminə görə bərabərləşdirmə ədalətli şəkildə aparılmalıdır.

2. Miras bölünərkən bərabərləşdirmə məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirməni tələb etmək hüququna malik olan ortaq vərəsənin payına əlavə edilir.

Maddə 1478. Vərəsənin yerini (olduğu yeri) müəyyənləşdirmək vəzifəsi

Vərəsələr arasında yeri (harada olduğu) məlum olmayan şəxslər varsa, qalan vərəsələr onların yerinin müəyyən edilməsi üçün ağlabatan tədbirlər görməyə və vərəsələri mirası qəbul etmək üçün dəvət etməyə borcludurlar.

Maddə 1479. Vərəsənin gəlməməsinin nəticələri

1. Mirası qəbul etmək üçün dəvət olunmuş, yerində olmayan, lakin yeri müəyyən edilmiş vərəsə üç ay ərzində mirasdan imtina etmədikdə, digər vərəsələr ona mirası bölmək niyyətlərini bildirməyə borcludurlar.

2. Əgər belə vərəsə bildirişdən sonra üç ay ərzində, qalan vərəsələrə əmlakın bölünməsi haqqında razılaşmada iştirak etmək istəyi barədə məlumat vermədikdə, qalan vərəsələr qarşılıqlı razılaşma əsasında əmlakı bölmək və yerində olmayan vərəsənin payını ayırmaq hüququna malikdirlər.

3. Əgər miras açıldığı gündən altı ay ərzində yerində olmayan vərəsənin yerini müəyyən etmək mümkün olmadısa və onun mirası qəbul etməkdən imtina etməsi barədə hər hansı məlumat da yoxdursa, qalan vərəsələr əmlakı bu maddənin ikinci hissəsində müəyyən edilmiş qaydada bölüşdürə bilərlər.

Maddə 1480. Üstün vərəsəlik hüququ

Varislə birlikdə əmlak üzərində ümumi mülkiyyət hüququna malik olan vərəsələr ümumi mülkiyyətə daxil olan əmlaka üstün vərəsəlik hüququna malikdirlər.

Maddə 1481. Yaşayış evini almaq üçün üstünlük hüququ

Əmlak bölünərkən miras açılana qədər varislə birlikdə ən azı bir il ərzində yaşamış vərəsə mirasdan yaşayış evi, mənzil və ya digər yaşayış sahəsi, habelə məişət əşyalarını almaqda üstünlük hüququna malikdir.

Maddə 1482. Vərəsələrin əmlak marağının nəzərə alınması

Üstünlük hüququ həyata keçirilərkən mirasın bölünməsində iştirak edən digər vərəsələrin əmlak maraqları nəzərə alınmalıdır. Əgər əmlak onlara aid olan payın qəbulu üçün yetərli deyilsə (kifayət etmirsə), o zaman üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak təzminatı verməlidirlər.

Maddə 1483. Təzminatın hissə-hissə ödənilməsi

Üstünlük hüququnu həyata keçirən vərəsələrin tələbi ilə məhkəmə təzminatın ödənilməsini, onun həcmini nəzərə alaraq, lakin on ildən çox olmayan müddətə, təxirə salmaq hüququna malikdir.

On ikinci fəsil

Kreditorların vərəsələr tərəfindən qane (təmin) edilməsi

Maddə 1484. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti

1. Vərəsələr varisin kreditorlarının maraqlarını tam təmin etməyə borcludurlar, lakin onların hər birinin alınmış aktivdəki payına mütənasib olaraq.

2. Əgər vərəsələrə keçən borclarla varis həmrəy (müştərək) borclu idisə, o zaman vərəsələr həmrəy (müştərək) məsuliyyət daşıyırlar.

3. Məcburi payı alan vərəsələr də varisin borclarına görə məsuliyyət daşıyırlar.

Maddə 1485. Sübut etmə yükü

Vərəsə - varisin borclarının mirasdan artıq olduğunu sübut etməlidir, o hal istisna olmaqla – nə vaxt ki, miras notarius tərəfindən təsvir edilmişdir.

Maddə 1486. Vərəsənin üzərinə borcu ödəmək öhdəliyinin qoyulması

Vəsiyyət edən borcun hamısını və ya bir hissəsini ödəmək öhdəliyini bir və ya bir neçə vərəsənin üzərinə qoya bilər.

Maddə 1487. Mirasın açılması haqqında kreditorlara məlumat vermək öhdəliyi

Vərəsələr mərhumun borclarından xəbərdar olduqları halda, varisin kreditorlarına mirasın açılması haqqında məlumat (xəbər) verməyə borcludurlar.

Maddə 1488. Kreditorların tələblərinin təqdim edilməsi müddəti

1. Varisin kreditorları, mirasın açıldığı barədə xəbər tutduqları gündən altı ay ərzində, tələbin müddətinin gəlib çatmasından asılı olmayaraq, mirası almış vərəsələrə tələbi təqdim etməlidirlər.

2. Əgər vərəsələrin kreditorları mirasın açılmasından xəbərsizdirlərsə, o zaman onlar tələbin müddəti gəlib çatdıqdan sonra bir il ərzində tələbi vərəsələrə təqdim etməlidirlər.

3. Bu qaydalara riayət etməmək kreditorların tələb hüququnun itirilməsi ilə nəticələnəcək.

Maddə 1489. Ümumi iddia müddətinin tətbiqi

1. Kreditorlar tərəfindən tələbin irəli sürülməsi müddəti varisin son xəstəliyi zamanı qulluq və müalicəsi, maaşın ödənilməsi (qaytarılması), dəfni, mirasın qorunması və idarə olunması üçün çəkilən xərclərə dair tələblərə şamil olunmur, həmçinin əmlak üzərində mülkiyyət hüququnun tanınması və onlara aid olan əmlakın tələb edilməsi ilə bağlı – üçüncü şəxslərin tələblərinə də şamil olunmur.

2. Bu maddənin birinci hissəsində qeyd olunan tələblərə (iddialara) ümumi iddia müddətləri tətbiq edilir.

Maddə 1490. İcra müddətinin təxirə salınması

Əgər tələb kreditorun tələbi yerinə yetirməli olduğu müddətdən əvvəl təqdim edilmişdisə, o zaman vərəsə icranı müddət gəlib çatana qədər təxirə salmaq hüququna malikdir. Müddət gəlib çatdıqdan sonra kreditor icranı iddia ərizəsi üzrə ümumi iddia müddəti ərzində tələb etmək hüququna malikdir.

Maddə 1491. Varisin kreditorlarının üstünlüyü

Tələblər təmin edilərkən varisin kreditorları vərəsənin kreditorlarından üstündürlər.

Maddə 1492. Dövlətin kreditorlar qarşısında məsuliyyəti

Vərəsəsi olmayan əmlak dövlətə keçərkən dövlət varisin borclarına görə vərəsəsi olmayan əmlakın müvafiq hissəsi ilə, vərəsə kimi, məsuliyyət daşıyır.

Gürcüstanın 9 dekabr 2005-ci il tarixli qanunu №2239 - SSM I, №54, 20.12.2005-ci il. maddə.360

Maddə 1493. Kreditor tərəfindən mirasın alınmasının nəticələri

Əgər varis əmlakı öz kreditoruna vəsiyyət etmişsə, bu - kreditorun tələb hüququnun tutulması (əvəzləşdirilməsi) kimi qiymətləndirilə (sayıla) bilməz.

Maddə 1494. Kreditorların qane (təmin) edilməsi qaydası

Kreditorların tələbləri, əgər onların arasındakı razılaşma ilə başqa hal müəyyən edilməyibsə, vərəsələr tərəfindən birdəfəlik ödəmə yolu ilə təmin edilməlidir.

On üçüncü fəsil

Mirasın qorunması

Maddə 1495. Anlayışı (konsepsiyası)

Yerində olmayan vərəsələrin, vəsiyyət öhdəliyini qəbul edənlərin və ictimai maraqların qorunması üçün notarius maraqlanan şəxslərin, vəsiyyətnamə icraçısının və ya öz təşəbbüsü ilə mirasın qorunması üçün zəruri tədbirlər görür, hansı ki bütün vərəsələr mirası alana qədər və ya mirasın qəbulu üçün müəyyən edilmiş müddət keçənə qədər davam edəcək.

Gürcüstanın 4 dekabr 2009-cu il tarixli qanunu №2284 - SSM I, №45, 21.12.2009-cu il., maddə.329

Maddə 1496. Notariat orqanı tərəfindən əmlakın qorunması vəzifəsi

Əgər miras və ya onun bir hissəsi mirasın açıldığı yerdə deyilsə (yoxdursa), notariat orqanı əmlakın yerləşdiyi yerin notariat orqanına bu əmlakın qorunması üçün tədbirlər görməyi tapşırır.

Maddə 1497. Əmlakın təsviri

Əmlakı qorumaq üçün notariat orqanı mirası təsvir edir və onu saxlanmaq üçün vərəsəyə və ya başqa şəxsə verir, eyni zamanda, mirasın açıldığı yerdə olmayan vərəsələrin tapılması üçün tədbirlər görür.

Maddə 1498. Miras idarəçisinin təyin edilməsi

Əgər miras idarə tələb edirsə, həmçinin, varisin kreditorları tərəfindən iddia ərizəsi təqdim edilibsə, notariat orqanı mirasın idarəçisini təyin edir. Vərəsələrdən hətta təkcə biri mirası qəbul etdikdə və ya vəsiyyətnamə icraçısı təyin edildikdə, idarəçi təyin edilməyəcək.

On dördüncü fəsil

Vərəsəlik şəhadətnaməsi

Maddə 1499. Anlayışı (konsepsiyası)

1. Vərəsə kimi dəvət olunmuş şəxslər notariat orqanından vərəsəlik şəhadətnaməsini tələb edə bilərlər.

2. Qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

Gürcüstanın 4 dekabr 2009-cu il tarixli qanunu №2284 - SSM I, №45, 21.12.2009-cu il., maddə.329

Maddə 1500. Vərəsəlik şəhadətnaməsinin verilmə müddəti

Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Vərəsəlik şəhadətnaməsi altı aydan əvvəl verilir o hallarda - əgər şəhadətnaməni tələb edən şəxslərdən başqa vərəsələrin olmadığı (yoxluğu) haqqında məlumat (arayış) notariat orqanında varsa.

Maddə 1501. Vərəsəlik şəhadətnaməsinə daxil etməyə razılıq

Qanunla müəyyən edilmiş müddətdə mirası almamış vərəsələr vərəsəlik şəhadətnaməsinə mirası almış bütün vərəsələrin razılığı ilə daxil edilə bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilməzdən əvvəl yazılı şəkildə bəyan edilməlidir.

Maddə 1502. Vərəsəlik şəhadətnaməsinin vərəsənin vərəsələrinə verilməsi

Əgər mirası qəbul etmək üçün dəvət olunmuş vərəsə miras açıldıqdan sonra vəfat edibsə, lakin onu müəyyən edilmiş müddətdə qəbul etməyi çatdıra bilməyibsə, o zaman onun vərəsələri ilkin varis öldükdən sonra qalan əmlaka vərəsəlik şəhadətnaməsini ala bilərlər.

Maddə 1503. Ortaq vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi

Vərəsəlik şəhadətnaməsi həm bütün mirasa, həm də onun bir hissəsinə verilə bilər. Şəhadətnamə bütün vərəsələrə birlikdə və ya onların istəyinə uyğun olaraq hər birinə ayrı-ayrılıqda veriləcək. Bir vərəsəyə mirasın bir hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsinə şəhadətnamə almaq hüququndan məhrum etmir.

Mülki Məcəllənin keçid və yekun müddəaları

Maddə 1504. Gürcüstanın Mülki Məcəlləsinin qüvvəyə minməsi

Gürcüstanın Mülki Məcəlləsi 25 noyabr 1997-ci il tarixindən qüvvəyə minsin.

Maddə 1505. Qüvvədən düşmüş qanunların siyahısı

1997-ci il noyabrın 25-dən qüvvədən düşmüş sayılsın:

1. "Gürcüstan SSR Mülki Hüquq Məcəlləsinin təsdiq edilməsi haqqında" 26 dekabr 1964-cü il tarixli Gürcüstan SSR Qanunu (Gürcüstan SSR Ali Sovetinin xəbərləri, 1964-cü il., №36, maddə. 662);

2. “Gürcüstan SSR Nikah və Ailə Məcəlləsinin təsdiq edilməsi haqqında” Gürcüstan SSR-in 18 iyun 1970-ci il tarixli Qanunu (Gürcüstan SSR Ali Sovetinin xəbərləri, 1970-ci il., №6, maddə.96);

3. “Gürcüstan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında” Gürcüstan SSR-in 4 iyun 1983-cü il tarixli Qanunu (Gürcüstan SSR Ali Sovetinin xəbərləri, 1983-cü il., №6, maddə.199);

4. "Mülkiyyət hüququ haqqında" Gürcüstan Respublikasının 15 iyul 1993-cü il tarixli Qanunu (Gürcüstan parlamentinin xəbərləri, 1993-cü il., №9-12, maddə.169);

5. "Mülkiyyət hüququ haqqında" Gürcüstan parlamentinin 15 iyul 1993-cü il tarixli Qərarı Gürcüstan Respublikasının qanunu barədə (Gürcüstan parlamentinin xəbərləri, 1993-cü il., №9-12, maddə.170);

6. "İcarə haqqında" Gürcüstan Respublikasının 24 may 1994-cü il tarixli Qanunu (Gürcüstan parlamentinin xəbərləri, 1994-cü il., №18, maddə.382);

7. "İcarə haqqında" Gürcüstan Respublikasının Qanunu barədə“ Gürcüstan parlamentinin 24 may 1994-cü il tarixli Qərarı (Gürcüstan parlamentinin xəbərləri, 1994-cü il., №18, maddə.383);

8. “Vətəndaşların ictimai birlikləri haqqında” Gürcüstan Respublikasının 19 iyun 1994-cü il tarixli Qanunu (Gürcüstan parlamentinin xəbərləri, 1994-cü il., №19, maddə.401);

9. “Vətəndaşların ictimai birlikləri haqqında” Gürcüstan Respublikasının Qanunu barədə“ Gürcüstan parlamentinin 14 iyun 1994-cü il tarixli Qərarı (Gürcüstan parlamentinin xəbərləri, 1994-cü il., №19, maddə.402);

10. "Girov haqqında" Gürcüstan Respublikasının 30 iyun 1994-cü il tarixli Qanunu (Gürcüstan parlamentinin xəbərləri, 1994-cü il., №19, maddə.423);

11. "Girov haqqında" Gürcüstan Respublikasının Qanunu barədə“ Gürcüstan parlamentinin 30 iyun 1994-cü il tarixli Qərarı (Gürcüstan parlamentinin xəbərləri, 1994-cü il., №19, maddə.424);

12. “Kənd təsərrüfatı təyinatlı torpağın icarəsi haqqında” Gürcüstanın 28 iyun 1996-cı il tarixli Qanunu (Parlamentin xəbərləri, 1996-cı il. №19-20);

13. "Sığorta haqqında" Gürcüstanın 2 may 1997-ci il tarixli Qanununun 32-54-cü maddələri (Parlamentin xəbərləri, Qanunvericilik əlavəsi, 1997-ci il., №21-22);

14. “Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyəti haqqında” Gürcüstanın 22 mart 1996-cı il tarixli Qanununun 7-ci maddəsi (Parlamentin xəbərləri, 1996-cı il. №007).

Maddə 1506. Qanunun tabeliyində olan qüvvədən düşmüş normativ aktlar

1. Gürcüstanın Mülki Məcəlləsinə uyğun olmayan, qanunun tabeliyində olan bütün normativ aktlar qüvvədən düşmüş sayılsın.

2. Mülki Məcəllə qüvvəyə minənə qədər Gürcüstan Prezidenti, Gürcüstan Hökuməti və ya normativ aktlar haqqında Gürcüstan Qanununa uyğun olaraq səlahiyyətli orqanlar tərəfindən verilmiş normativ aktlar qüvvədən düşmüş sayılacaq - əgər onlar Mülki Məcəllə ilə tənzimlənən münasibətləri fərqli şəkildə (başqa cür) tənzimləyirlərsə.

Maddə 1507. Mülki məcəllənin vaxtda (zamanda) qüvvədə olması

1. Mülki Məcəllə yalnız bu məcəllənin qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil edilir.

2. Mülki Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə bu Məcəllənin normaları 1997-ci il noyabrın 25-dən yaranan hüquq və öhdəliklərə tətbiq edilir.

3. Mülki Məcəllənin qüvvəyə minməsi ilə əlaqədar qüvvədən düşmüş normativ aktlar əsasında yaranan münasibətlərə bu normativ aktlar tətbiq edilir, o hallar istisna olmaqla – nə vaxt ki, münasibət iştirakçıları bir-birlərinin arasındakı münasibəti bu məcəllə ilə tənzimləmək istəyirlər və ya əgər Mülki Məcəllə daşınmaz əşyalar haqqında yeni qaydaları nəzərdə tutursa.

4. Mülki Məcəllənin 165-168-ci maddələrində nəzərdə tutulmuş iddia müddəti ilə mülkiyyət əldə etmək (almaq) müddəti 23 iyul 1993-cü il tarixindən – mülkiyyət hüququ haqqında Gürcüstan Respublikasının Qanununun qüvvəyə mindiyi gündən hesablanır.

Maddə 15071. Keçid dövründə qəyyumluq və himayəçiliyi həyata keçirən orqan

1. Bu Məcəllənin 1278-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qəyyumluq və himayəçilik orqanının funksiyalarını 2009-cu il yanvarın 1-dək Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin və/və ya onun sisteminə daxil olan səlahiyyətli qurumun (təşkilatın), habelə onların ərazi orqanlarının əvəzinə Gürcüstanın Təhsil və Elm Nazirliyi həyata keçirir, yerli qəyyumluq və himayəçilik orqanının funksiyalarını isə – Gürcüstanın Təhsil və Elm Nazirliyinin ərazi orqanı – Təhsil Resurs Mərkəzi, habelə Abxaziya və Acarıstan Muxtar Respublikalarının müvafiq təhsil nazirliklərinin ərazi orqanları həyata keçirir.

2. Bu Məcəllənin 1278-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qaydanı 2009-cu il yanvarın 1-dək Gürcüstanın Təhsil və Elm Nazirliyi müəyyənləşdirir. Onun təsdiqi 15 iyun 2008-ci ildən gec olmayaraq Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən təmin edilməlidir.

Gürcüstanın 18 dekabr 2007-ci il tarixli qanunu №5624 - SSM I, №48, 27.12.2007-ci il., maddə.414

Maddə 15072. Tənha valideyn statusunu əldə etmək hüququnun bu Məcəllənin 11911 maddəsi qüvvəyə minənə qədər yaranmış münasibətlərə şamil edilməsi

Bu Məcəllənin 11911 maddəsində nəzərdə tutulmuş tənha valideyn statusunu əldə etmək hüququ 18 aprel 1996-cı ildən 2011-ci il yanvarın 1-dək yaranmış münasibətlərə də şamil edilir, xüsusən də, elə hallara – nə vaxt ki, qeydiyyatsız nikahda olan anadan doğulan uşağın ata soyadı olaraq ana soyadı göstərilirdi, ata adı isə anasının göstərişi ilə yazılırdı.

Gürcüstanın 11 dekabr 2014-cü il tarixli qanunu №2892 – veb-səhifə, 23.12.2014-cü il.

Gürcüstanın 1 aprel 2015-ci il tarixli qanunu №3422 - veb-səhifə, 07.04.2015-ci il.

Maddə 15073. (qüvvədən düşmüşdür)

Gürcüstanın 16 dekabr 2015-ci il tarixli qanunu №4649 – veb-səhifə, 28.12.2015-ci il.

Maddə 1508. (çıxarılıb)

Gürcüstanın 22 iyun 1999-cu il tarixli qanunu №2114 – SSM I, №26(33), 05.07.1999-cu il., maddə.134

Maddə 15081. Fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxsin statusu

1. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxsin qəyyumu 1 aprel 2015-ci il tarixindən etibarən 4 il ərzində qəyyumluğa ehtiyacı olan şəxsin dəstək alan şəxs kimi tanınması və onun fərdi qiymətləndirilməsi üçün məhkəməyə müraciət etməyə borcludur. O vaxta qədər o, öz vəzifələrini fasiləsiz yerinə yetirməyə davam edəcək.

2. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxs stasionar psixiatriya müəssisəsinə yerləşdirilibsə, bu müəssisə qəyyumluğa ehtiyacı olan şəxsin dəstək alan şəxs kimi elan edilməsi və onun fərdi qiymətləndirilməsi üçün 2015-ci il aprelin 1-dən etibarən 2 il ərzində məhkəməyə müraciət etməyə borcludur.

3. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxs ixtisaslaşmış müəssisəyə yerləşdirilibsə, bu müəssisə qəyyumluğa ehtiyacı olan şəxsin dəstək alan şəxs kimi elan edilməsi və onun fərdi qiymətləndirilməsi üçün 2015-ci il aprelin 1-dən etibarən 4 il ərzində məhkəməyə müraciət etməyə borcludur.

Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.

Maddə 15082. 2015-ci il aprelin 1-dək keçid dövründə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxslər və onların qəyyumları ilə bağlı hüquqi tənzimləmə

1. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxs, 2015-ci il aprelin 1-dək qüvvədə olan normaların məzmunu nəzərə alınmaqla, onun fərdi qiymətləndirilməsinə qədər fəaliyyət qabiliyyəti olmayan şəxs kimi sayılsın.

2. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxsin fərdi qiymətləndirilməsinə qədər bu şəxs tərəfindən iradənin təzahürü batildir.

3. Tələb 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş, qanuni nümayəndəsi olmayan şəxsdən irəli gəldikdə və yaxud tələb həmin şəxsə yönəldildikdə, iddia müddətinin axımı fərdi qiymətləndirilənə qədər dayandırılmış sayılır.

4. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxs qanunsuz hərəkətlə başqa şəxsə ziyan vurduqda, fəaliyyət qabiliyyəti olmayan şəxsin fərdi qiymətləndirilməsinə qədər o, zərəri ödəmək öhdəliyini daşımır. Zərəri yetirən, fəaliyyət qabiliyyəti olmayan şəxsə nəzarət etmək bir şəxsə tapşırılıbsa, o, zərəri ödəməyə borcludur, o hal istisna olmaqla – nə vaxt ki, bu zərərin qarşısını almaq mümkün deyildi.

5. Uşağı həyat yoldaşlarından biri övladlığa götürürsə, digər həyat yoldaşının razılığı tələb olunur. Əgər digər həyat yoldaşı məhkəmə tərəfindən 2015-ci il aprelin 1-dək fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxs onun fərdi qiymətləndirilməsi aparılana qədər belə razılıq tələb olunmur.

6. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxsin qəyyumu qəyyumluğa ehtiyacı olan şəxsin sağalması halında qəyyumluğa ehtiyacı olan şəxsin dəstək alan şəxs kimi elan edilməsi haqqında vəsatətlə dərhal məhkəməyə müraciət etməyə borcludur.

7. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxsin qəyyumu qəyyumu - ona həvalə edilmiş vəzifəni lazımınca yerinə yetirmədikdə, qəyyumluq və himayəçilik orqanı qəyyumu vəzifəsindən azad edir və qəyyumluğa ehtiyacı olan şəxsin dəstək alan şəxs kimi elan edilməsi üçün məhkəməyə müraciət edir.

8. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxsin qəyyumu qəyyumluğu həyata keçirərkən tamahkarlıqla (acgözlüklə) hərəkət edərsə və ya qəyyumluğa ehtiyacı olan şəxsi nəzarətsiz və zəruri yardımsız qoyarsa (tərk edərsə), o, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

9. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxsə tətbiq edilmiş qəyyumluğa xitam verilir, əgər:

a) qəyyumluğa ehtiyacı olan şəxs öldüsə (vəfat etdisə);

b) məhkəmə qəyyumluğa ehtiyacı olan şəxsin dəstək alan şəxs kimi tanınması barədə qərar qəbul edibsə.

10. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxs fərdi qiymətləndirilənə qədər vəsiyyətnamənin şahidi ola bilməz.

11. 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxs, fəaliyyət qabiliyyəti olmayan şəxsin fərdi qiymətləndirilməsinə qədər, mirası öz qanuni nümayəndəsi vasitəsilə qəbul edir.

12. Əgər vərəsə 2015-ci il aprelin 1-dək məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxsdirsə, onun fərdi qiymətləndirilməsinə qədər mirası qəbul etməkdən imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.

Maddə 15083. Keçid dövründə qəyyumluq və himayəçilik orqanının öhdəlikləri

Qəyyumluq və himayəçilik orqanı aşağıdakıları etməyə borcludur:

a) 2015-ci il aprelin 1-dən 1 il ərzində fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxslər haqqında məlumat bazasının yenilənməsini və bu məcəlləyə uyğunluğunu təmin etməlidir;

b) fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxslər haqqında məlumat bazası yeniləndikdən sonra 6 ay ərzində qəyyumlara və psixiatriya müəssisələrinə bu məcəllənin 15081 maddəsində müəyyən edilmiş vəzifə barədə məlumatın verilməsini və bu vəzifəni yerinə yetirməməyə görə inzibati məsuliyyətə cəlb edilmə ehtimalı barədə onlara xəbərdarlıq edilməsini təmin etməlidir;

q) 2017-ci il aprelin 1-dən 2 il ərzində stasionara yerləşdirilmiş fəaliyyət qabiliyyəti olmayan şəxsin dəstək alan şəxs kimi tanınması və onun fərdi qiymətləndirilməsi üçün məhkəməyə müraciət etməlidir, həmçinin, 2019-cu il aprelin 1-dən 1 il ərzində, stasionara yerləşdirilməmiş fəaliyyət qabiliyyəti olmayan şəxsin dəstək alan şəxs kimi tanınması və onun fərdi qiymətləndirilməsi üçün məhkəməyə müraciət etməlidir - əgər qəyyum, fəaliyyət qabiliyyəti olmayan şəxsin özü və ya müvafiq qurum bu məqsədlə məhkəməyə müraciət etmirsə.

Gürcüstanın 20 mart 2015-ci il tarixli qanunu №3339 - veb-səhifə, 31.03.2015-ci il.

Maddə 1509. Özəl (xüsusi) və ictimai hüququn hüquqi şəxsləri

1. Mülki Məcəllədə nəzərdə tutulmuş ictimai hüququn hüquqi şəxsləri sayılırlar:

a) dövlət;

b) bələdiyyə;

q) qanunvericilik və ya inzibati akt əsasında dövlət tərəfindən yaradılmış hüquqi şəxslər, hansılar ki Mülki Məcəllə və ya “Sahibkarlar haqqında” qanunla müəyyən edilmiş təşkilati-hüquqi şəkildə formalaşdırılmayıblar;

d) Mülki Məcəlləyə və ya “Sahibkarlar haqqında” qanuna uyğun olaraq yaradılmayan dövlət qurumları və dövlət fondları;

e) ictimai məqsədlərə nail olmaq üçün qanunvericilik əsasında yaradılan qeyri-dövlət təşkilatları (siyasi partiyalar və başqaları);

v) Gürcüstanın konstitusiya sazişi ilə tanınan ictimai hüququn hüquqi şəxsi − Gürcüstanın Apostol Avtokefal Pravoslav Kilsəsi;

z) bu məcəllənin 15091 maddəsində nəzərdə tutulmuş dini birliklər.

2. Özəl (xüsusi) hüququn hüquqi şəxslərinə aiddir:

a) qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs;

b) (çıxarılıb - 14.12.2006, №3967);

q) həmrəy (müştərək) məsuliyyətli cəmiyyət;

d) məhdud ortaqlıq cəmiyyəti;

e) məhdud məsuliyyətli cəmiyyət;

v) səhmdar cəmiyyət;

z) kooperativ.

Gürcüstanın 19 fevral 1999-cu il tarixli qanunu №1807 – SSM I, №6(13), 04.03.1999-cu il., maddə.24

Gürcüstanın 6 aprel 2005-ci il tarixli qanunu №1233 - SSM I, №18, 27.04.2005-ci il., maddə.110

Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 – SSM I, №48, 22.12.2006-cı il., maddə.336

Gürcüstanın 5 iyul 2011-ci il tarixli qanunu №5034 – veb-səhifə, 06.07.2011-ci il.

Gürcüstanın 15 iyul 2020-ci il tarixli qanunu №6989 – veb-səhifə, 28.07.2020-ci il.

Maddə 15091. Dini birliklərin qeydiyyata alınması qaydası

1. Dini birliklər ictimai hüququn hüquqi şəxsləri kimi qeydiyyata alına bilərlər.

2. Bu maddənin birinci hissəsi dini birliklərin bu məcəllədə nəzərdə tutulmuş qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsi kimi qeydiyyatdan keçmək, habelə bu məcəllədə nəzərdə tutulmuş qeydiyyatdan keçməmiş ittifaq kimi fəaliyyətlə məşğul olmaq hüququnu məhdudlaşdırmır.

3. Dini birliklərin qeydiyyatı Gürcüstanın Ədliyyə Nazirliyinin idarəetmə sahəsində fəaliyyət göstərən ictimai hüququn hüquqi şəxsi − Dövlət Reyestrinin Milli Agentliyi tərəfindən həyata keçirilir.

4. Gürcüstanın Ədliyyə Nazirliyinin idarəetmə sahəsində fəaliyyət göstərən ictimai hüququn hüquqi şəxsi − Dövlət Reyestrinin Milli Agentliyi Gürcüstanla tarixi əlaqəsi olan dini cərəyanı və ya Avropa Şurasına üzv dövlətlərin qanunvericiliyi ilə dini hesab edilən dini cərəyanı ictimai hüququn hüquqi şəxs kimi qeydiyyata almaq səlahiyyətinə malikdir.

5. “İctimai hüququn hüquqi şəxsi haqqında” Gürcüstan Qanunu ictimai hüququn hüquqi şəxsi kimi qeydiyyatdan keçmiş dini birliyə şamil edilmir.

6. Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin qeydiyyatı üçün müəyyən edilmiş qayda bu maddənin birinci hissəsində nəzərdə tutulmuş dini birliklərin qeydiyyatına şamil edilir və onların səlahiyyəti bu məcəllənin birinci qapısının ikinci fəsli ilə müəyyən edilir.

Gürcüstanın 5 iyul 2011-ci il tarixli qanunu №5034 – veb-səhifə, 06.07.2011-ci il.

Maddə 1510. (çıxarılıb)

Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il., maddə.336

Maddə 1511. (çıxarılıb)

Gürcüstanın 19 mart 1999-cu il tarixli qanunu №1860 – SSM I, №10(17), 01.04.1999-cu il., maddə.32

Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il., maddə.336

Maddə 1511 1. (çıxarılıb)

Gürcüstanın 25 fevral 2005-ci il tarixli qanunu №1051 - SSM I, №9, 17.03.2005-ci il., maddə.59

Gürcüstanın 14 dekabr 2006-cı il tarixli qanunu №3967 - SSM I, №48, 22.12.2006-cı il., maddə.336

Maddə 1512. Mənzil mülkiyyətçilərinin yoldaşlıqları (birlikləri)

Mənzil-tikinti kooperativləri, hüquqi şəxslər kimi, 1997-ci il noyabrın 25-dən ləğv edilmiş sayılsınlar. Mənzil mülkiyyətçilərinin yoldaşlıqları bu məcəllənin 208-232-ci maddələrinə uyğun olaraq onların hüquqi vərəsələri (əvəzediciləri) hesab edilsinlər. Eyni zamanda, dövlətin əvvəllər yaradılmış mənzil-tikinti kooperativləri qarşısında öhdəlikləri qüvvədə qalır.

Maddə 1513. Həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququ

Fərdi evlərin yerləşdiyi, fiziki şəxslərin qanuni istifadəsində olan torpaq sahələri Mülki Məcəllə qüvvəyə mindikdən sonra bu şəxslərin mülkiyyəti sayılır və onlara daşınmaz əşyalar üçün Mülki Məcəllə ilə nəzərdə tutulmuş qaydalar şamil edilir.

Maddə 15131. Ailə (ev) təsərrüfatının ümumi əmlakı üzərində mirasın açılması

1. Əgər ailə (ev) təsərrüfatının əmlakı üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatdan keçməyibsə, ailə (ev) təsərrüfatının ümumi əmlakı üzərində miras ailənin (evin) sonuncu üzvünün vəfat etdiyi gündən açılacaq - əgər ailə (ev) kitabının arxiv qeydlərində göstərilmiş ailənin (evin) bütün üzvləri, 2019-cu il 1 avqust vəziyyəti ilə, ölmüşdürsə (vəfat etmişdirsə).

2. Əgər ailə (ev) təsərrüfatının əmlakı üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatdan keçməyibsə, ailə (ev) kitabının arxiv qeydlərində göstərilmiş ailənin (evin) üzvü 2019-cu il avqustun 1-dən sonra vəfat etdikdə, miras onun payına düşən əmlak üzərində açılacaq, onun ailənin sonuncu üzvü olub-olmamasından asılı olmayaraq.

3. Ailə (ev) təsərrüfatının əmlakı üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra bu əmlak ailənin (evin) üzvlərinin ortaq mülkiyyəti olur və ona ortaq mülkiyyət üçün müəyyən edilmiş ümumi qaydalar şamil edilir.

Gürcüstanın 25 iyun 2019-cu il tarixli qanunu №4851 – veb-səhifə, 02.07.2019-cu il.

Maddə 1514. Daşınmaz əşyaların keçid dövründə qeydiyyata alınması

Dövlət Reyestr Xidməti yaranana qədər torpaq sahələrinin özgəninkiləşdirilməsi texniki inventarlaşdırma bürolarında və ya yerli idarəetmə orqanlarında mövcud olan torpaq sahələrinin bitişdirilməsi aktları əsasında baş tutsun. Bundan əlavə, 1997-ci il noyabrın 25-dən etibarən hər bir yeni torpaq sahəsinin alınmasının qeydiyyatı torpaq qeydiyyatı xidmətinin sistemində mövcud olan yerli kitabın (dövlət reyestrinin) xidmətində baş tutsun. Gürcüstanın Dövlət Torpaq İdarəetmə Departamenti müvafiq xidmətin yaradılmasını, dövlət reyestrinin blanklarının (formalarının) hazırlanmasını və bütün təşkilati məsələlərin həllini təmin etsin, hansılar ki Mülki Məcəllənin qüvvəyə minməsindən yaranan daşınmaz əşyaların mülkiyyətçilərinin qeydiyyatı ilə bağlıdır.

Maddə 1515. Qeydiyyat məlumatlarının açıqlığının təmin edilməsi

Dövlət reyestrinin vahid xidməti yaradılana qədər Mülki Məcəllə ilə bu xidmətə həvalə edilmiş funksiyaları texniki inventarlaşdırma büroları həyata keçirsinlər. Gürcüstanın Şəhərsalma və Tikinti Nazirliyi və Dövlət Torpaq İdarəetmə Departamenti ictimai reyestr məlumatlarının açıqlığını və əlçatanlığını maraqlanan şəxslər üçün təmin etsinlər.

Maddə 1516. Mülki Məcəllənin tədrisi

Gürcüstan Ədliyyə Nazirliyi 1997-ci il noyabrın 25-dək təmin etsin:

a) Ədliyyə Nazirliyində fondların (vəqflərin) qeydiyyatı üçün zəruri olan bütün təşkilati məsələlərin həllini;

b) Mülki Məcəllədə nəzərdə tutulmuş hüquqi şəxslərin qeydiyyat məlumatlarının kütləvi informasiya vasitələri vasitəsilə dərc edilməsini;

q) hüquq-mühafizə və digər icra hakimiyyəti orqanlarının, habelə ədalət mühakiməsi (məhkəmə) orqanlarının əməkdaşları üçün Mülki Məcəllənin tədrisini.

Maddə 1517. Bank xidməti müqavilələrinin tətbiqinin təmin edilməsi

Gürcüstanın Milli Bankı:

a) Bu məcəllədə nəzərdə tutulmuş bank xidməti müqavilələrini tətbiq etmək üçün müvafiq tədbirlər görsün ki, kommersiya bankları bank hesablarının açılmasını və hesablaşmaların rahat aparılmasını təmin etsinlər o təşkilati formalaşmalar üçün, hansılar ki hüquqi şəxs deyillər, yəni, mənzil mülkiyyətçilərinin yoldaşlığı, qeydiyyatdan keçməmiş ittifaq, yoldaşlıq;

b) bütün fiziki və ya hüquqi şəxslərin öz istədikləri hesabları rahat şəkildə aça bilməsi və bu məcəllədə nəzərdə tutulmuş bank xidməti müqavilələrini rahat bağlaya bilməsi məqsədilə fiziki şəxslər tərəfindən hesablaşma və ya digər hesabların açılması ilə bağlı məhdudiyyətlərin ləğv edilməsini təmin etsin.

Maddə 1518. Kommunal xidmət müqavilələrinin bağlanması

İcra hakimiyyətinin müvafiq hökumət qurumları və dövlətin tabeliyindəki qurumlar 1997-ci il noyabrın 25-dək mənzil mülkiyyətçiləri və digər istifadəçilərlə qaz, su, elektrik (işıq) enerjisi təchizatı və telefon xidməti haqqında müqavilələrin bağlanmasını təmin etsinlər.

Maddə 1519. Anlayışların vəhdətinin təmin edilməsi

Mülki Məcəllədə istifadə olunan anlayışlar və terminlər bütün digər hüquqi aktlarda adekvat şəkildə istifadə edilməlidir.

Maddə 1520. Mülki Məcəllənin tətbiqinin təşkilati məsələləri

Gürcüstan Prezidenti 1997-ci il noyabrın 25-dək təmin etsin:

a) məhkəmədə ittifaqların qeydiyyatı üçün zəruri olan təşkilati məsələlərin Ədliyyə Şurası tərəfindən həllini;

b) Mülki Məcəllənin bütün növ ali hüquq məktəblərində məcburi tədris fənni kimi təsis edilməsini.

Gürcüstan Prezidenti Eduard Şevardnadze

Tbilisi,

26 iyun 1997-ci il.

№786-IIs